USTACAM Müzəffər ordunun şanlı əsgəri, Ərənlər yurdunun ər övladıyam! Zalımın zülmünə təhəmmülüm yox, Babəklər yurdunun hürr övladıyam! * * * Ustadım Nəsimi, sözümüz sözdü, Ədalət, həqiqət bağrımda közdü, Ziyadar dühası bir deyil, yüzdü, Mövlalar yurdunun nur övladıyam! * * * Dərvişəm, müqqəddəs sayılır təkkəm, Hülqumdan yuxarı dayanır öfkəm, Od, ocaq diyarı tanınır ölkəm, Alovlar yurdunun nar övladıyam! * * * Unutma, şah babam Xətai başdı, Nadir şah, mətədə tərpənməz daşdı, İlham, nə keçilməz sədləri aşdı, İgidlər yurdunun nər övladıyam! * * * Tarixdə Nəbisi, Koroğlusu var, Gen dünya yağıya daim olub dar, Düşmən qarşımızda yenə oldu xar, Aslanlar yurdunun şir övladıyam! * * * Göydən Yer üzünə ərmağan, payam, Gündüzlər Günəşəm, gecələr Ayam, Ən parlaq ulduzdan törəyən boyam, Ozanlar yurdunun sirr övladıyam! * * * Ustacam, vətənim vətən içində, Axıb duruluruq zaman köçündə, Min bir anlamı var, adi “heç”in də, Aqillər yurdunun pir övladıyam!
DAĞLAR (Dağlara xitabən üçüncü şeiri) Tarix səhnəsində yetişdi zaman, Başlanmış bu çağın mübarək, dağlar! Hələ nə zəfərlər gözləyir bizi, Qutlanmış novrağın mübarək, dağlar!
* * * Dövranın gərdişi döndü, dəyişdi, Davadan doğulan ərlər yetişdi, Didilmiş yaralar tutdu, bitişdi, Üç rəngli duvağın mübarək, dağlar!
* * * Nə vaxtdır yol-iriz bağlı qalmışdı, Qoynunda yağılar məskən salmışdı, Canımı sağalmaz bir dərd almışdı, Sayalı qonağın mübarək, dağlar!
В коридоре женской поликлиники на скамье сидела пожилая женщина. Рядом с ней сидела щуплая девочка, лет 15 – ти, в короткой юбке, из под которой торчали острые коленки. Бабушка привела внучку на аборт. Бабушка всё время тяжело вздыхала. Внучка с испуганным взглядом озиралась по сторонам. Рядом с ней стоял пакет. Подошла девушка, лет 30, и присела рядом.
-Вы в этот кабинет?
-Да.. А скажите, это не больно?
-Неприятно, конечно, но там обезболят. Главное, что это быстро, минут 5 от силы, если срок маленький. Так говорят, я первый раз тут. Я и сама боюсь, если честно. И умом понимаю, ведь ребёнок ни в чём не виноват..
-Господи, вот же угораздило.. Понимаете, это моя внучка, учится в 9 – ом классе, и парень её обманул, бросил.. А она беременная. Он знать ничего не хочет про ребёнка. А нам что делать? Ей же школу надо закончить.. Родителей нет у неё, я сама её вырастила..Ох, горе – то какое..
-Ба, да хватит тебе уже, не рви мне сердце, и так тяжело.. Вон девушка сказала же, что не больно будет, раз, и всё..
-Ох, внуч, там же ребёнок у тебя, живой, а ты раз и всё..Дитё не виновато ни в чём, правильно девушка сказала. Знаешь что, вставай, пошли, ничего, вырастим. В войну вон рожали, и ничего. Справимся. И Петька твой не нужен, отец называется.. Вставай, бери пакет, пошли домой, нечего нам тут делать. Девочка будто этого и ждала. Схватила пакет и пошла к выходу, бабушка вышла следом. Девушка, сидящая на скамье, улыбнулась, глядя им вслед, думая о чём – то своём.. Двадцать лет спустя
-Мама, я люблю его, у нас всё серьёзно, уж поверь! Дима хороший парень, у него большое будущее!
-Ну какое там будущее, если вы поженитесь.. Закончите универ, а там видно будет!
-Мам, нам по 20 лет уже, не маленькие. Свадьба учёбе не помешает, тем более, мы не будем тратить деньги, распишемся и всё, зачем нам эти условности. Поужинаем в ресторане с родителями Димы и его бабушкой и всё, с друзьями мы сами потом отметим. Дима бабушку очень любит, она его вырастила.
-Ох, Машка, ну чего не сделаешь ради любимой дочери! Надо же нам познакомиться с родителями Димы, сватами будем, как – никак..
-Пригласи их в гости, мам..
-Здравствуйте, проходите! Я Машина мама, Юлия. Садитесь за стол.. Глядя на Димину бабушку, Юле показалось, что она её где-то уже видела. Мама Димы, Аня, была очень молодой, выглядела чуть старше сына. В разговоре выяснилось, что родила она его в 16 лет, от одноклассника, который сначала отказывался от ребёнка, а потом вынужден был жениться на Ане, чтобы не сесть в тюрьму. На бумаге только они муж и жена были, не жили вместе, а потом и развелись.
-Вы знаете, Юля, стыдно признаться, но мы же хотели избавиться сначала от Димочки.. Анька ведь соплячка ещё была, какая с неё мать.. Родителей у неё не было, мать померла молодая ещё, а отец в тюрьме сгинул. Я её одна растила. И тут в подоле принесла.. Ну куда рожать, кому? Когда пришли уже в больницу, ждали очереди на процедуру эту, девушка одна подошла. Тоже на аборт. Говорит, дети не виноваты ни в чём, и меня будто по лбу стукнули, разве ж можно дитя убивать невинного.. Это знак свыше был, чтобы остановились, и Димку сберегли. Девушку ту сам Бог послал, видимо. Мы с Анькой ушли из больницы домой. До последнего она ходила в школу, закончила 9 классов, а больше нам и не надо было. Родился Дима, я с ним сидела, а Аня ходила в училище, выучилась на кондитера. Петька, отец Димкин, никак не помогал, и его родители тоже. Ничего, справились. Анька потом за хорошего человека замуж вышла, дочку ещё родила. Печёт теперь торты на заказ, и неплохо зарабатывает. Вы не переживайте, если Дима с Машей поженятся, им есть где жить, квартиру им свою отдам, а сама к Ане переберусь. Вот такая история у нас. Юля не верила своим ушам. Это были те самые бабушка с внучкой, которые ушли из больницы. Ведь благодаря им, она решилась оставить ребёнка, её любимую Машку.. После разговора с бабушкой тогда, ей вдруг стало спокойно, она поняла, что надо рожать, всё будет хорошо. Ребёнок был от женатого мужчины, который был её первой любовью. Жизнь развела их в разные стороны, и когда они вновь встретились, то он был уже женат. Только один раз у них была встреча, после которой она поняла, что беременна. Семью ему она разбивать не хотела, о ребёнке ничего не сказала, решив, что не имеет права рожать, портить жизнь и себе и ребёнку. Решившись на аборт, Юля уговаривала себя, что так будет лучше. Но бабушка с внучкой за 5 минут поменяли её мышление на эту тему. Если уж они справятся, то она и подавно. Она решила, что это знак свыше. Юля ушла из больницы, вслед за ними. Беременность и роды прошли хорошо, родилась её единственная дочурка, самый любимый человек на Земле. И вот их снова свела судьба. Только теперь по радостному поводу. Дети, которых могло не быть, собираются пожениться. Это-ли не знак судьбы? Часто люди получают знаки свыше. Кто-то прислушивается, кто-то нет. Иногда бывает достаточно 5 минут, чтобы изменить свою жизнь. Например, решение оставить ребёнка, которого не хотели, не ждали. А потом жизни не представляют без этого ребёнка, и с ужасом думают, что его могло и не быть.. Всякое в жизни бывает, но если вы чувствуете, что совершаете ошибку, не спешите, ведь иногда 5 минут многое решают..
YAZARLAR cameəsi adından jurnalımızın redaksiya heyəti üzvü, Norveç təmsilçisi Günay Əliyevanı doğum günü münasibətilə təbrik edir, qarşıdakı bütün həyat və fəaliyyətində yeni-yeni nailiyyətlər arzulayırıq!!! Uğurlarınız bol olsun!!! Allah Sizi qorusun!!! Hörmətlə: Zaur Ustac
Bu gün Aprel döyüşləri qəhrəmanı, şəhid Elmdar Səfərovun doğum günüdür. Allah rəhmət eləsin, ruhu şad olsun. Elmdar Səfərovun rəsmini oğlum rəssam Babək Tuncay Gözəlov çəkmişdir.
DAYAQ İDİ ELMDAR
Qanlı aprel gecəsi sipər oldu yuruna, Şərəf-şöhrət gətirdi şanlı Milli orduma, Çaqqal bata bilərmi Azərbaycan qurduna, Vətənin keşiyində sayıq idi Elmdar, Hər gün, hər an, hər saat oyaq idi Elmdar.
Vətən eşqi vermişdi “Get irəli!” əmrini, Çünki qurban demişdi yurda cavan ömrünü, Düşmənin göz dikdiyi yerdə qazdı qəbrini, Hər təltifə hər ada layiq idi Elmdar, Hər gün, hər an, hər saat oyaq idi Elmdar.
Vətən dardadır deyə üzü gülmürdü bir an, Qisas üçün ürəyi çırpınırdı hər zaman, İlk fürsətdə vermədi xain düşmənə aman, O günü gözləyirdi, ayıq idi Elmdar, Hər gün, hər an, hər saat oyaq idi Elmdar.
Sığallayıb basmışdı bağrına bu torpağı, Yandırırdı içini yurd dərdi, Vətən dağı… Bilirdi ki, hücuma qəfil keçəcək yağı, Daim əli tətikdə, duyuq idi Elmdar, Hər gün, hər an, hər saat oyaq idi Elmdar.
İgidliyi, mərdliyi nəsldən-soydan aldı, Yaxşı əməllərilə el gözündə ucaldı, Zirvələrə aparan onu tutduğu yoldur, Elinə-obasına dayaq idi Elmdar, Hər gün, hər an, hər saat oyaq idi Elmdar.
YAZARLAR cameəsi adından Azərbaycan Respublikasının Əməkdar müəllimi XƏLİLOVA AFƏT MÜRŞÜD QIZInı doğum günü münasibətilə təbrik edir, qarşıdakı bütün həyat və fəaliyyətində yeni-yeni nailiyyətlər arzulayırıq!!! Uğurlarınız bol olsun!!! Allah Sizi qorusun!!! Hörmətlə: Zaur USTAC
YAZARLAR cameəsi adından Azərbaycan Respublikasının Əməkdar müəllimi XƏLİLOVA AFƏT MÜRŞÜD QIZInı doğum günü münasibətilə təbrik edir, qarşıdakı bütün həyat və fəaliyyətində yeni-yeni nailiyyətlər arzulayırıq!!! Uğurlarınız bol olsun!!! Allah Sizi qorusun!!! Hörmətlə: Zaur USTAC
Öncə söz vardı… 20 – ci hissə. İsmayıl Şıxlı – Xalq yazıçısı, publisist, pedaqoq, ədəbiyyatşünas və ictimai xadim.
İSMAYIL MÜƏLLİM, MƏN SİZİ EŞİTDİM (esse-hekayəm 5 avqust 2023 – cü ildə “Ədəbiyyat qəzeti” ndə dərc olunub)
(Bu rubrikanı sözü qutsal sayan ədiblərimizə həsr edirəm…26 iyul İsmayıl Şıxlının anım günüdür)
Mən Kürə aşiqəm, Kür mənə aşiq.Mən Kürə məftunam, Kür mənə məftun.Mən Kürə heyranam, Kür mənə heyran. Ana Kür! Yaşa Kürüm! Hələ neçə ömür Yaşadacaq könüllər səni! Çünki zimistanın dağlara çəkildiyi vaxtlarda, sən bir gəlin kimi görünürsən yatağında, çünki sən təbiətin qucağında nazəninsən, gözəl Kürüm! Gözəlliyindən pay alsın dünyanın çayları, özəlliyindən nəsibini götürsün məmləkətin dənizləri, gurluğundan xəcil olsun elin suları-selləri.Səni sevməyə və seçməyə dəyər, əsərlərimin baş obrazını mən bu cür salamlayıram, zira Vətənimin həyatına bağlısan.Bu cür deyə bilərəmmi?
-Sən nəfəsi olmusan can gülşənimin, keçmişimin, bu günümün aynası Kür.Bu dünyada arzularımın dünyası Kür.Qovğalı, məlalı tariximizin şahidi, ey Ana Kürüm! -Bu sözləri dünən bu vədələr Kürlə qabaq-qənşər oturmuş, azman görkəmli, gözü eynəkli, qəlbi sazlı, dili sözlü bir kişi çayın qulağına pıçıldayarkən gördüm.Aralarında elə dostanə söhbət gedirdi ki…Kürmü onda məst olmuşdu, omu Kürdə xumarlanmışdı – ayırd etmək çətin idi.Müdaxilə etməyə də adamın əli gəlmirdi. “Bəs o hansı sənətin sahibi idi?” -deyə sual etsəniz, cavab verərdim – “müəllim”.Kürün sahilində nəfəsini əllərinə hovxuran bu ağsaqqalın barmaqlarını isidib bu saat yazıya başlayacaq kimi görkəmi vardı.Üzündən doğma, məhrəm bir insanı xatırladırdı.Məndən olsaydı, deyərdim ki, ədəbiyyat müəllimimdir.Lakin nagahan şəkildə çevrilib gözlərimə zillənən baxışından belə bir nidanı sezdim: “Təkcə müəllimmi?” – deyə soran bu möhtərəm zatın əzəmətli görünüşünün arxasında sadədil, cəfakeş, ziyalı və nurlu bir şəxsiyyətin dayandığını görçək, öz beynimdən keçən “qaçaraq fikirlərimdən, tələsik proqnozumdan bir qədər utandım” – desəm və həmən də əhfinizə sığınsam yeridir.Bir qədər irəli addımlasam, ona sarı yaxınlaşsam, bu mübhəm sükutu pozub, mehriban və qəhrəman müsafirimizi tanıyacağıma əminəm.Ancaq mən nə karəyəm ki…Bunu düşünürkən ayaqlarım səndələdi, taqətsiz, yorğun yerişim büdrəyib, sanki məni tənə və qınaqla danlayan təhər oldu:
-“Ey biçarə, özünə gəl, qarşındakı bir müəllimdir, hələ onu tanı, yaxşıca dərk et” Ancaq bir qədər becid davranmağın da zamanı, axı istidən Kürün kənarında ovxalanmış, sıcaqdan cadar-cadar olmuş torpaq bu saat mənimlə xosunlaşaraq tezliklə Günəşin üfüqdə qızaracağını xəbərləmişdi.Ayağıma yapışan bu saqqız yolların nahamarlığından fürsət bulub üzünə diqqətlə baxa bildim.Məni sevindirdi…Ey dostlar, tanıyıram. -Şıxlı İsmayıl, Baba İsmayıl, azman və ozan İsmayıl…Tanıyıram! İsmayıl Şıxlı sevgisini biraz da təhtəlşüurumuzda mürgüyə qalmış mental kodlarımızda arayaq.Sovet ideologiyasının ənənələrimizi qamçıladığı zamanda Novruz bayramını nəsrimizə gətirən kişi idi İsmayıl Şıxlı.Ədəbiyyatımıza sonra da kinomuza.”Dəli Kür” dən söhbət gedir.Bayram şölənlərinin, göstərilərinin sanballı çıxması üçün yazıçı şəxsən çəkilişlərdə iştirak edir, “baca-baca gəzmək”,” xurcun atmaq” kimi təzahüratlara diqqət kəsilib, necə deyərlər, hər şeyi seçib-sonalayardı. Lakin tələsməyək, Şıxlının “Dəli Kür”ə gedən yolu 1919 – cu ilin martın 22-dən başlayırdı.Novruz günlərində xalqımıza ərməğan olunan sevgili yazıçımızın doğulduğu yer Qazağın İkinci Şıxlı kəndidir.Şəcərəsi Şıxlinskilərin mübarək soyu ilə qovuşurdu.Hərb tariximizin nəhəngi, artilleriya generalı Əliağa Şıxlinskinin yaxın qohumu idi.Qazaxda dünyaya gəlmək zatən biixtiyar şəkildə saza və sözə doğuluşdan könül verməkdir.Belə də tərif verə bilərik: “Bəbəlikdən babalığa gedən yolda sazı çiyində, sözü dildə görənlərə”- Qazax elində doğulanlar deyilir.Bir də lap çağa vaxtından qamçılanmaq vardı taleyində.Bəy nəslinin yetirməsi kimi atası Qəhrəmanı və qohumlarının qanını it qanına döndərən sovet “başbilənlər” i cəfalı günlər yazdılar Şıxlinskilərin taleyinə. Yeniyetmə çağlarında Şıxlıya “xoş gördük” – deyən ilk növbədə qonşu Kosalar kəndinin camaatı oldu, müəllimləri Mirqasımın, Əlinin timsalında savadlı, dünyagörüşlü kişilər gənc İsmayıla yol göstərdilər.O da öyüdləri cavabsız qoymadan “Yol tutan, bal tutar” deyibən yola çıxdı: elm, poeziya və nəsr yoluna.Çox sualın cavabını hələ gənc çağlarından əxz edir, “Bezi söz, qeybəti söhbət yerinə” satanların ahını alır İsmayıl. “Nəsihətlə gülə-gülə gəlməyənləri, müsibətlə döyə-döyə gətirərlər” devizini rəhbər tutanlardan idi.Qorxunu kişiliyə yaraşdırmazdı.1941 – ci ilin iyununda dava başlayarkən, Pedaqoji İnstitutda dövlət imtahanı verməyə macal tapmır.Nolsun ki…Əvəzində başqa imtahan gözləyirdi onu – ” hərb imtahanı”.Hələ cəbhəyə yollanıb müsəlləh əsgər kimi vətənin keşiyində duranda vur-tut 22-33 yaşı vardı. “Kerç sahillərində”, ” Səhəri gözləyirik”, ” Konserv qutuları”,” Haralısan, ay oğlan?” cəbhə illərindən oxucular üçün ərməğan sayılan gündəliklərdir:
(Cəbhə gündəlikləri) “Gecə-gündüz alman tanklarının əleyhinə xəndəklər qazır, dəmir dirəklər basdırır, tikanlı məftillər çəkirdik.Biz imkan vermirdik ki, almanlar Mozdokdan bu yana Dərbəndə irəliləsinlər.Biz Xəzər sahilindən Qara dəniz sahilinə, Tuapse tərəfə, oradan Krasnodar şəhərinə doğru irəlilədik.İrəlilədik demək düz deyil, əslində, biz bu yolları dizin-dizin süründük, qarış-qarış keçdik”
Bütün bunlara insanı tir-tir titrədən, dəli kimi silkələyən, içdən təbii şəkildə silkinib çıxmış məhrəm yazıçı xatirələri də deyə bilərik. “Ayrılan yolıar” a qədər uzanan kəşfiyyat xarakterli yazıları, yeni üslub arayışları idi bütün bunlar.Axı ədəbi cameədə müəllim sandığı Mehdi Hüseyn ona “konkret müşahidələrini qələmə al” demişdi. 1954-55-ci illərdə yazılan “Ayrılan yollar” bir növ 1950-ci illərə qədər yaranan, pambıqçı, kolxozçu könlünə məlhəm sayılan, indi hardasa gülüş doğuracaq: “Qol çırmayıb sən tarlaya çıxanda, Səs yayılır hər mahala Sürəyya. Ağ pambığı becərəndə, yığanda, Gəlməyəsən heç zavala Sürəyya” -kimi mətnlərin qəhrəmanları “əməyin azad, diləyin azad” – deyib meydan sulayırdılar.Biz ona görə İsmayıl Şıxlı, İsa Muğanna, Anar, Elçin, Mövlud Süleymanlı, Fərman Kərimzadə kimi yazıçılara minnətdarıq ki, prozamızı pambıq tarlaları təki ayaqaltı olmaqdan xilas etdilər.Onların önündə İsmayıl Şıxlı gedirdi ki, monumental əsərləri ilə, pafosdan, bər-bəzəkli, bəzək-düzəkli sətirlərdən qaçıb, özündən sonra gələnlərə işıq tutdu… …Və bu işığı elə saçdı ki, arxadan gələnlərin gözləri qamaşmadı. Çətin məqamlarda bir an belə durmadı, duruxmadı, sinəsini önə verib “Azərbaycan” jurnalının redaktoru kimi yeni nəsil yazarların əsərlərinə yol açırdı.Yazıçı Anarın “Anlamaq dərdi” və “Şəhərin yay günləri” yazılarını nəşr etdirən məhz Şıxlı olub.O, bir çox mənfi stereotipləri, müşkül sayılan məqamları “Dəli Kür” romanı ilə sındıra bilib.Əsərin 1957-67-ci illərdə -10 il müddətində yazıldığı qeyd olunsa da, yazıçının övladı Elçin bəylə söhbət zamanı romanın deyildiyi vaxtdan əvvəl; il yarım, iki il tez bitdiyi qənaətinə gələ bildik.İstənilən halda, “Dəli Kür” “ilklər romanı” sayılır.İsmayıl müəllim romanda öz nəslinin, öz mahalının tərcümeyi-halını dəqiqliklə verə bilib.Şıxlı üç müəllim nəslinin tarixçəsini verərkən, Kürü “dəli” çağırmasını tarixi keçmişimizin qanlı-qadalı olması ilə izah edib. 19-cu əsrin sonu 20 – ci əsrin əvvəllərinin bütün ictimai-sosial, mədəni mənzərələrini ortaya qoyur bu əsər.Nəhəngliyi və miqyası ilə seçkin bir nümunədir.Ən əsası millidir.Hadisə, epizod yox, xarakter yığnağıdır bu roman.Cahandar ağa, Şahnigar, Mələk, Şamxal, Əşrəf, Allahyar, Molla Sadıx…Bir də Rus Əhməd.Kiminə görə, bu, “Firəng Əhməd” ləqəbli Əhməd bəy Ağaoğlunun, kiminə görə “Rus Əhməd” ayamalı Əhməd bəy Cavanşirin prototipidir.Sayğıdəyər ziyalımız Elçin Şıxlı ilə söhbət əsnasında buna da aydınlıq gətirdik.Sən demə, “Rus Əhməd” Qazaxda məşhur nəsil olan Seyidovların nümayəndəsidir – Molla Seyidin nəvəsi, Yusif kişinin oğlu, pedaqoq Əhməd Seyidovun prototipidir.Əslində, hər bir elm fədaisindən bu obrazda pay var. Bəs yazıçı “Dəli Kür” filmini necə görürdü? Elçin Şıxlı ilə bu haqda xeyli söhbət etmək imkanı bulurkən, həm də yeni-yeni faktlar öyrəndik.Filmin romanla müqayisədə sönük durmasının səbəbləri çox idi.Yəqin ki, çuğulların, danos yazanların “əməkləri” olmasaydı, 2 seriyalı, rəngli və tam şəkildə bir ekran əsəri görə bilərdik.Cinni Cəfər qoşunu kimi ortalığa doluşan, hər vəchlə yuxarılara yarınmağa çalışanlar belə əcaib sonluğa malik film görməkdən məmnun olmuşlarmı?! -Olmuşlar, fəqət İsmayıl Şıxlıya olan sevginin önünə keçə bilməmişlər.Sevgi bu – Ümidənin ümid dolu məhəbbəti və oxucu eşqi Şıxlını şıx kimi insana çevirmiş, “Namus qaçağı”,” Namərd gülləsi”, ” Ölüləri qəbiristanda basdırın”,” Ölən dünyam” kimi əsərlərin müəllifinə sonsuz dualar qıldırmışdı.Hikməti-Xuda deyilən budursa, Ümidə ilə yazıçının taleyindən yazmalı, 22 mart tarixli İsmayıl və Ümidə Şıxlının təvəllüdlərindən tutmuş soyadlarına qədər ölçülüb-biçilən həyat tarixçəsinə ehtiram bəslənməlidir. Ümidə ömür- gün yoldaşı idi İsmayıl Şıxlının.Təvəllüd illəri fərqli olsa da, hər ikisi eyni gündə-martın 22-də doğulublar.Yazıçının son günlərində “Ölən dünyam” romanını məhz Şıxlının diktəsi ilə Ümidə xanım yazmışdı.Son illərində İsmayıl müəllimin uzaqgörən gözləri nurunu itirmişdi, ona görə Ümidə təkcə ona həyat yoldaşı deyil, həm də qələm yoldaşı olur. O qələmə 76 illik həyatında hər zaman sadiq qaldı İsmayıl Şıxlı.Xatirələr çözələndikcə, maziyə dönüb baxdıqca ədibin hansı şakərini görürük? Balığa getməyi sevərmiş.Dəniz ola, dostların ola, sən olasan, amma 1965-ci ilə kimi.Mehdi Hüseynin vəfatından sonra balıq ovuna “tövbə” deyir yazıçı. Son romanı kimi “Ölən dünyam” nəhəngdir.Ən azından ona görə ki, İsmayıl Şıxlının dünyası ölmədi.Övladları – Elçinin, Fərruxun, nəvələri -Ayxanın, Toğrulun, Salatının, Ayselin, nəticələri- İsmayılın, İsgəndərin ömründə uzanıb gedir.
-İstiqlalımızda mütləqdir ki, Şıxlının payı var.Qarabağdakı gərgin döyüşlər zamanı Qazağın sərhəd zonasına yaxın bağda kətil tapıb əyləşmiş, 1-2 saat çay içmiş, soyuqqanlığı ilə təlaş və təşviş içində olanlara örnək olmuşdu. -“Kişi Bakıdan gəlib qızğın döyüşlərin şiddətli atışmaların içində rahatca çay içirsə, deməli, möhkəm olmaq lazımdır” – demişlər. İndi yaxşı tanıdım qəhrəmanımı.Qəhrəman kişinin oğluna deyəcəklərim var. -Mən sizi tanıyıram.Həlim səsinizdən, məğrur görkəminizdən, müəllim eynəyinizdən tanıyıram. -Ey sözə yaraşıq kişi, siz bizim üçün dirisiniz.Ölülərdən fərqli olataq dirilər xəyal qurarlar, arzu edərlər.Bu an kaş sizin də mənə olan arzularınızı eşitsəm, kaş… -Bəli, İsmayıl müəllim, mən sizi eşitdim.
(Yazımda İsmayıl Şıxlının böyük oğlu, sayğıdəyər insan Elçin Şıxlının faktlarına və öz araşdırmalarıma söykənmişəm)