Mən tanıdığım daha bir neçə nəfəri əlavə etmək istəyirəm: Fikrət Hacıyev (Ləmbərani) uzun müddət Lenin yolu qəzetinin məsul katibi olub, sonra Ağdaş rayon qəzetinə Baş redaktor göndərilib. Sabir və Tanrıverdi Tanrıverdiyev qardaşlar. Çəmənlidəndirlər əslən, şöbə müdiri olublar. Lenin yolu qəzetində bizim Qara müəllim də əməkdaşlıq edib. Şahmar Əkbərzadənin ilk şeiri “Qara kağızlar” bu qəzetdə dərc olunub. Dostum Şahin Günəşli bu qəzetdə saysız-hesabsız məqalələr dərc etdirib. Məncə, əgər bu qəzetdən söhbət gedirdisə, başqa adları başqa ad altında təbrik etmək daha doğru olardı. Yenə də… Təbrik edirəm! Qələndər Xaçınçaylı ilə də qiyabi tanış idim. Çoxlu telefon söhbətlərimiz olub! Dünyasını dəyişən ellilərimə Allahdan rəhmət diləyirəm.
Qaranlıq küçədə ahəstəcə addımlayırdım. Getdiyim səki tamamilə qaranlığa bürünmüşdü. Nə ay işıq saçırdı, nə də olmayan küçə lampaları. Ancaq kefim o qədər yüksək idi ki, məni ağuşuna almış zülmət qaranlığı da xeyrə yozurdum. Ayağımın birini götürüb o birini qoyur, hər atdığım addımdan zövq alırdım. Özümü elə rahat və yüngül hiss edirdim ki, heç yol getdiyimi də duymurdum. Sanki uçurdum, özü də göyün ən hündür mərtəbəsində. Asfaltdan keçən maşınların işıqlarının bir anlıq aydınlığa çıxardığı yolun kənarında olan ağacları, obyektləri, təkdənbir gözə dəyən adamları isə sanki yuxuda görürdüm. Gördüyüm ağaclar, obyektlər, adamlar, itlər, pişiklər də mənə son dərəcə xoş təsir bağışlayırdı. İnanıram ki, bu vəziyyətimdə qaranlıq küçənin ortasında məni soymaq istəyən quldurlar belə qabağıma çıxıb üstümə bıçaq çəksələr onlara da eyni nəzərlərlə baxar, cibimdəki pulun qəpiyini də əsirgəmədən bu gecənin şərəfinə onlara verərdim. Yadıma düşən əlaqəsiz və nizamsız fikirlərə gülür və içkinin necə də qəribə bir şey olduğunu fikirləşirdim. Bu gecə mənim üçün belə keçən geclərdən ilki deyildi və sonuncu olacağını da güman eləmirdim. İndiyə qədər necə gözəl olmuşdusa yaşadıqlarım indən sonra da hər şeyin mütləq yaxşı olacağını düşünürdüm. Bunun üçün lazım olan hər şey vardı. Artıq neçə dəfə görüşdüyümün sayını itirdiyim məşuqəm, onun sığal çəkən əlləri, öpüşə qonaq edən dodaqları, ağlımı yerindən alan və sonradan yerinə qoymağı bacaran işvəkarlığı. O səbəbdən yerinə qoymağı bacaran deyirəm ki, neçə dəfə içkinin təsiri altında ikimizin də boşanıb bir-birimizlə evlənməyini təklif eləmişdim ona. O, isə məntək içkili olmağına baxmayaraq ağlını mənim qədər itimir, hər dəfəsində məni başdan çıxaran işvəsi ilə “bu bizim əyləncəmizdir, məni hər gün görsən daha sənə maraqlı gəlmərəm” deyib ağlımı yerinə gətirərdi. O da bu sözləri əbəs yerə demirdi. Oxu hardan vurmaq lazım olduğunu bilirdi. Bilirdi ki, arvadımı evlənənə qədər böyük bir ehtirasla sevmişəm. Evlənəndən sonra isə araya girən məişət divarları arasında bir zamanlar mənim üçün dünyadakı ən böyük qala olan sevgim gözümdə əvvəlcə balacalaşıb sonra isə eybəcər birşeyə çevrilib. Beləliklə də mən arvadımdan uzaqlaşıb ona yaxınlaşmışam… Macəramızın ekstrim anları da olurdu. İlk dəfə nə edəcəyimizi bilməsək də sonralar çarəsini tapmışdıq. Onun əri bəzi vaxtlar hesabımıza uyğun olmayan vaxt gəlirdi. Belə hallarda ikimiz də həyəcana qapılırdıq. Ancaq etiraf etməliyəm ki, o məndən daha ağıllı və zirək idi. Bunu ilk dəfə onun əri bizi az qala haqlayacağı vaxt başa düşdüm. Qəfil döyülən qapı bizi həyəcanlandırmış, gələnin onun əri olduğunu bilməyimiz bizi təşvişə salmışdı. Mən heykəl kimi quruyub qalmış, onsuz da içkinin təsirində dumanlı olan beynimi işlədib birşey fikirləşə bilməmişdim. O isə cəld geyinmiş, əyin-başını qaydaya salmış, mətbəxt bıçağı götürüb qapını açmışdı. Yataq otağında əynimi geyinərək onun səsini eşidirdim. Qapını açan kimi ərinə – yemək hazırlayıram. Çörək yoxdu. Zəhmət olmasa evə keçməmiş al gətir – demişdi. Ürəyimdə ona böyük bir afərin demiş, cəld geyinib əri gələnə qədər işıq sürəti ilə aradan çıxa bilmişdim. Bundan sonra da biz bu fənddən bir neçə dəfə istifadə edəsi olmuşduq. Sevgilimin tapdığı bu kəşf ikimizi biraz arxayınlaşdırmışdı da. O, ərini adətən çörək almaq bəhanəsi ilə, evdə çörək olanda isə başqa olmayan bir şey üçün, yaxud da guya ürəyinin qəfildən istədiyi bir şeyi almaq bəhanəsi ilə yaxınlıqdakı mağazaya qulluq dalınca göndərərdi. Mən də o gələnə qədər aranı cırardım. Onun ərini üzbəsifət görməsəm də evlərində çərçivələnmiş şəkillərdə çox görmüşdüm. Sifətinin cizgilərində zəhmətlə yanaşı bir biclik, gülüşlə yanaşı bir kədər görmüşdüm. Düşünürdüm ki, hər halda o, bic olmasaydı mənim sevgilim kimi bir afəti özü ilə bir ömür eyni yatağa salmağa razı sala bilməzdi. Ancaq üzündəki kədərə nə qədər fikirləşsəm də bir məna verə bilmirdim. Bu barədə çox fikirləşmirdim də. Nəyimə lazım idi onun üzündəki kədər ? Səfamı sürür, istədiyimə çatır, nəsibimi alırdım. Mənə başqa heç nə lazım deyildi… Ayaqlarım özünə lap uşaqlıqdan tanış olan zülmət qaranlığa bürünmüş küçəni geridə qoyub məni yolun sonuna çatdırır. Birazdan mənə tanış olan darvazadan keçib tanış olan qapını döyəcək və tanış olan üzü, yoldaşımın üzünü görəcəkdim. Onu da lap yəqin bilirəm ki, bu gecə fövqəladə gözəl olan əhvalımın hesabına onun ürəyimi sıxan üzü gözlərimə gözəl görünəcəkdi. Nəhayət bu gözəl gecənin gəzinti hissəsini başa vururam. Tanış darvazadan keçib tanış qapıya çatıram. Bu vaxt darvazanın səsindən gəldiyimi duyan arvadım əlində mətbəxt bıçağı qapını açdı və mənə tanış olan bir cümləni dedi – yemək hazırlayıram. Çörək yoxdu. Zəhmət olmasa evə keçməmiş al gətir – mən yerimdə duruxub qalıram. Arvadım bir daha – çörək almaq lazımdı – deyir. Mənsə susuram. Daha doğrusu beynimi pis bir ssenari məşğul etdiyi üçün nə deyəcəyimi kəsdirə bilmirəm. Bəlkə bu ssenarini özüm pis işlə məşğul olduğum üçün beynimdə yaradıram, bəlkə də bu ssenari elə gerçəkdi. Bilmirəm. İçimdən arvadımı kənara itələyib evə keçmək və birbaşa yataq otağına getmək keçir. Amma bunu etmirəm. Qeyri-ixtiyarı yaxşı deyirəm və darvazaya doğru yönəlirəm. Darvazadan çıxandan sonra həyətin ağaclar olan tərəfindən hasarın üstündən boylanıram. Evin arxa pəncərəsindən bir nəfər kişi xeylağının tələmtələsik çıxaraq qaçdığını görürəm. Hər şey mənə yuxu kimi görünür. Gördüklərimin pis bir yuxu olmağını bütün qəlbimlə arzulayıram… Həyətin arxa qapısına doğru qaçan kişi arxa qapının ağzını işıqlandıran işığın altında görünür. Onu tanıyıram. O, sevgilimin əri idi. Onun üzündəki kədərin mənasını başa düşürəm.
Professor Telman Həmzağa oğlu Vəlixanlı (Cəfərov) – 60
PROFESSOR TELMAN VƏLİXANLININ ELMİ, BƏDİİ VƏ MƏNƏVİ DÜNYASI
Aylarkeçdi, illər dolandı, nəhayət, gəlib ömrünün altmışıncı baharına çatdın, əziz dostum! Ürəyinin təmizliyindəndir, xoşniyyətli olmağındandır ki, dostun, yoldaşın, yaxınların, uzaqların, ətrafındakılar sevincinə qatılır. Üzün həmişə gülür, dodaqlarından təbəssüm əskik olmur, özündən böyüklər də, kiçiklər də səninlə rastlaşanda, səninlə danışanda xoş ovqatda olur, təəssüratı yaxşılaşır, əhvalı yüksəlir.
Tanrım qaytar məni uşaqlığıma
Eşidəndə ki, sənin altmış yaşın olacaq, masanın arxasına keçdim. Diyircəkli qələmi əlimə götürəndə nədənsə uşaqlıq və gənclik illərimdən oxuduğum, artıq müəllifini unutduğum şeirdən bir beyt yadıma düşdü:
İllərə nə var ki, illər tələsmir,
İllər nə bilir ki, ürək nə çəkir?!
Bəli, o dövrlərdə, valideynlərimizin himayəsində, qayğısı altında olduğumuz, dünyanı yalnız al-əlvan boyalarla gördüyümüz, işimizin-gücümüzün az olduğu günlərdə bizə elə gəlirdi ki, illər, aylar, günlər çox ləng gedir. Tez böyümək, yekə kişi olmaq, ali təhsili başa vurmaq, işləmək, bir vəzifə və ailə sahibi olmaq istəyirdik. İllər isə sanki yerində sayırdı.
Həmin hisslərlə sən də yaşamısan, əziz dost! 1963-cü il iyul ayının 22-də Yardımlı rayonunun Vəlixanlı kəndində dünyaya göz açmısan.
Sən Həmzağa kişinin sevimli övladısan. Soyadınız Cəfərovdur. Boya-başa çatdığın bu kəndlə, kəndin adamlarına son dərəcə bağlı olduğundan kəndin adını (Vəlixanlı) özünə təxəllüs götürmüsən.
Günləri, həftələri, ayları yola saldıqca uşaqlıq təəssüratları ilə görmüsən ki, illər nə isə ləng keçir. Onlar ötdükcə sənin dünyan da genişlənib, dünyagörüşün də artıb. Arzuların çox olub, həmin arzuların qanadlarında şirinli-şəkərli uşaqlıq illərinə əlvida demisən!
Sevimli kənd müəllimlərini, indi dünyasını dəyişmiş Əhmədağa müəllimi, Mirzə müəllimi həmişə hörmət və məhəbbətlə yada salırsan. İlk müəllimin Şamil Məmmədova baş çəkməyi özünə borc bilirsən. Bizə qələm tutmağı, oxuyub-yazmağı, sinifdə, məktəbdə, ictimai yerlərdə davranmağı öyrədən ilk müəllimlərimiz unudulmazdırlar. Mənim də ilk müəllimim, Əməkdar müəllim Nəsibə Qurbanovaya böyük məhəbbətim, hörmətim olub və olacaq da. Yaxınlarda “Azərbaycan müəllimi” qəzetində onun xatirəsinə həsr etdiyim “Mənim ilk müəllimim” adlı yazını çap etdirmişəm. Qəzet üçüncü sinifdə N. Qurbanova və bütün siniflə çəkdirdiyimiz şəkli də vermişdi.
Kəndin özünəməxsus özəllikləri, gözəllikləri olsa da, şəhər həyatının cazibəsi uşaqları, gəncləri ovsunlayır.
Kənd məktəbini bitirib, Bakıya ali təhsil almağa gələndə arzuların aşıb-daşırdı. Kənd məktəbinin məzunu ola-ola sən rus ədəbiyyatı və tarix fənləri üzrə şifahi imtahanlardan “əla” qiymətlər aldın, Azərbaycan Pedaqoji Rus Dili və Ədəbiyyatı İnstitutuna (hazırda Bakı Slavyan Universiteti) qəbul olundun. Mühazirə və seminar məşğələlərinə hazırlıqlı gəlirdin. O zamanlar indiki kimi deyildi. Ali təhsil müəssisələri barmaqla sayılırdı. İnstitutlara qəbul olmaq çətin idi. İndi dövlət ali təhsil müəssisələri də, qeyri-dövlət təhsil ocaqları da çoxdur, qəbul planı da kifayət qədər. O vaxtlar Bakıya qəbul imtahanlarına gələnlər kənd camaatının, rayon (şəhər) sakinlərinin böyük hissəsinin diqqət mərkəzində idi. Qəbul olan da, imtahanlardan kəsilənlər də tez bir zamanda məlum olurdu.
Ona görə də gənclər imtahanlara ciddi, məsuliyyətlə hazırlaşırdılar. Təhsil illərində də çalışırdılar ki, yaxşı oxusunlar. Ali təhsil alıb rayona, kəndə qayıdanda artıq onların necə oxumaları barədə camaatın, valideynlərinin xəbəri olurdu.
Bizim kimi sən də bu məsuliyyətin əhatəsində olmusan.
Rus dilini mükəmməl öyrənmək, dil-danışıq mühitindən bəhrələnmək üçün tələbə mübadiləsi xətti ilə 1983-1984-cü tədris ilində Həştərxan Pedaqoji İnstitutunun (indiki Həştərxan Dövlət Universitetin) filologiya fakültəsində də təhsil aldın. İllər tələsməsə də, 1985-ci ildə M.F. Axundov adına Azərbaycan Pedaqoji Rus dili və Ədəbiyyatı İnstitutunu (hazırda Bakı Slavyan Universiteti) fərqlənmə diplomu ilə bitirdin.
29 il sonra hazırki Həştərxan Dövlət Universiteti sənin “Drevnyaya Rus i tyurki: v literaturnıx pamyatnikax XII-XVII vv.” monoqrafiyanı çap etdi.
Ali təhsil illərində akademik Teymur Bünyadovdan, professorlar Məmməd Qocayev, Yusif Rüstəmov və Bela Musayevadan, dosentlər Zemfira Mehdizadədən, Sevil Məmmədovadan, Validə Əliyevadan və başqalarından dərs aldın. Onları da həmişə minnətdarlıqla xatırlayırsan.
Ən böyük arzularından biri təhsil aldığın Vəlixanlı kənd məktəbində müəllim işləmək idi. Bu arzuna qovuşdun. Üç il burada rus dilini və ədəbiyyatını tədris etdin. Dil öyrənmək üçün mühit lazımdır. Şəhər, rayon mərkəzi şəraitində xarici dil öyrənmək rahatdır.
O zamanlar SSRİ deyilən bir imperiyanın caynağında olduğumuzdan rus dili az qala ana dilimiz səviyyəsində idi. Rus dilini yaxşı bilənlərə vəzifə verilirdi.
Şəhərlərdə ruslar yaşadığından bir çox uşaqlar həyət-bacada rus uşaqları ilə oturub-durduqlarından, oynadıqlarından məktəbə getməmişdən əvvəl rus dilini öyrənirdi. Kəndlərdə isə, belə mühit yox idi. Ümumtəhsil məktəblərində rus dilini öyrətmək isə, müəyyən çətinliklər törədirdi. Həftədə 1 qırx beş dəqiqə ərzində 30-40 uşaq rus dilində danışmağı, başa düşməyi heç cür öyrənə bilmirdi.
Ona görə də, Telman müəllim, sən dilin tədrisinin əlverişli yolları üzərində düşünür, müəllim-şagird münasibətlərini, pedaqoji əməkdaşlıq məsələlərini lazımi səviyyədə qurmaqla yanaşı rus dilinə yiyələnmənin səmərəli üsul və vasitələrindən faydalanırdın. Elə bunun nəticəsi idi ki, sonradan neçə şagirdin sənin yolunu tutub, rus dili müəllimi oldu.
Rayonda işləyərkən (1985-1988) sənə məktəb direktoru, rayon komsomol komitəsinin birinci katibi və s. vəzifələr, o vaxtkı Sovetlər İttifaqının Dövlət Təhlükəsizlik Komitəsinin aspiranturasında təhsil təklif olundu.
Telman müəllim, sən yerində sayan oğul deyildin, irəliyə baxırdın. Artıq bir kənd məktəbi çərçivəsinə sığışa bilmirdin. Pedaqoji işi, müəllimlik peşəsini, öz ixtisasını sevsən də, nəzəri və metodik hazırlığa, pedaqoji ustalığa yiyələnsən də, pedaqoji kollektivin, şagirdlərin, həm də valideynlərin hörmət və məhəbbətini qazansan da, elmin enişli-yoxuşlu, daşlı-kəsəkli yollarında irəliləmək istədin. Yenidən Bakı şəhərinə gəldin. M.F. Axundov adına APRDƏİ-nin əyani aspiranturasını seçmişdin. 1988-1989-cu illərdə ordu sıralarında xidmət etdin.
O vaxtlar Qarabağ hadisələri başlamışdı. Hərbi xidmətdə olduğun Pskov və Minskdəki hərbi hissələrdə Qarabağ tarixi, Azərbaycan-Ermənistan qarşıdurması barədə mühazirələr oxumağa və azərbaycanlılardan ibarət musiqi qrupunun çıxışlarına nail oldun.
Aspiranturanı bitirib “M.Y. Lermontovun nəsr əsərləri Azərbaycan ədəbiyyatşünaslığı və tərcümələrində” adlı namizədlik dissertasiyasını müdafiə etdin (1992). Dissertasiyanın yüksək səviyyəsini nəzərə alan Təhsil Nazirliyi səni pul mükafatı ilə təltif etdi.
Elmin enişli, yoxuşlu yolları səni özünə elə bağlamışdı ki, araşdırmalarını davam etdirməyə başladın. Doktorluq dissertasiya mövzusunu təsdiq etdirdin. Səriştəli ali məktəb müəllimi kimi auditoriyaya daxil olub mühazirələr oxuyur, asudə vaxtlarında elm ələminə baş vururdun.
Səni maraqlandıran qədim rus ədəbiyyatında slavyan-türk əlaqələri idi. Dissertasiya üzərində işləyir, mövzuya uyğun məqalələr çap etdirir, monoqrafiya hazırlayırdın.
Elmi rəhbərin, Əməkdar elm xadimi, professor Murtuz Sadıxlının dəyərli tövsiyələri hesabına artıq hərbi xidmət dövründə namizədlik işi üzrə materiallar toplayıb sistemləşdirməyə və ordudan geri dönən kimi işi müzakirəyə təqdim etməyə nail oldun. Vaxtından əvvəl işi (“M.Y. Lermontovun nəsr əsərləri Azərbaycan ədəbiyyatşünaslığı və tərcümələrində”) yekunlaşdırdığına və müdafiəyə təqdim etdiyinə görə Təhsil Nazirliyinin pul mükafatını aldın.
“Elmin fəziləti ibadətin fəzilətindən əfzəldir” (Həzrəti Məhəmməd peyğəmbər demişkən)
Telman müəllim, sən həmişə irəliyə baxmısan. Elmin enişli, yoxuşlu yolları səni özünə elə bağlamışdı ki, araşdırmalarını davam etdirməyə başladın. Özünü yaxşı müəllim kimi tanıtdın. Müstəsna hal kimi institutun rektoru, mərhum professor Firudin Hüseynov kafedra müdirinə səni müəllimlikdən birbaşa dosent vəzifəsinə keçirməyi təklif etdi. Doktorluq dissertasiyası mövzun təsdiq olundu.
Səni maraqlandıran qədim rus ədəbiyyatı abidələrində slavyan-türk əlaqələri mövzusu idi. Mövzun səni Moskva, Sankt-Peterburq kitabxanalarına üz tutmağa, slavyan ölkələrində kitab və məqalələr çap etdirməyə istiqamətləndirdi. Bakıda monoqrafiyaların nəşr olundu.
Nəhayət, 2004-cü ildə “Qədim rus ədəbiyyatında slavyan-türk əlaqələri” adlı doktorluq dissertasiyasını müdafiə edərək, filologiya elmləri doktoru elmi dərəcəsi, bir müddət sonra professor elmi adı aldın.
Dissertasiyanın müdafiəsi ilə bağlı aparıcı təşkilat Rusiya Elmlər Akademiyasının M. Qorki adına Dünya Ədəbiyyatı İnstitutu (Qədim slavyan ədəbiyyatları şöbəsi, şöbə müdiri A.S. Dyomin); rəsmi opponentlər A. Puşkin adına Rus Dili İnstitutunun dünya ədəbiyyatı kafedrasının müdiri professor S.N. Travnikov və professor M.Q. Qocayev olmuşdur.
Doktorluq dissertasiyasının müdafiəsi yüksək səviyyədə keçmiş, istər aparıcı təşkilat, istər rəsmi opponentlər, istərsə də çıxış edən dissertasiya şurası üzvləri əsərin elmi dəyəri, aktuallığı, alınan nəticələrin etibarlılığı və mötəbərliyi haqqında müsbət fikirlər səsləndirmişlər. Təbii ki, mövzunun xarakteri nüfuzlu rus alimlərinin opponentliyinə qarşı ciddi elmi səviyyə və hazırlıq tələb edirdi.
Dissertasiyada X-XVII əsrlərə aid rus ədəbi abidələrində türk və slavyan xalqlarının əlaqələri, onların hərbi-siyasi, mədəni, iqtisadi, dini-etik və sadəcə insani münasibətləri geniş şəkildə araşdırılmış, eyni tarixi-mədəni areala məxsus bu etnos və xalqların ortaq tarixinin və birgəyaşayışının məhsulu olan müştərək maddi və mənəvi dəyərlərə münasibət bildirilmişdi. Burada “Ötən illərin hekayəti”, “İqor polku haqqında söyləmə”, “Məhmət sultan hekayəti”, “Topal Teymur haqqında povest”, “Kazan tarixi” və sair əsərlərdə türk motivləri və mövzuları geniş və dərin şəkildə təhlil edilir. Sonradan bu ədəbi abidələrin tərəfinizdən dilimizə tərcüməsi həm də “Qədim rus ədəbiyyatı”, “Rus ədəbiyyatı tarixi” dərsliklərinin yazılmasına imkan verdi.
Geniş elmi maraq dairən, elmi-pedaqoji fəaliyyətin, şəxsi təşəbbüsünlə təşkil olunan yaradıcı təşkilat və mətbuat orqanlarında işin, layihələrin sənə müxtəlif illərdə Türkiyə, Macarıstan, Rusiya, İngiltərə, Almaniya, Serbiya, Gürcüstan, Moldova, Qazaxıstan və başqa ölkələrdə bir çox treninq və təlimlərdə, konfrans və simpoziumlarda iştirak və çıxış etmək fürsəti yaratdı.
Təhsildə innovativ fəaliyyət, təsisçilik, təhsil təşkilatçısı
“Ağıl-kamal verdi sənə yaradan,
Çalışıb hər sirri öyrən hər zaman” (Əvhədi Marağayi demişkən)
Telman müəllim, sən işgüzar və innovativ fəaliyyəti ilə seçilən təhsil təşkilatçısısan. Hələ 1993-cü ildə ölkədə təşkil olunan ilk özəl Tərcümə və Tədris mərkəzlərindən birini təsis etdin, sonra isə 1994-cu ildə ilk özəl – “Mütərcim” nəşriyyatını yaratdın. Məktəb sevgisi səni ölkədə ilk yeni tipli orta təhsil müəssisələrindən biri – “Turan” liseyini təsis etməyə gətirib çıxardı.
Ölkə Prezidentinin istedadlı və qabiliyyətli şagirdlərə qayğının artırılması ilə bağlı sərəncamına uyğun olaraq, bu liseyin və Bakı şəhəri 15 nömrəli məktəbin bazasında, Bakı Slavyan Universiteti nəzdində Məktəb-Lisey Kompleksinin təşkilinə, onun maddi-tədris bazasını yaratmağa, ilk dəfə dövlət orta təhsil müəssisəsində təsərrüfat hesablı xidmətlərin göstərilməsinə nail oldun…
1991-ci ildən bu günədək rus ədəbiyyatının tarixi kafedrasında laborant, baş laborant, müəllim və dosent vəzifələrində çalışmısan. 2014-2022-ci illərdə universitetin tədris işləri üzrə prorektoru olmusan. Bakı Slavyan Universitetində ali təhsilin yüksək səviyyədə təşkilində, pedaqoji kadrların hazırlanmasında səmərəli fəaliyyət göstərmisən. Hazırda rus ədəbiyyatı tarixi kafedrasının professorusan. Uzunmüddətli səmərəli fəaliyyətinizə görə “Əməkdar müəllim” Fəxri adına layiq görülmüsən.
2017-ci ildə Sənin təşəbbüsünlə Tədris və İnnovasiya Mərkəzi yaradılmışdır. Bu gün həmin mərkəz bütün təhsil pillələri və səviyyələrində təhsilalanlar üçün müxtəlif təhsil xidmətləri həyata keçirir. Ölkəmizdə bütün təhsil pillə və səviyyələrində, xüsusilə təlim qeyri-dövlət dillərində aparılan məktəb və siniflərdə bilinqval və polilinqval təlim modelinin geniş tətbiqi ideyasının tərəfdarı kimi zəruri təhsil proqramları (standartları) və planları işləyib müvafiq icra orqanına təqdim etmisən. Xaricdə və respublikada keçirilən konfranslarda bu mövzuda çıxış edirsən. Rusiyada yaşayan türkdilli uşaqlar üçün rus dili üzrə tədris vəsaitiniz (I-IV siniflər, həmmüəllif dosent Mədinə Qiyasbəyli) Moskvada nəşr olunub.
Sən rus dilinin orta və ali məktəblərimizdə təlim dili kimi səmərəli tədrisi məqsədilə beynəlxalq metodik seminarların, konfransların təşkilatçısısan. Layihə rəhbərliyin və həmmüəllifliyinlə hazırlanan “Rus dili xarici dil kimi” dərslik vəsaitidən Bakı Slavyan Universitetində ixtisas üzrə əsas tədris vəsaiti kimi istifadə olunur. Üçcildlik tədris vəsaiti kimi nəzərdə tutulmuş “Rus ədəbiyyatı tarixi”nin birinci cildi də ikidilli tədris vəsaiti kimi faydalıdır.
Telman müəllim! Səni fəaliyyətin, yaradıcılığın çoxsahəli, çoxistiqamətlidir. Bu istiqamətlərdən biri də elmi kadr hazırlığıdır. Bu sahədə də uğurların çoxdur. Dissertasiya müdafiələrində rəsmi opponent kimi çıxışlar etmisən, doktorant və dissertantlara elmi rəhbərlik edirsən. Elmlər doktoru proqramı üzrə bir nəfər doktorantın elmi məsləhətçisisən. Deməli, bir tərəfdən elmi rəhbər, elmi məsləhətçi, digər tərəfdən, rəsmi opponent və rəyçi kimi elmi kadrların yetişməsinə öz töhfəni vermisən!
İllər keçir. Mənim kimi, başqaları kimi sən də daha artıq “İllərə nə var ki, illər tələsmir” deyə bilmirsən. İş-güc o qədər çoxalır ki, çatdıra bilmirsən. Fikirləşirsən: “Bu illər niyə belə tələsir? Gözünü açıb-yumursan, növbəti il gəlir”.
Xalq şairi Bəxtiyar Vahabzadənın yazdığı kimi sən də: “Bircə ondan razısan ki, özündən narazısan”.
Telman müəllim, 60-cı baharın gəlib yetişdi. Hərdən fikirləşirəm ki, görəsən həmin uğurları bu qısa müddət ərzində necə əldə edə bilmisən?
Bundan başqa, “Mütərcim” Tərcümə və Nəşriyyat-Poliqrafiya Mərkəzinin təsisçisisən (1993-cü ildən).
Bilinqval və polilinqval təlim modelinə keçid təklifi
“Mən arzu edərdim ki, Azərbaycan gənci Şekspiri ingilis, Puşkini rus, Nizamini,
Füzulini, Nəsimini isə Azərbaycan dilində oxusun.”
(Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyev)
Belə bir fikirdəsən ki, ölkədə yaranmış təhsil situasiyasına (təlim Azərbaycan dilində aparılan məktəb və siniflərlə yanaşı, rus, ingilis və fransız dillərində təlimin təşkili nəzərdə tutulur) uyğun olaraq, təxirə salınmadan 1) məktəbəqədər təhsilin məzmun və standartlarına yenidən baxılmalı, müəyyən olunmuş kurslar və maraqlar üzrə kurikulumlar (tədris proqramları), tədris vəsaitləri hazırlanmalı; 2) orta təhsili əcnəbi dillərdən birində alması nəzərdə tutulan uşaqlara dövlət dilinin mənimsədilməsi, məhz məktəbəqədərki təhsil dövründə onlara ana dili üzrə müvafiq nitq vərdişlərinin aşılanması üçün xüsusi tədris proqramı işlənilməli; 3) uşaqların yaş psixologiyasının xüsusiyyətlərindən, müasir linqvodidaktikanın gəldiyi nəticələrdən, dövlət və qeyri-dövlət dillər üzrə dil-danışıq vərdiş və bacarıqlarının 7 yaşadək dövrdə və 8-12 yaş arasında daha intensiv mənimsənilməsinin mümkünlüyündən çıxış edərək, məktəbəqədər təlim-tərbiyənin və ibtidai təhsilin dillərin, məntiqi təfəkkürün və həyati biliklərin inkişafıyönlü olması üçün I-IV siniflərdə tədris planları, təhsil standartları, fənn kurikulumları, dərsliklər yenidən nəzərdən keçirilməli; 4) 5-6-cı siniflərdə texniki və təbiət fənlərinə ayrılmış saatların azaldılması hesabına xarici dillərin tədrisi üzrə saatlar artırılmalı; 5) hazırda təlim rus dilində aparılan siniflərdə bilinqval təhsil modelinin tətbiqi və bu zaman dövlət dilində və rus dilində fənlərin yanaşı tədrisinə tədricən keçməklə 8-9-cu siniflərdə tam paritetə (biri dövlət dili olmaqla iki təlim dilində tədrisə) nail olunmalı və bu zaman ana (dövlət) dilində təlimin ana dili və ədəbiyyat, Azərbaycan tarixi, Azərbaycan coğrafiyası, musiqi və s. fənləri əhatə edilməli; 6) 7-9-cu siniflərdə tədrisin təmayüllər üzrə aparılması məqsədilə dərs saatları maraqlar əsasında bölüşdürülməli və göstərilən siniflərdə xarici dil yarımqruplara bölünməklə 3 saat həcmində aparılmalı; 7) təmayül və profil üzrə fənlərin dərindən mənimsədilməsi üçün 10-11-ci siniflərdə həftəlik dərs yükünün 26-28 saatadək azaldılması, yuxarı sinif şagirdlərinin sərbəst, yaradıcı və layıhəyönlü fəaliyyəti dəstəklənməli; 8) bəzi ölkələrin təcrübəsindən çıxış edərək, geniş eksperiment şəklində tam orta təhsil pilləsində təmayüllər üzrə (10-11-ci siniflərdə) tədrisin yalnız ingilis dilində təşkili və sair kimi məsələlərin həlli bu gün bir vəzifə olaraq təhsil sistemimizin qarşısında durmalıdır. Bu isə respublikamızda təkcə bilinqval yox, həm də eksperiment şəklində multilinqval tədris modelinin tətbiqinin mümkünlüyünü gündəmə gətirir…
Belə fikirdəsən ki, qloballaşma dövründə bilinqval və multilinqval təhsil modellərinin qaçılmazlığı qabaqcıl təhsil sistemlərinə malik ölkələr üçün artıq normaya çevrilməkdədir. Bu təkliflərində Amerikada Kanadanın, Avropada Almaniya və Finlandiyanın, Asiyada Sinqapur və Malayziyanın, MDB-də Qazaxıstanın bu sahədə təcrübəsinə əsaslanırsan…
Naşir, tərcüməçi, jurnalist fəaliyyəti
“İnsan qılıncının kəskinliyi ilə qəhrəman ola bilməz, ağlın kəskin olması lazımdır” (Məmməd Səid Ordubadi demişkən)
1996-cı ildə “Mütərcim” ədəbi-bədii və tərcümə jurnalını, 1997-ci ildə “Humanitar elmlərin öyrənilməsinin aktual problemləri” məcmuəsini təsis etməklə ədəbiyyatımıza, dilçilik, ədəbiyyatşünaslıq, pedaqoji və psixoloji elmi istiqamətlərimizə öz töhfəni verirsən. “Mütərcim” jurnalı uzun müddət Azərbaycan Yazıçılar Birliyi və Bakı Slavyan Universitetinin həmtəsisçiliyi ilə nəşr olunub. “Humanitar elmlərin öyrənilməsinin aktual problemləri” ali məktəblərarası elmi məcmuəsi isə buraxılmağa başladığı zamandan Azərbaycan Respublikası Prezidenti yanında Ali Attestasiya Komissiyasının müəyyənləşdirdiyi nəşrlərin siyahısındadır.
2009-2013-cü illərdə Moskvada nəşr olunan “Literaturnaya qazeta”da və onun “Yevraziyskaya muza” əlavəsində Azərbaycanın təmsilçisi kimi ədəbiyyatımızla bağlı materiallarla mütəmadi olaraq çıxış etmisən. Müəllifi olduğun “Ən yeni Azərbaycan ədəbiyyatı” fəsli Almatıda rus dilində çap olunmuş “Ən yeni xarici ədəbiyyat” məcmuəsinə (2011) daxil edilmişdir. MAPRYALın Azərbaycan üzrə koordinatoru (2006-cı ildən), respublikamızda və xaricdə nəşr edilən bir sıra elmi və elmi-metodik nəşrlərin redaksiya heyətinin üzvüsən.
Tərcüməçilik fəaliyyəti
“Ehtiyac əməyi, əmək biliyi doğurmuşdur” (Onore de Balzak demişkən)
Tərcüməçilik Azərbaycan Yazıçılar Birliyinin üzvü kimi fəaliyyətinin əsas istiqamətlərindəndir.
Fikirləşirəm: bu qədər işləri necə çatdırırsan? Bəli, illər uşaqlıq və gənclik illərimizdə olduğu kimi “tisbağa yerişi” ilə getmir. Əksinə, elə sürətlə ötüb-keçir ki, gecəmizi gündüzümüzə qatmağımızın da xeyri olmur.
Sən müxtəlif illərdə Azərbaycan Respublikası Prezidentinin sərəncamları ilə latın qrafikası ilə buraxılmış 10-dan çox kitabın, o cümlədən antologiyaların tərtibçisi və ön sözün müəllifisən. Sənin təşəbbüsün və ön sözünlə 2014-cü ildə ikicildlik “Ən yeni rus ədəbiyyatı” antologiyası Azərbaycan, ikicildlik “Noveyşaya azerbaydjanskaya literatura” antologiyası isə rus dilində nəşr olunmuşdur. M.Y. Lermontov və A.S. Puşkinin (2 cilddə) “Seçilmiş əsərləri”ni tərtib etmiş, M.A. Şoloxovun “Sakit Don” romanını nəşrə hazırlamısan.
Əziz Telman müəllim! Sən qibtədoğuracaq tərcüməçilik qabiliyyətinə maliksən! Qədim və XVIII əsr rus ədəbiyyatı nümunələrini, L.N. Tolstoyun, F.M. Dostoyevskinin, V. Voynoviçin, B. Yevseyevin, V. Kupryanovun, A. Jiqulinin ayrı-ayrı əsərlərini dilimizə çevirmisən. F.M. Dostoyevskinin “Karamazov qardaşları” romanını tərcümə etmiş (2010), iki cilddə nəşrinə nail olmusan. Həmin uğurlu tərcüməyə görə Beynəlxalq Tərcümə Assosiasiyası və Rusiya Elmlər Akademiyasının Puşkin İnstitutunun Beynəlxalq Tərcümə mükafatına, Azərbaycan Yazıçılar Birliyinin Tofiq Bayram adına, Azərbaycan Mədəniyyət Nazirliyinin “Qızıl kəlmə” ədəbi mükafatlarına və s. layiq görülmüsən.
“Biliyin ağası olmaq üçün zəhmətin köləsi olmaq lazımdır”
(Onore de Balzak demişkən)
Telman müəllim, sən 30-dan çox kitabın (dərslik, monoqrafiya, lüğət, tədris proqramları və s.), 300-dək məqalənin müəllifisən. Bu sırada məktəb dərsliklərinin hazırlanmasına xüsusi əhəmiyyət verirsən.
Təlim rus dilində aparılan məktəblərin VII, VIII, XI sinifləri üçün “Literatura” dərsliklərinin (2006-2017-ci illərdə) həmmüəllifi, 2016-cı ildə Elm və Təhsil Nazirliyinin təşəbbüsü ilə sifariş edilmiş və icrası davam edən yeni məzmun və tərtibatda “Literatura” dərslik kompleksləri seriyasının (V, VI, VII, VIII siniflər) layihə rəhbəri və həmmüəllifisən.
Telman müəllim, sən Azərbaycanda rus ədəbiyyatının yeni resepsiyası və uzun dövr milli ədəbiyyatımızla sıx yaradıcılıq əlaqəsi olmuş həmin ədəbiyyatla bağlı təsəvvürlərin transformasiyası, bu baxışların ümumtəhsil və ali təhsil müəssisələri üçün dərsliklərə gətirilməsi məsələləri ilə məşğulsan.
Davam edən “Literatura” dərslik kompleksləri seriyasında milli ədəbiyyatımızın dominantlığı təmin olunmaqla bərabər, tarixi-xronoloji prinsip əsasında həm də şagirdlərdə rus və dünya ədəbiyyatı barədə dolğun və sistemli təsəvvürün yaradılmasına nail olmusan. Məqalə və çıxışlarında təlimi dövlət və qeyri-dövlət dillərində aparan məktəblər üçün “Ədəbiyyat” fənn kurikulumunun yenilənməsinin, vahid fənn kurikulumunun yaradılmasının, şeir parçalarının və sair ədəbiyyat nümunələrinin yadda saxlanılması tələbinin altstandartlara daxil edilməsinin tərəfdarı kimi təkliflərin maraq doğurur.
Avrasiyaçı-alim
Sən həm də avrasiyaçı alim kimi slavyan-türk xalqlarının müştərək tarixi dəyərləri, eyni tarixi-mədəni arealı bölüşdürmə faktlarından bəhs edən bir sıra avrasiyaçılıq tədqiqatlarını Azərbaycan oxucusuna təqdim edirsən. Bu mövzu ilə bağlı Straxov, Danilevski, Trubeskoy, Savitski, L.Qumilyov, Pletnyova, Erencan Xara-Davan, Nosovski və Fomenko, eləcə də bir sıra Türkiyə və Avropa tədqiqatçılarının əsərlərini tərcümə və təhlil edərək, “Avrasiyaçılıq ideyalarına Azərbaycandan baxış” adı altında nəşr etdirib (2010, 2018) Türk Dövlətləri Birliyi ideyasına, tarixi-mədəni tip kimi türklərin dünya sivilizasiyana verdiyi töhfələri və bu sahədə perspektiv tədqiqatları gündəmə gətirirsən.
XV-XVII əsrlər rus ədəbiyyatında türklər” kitabın2002-ci ildə Moskvada, sonralar isə Ankarada işıq üzü görmüşdür. Həmin əsər Türkiyə türkcəsində Beynəlxalq Türksoy mükafatına təqdim olunmuşdur (2010).
Təltiflərin
Telman müəllim, sən Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sərəncamı ilə Səmərəli fəaliyyətin. görə respublikanın Əməkdar müəllim Fəxri adına layiq görülmüsən (2016).
Son söz
Əziz Telman Həmzağa oğlu Vəlixanlı (Cəfərov)! Ədəbiyyatşünas və avrasiyaçı-alim, naşir, tərcüməçi, təhsil təşkilatçısı kimi bütün fəaliyyətlərinin fövqündə duran sənin müəllimlik peşəsinə vurğunluğun və tutduğun vəzifələrdən asılı olmayaraq, təhsilimizin təəssübkeşliyi missiyandır. Aparılan islahatlara, yeni məzmunlu təhsil proqramlarının və tədris resurslarının yaradılmasına verdiyin töhfədir.
Bir nəfəsə yazdığım bu yazını tamamlayarkən Zəlimxan Yaqubun “Gözəllik” şeirindən bir bənd yadıma düşdü. Sanki səni nəzərdə tutaraq yazıb o böyük şair:
Nə nurludu, nə parlaqdı, nə gözəldi,
Nur payıdır insanların ən gözəli.
Aydan alır, Gündən alır işığını,
Baş tacıdır vicdanların ən gözəli.
Alim, tərcüməçi, naşir dostum! Sən dönüb yaşadığın illərə baxanda sevinə, öyünə bilərsən. Çox böyük işlər görmüsən. Sən kamil şəxsiyyətə xas ola biləcək bütün müsbət keyfiyyətlərə yiyələnə bilmisən. Səni gözəl bir insan, yaradıcı şəxş kimi çox sevirik. Sənin hələ vur-tut 60 yaşın var. Hələ qabaqda görüləsi nə qədər işlərin var. Sənə bundan sonra daha 60 il ömür arzulayıram. Amma sağlam, gümrah, nikbin bir həyat yaşayasan!!! Var ol!!!
“İrəvan” Futbol Klubu transfer çalışmalarını davam etdirir
1-ci Liqada mübarizə aparacaq “İrəvan” Futbol Klubu transfer çalışmalarını davam etdirir.
Klubun Mətbuat Xidmətinin rəhbəri Mübariz Süleymanlının verdiyi məlumata görə, “İrəvan” FK-nın idarə heyətinin növbəti iclası keçirilib. Klubun idarə heyətinin sədri və klubun birinci vitse-prezidenti Zülfüqar Kazımov KİV nümayəndələrini 22 İyul – Milli Mətbuat Günü münasibətilə təbrik edib, bu şərəfli peşə sahiblərinə, çətin və məsuliyyətli işlərində yeni-yeni nailiyyətlər arzulayıb.
Natiq çağdaş milli mətbuatımızın inkişafının ulu öndər Heydər Əliyevin adıyla bağlı olduğunu, mətbuata verdiyi yüksək dəyər və dəstəyin nəticəsində yüksələn inkişaf mərhələsinə qədəm qoyduğunu, davamlı dövlət dəstəyi ilə əhatə olunduğunu vurğulayıb.
Sonra “İrəvan” FK-nun prezidenti və idarə heyətinin üzvü Zahid Niyazəliyev Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və birinci vitse-prezident Mehriban xanım Əliyevanın diqqət və qayğısı nəticəsində müasir idmanımızın ən yüksək inkişaf səviyyəsində qərar tutduğunu vurğulayıb.
Daha sonra Z.Niyazəliyev ölkə idmanın qazandığı nailiyyətlərdən ,”İrəvan” FK-nın qısa bir zamanda beynəlxalq arenada tanınacağına ümid etdiyini deyib.
Tədbirin sonunda komandaya yeni transfer olunan beş futbolçu- Ruslan Hacıyev, Gülağa Əsədov, Nazim Məmmədzadə, Asim Əlizadə və Əlirza Müştəbazadə ictimaiyyətə təqdim edilib.
Xatırladaq ki, 2023/2024-cü illər mövsümündə I Divizion 10 komandanın iştirakı ilə keçiriləcək. Reqlamentə görə, I Divizionda 1-ci yeri tutan komanda növbəti mövsüm Premyer Liqaya vəsiqə qazanacaq.
“Heydər Əliyev ili” çərçivəsində fəaliyyətləri yüksək qiymətləndirilərək “Ağdam” qəzetinin redaksiya heyəti təltif olunub. Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin təltifnaməsində (Diplom) yazılıb: ” Azerbaycan Xalqının Ümummilli Lideri Heydər Əliyevin 100 illiyi və Milli Mətbuat Günü münasibətilə hərbi vətənpərvərlik təbliğatında xidmətlərinə görə “Ağdam” qəzetinin redaksiyası təltif edilir.”
“Yazarlar” olaraq bu təbrikə qoşuluruq! Uğurlarınız bol olsun, Baxşeyiş Abbasoğlu və dəyərli redaksiya heyəti!!!
Cəfər Cabbarlının “Qara Qənbər” hekayəsinin ideya-estetik dəyərləndirilməsi
(resenziya)
Cəfər Cabbarlı 20 mart 1899-ci ildə Xızıda yoxsul kəndli ailəsində anadan olmuşdur. Onun Azərbaycan ədəbiyyatının zənginləşməsində çox böyük xidmətləri olmuşdur. Cəfər Cabbarlının yaradıcılığı çox zəngindir. Onun şeirləri, pyesləri ilə yanaşı hekayələridə Azərbaycan ədəbiyyatı üçün olduqca qiymətlidir. Onun “Mənsur və Sitarə”, “Əhməd və Qumru”, “Parapetdən Şamaxı yoluna qədər”, “Müfəttiş”, “Çocuq”, “Altun heykəl”, “Gülzar”, “Dilarə”, “Aslan və Fərhad”, “Papaq”, “Dilbər”, “Gülər” adlı hekayələri vardır. Cəfər Cabbarlının “Qara Qənbər” hekayəsi insan azadlığına, fərdin cəmiyyətdəki mövqeyinə, insan xarakterindəki ziddiyyətə toxunma baxımından müəllifin digər hekayələrinin içində ən təsirlilərindən biridir. Cəfər Cabbarlının “Qara Qənbər” hekayəsi həcminin və obrazlarının sayının azlığına baxmayaraq, Azərbaycan ədəbiyyatı üçün mövzu və problematika baxımından çox böyük əhəmiyyətə malikdir. Bu əsər çox dərin mənaları özündə ehtiva edə bilir. Müəllif əsərində mühitin təsviri ilə bədii təzad yaratmışdır. Cəfər Cabbarlı mühitin təsiri ilə mövcud vəziyyət ilə əvvəlki vəziyyəti oxucunun gözləri önündə canlandıra bilir. Cəfər Cabbarlının əsərindəki bu təzad özünü Qara Qənbər obrazının daxili düşüncələrində, fikirlərində və nəhayət əməlində özünü əks etdirir. Cəfər Cabbarlı Qara Qənbərin bütün xarakterini əsərdə tam şəkildə əks etdirir. Hekayə Qara Qənbərin keçmişinin təsviri ilə başlayır. Müəllif əsərdə obrazın həm keçmişini, həm indisini, həm də gələcəyini müqayisəli şəkildə təsvir edir. “Qara Qənbər böyük adam idi, özü də şura işçisi idi. Hökumət “trestlərinin” birisində böyük qulluq sahibi idi. Bunun keçmişini az adam tanıyırdı. Amma bu özünü Şura anketlərində “fələ sinfinə mənsubam” yazırdı” .
Cəfər Cabbarlı “Qara Qənbər” hekayəsində mühitinə çox tez uyğunlaşan Qara Qənbərin öz qulluğundan çоx razı olmasını, geniş və işıqlı kabinetdə əyləşməsini, bir neçə cür telefоn işlətməsini, yanında qapıçının hazır durmasını, qapıda avtоmоbilinin, faytоnunun həmişə onu gözləməsini, qulluqçuların əmrinə hazır olmasını çox böyük yazıçı ustalığı ilə qələmə alır. Rahat həyata alışan Qara Qənbər gah telefоnu əlinə alıb оnunla-bununla çоx-çоx danışır, gah zəngi basıb qapıçıya əmr verir, gah da meşin pоrtfelini qоltuğuna alıb, avtоmоbilə minərdi ki, görsün küçədə tanışlardan kimə rast gələr. Belə işləmək Qənbərə heç çətin gəlmirdi. Qəmbərin iş rejimi səhər bir neçə saat kabinetdə əyləşməkdən, həftədə də iki-üç dəfə idarə iclasında iştirak etməkdən ibarət idi. Ziddiyyətli obraz olan Qənbəri ilk vaxtlar hamı qulluqçu kimi sevər, hörmət və ehtiram edərdi. Qara Qənbər də bunun əvəzində hamının üzünə gülərdi. Qara Qənbər ilk vaxtlar о qədər qulluqda işləyərdi ki, о axırda bu işlərdən sərxоş kimi оlurdu. Az qalırdı əqli uça. Lakin zaman keçdikcə onda bir çox dəyişikliklər baş verir. Qara Qənbər vəzifənin, pulun, ad-sanın, hörmətin əsirinə çevrilir. Qara Qənbər özündə ilk dəyişikliyə öz görkəmindən başlayır. O, bığlarını bəyənməyib, qırxdırmaq xəyalına düşür. Paltarını da dəyişdirib, fasоnlaşdırır. Müəyyən bir zamandan sonra Qara Qənbəri kim görsə, tanımırdı. Cəfər Cabbarlı “Qara Qənbər” hekayəsində insan portretini olduqca olğun və canlı yaratmışdı. “Köhnə yоldaşları və tanışları daha Qara Qənbəri tanıya bilmiyоrdular. Bədəni dоlmuşdur, qarnı yavaş-yavaş şişməyə başlıyоrdu və оnu çоx təşəxxüslü edirdi”.
Əsərin əvvəlində vəzifəsindən razılıq edən Qara Qənbər artıq tanışlarına rast gələndə sir-sifətini turşudub şikayətlənərdi. “Vəzifəm çоx ağırdır. Yоldaş, yоrulmuşam, istəyirəm bu işdən çıxam, buraxmıyоrlar”…
Cəfər Cabbarlının “Qara Qənbər” hekayəsinin baş qəhrəmanı olan Qənbər artıq ilk zamanlarından fərqli olaraq, fəhlələrlə bir dil ilə, qulluqçularla başqa dil ilə danışırdı. Bununla da işi xоd gedirdi. Güzəranı da xоş keçirdi. Qara Qənbər öz qоhumlarını da ətrafına yığmışdı. Qara Qənbərin qardaşlarını və başqa qоhumlarını yanında saxlamasının tək səbəbi o idi ki,onlar Qara Qənbərin sifarişlərini yerinə yetirməklə məşğul idilər. Bütün arzularına çatan Qənbərin fikrində bir əməl var idi. Özünü böyük mərtəbə sahibi, qanacaqlı və inteligent bir adam kimi görən Qara Qənbər yalnız arvadından narazı idi. Cəfər Cabbarlı onun arvadını belə xarakterizə edir. “Qara Qənbərin arvadı çоx sadə idi. Türkəsayaydı: gələn qоnaqlarla lazımınca rəftar edə bilməzdi. Kimi əski qayda iləydi, utanardı, gizlənərdi”…
Bu haldan Qənbər çоx utanardı, çəkinərdi. Onun arvadı yadına düşəndə sir-sifəti turşuyardı. Günlər getdikcə ər ilə arvadın arasında əmələ gələn uçurum daha da artırdı. Pullanıb, vəzifə sahibi olan Qənbər arvadını bəyənməyib, ondan ayrılmaq qərarı verir. Cəfər Cabbarlı qonşuların sözü ilə Qara Qənbərin axır hərəkətləri analiz edir. “Qоnşular gizli-gizli bir-birinə deyirdilər: Qara Qənbər qudurmuş, xasiyyəti dəyişmiş, qulluq əqlini uçurdub, gözünü kоr eləmiş”…
Cəfər Cabbarlının “Qara Qənbər” hekayəsinin baş qəhrəmanı olan Qənbər obrazı ilk zamanlarından çox fərqlənirdi. O artıq evi də, arvadı da təzələmiş, keçmişini unudub təzə ömür sürürdü. Ədib Qara Qənbərin yeni arvadının təsviri ilə köhnəliklə yeniliyi müqayisəli təqdim və təhlil edir. Yeni qadının geyimi, yaşam tərzi, dili, xasiyyəti ilə Qara Qənbərin birinci xanımı müqayisə olunur. Üstünlük yeni qadına verilir. “Оnun evində bir xanım əyləşmişdi ki, həm rusca danışmaq bilirdi, həm də qоnaqlarla yaxşı rəftar edirdi. Geyimi Avrоpa xanımları kimi hər fəsilli, hər dürlü idi: kiftə bоzbaşı sadə xörək bilib firəngi bilyudlar böyütdürərdi, xüsusi mоdiska parixmaxer qulluğunda hazır idilər”…
Cəfər Cabbarlının “Qara Qənbər” hekayəsinin sonu olduqca müəmmalı və ibrətamiz bitir. Belə ki, başı avtоmоbillərə, faytоnlara, teatrlara, qоnaqlara, bağlara qarışan Qara Qənbərə həyat olduqca şirinləşmişdi. Əsərin sonu olduqca gizli bitir. “Bir gecə gecənin yarısı idi. Qara Qənbəri Çekanın avtоmоbili nerəyə isə aparırdı. Qara Qənbər əsirdi, bütün dünya bunun başına о halda dоlanmağa başladı. Sabahı günü hamı deyоrdu ki, daha qudurqanlıq bitdi”… Ədib əsərini bu cür tamamlayır. Daha başqa fikir yazmağa gərək duymur, çünki o dövrdə gecə yoxa çıxanları heç kim gündüz axtarmırdı. Cəfər Cabbarlı əsərində olduqca ibrətli sonluq yaratmağa nail ola bilmişdir. Əsər nəfsinə qul olanların acı sonunu özündə əks etdirir. İnsanları tamahkar olmamağa çağırır.
Çağdaş Azərbaycan ədəbiyyatının tanınmış simalarından biri olan Zaur USTAC 1975-ci ildə Bakı şəhərində andan olub. Ali təhsillidir. Qarabağ müharibəsinin iştirakçısı, ehtiyatda olan zabitdir. Bədii-publisistik kitabların, metodiki-tədris vəsaitlərinin və balacalar üçün (ingilis dilindən) tərcümələrin müəllifidir. Milli ruhda qələmə alınıb hər iki qrafika ilə (müasir və əski əlifba ilə Ana dilimizdə) çap olunmuş kitabları Bütöv Azərbaycan coğrafiyasında yayımlanır. Xüsusi ilə kiçik yaşlı məktəblilər üçün ana dilimizdə olan öyrədici (Ana dili və Hesab) şeirlərdən ibarət kitabları geniş oxucu kütləsinə tanış olmaqla bərabər məktəb və liseylərin məktəbəhazırlıq qruplarında tədris vəsaiti kimi tətbiq (2019-2020-ci təris ilindən etibarən) olunur..
Zaur USTAC 1988-ci ildən fasiləsiz olaraq dövri mətbuatda dərc olunur, 40-dan artıq kitabın müəllifidir. 2007-ci ildən özünün təsis etdiyi “Yazarlar” jurnalı, 2010-cu ildən isəYAZARLAR.AZ saytı idarəçiliyindədir.
Zaur Ustacın əsərlərinin 2011-ci ildən etibarən internet vasitəsi ilə bir neçə stabil və təhlükəsiz portalda pulsuz yayımlanmasının nəticəsi olaraq bu gün o internet üzərindən ən çox oxunan yazarlarımızdan biri, bəlkə də birincisidir.
Zaur USTAC yaradıcılığı Ana dilimizdə oxuyub, anlamağı bacaran dünyanın harasında yaşamasından asılı olmayaraq, internetə çıxışı olan hər bir şəxs üçün əlçatandır.
SEVİN, A TƏBRİZ! Zəfər libasında sevinc göz yaşı, Hər iki sahildə dayanıb ərlər! Ayrılıq atəşi elə qarsıyıb, İçərək qurudar Arazı nərlər! * * * Göylərdən boylanır Tomris anamız, Əlində qan dolu o məşhur tuluq! Xain yağıların bağrı yenə qan, Canı əsməcədə, işləri şuluq… * * * Uşaqdan böyüyə hamı əmindir, Tarix səhnəsində yetişib zaman! Bu dəfə biryolluq bitəcək söhbət, Nə güzəşt olacaq, nə də ki, aman! * * * İllərdir həsrətdən gözləri nəmli, Mamırlı daşların gülür hər üzü! Neçə qərinədir qalmışdı çılpaq, Yamyaşıl çayırla gəlib bu güzü! * * * Al donun geyinir Günəş hər səhər, Səmamız masmavi, göy üzü təmiz! Duman da yox olub, itib buludlar, Gözün aydın olsun, sevin, a Təbriz!
USTACAM Müzəffər ordunun şanlı əsgəri, Ərənlər yurdunun ər övladıyam! Zalımın zülmünə təhəmmülüm yox, Babəklər yurdunun hürr övladıyam! * * * Ustadım Nəsimi, sözümüz sözdü, Ədalət, həqiqət bağrımda közdü, Ziyadar dühası bir deyil, yüzdü, Mövlalar yurdunun nur övladıyam! * * * Dərvişəm, müqqəddəs sayılır təkkəm, Hülqumdan yuxarı dayanır öfkəm, Od, ocaq diyarı tanınır ölkəm, Alovlar yurdunun nar övladıyam! * * * Unutma, şah babam Xətai başdı, Nadir şah, mətədə tərpənməz daşdı, İlham, nə keçilməz sədləri aşdı, İgidlər yurdunun nər övladıyam! * * * Tarixdə Nəbisi, Koroğlusu var, Gen dünya yağıya daim olub dar, Düşmən qarşımızda yenə oldu xar, Aslanlar yurdunun şir övladıyam! * * * Göydən Yer üzünə ərmağan, payam, Gündüzlər Günəşəm, gecələr Ayam, Ən parlaq ulduzdan törəyən boyam, Ozanlar yurdunun sirr övladıyam! * * * Ustacam, vətənim vətən içində, Axıb duruluruq zaman köçündə, Min bir anlamı var, adi “heç”in də, Aqillər yurdunun pir övladıyam!
DAĞLAR (Dağlara xitabən üçüncü şeiri) Tarix səhnəsində yetişdi zaman, Başlanmış bu çağın mübarək, dağlar! Hələ nə zəfərlər gözləyir bizi, Qutlanmış novrağın mübarək, dağlar!
* * * Dövranın gərdişi döndü, dəyişdi, Davadan doğulan ərlər yetişdi, Didilmiş yaralar tutdu, bitişdi, Üç rəngli duvağın mübarək, dağlar!
* * * Nə vaxtdır yol-iriz bağlı qalmışdı, Qoynunda yağılar məskən salmışdı, Canımı sağalmaz bir dərd almışdı, Sayalı qonağın mübarək, dağlar!
“Biz fәxr edirik ki, “Kitabi-Dәdә Qorqud” kimi böyük tarixi abidәmiz var. Biz fәxr edirik ki, Dәdә Qorqud övladlarıyıq. Biz fәxr edirik ki, Dәdә Qorqud elindә yaşayırıq. Biz fәxr edirik ki, “Kitabi-Dәdә Qorqud” bütün türkdilli dövlәtlәrә mәnsub olaraq, eyni zamanda vә birinci növbәdә Azәrbaycan xalqına mәnsubdur. Fәxr edirik ki, biz “Kitabi-Dәdә Qorqud”un sahibiyik, onu yaşadacağıq və gәlәcәk nәsillәrә daha da böyük töhfәlәrlә verәcәyik”
Heydər Əliyev
Yeni Era Türk erasıdır. Türkün dünyaya bəxşeyişi:-Elm, mədəniyyət, mənəviyyat, sülh,barış.Türk dünyasının uğurlarına dəstək olmaq, dünyada sülhün, əminamanlığın qorunmasına töhfə vermək üçün daha səylə çalışmaq gərəkdir. Ömrü boyu yol gedirik.Yolun uğurlu olması iki amillə bağlıdır. Qarşına qoyduğun məqsəd, kiminlə, yaxud kimlərlə gedəcəksən bu yolu. İlk növbədə səni başa düşən, düz yola istiqamətləndirən, daim sənə dəstək olan insanlarla istənilən yolu rahat getmək, uğur əldə etmək mümkündür. Hər kəsin yolunu müəyyən edən Allah, bu yolda ona kömək də göndərir. Rastına çıxan xeyirxah xislətli insanlar sənin mükafatındır. İnsanın niyyəti, xisləti, inamı, etiqadı onun ən yaxşı keyfiyyət göstəricisidir. Xalqını, millətini, dövlətini, dilini, dinini sevən harada yaşamasından asılı olmayaraq bütün azərbaycanlılar, türk dilli xalqlar, bəşəri duyğularla yaşayan insanlar bu illər ərzində bizimlə birgə çalışıblar. “Kitabi – Dədə Qorqud” dastanının 1300 illik yubileyinin təntənəli keçirilməsi Azərbaycan xalqının tarixi yaddaşında ilk hadisə olmaqla bərabər, “Kitabi-Dədə Qorqud” eposuna dair müvafiq istiqamətdə çoxşaxəli elmi-tədqiqatların aparılmasına zəmin yaratmışdır. Bu məqsədlə hal-hazırda Respublikamızda “Dədə Qorqud” Milli Fondu, AMEA-nın Folklor İnstitutu nəzdində “Dədə Qorqud Mərkəzi” fəaliyyət göstərir. Bakı Dövlət Universitetinin nəzdində fəaliyyət göstərən “Dədə Qorqud” elmi – tədqiqat laboratoriyası Azərbaycan Respublikasının Prezidenti Ümummilli lider H.Əliyevin 21 fevral 1999-cu il, 98 saylı sərəncamına əsasən Təhsil Nazirliyinin 04 may 1999-cu il 303 saylı əmri ilə yaradılmışdır.
Kitabi – Dədə Qorqud” eposuna maraq təkcə bununla bitmir. Bütün bu uğur və irəliləyişlərlə yanaşı, doxsanıncı illər “Kitabi-Dədə Qorqud” eposu üçün ən uğurlu, sözün əsl mənasında böyük əhəmiyyət kəsb edən illərdir. Ulu öndər H.Əliyevin siyasi hakimiyyətə ikinci dəfə qayıdışından sonra onun bütün sahələrə göstərdiyi diqqət və qayğı “Kitabi-Dədə Qorqud” eposundan da yan keçmədi. Dastanın tədqiqi və araşdırılması işləri ilə birbaşa özü maraqlanan H.Əliyevin sayəsində dastan yeni inkişaf mərhələsinə qədəm qoydu. Ümummilli lider bu istiqamətdə dastanın 1300 illik yubileyi münasibətilə 1997-ci il 20 aprel tarixində fərman, 1999-cu il fevralın 21-də “Kitabi-Dədə Qorqud” dastanının 1300 illik yubileyi üzrə Dövlət Komissiyasının tədbirlər planı haqqında” sərəncam imzaladı. Fərmanda deyilirdi: “Azərbaycan xalqının mühüm tarix və mədəniyyət qaynaqlarından biri olan “Kitabi-Dədə Qorqud” dastanının yaradılmasından 1300 il keçir. Oğuz türklərinin tarixini əks etdirən “Kitabi-Dədə Qorqud” yüksək bəşəri ideyalar tərənnümçüsü kimi dünya xalqlarının mənəvi sərvətlər xəzinəsinə daxil olmuşdur. “Kitabi-Dədə Qorqud” dastanının dünya mədəniyyət tarixində xüsusi yer tutduğunu, onun yubileyinin Azərbaycan xalqı ilə yanaşı bütün türk xalqlarının qədim və zəngin mədəniyyətinin təbliğinə xidmət edən beynəlxalq əhəmiyyətli hadisə olduğunu nəzərə alaraq, bu möhtəşəm epik əsərin 1300 illik yubileyi layiqincə keçirilmişdir. Amma bir faktı da qeyd etmək yerinə düşərdi ki, H.Əliyev siyasi hakimiyyətinin birinci dövründə belə dastana diqqət göstərmiş və onun tapşırığı ilə 1975-ci ildə “Dədə Qorqud” filmi çəkilmişdir.
2010-cu ildə “Dədə Qorqud” ETL-nin müdiriprofessor Qara Namazovun təşəbbüs və redaktorluğu ilə “Dədə Qorqud dünyası” adlı elmi nəzəri jurnalın I cildi, 2012-ci ildə isə II cildi çap olundu.2021-ci ildən etibarən filologiya üzrə fəlsəfə doktoru, Azərbaycan Aşıqlar Birliyinin üzvü, “Folklor və Etnoqrafiya” jurnalının redaksiya üzvü, “Dədə-Qorqud”mükafatı laureatıAlmara Vəzir qızı Nəbiyeva laboratoriyaya müdir təyin olunandan sonra “Dədə Qorqud dünyası” beynəlxalq elmi-nəzəri məcmuəsinin “III-IV-V-VI” cildi çap olunub. Hazırda elmi jurnalın VII nəşrinin materialları toplanılır.Jurnalın ərsəyə gəlməsində laboratoriya əməkdaşlarının hər birinin zəhmət payı vardır.
“Kitabi-Dədə Qorqud” – ədəbiyyat abidəsi: tarix, etnoqrafiya, ədəbiyyat, dil və coğrafiya baxımından, habelə dünya eposları ilə müqayisəli şəkildə öyrənilməsi Azərbaycan folklorşünaslıq və ədəbiyyatşünaslığın müasir inkişaf mərhələsində olduqca önəmlidir. Bu baxımdan, elmi- tədqiqat laboratoriyasının əsas məqsədi “Kitabi-Dədə Qorqud” dastanının: yazıya alınma tarixini, poetik strukturunu, türk xalqlarının, eləcə də xalqımızın şifahi xalq ədəbiyyatındakı rolunu, dastanın ümumi dastançılıq ənənələrinə bəxş verdiyi töhfəni, eyni zamanda qədim və orta əsrlər Azərbaycan tarixinin araşdırılmasında tarixi qaynaq kimi əhəmiyyətini özündə kəsb edir. Bu geniş miqyaslı araşdırmalar elmi tədqiqat planına əsasən aparılr.“Dədə Qorqud” elmi tədqiqat laboratoriyası: Türkiyənin, Özbəkistanın,Türkmənistanın, Qazaxıstanın, Qırğızıstanın, Rusiyanın və diqər ölkələrin müvafiq elm və təhsil ocaqları ilə elmi əlaqələrə malikdir.
Heydər Əliyevin -100-illiyinə həsr olunmuş “Dədə Qorqud Dünyası” beynəlxalq elmi-nəzəri jurnalının 6-cı sayı 10.05.2023 il tarixində çapdan çıxıb, jurnal elmi məqalələrlə zəngindir:
BDU-nun “Azərbaycan şifahi xalq ədəbiyyatı” kafedrasının filologiya elmləri doktoru, professor, Səhər Orucovanın “Ulu öndər Heydər Əliyev və azərbaycançılıq məfkurəsi”, tarix üzrə fəlsəfə elmləri doktoru Günel Əliyeva-Məmmədova “Müasir Azərbaycanda İslam dininin dirçəlməsində və dövlət-din münasibətlərinin qurulmasında Heydər Əliyevin müstəsna rolu”,“Dədə Qorqud” ETL-nin müdiri filologiya üzrə fəlsəfə doktoru Almara Nəbiyevanın “Heydər Əliyevin yaşayan ideyaları”, filologiya elmləri doktoru, professor Adil Babayevin “Heydər Əliyevin yaşayan ideyaları milli kimliyimizin simvolu”, İlhamə Babanlının “Heydər Əliyev diskursunda məcazi sabit birləşmələr”, Fərqanə Əliyeva “Məşəl kimi yanan ürək”, Azərbaycan Təhsil İnstitutu, Psixogigiyena və tibbi-psixoloji diaqnostika laboratoriyasının müdiri, Tibbi Biologiya Elmləri doktoru, professor Yaşar İbadovun “Dədə Qorqud – tarixi şəxsiyyətdir” ADPU ETM-in elmi işçisi, Respublikanın əməkdar müəllimi Zülfiyyə Vəliyevanın “Dahi Şəxsiyyət: Ümummilli Lider Heydər Əliyev”, kiçik elmi işçi Gülşən Mehdizadənin “Uşaqlara qayğı göstərmək hər bir vətəndaşın borcudur”, Elmira Məhərrəmovanın “Heydər Əliyevin milli-mənəvi dəyərlərin qorunmasında rolu”, və AMEA Nəsimi adına Dilçilik İnstitutu Milli Akademiyasının filologiya üzrə fəlsəfə doktoru, dosent Təranə Şükürlü “Heydər Əliyevin böyük dil siyasəti”.
Yuxarıda qeyd etdiyimiz kimi “Dədə Qorqud Dünyası” beynəlxalq elmi-nəzəri jurnalının 6-cı sayı Ulu Öndər Heydər Əlyevin 100 illik yubileyi münasibəti ilə dərc olunmuşdur. Burada Ümummilli liderin ölkəsinə, xalqına, dininə, dilinə, milli kimliyimizin simvoluna, mədəniyyətinə, gənc nəsilin vətənpərvər ruhda yetişməsinə göstərdiyi qayğı və xidmətləri, onun yaşayan ideyaları haqqında maraqlı məqalələr dərc olunmuşdur.
Bu gün bir qərar aldım Çıxıb gedirəm səndən Nə ah çəkəcəm daha Nə ağlayacam gendən… Qamətim əyilməyib Kefim də pozulmayıb Xəyanət də etmədim Gülə -gülə gedirəm… Bilirəm ki, getdiyim Yollar güldür, çiçəkdir… Məhəbbət, sevda yolu Qəlbimdən keçəcəkdir.
Günəbaxan
Üzü dönük qalmışdı O gecə gün batanda Boynu bükük olmuşdu O gün günəbaxan da …
Üzünə həsrət qaldı Günəş doğa bilmirdi Aya şikayət etdi O gecə ay doğanda
Gör nə qədər qəlbləri Qırmışdı nurlu Günəş Küsdürmüşdü onları Sındırmışdı onları…
Ay da bilmir neyləsin Milyon dərdi dinləsin Günəbaxan gün görəndə Getsin o gün gəlməsin.