Etiket arxivi: AĞDAM RAYONU

YANAR ÇIRAĞIN HEÇ ZAMAN SÖNMƏSİN, AĞDAMIM…

QARABAĞIN AĞ İNCİSİ, QAFQAZIN XOROSİMASI  AĞDAM

       Ağdam rayonu Azərbaycanın qədim, füsunkar təbiətli torpağı olan Qarabağın mərkəzində – Qarabağ dağ silsiləsinin şimal-şərq ətəklərində, Kür-Araz ovalığının qərbində yerləşir. Gözəl Qarabağın ürəyi sayılan Qarabağın  Ağ İncisi  Ağdam!

          Tarix boyu Qarabağ bölgəsi, bu bölgənin siyasi və mədəniyyət mərkəzlərindən biri olan Ağdam siyasi, iqtisadi və strateji baxımdan olduqca əhəmiyyətli məkanlardandır. Strateji əhəmiyyət daşıyan bu ərazilər zəngin ticarət karvanlarının, əzəmətli orduların, diplomatik elçilik heyətlərinin, səyyahların diqqət mərkəzində olmuş, bir çox tarixi və ədəbi əsərlərin mövzusuna çevrilimişdir. Bir zamanlar gözəlliyi dillərdə dastan olan, iyirmidən çox Milli Qəhrəmanı, minlərlə şəhidi, saysız-hesabsız elm, mədəniyyət, incəsənət, ictimai-dövlət xadimləri yetişdirən Ağdam! “Ağdam” qədim türk dilində “Kiçik qala” mənasını verir:”Bu sözün etimologiyası barədə müxtəlif versiyalar səslənir. Türk qəbilələri düşmənlərdən müdafiə olunmaq məqsədi ilə çox vaxt düzənlik yerlərdə kiçik qalalar inşa ediblər. “Ağdam” sözünün də qədim türk dilində mənası “kiçik qala” deməkdir. Sonradan “Ağdam” kəlməsinin “işıqlı, ağ bina” anlamı qazandığı da bildirilir. Bu adın yeni məna kəsb etməsinin əsl səbəbini XVIII əsrdə Pənahəli xanın özünə ağ daşdan ev tikdirməsi ilə əlaqələndirirlər. Həmin ev bir-biri ilə həmahəng olan tikililərdən ibarət bütöv bir kompleks – ağ imarət idi. Ağdam sözünün digər bir mənası “Ağ insan” mənası verir. Ağdam – Ağ Adəm, İlk insan mənasın verir və Ağdam ərazisi dünyanın ən qədim yaşayış məskənlərindən biridir. Dünya tarixində ilk dəfə ən qədim buğdanın Ağdamın Əfətli kəndində yerləşən Çalağan təpəsindən tapılması bizə bu qərara gəlməyimizə şərait yaratdı”. 7 min il yaşı buğdanın bu ərazidə tapılması İlk insanın – Adəmin burda yaşamasının bariz nümunəsidir. Ağ  sözünün ifadə etdiyi müqəddəslik, ali məna Ağdamın ta qədimdən xüsusi bir məkan olduğuna işarədir. İlk dəfə Ağdam bir ərazi kimi öz adını ərəb tarixçilərinin 1357-ci ildə yazdıqları “Səyahtnəmə” kitabında çəkilib və ərəb səyyahları bu ərazidən keçən zaman 1147-ci ilə aid qəbrstanlıqda araşdırma aparandan sonra Ağdamın dünyanın ən qədim yaşayış məskənlərindən biri olduğun yazırlar. Orta əsr mənbələri, xüsusilə də ərəb çoğrafiyaşünas və səyyahlarının qeydləri sayəsində Azərbaycanın bir çox orta əsr şəhərlərinin adları dövrümüzədək gəlib çatıb.

     Ağdam rayonu 1930-cu ildə yaradılıb. Sahəsi 1150 kvadrat km olan rayonun relyefi əsasən düzənlik, qismən dağlıqdır.Ağdam rayonu Azərbaycanın qədim, füsunkar təbiətli torpağı olan Qarabağın mərkəzində – Qarabağ dağ silsiləsinin şimal-şərq ətəklərində, Kür-Araz ovalığının qərbində yerləşir. Gözəl Qarabağın ürəyi sayılan Ağdamın qədim tarixi abidələri minillik keşməkeşli illərdən keçərək bu günə qədər gəlib çatmışdır. “XVIII əsrin birinci yarısında Qarabağlı Pənahəli xan bu şəhərdə özü üçün ağ daşdan imarət tikdirmək barədə əmr verib. Həmin imarət uzun müddət ətraf kəndlərin sakinləri üçün bir növ oriyentirə çevrilib. Bu mənada “Ağdam” – günəş şüaları ilə nurlanmış işıqlı, ağ ev deməkdir. Ağdam rayonunda çoxlu sayda tariximizin şahidi olan mеmarlıq abidələri var. Ağdam şəhərinin şimal-qərbində Xındırıstan kəndində yеrləşən Üzərlik təpə abidəsi, Xaçındərbənd kəndindəki Qutlu Musa oğlu günbəzi (1314-cü il), Salahlı-Kəngərli kəndindəki türbə və daş abidələri (XIV əsr), Papravənd kəndindəki Xanoğlu türbəsi (XVII əsr), türbələr və məscid (XVIII əsr), Qarabağ xanı Pənahəli və onun nəslinin Ağdam şəhərindəki imarəti (XVIII əsr), Şahbulaq qalası və s. mеmarlıq abidələri bu yurdun qədim Azərbaycan torpağı olduğunu təsdiq еdir. Tariximizin sirdaşı, еv ünvanı olan bu abidələr Ağdamın kеçmişinin qaranlıqlarına işıq saçaraq dünənindən bu gününə soraq vеrir. Ağdam Azərbaycan ərazisində ilk formalaşan dövlət quruculuğunda mühüm rol oynadığını bir daha əyani sübut edir!

Ermənilərin “miatsum” bağırtısına ilk kütləvi etiraz mitinqi ilə cavab verən, sovet dövründə təkcə Qarabağda deyil, həm də Ermənistanda yaşayan bütün hayların gözünün qənimi oğulları yetişdirən Ağdam 1993-cü il iyulun 23-də erməni silahlı birləşmələri tərəfindən işğal olunmuşdur. Bir şəhər,138 kənd,14 qəsəbə olan Qarabağın mərkəzində yerləşən Ağdamın 846,8 kv. km-i, yəni 77,4%-i, 1 şəhər və 80 kəndi ermənilərin əlinə keçmişdi. Rayondakı 38 kolxoz-sovxozun 26-sı, 129 səhiyyə obyektinin 105-i, 108 məktəbin 74-ü, 271 mədəniyyət evinin 199-u, 24 tikinti təşkilatı, 67 idarə-müəssisə, 17 məscidin 14-ü işğal altında qalmışdı. Erməni işğalı nəticəsində Ağdama 13 milyard 135 milyon ABŞ dolları məbləğində ziyan dəymişdir. Ağdam şəhəri, onun qədim keçmişin şahidi olan çox sayda tarixi abidələri, mədəniyyət, memarlıq nümunələri, keçmiş SSRİ-də birinci, dünyada ikinci olan Çörək Muzeyi düşmən tərəfindən vəhşicəsinə dağıdılmışdır.Ağdam düşmənlə döyüşlərdə 6000 şəhid verib, onlardan 16-sı Azərbaycanın Milli Qəhrəmanıdır. İşğal nəticəsində rayonun 160 min nəfər əhalisindən 143 min nəfəri öz ölkəsində məcburi köçkünə çevrilmişdir. Hazırda Ağdamın 204 000-dən çox əhalisi var. Onlardan 160 000-  yaxını məcburi köçkündür.

        Ağdamın azadlığa qovuşmasından bir il keçir. Azərbaycanın müzəffər ordusunun rəşadəti nəticəsində torpaqlarımız azad olunandan sonra Ermənistan hökuməti 10 noyabr 2020-ci il Bəyənnaməsini – kapituliyasiya aktını imzalayaraq Ağdam rayonunu öz gerçək sahiblərinə geri qaytarmalı oldu. Tarixlər boyu öz strateji və geosiyasi əhəmiyyətinə görə Qarabağ bölgəsinin olduqca əhəmiyyətli hissəsi olan Ağdamın düşmən işğalından azad olunması olduqca əhəmiyyətli hadisə idi. Bir il öncə Ağdam düşmən işğalından azad olunsa da, təəssüflər olsun ki, erməni vandalizminin 30 illik vəhşilikləri nəticəsində bu ərazilər yerlə yeksan edilmiş, yüz illər boyu Azərbaycanın sivilizasi mərkəzlərindən biri, siyasi və mədəniyyət beşiyi olan bu məkanın yalnız xarabalıqları qalıb…

 İmarət  Qarabağ xanlığının qurucusu Pənahəli xan başda olmaqla Cavanşirlər sülaləsinin uyuduğu bu müqəddəs məkan, Azərbaycan poeziyasının qadın bahadırlarından olan Xurşidbanu Natəvanın dağıdılmış məzarı, Pənahəli xanın divan otağının yalnız divarları qalan xarabalığı, yüz illərlə yaşı olan Xan çinarların kəsilmiş gövdələri… Daha nələr, nələr… Bu məkanı 1993-cü ilin yayına qədər görməyənlərə, bəlkə də, adi görünə bilərdi, bu mənzərə dəhşətə gətirir İnsanı! Yaxşı bir xalq deyimi var: “Namərd dostdansa, mərd düşmənin olsun!” Vay o günə ki, mərdlikdən, insanlıqdan, mənəviyyatdan irak düşmənin olsun. Bizim bəxtimizə, nə yazıqlar ki, belə düşmən çıxıb, əslində çıxarılıb. Qarşı-qarşıya döyüşməyə cəsarət etməyib, heyfini qəbirlərdən, məzarlıqlardan, tarixi abidələrdən alan bir düşmənin nə qədər rəzil, nə qədər aciz, bir o qədər də şərəfsiz, ləyaqətsiz….

İşğalçı Ermənistan Silahlı Qüvvələrinin Ağdamı tərk etməsi Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin siyasi liderliyi, sərkərdəlik qabiliyyəti və Azərbaycan Ordusunun Vətən müharibəsindəki uğurlu hərbi əməliyyatlarının nəticəsindir. 10 noyabr 2020-ci il tarixində Dağlıq Qarabağ münaqişəsi zonasında atəş və bütün hərbi əməliyyatlar tam dayandırılıb. 20 noyabr 2020-ci il tarixinədək Ağdam rayonu Azərbaycana qaytarılıb. 27 ildən sonra işğaldan azad olunan Ağdamda indi dövlət bayrağımız qürurla dalğalanır.Qarabağın mərkəzi,düşünən beyni,müqəddəs ruhlar diyarı Ağdam mənfur düşməndən azad edildişükür! 6 min şəhidi,onlarla Milli Qəhrəmanı ,müqəddəs inanc yeri var Ağdamın! Qoşa minarəli Məçidi var Ağdamın! Bu görüntüləri hər bir azərbaycanlı fəxrlə və böyük sevinclə izləyir!

QUSMƏTİNDƏ MƏKKƏDƏN GƏTRİLƏN QURAN!

ALİ BAŞ KOMANDANIN DÜALARI VAR!

MÜQƏDDƏS RUHLARA EHTİRAMI VAR!

VÜQARLI, QÜRURLU AĞDAMIMIZ VAR!

VƏTƏN İGİD OĞULLARIN ÇİYNİNDƏ DAYANIR!

RUHIARI ŞAD OLAN ŞƏHİDLƏRƏ HÖRMƏT VƏ

EHTİRAMIMIZ ŞONSUZDUR!!! (Z.V)

     Qafqazın Xrosiması:- Bir vaxtlar qaynar həyatın olduğu, əməksevər insanların qurub-yaratdıqları abad şəhərdən əsər-əlamət qalmayıb. Erməni işğalçılar xislətlərinə uyğun olaraq, Ağdamın ağ damlarını xarabalığa çeviriblər, şəhəri darmadağın ediblər. Ağdamda bərpa-yenidənqurma işləri aparılır, yeni infrastruktur qurulur, şəhər dirçəldilir. İnanılmazı reallaşdıran, yuxularımızı çinə çevirən, arzularımızı reallaşdıran, Azərbaycanın qeyrət və şücaət rəmzi olan ordumuzun olması qürurunu yaşayır. Bir də… Bir də son 270 ildə, Nadir Şah Əfşarın ölümündən sonra bir-birinə düşmən kəsilməyə, kiçilməyə, xirdalanmağa, marığa yatmış böyük güclərə baş əyməyə vadar edilmiş bir xalqın, müstəqilliyinə qovuşduğu cəmi otuz illik zaman kəsiyində bu qədər sürətlə inkişaf etməsi, dünyanın ən böyük güclərinin maraq­larına zidd hərbi əməliyyatlar keçirməklə möhtəşəm tarixi zəfərə imza atılması kimi qəlbimizi riqqətə gətirən duyğular gələcəyimizə ümidverən hisslər kimi qəlbimizi qürurlandırır. İçimizdəki bu duyğular bizdə daha qüdrətli, daha güclü və daha firavan Azərbaycanın qurulacağına şəksiz inam yaradır. Artıq İkinci Qarabağ müharibəsi sona çatıb, torpaqlarımız düşmən işğalından azad edilib. Qarabağda başlanan böyük quruculuq və abadlıq işləri Ağdamın da tarixi, mədəni və mənəvi görkəminin bərpa olunmasına səbəb olacaq.

Azərbaycan Prezidenti İlham Əliyev mayın 28-də Ağdam ictimaiyyətinin nümayəndələri ilə görüşündə işğaldan əvvəl bu rayondan olan məcburi köçkünlərlə söhbətlərində torpaqlarımız düşməndən təmizlənəndən sonra onlara daha gözəl şərait yaradılacağını dediyini xatırladıb: “Bu gün sizə təqdim ediləcək Ağdam şəhərinin Baş Planı bu sözümün təsdiqidir. Biz elə bir şəhər quracağıq, elə bir Ağdam quracağıq ki, bütün dünya üçün örnək olacaqdır”.

Tarixən Qarabağın ağ incisi hesab olunan Ağdam bölgəsi, nəinki Qarabağın, bütün Azərbaycanın siyasi və mədəniyyət incisinə çevriləcək

Qələbəmizdir:-Vətən,İnsan,yurd sevgimiz!Şəhid olan,qazi olan oğullara hörmət və ehtiramımız! Ziyqiymət torpağımız,əzəli,əbədi yerimiz Vətənimiz!

Amalımız ,istəyimiz güclü Dövlət,güclü Ordu,güclü xalq ın birliyi ilə Qorunaq!,Səhvlərə yol verməyək,düşmən hiyləsinə qalib gəlmək üçün bir olaq,Yumquq olaq!!!Dünya nizamına imza atılsın!!!Türk Dünyası ailəsində möhtəşəm Azərbaycan dövlətinin uğurlarina hər kəs öz töhfəsini versin!Gələcək nəsillər rahat və firavan olsun!!! Qalib ölkənin,güclü,sayılıb seçilən ölkənin vətəndaşı olmağımızla Qürurlanaq!!!

Vətən şəhidlərlər üçün!!! Şəhidlər Vətən üçün!!! Mənfur düşmənə üzərində əldə edilmiş Qələbənin qorunması üçün bir Yumruq olaq!!!

    AĞDAM QAYDIŞIN MÜBARƏK OLSUN!

  Allahın lütvüdür, böyük məhəbbəti!

Müqəddəs ruhların oyaq günündə!

Məhz Cümə günündə Ağdam azaddır!

Minlərlə şəhidi var Ağdamın!

Şəhid vermədən azad olan Ağdamın!

Şükür olsun intiqamı alındı!

Məçidində ilk namazda qılındı!

Qarabağın dayaq nöqtəsidir Ağdam!!!

Şir ürəkli oğulların var olsun!!!

Gözünüz,Gözümüz aydın olsun!!!

Vətənin dünyada təqdim edən!

Elimlə Baş Ucalığı gətirən!!!

Elimİnə,sənətinə,elinə heyran!!!

Qəlbi evini rahat edən qüdrətə qurban!!!

Yol gedir Ağdama, düz gedir Ağdama!!!

İstəməyənlərin gözlərinə Ağ dama!!!

Elin qürur yeridir!!!

Muğamın  beşiyidir!!!

Dünyada ilklərə imza atan!

İdiglərin var Ağdam!!!

Düşmənə dağ çəkdirən

Fred Asifin,Allahverdin!

Canpoladın, Şirinin var!

Daha çox şəhidin var!!!

Qürüru var Ağdamın!

Sınmaz, əyilməz!!!

Yalın əllə düşmənin boğazın üzən!

Say seçmə oğulların!!!

Allah möcüzəsi var!!!

Mükafarı, müjdəsi var!!!

Ziyalısı,alimi,incəsənət xadimləri!!!

Yeni Eranın elminin müəllifi Ağdamlıdır!!!

Öz elmi,sənəti ilə Bəşəri xidmətdərir!!!

Elm İnsanlığın xilasına xidmət edir!!!

Müəllif: Zülfiyyə VƏLİYEVA

AJB -nin üzvü, ADPU-nin ETM

Elmi işcisi.Əməkdar müəllim.

Akademik M.Mehdizadə mükafatı laureatı

ZÜLFİYYƏ VƏLİYEVANIN YAZILARI

PDF>>>ZAUR USTAC UŞAQ ŞEİRLƏRİ

PDF: >>>>> ZAUR USTAC “QƏLƏMDAR-2”

PDF>>> ZAUR USTAC “BB” KİTABI

>>>> ƏN ÇOX OXUNAN HEKAYƏ <<<<

ZAUR USTACIN SATIŞDA OLAN KİTABLARI


“YAZARLAR”  JURNALI PDF

YAZARLAR.AZ
===============================================

<<<<<< WWW.USTAC.AZ və  WWW.BİTİK.AZ >>>>>> 

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

ZAUR USTAC

ZAUR USTACIN YAZILARI

Zaur  USTAC

Zaur Mustafa oğlu Mustafayev (8 yanvar 1975, Bakı) — şair, publisist, Azərbaycan Jurnalistlər Birliyinin üzvü, “Qızıl qələm” mükafatı laureatı, Azərbaycan Respublikası Prezident təqaüdçüsü (2019-cu ildən).

HƏYATI
Zaur Ustac 1975-ci il yanvarın 8-də Bakı şəhərində anadan olmuşdur. İlk təhsilini Ağdam rayonunun Yusifcanlı kənd orta məktəbində almış, ardıcıl olaraq Bakı Dövlət Universitetində, Bakı Ali Birləşmiş Komandanlıq Məktəbində, Beynəlxalq İxtiraçılıq və Biznes İnstitutunda və Şamaxı Humanitar Kollecində davam etdirmişdir. Birinci Qarabağ müharibəsinin iştirakçısı və hal-hazırda ehtiyatda olan zabitdir.

Zaur Ustac 1988-ci ildən etibarən dövri mətbuatda çıxış edir.

Zaur Ustac “Yazarlar” jurnalının təsisçisi və baş redaktorudur. Azərbaycan Jurnalistlər Birliyinin üzvü, Qızıl qələm mükafatı laureatıdır.

YARADICILIĞI
Zaur Ustac yaradıcılığında nəzm və nəsr nümunələrinin payı bərabər bölünmüşdür. Yazar bədii əsərlərin, əlavə dərs vəsaitlərinin, vacib mövzularda publisistik yazıların müəllifidir. O həmçinin müxtəlif vaxtlarda nəşr olunmuş toplu və almanaxlarda, eyni zamanda ayrı-ayrı qrumların tərtib etdiyi metodik vəsaitlərdə yer almışdır.

ƏSƏRLƏRİ
Kitabları
”Günaydın “(“Ağçiçəyim”)
“Mum kimi yumşalanda”
”Məhdud həyatın məchul düşüncələri”
”İstəməzdim şair olum hələ mən”
”Gülzar”
”Oriyentir Ulduzu”
”Şehçiçəyim”
“Gülünün şeirləri”
”Balçiçəyim”
”Bayatılar”
”Bərzəxdə”
”Sevin ki, seviləsiz”
“Qəlbimin açıqcası”
“93-ün yayı və ya bir qaşıq qatıq”
“2016”
“Nişangah”
“Ustadnamə”
“Usubcan əfsanəsi”
“Çəhrayı kitab”
“Otuz ildir əldə qələm “
“Əliş və Anna”
“Qələmdar”
“Yaradanla baş-başa”
“Zimistan”
“45” (şeirlər)
“Ülyahəzrət”
“Qədimliyə bürünmüş yenilik”
“Gülüzənin şeirləri”
“Uşaq boğçası”

Tərcümələri
Stiven Reblinin “Mavi Ay Vadisi” (Stephen Rabley “Blue Moon Valley”)
Stiven Rebli.”Troya Daşı” (Stephen Rabley “The Troy Stone”)

Tədris vəsaitləri
“Güllünün şeirləri” Məktəbəhazırlıq qrupları üçün vəsait.
“39 Həftə” (İngilis dili üçün xüsusi proqram) “39 Weeks” (Special program for English)
“Uşaq boğçası” Məktəbəhazırlıq qrupları və I siniflər üçün vəsait.

MƏQALƏLƏRİ
Zaur Ustac “Dağlar” haqqında
Su — dünyaya açılan bir pəncərədir
“Hərb mövzulu yazılar” I və II
Nəzmi şah və ya Kəmaləddin Qədim
və digər.

LAYİHƏLƏRİ
“Dağlar – 200” (Aşıq Ələsgərin anadan olmasının 200 illik yubileyi münasibəti ilə).
“Mübariz – 31” (Milli Qəhrəman Mübariz İbrahimovun 31 yaşı münasibəti ilə)
“Kərəmli – 700” (Şamaxılı memar Əliş Kərəmlinin anadan olmasının 700 illik yubileyi münasibəti ilə)
və digər.


MÜKAFATLARI
Qızıl qələm mükafatı
İlin Vətənpərvər Şairi

ƏDƏBİYYAT
Aida Hacıxanım “Məqam”
Aida Hacıxanım “Ömrün anları”
Aida Hacıxanım “Otuz şeir, otuz fikir”
Gülü “Zaur Ustac”
Qələndər Xaçınçaylı “Taclı şair”
Azərbaycan Respublikası Təhsil Nazirliyi “Məktəbə hazırlaşırıq” I hissə və II hissə
Kamal Camalov “Əliş və Anna haqqında”
Ayətxan Ziyad “Zaur Ustacın uşaq dünyası”

Mənbə: “21 – XXI ƏSRİN 21 AYDINI”-TUNCAY ŞƏHRİLİ

Hazırladı: Tuncay ŞƏHRİLİ

TUNCAY ŞƏHRİLİNİN YAZILARI

“YAZARLAR”  JURNALI PDF


YAZARLAR.AZ

===============================================

<<<<<< WWW.USTAC.AZ və  WWW.BİTİK.AZ >>>>>> 

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

AĞDAMIM, SALAM! – ƏJDƏR ƏLİZADƏ

Əjdər ƏLİZADƏ – şair.

AĞDAMIM, SALAM!
(Bu gün Ağdamımızın düşmən işğalından qurtulduğu gündür)
Çin oldu millətin dilək, arzusu,
Qələbə – xalqımın alın yazısı.
Şəhidi qəhrəman, igid qazisi,
Müzəffər Ordumun qadasın alam,
Salam Qarabağım, Ağdamım, salam!
* * *
Otuz il yolunda qalmışdı gözüm,
Titrəyir ağzımda Qarabağ sözüm.
İnanın, cismimdə yox idi dözüm,
Nə qədər həsrətlə qürbətdə qalam,
Salam Qarabağım, Ağdamım, salam!
* * *
Bilməzdim o yerə dönəcəm bir də,
Yurdsuz yaşayırdım sanki, sibirdə…
Cismim rahət olar indi qəbirdə,
Torpağım anamdır, öz evim balam,
Salam Qarabağım, Ağdamım, salam!
* * *
Əjdərəm, mən köçkün deyiləm daha,
Ümid bağlamışıq gələn sabaha.
Şükürlər dilərik Uca Allaha,
Alındı illərlə alınmaz qalam,
Salam qarabağım, Ağdamım, salam!
20.11.2021.
Müəllif:Əjdər ƏLİZADƏ

ƏJDƏR ƏLİZADƏNİN YAZILARI


“YAZARLAR”  JURNALI PDF

YAZARLAR.AZ
===============================================

<<<<<< WWW.USTAC.AZ və  WWW.BİTİK.AZ >>>>>> 

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

Ağam!.. Adam!.. Ağdam!.. – Qulu Ağsəsin şeiri

Ağam!.. Adam!.. Ağdam!.. – Qulu Ağsəsin şeiri

Ağam!.. Adam!.. Ağdam!..

“Sən öl”ü, “sağ ol”u bəlli,
yaranandan üzü bəri
yasında Yasin oxunan,
toyunda tüfəng atılan –
                                         şəhərim!
Dünyanı bazara çıxaran,
dünya bazarında satılan –
                                          şəhərim!
Yuxarı başına keçən kafirə
yuxarıdan aşağı baxan,
Allahdan da çəkinməyən,
bircə əsarətdən qorxan!
Ağ alınlı qızılı atların vətəni,
seyid cəddinə içilən andların vətəni!
Sən dar gündə
Şuşaya arxa,
Xocalıya ümid oldun.
Son nəfəsəcən döyüşdün,
son nəfərəcən şəhid oldun…
Ağam şəhərim!
Adam şəhərim!
Ağdam şəhərim!
Şükür külünə,
şükür qayıdış gününə!
Sevincdən ağlımız çaşıb,
yüz min dəliynən gəlirik.
Bir “Uzundərə” havası çal,
çıx Bərdə yoluna –
Uzundərəynən gəlirik!..

15 noyabr 2020

Müəllif: Qulu AĞSƏS

QULU AĞSƏSİN YAZILARI


“YAZARLAR”  JURNALI PDF

YAZARLAR.AZ
===============================================

<<<<<< WWW.USTAC.AZ və  WWW.BİTİK.AZ >>>>>> 

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

“ÜRƏYİMİN PAYTAXTI”, AĞDAMIM! – AQŞİN HACIZADƏ

“ÜRƏYİMİN PAYTAXTI”, İŞĞAL OLAN AĞDAMIM!
(Ağdam Dövlət Dram Teatrının aktrisası, qiraətçi dostum Afəridə Sabirqızı Ağdamlının dilindən)
Haralısan deyirlər?-dillənirəm qəhərlə,
-Ağdamdanam,Ağdamım işğal olub məkrlə.
Ağdamlı olmağımı söyləyirəm fəxrlə.
Niyə axı mən bunu ya gizlədim,ya danım?
“Ürəyimin paytaxtı”, işğal olan Ağdamım!
* * *
Atam bir an düşməyir dodağımdan.dilimdən,
Ağlayıram içimdə,nə gəlir ki, əlimdən?
Səndən ayrılan gündən, lap uşaqlıq ilimdən,
Ürəyimdə qalıbdı xoş murazım,xoş kamım,
“Ürəyimin paytaxtı”, işğal olan Ağdamım!
* * *
Sevilmisən ərlərin, saysız şəhidlərinlə,
Cəsur Raquf Orucov, Yelmar tək nərlərinlə, —1.–2.
Ürəklərdə yaşayır onlar hünərləriylə,
Mən də hazıram bu gün, yolunda verim canım,
“Ürəyimin paytaxtı”, işğal olan Ağdamım!
* * *
Sənsiz dünya gözümdə kiçildikcə kiçildi,
Sənsiz ötən bu illər ömür deyil,puç ildi.
Yad əllərdə qaldığın düz iyrimi üç ildi,
Uçub sökülüb daha, qara olub ağ damım,
“Ürəyimin paytaxtı”, işğal oan Ağdamım!
* * *
Bəsdir qurduq burada,ya hardasa alacıq,
Bir gün axır bir olub, biz yenə biz olacıq.
Səni tikən biz idik, təzdən tikib. quracıq,
Necə gözəl olmusan əvvəl,əzəl Ağdamım,
İnanıram olacan yenə gözəl Ağdamım!
* * *
Təzə güllər əkəcəm , yenə öz əllərimlə,
Sənə bəzək vuracam zəhmətimlə,tərimlə.
İgidlərin,ərlərin, nazlı gözəllərinlə,
Onda yenə coşacaq mənim təbim,ilhamım,
“Ürəyimin paytaxtı”,yaşa mənim Ağdamım!
1.Raquf Orucov.— Hərbi xidmətlərə görə medalı.
2.Yelmar Edilov.—– —– AR Milli Qəhrəmanı.

26.9.2016.

BU QATAR AĞDAMA GEDƏ BİLMƏYİR!
Bakıdan Xankəndə qatar yolu var,
Həmin yol Ağdamdan keçib gedirdi.
Getməyir oraya indi bu qatar,
Ağdamın özütək bu yol əsirdi!
* * *
İyrimi altı il vaxt ötüb keçib,
Dayanıb bu qatar, durur Bərdədə.
Bu yolu gözləyən çox insan köçüb,
Çoxu da köçəcək hələ bəlkə də!
* * *
Sərnişin gətirib aparmalıydı,
Qaçqına ev olub qatar burada.
Anlayan kəslərə ağlamalıdı,
Qatarı “ev” sayıb, yatar burada.
* * *
Bu nə bəd oyundur, axı nə sirdir?
Dördyoldan o üzə ötə bilməyir.
Ağdama on-onbeş kilometrdir,
Bu qatar Ağdama gedə bilməyir!
* * *
Ta səbri tükənib,yorğun haldadı,
Fərqini duymayır qışın,baharın.
O vaxtdan dördyolda,gözü yoldadı,
Bileti əlində Ağdamlıların!
* * *
Başqadı Ağdamın qoxusu,ətri,
Bu məkan uğrunda döyüşək gərək.
Bu qatar Ağdama getməkdən ötrü,
Gərəkdi Ağdama öncə biz dönək!
24.7.2019.

Bu şeir Ağdamın işğal zamanından bəri səmimi dostluğumuz davam edən, Ağdam Dövlət Dram Teatrının dəyərli aktrisası Afərdə Sabirqızı xanımın istəyi ilə Ağdam sevincini yaşayan bütün ağdamlıların dilindən söylənilir. Sizləri ürəkdən təbrik edirəm Ağdam camaatı! Ağdama dönüşünüz mübarəkdir!

MƏNİM DOĞMA, GÖZƏL YURDUM, AĞDAMIM!
Qaçqın düşdqük, əzab çəkdik aramsız,
Nə zalımmış bu erməni, bu qansız!
Düz iyrimi yeddi ili Ağdamsız,
Bu dünyaya sanki kordum Ağdamım,
Mənim doğma, gözəl yurdum Ağdamım!
* * *
Ayrı düşdün bu illər ki, elindən,
Düşməmisən bir ağdamlı dilindən.
Aldı səni yağıların əlindən,
Baş komandan, şanlı ordum, Ağdamım,
Mənim doğma, gözəl yurdum, Ağdamım!
* * *
Ürəksizmiş harda olsa vətənsiz,
Baş neyləsin, dil neyləsin bədənsiz?
Anlamıram, bu illəri mən sənsiz,
Necə dözdüm, necə durdum Ağdamım?
Mənim doğma, gözəl yurdum, Ağdamım!
* * *
Şükür, dönüb qucağına gəlmişəm,
Sevincimdən ağlamışam, gülmüşəm.
Qiblə sanıb, səni Məkkə bilmişəm.
Yenə səndə binə qurdum Ağdamım,
Mənim doğma, gözəl yurdum, Ağdamım!
* * *
Uca olsun onun adı, həm şanı,
Min yaşasın Ali Baş komandanı. —*
O bəxş etdi bu payızda xoş anı,
Bu həsrəti başa vurdum Ağdamım,
Mənim doğma, gözəl yurdum, Ağdamım!
Yaşa mənim əzəl yurdum Ağdamım!
*Ali Baş Komandan İlham Əliyev.

21.11.2020.

Müəllif:Aqşin HACIZADƏ

AQŞİN HACIZADƏNİN YAZILARI


“YAZARLAR”  JURNALI PDF


YAZARLAR.AZ

===============================================

<<<<<<WWW.YAZARLAR.AZ və  WWW.BİTİK.AZ >>>>>>

MİNA RƏŞİD – ƏSGƏR ANASI

Mina RƏŞİD – şair, yazar.

MİNA RƏŞİDİN ŞEİRLƏRİ

ƏSGƏR ANASI

“Cəsur döyüşçü” və “Suqovuşanın azad edilməsinə görə” medalları ilə təltif edilmiş əsgər Murad Hüseynovun anası Şəhla xanımın timsalında bütün əsgər analarına həsr olunur…

Evi isti olsa da,

özünü soyuq səngərdə sanar,

əsgər anası.

Xörəyi soyuyar qarşısında,

keçmişə boylanar,

qüssə içində gülümsəyər və

öz-özünə söylənər:

“-Ac deyilsən ki, balası?”

Yığar, bükər, bağlayar,

hər şeyin ən yaxşısını

ona saxlayar…

Bir gözü gülər, bir gözü ağlayar,

həmişə narahat, səksəkədə olar,

əsgər anası.

Hər kəsdən əvvəl oyanar,

Yaradana dua edər uzun-uzun,

balasını tapşırar, əsgər anası.

Telefonu həmişə yanında saxlayar,

gecələr baş ucuna qoyar,

bütün zəngləri onunku sanar və

zəng gəlincə ürəyi çırpınar,

səsini duyunca sanki, yenidən doğular,

əsgər anası.

Günləri sayar, təqvimi vərəqləyər,

yağışda üşüyər, qarda titrəyər,

əsgər anası.

…O bir vəfalı qadın, cəfakeş ana,

Vətən üçün oğul böyüdər,

Buna görə adı Vətənlə qoşa öyülər

Ana Vətən olar,

Vətən Ana,

Cənnət ayağının altında,

Mübarək qadındı

əsgər anası…

BİR PAYIZDI, BİR DƏ MƏN

Baxıram heç bənzəmir

Fəsillər adamlara.

Payıza bax, möhtəşəm!

Bir də, yaşananlara…

Payız nə mehribandı

Günəşi gülümsəyir.

Yağışın damlaları

Könlümdə rəqs eləyir…

Külək mənə bənzəyir

Gah küsür, gah da gülür.

Həzin-həzin əsəndə

Heyva qoxusu gəlir.

Sanki dünya boş qalıb

Bir payızdı, bir də mən.

Yarpaq qonur çiynimə

Pıçıldayır: “Çəkmə qəm!”

QUŞLAR HİMNİ OXUYUR

Yuxudan oyanıb görəm

Bir möcüzə baş verib.

Görəm qapımın ağzına

Çiçəklər xalı sərib.

Hər bir tərəf ağaclardı

Quşlar himni oxuyur.

Dünya elə qəribədi,

Hava çox xoş qoxulu.

Tut tökülür ot üstünə

Uşaqlar, quşlar yeyir.

Tut satan qonşu yox deyə,

Anam dua eləyir…

QAR DƏNƏSİ

Gəl, bir türkü söyləyək,

Qar dənəsi, səninlə.

Qəlbim sınıq-sınıqdı

Apar məni özünlə.

Billəm, yox olacaqsan

Varlığa gülə-gülə.

Mən də yoxam onsuz da

Əridim gilə-gilə.

Bu ağ-qara dünyada

Buz bağlayıb qapılar.

Kimsəm yox, qar dənəsi

Məni özünlə apar…

KÜLƏK

Ay külək, sən də mənimtək

Bərk hirslisən, deyəsən.

Yerə-göyə sığışmırsan

Ağacları döyürsən.

Əsəbimi sərtliyinlə

Ora-bura çırpırsan.

Görürsən ki, dincəlmədim

Bir segah qaldırırsan.

Nə yaxşı ki, varsan, külək

Ürəyimdə əsirsən.

Mənimlə nəğmə deyirsən,

Mənimlə bir küsürsən. 

BİR CÜT QUŞ KİMİ…

Bir cüt quş kimi

İki balam var.

Səs-səsə verib

Hey oxuşurlar.

Kimsə qəlb qırır

Gülməyə qoymur.

Bu nəğmə məni

Olməyə qoymur.

BİR KƏLMƏ ÇAY

…Hərdən hər şey sözə dönür

 dilində

Bir də gördün çaşıb deyir:

 “Ay uşaqlar, icazə verin,

bir kəlmə çay süzüm özümə…” 

YAĞIŞ YUYAR KƏDƏRİMİ

Yağış yağır… çox sevirəm

Yağışı seyr etməyi.

Yağışın sehrinə düşüb

Uzaqlara getməyi…

Balaca bir dünya qurub

Oynaram uşaq kimi.

Yağış yuyar kədərimi,

Görən tanımaz məni.

Həyat necə ürək yaxan

Qəmli nəğmə, hey kədər.

Hərdən bəxtəvər oluram

Yağışın ömrü qədər…

Bax, yenə də bir div gəlib,

Gözəl dünyamı yıxır.

Başım elə qarışıb ki,

Bir də görrəm od yağır…

NƏ YAXŞI

Nə yaxşı qonaq oluruq

Çox qalmırıq dünyada.

Üstü bəzək, içi soyuq,

Ürəyi buz dünyada.

Adamlar niyə ağlayır

Görən ondan ötəri?

Hər gün ölüb-dirildiyi

Bir aləmdən ötəri.

Şənbə günü sıxılıram

Nə yaxşı ki, bazar var.

Nə yaxşı bazardan sonra

Həm həyat, həm məzar var.

ADAM İSTƏSƏ…

…Avtobusa bənövşə mindi, deyəsən

Bənövşə qoxusu bürüdü aləmi…

Demək, adam istəsə bənövşə olar,

qızılgül olar, günəş olar, bulud olar…

Adam istəsə dünyanı dəyişər –

Müharibələr olmaz, uşaqlar ölməz…

Amma o, dünyaya kin bəsləyir…

Adam İNSAN olmaq istəmir hələ

robot olmaq istəyir…

Müəllif: Mina RƏŞİD


MİNA RƏŞİDİN DİGƏR YAZILARI


YAZARLAR.AZ

===============================================

<<<<<<WWW.YAZARLAR.AZ və  WWW.BİTİK.AZ >>>>>>

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

ZAUR USTACDAN ORDU GÜNÜNƏ ZƏFƏR TÖHFƏSİ

Hadrutda “Dəmir Yumruq” abidəsi.

Dəmirdən yumruğun mübarək, dağlar!” – Zaur Ustac

USTACAM

Müzəffər ordunun şanlı əsgəri,

Ərənlər yurdunun ər övladıyam!

Zalımın zülmünə təhəmmülüm yox,

Babəklər yurdunun hürr övladıyam!

* * *

Ustadım Nəsimi, sözümüz sözdü,

Ədalət, həqiqət bağrımda közdü,

Ziyadar dühası bir deyil, yüzdü,

Mövlalar yurdunun nur övladıyam!

* * *

Dərvişəm, müqqəddəs sayılır təkkəm,

Hülqumdan yuxarı dayanır öfkəm,

Od, ocaq diyarı tanınır ölkəm,

Alovlar yurdunun nar övladıyam!

* * *

Unutma, şah babam Xətai başdı,

Nadir şah, mətədə tərpənməz daşdı,

İlham, nə keçilməz sədləri aşdı,

İgidlər yurdunun nər övladıyam!

* * *

Tarixdə Nəbisi, Koroğlusu var,

Gen dünya yağıya daim olub dar,

Düşmən qarşımızda yenə oldu xar,

Aslanlar yurdunun şir övladıyam!

* * *

Göydən Yer üzünə ərmağan, payam,

Gündüzlər Günəşəm, gecələr Ayam,

Ən parlaq ulduzdan törəyən boyam,

Ozanlar yurdunun sirr övladıyam!

* * *

Ustacam, vətənim vətən içində,

Axıb duruluruq zaman köçündə,

Min bir anlamı var, adi “heç”in də,

Aqillər yurdunun pir övladıyam!

13.11.2020 – Bakı.

DAĞLAR

(Zaur Ustac şanlı zəfərdən sonra Dağlara)
Tarix səhnəsində yetişdi zaman,
Başlanmış bu çağın mübarək, dağlar!
Hələ nə zəfərlər gözləyir bizi,
Qutlanmış novrağın mübarək, dağlar!

* * *
Dövranın gərdişi döndü, dəyişdi,
Davadan doğulan ərlər yetişdi,
Didilmiş yaralar tutdu, bitişdi,
Üç rəngli duvağın mübarək, dağlar!

* * *
Nə vaxtdır yol-iriz bağlı qalmışdı,
Qoynunda yağılar məskən salmışdı,
Canımı sağalmaz bir dərd almışdı,
Sayalı qonağın mübarək, dağlar!

* * *
Xətai qırmadı könül bağını,
Nadir unutmadı hicran dağını,
İlhamın silahı əzdi yağını,
Dəmirdən yumruğun mübarək, dağlar!

* * *
Qurtuldu yağıdan zənburun, balın,
Bir başqa görünür yamacın, yalın,
Zirvəndən boylanır şanlı hilalın,
Müqəddəs sancağın mübarək, dağlar!

* * *
Haqqa nisbət tutub ulu Ələsgər,
Andırıb, tanıdıb, bilib pərisgar,
Hər səngər məbəddi, pirdi hər əsgər,
Şuşa tək ocağın mübarək, dağlar!

* * *
Ay Ustac, min şükür arzuna yetdin,
“Dədə”n gedən yolu, sən də qət etdin,
Dolandın dünyanı yurdunda bitdin,
Doqquzu zər tuğun mübarək, dağlar!
22.01.2021. Bakı.

Müəllif: Zaur Ustac


Zaur Ustac
ın  Mucrunesriyyati.az saytında satışda olan kitabları haqqında məlumat:

  1. Mucrunesriyyati.az , 1. Arxiv: Archive.vn

ZAUR USTACIN DİGƏR YAZILARI

YAZARLAR.AZ
===============================================

<<<<<<WWW.YAZARLAR.AZ və WWW.USTAC.AZ>>>>>>

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

Ağdam rayonu, Yusifcanlı kənd orta məktəbinin məzunları 30 il sonra

AĞDAM RAYONU, YUSİFCANLI KƏND ORTA MƏKTƏBİNİN 1991 – ci il MƏZUNLARI

AĞDAM RAYONU, YUSİFCANLI KƏND ORTA MƏKTƏBİNİN MƏZUNLARI 30 İL SONRA BİR ARAYA GƏLDİLƏR – 25.05.2021.



YAZARLAR.AZ

===============================================

<<<<<<WWW.YAZARLAR.AZ və WWW.USTAC.AZ>>>>>>

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru