MAHRASA MƏBƏDİ VƏ YA ÇAREK VƏNG, YOXSA ÇIRAQ QALA?
(BÖYÜK İNSAN VƏ BÖYÜK ALİM RAMİZ ƏSKƏRƏ İTHAF EDİRƏM.)
Azərbaycanın ensiklopediya və vikepediya məlumatlarında göstərilir ki, Gədəbəy rayonunda yerləşən tarixi Çarek qalası (Namərd və ya Qız) hüdudları daxilində, Şəmkirçayın sol sahilində yerləşən qədim alban Mahrasa ay məbədi kimi tanınan Çarek vəng monastr kompleksidir.
Bu monastr haqqında yazılan fərziyyələri oxuyarkən qədim Azərbaycan torpaqlarında mövcud olmuş alban məbədlərinin erməni məbədgahları kimi tarixə təqdim olunması çox təəssüfləndirici haldır.Hətta yazılanları təkzib etmək istəyərkən də, tarixçilərin bu məbədləri erməniləşdirmə faktlarını təkrar etmək azərbaycançılıqla bir araya sığmır…
Azərbaycanda islam dini qəbul edildikdən sonra xristian məbədləri sahibsiz buraxılmış, həmin məbədlərdə heç bir dini ayin və ziyarətlər təşkil olunmamışdır.Sadəcə olaraq Türkiyə və İranda yaşayan erməni icmaları Allah evinin sahibsiz qalmasını xristian dininə görə günah hesab olunduğuna istinad edərək, Azərbaycanın hökmdarlarından xahişlə icazə alaraq azsayda erməni kilsə rahibləri mövcud xristian məbədlərində kilsə ayinlərini yerinə yetirmişlər.
Azərbaycanın mərkəzi Bakı şəhərində mövcud olan atəşgahlarda da eyni missiyalar Hindistandan gəlmiş atəşpərəstlər tərəfindən icra edilmişdir.
Adı çəkilən Mahrasa monastrı Azərbaycanda mövcud olan qədim alban abidələri ilə həmyaşdır.Yəni Roma İmperiyasının xristianlığı dövlət dini kimi qəbul etdikdən sonra İmperiyanın nəzarətində olan bütün ərazilərində IV əsrin ortalarından başlayaraq dinin atributu olan kilsələrin tikilməsi tarixi faktlara söykənir.Azərbaycanın da əraziləri həmin dövrdə Roma İmperiysının nəzarətində olduğundan bu ərazilərdə saysız-hesabsız dini məbədlər inşa edilmişdir.Bu kilsələrin “Alban kilsələri” adlanması da təsadüfü deyildir.Xristianlıq Roma İmperiyası tərəfindən 300 ilə yaxın bir dövrdə təqib olunan zaman, İngiltərədə xristianlığı yayan romalı əsgər Albanın şərəfinə II Konstantin tərəfindən xristianlığı dövlət dini kimi qəbul edərkən xalqla barışıq üçün Albanın adını həmin kilsələrə vermişdir.Romalı əsgər Alban xristianlığı yaydığına görə İngiltərəni idarə edən romalı imperator Serivus tərəfindən onun boynu vurulmuşdur.Alban xristianlığın ilk marturu (şəhidi) adlandırılmışdır.Xristian yürüşlərində Albanın əksi ilə bəzədilmiş dini bayraqlar yürüşün əsas simvolu hesab olunurdu. Bu səbəbdən də Avropa ölkələrində bu günə qədər gəlib çatmış məbədlərin hamısı “Alban kilsəsi” kimi adlanmaqdadır.
Mahrasa monastrının adı niyə Ay məbədi kimi tanınır və eyni zamanda kimlər bu adın əleyhinə gedərək onu Çarekvəng adlandırılmasını tələb edirlər?
Əslində məsələnin qoyuluşu anonim olsa da burada erməni izi sezilməkdədir.Məbədin adının Mahrasa kimi adlanması erməni dilinə aid olmamasını sübut edir.Ona görə də erməni təbliğatı öz işini bizim əlimizlə görmək istəmişlər.
Əslində “monastr” sözü avropa mənşəli dillərdən gəlir.Onlar da monastrı “ay məbədi” kimi qəbul edirlər və onu xristianlığın qəbulundən daha əvvəl mövcud olmasını təsdiqləyirlər.Əslində xristianlığa qədər dünya dinləri əsasən 3 dini inanca: Heliusa (günəş), Zeusa (göy, ildırım) və Selenaya (ay) sitayiş etmişlər.Bu sitayişlərin son dövrü aya (selenaya) daha çox olmuşdur.
“Monastr” sözündəki “mon”- “moon” sözünün qədim forması olub “ay” deməkdir.2-ci heca “astr” sözü isə göy cismi olan “ulduz” sözündəndir.Ayın gecə vaxtı ulduzların əhatəsində olduğundan dini inanca görə onların hər ikisi dini inanc kimi qəbul edilmişdir.Ölkələrin bayraqlarında olan nişanələr onun qədim inanc atributlarındandır.
Əslində “man” sözü Amon tanrısının (Ay Tanrısının) adındandır.Amona sitayişlə əlaqədar bir çox teofor(tanrısal) terminlər mövcuddur.Məs: monk(rahib, zahid); monarh(şah, mütləq hökmdar);montane (dağ-Tanrını uca dağ başında olması təsəvvüründən); monument(heykəl-qədimdə tanrıların heykəlləri);monkery (zahidlik həyatı) və s.
Amon tanrısının ibtidai təktanrıçılığa aid olması səbəbindən onun “bir” mənasıda çoxlu sayda teofor sözlər mövcuddur.Məs: Monday(birinci gün); mone (pul vahidi); moncraf (təkbaşına hakimiyyət); manager (rəhbər); mondate (səlahiyyət) və s.sözlər.
Man sözünün insan mənasını bildirən sözlər: monde (kübar, pullu adam); monitor (tərbiyə edən); monkish (tək halda təkyəyə sığınan-guşənişin, zahid, asket); monopolist (tək əlçilik); monk-fish (su pərisi-yarı insan yarı balıq. Ramiz Əskərin “Su pərisi” şeirini xatırladım…); monkey (İnsanabənzər-meymun) və s.
Dillərin müqayisəli təhlilindən aydın olur ki, “monastr” sözü həqiqətən həm tanrı evidir, həm də Ay Tanrısının (Amonun) ibadət yeridir.
O ki qaldı Çarekqala və ya Çarek vəng adlarının mənasına, bu söz ermənilər tərəfindən elə dəyişdirilmişdir ki, sözün mənasını nə bizimkilər, nə də ermənilər müəyyən edə bilməmişlər.
Əslində “Çarek” sözü qədim türk dilindəki “çıraq” sözüdür.Qədim türklərdə “çər” od deməkdir.”Çərşəmbə” sözü də buradandır.Od Tanrısının inancına görə uca dağların başında od yandırılırdı.Orada tikilən məbədlərdə tanrıya ibadət üçün qalalar tikilirdi və həmin qalalarda od yandırılırdı. Bəzi türk tayfalarında “qal” sözü də od deməkdir.”Qala” sözü orada od qalandığından özünə neologizm yaratmışdır. Azərbaycan ərazisində “çıraq” sözü ilə əlaqədar bir çox toponomik adlar vardır.Məs: Çıraqlı, Çıraq qala, Çıraqkənd, Çərəkən və s.
Maraqlıdır ki, Ərəb xilafəti dövründə Gədəbəydə erməni rahiblərinin ibadət etdikləri Çıraq qala monqolların Azərbaycana 1-ci yürüşü dövrü Kəlbəcər rayonundakı Gəncəsər kilsəsinə köçürülmüş və 17-ci əsrdə yenidən Gədəbəydəki məkanına – Çıraq qalaya qaytarılmışdır.
Gəncəsər monastrı adından göründüyü kimi onun xristanlıqdan əvvəl ay məbədi olması məntiqi nəticəyə gəlməyə əsas verir.Onun yerləşdiyi kəndin adı da Vəngdir.”Vəng” sözü xristianlıq termini olan “yevangeliya”- “dini məbəd” sızündəndir.Azərbaycanda toponim kimi formalaşmış Qərvənd, Xudavənd, Xocavənd, Sırxavənd və s. adlar Alban məbədlərinin yerləşdiyi məkanlardır.Elə Vəng kəndinin də adı oradandır.
O ki qaldı Kəibəcər toponiminin adına, təəssüf ki, bu günə qədər heç bir dilçi və toponimist alim bu adı fonetik dəqiqliklə aça bilməmişdir.
Yuxarıda qeyd edildiyi kimi Azərbaycanda Ərəb xilafəti uzun müddət hakimiyyətlərini sürdürmüş və bu ərazidə ərəb arealı formalaşmışdır.Məlum olduğu kimi Azərbaycan ərazisində qədim alban kilsə kompleksi Kəlbəcərin Vəngli kəndindəki Gəncəsər monastrıdır.
Ərəb dilində “böyük” mənasını bildirən “kəbr” sözü vardır.Kəlbəcər sözünün 1-ci hissəsi “kəlbə” sözü mümkün “r-l “ fonetik əvəzlənməsi və sözün bütünlükdə yerli şivədə türkləşməsi nəticəsində “kəbr” sözü “kəlbə” kimi formalaşmışdır.Sözün 2-ci hissəsi “cər-çər” sözü də “çıraq” sözünün ərəbcədən sıxılmış formasıdır.Söz bütövlükdə “Böyük Çıraqlı, Böyük vəng, Böyük kilsə” mənasına gəlir.
“Gəncəsər” sözü heç də təsadüfi yaranmamışdır.Bu kilsələrin əsas məramı xristian əhalisindən xərac toplayan funksiyasına görə adlanmışdır.”Gəncə” sözü “xəzinə” mənasını bildirir.”Sər” sözü isə “çər” (çıraq) sözünün asimlatik formasıdır.Gəncəsər sözü bütövlükdə “Xəznədarlıq kilsəsi” mənasına gəlir.”Gəncə” sözü ərəb dilindəki “xəzinə” sözünün farslaşmış formasıdır.Dilimizə bir çox fars sözləri kimi daxil olmuşdur.
Bu gün Ermənistan ərazisində Üçkilsə rayonunda qədim alban abidəsi Eçmiəzdin kilsəsinin adı da ərəblər tərəfindən verilmişdir.Ərəb dilində “məaz” sözü dilimizdə “sığınma, sığınacaq, pənah yeri” yəni təkyə kimi mənalanır.”Məad”sözü də “qayıdılacaq yer, axirət” kimi izah olunur.
Eçmiəzdin kilsəsi azsaylı rahiblərin yaşayış tərzi, yəni monastr həyatı olduğundan onu ərəblər təkyə yeri (dindarların sığınacağı) adlandırmışlar.
İrəvan toponiminin də etimologiyası bu səpgidəndir.Bu ərazidə də çox sayda kilsə olduğundan “İr-hor-günəş tanrısı”, “van” isə yevangeliya sözündən olub, “vəng” şəklində formalaşmışdır.Yəni “Tanrı monastrları” kimi anlaşılır.
Qədim Azərbaycan ərazisi olan Göyçə gölünün ətrafında alban abidələri yerləşdiyindən Sevan sözündəki “van” sözü də “vəng” sözündəndir.Sevan və Eçmiəzdin sözünün birinci hecası “üç” və “sə” (fars) sözləri 3 rəqəminə işarədir. Həqiqətən də orada yerləşən kilsələrin sayı 3 korpusdan ibarətdir.
Araşdırmadan belə nəticəyə gəlmək olur ki, Gədəbəy rayonunda yerləşən Mahrasa monastrının türkcə adı “Çıraq qala” olmuşdur.Sonradan adı monastr sözünün şərq sinonomi olan Mahrasa kimi formalaşmışdır.Ermənilər həmin monastra gəldikdən sonra məbədi özününküləşdirmək üçün qədim türkün “çıraq” sözünü “çarek” edərək türkçülüyün izini itirmək istəmişlər.
Məbədin qədim adlarından biri olan “Qız qalası” sözü də ərəblərdən gəlmədir.Ərəblər Oğuz sözünü sıxaraq onu “qız və quz” kimi işlətmişlər.Buna səbəb ərəb dilində “o” səsi o qədər də mütəhərrik deyildir.”Qız qalası” sözü yerli oğuzların adını andıran “Oğuz qalası” mənasındadır.
Erməni saxtakarlığı daş kitabələrdən tutmuş bu günkü kitablarına qədər saxta və uydurma mifologiya ilə doludur.Əslində onların ideologiyası mifologiya əsasında qurulmuşdur.Daha doğrusu bu onlarda anadangəlmə instinkt qədər daşlaşmışdır.
P.S.Mən deyərdim ki, dilçilik elmi müqayisəli təhlillə tarixin bir çox açılmamış səhifələrinə aydınlıq gətirər.Mən düşünürəm ki, dilçilik elmini dəqiq elmlərə aid etmək daha düzgün olardı.
Təşəkkür edirəm.
Müəllif: Həsən ƏLİYEV
Mustafa Müseyiboğlu adına kitabxana
===============================================
<<<< WWW.YAZARLAR.AZ və WWW.USTAC.AZ >>>>
Əlaqə: Tel: (+994) 70-390-39-93 E-mail: zauryazar@mail.ru