Etiket arxivi: ƏDƏBİ TƏNQİD

Sərvanə Dağtumas. Akmeizm cərəyanı: tullantıdan ədəbiyyata.

Akmeizm cərəyanı: tullantıdan ədəbiyyata

“Akme” yunanca “hər şeyin ən yüksək dərəcəsi, zirvəsi, iti nöqtəsi” deməkdir. Nümayəndələri: Anna Axmatova, onun həyat yoldaşı Nikolay Qumilyov, Osip Mandelştam, Zen Keviç, İqor Sevelyanen.

Onların incəsənəti nəcib və zərif idi. Onlar adi, lazımsız hesab etdiyimiz şeyləri təsvir edirlər. Anna Axmatova: “Siz bilsəydiniz ki, mənim şeylərim hansı zibillikdən yaranır, özünüz təəccüb içində qalardınız”.

Yağış yağır, yarpaq ağacdan yerə düşür…Onlar bunu o qədər gözəl, nəcib, dəqiq təsvir edirlər ki, cansız varlıqlar (əsərlər) görürük ki, adilikdə gözəllikdir.

Akmeizm 1912-ci ildə Rusiyada “Üç şair” jurnalında yaranıb. Jurnalın əməkdaşları: Anna Axmatova, Qorodetski, Qumilyov, Zen Keviç, Mandelştam.

Akmeizm “Adamizm” termininin sinonimidir. “Adəm necə insan kimi dünyaya gəlirsə, əşyalara ad qoyursa, biz də həmin adları yenidən sizin üçün açıqlayırıq”. Onlar çalışırlar ki, ətraf mühit, təsvir olunan həyat əşya vasitəsilə gözəçarpan olsun, əşya özü-özlüyündə gözəllik təşkil edir. İnsanın çox da diqqət etmədiyi, bəsit hesab etdiyi şeyləri, adi, siravi əşyalar-güzgü, daraq və s. təsvir edirlər. Cərəyanın əsas iki xüsusiyyəti var: gözəçarpanlıq və aydınlılıq.

Onlar deyirdilər ki, bütün Yer kürəsi görünən formada təsvir olunmalıdır. Simvolistlər haradasa məna axtarırdılar, alt qatları, dərinliyi axtarırdılar. Akmeistlər isə deyirdilər ki, görüntü özü-özlüyündə gözəldir. Simvolistlər o qədər müəmmalı obrazlar yaradırlar ki, akmeistlər onlara cavab olaraq, deyirlər ki, olmayan şeyi dərinliyə gedib axtarma, dünya özü-özlüyündə gözəldir, gözəllik dünyanın özüdür, hər şeyin adi səviyyəsidir. Dünyada nə mövcuddursa, hamısı eyni hüquqa malikdir, nəyi görürsənsə, hamısı şeir predmeti ola bilər.

Nə gözəl görünürsə, bu həyatdadır. Anton Pavloviç Çexov deyirdi: “Bax, stolun üstündə külqabı var, istəyirsənsə, 10 dəqiqədən sonra bir “Külqabı” hekayəsini yazım”. Külqabı da  dəyəri olan əşyadır, hər əşya incəsənət, ədəbiyyat predmeti ola bilər.

Markesin “Yüz ilin tənhalığı” əsərində belə bir fikir var: “Əşyaların da canı var, onların ruhunu oyatmağı bacarmaq lazımdır”. Bu fikir akmeizm cərəyanına gedib çıxır.(red.Sərvanə Dağtumas)

Akmeistlər sözə qarşı münasibətlərini dəyişdilər, onlar sözün özünün mahiyyətini açmağa çalışdılar. Simvolistlər isə sözün alt qatlarını araşdırıb gizli bir məna tapmağa çalışırdılar. Akmeistlər hesab edirlər ki, hər bir sözün öz sərhədi var, simvolistlər bu sərhədi yaradaraq, sözə çoxmənalılıq bəxş etdilər. Hər bir sözün əslində öz mənası var. Akmeistlər isə deyirdi ki, hər bir poetik sözün öz sərhədi var. Marina Svitayeva “Sevimlim” şeirindən nümunə verək: “Mənim xoşuma gəlir ki, mənimlə xəstələnməmisən. Mənim xoşuma gəlir ki, mən də səninlə xəstələnməmişəm”. Obraz olduğu hissi inkar edir: “Mən sevinirəm ki, heç bir vaxt Yer kürəsi ayağımızın altında titrəyib başımızı gicəlləndirməyəcək… Mən sənə toxunaraq, alovlanmayacam”. Sevir, amma sevgini inkar edir.

Qumilyovun Afrika haqqında “Zürafə” şeiri var: “Afrikanın çöllərində gözəl bir zürafə gəzir, ətrafdakı göllər zürafənin naxışlarını əks etdirir, həmin gölün ətrafında qarayanız bir qız tayfanın başçısına vurulur, gün batanda onlar mağaraya gedirlər, bir-birlərinə sevgi elan edirlər. Ətrafdakı çiçəklər də onlara elə bil gözəl qoxu bəxş edir ki, onların məhəbbətinə qatılır, amma sən o qədər bu dumanlı havanı udmusan ki, heç nəyi hiss etmirsən, mən nə cür sənə danışım ki, Afrikada belə bir gözəl zürafə gəzir, belə bir gözəl göl, çiçəklər mövcuddur. Sən ağlayırsan? Qulaq as, gözəl bir zürafə göl ətrafında gəzir”.

Akmeizm gördüyünü yazır, məna axtarmır. Cərəyanın nümayəndələri tərcümələrlə dolanırdılar, əsərlərini çap etdirmirdilər. Axmatova Babil şeirlərini rus dilinə tərcümə etmişdi, sonra onlar repressiyaya məruz qaldılar. Oğulları universitetdən çıxarıldı, sürgün olundu.

Kamal Abdullanın tərcüməsindən nümunələr:

1.Anna Axmatovanın ”Kleopatra” şeiri. “Antoninin ölü dodağında öpmüşdü, Avqustinin ayağına sərilmişdi, sabah körpələrə zülm olacaq, nə yaxşı ki, uyumağa lap az qaldı.(Sezar qalib gəlib, Antonini öldürüb-ilanla zəhərləyib)

2.Kumilyovun “Banilər” şeiri. Şeirdə Roma şəhərinin salınması təsvir olunur. Rom və Reme şəhərin əsasını qoyan iki qardaşdır.

Mənbəyə görə, BSU-nun professoru Rəhilə Quliyevaya təşəkkür edirəm.

Müəllif: Sərvanə DAĞTUMAS, ədəbiyyatşünas.

E-mail:ferecli404@gmail.com

SƏRVANƏ DAĞTUMASIN YAZILARI

ƏLİ KƏRİMİN YAZILARI

ADİLƏ NƏZƏRİN YAZILARI

>>>AŞIQ ƏLƏSGƏR >>>DƏDƏ ƏLƏSGƏR

PDF>>>ZAUR USTAC UŞAQ ŞEİRLƏRİ

PDF: >>>>> ZAUR USTAC “QƏLƏMDAR-2”

PDF>>> ZAUR USTAC “BB” KİTABI

>>>> ƏN ÇOX OXUNAN HEKAYƏ <<<<

ZAUR USTACIN SATIŞDA OLAN KİTABLARI


“YAZARLAR”  JURNALI PDF


YAZARLAR.AZ

===============================================

<<<<<< WWW.USTAC.AZ və  WWW.BİTİK.AZ >>>>>> 

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

Верховный главнокомандующий в литературе – Техран Алишаноглу

Bu gün şeirim, sözüm,

hecam, qafiyəm – İlhamdır!

Qarabağ – Azərbaycandır!

“Qarabağnamə”m – İlhamdır!

(Nəriman Həsənzadə, Ədəbiyyat qəzeti, 27 fevral, 2021)

“Deyirlər, Qələbənin çoxlu atası olur, məğlubiyyət yetimdir. Bizim otuz il bundan qabaqkı məğlubiyyətimizin “ataları” çox idi, amma bugünkü şanlı zəfərimizin atası birdir – İlham Heydər oğlu Əliyev”. (Azərbaycan Yazıçılar Birliyinin “Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev cənablarına” ünvanladığı 1 dekabr 2020-ci il tarixli təbriknaməsindən. – Ədəbiyyat qəzeti, 5 dekabr 2020)

“Azərbaycanı bəlalardan qurtaran ulu öndərin oğlu, Qarabağ zəfərinin atası, qəhrəman ordumuzun Ali Baş Komandanı, ərazi bütövlüyü bərpa olunmuş Vətənimizin hörmətli Prezidenti, böyük, tarixi qələbəmiz münasibətilə Sizi təbrik edir və təşəkkürümüzü bildiririk.

Biz sözlə işləyən yazıçılar bu gün sevincimizi, fərəhimizi ifadə etməyə söz tapmırıq. Eşq olsun Müzəffər Ordumuza! Var olsun xalqımız. Qarabağ bizimdir, bizim qalacaq. Qarabağ Azərbaycandır!

Hörmətlə,

Yazıçılar Birliyinin sədri: Anar

I katib: Fikrət Qoca

Katiblər: Çingiz Abdullayev, Rəşad Məcid, İlqar Fəhmi. 10 noyabr 2020″

(Ədəbiyyat qəzeti, 14 noyabr 2020)

***

Ali Baş Komandan obrazı ədəbiyyatımıza 2016-cı ilin Aprel döyüşləri ilə gəldi:

Milyonlar ayaqdadır, milyonlar hazır durub,

Milyonlar qurban gedir o günün gəlməsinə.

Azərbaycan – çırpınan əlli milyon Nidadır

Ali Baş Komandanın bir “Hücum” kəlməsinə!

(Arzu Əsəd, “Və Nida”. Bakı, “Elm və təhsil”, 2020, s. 6)

Gəldi və tüm Millət, Cəmiyyət, o cümlədən Ədəbiyyat əmrinə müntəzir oldu:

Ali Baş Komandanım!

Əmrinə müntəzirik…

(Ənvər Əhməd, ƏQ, 10 oktyabr 2020)

Şairlər səf-səf düzüldü:

…hücum əmri eşidirəm

“Vur” əmri verdi Komutanım –

“Gedək Qarabağa!”

(Mahirə Abdulla, ƏQ, 10 oktyabr 2020)

Yer üzünə sığa bilməz

Qarabağsız dərdim mənim,

Artıq Ali Baş Komandan

Əmr eləyib,

Onu dərddən qurtarmağa…

(Zeynal Vəfa, ƏQ,17 oktyabr 2020)

Baş Komandan verdi hücum əmrini,

Döyüşə qaldırdı öz ləşgərini…

(Şöhlət Əfşar, ƏQ, 31 oktyabr 2020)

Dur ayağa, yetər artıq,

Dur, Azərbaycan əsgəri.

Baş Komandan əmr verdi,

“Vur, Azərbaycan əsgəri!”…

(Elşad Barat, ƏQ, 18 sentyabr, 2021)

Əmrindən güc aldın Baş Komandanın,

Zəfərin mübarək, komandir oğlum!

(Nəzakət Məmmədli, ƏQ, 31 oktyabr 2020)

Vur əmrin dur əmri əvəz etməsin,

Haqçün axan qanlar hədər getməsin…

(Elnur Uğur, ƏQ, 24 oktyabr 2020)

Və Ali Baş Komandan komutan oldu:

Vur, əsgərim, vur! – deyə

                        əmr eləyir Komandan…

(Sabir Rüstəmxanlı, “Qarabağa dönüş” poemasından – ƏQ, 24 dekabr 2020)

Hər sözünə deyirik: “Bəli!” Baş Komandanım!

Hər əmrinə hazırıq Ali Baş Komandanım!

(Barat Vüsal, “Ali Baş Komandana” – ƏQ, 13 mart 2021)

…Zabitlər çıxmaz əmrdən,

Yumruğun var dəmirdən,

Ali Baş Komandanım!

(Abuzər Turan, “Zəfər nəğməsi”poemasından – ƏQ, 24 dekabr 2020)

Əmrinə müntəzirdir Azərbaycan Ordusu,

Halal olsun deyirəm Sənə bu torpaq, bu su,

Ananın südü kimi, atanın çörəyitək

Qarabağ üzərində dalğalansın bayrağın

Ana Azərbaycanın, Ata Azərbaycanın

                        döyünən ürəyitək

Ali Baş Komandanım…

(Vaqif Aslan, ƏQ, 10 oktyabr 2020)

Müharibə dövrlərində, görünür ki, elə belə də olur: “Prezident çıxışları da Ədəbiyyatdır. Sözün gur səsləndiyi, özü olduğu Ədəbiyyat. İctimai şüuru bir nöqtəyə cəmləyən, səfərbər və ifadə edən Ədəbiyyat…”

(T.Əlişanoğlu, “Qalibiyyət və ədəbiyyatın dərsləri” – ƏQ, 12 dekabr 2020)

27 sentyabr – 10 noyabr 2020, 44 günlük Vətən müharibəsi zamanı, Ali Baş Komandan Obrazını topluma, millətə və dünyaya səslənən çıxışlarında Ali Komutanın özündən gözəl, özəl, əzəl göstərən, təqdim edən, yaradan olmadı; həm ingilis, ərəb, fransız, alman, ispan, italyan, türk və rus dillərində, Dünya və Millət dilində. “Həmişə vaxtında deyilmiş, kifayət qədər mürəkkəb hadisələrin, gərgin, qaynar, hər cəhətdən sürəkli (və ideoloji ehtiraslarla zəngin) proseslərin mahiyyətini böyük analitik istedad (və intellektlə) şərh edən, başlıcası isə Azərbaycan xalqının iradəsini bütün təfsilatı ilə əks etdirməyin parlaq ifadəsi olaraq ortaya çıxan bu möhtəşəm Söz…” Bu Sözü “tarixi qələbəmizi heç kimin təsəvvür edə bilməyəcəyi layihə gücündə həyata keçirən bir Lider işlətdi – Sözümüzün Ali Baş Komandanı!..”

(Nizami Cəfərov, “Sözümüzün Ali Baş Komandanı” – ƏQ, 14 noyabr 2020)

Millət bu dövrdə rəhbərini heç olmadığı qədər məğrur görür, tanıyır: “Müstəqillik mentaliteti və statusunu həmişə uca tutub qoruyan Ali Baş Komandan İlham Əliyevin bu gün dünyanın gözü qarşısında nümayiş etdirdiyi məğrur lider obrazı isə onun məqsəd və mövqeyinə real-əməli mündəricə qazandıran əsas rəmzlərdən oldu…”

(Elnarə Akimova, “Yalnız Qarabağ uğrunda”. – ƏQ, 3 oktyabr 2020)

Çün: “Ötən əsrin 90-cı illərində ona görə uduzmuşduq ki, Qarabağ savaşını Vətən və xalq müharibəsinə çevirə bilməmişdik. Ali Baş Komandan İlham Əliyevin gücü onda oldu ki, məhz bu amili nəzərə aldı, milləti milli-diplomatik səriştə, peşəkar və ali mənəvi-əxlaqi təməllər üzərində savaş hərəkatına hazırladı…”

(Elnarə Akimova, “Şuşada azan səsi”. – ƏQ, 14 noyabr 2020)

“Dünya şahmat taxtasıdır. Azərbaycan dünyada öz gedişini etdi. Azərbaycan gedişi! Bunun adı xalq, ordu, rəhbər birliyidir!”

(Nərgiz İsmayılova, “Doğma Qarabağımıza qayıdırıq!”. –  ƏQ, 14 noyabr 2020)

“Bir sözlə, Qarabağ uğrunda böyük qələbə Prezident, Ali Baş Komandan İlham Əliyevin planetar miqyaslı informasiya cəbhəsində, siyasət meydanında qazandığı böyük uğurdan, ciddi taktiki və strateji qələbədən başladı…”

(Sadıq Elcanlı, “Müqəddəs qələbəyə and içirəm”. – ƏQ, 31 oktyabr 2020)

“Gerçəkdən də Ali Baş Komandanın parlaq strategiyası – onun şəhər və kəndlərimiz işğaldan azad edildikcə, hər bir qələbə aktını tarix və müasirliyin vəhdətində, regional və beynəlxalq siyasətin kontekstində, real proseslərin axarında, əldə olunmuş nəticənin əsl dəyərində, hər cür polemikanın “alfa” mövqeyində qiymətləndirərək yüksək məntiq və siyasi-diplomatik məharətlə şərh etməsi bu müharibəni ermənilər üçün xaos, azərbaycanlılar üçün harmoniya başlanğıcına çevirirdi…”

(Rahid Ulusel, “Vətən müharibəsi və ədəbiyyatımız”. – ƏQ, 25 sentyabr 2021)

Şair deyir:

Birləşdik ən ağır dərdi-sərdə biz,

Birlikdə güclüyük xeyir-şərdə biz.

Ali rəhbərimiz, Baş sərkərdəmiz

sadiqdi andına, sözünə şükür…

(Kəmaləddin Qədim, ƏQ, 12 dekabr 2020)

Ədəbiyyata Ali Baş Komandan Vətən müharibəsinin ilk günündən, təbii-stixiyalı, qədəmbəqədəm yeriyir; hisslərə-emosiyalara, coşqu və şüurlara hakim kəsilir. Şairlər hər şeydən ziyadə bu missiyanı əzilmiş ruhun oyanışında, təbii, stixiyalı Kişilik kultunun, qətiyyət, cəsarət, ərənlik keyfiyyətlərinin, “kişilik istedadı”nın baş qaldırmasında, özünü-ifadəsində görür, arayırlar: 

Sən kişilik qeyrəti

Göstərdin millətinə.

Qovuşdun elə bil ki,

Yurd-yuva cənnətinə

Ali Baş Komandanım…

(Ənvər Əhməd, ƏQ, 10 oktyabr 2020)

Ali Baş Komandan dəmir yumruğun

düşmənin başına vuran kişidi,

millət, Prezidentin – arxan, dayağın,

Sözünün üstündə duran kişidi!

(Vahid Əziz, ƏQ 16 yanvar 2021)

“Dəmir yumruq” – bu gözəl söz

El-obanın dilindədir.

Dəmir yumruq dəmir kimi

Bir kişinin əlindədir…”

(Zahid Xəlil, ƏQ, 21 noyabr 2020)

Ali Baş Komandan, Heydərin oğlu!

Əsrin savaşını aparan kişi,

Yurdunu dünyaya tanıdan kişi…

(Şahnaz Şahin, ƏQ, 28 may 2021)

“Fərqindəyəm, Cəsarət və Kişilik istedadının bütün dünyaya görk edəcəyi müjdəni bəkləyirəm. Fərqindəyəm, o müjdə xəbəri bax elə bu saat, bu dəqiqə, bu saniyə Ali Baş Komandanımızın dilindən səslənəcək!.. Ruhu şad olacaq Qoç Koroğlunun! Babək qılıncına xəbər yetəcək…”

(Sərvaz Hüseynoğlu, “Gəlsin gəlməli Müjdə, yaxud eşq olsun Cəsarət istedadına”. – ƏQ, 7 noyabr 2020)

Abuzər Turanın oynaq xalq ruhunda qələmə aldığı lirik poemada “kişilik” məfhumu iki fərqli çalarda səslənir. Adi xalq müraciəti forması kimi, dağı dağdan endirir:

Sağ olsun Putin kişi,

Ağılla tutdu işi…

Və əksinə, ərənlik keyfiyyəti kimi, ucaldır:

Erməniyə dağ basan,

Üç Kişiyə can qurban,

Abuzər sizə heyran:

İlham, Tayyib, İmran Xan!”

(Abuzər Turan, “Zəfər nəğməsi” – ƏQ, 13 fevral 2021)

Ədiblər bu yüksəlişi milli-tarixi enerjinin oyanışına yozur və yazır: “Qədim türk dilində gözəl bir ifadə var – Eltəriş. Bu adı səpələnmiş yurdları bir mərkəz ətrafında birləşdirib dövlət quran xaqanlara verərdilər. Didilib-dağılmış Azərbaycan yurdlarını bir dəfə dərləyib dövlət qurmaq missiyası Şah İsmayılın üzərinə düşmüşdü. O bunu elədi. Mən həmişə belə hesab etmişəm ki, özünü 50 milyon azərbaycanlının Başqanı sayan İlham Əliyev də belə bir missiya ilə görəvlidir…

Bizim İlham xaqanımız eltəriş,

Türk elini toplamağa gəlmişik

Qızıl alma Bakıdadır, bunu bil,

Tanrı eli ülkümüzdən doğacaq.

Qəhrəmanlıq göydən gələr Qurd ilən,

Pozulmayan ülkümüz var yurd ilən…”

(Elxan Zal Qaraxanlı, “Ülkümüzün Qarabağ səhifəsi”. – ƏQ, 3 oktyabr 2020)

Elxan Zal Qaraxanlının Qələbə ilində bir-birinin ardınca düzdüyü Qarabağ oçerklərində (“Ülkümüzün Qarabağ səhifəsi”. – ƏQ, 3 oktyabr 2020; “Qarabağda Səlcuq şikəstəsi”. – ƏQ, 31 oktyabr 2020; “Yolunuz açıq olsun, cənab İlham Əliyev!”. – ƏQ, 24 dekabr 2020; “Şuşa – Pənahəlidən İlham Əliyevə qədər”. – ƏQ, 19 iyun 2021; “Şuşa düşüncələri”. – ƏQ, 4 sentyabr 2021) Ali Baş Komandanımız tarixin “2200 il dərini, Xaqan Metedən”, “Göy Türk, Xəzər, Səlcuq, Osmanlı ənənələri”ndən, “Şah İsmayıl qutu”, “Səlcuq şikəstəsi”, “Koroğlu cəngisi”, “Qarabağ şikəstəsi”ndən keçərək, gəlib “Turan qapısı”nı açır:

“Rəcəb Tayyib Ərdoğan və İlham Əliyev – iki böyük öndər. Tanrının inayəti ilə onlar hər ikisi demək olar ki, eyni zamanda, Türk əsrinin lap əvvəlində dövlət başına gəldilər. Əsrin Türk əsrinə dönməsinin təməlini qoymaq üçün gəldilər. Aram-aram, türk hökmdarlarına layiq bir hövsələ ilə məmləkətlərini gəlişdirdilər, camaatlarını hazırladılar və böyük zəfərlərin təməlini qoydular. Bu zəfər böyük bir yolun başlanğıcıdır, Turan yolunun!”

(E.Z.Qaraxanlı, “Qarabağda Səlcuq şikəstəsi”. – ƏQ, 31 oktyabr 2020)

Bu ki:

Allahın nəzərləri üzərinə enibdir,

Səndə qədim türklərin ruhu təzələnibdir,

Millətimin dilində adın əzizlənibdir,

Dünyaya tarix dərsin yenidən oxudanım,

Ali Baş Komandanım!

(Cavidə Məmmədova, “Ali Baş Komandanım”. – ƏQ, 21 noyabr 2020)

“Turan qapısı” anısını Əlibəy Hüseynzadənin 1915-ci ildə Çanakkala döyüşünə ithafən yazdığı şeirdən günümüzə Azər Turan iqtibas edir və ardıcıl Qarabağ esselərində (“Burası Turan qapısı” – ƏQ, 3 oktyabr 2020; “Salam Türkün Bayrağına və yaxud dağılan erməni mifi” – ƏQ, 24 oktyabr 2020; “Tanrının evi – Türk Qarabağ və Bir hilal uğruna batan günəşlər”. – ƏQ, 14 noyabr 2020; “Zəfər paradı və Nihal Atsız”. – ƏQ, 12 dekabr 2020; “9-luq”. – ƏQ, 24 dekabr 2020; “Görmədim”dən başlayan estetik qürub”. -ƏQ, 3 aprel 2021; “İstanbulun fəthi, Amerikanın kəşfi, qızıldərililərin soyqırımı…” – ƏQ, 1 may 2021) Ali Baş Komandanın Zəfər dastanı səhifələrinə Türkün ulu tarixindən dürüst, hər dəfə hədəfi vuran sərrast analogiyalar gətirir:

“Bu mənada İlham Əliyevi yalnız Alparslan, Fateh, Ənvər paşa və Atatürklə müqayisə etmək olar. Hətta savaş üslubları, savaş ritorikaları da bəzən üst-üstə düşür. Sakarya müharibəsi zamanı “Səddi-müdafiə yoxdur, səddi-vətən vardır” deyən Atatürk kimi, İlham Əliyev də “status-kvo yoxdur, təmas xətti yoxdur, onu biz ləğv etdik” deyir”

(Azər Turan, “Salam Türkün Bayrağına və yaxud dağılan erməni mifi” – ƏQ, 24 oktyabr 2020)

Həm “ilkləri” vurğulamaqla: “Üçrəngli bayrağımız nə 1918-ci ildə, nə də 1992-ci ilə qədər Qarabağda dalğalanmayıb. Buna tarixi fürsətimiz olmayıb. İndi o ilk dəfədir ki, Qarabağ səmasında dalğalanır. Bəlkə də yüz ildən çoxdur ki, Şuşa məscidinin minarəsində azan verilmirdi. İlk dəfədir ki, Gövhər Ağa məscidinin minarəsindən azan səsi eşidilir…”

(Azər Turan, “Tanrının evi – Türk Qarabağ və Bir hilal uğruna batan günəşlər”. – ƏQ, 14 noyabr 2020)

Tarixi analogiyalardan poeziya da qaçınmır. Hünəri göstərməyin ən bariz, əyani üsulu, görünür ki, elə budur:

…İlbilgə xatun Mehriban,

Bilgə kağanımız İlham olsun!

Qazilərimizə ehtiram,

Dost ellərə salam olsun!

(Əsəd Cahangir, “Xarıgülnar”. – ƏQ, 22 may 2021)

Siz olduz tarix yazan

İlham ilə Ərdoğan.

Sizinlədi ruhları

Atatürklə Heydərin

Türkün uğurlarına

Gök üzündə sevinir.

Gürşad, Mete, Oğuz xan

İlham ilə Ərdoğan.

(Seymur Şeydayev, ƏQ, 14 noyabr 2020)

Xətai amalı bu gün oyaqdır,

Nadirin əməli bu gün dayaqdır,

İlhamın təməli bu gün mayakdır!

Yeni çağ başladır xan Azərbaycan!

Türkiyə, Pakistan, can Azərbaycan!

(Zaur Ustac, ƏQ, 25 sentyabr 2021)

Şah İsmayıl – Sultan Səlimdən ən nəhayət itələnib, Ali Baş Komandan yeni tarix başlatır: “Və gün gəldi. Heydər oğlu İlham Əliyev və Rəcəb Tayyib Ərdoğan türk törəsinin və ümmət qayəsinin Sultan Səlim və Şah İsmayıldan başlayan pozğunluğuna son qoydular. Qəflət yuxusunda yağı pəncəsi altında inləyən İslam ümmətinə örnək göstərdilər…”

(Elxan Zal Qaraxanlı, “Ülkümüzün Qarabağ səhifəsi”. – ƏQ, 3 oktyabr, 2020)

Ali Baş Komandan Tarix yazır: “Bizim günlərdə yalnız Ordumuzun deyil, Milli ruhumuzun da Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə bütün dünyanın gözləri qarşısında Azərbaycan xalqının yeni tarixi yaradılır…”

(Nizami Cəfərov, “İrəvan”. – ƏQ,7 noyabr 2020)

…Tarixin yaddaşına

Tarix yazan sərkərdəmiz!

Hər sözündə, kəlməsində

Ümid var, qətiyyət var,

Məğrur baxışlarında

Sevgi var, ləyaqət var.

Düz yolu – Heydər yolu,

Öz yolu – Heydər yolu.

Ulu öndərin oğlu

Ucaldır hürr səsini.

(Adil Şirin, ƏQ, 17 oktyabr 2020)

Bu, başqa bir yol deyildir, həmincə tarixi analogiyaların davamında gələn “Ulu Öndər yolu”dur.

Qəlbən xəbərdaram el sevgisindən –

millət “Heydər” deyib, “İlham” eşidib,

ruhu bağışlayar Öndərin, desəm:

“Atadan bir addım da irəli gedib!”

(Vahid Əziz,”Ali Baş Komandan”. – ƏQ, 21 noyabr 2020)

Tarixi yaddaşla yanaşı, poetik ilham da ekzistensial “Öndər oğlu – Heydər yolu” motivi-ideyası-qafiyəsi üzərində məxsusən israrlı, yekdildir. Belə:

O hər kəsin dostudu,

Xalqın qəhrəmanıdır.

Hər kəsin Prezidenti

İlham Heydər oğludu!

Ulu öndər oğludu!..

…Yolu öndər yoludu!”

(Fikrət Qoca, “İlham Heydər oğludu!” – ƏQ, 24 oktyabr 2020)

Ulu öndər balası,

Elin qeyrət qalası,

Yağıdan öc alası,

Tarixə ad salası

Ali Baş Komandanım!

(Abuzər Turan, “Ali Baş Komandanım”. – ƏQ, 24 dekabr 2020)

…Sən oğlu deyilsənmiş təkcə ulu öndərin,

Ey bu xalqın, millətin oğlu –

                        Baş Komandanım,

Hər əmrinə hazırıq, Ali Baş Komandanım!

(Barat Vüsal, “Ali Baş Komandana”. – ƏQ, 13 mart 2021)

Bu yol Heydər yoludur, ona bayraqdar oldun,

Həm oğul, həm vətəndaş,

            həm də Komandan oldun,

Qələbəylə, zəfərlə bu əsrə imza qoydun.

Dünyanın tarixində yeni səhifə açanım,

Ali Baş Komandanım!

(Cavidə Məmmədova,”Ali Baş Komandanım”. –  ƏQ, 21 noyabr 2020)

Yaxud belə, hamılıqla:

Ali Baş Komandanım,

İndi sən hamınınsan.

Rəssam fırçasınınsan,

Şair ilhamınınsan…

(Musa Ələkbərli – ƏQ,24 aprel 2021)

Sən göyün oğlusan, sən yerin oğlu,

Xoş xəbər gətirən səhərin oğlu.

Sınmaz Ulu Öndər Heydərin oğlu,

Ali Baş Komandan, var ol, min yaşa…

(Fəxrəddin Teyyub, ƏQ,7 noyabr 2020)

Adınla başlanır qeyrət dastanım,

Min yaşa, müzəffər Baş Komandanım!..

Sərkərdə oğlusan Dədə Heydərin,

Cürətin yenilməz, hikmətin dərin…

…Arzu yollarımda ümid sarvanım…

Tanıtdın cahana öz ünvanını,

Yaşatdın millətə zəfər anını.

Üçrəngli bayrağım öpür alnını,

Adınla öyünür Azərbaycanım,

Min yaşa, müzəffər Baş Komandanım!

(Balayar Sadiq, ƏQ,7 noyabr 2020)

Baş Komandan – Heydəroğlu

Qarabağa cızıb yolu.

Bayrağımız sağı-solu,

Yollar nura boyanıbdı…

(Əbülfəz Muxtaroğlu, ƏQ,24 oktyabr 2020)

Ali Baş Komandanım, yaşa var ol, yüz yaşa!

Saldığın zəfər yolu tamaşadır, tamaşa,

Bu yolu tutmalıyıq başdan-başa qumaşa,

Bu yol ata arzusu – bu yol Öndər yoludur,

Bu yol Şuşaya gedir, bu yol Zəfər yoludur!

(Asim Yadigar, ƏQ,18 sentyabr 2021)

***

Ali Baş Komandanın 2020-ci ilin sentyabr-noyabrında başlatdığı Vətən müharibəsi – Müqəddəs savaşımızdır. “30 ildir Qarabağda savaş gedir. Amma bu savaş Vətən müharibəsi – Qurtuluş savaşı müstəvisinə indi keçdi. Ali Baş Komandan İlham Əliyev savaş əmrini “Qarabağ Azərbaycandır və nida!” hökmü ilə verdi. Millətimizin ruhunu bayraq kimi dalğalandıran bu sözlər müqəddəs Azərbaycan kitabının son savaş ayəsidir: “Qarabağ Azərbaycandır və nida!”

(Azər Turan, “Burası Turan qapısı”. – ƏQ, 3 oktyabr 2020)

Biz nöqtə yox, nida qoyduq,

Bu, Qələbə nişanıdır!!!

(Musa Ələkbərli, ƏQ,

10 oktyabr 2020)

“Ayə” sözünün özü müqəddəsliyə işarədir. Elxan Zal Qaraxanlı bir silsilə şeirini “Savaş ayələri” adlandırır. (“Qarabağda yeni tarix yazılır. Savaş ayələrindən seçmələr”. – ƏQ, 17 oktyabr 2020):

Gözəldir savaş tamı,

Bu yurdun var İlhamı… 

Rüstəm Kamal “xalqımızın Qarabağla bağlı ekzistensial təcrübəsi”ndən söz açan məqaləsini “Müqəddəs savaşımız və sözümüz” adlandırır; başqa bir yazıda müqəddəsliyə dalır və arzu edir: “Bu gün Ali Baş Komandan, Prezident İlham Əliyev müqəddəs savaşımızla yalnız torpaqlarımızı deyil, adlarımızı da azad edir, yerinə qaytarır. – Suqovuşan, Çinarlı… Ümid edirəm ki, Pənah xanın müqəddəs adı da qayıdacaq və şəhər əbədi xoşbəxt taleyinə qovuşacaqdır…”

(Rüstəm Kamal, “Pənah xanın ruhu”. – ƏQ, 24 oktyabr 2020)

Abuzər Turan “Zəfər nəğməsi” lirik poemasında “müqəddəs qalib üçlük” ifadəsini işlətdi və populyarlaşdırdı:

Abuzərəm, dastanım

Sona çatdı, ay canım,

Var olun, qəhrəmanım:

İlham, Tayyib, İmranım,

Müqəddəs Qalib Üçlük!

(Abuzər Turan, “Müqəddəs Qalib Üçlük”. – ƏQ, 6 mart 2021)

Akademik İsa Həbibbəylinin fikrincə: “Müqəddəs Qalib Üçlük” anlayışı Abuzər Turanın bədii kəşfi, xalqlar və dövlətlərarası qarşılıqlı etimadın poetik düsturudur…”

(İsa Həbibbəyli, “Böyük Zəfərin poetik dastanı”. – ƏQ, 24 aprel 2021)

Ali Baş Komandan məqamının və məramının özü müqəddəsdir, qutludur:

…dözməzdi Türk dünyası,

                        Türk qeyrəti, Türk övkəsi,

dözməzdi Azərbaycan ordusu,

                        Azərbaycan ölkəsi,

dözməzdi bu elin adı-sanı,

müqəddəs bir ad daşıyan

Ali Baş Komandanı!

(Əhməd Qəşəmoğlu, ƏQ,5 dekabr 2020)

Müqəddəs savaşımızda ədəbiyyat Ali Baş Komandanı fateh kimi tanıdı; doğma torpaqların yox ki, qəlblərin, arzuların, xəyalların fatehi, türk ruhunun fatehi:

“Qarabağda yeni tarix yazılır. Şanlı ordu qorxu yeyən düşməni döyə-döyə, xınca-xınca yürüyür. Bu ordu nə böyük ordudur, bu Komandan nə böyük Komandandır…”

(E.Z.Qaraxanlı, “Qarabağda yeni tarix yazılır. Savaş ayələrindən”.- ƏQ,17 oktyabr 2020)

…Əmr varmı olmasın sənin əmrinə bağlı,

Sərkərdəlik elmindən hali, Baş Komandanım!

Hər əmrinə hazırıq Ali Baş Komandanım!

(Barat Vüsal, “Ali Baş Komandana” – ƏQ, 13 mart 2021)

Bu mübarək yerişin, bu duruşun mübarək,

Bu ləngərin, səngərin, bu vuruşun mübarək,

Ali Baş Komandanım…

(Vaqif  Aslan, ƏQ,10 oktyabr 2020)

Ali Baş Komandan vuran qolumuz,

Amalımız bəlli, haqdır yolumuz…

(Şövkət Zərin Horovlu, ƏQ,10 oktyabr 2020)

Allah güc-qüvvət versin, mənim haqq savaşıma,

Ali Baş Komandanım “irəli” deyir ancaq…

(Ağacəfər Həsənli, ƏQ,31 oktyabr 2020)

Arxanda dayanıbdı o Ali Baş Komandan,

Hər addımı qətiyyət, hər addımı cəsarət!

Millətin ruh bayrağı, bayraqdarı da odur,

Odur Haqqın haqq səsi, o səsdə ulu qeyrət…

(Xanəli Kərimli, ƏQ,10 oktyabr 2020)

Ali Baş Komandanım elin bayraqdarıdır!

Yolumuz haqqa doğru, zəfərlərə sarıdır!

Bayrağım millətimin, ölkəmin vüqarıdır!..

(Güləmail Murad, ƏQ,10 iyul 2021)

Ali Baş Komandan qürurla bu dəm

Çevrilib üz tutdu Xudafərinə.

Bizim gözümüzdə dəyişdi aləm

Dilimiz çevrildi min afərinə…

(Vaqif Aslan, ƏQ,12 dekabr 2020)

Sən başdan-ayağa qürursan, qürur,

Sən ey komutanı Tanrıkut əsgər!

(İbrahim İlyaslı, ƏQ,24 dekabr 2020)

Vətən müharibəsinin hər var günü, haqq günü Ali Baş Komandan alqış yiyəsidir:

…Alqışlar, alqışlar, alqışlar ona!..

(Vaqif Aslan, ƏQ,12 dekabr 2020)

Alqış qazilərin, ordumuzun,

Dağ titrədən gur səsinə.

Alqış xalqımızın, yurdumun

Alov saçan nəğməsinə, nəfəsinə,

Bu xalqın sərkərdəsinə.

İlham sənə, alqış sənə!

Böyük Azərbaycan

Qalxıb ilk pilləsinə.

Azərbaycan alqış sənə!

(Fikrət Qoca, ƏQ,24 dekabr 2020)

Ramiz Duyğunun “Böyük qələbəmizin Ali Baş Komandanı” şeiri başdan-başa alqışlar üzərində köklənmişdir: “Mənim, sənin və onun Ali Baş Komandanı / Azərbaycan Ordusunun Ali Baş Komandanı!..”; “Basılmaz dövlətimin, / Minnətdar millətimin / Ali Baş Komandanı…”; “Yenilməyən xalqımın, / hüququmun, haqqımın / Ali Baş Komandanı…”; “Üçrəngli Bayrağımın, / Əbədi növrağımın / Ali Baş Komandanı…”; “Hər sözümün, şeirimin / Ali Baş Komandanı…”; “Şuşa, Laçın həsrətli sevdalı qəlbimizin / Ali Baş Qəhrəmanı! / Böyük qələbəmizin Ali Baş Komandanı!”

(Ramiz Duyğun, “Böyük qələbəmizin Ali Baş Komandanı”. – ƏQ,10 oktyabr 2020)

Şair “Qalibiyyət dastanı”nda yazır:

Nə qədər tərif yazsaq

Ali Baş Komandana,

Yenə, yenə də azdı!

Xalqımın canı, qanı!

O bu əsrin qəhrəmanı!

Şanlı tariximizdə

Yeni tarix yaratdı,

Yeni tarix də yazdı! 

(Ramiz Duyğun, “Qalibiyyət dastanı”. – ƏQ, 14 noyabr 2020)

***

Ali Baş Komandan obrazının təntənə Zirvəsi, Zirvə görüntüsü, şəksiz ki,  Qarabağın xilaskarı, Şuşanın fatehi məqamıdır. Bu yerdə hər hansı Söz, 2020-ci il 8 noyabr günü, Şəhidlər xiyabanı, Üçrəngli bayraq, Dövlət himni, Azadlıq, müstəqillik mücahidlərinə “Əbədi məşəl” abidəsi önündə, hərbi geyimli Azərbaycan Prezidenti, müzəffər Ali Baş Komandanın mücəssəm obrazı, qürur, əzəmət, qalibiyyət dolu nitqinin yanında solğun, aciz görünə bilər:

“Bu tarixi bir gündə Azərbaycan xalqına bu müjdəni vermək mənim həyatımda bəlkə də ən xoşbəxt günlərimdən biridir.

Əziz Şuşa, sən azadsan!

Əziz Şuşa, biz qayıtmışıq!

Əziz Şuşa, biz səni dirçəldəcəyik!

Şuşa bizimdir! Qarabağ bizimdir! Qarabağ Azərbaycandır!”(ƏQ, 14 noyabr 2020)

Bütün patetik, möhtəşəm, ictimai-siyasi məzmunlu notlarla birgə, Ali Baş Komandanın çıxışında lirik-həzin, riqqətli məqamlar da yer alır: “Mən bu gün, eyni zamanda, ulu öndər Heydər Əliyevin məzarını ziyarət etdim, onun ruhu qarşısında baş əydim. Ürəyimdə dedim, xoşbəxt adamam ki, ata vəsiyyətini yerinə yetirdim. Şuşanı azad etdik! Bu, böyük Qələbədir! Şəhidlərimizin, Ulu Öndərin ruhu şaddır bu gün! Gözün aydın olsun, Azərbaycan! Gözünüz aydın olsun dünya azərbaycanlıları!”

(ƏQ, 14 noyabr 2020)

Ali Baş Komandanın obrazında qalib akkordlar, məğrur tonallıq, sevinc-şadyanalıq kultu hakim Səsi təmsil edir, affekt və effektlərini ədəbiyyata da sızdırır. 

Bükülmüşdü qəddimiz,

Ayrılığın əlindən,

Bir şad xəbər eşitdik

Komandanın dilindən…

(Rafiq Yusifoğlu, “Gözlərin aydın,Şuşa!”. – ƏQ, 5 dekabr 2020)

“30 ildən sonra Ali Baş Komandanın “Şuşa, sən bizimsən. Şuşa, biz qayıtdıq. Şuşa, biz səni yenidən dirçəldəcəyik” nidaları Azərbaycan poeziyasının baş mövzularından biri oldu. Misralarımızı azad Şuşa nəğmələri bəzədi…”

(Mərziyyə Nəcəfova, “Azad Şuşanın poetik ifadəsi”. – ƏQ, 25 sentyabr 2021)

Ulu Öndər “Şuşa”, – deyə

nitq eləyirdi,

– Vətən Ana həsrətidi,

Şuşa həsrəti.

– Xoşbəxtəm ki, – oğlu İlham

belə deyirdi:

– Mən yerinə yetirmişəm

bu vəsiyyəti.

Cənab Baş Komandan,

halaldı Sizə…

(Nəriman Həsənzadə, “Cənab Baş Komandan, halaldı Sizə”. – ƏQ,15 iyun 2021)

Otuz ildən bir az çox

Ali Baş Komandanın nigaran ürəyində

Baharlayıb, qışlayıb.

Bu yol otuz il əvvəl,

Ali Baş Komandanın ürəyindən başlayıb,

Ürəyində yatıbdır…

(Ramiz Duyğun, ƏQ,4 sentyabr 2021)

Ali Baş Komandan söylədi özü:

Salam, əziz Şuşa, biz qayıtmışıq…

(Hüseyn Bağıroğlu, ƏQ,3 dekabr 2020)

Bitdi Qələbəylə hicranın sonu,

Xəbərdən bülbüllər gəldilər cuşa,

Gənclik illərində görmüşdü onu –

Səsindən tanıdı İlhamı Şuşa…

(Vahid Əziz, “Heyrət səcdəsi”, ƏQ,16 yanvar 2021)

Qarabağ bizim yerimiz,

Meydandayıq hər birimiz.

Baş Komandan öndərimiz,

Gəlmişəm, Şuşam, gəlmişəm,

Gəlmişik, Şuşam, gəlmişik.

(Orxan Paşa, 4 sentyabr 2021)

II Qarabağ müharibəsində tarixi qələbənin hüdudları işğal altındakı torpaqların yenidən-fəthi ilə bitmir, Ali Baş Komandanın mənəvi xilaskarlıq missiyası üzərinə, ikiqat dəyərlənir:

“Eyni vaxtda paytaxtda alman jurnalist ordumuzun sərkərdəsinə: -Şuşa sizin üçün bu qədərmi qiymətlidir? – deyəndə Ali Baş Komandan əsgərlərin cəbhədə düşmənə verdiyi eyni cavabı verdi: -Bəli, Şuşa bizim üçün heysiyyat, qürur məsələsidir…”

(Aygün Bağırlı, “Möcüzəli və saf Şuşa”. – ƏQ, 14 oktyabr 2020)

Cənab İlham Əliyev…

Geydi döyüş paltarın

Sıyrıldı qılınc kimi.

Qoymadı Qarabağı

Qalsın bir qaxınc kimi…

(Zahid Xəlil, ƏQ,21 noyabr 2020)

Müharibənin ilk çağlarında düşünürdüm: “1990-cılardan, Ulu Öndər Heydər Əliyevdən sonra bir daha “Xilaskar!” missiyası, Azərbaycan torpaqlarının azad olunması, Qarabağın xilası şansı Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin adına yazıldı. Həm də daha böyük miqyasda, daha gərgin cəbhələrdə…”

(T.Əlişanoğlu, “Tarixin fürsəti”. – ƏQ,3 oktyabr 2020)

Fazil Güney, “Xilaskar!” məqaləsində yazır: “Ümummilli lider Heydər Əliyev müstəqilliyini bərpa etmiş dövlətimizi dağıdılmaqdan qurtarmışdı, İlham Əliyev isə itirilmiş torpaqlarımızı döyüşlə aldı, milləti töhmətdən qurtardı. Son 30 ildə bütün azərbaycanlılar ilk kərə 10 noyabr 2020-ci ildə dərindən nəfəs alıb içərilərindəki acıları, “məğlub xalq” duyğularını sevinc göz yaşları ilə boşaltdılar…”

(Fazil Güney, “Xilaskar!” – ƏQ,24 dekabr 2020)

Zülmət getdi Qarabağdan,

ömrünü çıraq elədin,

var ol, Ali Baş Komandan –

çox günahkar nəsillərin

üzlərini ağ elədin!

(Vahid Əziz, ƏQ,31 dekabr 2020)

Odur ki, Ali Baş Komandanımız şairlərin rübabında şeirləşir, heykəlləşir, bayraqlaşır:

Ən gözəl şeiri sən yazdın,

Ali Baş Komandanım!

Mübtədası, təyini, xəbəri öz yerində…

(Şahnaz Şahin, ƏQ,28 may 2021)

“İkinci Vətən müharibəsinin simvolları xalqımızın düşüncələrinin, ümidlərinin, nəhayət varlığının dünyaya çatdırılma vasitəsi idi, ümummilli ideyaların təsdiqi idi. Rəhbər və Sərkərdə kimi İlham Əliyev şəxsiyyətinin simvolikası həmin simvol sistemində haqlı və möhtəşəm yerini tutur…”

(Rüstəm Kamal, “Ali Baş Komandan, müqəddəs savaşımız və simvollarımız”. – ƏQ, 8 may 2021)

Ürəkdən sevir bu millət Səni.

Milli Qəhrəmansan – Baş Komandansan,

Heykəlin qoyulub ürəyimizdə.

Canlı simvolusan Azərbaycanın,

Sən tarix yaratdın, zəfər tarixi,

Millət tarixi, bəşər tarixi.

Adın qızıl xətlə yazılacaqdır:

İlham tarixi – Heydər tarixi.

(Nizaməddin Şəmsizadə, “Erməni faşizmi”. – ƏQ, 31 oktyabr 2020)

Nərsən, kim deyər ki, nər axtarıram,

Pirsən, heç kəs deməz pir axtarıram.

Sənin heykəlinə yer axtarıram,

Ali Baş Komandan, var ol, min yaşa!

(Fəxrəddin Teyyub, ƏQ,7 noyabr 2020)

Ərdoğanla İlhamımız bir oldular,

Şirdən doğub törəyənlər şir oldular,

Xəzər, Egey, Dəclə, Fərat, Kür oldular,

Birlikdə əl qoydu onlar qırx dörd günə,

Qızıl heykəl qoydu onlar qırx dörd günə.

(Əjdər Ol, ƏQ,14 noyabr 2020)

Azad nəfəs alır torpaqlarımız,

Göylərə ucalır bayraqlarımız!

Öndə yol göstərən Baş Komandandır,

Qarabağ bizimdir – Azərbaycandır!

(Nizami Muradoğlu, ƏQ,24 dekabr 2020)

Ey Ulu məmləkətin Ali Baş Komandanı!

Şücaətin, qeyrətin dünyaya dastan oldu.

Sən bu xalqın qəlbində elə heykələ döndün,

Tarix unuda bilməz, tarixə dastan oldun…

(Rəqibə Qəvvas, ƏQ,16 oktyabr 2021)

Ali Baş Komandan adına bugün ədəbiyyatda duyğu və düşüncələrin hər çalarını görürük.

Mötəbər alim sözünü də: “Azərbaycan Respublikasının Prezidenti, qalib Ali Baş Komandan kimi İlham Əliyevin qədim Azərbaycan torpağı olan Qarabağı erməni işğalından azad etməsi ölkəmizin çoxəsrlik tarixinin misilsiz və nadir tarixi hadisəsidir…”

(İsa Həbibbəyli, “Böyük qayıdışın ədəbi və əbədi təntənəsi”. – ƏQ,4 sentyabr 2021)

Ağsaqqal yazıçı ərki, dərki, dua-sənasını da: “82 yaşım var, Allaha, taleyimə, ordumuza, Ali Baş Komandana dua edirəm ki, uşaqlığımın, yeniyetməlik çağımın, ahıl illərimin şəhəri Şuşanın azad olunduğu günü görə bildim. Gözün aydın…”

(Anar, “Gözün aydın, Şuşam,gözün aydın!” – ƏQ, 14 noyabr 2020)

Xoş günlərin xatirə notları, şükranlığını da: “…çünki bu otuz illik erməni işğalının təcrübəsi göstərdi ki, dünyanı ikili standartlar idarə edir və İlham Əliyev həm Prezident, həm də Ali Baş Komandan kimi məhz bu ikili standartlar dünyasında ortaya son dərəcə ciddi və son dərəcə də cəsarətli iradə qoydu. Bu iradə nəticəsində Azərbaycan əsgəri Şuşanı və adlarını bir-bir yazacağam: Cəbrayılı, Füzulini, Qubadlını, Zəngilanı, Hadrutu, Laçını, Ağdamı, Kəlbəcəri işğaldan azad etdi”

(Elçin, “Şuşanın dağları başı dumanlı”. – ƏQ, 20 mart 2021)

Müdrik şair xəyalatını da:

Şuşa yolu, Zəfər yolu,

Otuz illik səfər yolu!

Cənab Ali Baş Komandan,

Səfərdəsən sən o vaxtdan…

Uzaq-yaxın o yollarda!

Yol içindən yol seçirsən,

Keçilməz yollar keçirsən –

Fikrin-zehnin yollarını,

44 günün yollarını.

(Nəriman Həsənzadə, “Zəfər yolu”. – ƏQ, 18 sentyabr 2021)

Ədəbi tənqidçi qətiyyətini də: “Hörmətli Prezidentin təmirdən sonra Vaqif məqbərəsi önündəki çıxışı Şuşaya və oraya toplaşan Azərbaycan ziyalılarına bir qətiyyət, bir əminlik çağırışı idi. Heydər Əliyev Fondunun, onun prezidenti Mehriban xanımın Şuşa ilə bağlı gördüyü işlər isə göz qabağında idi. Şuşa öz tarixinin, əgər belə demək mümkünsə, pleyada mərhələsinə qədəm qoyur…”

(Vaqif Yusifli, “Şuşa”.- ƏQ,4 sentyabr 2021)

Tüm qələm əhlinin minnətdar səcdəsini də: “Mümkünsüz” olanı mümkün edən müdrik Prezidentimiz, qüdrətli sərkərdəmiz İlham Əliyevin, torpaqlarımızın erməni murdarlarından təmizlənməsində qanlı döyüşlərə alp-ərənlər kimi atılan əsgər və zabitlərimizin rəşadəti önündə diz çökürəm…”

(Adil Cəmil, “Dünya belə qalmaz”demişdik”. – ƏQ, 14 noyabr 2020)

Bir neçə şairlər sözünü əruzda da deyir:

Artıq Qarabağ ərşinəcən dalğalı bayraq

İlham deyir, İlham deyir, İlham deyir ancaq!

(Akif Azalp, ƏQ, 14 noyabr 2020)

Hecada da:

Nə qədər qəlbləri sevgisi sarmış,

Ali Baş Komandan bəxtini yazmış…

(İbrahim Yusifoğlu, “Şuşa”, ƏQ,14 noyabr 2020)

Həm sərbəst də:

Ali Baş Komandan,

Əzminlə tarixi yaz sən yenidən,

Ali Baş Komandan, şanlı sərkərdə!

(Elnur Uğur, ƏQ,24 oktyabr 2020)

Yeni “Qarabağnamə”də düşmənə qarşı həcviyyat da yer alır:

Alçaqdır Nikol tula,

Satılıb “yaşıl” pula,

Çevirdin onu qula,

Qoy getsin çala-çala,

Ali Baş Komandanım!

(Abuzər Turan, “Ali Baş Komandanım”. – ƏQ, 24 dekabr 2020)

Hərbə-zorba da:

…Sonun gəlib, az qalıbdı,

                        göməcəyik səni gora

Gəl, İlhamdan üzür istə,

                        günahların çoxdur sənin!

Ağ bayrağı qaldır, Nikol,

                        başqa yolun yoxdur sənin!

(Şöhlət Əfşar, ƏQ,14 noyabr 2020)

Həcv dili də:

Qovur öz yuvasına quduzlaşan itləri

Ali Baş Komandanın qələbə tvitləri!

(Sabir Rüstəmxanlı, “Qarabağa dönüş”. – ƏQ, 24 dekabr 2020)

Qəzəb də güclüdür: “Onun içindəki qəzəb və hirs gücləndikcə, mübarizə əzmi bir az da artırdı, Dəmir Yumruq ağırlaşırdı, sərtləşirdi. Sarkisyanlar, Paşinyanlar başa düşmürdülər ki, onu daha çox qəzəbləndirməklə, öz başlarına enəcək Dəmir Yumruğu bir az da ağırlaşdırırlar…”

(İlqar Fəhmi, “Xarıbülbül metamorfozası”. – ƏQ, 22 may 2021)

Qarğış da yerindədir:

Xankəndi, Laçın yolu,

İgidlər olsun dolu,

Möhkəmlət sağı-solu,

Düşmənin sınsın qolu,

Ali Baş Komandanım!

(Abuzər Turan, “Ali Baş Komandanım”. – ƏQ, 24 dekabr 2020)

Rüstəm Kamal Vətən müharibəsinin ilk günlərində yazırdı: “Əsgər həyatının, səngər məişətinin xalq yumoru ilə süslənmiş əsərlərə ehtiyacı var. Belə deyirlər ki, A.Tvardovskinin məşhur Vasili Tyorkin obrazının bədii təxəyyül məhsulu olmasına uzun müddət inanmayıblar. İnanırıq ki, sıravi Əhmədin də folklor qəhrəmanı kimi obrazı yaradılacaq və seviləcək”.

(Rüstəm Kamal, “Müqəddəs savaşımız və sözümüz”. – ƏQ, 3 oktyabr 2020)

Bizdə sihalar, pualar, dronların şücaəti haqqında əsərlər yazılmadı; amma xalq ruhu ilə süslənmiş “Zəfər nəğməsi” yarandı. Sanki birnəfəsə yazılan İthafda Abuzər Turan deyir: “Qırx dörd günlük Vətən müharibəsində poladdan da sərt iradə, vətənpərvərliklə yoğrulmuş əzmkarlıq, mənfur düşmənlə mərdanə döyüş aparmaq nümunəsi, ağılasığmaz qəhrəmanlıq örnəyi, dünyanı heyrətə salan qeyri-adi sərkərdəlik və siyasətçi etalonu nümayiş etdirən, halal torpaqlarımızı yağı tapdağından qurtaran, xalqımızın təhqir edilmiş qeyrətini cənnətməkan şəhidlərimizin müqəddəs qanı ilə arındırıb paklandıran, millətimizin aşağılanmış heysiyyətini xilas edən, Azərbaycanımızın yeni şanlı tarixini yaradan, bu misilsiz qələbələrlə yanaşı, özünün və atasının – ustadının mübarək adlarını əbədi olaraq tarixin silinməz səhifələrinə qızıl hərflərlə həkk edən dəmir yumruqlu, ulu öndər yadigarı, xalqımızın güvənc ünvanı, pənah yeri, istəkli lideri, sərkərdəmiz, Ali Baş Komandanımız İlham Heydər oğlu Əliyevin, həmçinin vahid bir yumruq kimi onun ətrafında birləşən müdrik millətimizin və Vətən yolunda varlığını əsirgəməyən Qalib Ordumuzun şəninə min-min alqışlar və səcdələrlə Moskvadan, xalq ruhunda qələmə alınmış qırx dörd bəndlik kiçik bir Zəfər nəğməsi” (Abuzər Turan, “Ali Baş Komandan”. – ƏQ, 24 dekabr 2020) Fevrən hiss olunur ki, şairi böyük coşqu, ilham danışdırır.

Poema, lirik tonalllıqda, təbii ki, epika ilə ayaq alır:

Otuz il yasa batdıq,

Qəm alıb, qüssə satdıq,

Gecələr sərsəm yatdıq,

Sayəndə kama çatdıq,

Ali Baş Komandanım.

Nikol lap ağ eylədi,

Bizə hədyan söylədi,

Xox gəldi, bərk küylədi,

Gör yağıya neylədi

Ali Baş Komandanım…

Liro-epik başlanğıc gəlişdikcə tədricən xalq duyğuları üstünlük qazanır, vəcdə gəlir və mətni bütünlüklə ələ alır. Məqalənin irəlisində də sitatlar gətirdiyim kimi, Vətən müharibəsi gedişatında daha hansı duyğu seli, ürək mizacı, söz məcazları yoxdur ki: Ali Baş Komandana xitabən, ricət, əzizləmə, alqış, inam, heyrət, heyranlıq, şəninə tərif, fəxarət, qürur, dua-səna, həmd, nisgil, qisas, müdrik ovqat, öyüd, arzu, dilək, mədət; eyni zamanda düşmənə nifrət, qəzəb, acığ, həcv, qarğış, söyüş, lağ, şəbədə… – şair təbi, xalq danışıq ədasında “Zəfər nəğməsi”ndə təcəssüm olunmasın?! Gərək ki, tamdır. Poemanın bayatı təqtində, yeddilikdə, oynaq müxəmməs ladında ərsəyə gəlməsi də təsadüf deyil. Özümüzü-sözümüzü, bildiyimiz-gördüyümüz- yaşadıqlarımızı, münasibət və müdaxiləmizi, haşa 44 günlük ovqatımızda nə varsa da, gözlənilməz tərzdə deyir, içimizi-çölümüzü bədahətən faş edir, “rüsva”edir. Poemada Qalib Xalq ədası üstün, aparıcıdır:

Yar olsun Yaradanım!

Mədət, şahi-mərdanım!

Möhkəm dur, gözüm,canım!

Ey Türk oğlu, İlhamım!

Ali Baş Komandanım!

Abuzər Turanın “Zəfər nəğməsi” lirik poeması üç ölkə başçısı – İlham Əliyev (“Ali Baş Komandanım!” – ƏQ, 24 dekabr 2020), Rəcəb Tayyib Ərdoğan (“Sayın Cümhur Başqanım”- 23 yanvar 2021) və İmran Xanın (“Əziz Vəziri Əzəm”- ƏQ, 13 fevral 2021) parlaq obrazlarına işıq salmaqla, zamandan doğulan və zamanı yaddaşlara köçürməyə səy edən poetik məqam kimi  (“Müqəddəs qalib üçlük” – ƏQ, 6 mart 2021) önəmlidir. Fəsillərin ayrı-ayrı qəhrəmanları, xitabları olsa da, hər birində xalq ruhu, qalib xalq ədası qalır, ötüb-gedən zamana Sözünü deyir.

Ümumxalq sevgisindən doğulan “Zəfər nəğməsi” Ali Baş Komandana bir növ ədəbiyyatın hesabatıdır.

***

“Ədəbiyyatda Ali Baş Komandan” məqaləsi başlıcası “Ədəbiyyat qəzeti”nin materialları əsasında qələmə alınmışdır. Yazını mənimcə qəzetin baş yazarı Azər Turanın narahat düşüncələri ilə sonuclamaq da daha doğru olar:

“…Ədəbiyyatımız millətimizi dünyada tanıda bilməsə də, qırx dörd gündə ordumuz onu dünyaya təqdim etdi. Kaş ki, müzəffər Ali Baş Komandanımızın yanında da Atatürkün çevrəsində olduğu kimi, azərbaycanlı bir Mehmet Akif Ərsoy olaydı…”

(Azər Turan, “Tanrının evi – Türk Qarabağ və Bir hilal uğruna batan günəşlər”. – ƏQ, 14 noyabr 2020)

Nə qəm, bəlkə eynisi olmasa da əvəzində, müntəzir Obrazı vardır:

Gəldi o müqəddəs an,

sən Ali Baş Komandan!

Əmrindədir bu yurdun,

bu torpağın ərləri,

Ver, ver bizə zəfəri!

(Arzu Əsəd,”Və Nida”. Bakı, “Elm və təhsil”, 2020, s. 125)

“Ədəbiyyat qəzeti”, 2021, 09 noyabr.

ПЕРВОИСТОЧНИК: /literature.az/

АВТОР: ТЕХРАН АЛИШАНОГЛУ

TEHRAN ƏLİŞANOĞLUNUN YAZILARI

DİGƏR FAYDALI KEÇİDLƏR :

ZAUR USTACIN SEÇİLMİŞ ƏSƏRLƏRİ


YAZARLAR

ZAUR USTACIN YAZILARI

PDF>>>ZAUR USTAC UŞAQ ŞEİRLƏRİ

PDF: >>>>> ZAUR USTAC “QƏLƏMDAR-2”

PDF>>> ZAUR USTAC “BB” KİTABI

>>>> ƏN ÇOX OXUNAN HEKAYƏ <<<<

ZAUR USTACIN SATIŞDA OLAN KİTABLARI


“YAZARLAR”  JURNALI PDF

YAZARLAR.AZ
===============================================

<<<<<< WWW.USTAC.AZ və  WWW.BİTİK.AZ >>>>>> 

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

Sərvanə Dağtumas – İngilis yazıçısı Ceyn Ostinin “Qürur və Qərəz” əsərində sevginin təcəssümü.

SƏRVANƏ DAĞTUMASIN YAZILARI

İngilis yazıçısı Ceyn Ostinin “Qürur və Qərəz” əsərində sevginin təcəssümü

Romanın ilk adı “İlk Təəssürat” idi. Əsər romantik ədəbi hərəkatın bir hissəsi olan sevgi romanıdır, sevgi romanının arxetipidir. Müəllif əsəri dövrün adətlərindən təsirlənərək yazır. Roman anonim şəkildə nəşr olundu, çünki zadəgan bir qadının karyera qurması qəbuledilməz idi. Xanımlar xəbərlərdən, aktual hadisələrdən təcrid olunmuşdu, bir xanımın sosial həyatının əsas məqsədi yaxşı, uğurlu bir evlilik idi. Lakin cəmiyyətin “uğurlu evlilik” anlayışına nələr daxil idi?

O dövrdə sərvət əmlakla ölçülürdü, statusa, imtiyaza önəm verilirdi. Qadınlar tam azad deyildilər, qız uşaqlarına yük kimi baxılırdı. O zaman sevdiyin insanla evlənməkdənsə,öz statusunda olan biri ilə evlənmək daha vacib idi. Zəngin ailədə qız doğulmasa, zəngin, varlı ər tapmaq mümkünsüz idi. Kişilər çox vaxt mövqelərindən istifadə edərək, qadınların qərarlarının çoxunu özləri verirdilər. “Qürur və Qərəz” romanında da eyni zamanda cəmiyyətin ailə birliyinə nə qədər dəyər vermədiyini görürük. Britaniya qanunları o zaman qadınlara əmlakın miras qalmasına icazə vermirdi. O vaxt qadın olmaq çətin idi, onların gələcəkləri üzərində az səlahiyyətləri vardı. Evliliklərdə sevgi az idi. Halbuki insanları ürəklərinə görə qiymətləndirmək daha vacibdir.

Elizabet bacısı kimi kor-koranə, hansısa məqsədə görə evlənmək istəmirdi. O, ağıllı idi. Sevərək, evliliyə hazır olan zaman evlənmək, səbrlə o günü gözləmək istəyirdi, evlənmək xatirinə və ya qarşı tərəfin sosial statusuna görə evlənmək Elizabetə absurd və gülməli gəlirdi. Elizabet Bennet və Cənab Darsinin ilk başda bir-birlərindən xoşları gəlməsə də, sonradan zamanla qarşılıqlı hissləri yaranır. Elizabetin Darsi ilə qarşılaşması onu çox qürurlu olduğuna inandırır, bu səbəbdən ona qarşı qərəzli olur. Cütlük birlikdə olmaq üçün fikir ayrılıqlarını həll etməlidir. Bir-birlərinə qarşı artan hisslər, birinin digərini yanlış şərh etməsi, sevginin insanı dəyişdirməsi əsərin süjet xəttini təşkil edir. Qürur və qərəzlərini dəf etməyi bacaran cütlüyün sevgi hekayəsi  bir çox  insanın arzuladığı xoşbəxt sonluq hekayəsidir. O, bu səbrinin mükafatını aldı və Darsi ilə xoşbəxt həyata qədəm qoydu. Çünki Elizabet evliliyə, münasibətə hazır idi, yalnız bioloji olaraq yox, həm də psixoloji olaraq, hazır idi.  Həyatımızı birlikdə keçirəcəyimiz insanın qüsurlarını mümkün qədər az bilmək daha yaxşıdır. Onunla ortaq dəyərlər yaratmağı bacarmalıyıq.

Adların da romanda simvolikası var.  Elizabetin adı “Allahım anddır, bolluqdur” mənalarını verir. Elişeva adının variasiyasıdır. Elişeva Harun peyğəmbərin arvadı idi. Darsi adı “tünd saçlı”, “qaranlığın nəsli” mənalarını verir.

Qürur romanın qəhrəmanlarını intim əlaqələr qurmaqdan saxlayan əsas mövzudur, həm də insanın qüruruna qalib gəlməyin mümkün olduğu göstərilir. Qərəz isə sevgi münasibətləri qurmaqda başqa bir maneədir.  Darsi Qürurun, Elizabet Qərəzin simvoluna çevrilir.

Müəllif: Sərvanə DAĞTUMAS, ədəbiyyatşünas.

E-mail:ferecli404@gmail.com

SƏRVANƏ DAĞTUMASIN YAZILARI

ƏLİ KƏRİMİN YAZILARI

ADİLƏ NƏZƏRİN YAZILARI

>>>AŞIQ ƏLƏSGƏR >>>DƏDƏ ƏLƏSGƏR

PDF>>>ZAUR USTAC UŞAQ ŞEİRLƏRİ

PDF: >>>>> ZAUR USTAC “QƏLƏMDAR-2”

PDF>>> ZAUR USTAC “BB” KİTABI

>>>> ƏN ÇOX OXUNAN HEKAYƏ <<<<

ZAUR USTACIN SATIŞDA OLAN KİTABLARI


“YAZARLAR”  JURNALI PDF


YAZARLAR.AZ

===============================================

<<<<<< WWW.USTAC.AZ və  WWW.BİTİK.AZ >>>>>> 

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

Dünya bir sirli nəğmədir – Gülhüseyn Kazımovun özü və sözü üzərinə notlar – Əsəd CAHANGİR

ƏSƏD CAHANGİR

Dünya bir sirli nəğmədir – Gülhüseyn Kazımovun özü və sözü üzərinə notlar 

Tanınmış şair və kulturoloq, filologiya üzrə fəlsəfə doktoru Gülhüseyn Kazımovun “Şuşaya o qədər yağış yağmışdı” şeirlər kitabının fevralın 17-də AYB-nin Natəvan klubunda təqdimatı oldu və biləndə ki, bu, artıq ikinci min ildir (!) üzvü olduğu yaradıcılıq qurumunda müəllifin ilk belə yığıncağıdır, təəccüb elədim. Axı, söz konusu sıradan biri deyil, dörd ali məktəb bitirən, uzun illər çoxsaylı dövlət işlərində çalışan, bədii və kulturoloji olmaqla iyirmi beş kitabı işıq üzü görən, sayılıb-seçilən bir imzadır. Onun ünlü maarifçi Əsgər ağa Goraniyə dair min bir çətinliklə əldə elədiyi sənədlərə söykənən, ədibin indiyəcən adı olub, özü əldə olmayan “Qocalıqda yorğalıq” vodevilini ortaya çıxaran “Qaranlıqdan işığa” kitabı yetərdi ki, Natəvan klubunda yaxınlar-uzaqları da başına yığıb, bir törən düzənləsin və “zəhmətimə dəyər verin” desin. O isə iyirmi dörd dəfə bunu eləməyib, əgər yaxın çevrəsi – kitabın düzənçisi və naşiri Turan İbrahim, redaktoru Kənan Hacı, eləcə də qələm dostu Maşallah Məftunun təkidi olmasaydı, bəlkə, iyirmi beşinci dəfə də eləməyəcəkdi.

G.Kazımlı Cəbrayılın Kovdar kəndində anadan olub və “Şuşaya o qədər yağış yağmışdı” kitabı şairin öz ata yurdunun işğaldan azad edilməsinin birinci ildönümündə Prezident İlham Əliyevlə Cəbrayılda çəkdirdiyi foto ilə açılır. Fotoda cənab Prezident həmişəki özünəməxsus təbəssümü, qətiyyət və inamlı baxışları, Gülhüseyn müəllim isə üzündəki məmnun, bir az da yoğrun ifadəylə əbədiləşiblər. Bu qiymətli foto öz nəzakət və səmimiyyəti ilə seçilən dövlət başçımızın elm-sənət adamlarına sayğısının ifadəsidir. Amma söhbətə şəkillə başlamağım bu məlum gerçəyi xatırlatmaq üçün deyil. Bəs, onda nə üçündür? Oxuyacağınız yazı öz mahiyəti etibarilə bu sualın cavabından ibarətdir.

Seçiminə qədər ziyalıdır və ziyalı xarakteri onun haqqı yetən bir çox şeyləri əldə eləməsinə az mane olmayıb. Bu məntiqidir – xarakter varsa, insana mane olmalıdır. Bunu ustad şair Məmməd Araz ilk şeirlərini yazan Gülhüseynə uğurlu yol arzuladığı, Pedaqoji İnstitutun “Gənc müəllim” qəzetində dərc olunan “Şeirin dayaq nöqtəsi” adlı yazısında hələ 35 il öncə belə qeyd edirdi: “Arzu edirik ki, onun özündən narazılığı, təvazökarığı, özünə qapanıb qalmağa deyil, ağır zəhmətə, yüksək poetik düşüncələrə xidmət eləsin.” Mənə elə gəlir ki, Gülhüseyn gənc bir şair kimi o “dayaq nöqtəsini” hətta ustadın özündə də tapa bilməyib və onun sonralar şeirdən elmi-publisist fəaliyətə keçməsi səbəblərindən biri, olsun ki, budur. Bu gün əlimizdə olan isə “Şuşaya o qədər yağış yağmışdı” kitabıdır və indi giley-güzarı bir yana qoyub, əldə olandan danışmaq istəyirəm.

GÜLHÜSEYN KAZIMLI

***

Söz kökü üstə bitər və kitabdakı şeirlər şairin həm folklor, həm divan şeiri, həm də romantik poeziya ilə dialoquna işarələr edir. Bu, məntiqidir. G.Kazımlı xalq dilimizin zənginliyini özündə yaşadan, muğamın beşiyi olan Qarabağda dünyaya göz açıb. Onun Şuşanın adını öz kitabının sərlövhəsinə çıxarması da mövzu arxasında gizlənmək, plakatçılıq, şüraçılıqdan uzaq olub, qutsal muğam beşiyimizə bir ömürlük bağlılığın ifadəsidir və muğam səsləşən şeir, qəzəl deməkdir. G.Kazımlı təbiətcə romantik, duyğusal adamdır və poeziya romantika deməkdir. Amma onun istər folklor, istərsə də, klassikaya yanaşması yaşadığı konkret zamanın mentallığlndan doğan özünəməxsus səciyyə daşıyır. Məsələn, xalq arasında hər hansı arzuya çatmağın mümkünsüzlüyünü göstərən “yuxunda görərsən”, yaxud “heç yuxunda da görə bilməzsən” deyimlərini G.Kazımlı gənc yaşlarında yazdığı bir şeirində poetik yöndən belə emal eləyir:

Mən sənin yuxunda ağlar, gülərəm,

Sən nə ağlamazsan, nə də gülməzsən.

Mən sənin yuxuna xəlvət girərəm,

Məni yuxunda da görə bilməzsən.

“Yuxuna girərəm”

Zahiri əksliyə baxmayaraq, “yuxunda görərsən” və “heç yuxunda da görə bilmzəsən” deyimləri mahiyətcə bir medalın iki üzüdür, sadəcə, birincidə ironiya var. Şairin məsələyə yanaşmasındakı özünəmxəsusluq da elə bu ironiyadadır. Aşiq mümkünsüz olduğunu yaxşı bilə-bilə uşaqcasına “cahillik” eləyib, məşuqun yuxusuna girməkdən danışır – təcahüli-arifanəlik göstərir. Çünki yuxu idarəolunmaz, qeyri-ixtiyari psixoloji fenomen olduğundan, heç kəs hətta sevdiyi adamın da yuxusuna öz istəyi ilə girə bilməz. Odur ki, xalq deyimində başqasına yönələn ironiya şeirdə müəllifin özünə şamil olur, aqressiya öz yerini yumora verir, ironiya isə avtoironiya ilə əvəzlənərək önəmli dərəcədə yumşalır. İkincisi, müəllif fiziki ilə psixolojinin sınırını keçir, yuxuya girməkdən elə danışır ki, guya bir otağa, evə, ümumən harasa gerçək məkana daxil olmaqdan söz gedir. Nəhayət, əgər birinin yuxusuna girmisənsə, o səni necə görməyə bilər? Və sonucda bütün bu bədii yalanlar oxucunun dodağını qaçırır.

G.Kazımlı klassik divan şeirinə də epiqonçu kimi yanaşmır. Nəsimi yazırdı ki, mənim sözümü “heç kimsə… fəhm edə bilməz, bu quş dilidir, bunu Süleyman bilir ancaq.” G.Kazımlı isə nəinki quş, hətta daşın da dilini bildiyindən söz açır:

Bir qalanın divarları səhərə kimi,

Nağıl dedi, nəğmə dedi, qəlbimə girdi.

Eston dilin bilməsəm də, başa düşürdüm,

Qala dili, nağıl dili hər yerdə birdir.

“Tallin”

Qala dili, nağıl dili, daş dili! Bunar gəlişigözəl metafora, nağıl, əfsanə deyil. Daşın dili sükutun, heç vaxt səsə çevrilməyəcək, yatmış, dərin trans durumunda olan düşüncənin dilidir və şairlik telepatik bir qabiliyyətlə onu sezməkdən başlayır. G.Kazımlının fikrincə, bu hamının və hər şeyin bir nöqtəyə cəm olduğu birliyin (tövhidin!) dilidr. Amma şairin sovet dönəmi üçün səciyyəvi materialist dünyagörüşü tövhidin əsl qaynağı olan metafizik sınırlara varmağa ona macal vermir. O, başacan yox, daşacan, həqiqətəcən yox, nağılacan gedir. Nağıl isə metafiizik həqiqətin xalq yaddaşında deformativ rəmzi-simvolik saxlancıdır. Qutsal Kitabın özünəməxsus batini təfsirinə söykənən Nəsimi “quş” deyəndə “səf-səf düzülən” mələkləri göz önünə alır, durmadan Quranı “zikr edən” bu metafizik varlıqların dilində yazdığını bəyan edir (Qurani-Kərim, “Əssəffat”, 83; 1-2), əğyarın tənə və təzyiqlərindən qurtarmaq üçün rəmzlərin sətiraltı diliylə Allah-insanı vəsf elədiyinə işarə edirdi. İntibah şairinin bədii düçüncəsi insanın Allah və mələklərlə bir olduğu metafizik, əbədi “zamana” və cənnətəcən gedib çıxır. Çağdaş şair isə adam dilində yazır, uzaqbaşı daş dilində düşünür və onun düşüncəsi tarixin və təbiətin başlanğıcı olan daş dövrünəcən gedir. Onun cənnəti daşın, quşun, bir sözlə, təbiətin dilini anlamaq və varlıqla özünün metafizik yox, təbii-tarixi birliyini, məkan-zaman sınırlarındakı vəhdətini duymaqdan doğan mənəvi zövqdədir. Simvolik dillə desək, o, Aristotelin ünlü kitabxanasında fizikaya dair kitabları oxuyur, metafizika bölməsinə isə keç(ə bil)mir. 

Arisitoteldən söz düşümşkən, kökü antik filosofun “Estetika”sına gedib çıxan bir haşiyə çıxmaq istəyirəm. Sənətin elə bir paradoksal özəlliyi var ki, ustalıqla rəsm edilmiş eybəcərlik də gözəlliyə çevrilir. Bəxtiyar Vahabzadənin Mikelancelonun “Kədər” heykəlinə həsr elədiyi şeirində dediyi kimi, “özgəyə bir can verib İsaya sənət / Ölü cəsədinin canszlığında!” Mən antik filosofun nəzəri fikrinin konkret təsdiqi kimi bura üçüncü bir mövzunu da artırmaq istəyirəm – hətta cəhənnəm səhnələrinin məharətlə yaradılmış təsvirində belə cənnət zövqü duyulur. Siz, yəqin ki, Dantenin “Cəhənnəm”ini xatırladınız. Amma mən gənc Gülhüseynin Leninqrad blokadasının dəhşətlərini əks etdirən şeirindən, bütün tragik məzmunu ilə yanaşı, bu şeiri düzüb qoşarkən şairin keçirdiyi zövq qarışıq hiss-həyəcandan danışıram:

O gecə o evlər döyüşə girdi,

Gözünün qəzəbli yaşına imi.

O gecə o evlər döyüşə girdi,

Vuruşdu sonuncu daşına imi.

“Dağılmış evlərin monoloqu”

Təbiətin idillik mənzərələrinə vurğun və gözəllik peşincə qoşan G.Kazımlının şeirləri üçün romantik ovqat səciyyəvidir. Təsadüfi deyil ki, kitabdakı şeirlərdən biri romantik düşüncənin başlıca simvolu olan ay işığına həsr olunub. Aydındır ki, milli bədii fikrimizdə romantizmin öz qızıl erasını yaşadığı Cavid dönəmindən G.Kazımlını onillər ayırırdı. O, İkinci Cahan savaşı sonrasının cocuğu, kosmik uçuş və elmi-texniki inqilab erasının gənci olub və “yerə enməm də, səma şairiyəm” kimi inadkar romantik kreododan uzaqdır. S.Vurğuna xüsusi şeir (“Səməd Vurğun”) həsr eləməsinə baxmayaraq, sovet dönəmi poeziyamızın bayraqdarına məxsus “inqilabi romantika” da ona yabançıdır. Hər halda, kitabda nə kommunizm idealı, nə də onun “romantikasına” dair şeir yoxdur.

G.Kazımlının romantizmi öz zamanına uyğundur. O, ay işığını “müqəddəslik”, “ədalət”, “məhəbbət” və “gözəlliyin” rəmzi kimi mənalandırsa da, elmi-texniki inqilabın sürətli sıçrayışıyla klassik romantik idealların aradan qalxması onun nəzərindən yayınmır. İnsan Aya enir və bu səma gözəlinin Yerdən nurlu görünən çöhrəsindəki ləkələri bütün genişliyi, çala-çökəkləri bütün dərinliyi ilə görür. Sən demə, Nizami düz deyirmiş, “ayı gendən görmək daha yaxşıymış.” Amma şairin texnogen erada ay işığına sədaqətini qoruyub saxlayan tənhaları, təkləri ürək ağrısı ilə xatırlaması da gözdən qaçmır. Romantik idealların dirilməsiylə bağlı arzularının bütün şiddətinə baxmayaraq, şeir müəllifinin ağlı və qəlbi arasındakı qarşıdurma heç-heçə quratrır – o, ağlı ilə pealist, qəlbiylə romantikdir. Və beləcə, gələnəksəl romantizmə məxsus hiperbolizm, yerlə-göylə əlləşən mübaliğələrin “iynəsi vurulur”, yüksək romantik doza şairin yaşadığı, bəzən məişət detallarınacan öz ifadəsini tapan konkret zamanın etkisi altında bəlli ölçüdə aşağı düşür və müəllifi “neoromantikə” çevirir.

Ay işığı bir adama borclu qalmayıb,

Heyif, ona saf inamı sındıranlar var.

Elkektrik işığına pulu olmayıb,

Öz evində ay işığı yandıranlar var.

Burda daha bir haşiyə çıxmaq istəyirəm. İnsan psixologiyasına məxsus bir yön var ki, o özünü – kənara çıxanda, hər şeyi – qıraqdan baxanda bilir. 60-cı illər 40 illik kommunist cəfəngiyatından sonra fərdi və milli anlamda özünüdərkə başladığımız dönəm idi – kəndimizə qayıdırdıq! G.Kazımlı nə qədər “Ey uzaq səfərlər, muradım, kamım/ Keçin arzu kimi, keçin qəlbimdən/ Nə vaxtı mən sizi arzulamadım/ Bilin ki o zaman qocalmışam mən/ – desə də, Hötenin ev muzeyi, Drezden şəkil qalereyası, Praqa, Tallin, Karlovı Varıya şeirlər həsr eləsə də, daxilən həmişə vətəndədir: Zaqrebdə Bakını, Tümendə Fərman Salmanovu yada salır; sonucda fikrən, ruhən (baş)kəndimizə qayıdır:

Doğma Bakı yağış kimi durulmaq üçün,

Nəğmə olub hər küçəndə axmaq gərəkmiş.

Doğma Bakı səni sevmək, vurulmaq üçün,

Sənə bir az ayrılıqdan baxmaq gərəkmiş.

“Doğma Bakı”

Və öz uşaqlığını, gəncliyini əbədi itirdiyi (“Çox uzaqda kiçik bir kənd”, “Doğma yerlər”) dəyirmanı (“Köhnə dəyirmanda keçən bir gecə”), yolu (“Kənd yolu”), otu (“Biçilmiş ot”), üzümü (“Kavdar üzümü”), çayı (“Araz vadisində”), quşu (“İsaq-musaq quşları”), insanı (“Kənd müəllimi”) ilə birlikdə dünyaya göz açdığı Kavdar kəndinə dönür. Bununla da, öz dövri-aləm səyahətini başa vurur, əvvəllə axır birləşir, çevrə qapanır:

Çox erkən yaşımda çıxdım yollara,

Uzaqlar gözümə yaxın göründü.

Məni öz kəndimdən aparan yollar

Axırda yenə də kəndimə döndü.

“Kavdar kəndi”

Şair üçün unudulmaz xatirələrlə bağlı olduğu doğma yerlərin otuz illik ayrılıqdan sonra azad edilməsinin, onun cənab Prezidentlə birlikdə çəkdirdiyi fotoda üzündəki məmnunluq və yorğunluğun nə demək olduğu bu şeirlərdən sonra tam aydın olur. Doğma torpaqların geri qaytarılması ilə o, “körpə dincliyi”, “uşaq nadincliyi”, “ömrün gəncliyi”nə, bir sözlə, “əsl həyata” qayıdrıdı – məmnunluğu bundan irəli gəlirdi. Amma o, bu günü 30 il gözləmişdi – yorğunluğu isə bundan doğurdu.

***

Dünyada olan hər şeyin və hər kəsin, o sıradan hər şairin iki koordinatı var – məkan və zaman. G.Kazımlının məkan koordinatı onun kəndidir. Bəs, zaman? Onun bir insan kimi formalaşması 60-70-ci illərə – özünüdərk və özünəqayıdışdan doğan oyanış dönəminə düşürdü. Şeirlərindəki hər cür kədəri yuyub aparan bahar ovqatı, sevinc duyğusu, həyat nəşəsi də bu oyanışdan doğurdu. Şeir sehrli çubuq kimidir, onu kədərə toxundurub, sevincə, payıza, qışa vurub, bahara çevirmək olar. Şairin təkcə kənddə müəllimlik edən qardaşı İslam deyil, özü də bu sirlə-sehrlə dolu şeir havasında bütün fəsilləri bahar bilir:

Günəş doğar yer üzünə, şəfəq saçılar,

Bahar bilər fəsillərin hamısını o.

Səhər-səhər gözlərində günəş açılar,

Açıb girər bir sinifin qapısını o.

“Kənd müəllimi”

Kitabların fəsilləri, hər şairin isə bir fəsli olur. Baharda doğulan S.Vurğunun poetik fəsli bahar, yayda doğulan Puşkininki isə payız idi. İndi poeziyamızda payız ovqatı dəbbədir. Xalq Yazıçısı Elçin bu mövzuya həsr elədiyi məqaləsində çağdaş şeirimizdəki payız ovqatını hər cür kədərin yasaqlandığı sovet dönəminin çöküşündən sonra ümumbəşəri dünya kədərinə qayıdış kimi mənalandırır. G.Kazımlının zamanı isə bahardır və bu, “işıqlı gələcəyə” dair kommunist optimizmindən doğmur. Çünki onun poetik baharı da, bədii kəndi də siyasi-ideoloji deyil, fərdi-psixoloji səciyyə daşıyır. Kənd və bahar onun daxili cənnətinin iki göstəricisidir və bir-birindən ayrılmazdır – bahar onun kəndi, kənd baharı, ikisi bir yerdə kəndisi, özüdür. Məhz içindəki bahar havası hesabına onun şeirlərində (ömürlük!) ayrılığın özü belə zərif, akvarel hüzn qarışıq nikbin auraya bürünür. O dərəcədə ki hətta “ayrılıq” sözünə mətndə yer qalmır, o “sən bir nağıldasan, mən bir nağılda” şəklində daha yumşaq, daha evfemistik ifadə forması alır:

Nağıla bənzəyir o ilk görüş də,

Yaşar təmiz hissdə, uzaq xəyalda.

Nağıla köçmüşük biz özümüz də,

Sən bir nağıldasan, mən bir nağılda.

“İki nağıl”

Kitabda payız sözü bir neçə (“İlk payız… ilk durna qatarı”, Payızın qızıl çağı”, “Payız səxavəti”, Payız nəğməsi”) bahar isə cəmi bir dəfə (“Bahar havası”) başlığa çıxır. Amma “Bahar havası”nda sözün birbaşa anlamında bahardan yox, qışdan söz gedir. “Musiqi çalınırdı/ Dünya ağappaq qardı/ Pəncərədən o yana/ Qış almışdı hər yanı/Pəncərədən bu yana/Bahar havası vardı”/ deyən şair çöldəki yox, içəridəki bahardan, özü də otağın içindəki yox, can evindəki bahardan, subyektiv fəsildən danışır. İkincisi, hansı fəsildən yazırsa-yazsın, G.Kazımlının şeirlərində daxili zaman bahar havası üstə köklənir. Bu köklənmənin hesabına məkan anlayışı keyfiyyətcə çevrilməyə uğrayır, qürbət doğmalaşır, baharın ardınca qoşan durnalar özlərini dünyann heç yerində qərib hiss etmədiyi kimi:

Çox eldə dost kimi qanad saxlayar,

Qayğı da, qırğı da görüb durnalar.

Bir ömrü yüz yerdə yaşasalar da,

Olmayıb heç yerdə qərib durnalar.

“İlk payız… ilk durna qatarı”

Diqqət eləsək, bu parçada bədii fikir üç dəyişməyə məruz qalır: qayğı və qırğı daxili qulaq qafiyələri olmaqla zahirən səsləşir, bir misraya düzülürlər – bu, tezisdir; qayğı məhəbbət və nəvazişi, qırğı isə ölüm və aqressiyanı işarələməklə təzad yaradır, antoqonizmə çevrilirlər – bu, antitezisdir; bahar eşqinin, bahar həsrətinin olduğu yerdə təzad aradan qalxır, hər yer dost elinə çevriilir – bu, sintezdir. Hər dəfə yeniləşən fikir, sonucda barış ünvanına gəlib çıxır, əksliklərin mübarizəsi öz yerini onların vəhdətinə verir. Bu, metafizik vəhdətin şair düşüncəsindəki doğal ifadəsidir. Şair bu vəhdətin yerdəki işarələrini görsə də, klassik divan şairlərindən fərqli, işarələrdən o yana keç(ə bil)mir. Bu, əlbəttə ki, G.Kazımovun “suçu” olmaqdan daha çox taleyi idi. Onun doğulduğu, təhsil və tərbiyə aldığı sovet dönəmində ictimai şüurun bütün sahələrində olduğu kimi, bədii düşüncənin də “ana təbiətdən” o yana gedən yoluna materialsit düçüncənin qadağanedici nişanı qoyulmuşdu. Bu yoldakı işıqforun yalnız bir işığı varıydı – qırmızı!              

***

Mən yuxarıda “…G.Kazımlının şeirlərində daxili zaman bahar havası üstə köklənir” deyəndə “köklənmək” sözünü təsadüfən işlətməmişdim, çünki onun şeirləri musiqilidir və o, nəğməkar şairdir. Bunu deyəndə onun şeirlərinə Ş.Axundova, O.Rəcəbov, A.Rzayev, N.Məmmədov, S.Fərəcov kimi ünlü bəstəkarların 30-dan çox mahnı bəstələdiyini, musiqi xadimlərinin həyat və yaradıcılığından bəhs eləyən çoxaylı kitablara imza atdığını, Muğam Mərkəzində yubiley tədbirlərinə vaxtaşırı aparıcılıq elədiyini, ən nəhayət, muğam-sənət vurğunu olduğunu göz önünə almaqla yanaşı, əksər şeirlərinin formaca olmasa da, mahiyətcə nəğmə olduğunu vurğulamaq istəyirəm. Təsadüfi deyil ki, “Bahar” və “kənd”lə yanaşı “nəğmə” onun poeziyasında üç açar sözdən biridir. Onun poetik dünyasında “durna qatarları mahnı kimi axıb gedir”, “gecə nəğmə kimi əriyir”, “yol kənarındakı tək çinar”, hətta gururltulu “qatar relsləri” belə müğənni, “küləklər bəstəkardır”:

Küləkdə bəstəkar barmaqalrı var,

Yazır bir nəğməni neçə budaqda.

Yellənə-yellənə bir yarpaq düşür,

Saralmış hüsnünə baxır bulaqda.

“Payız nəğməsi”

Şübhəsiz ki, bu cür təşbeh və metaforalara çoxlu sayda digər şairlərdə də rast gəlirik. Amma G. Kazımlının dünyaduyumunda musiqi anlayışını şablonlaşmağa qoymayan bir fərqləndirici özəllik var – panmuzıkalizm. Yəni hara baxırsa, nəyi görürsə, musiqi səsləri eşidən şair üçün hər şey sadəcə nəğmə oxumaqla qalmır, bütün varlıq, hətta sükutun özü də sirli bir nəğmədir, hətta lal daşlarda da nəğmə uyuyur. Nəğmə, musiqi, səs təbiətin hər il yenilənən dialektik yaşam ritmi, əzəli və əbədi dövriyyəsi, yerin altından vurub, üstündən çıxan həyatverici qüvvə, həm payız, həm də bahar, həm ölüm, həm də qalımdir. Ruhu muğamla aşılanan qarabağlı şairin belə düşünməsi təbiidir:

Uzun gecələrin yaddaşı kövrək,

Çaylar həzin-həzin bayatı çəkir.

Baharda təzədən göyərmək üçün

Payız, nəğmələri torpağa əkir.

“Payız nəğməsi”

“Şuşaya o qədər yağış yağmışdı” kitabında yaddaqalan, orijinal bədii təsvir və ifadə vasitələrinə az rast gəlmirsən. Şairlərin öz ürəyini tərənnüm eləməsiylə hər addımda üzləşirik, amma insan qəlbinin səmimiyyəti və təvazö duyğusunu “Palazı pambıqdan, yorğanı çitdən / Sadə evimizə bənzər ürəyim” şəklində ifadə eləmək dünyada, yəqin ki, yalnız G.Kazımlıya məxsusdur. Duman haqqında “dağı dolanar. qiyamət, … yola sallanar, cinayət olar” (Qabil) deyə baxış bucağını tam əksinə dəyişməklə çox yazılıb və yaxşı da yazılıb. Amma oxucunu anidən yaxalayan bu rakurs dəyişkənliyi “Elə bil, dumanda bitib zirvələr/ Ya da zirvələri duman qaldırıb/” deyən G.Kazımlıda daha gözlənilməzdir və mənə Tarkovskinin “Solyaris” filminin qəfil finalını xatırladır.

Füzulidən tutmuş R.Rza, V.Səmədoğlu, R.Rövşən, V.B.Odər, İ.Qəhrəman, S.Sarvan, Q.Ağsəs və S.Babullaoğluna qədər əksər şairlər tənhalıqdan yazıb. G.Kazımlı öz təbii inancına uyğun olaraq təkliyi bir armud ağacının naturasında rəsm edir. U.Uitmenin çöldə bitən tək ağac haqqında ünlü şeirini yada salan “Armud ağacı”nda da ağacın kosmik və antropomorf portreti yaradılır. Mən armud ağacını cənnətdəki Tubanın dünyəvi işarəsi kimi anladım və mənə elə gəlir ki, o elə məhz tək olmalıdır. Şair isə ona yerlə göyü birləşdirən mifik dünya ağacı, göydən yerə enmiş romantik gözəlliyin son nişanəsi kimi baxır və bundan kədərlənir:

Axşamlar –

Ulduzlarla gözənmiş

Gecə paltarını çəkib əyninə,

Baş qoyub ulduzların çiyninə,

Yatar yək armud ağacı.

Bu qərib, bu tənha görkəmiylə

Düzənlərin boz görkəmini

Bəzər tək armud ağacı.

Bu qərib, bu tənha görkəmiylə

Qırılıb tükənmiş bir meşə nəslinin

Son yadigarına

Bənzər tək armud ağacı.

Bəzi şeirlərindəki bu romantik kədərə baxmayaraq, G.Kazımlı nikbin şairdir və onun həyatsevərliyinin məkan kodu dünyaya göz açdığı Qarabağdır. Bu nikbinlik bəzən Qarabağ elatı üçün səciyyəvi yumor, zarafat, baməzəliyə çevrilir:

Yüz nəğmə oxudu çarxlar bir anda,

Qaldı uzaqlarada neçə bərə-bənd.

Biz əsgər gedirik, bir həftə sonra

Məktub yağışına düşəcək bu kənd.

“Biz əsgər gedirik”

Bəzən isə bu yumor “Elə dolanıram/ Havalı kimi/ Sərxoş xanənədinin/ Qavalı kimi”, yaxud da “Maşınlar çoxdan ötüb/ Axşamdır soyuq düşüb/ Dayanmışam küçədə/ Yadıma toyum düşüb”/ şəklində, Molla Nəsrəddin sayağı avtoironiyaya qədər gedib çıxır və toy, qaval, bir sözlə, musiqi söhbəti yenə də şairin məkan kodundan gəlir.

Və nəhayət, adı kitabın başlığına çıxarılan “Şuşaya o qədər yağış yağmışdı” şeiri:

Qəfil günəş doğdu, gözüm qamaşdı,

Yolları yoxuşdu, enişdi Şuşa!

Şuşaya o qədər yağış yağmışdı,

Yuyulub şüşəyə dönmüşdü Şuşa!

Əgər O.Suleymanov, yaxud E.Z.Qaraxanlıdan söz getsəydi, bir bənddə 15 dəfə təkrarlanan “ş” səsinin yaratdığı nəğmənin misrabaşı alliterasiya üstündə qurulan əski türk şeiriylə səsləşdiyini deyərdim. Söhbət G. Kazımlıdan getdiyindən bunu demirəm, çünki bir-iki istisnanı çıxmaqla, milli poetik yaddaşımız şeirimizin min illərin o üzündə qalmış əski çağlarını unudub. Bu şeirdə “nəğmə” sözü yoxdur, əvəzində nəğmənin özü var. Yağış sularının öz yaş barmaqlarıyla toxunduğu təbiətin notları kitabda ilk və son dəfə məhz burda səslənir, nəğmə düşüncədən maddəyə, sözdən səsə keçir, dillənir, əyaniləşir. Mən bunu varlığın əsasında duran, mahiyəti bizə indiyəcən açılmayan və  ta qiyamətəcən açılmayacaq nəsə sirli bir nəğmənin ani səslənişi kimi anlayıram. O səs məni eşidin deyir!

İlkin mənbə: /edebiyyatqazeti.az/

Müəllif: Əsəd CAHANGİR

ƏSƏD CAHANGİRİN YAZILARI

GÜLHÜSEYN KAZIMLININ YAZILARI


ƏLİYEV HİKMƏT ƏLÖVSƏT OĞLU

QƏRƏNFİL ARİF QIZI CAMALOVA

PDF>>>ZAUR USTAC UŞAQ ŞEİRLƏRİ

PDF: >>>>> ZAUR USTAC “QƏLƏMDAR-2”

PDF>>> ZAUR USTAC “BB” KİTABI

>>>> ƏN ÇOX OXUNAN HEKAYƏ <<<<

ZAUR USTACIN SATIŞDA OLAN KİTABLARI


YAZARLAR.AZ

===============================================

<<<<<< WWW.USTAC.AZ və  WWW.BİTİK.AZ >>>>>> 

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

VAQİF OSMANOV. KİŞİLƏRƏ “DƏRS”.

VAQİF OSMANOVUN YAZILARI

KİŞİLƏRƏ “DƏRS”

(Təranə Məmmədin “Gül səbəti” hekayəsi haqqında)

M. Qorki deyirdi ki, insanın qazandığı ən böyük nemət qadını sevməyi, ona səcdə etməyi bacarmaqdır. Yer üzündə gözəl nə varsa, hamısı qadına məhəbbətdən doğmuşdur.

Təranə xanım Məmmədin “Gül səbəti” hekayəsinin qəhrəmanı ömrünü sevgisinə, sevdiyinə, sevgidən doğulan oğluna qurban verməyə hazır olan, ancaq sevgi və sayğı uman ömür-gün yoldaşı, anadır. Evin kişisi isə əksəriyyətimiz kimi, qadının istəklərinə, duyğularına biganə Azərbaycanlı ailə başçısıdır.

Rafiq Tağı yazırdı ki, biz azad qadın heykəli ucaltmaqla Sovet dövlətinə kəf gəlmişik. Elə müstəqil ölkəmizə də…

Yaşadığı ailə həyatı boyu ərindən bir gül hədiyyəsi almayan qadının gülü çox sevdiyini əri də yaxşı bilir. Amma onun həyat yoldaşının istəyini, arzusunu qiymətləndirəcək diqqəti, qayğısı çatışmır.

8 mart Qadınlar bayramı günündə qapının zəngi çalınır:

“Bayram əhval-ruhiyyəsi ilə qapını açdım. Qarşımda dayanan cavan oğlan bir səbət qızılgülü mənə uzadıb:

-Xanım, bu güllər sizə çatacaq! – dedi.

Sevincimi boğa bilməyib –

-Nə gözəl güllərdir! Dəqiq mənə çatacaq? – deyə soruşdum.

-Bəli, buyurun.”

Gül səbətinin içindəki zərfdə yazılanlar – “sevgilim, səni çox sevirəm! Bayramın mübarək!” sözləri sevincdənmi, həyəcandanmı gözlərinin gördüyünə inanmayan qadını çaşdırdı, ərini isə “coşdurdu”.

Təranə xanım ən yığcam hekayəsində də xarakter yarada bilir. Qısqanclıq məhəbbətin güzgüsüdür, – deyirlər. Belə nəticə çıxarmaq olar ki, qısqanc ər ən sadiq sevgilidir. Buna inanıram deyə də bilmirəm. İnanıram desəm, məni kişi həmrəyliyinə görə qınayanlar da olacaq. Bax belə özümü sığortalayiram: Qısqanc ərlərin sevgiyə əyləncə kimi baxanları da az deyil.

Mənəvi dəyərlərin itməkdə olduğu bu günümüzdə “coşmuş” qısqanc ərin ömür-gün yoldaşına “hücum”unu da təbii qarşılayaq. Şərq xislətimiz genimizdədir. “De görüm, kimdi sənə “sevgilim” yazıb gül göndərən?” bağıran kişini də başa düşək.

Təranə xanım incə bir eyhamla “adını yazmayıb” deyən qadına ərinin “əlbəttə yazmaz. Ancaq sən sevdiyin qızılgülləri bilir. Demək bu adam sənə çox yaxındır. Sanki evin içidir” vurğulayanda məni sevindirdi. Bu cümlələrin işığında “evin içi”inin xoş aurasını gördüm. Bu cümlələr çətin suallara cavab verə bilməyən qadının xilasına ümid yaratdı məndə. Nə yaxşı ki, yanılmadım. Qəlbi qırılmış qadının gücünün göz yaşlarına çatması qadın qəlbini əla duyan Təranə xanımın qəhrəmanına mərhəmətidir. Bu, Təranə xanımın qadın həmrəyliyidir. Alqışa layiqdir.

Ananı bu çıxılmazlığa salan və ordan xilas edən oğulun “sürpriz”inə haqq qazandırmaq olarmı? Ata ilə oğulun ananın tarıma çəkilmiş kövrək hissləri ilə oynamağına, sonra da heç nə olmayıbmış kimi deyib-gülməyinə dəyərdimi?

Oğulun anasına və atasına “sürpriz”i bayramı yaddaqalan etsə də, Təranə xanım və eləcə də mən günahsız ananın göz yaşlarına səbəb olan zarafatı təqdir etmirəm. Bu da oxucu ilə yazıçının həmrəyliyidir.

Ana qəlbinin böyüklüyü qarşısında baş əydim:

– Mən də o günü ömürlük yadda saxladım. O gün dərk etdim ki, səni anlamayan, sənə etibar etməyən, sənin qəlbini duymayan insan sənə heç vaxt gül ala bilməz.

Sevdiklərimizin qəlbini qırmayaq, sayğımızı əsirgəməyək. Onda sevgi tellərimiz də, ailə bağlarımız da qırılmaz.

Təranə xanım məni tam inandırdı ki, o kişi o qadını sevib, sevir və həmişə sevəcək…

“Sevgi hər şeyə qalib gəlir, elə isə gəlin biz də onun hökmünə tabe olaq” – deyib V.Rubliy.

Təranə xanım və onun “Gül səbəti” mənə də əməlli-başlı “dərs” keçdi. Axı mən də ömrümdə uşaqların anasına gül səbəti hədiyyə etməyənlərdənəm…

04. 03. 2021.

MÜƏLLİF: VAQİF OSMANOV

VAQİF OSMANOVUN YAZILARI
TƏRANƏ MƏMMƏDİN YAZILARI

ZAUR USTACIN YAZILARI

PDF>>>ZAUR USTAC UŞAQ ŞEİRLƏRİ

PDF: >>>>> ZAUR USTAC “QƏLƏMDAR-2”

PDF>>> ZAUR USTAC “BB” KİTABI

>>>> ƏN ÇOX OXUNAN HEKAYƏ <<<<

ZAUR USTACIN SATIŞDA OLAN KİTABLARI


“YAZARLAR”  JURNALI PDF

YAZARLAR.AZ
===============================================

<<<<<< WWW.USTAC.AZ və  WWW.BİTİK.AZ >>>>>> 

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

Sərvanə Dağtumas. Fransız yazıçısı Fransua Moriakın yaradıcılığına ədəbi səyahət.

SƏRVANƏ DAĞTUMASIN YAZILARI

Fransız yazıçısı Fransua Moriakın yaradıcılığına ədəbi səyahət

“Keçmiş zamanların yeniyetməsi” romanı. Roman atasını və gənc qardaşını itirmiş, anasıyla böyük bir malikanədə yaşayan Alen adlı yeniyetmədən və onun eşqlə etiqad arasında keçirdiyi iztirablardan bəhs edir. Alen mənsub olduğu burjua mühitinə nifrət edir, arzuları, xəyalları ilə yaşayır,təhsil almaq haqqında düşünür. Əsərdə yüksək katolik dairələrin həyatı bütün müsbət və mənfi tərəfləri ilə birgə qələmə alınıb. Əsər avtobioqrafik xarakter daşıyır, birinci şəxsin dilindən yazılıb. Görünür, Alen keşiş və ya sahibkar olmaqdan daha çox yazıçılığa can atır, daha çox mənəvi həyat sürmək istəyir. Müəllif insanın mənəvi yüksəlişi ideyasının ən inandırıcı təcəssümünə yeniyetmənin obrazında müvəffəq olur. İstənilən zamanın yeniyetməsi tamhüquqlu unikal şəxsiyyət, qeyri-məhdud mənəvi sərvətə sahibdir, özünə inam hissi olan maraqlı bir şəxsiyyətdir. Hər yaşda olan bir yeniyetmə saf və məsumdur, hörmətə, sevgiyə,şəfqətə layiqdir.

 “Sevgi səhrası” romanı. Səhranın istiliyi mənəvi ehtiyacı simvollaşdırır. Səhra müqəddəs yazılarda insanın Allahla görüşdüyü, tövbə, mənəvi yoxsulluq, seçim və mənəvi azadlıq əldə etdiyi bir yer kimi görünür. Bu, ikili obrazdır: məhrumiyyət, təhlükə, cəza yeri və Allahın insanları xilas etdiyi, özünü göstərdiyi yer. Səhra nemətə lənət kimi məskunlaşan torpağa qarşıdır. Səhra boşluqdur, yəni sevgi yoxdur, amma sevgi əbədidir. Səhra sakini bir sevgiyə rast gəlmək, rahatlaşdırıcı sərin suya qərq olmaq, həm bədənini, həm də hissləri sərinlətmək arzusundadır. Müəllifə görə, “sevgi Allahdır” və Allaha ehtiyacın dərk edilməsi yalnız əzab-əziyyətlə olur, buna görə də sevgisiz, səhra vəziyyətində əzab çəkən insan ruhunun sevgini tapmaq üçün yalnız bir yolu var, o da Allaha gəlməkdir. Əsl məhəbbət mümkündür, ancaq Tanrının vasitəsilə. Yazıçı əsəri ilə bunu demək istəyir. Onun qəhrəmanı Allaha cazibə və cismani, dünyəvi ehtiraslar arasında parçalanır. Allahın səsi səhranın səsidir, harada olursa, olsun-yerdə və ya qəlbdə. Allah insanı oturaq həyat tərzini tərk etməyə və köçəri həyat tərzini qəbul etməyə çağırır. Yalnız maddi dünyaya bağlılığı aradan qaldırmaqla insan Allahla münasibətini qaydaya sala bilər, çünki imtahan insanı elə vəziyyətə salır ki, o, əslində kim olduğunu insana göstərməlidir. İnsan Allahla tək qalır. “Sevgi səhrası” simvolunu yaradan zaman yazıçı kilsəni-onun başında duran ruhaniləri nəzərdə tuturdu. Kilsə də insanlardır, insanlar isə təbiətcə günahkardır, axı Tanrı sevgidir və hər şey Onun vasitəsilə mümkündür. Əsər din, günah, xilas mövzularından bəhs edir. Yazıçı tənhalığın tələyə düşdüyü 3 personajın psixologiyasını, uğursuzluq astanasında olan dünyada yaşadıqları bədbəxtliyi və hisslərinin sıxışdırılmasını, sevgi üçbucağını canlandırır. Kişilərin və qadınların yaşadıqları (eyni qadını sevən ata və oğul) xeyirlə şər arasındakı daxili mübarizənin psixoloji təhlilləri çoxdur.

Müəllif: Sərvanə DAĞTUMAS, ədəbiyyatşünas.

E-mail:ferecli404@gmail.com

SƏRVANƏ DAĞTUMASIN YAZILARI

ƏLİ KƏRİMİN YAZILARI

ADİLƏ NƏZƏRİN YAZILARI

>>>AŞIQ ƏLƏSGƏR >>>DƏDƏ ƏLƏSGƏR

PDF>>>ZAUR USTAC UŞAQ ŞEİRLƏRİ

PDF: >>>>> ZAUR USTAC “QƏLƏMDAR-2”

PDF>>> ZAUR USTAC “BB” KİTABI

>>>> ƏN ÇOX OXUNAN HEKAYƏ <<<<

ZAUR USTACIN SATIŞDA OLAN KİTABLARI


“YAZARLAR”  JURNALI PDF


YAZARLAR.AZ

===============================================

<<<<<< WWW.USTAC.AZ və  WWW.BİTİK.AZ >>>>>> 

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

Sərvanə Dağtumas. Ədəbi sindromlar.

SƏRVANƏ DAĞTUMASIN YAZILARI

Ədəbi sindromlar.

Bədii qəhrəmanların şərəfinə adlandırılan sindromlar

Emma Bovari sindromu. İdeallaşdırılmış məhəbbət axtarışında olan, reallığı qəbul etməyən, reallıq hissəni itirən bir qadının faciəsi. Xroniki emosional məmnuniyyətsizlik, ağ atlı şahzadə axtarışı, istəkləri naminə hər şeyi qurban vermə.

Martin İden sindromu. Uğur qazanmaq üçün çalışırsınız, məqsədinizə nail olmusunuz, lakin həyata marağınız itib. Bütün maneələri dəf edərək, məqsədinizə çatsaz da, zövq ala bilmirsiniz, təhlükəli apatiya vəziyyətinə düşmüsünüz, hər şeyi təxirə salırsınız. İnsan böyük arzuların yanında kiçik arzuları da saxlamalıdır.

Dorian Qrey sindromu. Xarici görünüşünüz, fiziki cəlbediciliyiniz sizdə maniakal narahatlıq yaradır, qocalığı qəbul etmirsiniz, qocalmaqdan çox qorxursunuz, bunu geyiminizlə, estetik əməliyyatlarla, kosmetoloji vasitələrlə kompensasiya etməyə çalışırsınız.

Piter Pen sindromu. Böyümək istəmirlər, daha çox kişilər sindromdan əziyyət çəkirlər. Digər adı kidaltdır-“yetkin uşaq”. Uşaq kimi davranırlar. Ölkəmizdə belə kişilər çoxluq təşkil edir.

Vendi sindromu. Uşaq olsalar da, yetkin kimi davranırlar, daha çox qadınlarda müşahidə olunur, ana mövqeyində çıxış edirlər, perfeksionistdirlər.Müdrik qadın obrazına ayaq uydurmağa çalışırlar. Rədd edilmə qorxusu buna səbəb ola bilər, ölkəmizdə qadınların çoxu bu sindromdan əziyyət çəkir.

Alisa möcüzələr diyarında sindromu. İnsanlar ətradakı əşyaların proposiyasını dərk etməkdə çətinlik çəkirlər, həmin əşyalar onların gözünə ya çox böyük, ya da çox kiçik görsənir.

Plyuşkin sindromu. Digər adları Diogen sindromu, sillaqamaniya, yığıcılıq vərdişi. Bu, qocaldıqca meydana çıxan kəmağıllılıq nəticəsində lazımsız əşyaları toplamaq vərdişidir. Bəzən belə mənzillərdə yaşamaq mümkün olmur.

Edip kompleksi. Öz atasını öldürüb anası ilə evlənən Çar Ediplə əlaqəlidir. Ziqmund Freyd uşağın anası ilə seksual arzularını, atasını qısqanmağını bu cür adlandırırdı.

Elektra kompleksi. Qızın atası ilə bağlı seksual arzularını Freyd bu cür adlandırırdı.

Verter effekti. Hötenin “Gənc Verterin iztirabları” əsərindən götürülüb, “kütləvi intiharlar” bu cür adlanır.

Münhauzen sindromu. Hazırda simulyativ pozuntu adlanır. Başqalarını xəstə olduqlarına inandırırlar.

Kvazimoda sindromu. Dismorfobiya-özünü bəyənməmə xəstəliyi.

Lolita sindromu və ya nimfetka. Özlərini böyük kimi aparmağa can atırlar. 9-14 yaş arası uşaqlarda müşahidə olunur.

Otello sindromu. Patoloji qısqanclıq. Müəllif qısqanclığı “yaşıl div” adlandırır.

Ofeliya sindromu. Yaddaş pozuntusu, hallüsinasiya, qarabasma, depressiya, intihar.

Kral Lir sindromu. Əsər bir növ övladlarının xüsusi oldqularına, onların heç vaxt tərk etməyəcəyinə kor-koranə inanan valideynlərə nəsihət xarakteri daşıyır. Valideyn və övlad arasında bağın olmaması, uşaqların qullarına çevrilməsi, ləyaqətlərini, individuallıqlarını itimələri.

Ledi Maqbet sindromu və ya Ponti Pilat sindromu. İnsan psixikasında mental və fiziki təmizliyin əlaqəsindən ibarətdir. Üst-başları təmizdirsə, insanlar elə bilirlər ki, içləri də təmizdir, günahlarını yumaq istəyirlər.

Sinderella sindromu. Qurban kompleksli xanımlar-mütilik, fağırlıq, itaətkarlıq, fədakarlıq. Müstəqillikdən qorxurlar, ndiki zamanda yaşamırlar. Möcüzəyə bəslədikləri inam passiv həyat tərzinə bəhanə olur. Analarının qoyduqları qayda-qanunların əsirinə çevrilirlər.Uğur qazanmaqdan qorxular, uşaqlıqda manipulyasiya olunurlar.

Yatmış gözəl sindromu və ya Kleyne-Levin sindromu. Hipersomniya. Bu sindromdan əziyyət çəkənləri yuxudan oyandırmaq çətin olur, apatiya, səsə, işığa qarşı həssaslıq, hallüsinasiya, qeyri-sağlam, qidalanma, hiperseksuallıq, (daha çox kişilərdə) depressiya əlamətləridir.

Rapunzel sindromu. Trixotillomaniya-saçını yolmaq, trixofagiya-qoparılan saçları yemək. (adətən, qadınlarda)

Haklberri Finn sindromu. Məktəb dövründə itaətsizliklə başlayır, yetkinlik yaşına çatdıqdan sonra iş yerini tez-tez dəyişməklə, səbəbsizcə iş yerinə getməməklə müşahidə olunur. Boşluq hissindən əziyyət çəkirlər, o hissi doldurmaq üçün daim axtarışdadırlar. Heç vaxt heç kimlə özlərini rahat hiss etmirlər, məsuliyyətdən qaçırlar, ata fiqurları dağıdıcı olur, özünəhörmət hissi aşağıdır, stabilliklə problemləri olur.

Polianna sindromu. Təhlükəli optimizm. Ən pis hadisələrdə yaxşı şey axtarırlar. Həyata çəhrayı eynəkdən baxırlar, süni evinc, təhrif olunmuş reallıq sindroma xasdır.

İstinad olunan mənbə: Lamiyə Göycəyeva, kopirayter

Müəllif: Sərvanə DAĞTUMAS, ədəbiyyatşünas.

E-mail:ferecli404@gmail.com

SƏRVANƏ DAĞTUMASIN YAZILARI

ƏLİ KƏRİMİN YAZILARI

ADİLƏ NƏZƏRİN YAZILARI

>>>AŞIQ ƏLƏSGƏR >>>DƏDƏ ƏLƏSGƏR

PDF>>>ZAUR USTAC UŞAQ ŞEİRLƏRİ

PDF: >>>>> ZAUR USTAC “QƏLƏMDAR-2”

PDF>>> ZAUR USTAC “BB” KİTABI

>>>> ƏN ÇOX OXUNAN HEKAYƏ <<<<

ZAUR USTACIN SATIŞDA OLAN KİTABLARI


“YAZARLAR”  JURNALI PDF


YAZARLAR.AZ

===============================================

<<<<<< WWW.USTAC.AZ və  WWW.BİTİK.AZ >>>>>> 

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

VAQİF YUSİFLİ. ÜZÜ DAN YERİNƏ, SEVİNDİK!

Vaqif Yusifli-filologiya elmləri doktoru, AMEA-nın N.Gəncəvi adına Ədəbiyyat İnstitutunun Ədəbi tənqid şöbəsinin müdiri.

ÜZÜ DAN YERİNƏ, SEVİNDİK!

Deyirlər ki, Aleksandr Sergeyeviç Puşkin yeddi-səkkiz yaşlarında şeir yazmağa başlayıb. Liseydə oxuyanda müəllimləri qarşısında şeir söyləyib.

Deyirlər ki, Mirzə Ələkbər Sabir də Seyid Əzimin şagirdi olanda şeir oxuyub ona: “Tutdum orucu irəmazanda”…

Deyirlər ki, Cəfər Cabbarlı yaradıcılığa 11-12 yaşlarından həvəs göstərib və çox keçmədən mətbuatda şeirləri dərc olunub.

Ancaq biz Sevindik Nəsiboğlunu nə Puşkinlə, nə Cabbarlı ilə, nə də Sabirlə müqayisə edirik. Və qətiyyən bu fikirdə deyilik, 15 yaşı hələ tamam olmamış, amma 7-8 yaşlarından mətbuatda şeirləri ilə çıxış edən və 15 yaşında artıq 5 kitabın müəllifi olan Sevindik Nəsiboğlu Azərbaycanın böyük şairi olacaq. Yox! Qarşıda aylar, illər var və Sevindiyin özünü əsl şair kimi təsdiq edəcəyi tarix hələ qabaqdadır. Ancaq bu 5 kitab və o kitablarda toplanan şeirlər, publisistik məqalələr mənə haqq verir deyəm ki, Sevindik Nəsiboğlu istedaddır.

15 yaşı hələ tamam olmayana bizdə uşaq deyirlər, ya da ilk gənclik dövrünü yaşayan… Amma ona nə uşaq deyirəm, nə də yeniyetmə.

Sevindik Nəsiboğlu tanrının ona bəxş elədiyi bu mənəvi qüvvənin hələ başlanğıc mərhələsini yaşayır. Amma şəxsən məndə böyük bir inam hissi var ki, onun istedadı daha da parlayacaq.

Onun ilk şeirlər kitabının adı “Dünyamsan Azərbaycan” adlanır (2018). 10 yaşı vardı o zaman. Bu kitabda toplanan şeirlər vətənpərvərlik ruhunda qələmə alınıb. 10 yaşlı uşağın – məktəblinin Vətən sevdalısı olması sizə heç də qəribə görünməsin. Vətənpərvərlik – Vətən sevdası təkcə ailədən, məktəbdən gəlmir, həm də süddən, qandan gəlir. Bu şeirləri yazanda Azərbaycanın cənnət guşələri – Qarabağ hələ işğal altında idi. Bir çox şairlərimizin şeirlərində bədbinlik, ümidsizlik motivləri ilə qarşılaşırdıq. Və bunun da səbəbi vardı. Bizə elə gəlirdi ki, daha Qarabağı – Şuşanı itirmişik. Amma 2020-ci ilin 44 günlük Vətən müharibəsi bütün bu bədbinliyə son qoydu. Sevindik Nəsiboğlu heç də bədbinliyə qapılmırdı. Heç bir şeirində mənə rast gəlmədi ki, o, tam kədərli olsun, ağlasın-sıtqasın, qəm-qüssəyə batsın.

Bura Natəvanın yurdu,

O, sinəndə yuva qurdu.

Yaşasın qəhrəman ordu,

Narahat olma, Qarabağ.

“Könüllərə yol gəzirəm” (2020) və “Möhtəşəm zəfərin nişanəsi” şeirlər kitablarında isə Sevindik Nəsiboğlunun addımları daha inamlıdır. Hiss edirsən ki, o, şeiriyyət aləmi deyilən bu böyük mənəvi Vətəndə özünü təsdiq etməyə can atır, bir gənc şair kimi axtarışlar aparır. Çalışır ki, hər hansı bir şeirində öz ürəyindən keçən hisslərini, duyğularını poeziya dili ilə oxucularına çatdırsın.

O şeirləri oxuyuruq və görürük ki, Sevindik başdan ayağa, misradan misraya Azərbaycançıdır.

2020-ci ilə qədər yazdığı şeirlərdə mövzu müxtəlifliyi diqqəti cəlb edir. Vətənpərvərlik mövzu deyil, içdən qandan gələn şahanə duyğudur və Sevindik ordumuza, Şəhidlər xiyabanına, Azərbaycan əsgərlərinə, ayrı-ayrı qəhrəman oğullarımıza həsr etdiyi şeirlərində Vətənləşir. Təfsilata varıb şeirlərdən parçalar nümunə gətirə bilərik, yalnız “Vətən bayatıları”na üz tutaq:

Arar Şuşanı gözüm,

Qalmayıb canda dözüm.

Şuşasız üzüm gülməz,

Ağlayır kəlməm, sözüm.

Könüllərə yol gəzən Sevindik Şuşadan – Qarabağdan, Kəlbəcərdən, Xocalıdan keçir, yolu Naxçıvana, ana torpağımızın bir çox guşələrinə bağlanır.

Mən bilmirəm o, Nizaminin, Nəsiminin, Füzulinin, Sabirin əsərlərinə necə bələddir, amma onlara sevgisini əsirgəmir: “Dünya var olduqca yaşayacaqlar Nizami, Nəsimi, Füzuli, Sabir”. Ümumən, Sevindiyin öz doğma Azərbaycanının böyük sənətkarlarını vəsf etməsini alqışlayıram. Bakıxanov, Sabir, Müşfiq, Cabbarlı, Cabir Novruz, Vaqif Səmədoğlu… Hiss edirəm ki, onun mütaliə dairəsi də genişdir – amma bu mütaliə həm də sevgiylə yoğrulur. Vaqif Səmədoğlunun əziz xatirəsinə həsr etdiyi bir şeiri daha çox xoşladıq:

Gözlərdə bir sükut var,

Hər gün təzələnir.

Qaranlıqlar arasında,

Hər gün pislik gəlir, gedir.

Sanki mən baltalanmışam,

Yerdə qıvrılır yazıq bədənim.

Gecə keçir, gecə keçir,

Pərdələr açır səhəri.

Sanki mən bahalanmışam

Yaşamağa qoymurlar məni

Səhərə bir inamla,

Açıram pərdələri.

Pislik məni gözləyir

Yola verirəm sevincləri.

Poemalarına gəldikdə bu janrda qələm çalma çox məsuliyyətli işdir. Cavid haqqında poema yazmaq o deməkdir ki, sənin içində, ruhunda və duyğularında bir Cavid var.

Mən Sevindik Nəsiboğluya şeirlə bağlı bir-iki tövsiyəmi bildirmək istəyirəm.

1. Onun əsl, mükəmməl şair olacağına inanıram. Amma o mükəmməlliyə yetişmək üçün şeirlərində obrazlı fikir söyləmək səviyyəsi də lazımdır. Bir az məzmunçuluqdan, nəqilçilikdən uzaqlaşmaq gərək.

2. Bizim şairlərdən Bəxtiyar Vahabzadə, Məmməd Arazı, Musa Yaqub, Əli Kərimi, Sərdar Əsədi, Ramiz Rövşəni, Vaqif Bayatlını diqqətlə oxu. Onları təqlid etmə, amma şairlərdən öyrən – sözə necə obrazlı yanaşıblar.

3. Səməd Vurğunu da, Rəsul Rzanı da, Hüseyn Arif, Nəbi Xəzrini də Süleyman Rüstəmi də oxu. Ümumiyyətlə, əvvəlki sənətkarları tanı, quruluşa – onların hansı dövrdə yaşadıqlarına əhəmiyyət vermə. Şeir şeirdir. Onları ona görə dönə-dönə oxu ki, şeiriyyətləri gözəldir.

4. “Azərbaycan” və “Ulduz” jurnallarını – onların hər sayını al, oxu. Ədəbi mənzərə ilə tanış ol.

5. Təkcə “Kredo”da yox, başqa qəzet və jurnallarda da dərc olun, qoy səni yaxşı tanısınlar. Sağ olsun Əli Rza Xələfli, səni tanıtdı, amma dairəni genişləndirmək lazımdır. Ədəbiyyat əyləncə deyil, sən bunu yaxşı başa düşürsən.

Sevindik Nəsiboğlu “Ulu Naxçıvanım” və “Möhtəşəm zəfərin nişanəsi” publisistik kitablarının da müəllifidir. “Ulu Naxçıvanım” məqalələr toplusunu, elə “Naxçıvannamə” də adlandırmaq olardı. Əgər mən onun şairliyinə mükəmməllik arzulayıramsa, publisistikası haqqında daha yaxşı fikirdəyəm. O, artıq əsl publisistdir! Özü də onun publisistik yazılarını bədii publisistika adlandırıram. Bu publisistikanın qəhrəmanları da bizə tanışdır – 44 günlük zəfər müharibəmizin qəhrəmanlarıdır…

Mən Sevindik Nəsiboğluya – bu 15 yaşlı gənc istedada inanıram. Yoluna davam et, Sevindik! Gələcək səni gözləyir! Üzü dan yerinə!

2023.

MÜƏLLİF: VAQİF YUSİFLİ

VAQİF YUSİFLİNİN YAZILARI

SEVİNDİK NƏSİBOĞLUNUN YAZILARI


AZƏR TURANIN YAZILARI

PDF>>>ZAUR USTAC UŞAQ ŞEİRLƏRİ

PDF: >>>>> ZAUR USTAC “QƏLƏMDAR-2”

PDF>>> ZAUR USTAC “BB” KİTABI

>>>> ƏN ÇOX OXUNAN HEKAYƏ <<<<

ZAUR USTACIN SATIŞDA OLAN KİTABLARI


“YAZARLAR”  JURNALI PDF

YAZARLAR.AZ
===============================================

<<<<<< WWW.USTAC.AZ və  WWW.BİTİK.AZ >>>>>> 

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

Alber Kamü və absurdizm (“Sizif haqqında mif”) – SƏRVANƏ DAĞTUMAS

SƏRVANƏ DAĞTUMASIN YAZILARI

Alber Kamü və absurdizm (“Sizif haqqında mif”)

Absurdizm insanın “öz həyatına məna qatmaq” kimi ən təməl ehtiyacına kainatın “yersiz sükut”la qarşılıq verməsidir. Kamü insan həyatının absurdluğunu yunan mifologiyasındakı Sizif obrazının vəziyyətinə bənzədir. Belə ki, tanrılar onu iri bir daş parçasını dağ ilə üzüyuxarı qaldırmaqla cəzalandırırlar və o, daşın sonda yenə də aşağıya yuvarlanacağını bildiyi halda, bu mənasız tapşırığı ömrünün sonuna qədər yerinə yetirməyə məhkumdur.Həqiqətən vacib olan yeganə fəlsəfi problemin intihar olduğunu düşünən Kamü bu suala cavab verməyi qarşısına məqsəd qoyur: həyatın mənasızlığını və absurdluğunu anlamaq mütləq şəkildə intihar etməyi gərəkdirir? O, sualına cavab axtarmağa absurd vəziyyəti təsvir etməklə başlayır: biz həyatımızı sabaha olan ümidimizin üzərində qururuq, buna baxmayaraq, sabahki gün bizi ölümə daha da yaxınlaşdırır və əsas düşmənimizdir; insanlar həyatını sanki ölümün qaçılmazlığından xəbərsizmiş kimi yaşayır. Romantikləşmiş düşüncələri bir kənara qoysaq, dünya yad və qeyri-insani bir yerdir. Gerçək bilik dediyimiz şeyin mövcud olması mümkün deyil. Rasionallıq və elm dünyanı izah etməkdə acizdir, çünki onların irəli sürdüyü şeylər sadəcə mənasız abstraksiyalar və metaforalarla nəticələnir. Əslində, absurd olan dünyanın özü yox, insanın dünya haqda fikirləridir: insanın anlamaq ehtiyacı dünyanın mənasızlığı, “mütləq və vahid olana duyduğu aclıq” isə “bu dünyanı rasional və ağlabatan bir prinsipə uyğunlaşdırmağın mümkünsüzlüyü” ilə üz üzə gələndə absurd baş qaldırır.

Absurdu qəbul etmək bu mənasız dünyanın insana təklif etdiyi hər şeyə qucaq açmaq deməkdir. Məna olmayan həyatda heç bir dəyər bölgüsü də yoxdur. Beləliklə, sonda Kamü absurdluğunun fərqinə vararaq onunla yaşamağın üç şeylə nəticələndiyi fikrində dayanır: üsyan, azadlıq və ehtiras.

Şopenhauer və Nitşedən təsirlənən Kamü həyatın mahiyyətcə mənasız olduğunu iddia edir, baxmayaraq ki, insanlar varlığa nizam-intizam tətbiq etməyə və cavabsız suallara cavab axtarmağa davam edirlər. 

Kamü tanrılar tərəfindən əbədiyyətə məhkum edilmiş Sizif haqqında Yunan əfsanəsindən metafor kimi istifadə edir. Həyatın əsas absurdluğuna qarşı fərdin inadlı mübarizəsinə görə. Kamüya görə, fərdin atmalı olduğu ilk addım bu absurd həqiqəti qəbul etməkdir. Sizifə gəlincə, intihar mümkün cavab deyilsə, yeganə alternativ daş daşı təpəyə yuvarlamaqla sevinərək üsyan etməkdir. Kamü daha sonra iddia edir ki, məğlubiyyətə qarşı mübarizənin sevinclə qəbul edilməsi ilə fərd tərif və şəxsiyyət qazanır.

Absurd, həyata məna vermək üçün əsas insan ehtiyacı ilə cavab olaraq kainatın “əsassız sükutu” arasında qarşıdurmadadır. Kamü iddia edir ki, absurdun həyata keçirilməsi intihara haqq qazandırmır və bunun əvəzinə “üsyan” tələb edir. Daha sonra o, absurd həyata bir neçə yanaşmanı təsvir edir. Son fəsildə Kamü insan həyatının absurdluğunu yunan mifologiyasının simalarından olan Sizifin vəziyyəti ilə müqayisə edir. Daşı dağa itələmək kimi eyni mənasız işi əbədi olaraq təkrarlamağa məhkum edilmişdi, ancaq yenidən yuvarlandığını görmək üçün. Oçerk belə yekunlaşır: “Mübarizənin özü… insanın ürəyini doldurmaq üçün kifayətdir. Sizifi xoşbəxt təsəvvür etmək lazımdır”.

Kamü qeyd edir ki, ” Şəxs Allaha inanmasa belə, intihar qanuni deyil”.

Ölümü zəncirlə bağlayan Sizif əfsanəsini təsvir edir ki, heç bir insan ölməsin. Absurdu qəbul etmək, ağılsız dünyanın təklif etdiyi hər şeyi qəbul etməyi nəzərdə tutur. Həyatın mənası yoxdursa, dəyərlər miqyası da yoxdur. Kamü Sizifi həyatı doyunca yaşayan, ölümə nifrət edən, mənasız işə

məhkum edilən absurd qəhrəman kimi görür. Sizifin aramsız və mənasız zəhmətini fabriklərdə və ofislərdə boş işlərdə işləməklə keçən müasir həyatların metaforası kimi təqdim edir. “İndiki işçi həyatında hər gün eyni işlərlə məşğul olur və bu aqibət heç də az absurd deyil. Ancaq şüurlu olduğu nadir anlarda faciəli olur.” Ölümü zəncirlə bağlayan Sizif əfsanəsini təsvir edir ki, heç bir insan ölməsin. Absurdu qəbul etmək, ağılsız dünyanın təklif etdiyi hər şeyi qəbul etməyi nəzərdə tutur. Həyatın mənası yoxdursa, dəyərlər miqyası da yoxdur. İnsan absurddan qaça bilməz. Kamü üçün insan absurd vəziyyətdədir. Absurd, bir tərəfdən dünyanın mənasızlığı ilə insanın məna və ya mənalı hərəkətə olan həsrəti arasındakı gərginlikdə yatır. O iddia edir ki, Sizif öz tapşırığının mənasızlığını və taleyinin əminliyini etiraf etdikdə, o, öz vəziyyətinin absurdluğunu dərk etmək və razılıqla qəbul etmək vəziyyətinə gəlməkdən azad olur. Əgər absurd varsa, o, yalnız insan aləmindədir. Absurdluqla mübarizənin üç ardıcıl səviyyəsi var: onun idrak, onların fərziyyəsi, yüksələn üsyan.

Kamü iddia edir ki, fəlsəfənin əsas sualı həyatın yaşamağa dəyərmi sualıdır. Bu, həyat və intihar arasında seçim etmək məsələsinə köklənir. İntihar xarici aləmdə olan müəyyən bir səbəbdən baş verir, lakin onun əsasını insanın daxili vəziyyəti təşkil edir. Absurd duyğusunun müxtəlif təzahürləri intihara səbəb olur: dünyanın insana biganəlik hissi, həyatın mənasızlığı, öz ölümünü dərk etmək və ən əsası, cansıxıcılıq hissi – həyatda təkrarlanan hadisələrin mənasını itirmək. O vurğulayır ki, dünya özlüyündə absurd deyil, absurd yalnız insan üçün dünya ilə qarşılaşdıqda mövcuddur. Absurddan iki çıxış yolu var: insanı dünyadan uzaqlaşdıran fiziki intihar və “fəlsəfi”. Sonuncu dinə qaçışdır, daha yaxşı gələcəyə ümiddir, bununla belə, problemi həll etmir, ancaq onu ört-basdır edir, müəyyən ali məqsədlə iztirablara haqq qazandırır. İnsan absurddan qaçmaq əvəzinə onu qəbul edə bilər. O, həyatın sonlu, gələcəyin bilinməməsi ilə barışaraq absurdda yaşamağa davam edir. O, dünyaya “meydan oxuyur” və bununla da özünü ucaldır. Belə insan mütləq əxlaqi dəyərləri inkar edir, onun üçün hər şeyə icazə verilir, lakin bu, özbaşınalığa çağırış deyil. Absurd adamı isə hər hansı bir hərəkətin nəticələrinin bərabərliyini və peşmanlığın mənasızlığını dərk edir. Qəbul edir ki, hər bir hərəkətin başqalarının qiymətləndirməsinə görə həm yaxşı, həm də pis bir nəticəsi var və cinayət törədəndə cəzalandırılmağa hazırdır – onun üçün günah yoxdur, amma məsuliyyət var.Absurd insan yaradıcı olmalıdır və onun yaradıcılığı göstərişlərdən və ya çərçivələrdən azaddır – absurd insan sadəcə olaraq gördüklərini və yaşadıqlarını təsvir edir. Absurd yaradıcılıqda özünü göstərir və bununla da insan ona qalib gəlir. Yaradıcılığın mənası gündəlik həyatda sevinc tapmaqdır. Tanrılar inanırdılar ki, dünyada ağır və faydasız işdən daha dəhşətli bir şey yoxdur. Sizifin yaxşılığa ümidi yoxdur, həyatı mənasız və çətin keçir. Buna baxmayaraq, Kamü onu absurd qəhrəman hesab edir. Sizif daşını özü yuvarlayır, dəfələrlə dağın başına çıxır və buna görə də sevinir. Burada müəllif Sizif mifini insanın faydasız və fasiləsiz səyinin metaforası kimi təqdim edərək intihar və həyatın dəyəri məsələsini müzakirə edir. Bu yolla o,həyatımızın əhəmiyyətsiz olduğunu və yaratdığımızdan daha dəyərli olmadığını iddia edən absurd fəlsəfəsini qaldırır. “Sizifmifi”ndə mövcud olan ekzistensializm bizə hər bir insana öz varlığının mənasını verən fərdi qərarlar qəbul edərkən seçim etmək bacarığını təqdim edir. Bu, vicdan üçün xəbərdarlıqdır. Absurddan xəbərdar olmaq intihar tələb edirmi? Kamü cavab verir: Xeyr, bunun üçün üsyan lazımdır”.

Sizif öz xoşbəxtliyini bu tapşırığın mənasında deyil, üzərinə götürdüyü vəzifəni yerinə yetirməkdə tapır. Şüurlu olmaq bizə varlığımızı daha çox idarə etməyə imkan verir. “Sizif işgəncəsini yaşamaq”

faktı o deməkdir ki, insan heç vaxt sonunu və kulminasiyasını görmədiyi təkrarlanan absurd bir vəziyyət yaşayır

Əsərdən sitatlar:

Yalnız bir ciddi fəlsəfi problem var: o, intihardır.

Miflər təxəyyül üçün yaradılmışdır ki, onları canlandırsın.

Bu odur ki, əslində yolun əhəmiyyəti yoxdur, çatmaq istəyi hər şeyə kifayətdir .

Absurd dünyadan olduğu qədər insandan da asılıdır. 

Müəllif: Sərvanə DAĞTUMAS

Ədəbiyyatşünas

SƏRVANƏ DAĞTUMASIN YAZILARI

PDF>>>ZAUR USTAC UŞAQ ŞEİRLƏRİ

PDF: >>>>> ZAUR USTAC “QƏLƏMDAR-2”

PDF>>> ZAUR USTAC “BB” KİTABI

>>>> ƏN ÇOX OXUNAN HEKAYƏ <<<<

ZAUR USTACIN SATIŞDA OLAN KİTABLARI


“YAZARLAR”  JURNALI PDF


YAZARLAR.AZ

===============================================

<<<<<< WWW.USTAC.AZ və  WWW.BİTİK.AZ >>>>>> 

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

Çingiz Aytmatovun “Cəmilə” əsərində qadının romantik “xəyanəti”. Sərvanə Dağtumas

SƏRVANƏ DAĞTUMASIN YAZILARI

Çingiz Aytmatovun “Cəmilə” əsərində qadının romantik xəyanəti.

Giriş. Qırğız yazıçısı sevilən yazar Çingiz Aytmatovun qələmə aldığı ən gözəl eşq hekayəsi “Cəmilə” əsərində sevginin, məhəbbətin, mərdliyin, dəyanətin gücü azyaşlı yeniyetmənin aləmində ilahiləşdirilir. Əsərin hər cümləsindən, sözlərindən paklıq damlayır, obrazların yaşadığı duyğular oxucunu vəcdə gətirir,əsərin ruhundan  şəffaflıq axır, oxucunun, sanki gözlərini qamaşdırır. Əsər cavan, qoçaq oğlanın-Seyidin dilindən nəql edilir. Əsərdə yeganə təhkiyəçi odur. Bu, təsadüf deyil. Aytmatov Talas vadisində cərəyan edən Cəmilənin əhvalatının bilavasitə şahidi olmuş və həmin hadisələri bir neçə il sonra qələmə almışdır. Güman edirik ki, Seyid yazıçının proobrazıdır. Əslində əsər uşağın həyatından, onun gizli dünyasından, duyğularından, istəklərindən, uşaqlığının bir hissəsindən bəhs edir və bu eşq hekayəsinin yeganə canlı şahidi olur.

Cəmilənin həbs olunmuş xəyalları. Əsərin baş qadın qəhrəmanı Cəmilə çalışqan, zəhmətkeş, möhkəm, bacarıqlı, tündxasiyyət bir qırğız gəlini idi. Dağ aili Bəkayirdə ilxıçı qızı idi, atlara yaxşı bələd idi, evin yeganə övladı idi ,xarakterində kobudluq hiss olunurdu ,ailə üzvlərinə qarşı hörmətli, sözə qulaq asan, açıqsözlü, açıqfikirli, ürəyitəmiz bir ev gəlini idi ,lakin eyni zamanda onda mütilik,itaətkarlıq qətiyyən hiss olunmurdu. Cəmilənin xarakteri ailə üzvlərini ,xüsusilə də qayınanasını açmasa da o narazılıq etmir, gəlinini çox sevirdi. Ailəsi onun xoşbəxtliyini, səadətini varlı xoşbəxt evə düşməyində görürdülər.  Aildə ən vacib qayda-qanun gəlinin öz xoşbəxtliyi naminə namusunu və vicdanını qoruya bilməsi idi. Cəmilə deyib-gülən, şən, zarafatcıl bir qız idi, özünə azadlıq vermişdi. Xarakterində diribaşlıq, dilli-dilavərlik daha çox nəzərə çarpırdı, cigitlərlə qəhqəhə çəkir, şıltaq hərəkətlər edirdi.

Cəmilə-Sadıq “məhəbbəti”. Onların tanışlığı da müəmmalıdır: baharda cıdır zamanı Cəmilə ilxıçı Sadığı məğlub etmiş, Sadıq bu məğlubiyyətin heyfini Cəmiləni qaçırdaraq çıxmışdı . Sevərək evləndiklərini iddia edənlər də vardı. Hər halda ail əhli belə danışırdı. Əsəri gözdən keçirən zaman bu evliliyin əvvəldən sevgi əsasında qurulmadığı aydın duyulur. 4 aylıq birgə münasibətdən sonra Cəmilənin əri müharibənin başlanması ilə əlaqədar orduya çağrılmışdı və Cəmilə ərinin yalnız 3 ildi, yolunu gözlədiyi “məktubları” ilə təsəlli tapırdı.  Daniyarın kəndə gəlişi sanki əsl “müharibənin” başlanğıcı oldu. Cəmilənin qəlbində soyuq küləklər əsdirdi,  onun ruhunu tamamilə qoparıb apardı. Cəmilə hər kənd qadını kimi ağır işlər görürdü, ancaq bu,  həsrətlə ərindən gözlədiyi məktubun gəlməsi və adının axırda laqeyd şəkildə çəkilməsi qədər ağır ola bilməzdi.  Qadın elə bir varlıqdır ki hətta xəyanəti belə bağışlayar, fəqət soyuqluğu, yadlığı, sevgisizliyi bağışlamaz. Hər əzab-əziyyətə dözər, ərinin hər cəfasını çəkər, qəlbi qırılsa da dinməz, sevgi görməsə, sevgi gülləri qəlbində susuz qalsa, onu heç bir qüvvə əvvəlki halına qaytara bilməz, yenidən eşq toxumu artıq cücərməz.

Sadıqın gecikmiş “məhəbbəti”.

Qadının və kişinin xoşbəxtliyi nədə idi? Cəmilə və Sadıq xoşbəxt idi mi? Cəmilə ailin cigitlərilə mehriban və səmimi davranırdı . Buna rəğmən onun qəlbində yığılıb qalmış sevgiyə əsl ehtiyac hissi vardı. Onlar xoşbəxt deyildilər və bu xoşbəxtliyin olmamasına nə onların aralarındakı məsafə, nə də Cəmilənin böyüdüyü mühitin neqativ təsiri səbəb olmuşdu. Məsafələr uzaq olsa da dualarla, istəklərlə görüşən qəlblər var. Cəmilə ər yox, məhəbbət axtarırdı. Sadıqın məhəbbəti isə gecikmişdi, o yetəri qədər xanımına məhəbbət bəsləyə, qayğı göstərə bilmədi. Sevmək üçün bunu dillə demək lazım deyil, sevgini hiss etdirməlisən, o isə xanımına bunu yaşada bilmədi. Əsl xoşbəxtlik sevgini hiss etdirmək, öz həyat yoldaşına sevgini vermək, onun mənəvi ehtiyaclarını qarşılamaqdı. Cəmilə bu xoşbəxtlik məfhumunu düzgün dərk edərək, realist addım atdı və özünü Daniyara təslim etdi.

Cəmilənin xarakteri və ya səfil həyatına öyrəşməsi bu ayrılığa səbəb ola bilərdi mi? Cəmilə zarafatcıl, şıltaq, hətta ərköyün qız idi, o səadəti pulda, var-dövlətdə görmürdü, kənd əhlinin düşüncələrindən fərqli olaraq, reallıqla düşünmək lazım gəlsə, varlı ailənin üzvü olmaq, varlı ailədə övlad dünyaya gətirmək insana sevgi qazandırmır.  “Sevgi ilə qarın doymur”  deyirlər, amma Cəmilənin qəlbi ac idi, qəlbinin aclığı ona daha çox işgəncə verirdi, qarnı acqız üçün. 

Cəmilə Sadıqı sevmirdisə, onun məktuba qarşı münasibəti niyə dəyişdi? Bəlkə də sevmək istəyirdi, lakin o bu sevginin qarşılığın görmədi. Ailin öz adət-ənənələri vardı, bunlardan biri də həyat yoldaşına yazılan məktubun olmaması idi. Düzdür, Sadıq onun adını axırda qeyd edirdi, lakin bu onun yoldaşına toxnunurdu, o ərindən daha çox qayğı, daha çox sevgi görmək istəyirdi, hər halda ərinin yolunu gözləyən bir qadının məktub almasını istənilən qadın arzulayar. Bizim fikrimizcə, ən azından o ,yoldaşına salam göndərmək yerinə “ondan muğayət olun, onu sizə tapşırıram” deməsi daha məqsədəuyğun olardı.  Sadıq sevgi məktubu göndərə bilməzdi, buna ehtiyac da yox idi ,amma 3 ildən sonra qadınına qarşı belə saymazlıq etməsi Cəmilənin hislərindən yan keçmədi, doğrudur, sevən heç nəyə baxmır, amma bu sevgi qarşılıqlı olmaq şərtilə.  Cəmiləni daha çox qəzəbləndirən ərinin gecikmiş məktubu daha doğrusu,  gecikmiş sevgisi idi, çünki hər şey üçün artıq Sadıq gecikmişdi və onun bu hərəkəti Cəmiləni ərindən qaçmağa ondan uzaqlaşmağa sövq etdi.

Sadiq Cəmiləni sevirdi mi? Sevirdisə də Cəmiləyə bunu hiss etdirmək lazım idi .Onun buna ehtiyacı vardı. Cəmilə Allaha və ərinə sadiq olmağa çalışırdı, ailəsinin də istədiyi bu idi, lakin Cəmilə bu həyatdan sıxıldı, Sadıqdan qəlbi qırıldı və o ,təsəllini Daniyarda tapmağa çalışdı. Hər şey bir insanı sevməklə başlayar. Bəlkə də o sevirdi, buna baxmayaraq qəlbi artıq qırılmışdı və Daniyarla getdi, onun yanında xoşbəxtliyini tapdı, ondan sevgi qayğı gördü və onunla yaşlanmağa qərar verdi.

 Müharibə olmasaydı Cəmilənin taleyi dəyişərdi mi?  Sevən heç vaxt tərk etməz, hər halda ərinin varlığı belə olsa ondan sevgi görməsə yenə gedərdi, ərinin sevgisini uzaqdan hiss etmək ona kifayət edərdi, o, ərinin yanında olmağını deyil, ona sevgisini verməyini istəyirdi. Yanında olduğunu hiss etdirmək yanında olmaqdan daha önəmlidir.  Müharibənin bu ayrılığın səbəbkarı olması yalnız bir bəhanə ola bilər. İllərlə ərlərinin yollarını gözləyən namuslu, ismətli qadınlar var. Cəmilə yenə gedəcəkdi ,öz səadətinin arxasınca gedəcəkdi, o sanki bunu əlində fənər gözləyirdi, ömür boyu bu eşqi axtarırdı və axır ki o bu eşqinə qovuşdu.  O ac da olsa ,susuz da olsa xoşbəxtliyini tapıbsa, artıq onun var-dövlətə zərrə qədər də ehtiyacı yoxdur. O təngə gəlmişdi ,qəlbindəki boşluq onun bütün varlığına hakim kəsilmişdi və o səfil həyata belə razı idi ,yetər ki yenicə çiçək açmış ülvi məhəbbəti, sevgilisi onun yanında olsun.

Cəmilə daha tez gedə bilərdi, amma…

Gedə bilərdi, lakin bəlkə də axtardığı uzun illər gözlədiyi şəxslə qarşılaşmamışdı, bəlkə də əri ilə aralarındakı  mənəvi məsafə onların yenicə çiçək açmış münasibətinin bitməsinə solmasına gətirib çıxartdı. Cəmilənin fikrincə dünyada qadın qəlbini başa düşən kişilər yoxdur, kişilər sadəcə özlərini düşünürlər. Qadın kişilərdə yaxşı gələcək, kişilər isə qadınlarda yaxşı keçmiş axtarır.  Görünür, Cəmilə Sadıqda yaxşı gələcək görə bilmədi. Onun laqeyd münasibəti Cəmilənin qəlbini qırdı ,sanki qisas almaq hissilə bu addımı atdı və Sadığı Daniyara dəyişdi. Belə desək, pulu sevgiyə dəyişdi.

Fırtınalı eşq dastanı. Daniyar əsərin əsas sujet xəttini təşkil edən obrazlardan biridir. O, eyni aildən idi ,yetimliyin və həyatın hər sərt üzünü görmüşdü.  Bir müddət sonra qohumları tərəfindən unudulmuş, elə burda məskunlaşmağa başlamışdı. Haqqında söz-söhbət yayılan bu cavan oğlan tez bir zamanda da unudulmuşdu.  Onun açıq-aşkar olmayan simasında sanki bir fırtına qopur, soyuq küləklər əsirdi. Daniyar deyəndə ağıla qapalı, ciddi, sərt, adamayovuşmaz,  qaradinməz, qaraqabaq, hamıdan qaçan, azdanışan bir xarakter gəlirdi. Həmişə ail əhli ilə məsafəli idi, fikri adətən, dağınıq olurdu.  Onun dalğın, kədərli, xəyalpərvər gözləri, bitkin, yorğun və qəmgin baxışları insanın gözü qarşısında canlanırdı. Üzdən sakit və fağır görsənirdi, yalnızlığı özünə sirdaş seçmişdi.  Müharibə nəticəsində insanlıqdan, qəlbindən başqa hər şeyini itirmişdi. Sanki torpaq onu qəbul etmək istəmirdi və o nəfəs alırdı. Cəmilənin onu lağa qoyması, ona qarşı laqeyd davranması Daniyarı heç vaxt özündən çıxarmamışdı. O, bütün ilhamverici mahnıları Cəmilə üçün oxuyurdu, onun qəlbindəki ehtirası, vurğunluğu, istəklə, arzu ilə coşub-daşan, vəcdə gələn hislərini sanki Cəmilə ortaya çıxara bilmişdi. Cəmilənin quraqlığa çevrilən qəlbinə yeni toxumlar səpən də o idi. Daniyar yalnız bir adamın vurğunu deyildi, sanki qəlbində daha böyük hislər baş qaldırmışdı, təbiətin ,dağların, torpağın, quşların ,bir sözlə həyatın vurğunu idi və bu duyğular onun zümzümə etdiyi mahnıda daha aydın özünü büruzə verirdi ,onu sanki bütün təbiət-çaylar ,yarpaqlar,dağlar-dərələr dinləyir və ifasından feyzab olurdu.

Daniyarın kisəni aparmaq cəsarəti gənc qızda hislər mi oyatdı? Cəmilə ilə qaynının qurduğu bu tələ uğursuz oldu və bu, Cəmiləyə şübhəsiz təsir göstərdi. Həmişə istehza dolu baxışları ilə Daniyarı təqib edən, onu ələ salan, öz şıltaqlığından yenə də vaz geçməyən Cəmilə belə bir hadisə ilə qarşılaşacağını təsəvvürünə belə gətirməzdi. Bu hadisədən sonra  iztirab içində idi və vicdan əzabı çəkirdi. Onu ən çox incidən Daniyarın yaralı ayağı ilə o yükü daşıması yox, onun qəlbinin yaralı olması, Cəmiləyə zillənən yalvarış, mərhəmət, imdad dolu baxışları idi. Cəmilə hiss olunurdu ki, son vaxtlar artıq ondan çəkinirdi, cigitlərlə suda oynamaqdan belə utanır, Daniyarın kəskin, qəmli baxışlarını öz üzərində hiss edərək, geri addım atırdı. Daniyar sanki həm fərəh, həm də qüssə dolu baxışları ilə nəsə demək istəyirdi, görünür, o da səadətini gənc qızda görmüşdü. Onlar axtardıqları sevgini, xoşbəxtliyi bir-birlərində tapmışdılar. Cəmiləni artıq nə Sadığın məktubu, “sevgisi” ,nə də özü maraqlandırırdı . Bunun üçün artıq gec idi. Təbiət böyük bir eşqlə yaratdığını eyni təntənə ilə də məhv edər. Daniyar zahirən kasıb idi, lakin onun mənəviyyatı, zəngin eşqi, tükənməz sonsuz idi, bəzən insanlar həyatın köhnə qanunlarının amansızcasına pozulmasının əleyhinə idilər. Onlar Cəmilənin bu addımı ilə barışa bilmir, mental dəyərlərə zidd sayırdılar. Cəmilənin bu hərəkəti “romantik xəyanət” sayılır.

Cəmilə stereotipləri aşa bildimi? Cəmilənin mənəvi həyatı səfil idi, onun bu hərəkəti yolverilməz hesab oluna bilər, ancaq gənc qız çox qırıldı ,sevgi qarşılıqlı hörmət, qayğı, xoşbəxt həyat əsasında yaranır, onun qarşılığın görməsən, artıq sevginə, hörmətinə layiq olmayan insanla eyni dam altında yaşamağa ,bir evdə yaşlanmağa dəyməz. Cəmilə bunları dərk edirdi və artıq o, özünə haqq qazandıraraq, xoşbəxtliyinin arxasınca getdi. Sadıq ilk başda onun xəbərsiz gedişini bayağı qarşılasa da sonradan düşüncələrinin yalnış olduğunu başa düşdü.

Daniyar Cəmilə-Sadıq münasibətlərinin bitməsində rol oynadı mı? Cəmilənin yaşı az olsa da ağlı başında, düşüncəli bir qız idi, onu heç kim bu hərəkəti eləməyə vadar edə bilməzdi. O artıq qərarını vermişdi. Sadığın ona sonradan məktub göndərməsinin bir önəmi qalmamışdı. Ona daha o məktublar lazım deyildi.

Sevgi üçbucağı. Daniyar Cəmiləni sevirdi ,bu onun gizli, inadkar, yalvarış dolu baxışlarından hiss olunurdu, bəlkə də düşünürdü ki, o, əlçatmazdır və heç vaxt Cəmilə onun olmayacaq, amma özü də bilmədən Cəmilənin yatmış ruhunu oyatdı. Daniyar qəlbən vurğun adam idi. Onun məhəbbəti müqəddəs, böyük məhəbbət idi. Bu sevgini o, mahnılarında gizli saxlamış, onunla yaşamışdı. Laqeyd, dağınıq adam bu nəğmələri ürəkdən vurğunluqla səsləndirə bilməzdi. Müharibədən yaralı qayıtmış bu adam insanlardan uzaq dururdu. Əsərdə görünür, gestap Sovet rejiminə qarşı da kəskin etiraz motivləri var. Müharibənin hakim kəsilməsi və dəhşəti Daniyarın geyimindən, fiziki qüsurundan-axsamasından, soyuq davranışından, susqunluğundan hiss olunurdu, lakin ən yaxşı məsləhətçi zamandır. Zaman keçdikcə insan yaşadıqları məşəqqətləri, ağrıları, acıları, yaralarını unudur, bəzən də yaşadığı travmanın, əzabın qarşısında aciz qalır və təslim olur. Bəlkə də buna görə insan öz duyğularında gizlənir, qaranlıq tərəflərini göstərmir, heç kəs bu insanı anlamır, insan bəlkə də onu başa düşən birinin olmamasını bildiyi üçün öz daxili aləminə çəkilir və ətraf aləmdən təcrid olur.

Qadın nə istəyir? Ailə həyatı qayğıdır, özü üçün deyil də başqası üçün yaşamaqdır, həyat da bu zaman mənalı keçir, özü üçün yaşayanda isə ölüm qorxusu onu bütün ağuşuna alır. Ailə qurmaq asandır, lakin onu əldə saxlamaq, dağıtmamaq, qorumaq çətindir. Ailə qala kimidir, ora girmək istəyən çoxdur, mühafizə güclü olsa, o qalanı heç kəs dağıda, ora girə bilməz. İnsan ilk növbədə qalanı özü mühafizə etməlidir, özü dağıtmamalıdır, yalanı, xəyanəti, güvənsizliyi, sevgisizliyi ora buraxmamalıdır, yoxsa qala tez uçular. Cəmilə də mühafizə edə bilmədi, çünki qılıncı yox idi, qorumağa heç nə yox idi. Sadıq orduda mübarizə apardı, öz qalasını mühafizə edə bilmədi, nə özü qılınc oldu, nə də Cəmiləyə qılınc Verdi. Özü buna şərait yaratdı, öz cəsarətsizliyinin, qətiyyətsizliyinin qurbanı oldu.  İnsan Allah üçün, qəlb üçün yaşamalıdır. Qəlbi yaradıb ki, insan sevsin, sevgisiz insan heçnədir, sevgi olmayanda, onun yerini nifrət alır. İnsan ilk öncə Allahını, sonra isə bəndələrini sevməlidir. Fırtına zamanı vəcdə gələn okean, göydə guruldayan şimşək kimi ifadələr əsərlərdə estetik ovqat yaradır. İnsan bəzən güllü-çiçəkli, bağlı-bağatlı çəmənliyi seyr edər, bəzən uçurumdan dərənin dibinə baxar, elə olur ki, uçurumun dibindəki gözəlliyə aldanıb özünü onun qucağına atır, həmin gözəllik də onun ölümünə bais olur. Birinci mənzərə sevinc hissidir, ikinci isə qorxu. Digəri isə xoşbəxtliyin görünməyən dəhşətli tərəfi. İnsan uçurumdan uzaqlaşmaq istədikcə, ona yaxınlaşır, əldə edə bilmədiyi şeylərin arxasınca qaçır, ona doğru can atır, daim həsrətini çəkir. Uçurum adlandırdığımız məfhum əslində insan qəlbinin dərinlikləridir, hər bir insanın qəlbi onun uçurumudur. İnsan, xüsusilə də qadınlar daim hislərinin, duyğularının əsiridir.  Qəlbdə əgər nifrət məskən salıbsa, məhəbbət məğlub olur, insan hər kəsdən və hər şeydən qaçır, tənhalaşır, sonda bu həyatdan üz döndərir.

Gəlin-qayınana münasibətləri. Müasir dövr üçün bu iki ailə qadının münasibətləri ziddiyyətli olsa da, əsərdə bu halın tam əksilə qarşılaşırıq. Bunun da səbəbi maraqlıdır. Görəsən, Cəmilə kimi gəlinlərin sayı azalıb, yoxsa analar belə gəlini qəbul etmək istəmirlər, ya da belə qayınanalar azlıq təşkil edir, bəlkə də cəmiyyət qəbul etmir…Kiçik ana adlandırılan qəhrəman ana obrazı öz müsbət keyfiyyətlərilə yadda qalır: xeyirxah, üzüyola, fağır, çalışqan, zəhmətkeş, hörmətli, insaflı, ağıllı, təcrübəli, mehriban ev sahibəsi… Ananın sərtliyi və öcüşkənliyi yox idi, lakin onun ağır, tünd, adət-ənənəyə bağlı xasiyyəti də vardı. Gəlini Cəmiləni çox sevirdi, onun şıltaq hərəkətlərinə fikir vermir, yaşa dolandan sonra düzələcəyinə ümid edirdi,  onun qəlbinin gizli hislərindən hamı xəbərsiz idi, ona nə qayınana, nə zəngin ev, şərait, nə də quruca bir ər lazım idi. Ona ən çox təsir edən gəlininin evdən vaxtsız gedişi oldu.

Qayınanasının və ya digər ailə üzvlərinin ciddi münasibəti Cəmilə üçün nəyisə dəyişərdi mi? Əgər qayınanası çox sərt olsa idi, deyərdilər ki, qayınanadan bezib getdi, amma qayınanası ən azından onu yoluna qoysa, gəlinə gəlin olduğun hiss elətdirsə idi,  gəlin özü ilə hesablaşardı.  Qayınana isə istəyirdi ki Cəmilə özü bunu etsin. “Gəlin düşdüyü ocaqda gəlindir” deyiblər. O gəlin ki özünü necə aparmaq qaydasını bilmədi, bunun sonu olmaz. Ən azından o bunu dərk etməli idi, davranışlarını nizama salmalı idi, qayınanası nə qədər ona sərt davransa da onun özünün ağlı başında olmalıdır, özü gəlin olduğun dərk etməlidir. 

Geri dönüş oldumu? Sevginin təməlini “Cəmilə” ilə qoyan məhz Aytmatov oldu. Əsərin eşq qəhrəmanlarının sonrakı taleyi oxuculara məlum olmasa da Aytmatov qeyd edir ki, onlar artıq çox xoşbəxtdirlər və layiq olduqları məhəbbətlə yaşayırlar. Əlbəttə güman olunur ki, Cəmilə həyatın anlamını dərk etmiş və arzularına çatmışdır, geri dönüşün olması mümkün deyildi. Onu kimin, nəyin xoşbəxt edəcəyini, kilidlənmiş ürəyinin qıfılını kimdə və harada  olduğunu tapdı, küt beyinli, daşlaşmış fikirlərin əsiri olan, düşünmək bacarığını tamamilə itirmiş insanların sözlərini önəmsəmədi. O, camaatın kasıb, fiziki qüsurlu Daniyarı tənqid etmələrinin belə fərqində deyildi. Heç kəs Daniyarın daxili zənginliyindən agah deyildi. Maraqlıdır ki, belə bir ciddi ail mühitində Cəmilənin cigitlərlə zarafatyana münasibəti, özünü bəzən yaşına uyğun olmayan tərzdə aparması deyil də öz səadətinin arxasınca qaçması daha çox ailin zoruna gedir, daha çox istehza və nifrətlə qarşılanırdı.

Cəmilənin günahı nə idi? Saf, pak hisləri qəlbində yaşatması ? Buna görə mi onu məzəmmət edirdilər? Cəsarətilə yaşaya bilməyən əsarətilə ölər. Yazıçı üçün ən böyük mövzu insandır və o, bəşər övladının düşüncələrini, istəklərini, xoşbəxtliyini, sevincini səadətini hər şeydən üstün hesab edirdi. Aytmatov insanları təqsirləndirmir, mühakimə etmirdi. Cəmiyyət basqısını, mühafizəkarlığını, şablon düşüncələrini sübut etməyə çalışır və insandan qat-qat aşağı səviyyədə olduğunu gözlərinin önünə sərir. Cəmilə doğurdan da heyrət doğurdu, güc-qüvvə inam verdi, cəsarət yaratdı, məqsədə çatmağın, istəklərə qovuşmağın, bu qaranlıq zindandan xilas olmağın heç vaxt gec olmadığını, arzuladığımız həyatı yaşamaq üçün kimsənin əngəl yarada bilməyəcəyini isbat etdi. İnsanların bir qismi həyatına sarılan qırılmaz zəncirlərdən qurtulub xoşbəxtliyə qovuşacağı günün xəyallarını qurur. “Başqaları nə deyər” düşüncəsi, mühakiməsi, tənəsi, ucuz və bulanıq fikirləri ilə yaşayan zaman isə artıq bütün arzularını, istəklərini basdırır, xəyallarını öldürür, puç edir, öz cəsarətini itirir və bu itkinin qurbanı olur. Bu düşüncələrdən, qaranlıq fikirlərdən azad olan, öz arzu və məqsədlərinin arxasınca gedən Cəmilə kimilərinin əzmkarlığı, mübarizəsi Daniyar kimilərinin zəngin, mənəviyyatlı olmaları, inam və ümidlərinin aşıb-daşması, nəhayət bu iki gəncin istəklərinin qovuşması insanları motivasiya edir, ruhlandırır, azad quş kimi qanadlandırır . Məsafələr belə uzaq olsa, dualarla görüşən qəlblər vardır.

Seyidin mükəmməl rəsm əsəri. Yazıçı bu sevgi hekayəsini Seyidin dilindən verir. Cəmiləni sevən onu qısqanan ona sahiblənən yeniyetmə qaynı burada diqqət çəkir. Bu obraz yazıçının prototipidir. O, daim doğma olmayan qardaşı arvadını qorumağa çalışır, hətta buna gücü yetməyəndə acıqlanırdı. Bəlkə də o, eyni qandan olan doğma qardaşı olsa idi, belə etməzdi. Cəmilə qaynının ona qarşı bildirdiyi iradını önəmsəmir, hətta inciyirdi. Hər halda Cəmilə özü nəyi necə edə biləcəyi bir qadın olduğunu düşünürdü və ona görə də azyaşlı qaynının etdiyi hərəkətlərinə acığı gəlir, çox vaxt ironiya ilə gülür, bəzən gülməkdən də özünü güclə saxlayırdı. Əsərdə diqqət çəkən məqamlardan biri də bu sirli məhəbbət başlayan andan etibarən adi karandaşla bunları təsvir edən Seyidin rəssamlığıdır. O, gələcəkdə rəssam olur və şahidi olduğu bu sevgini boyalarla təsvir edir, sanki o şəkilə baxanda Cəmilə ilə Daniyarın fizioqnomikası deyil, daxili aləmi daxili dünyası açıq-aşkar görünür. O, onların qısa zamanda şahidi olduğu xoşbəxtliyini rəsm əsərilə əbədiləşdirir və münasibətlərini dəstəkləyir.

Əsərin ideyası. Pozulması yalnış qayda-qanunun hər şeydən yüksəkdə duran məhəbbətdən aşağı olması. Yazıçının da əsl qələbəsi bu idi- sevgini hər şeyin fövqündə vermək və müqəddəsləşdirmək.

Əsəri oxuyanda sanki film izləyirsən və hər şey sənin gözlərinin qarşısında canlanır. Bu cür əsərlər ekranda yayımlanaraq, daha çox uğur qazanır.  Onlardan biri də “Cəmilə”dir. Əsərin sujet xətti əsasında film də çəkilmişdir. Müəllif öz yurdunun-Talas vadisinin tarixinə, mədəniyyətinə,kültürünə, adət-ənənələrinə toxunur, vadinin dağları, yaylaqları, çayları aydın şəkildə təsvir olunur. Hətta bəzən özünü bir obraz kimi də görürsən. Əsərdə Aytmatov donmuş cəmiyyəti donmuş sular kimi “əritməyə” çalışır. Müharibənin simvolikası əsərdə Daniyardır. Onun aldığı fiziki və mənəvi travmalar, zərbələr və çəkdiyi iztirablar bunun bariz nümunəsidir. Qəlbi də özü də yaralı olan Daniyarı da bu sevgi dəyişir. Hər kəsə qarşı məsafəli olsa da Cəmilə ilə arasında körpü qurur. İroniya ilə başlanır və eşqlə davam edir. Onun bədbəxt olacağını düşünən camaat onun əsl xoşbəxtliyindən xəbərsiz idilər. Onlar isə heç nəyə baxmadılar və əl-ələ verərək, hər şeyi arxada qoyub getdilər. Onların xoşbəxt olacaqlarından Seyid əmin idi, ona görə də o nə qınıyır, nə də nigaran qalırdı. Aytmatov üçün insanın uğuru, həyatda əldə etdiyi qazanc insanın xoşbəxtliyidir, onun gerçəkləşən arzuları, xəyallarıdır. Cəmilə də sözün əsl mənasında təəccübləndirir, cəsarət verir, güc-qüvvə yaradır, boyunduruqdan çıxmağın heç vaxt gec olmadığını, yaşamaq istədiyin həyatı yaşamaq üçün heç kəsin maneə törədə bilməyəcəyini sübut edir, gələcək nəsillərə də bariz nümunə olur. Onu qınayan saxta, cahil insanlara bu gedişi ilə böyük iz qoyan “bomba” atır.

Təsadüf Allahın gizli təxəllüsüdür. Bəli, qismət də, tale də, alın yazısı da, qəza da, qədər də Allahın müxtəlif adlarıdır. Allah hər kəsə bir fürsət verir və insanın onu dəyərləndirməyini istəyir. Bəzən biz qarşılaşdığımız fürsətləri dəyərləndirir, imtahandan üzüağ çıxırıq, bəzən də Onun bizim üçün məsləhət bildiyi təsadüflərə, qismətə razı olur, mütiliklə boyun əyirik, elə olur ki, təəssüflənirik, elə də olur ki, sevinirik. Tale də sözün əsl mənasında Cəmilənin üzünə gülür və stansiyaya taxıl daşıyaraq, Daniyarla tanış olur. Daniyarın danışığından artıq onun həyat, sevgi –hər şey haqqında fərqli düşüncələri sahib olmasının şahidi oluruq və gənc oğlan düşüncələrini çox vaxt dilə gətirmir, xüsusilə də fəlakətli müharibə haqda danışmağa ürək eləmir, yalnız qəlbinin qapılarının Cəmiləyə açır.

Çingiz Aytmatovun “Cəmilə” əsəri sırf reallığına görə fərqlənir və mənəvi kolliziyaların insan həyatında rolunu göstərmişdir, qadın adət-ənənəyə bağlı olsa da öz fikirlərini ortaya qoymaqdan da çəkinmir, sərt rejimə qarşı çıxır. Cəmilənin yaşadığı mühitdə qanun-qayda hökm sürür və yaşayış da sıxıcıdır, gənc qız da bu mühitdən qopmaq, qurtulmaq istəyir, yəni əslində keçmişdən. Ona sevgi anlayışı yaddır, ideal sevgi axtarır. Yazıçı qadının fərdi xüsusiyyətlərini, etnik-milli psixologiyasını rahat şəkildə ortaya qoyur. Aytmatov yeni tipli insan obrazının formalaşması və təşəkkülündə böyük rol oynamışdır. İlk olaraq, əsərlərində sovet rejiminə qarşı çıxmış, müharibənin törətdiyi fəsadları açıq-aydın təsvir edir. O, obrazların mənəvi aləminin zənginliyini, rəngarəngliyini təbii şəkildə oxucuya təqdim edir, əsərlərində, kredosunda bəşəriliklə millilik vəhdət təşkil edir, harmoniya üzrə tarazlaşır, qəhrəmanların simasında müsbət, dərin insani keyfiyyətlər təzahür edir.

Müəllif: Sərvanə DAĞTUMAS

Ədəbiyyatşünas

SƏRVANƏ DAĞTUMASIN YAZILARI

PDF>>>ZAUR USTAC UŞAQ ŞEİRLƏRİ

PDF: >>>>> ZAUR USTAC “QƏLƏMDAR-2”

PDF>>> ZAUR USTAC “BB” KİTABI

>>>> ƏN ÇOX OXUNAN HEKAYƏ <<<<

ZAUR USTACIN SATIŞDA OLAN KİTABLARI


“YAZARLAR”  JURNALI PDF


YAZARLAR.AZ

===============================================

<<<<<< WWW.USTAC.AZ və  WWW.BİTİK.AZ >>>>>> 

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru