Etiket arxivi: BARƏDƏ

KƏNAN HACI

KƏNAN HACININ YAZILARI

Bu gün Kənan Hacının doğum günüdür! Yazarı doğum günü münasibəti ilə təbrik edir və “21 – XXI ƏSRİN 21 AYDINI” kitabından haqqında olan məlumatları sizə təqdim edirik:

                                                   Kənan  HACI

Kənan Hacı (Kənan Hacıyev; 1975, Buzovna) — şair, yazıçı, esseist, tərcüməçi.

HƏYATI
Kənan Hacı 3 mart 1975-ci ildə Bakının Buzovna qəsəbəsində anadan olub. 1992-ci ildə Xəzər rayonu Buzovna qəsəbəsinin 125 saylı orta məktəbini bitirib. 1995-ci ildə özəl universitetin jurnalistika fakültəsini bitirib.

FƏALİYYƏTİ
1995-ci ildən yazıları mütəmadi olaraq dövri mətbuatda çap olunur. “İki sahil”, “Ədalət”, “Vətəndaş həmrəyliyi”, “Yazar” və digər qəzetlərdə çalışıb. APA İnformasiya Agentliyinin Kulis.az saytında redaktor, “Qanun” Nəşrlər Evində redaktor, Publika.az portalının redaktoru, Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Tərcümə Mərkəzinin “Aydın yol” qəzetində redaktor vəzifələrində çalışıb. Azərbaycan Yaradıcılıq Fondunun Sim-sim.az saytının redaktorudur.

Azərbaycan Yazıçılar Birliyinin üzvüdür. Müxtəlif ədəbi əsərlərdən ibarət 11 kitabı nəşr olunub. Tərcümələrindən ibarət 5 kitab çap olunub. Əsərləri rus, türk, ingilis, ukrayn dillərinə tərcümə olunub, müxtəlif nüfuzlu antologiyalarda, almanaxlarda dərc olunub.

Bakı Slavyan Universitetinin Yaradıcılıq fakültəsinin Elmi Şurasının üzvü olub. Azərbaycan Radiosunun “Qərib axşamlar” verilişinin iki buraxılışı onun yaradıcılığına həsr olunub. Yaradıcılığı haqqında Vaqif Yusifli, Əsəd Cahangir, Tofiq Abdin, Səlim Babullaoğlu, Ülvi Babasoy, Şərif Ağayar, Cəlil Cavanşir, Mətanət Vahid və digərləri yazılar yazıb.

MÜKAFATLARI
2004-cü ildə Müstəqil Media Mərkəzinin “İlin ən yaxşı jurnalisti” mükafatına layiq görülüb. Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə keçirilən “Kitab bayramı” yarışmasında “2009-cu ilin Yeni Nəsil yazarı” mükafatını alıb. “Qızıl Qələm” və “Həsən bəy Zərdabi” mükafatları laureatıdır. 2016-cı ildə Azərbaycan Yazıçılar Birliyi ilə “Ədəbiyyat qəzeti”nin təsis etdiyi “Əli bəy Hüseynzadə” mükafatına layiq görülüb.

ƏSƏRLƏRİ
Kitabları
2008-ci il – “Retro yuxular” (Xüsusi buraxılış)
2009-cu il – “Özündən qaçmaq olmur” (şeir)
2010-cu il – “Çəhrayı qan” (nəsr)
2010-cu il – “Quşlar üçün karusel” (nəsr)
2011-ci il – “Yağ kimi” (roman)
2013-cü il – “Atamın sevgilisi” (nəsr)
2013-cü il – “Yaddaş kartı” (memuar-roman)
2014-cü il – “Rəqqasə” (roman)
2015-ci il – “Uzaqdasan, soyuqdur” (şeir)
2015-ci il – “Ədəbiyyatın kulisi” (esselər)
2017-ci il – “Fironun dəftəri” (roman)
2017-ci il – “İki qadını ayıran pəncərə” (nəsr)

Pyesləri
2004-cü il – “Kölgə” (pantomim)
2017-ci il – “Xəlbir və ney”


Tərcümələri
Lev Tolstoy – “İnsan nə ilə yaşayır”
Umberto Eko – “Naməlum O”
“Həyat işığı” (Rus ədəbiyyatından seçmələr)
“Əjdahanı necə öldürdülər” (Avropa yazarlarından hekayələr)
“Actus reus” (müştərək)


>>>> ƏN ÇOX OXUNAN HEKAYƏ <<<<

“21 – XXI ƏSRİN 21 AYDINI”-TUNCAY ŞƏHRİLİ

TUNCAY ŞƏHRİLİNİN YAZILARI

“YAZARLAR”  JURNALI PDF


YAZARLAR.AZ

===============================================

<<<<<< WWW.USTAC.AZ və  WWW.BİTİK.AZ >>>>>> 

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

Sona Abbasəliqızı – “Hər tamaşa isə bir ömür”


>>>> ƏN ÇOX OXUNAN HEKAYƏ <<<<


“Hər tamaşa isə bir ömür”
Doğrudan da, hər xalqın öz milli mənəvi dəyərləri, öz yaradıcı ruhu var. Əsrlərdir, bütün xalqlar insan həyatında dönüş yaradan adi, qeyri-adi proseslərin təfərrüatlarını öz ruhunun zirvələrində xarakterizə edir. Azərbaycan xalqının da ictimai təfəkküründə insana hörmət əsas prioritetlərdən sayılır. Nə xoş ki, yaxından tanıdığım, çöhrəsi nurlu ziyalı Dilarə Nağıyeva da Azərbaycan xalqının sədaqətli övladıdır.
Məlumat üçün bildirim ki, 28 fevral saat 14:30-da Səməd Vurğun küçəsi 24-də yerləşən Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsində tanınmış ictimaiyyətçi Dilarə Nağıyevanın anadan olmasının 80 illiyi və müəllifi olduğu “Hər tamaşa isə bir ömür” kitabının təqdimat mərasimi keçirildi.
Maraqlı ideyaları ilə cəmiyyətdə nüfuz qazanmış Dilarə Nağıyeva müəllifi olduğu “Hər tamaşa isə bir ömür” kitabını neft milyonçusu, xeyriyyəçi, çətin gündə əldən tutmuş babası Ağa Musa Nağıyevin həyat və fəaliyyətinə həsr edib. Kitabda xeyriyyəçiliyi özünə bir həyat səltənəti seçmiş Ağa Musa Nağıyevin insanlıq işi geniş şəkildə təqdir edilib, müəllif bu araşdırma-tədqiqat işi ilə həyatı insana sevdirməyi bacaran tarixi bir şəxsiyyətə bir növ, büst yonub.
Əlbəttə, tədbirə ictimaiyyət nümayəndələri, ziyalılar, Ağa Musa Nağıyevin insanlığına yüksək dəyər verənlər təşrif buyurmuşdu və hər çıxışda kitabın elmi-publisistik səciyyəsi xüsusi vurğulandı.
Çıxış edənlər həmçinin, Dilarə Nağıyevanın 80 illiyi ilə bağlı səmimi sözlər səsləndirdilər, bu yaşda onun həvəslə, yorulmadan çalışmasına diqqət çəkdilər.
Dilarə Nağıyeva tədbirə gələnlərə öz təşəkkürünü bildirdi, milyonçu-xeyriyyəçi babası haqda qarşıda yeni araşdırmalar aparacağını qeyd etdi.
Bəli, Dilarə Nağıyeva dövlətsevər insandır. Onun solğun duyğulara vurduğu həyat ilmələri çoxlarının könül dünyasına sığal çəkir. Səmimi deyim ki, xeyli vaxtdır tanıdığım, şəxsiyyətinə və yaradıcılığına hörmət etdiyim bu dəyərli qadın öz kövrək və səmimi hisləri ilə bizim də ovqatımıza rəng qatmağı bacarır. Bütün hallarda o, nikbindir, kənardakına da xoş aura bağışlayır.
Bilirik ki, örnək həyata, bacarığa, nümunəvi əxlaq və davranışa sahib ola bilməyin də özünün məlum çətinlikləri var. O insan ki, zəhmətin müqabilində əldə etdiyi əməksevərliyi istedadı ilə qoşalaşdırır, onun örnəklik qazanma şansı daha çox olur. Tarixdə belə tale yiyələri olub və bu gün də mövcuddur. Açığı, şəxsiyyətinə hörmət etdiyim Dilarə Nağıyeva da bəxtinə örnək həyata, bacarığa sahiblik yazılmış insanlardandır. Tədbirdən fotolar:

Sizə möhkəm can sağlığı arzulayıram, Dilarə Nağıyeva! Kitabına örnək ad seçmisən. Doğrudan da, hər tamaşa bir ömürdür…


>>>> ƏN ÇOX OXUNAN HEKAYƏ <<<<

Müəllif: Sona ABBASƏLİQIZI

SONA ABBASƏLİQIZININ YAZILARI


YAZARLAR.AZ

===============================================

<<<<<<WWW.YAZARLAR.AZ və  WWW.BİTİK.AZ >>>>>>

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

“ƏBDÜRRƏHİM BƏY HAQVERDİYEV – 150” TƏDBİRLƏRİ DAVAM EDİR

Əbdürrəhim bəy Haqverdiyev – 150

Bu gün Azərbaycan Yazıçılar Birliyində Mustafa Çəmənlinin Əbdürrəhim bəy Haqverdiyev – 150 yubiley tədbirləri çərçivəsində tərtib etdiyi “Əbədiyyət yolçusu” adlı yeni kitabın təqdimat mərasimi olub. Bu barədə tanınmış qəlaəm adamı, “525-ci qəzet”in baş redaktoru, AYB sədrinin müavini Rəşad Məcid öz sosial media hesabında paylaşm edib:

“Yazıçılar Birliyində Əbdürrəhim bəy Haqverdiyevin 150 illiyiylə bağlı yazıçı-publisist Mustafa Çəmənlinin tərtib etdiyi “Əbədiyyət yolçusu” kitabının təqdimatına yığışdıq.Hörmətli alimlərin , o cümlədən professor Vilayət Quliyevin çıxışları böyük maraqla qarşılandı. Vilayət müəllim Ə.Haqverdiyevin diplomatik fəaliyyətindən geniş söhbət açdı və onun o vaxtkı Dağlı respublikasında Azərbaycan nümayəndəsi kimi çalışdığı Buynaks ( keçmiş Teymurxanşura) şəhərindəki binada xatirə lövhəsinin açılması təklifini irəli sürdü. Gələcəkdə böyük yazıçının yubileyinin Qarabağda, Şuşada keçirilməsi arzularımızı da dilə gətirdik.” Mənbə: Rəşad Məcid

Biz də Yazarlar olaraq, görkəmli ədibimizi rəhmətlə anır, çox hörmətli yazarımız Mustafa Çəmənliyə yeni-yeni yaradıcılıq uğurları arzu edirik.


>>>> ƏN ÇOX OXUNAN HEKAYƏ <<<<

Əbdürrəhim bəy Haqverdiyev – 150

“Tərəfsiz ədəbiyyat tarixdir” layihəsi

ZAUR USTACIN SATIŞDA OLAN KİTABLARI


YAZARLAR.AZ

===============================================

<<<<<< WWW.YAZARLAR.AZ  və  WWW.USTAC.AZ >>>>>>

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

ZAUR USTAC – MUSTAFA

Zaur USTAC – Şair-publisist.

MUSTAFA
Talelər müxtəlifdir;
Kimi “Dayandur” olur,
Kim isə “Sevinc”, “Vüsal”…
Bəxti Yaradan verir,
Adı ata, analar…
Nə qədər “Bəsdi”, “Arzu”,
“Sevindik”, “Kifayət” var…
“Yetər”lər sevindiyi
Dünyadır bizim dünya;
Bilirlər ki, nə qədər
Hələ “Qızyetər” də var!
Övlad Allah payıdır,
“Ruzisin Allah verir,
Yükünü Yer götürür…”
Kimi oğlan olanda,
Kim isə qıza görə,
Bəzən köksün ötürür…
Dünya saysız, hesabsız
Misallara səhnədir.
Qız, oğul fərq eləməz,
Biganə, biganədir…
İstiqanlı, sevəcək…
Adın soyuq etməyin,
Övlada ad verənlər!
“Fidan”, “Humay” ya “Ucal”
Nə çoxdur ismi-sərif…
Bu gün elə ad verin,
Sabah gətirsin tərif!
02.03.2022 – Bakı.

Müəllif: Zaur Ustac

Əbdürrəhim bəy Haqverdiyev – 150

“Tərəfsiz ədəbiyyat tarixdir” layihəsi

ZAUR USTACIN SATIŞDA OLAN KİTABLARI


YAZARLAR.AZ

===============================================

<<<<<< WWW.YAZARLAR.AZ  və  WWW.USTAC.AZ >>>>>>

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

ZAUR USTAC – BB

ZAUR USTACIN HEKAYƏLƏR KİTABI – “BB”

BB
(hekayə)
20.12.2021-ci il, Bakı vaxtı ilə səhər saat 9:00, mən artıq işdəyəm. Düzü, telefondakı vaxt barədə nəticə məni qane etmədiyinə görə tələsik dəhlizə çıxıb divardakı saata da baxası oldum. Heç məndən çıxmaz iş, bəlkə də ömrümdə birinci dəfə işə vaxtında gəlmişəm. “Tez oyananla tez evlənən uduzmaz” məsəlini beynimdə çək-çevir edə-edə iş masamın arxasına əyləşdim. Günün mətbu nəşrlərini vərəqləyirdim ki, telefonlardan biri zəng çaldı. Ofisdə orta yaşlı xadimə xanımla məndən başqa heç kim yox idi. Dəstəyi xanım götürdü:
– Bəli. Buyurun. Bəli. Yaxşı, – telefona cavab verdikdən sonra, – Əli müəllim, zəhmət omasa 14 – ü qaldırın.
– Məni soruşurlar? – Bir az da heyrətlə soruşdum. Düzü məəttəl qalmışdım. Səhərin gözü açılmamış kim idi ,görəsən? Nə istəyirdi? “Adbaad elə məni soruşdular ay xanım?” – deyə bir də xanımdan soruşdum.
– Xeyr. Soruşdular işçilərdən orada kim var?
– Oldu, – deyib dəstəyi götürməkdən başqa çarəm qalmadı. – Bəli. Buyurun. “Karvansara” dərgisinin baş redaktorunun dördüncü müavininin baş köməkçisinin birinci köməkçisi Əli Mülayim. Eşidirəm sizi, – xəttin o başından incə, ancaq amiranə xanım səsi eşidildi:
– Olar, sizə elə kəsədən Əli müəllim deyim?
– Bəli. Olar. Buyurun. Eşidirəm sizi.
– Sizi “BB”-dən İlahə xanım narahat edir.
– Buyurun, İlahə xanım, – məşhur “BB”-şirkətinin adını eşidən kimi gözlərimə işıq gəldi. Ani olaraq ataların ruhuna bir rəhmət göndərib, – Buyurun. Narahat etmirsiniz xoşdur, – deyə davam etdim.
– Bilirsiniz, qarşıdan həm bizim bosun, həm də şirkətimizin yaranmasının yubileyi gəlir. Bu münasibətlə Bəy Bala müəllim jurnalistləri çağırıb müsahibə verir. Bu gün səhər saat 10:00 üçün gələ bilərsiniz, sizi görüşə yazım?
– Bəli. Yaza bilərsiniz. Yazın. Ancaq gəlin ünvanı dəqiqləşdirək. Mən sizin ofisin yerini təxmini bilirəm. Yenə də dəqiqləşdirsək yaxşı olar. Deyə bilərsinizmi?
– Bəli. Zəhmət olmasa, qeyd edin.
– Deməli, – Çingiz Mustafayev 104, həyətə girən kimi sağdakı boz qapı, üstündə iri hərflərlə “BB” yazılıb. Oldu. Düz vaxtında orada olacam. Xanım dedikcə qeyd edirmiş kimi, qələmi qeyd dəftərçəsinin üzərində gəzdirsəm də əslində heç nə yazmırdım. Çünki o dedikcə hara gedəcəyim gözlərimin önündə canlandığından buna ehtiyac duymadım. Söhbət bitəndə sadəcə bugünkü tarixə görüş vaxtını qeyd etdim. Sonra redaksiyanın çıxış kitabına çıxdığım vaxtı və gedəcəyim ünvanı yazdım. İçərisində müxtəlif vəziyyətlər üçün hazır suallarım və gündəlik iş üçün vacib digər sənədlər olan qovluğumu qoltuğuma vurub ofisdən çıxdım. “BB” – nin ofisi bizdən bir neçə küçə Qış Parkına tərəf aralı idi. Bizim ofis Həzi Aslanov küçəsində yerləşirdi. Vaxta 15 dəqiqə qaldığına görə “BB” – nin ofisi olan küçədən keçib Qış Parkına gəldim. 10:00-a 5 dəqiqə qalana qədər düz iki siqaret çəkdim. 5 dəqiqə qalanda ağzıma bir saqqız atıb, üstümə ətir vurub təyin olunmuş ünvana doğru yönəldim. “Çingiz Mustafayev 104” – ə çatan kimi bazubənd əvəzi qoluma keçirtdiyim maskamı çıxardaraq üzümə taxdım və üzərində böyük boz rəngli hərflərlə “BB” yazılmış boz qapını açıb içəri daxil oldum. İlahə xanımı soruşdum. Elə girişdəcə telefonların yanında oturmuş xanım gülərüzlə məni qarşıladı:
– Buyurun. Sizə necə kömək edə bilərəm? İlahə xanım mənəm.
– Mən Əli Mülayim. Saat 10 tamama görüş təyin etmişdik.
– Bəli. Buyurun keçin. Bəy Bala müəllim sizi gözləyir. Ancaq zəhmət olmasa, üst geyiminizi və telefonunuzu verin mən saxlayım. Bu qalstuklardan birini bağlasanız lap əla olar. Bax, bu sizin köynəyə lap uyğun gəlir. Buyurun, – deyə üzərində sarı ay-ulduz olan tünd göy rəngli qalstuku mənə uzatdı. Çar – naçar qalstuku alıb girişdəki böyük güzgünün qabağına keçdim. Qalstuku səliqə ilə bağladıqdan sonra, suallar və sənədlər olan qovluğumu da götürüb:
– Mən hazır, – dedim. Xanım əvvəlcə qovluğumu da əlimdən almaq istədi. Birtəhər göz-qaşla başa saldım ki, iş üçün lazım olacaq. Nəhayət:
– Buyurun. Keçin, – deyə-deyə qapını açıb məni otağa saldı. Bəy Bala müəllim sanki məni görmürmüş kimi öz işində idi. “T” şəkilli masanın üzərində barmaq basmağa boş yer yox idi. Disklər, kitablar, bir neçə işlək vəziyyətdə olan notbuk və sonsuz sayda kağız-kuğuz … Bu mənzərəni insan öz gözləri ilə görməsə, sözlə ifadə etmək çox çətindir. Bəy Bala müəllim başını qaldırmadan bir az yorğun səslə:
– Xoş gəlmisiniz. Əyləşin, – dedi və sağ tərəfdə olan yeganə boş kürsünü əli ilə mənə işarə etdi. 5-10 dəqiqə oturandan sonra mənə məlum oldu ki, o da açıq notbuklarda digər ofislərdəki işçilərinin davranışlarını müşahidə edir. Nəhayət, sanki bu məşğuliyyətdən bezərək, – üzr istəyirəm, sizin adınız necə oldu?- deyə düz gözlərimin içinə baxdı.
– Əli Mülayim.
– Çox gözəl, Əli müəllim. Vallah, indi elə zamanada yaşayırıq ki, mülayim olmayıb neynəyəcəksən ki? Lap yaxşısını elə siz eləmisiniz. Mülayim olun.
– Elədir.
– Əli müəllim. Deməli, vəziyyət belədir. Bu üzümüzə gələn dekabrın 25 – i həm mənim 55 yaşım tamam olur, həm də şirkətimin 20 illiyi olacaq. Düzdür, mənim buna ehtiyacım yoxdur, ancaq yenə istəyirəm ki, mətbuatda, televiziyada bu barədə məlumatlar getsin.
– Lap yaxşı. Aydındır, Bəy Bala müəllim.
– Bir də xahiş edirəm o maskanı çıxardasınız ki, sizin nə dediyinizi anlaya bilim. Yoxsa, heç nə başa düşə bilmirəm. Burada kim var ki? Bir də inanın səmimiyyətimə bunlar hamısı boş şeydir. Canı verən də, alan da bax o kişidir! – Dedi və əlini tavandan sallanan bahalı çilçırağa tərəf elə şəstlə qaldırdı ki, məndə də qeyri-iradi olaraq gözəgörünməz qüvvənin bu çilçırağın içində gizləndiyinə əminlik hissi yarandı.
– Doğrudur. Doğrudur. – deyə-deyə maskamı çıxardıb əziz matah bir aksesuar kimi köynəyimin döş cibinə qoydum.
– İndi deyin görüm, hazır gəlmisiniz yoxsa, hər işi mən görəcəm?
– Nə mənada?
– Yəni suallarınız, ya nə bilim bir proqramınız varmı belə hallar üçün?
– Əlbəttə.
– Onda başlayaq.
– Başlayaq. Özünüz, ailəniz və işiniz barədə ürəyinizdən keçənləri, bizim oxucularla bölüşmək istədiklərinizin hamısını anladın. Söhbət əsnasında yarana biləcək vəziyyətlərə uyğun köməkçi suallarla mən sizə kömək edəcəm. – deyib, qovluğumdan bu hal üçün nəzərdə tutulmuş suallar qeyd olunan vərəqi və qeydlər aparacağım ağ A4 kağızları çıxardıb masanın üstünə qoydum.
– Deməli belə. Mən Xanlar rayonunun Bəyoğlular kəndindənəm. Atamın adı Böyük Bəy, onun da atasının adı Bəy Bura, onun da atasının adı Böyük Bəy, onun da atasının adı Bəy Bala, onun da atasının adı Bala Bəy… Nə başını ağrıdım. Bax beləcə gedir. Adam var, atasın tanımır. MaşAllah olsun. Biz yeddi arxa dönənimizi tanıyırıq. Adətdəndi. Kişi gərək yeddi babasının adını bilə. Siz cavanlar da öyrənin və uşaqlarınıza öyrədin. Bu çox vacib məsələdir. Çox yerdə görürsən mənim adımı səhvən “Bəybala” kimi bitişik yazırlar. Bu səhvdir bizim adlarımız ayrı yazılır. Məsələn, Bəy Bala və ya Böyük Bəy. Bax, belə. Siz də düzgün yazın. Siz inanırsınız mən neçə dəfə belə səhvlərə görə bir qəzetin bütün nömrələrini köşklərdən toplatmışam. Nəsə sözüm onda deyil. Biz ailədə, Böyük Bəyin ocağında iki qardaş və iki bacı, dörd uşaq olmuşuq. Mən ailənin ilki, böyük uşaq olmuşam. Sonra bacılarım, Böyük Bəyim, Balaca Bəyim və sonbeşiyimiz, balaca qardaşım Bala Bəy. Deməli, ötən əsrin 90-cı illərində köhnə hökumət dağılanda mənim olardı 25 yaşım. Cavan, sütül oğlan idim. Atam məni oxutmaq istəsə də, düzü, mənim elə bir fikrim yox idi. Rusun əsgərliyinə də gedib gəlmişdim. Bizdə də ara yavaş-yavaş qarışırdı. Nəsə axır ki, kişi saqqızımı oğurladı. 1991-ci ildə nə az, nə çox düz 60.000 manat pul verib məni qoydu Sergey Mironoviç Kirov adına Azərbaycan Dövlət Universitetinin Tarix fakültəsinə. İndi hər yan universitetdir e. Onda bircə dənə universitet var idi. Kişi deyirdi oxu qurtar, səni raykom katibi qoyacam. Onu deyim ki, o vaxt elə oxumaq, filan da yox idi. İnanın bir torba alçaya qiymət yazan müəllimlər var idi. Onları da qınamalı deyil. O vaxtlar vəziyyət çox pis idi. Bu oxumağın mənə xeyri o oldu ki, o vaxtlar müharibəyə getmədim. Bir də günüm Bakının “talkuçka”larında, bazarlarında keçdi. Ticarətin bütün sirlərinə yiyələndim. Bir şənbə-bazarın alverinə bir semestri yola verirdim. Oxumaq, imtahan belə idi. Mən tarixi qurtarana qədər nə raykom qaldı, nə də katiblik. Ta kişinin də o vaxtları deyildi. Mənimlə oxuyan uşaqlardan bir-iki nəfər indi universitetlərdə müəllim işləyir. Çoxu mənim kimi biznesdədir.
– Biznesiniz konkret olaraq hansı sahəni əhatə edir? Zəhmət olmasa bu barədə danışın.
– Tələsməyin. İndi ora gəlirəm. Hamısını yerli-yataqlı danışacam. Deməli, mən Bakıda alverdə, ailəmiz də qalmışdı rayonda. Universiteti bitirdim. Müharibə bitdi. Amma ölkədə vəziyyət daha da çətinləşmişdi. Alverdən başqa heç bir işdə pul yox idi. Atam nə qədər dedi ki, gəl müəllim işlə. Lap səni məktəb direktoru qoyum. Maarifə işə düzəldim. Dedim ki, yox e, bunlar mənlik deyil, mənimki alverdi. Biznes. Onu da deyim ki, ta mənim satmadığım şey qalmayıb ha. Elə axtarışdayam. Nə olsun? Necə olsun? Nə yenilik edim? Nə iş qurum? Bax belə fikirləşirəm. Xarici biznesmenlərin həyatından filmlərə baxıram, kitablar, məqalələr oxuyuram. Bərk axtarışdayam. Allah deyir səndən hərəkət, məndən bərəkət. Bir dəfə bir xarici kinoya baxıram. Lap o qədim Amerika filmlərindəndir. Bəlkə, siz də baxmısınız. Bir əczaçı qadın əlində bir şüşə öz hazırladığı dərmanı kino boyu hərləyir- fırlayır, nə qədər edir bu dərmanı sata bilmir. Axırda necə olursa bir kişi ilə vuruşmalı olur. Kişini yaralayır və kişi infeksiya qorxusundan məcbur olub dərmanı qızıl pulla qadından alır. Üstəlik qadından xahiş də edir ki, bu məhlulla onun yarasını təmiz-təmiz yuyub sarısın. Filmdəki bu fraqment mənə ideya vermişdi, ancaq bu ideyanı harada necə tətbiq edəcəyimi heç cür dəqiqləşdirə bilmirdim. Artıq evlənmişdim. Üzr istəyirəm, arvad da pul istəməkdən başqa heç nə bacarmırdı. Xırda alver ta mənim ehtiyaclarımı ödəmirdi. Ata-anam da rəhmətə getdi. Dost-tanış da hərə bir yandan deyirdi ki, kənddə bacı-qardaşın vəziyyəti pisdir. Onları da yığ gətir Bakıya. Bu kimi hallar məni lap bezdirmişdi. Elə bu vaxtlar qızımın ad gününə hazırlaşırdıq. Böyük uşağım qızdır. Adını da Böyük Bacı qoymuşam. 1 yaşı tamam olurdu. Uşağı ilk dəfə aparmışam bərbərxanaya. Öz dəlləyimin yanına getmişik. Bakıya gələndən bəlkə necə ola, bir-iki dəfə başqa usta yanına gedəm, həmişə bu dəlləyin yanınına getmişəm. İndi də sağ olsun, gəlir elə bax burda, bu ofisdə bütün işini görüb gedir. Nəsə, orda işimiz bitəndən sonra dəllək yavaşca qulağıma deyəsən ki, bəs uşağın başında bit var. Düzü, bu sözü eşidəndə orda sakit qalsam da cin vurdu təpəmə. Gəldim evə arvadla yenə qırdıq bir-birimizi. Baldızım da biz də idi. O dedi ki, bəs yeznə narahat olma, Türkiyədə olanda bizim də saçımıza düşmüşdü. Orda apteklərdə yaxşı dərman satılır. Dərman deyəndə şampun kimi bir şeydir. Ballı indi oradadır. Ad gününə gələcək deyərəm alıb gətirər. Narahat olma ikisin alıb gətirsə, bəsdir. Ballı da mənim balaca baldızımdır. Üç bacıdırlar. Ballı ən kiçiyidir. Alverdə o da yaxşıdır. Dubaydan vurur, İslambuldan çıxır. Bax, mənim bütün həyatım bu Ballı baldızımın hesabına dəyişdi. Yəqin, şəhərdə görmüsünüz “Bala Baldız” gözəllik salonları, “Bal Baldız” kosmetika mağazaları hamısı onundur. Yəni mənimdir. O idarə edir. Nəsə, baldız gəldi, iki qab bit dərmanı da gətirdi. Dərman işə yaradı. Bu məsələ yüngülvari dalağımı sancsa da, hələ elə bir ciddi dönüş etməmişdim. Hələ qadın koftası mağazası işlədirdim. Arvadla da elə orda, ona kofta satanda tanış olmuşam. Nəsə, bu başqa söhbətin mövzusudur. Yadınızda olar yəqin ki, bir ara quş qripi yayılmışdı?
– Bəli. Bəli. Yaxşı yadımdadır.
– Bax, o vaxtlar söz gəzirdi ki, guya xaricdə bloklara girib qapı dəstəklərinə, avtobus və metroda tutacaqlara nəsə püskürdürlər camaat da xəstələnir. Əslində bu xəstəliyin göydə uçan quşlarla heç bir əlaqəsi yoxdur. Yerdəki bayquşların işidir. Bu məsələnin bizə heç bir aidiyyəti olmasa da ideyanı bir az yerindən tərpətmişdi. Və nəhayət, bir gün təsadüfən televizorda gördüm ki, bir kişi bizim Tərtər rayonun bir kəndində soxulcan yetişdirib, fermerlərə, balıq tutanlara satır. Bu xəbəri görən kimi, “Böyük Biznes” ideyası işə düşdü və avtomatik olaraq anındaca “Biq Boss”a çevrildim. İnan ki, o gecəni evdə yatmadım. O saat hava limanına, oradan da bir başa İslambula uçdum. Ora çatdım, heç otelə də getmədim. Elə hava limanında gözlədim səhər olan kimi apteklərə baş çəkməyə başladım. Gördüm, maşAllah olsun bit dərmanının çeşidləri lap çoxdur. Bir gün aradım-araşdırdım. Ən tanınmış firmaların üçü ilə danışıb, razılaşıb elə həmin gecə qayıtdım Bakıya. Və başladım burada da apteklərlə, kosmetika mağazaları ilə danışıb, razılaşmağa. Hər şey tam hazır olandan sonra kofta mağazasını mal qarışıq satdım. Başladım Türkiyədən mal vurmağa. Mallar gəldi payladım “toçka”lara. Gördüm, yox e mal getmir. İdeyanı saldım işə. Daha doğrusu öz – özündən düşdü işə. Birinci rayonda olan qardaşım Bala Bəy xəbər göndərdi ki, uşaqları bit basıb. O dərmandan bizə də göndər. Mən də ona xəbər elədim ki, bəs dərmanı neynirsən evi-eşiyi də sat, külfəti də götür gəl Bakıya. Sağ olsun, sözümü yerə salmadı. Heç bir həftə keçmədi gördüm yığışıb gəlib. Gələn kimi Sovetskidə hamam – tualetsiz evlərindən bir dənə 3 otaqlı ev kirayə tutdum onlara.
– Üzr istəyirəm, niyə məhz belə?
– Hövsələniz olsun. İndi deyəcəm. Deməli, qardaşımın maşAllah 7 uşağı var. 2 nəfər özləri, bir də qaynanası. Düz 10 nəfərdirlər.
– Mən onu soruşmurdum. Həqiqətən evin hamam-tualeti yox idi. Bəs necə yaşayırdılar orada?
– Əlbəttə. O evlərdə hamam-tualet olmur. Sadəcə həyətdə bir ümumi ayaqyolu olur vəssalam. Bizə də elə belə evlər lazım olur. Çünki onlar saçlarını yumurlar. Əksinə çirkli saxlayırlar ki, bitlər üçün münbit mühit olsun.
– Bəs onlar nə iş görürdülər?
– “Görürdülər” yox, “görürlər”? Onlar bu saat da elə orada yaşayır və işləyirlər.
– Bəs sökməyiblər oranı?
– Xeyr. Neçə illərdir deyirlər, hələ bir şey yoxdur. Bir də qardaşımın indi lap şəhərin mərkəzində yeni tikilən binalarada bir yox, bir neçə mənzili var. Ora sadəcə bizim iş yerimiz çörək ağacımızdır. Deməli, bunları ora yerləşdirib, tapşırdım ki, siz ancaq əlinizdə olanı yemək-içməyə bir də yol puluna xərcləycəksiniz hər ayın 5 – i həm xərcliyinizi həm də qazancınızı mən verəcəm. Sizin işiniz o olsun ki, yeyin-için, bitləri çoxaldın. Səhər –axşam şəhərin insanlar gur olan yerlərində, ticarət mərkəzlərində, avtobuslarda, metroda basabas vaxtı girin camaatın içinə, ürəyiniz istəyən qədər gəzin.
– Üzr istəyirəm, belə niyə?
– Eh, dostum. Bitlərin yayılması üçün. Bu bit təmiz başı, yəni xam yeri elə tanıyır, elə tanıyır… Bir bilsən. Bu barədə yazsam indi elmlər doktoru idim. Deməli, birinin saçında bit varsa, 25-30 nəfər sərnişin tutumu olan avtobusda bircə dövrə vuranda ən azı 100 adama bit salır. Gör indi maşAllah 50-60 nəfərlik avtobusda bu nə qədər olur ha… Öz də onlara tapşırmışam ki, avtobusa bir dəfə mindin sürücü tanıyıb zorla düşürənə qədər düşməsinlər. Belə həm də “rasxod” azalır. Onların özlərinə xeyirdir. Qazancları artır. Nə başını ağrıdım. Birinci ayın sonunda apteklərə mal çatdıra bilmədim. Allah bərəkət verdi. Mal vur, pul götür… Mal vur, pul götür… Bacılarımı da gətirdim Bakıya. İndi maşAllah olsun. Təkcə qardaş-bacılar deyil, qardaşuşaqları, bacıuşaqları, hələ canım sənə desin, sinifyoldaşlarımdan da bir neçəsinin çalışdığı belə ocaqlarımız var. Şəhərdə təxminən 100- ə yaxın obyektdə bit yetişdirib yayırıq. Daha doğrusu bitlərin çoxalıb, yayıla biləcəkləri münbit mühit formalaşdırırıq. Dünyanın müxtəlif təbiəti, canlı aləmi sevən təşkilatlarından bilirsiniz nə qədər mükafatlarımız var? – deyə mənə işarə edərək yana qanrılıb rəfdəki müxtəlif formada və dillərdə olan diplomları, prizləri göstərdi.
– Bu işlə yalnız Bakıda məşğulsunuz?
– Bəli. Hələlik ancaq Bakıda. Bilirsiniz bu biznes sırf inkişafla bağlı, inkişaf göstəricisi olan sahədir. Gərək yaşayış ola, insan ola ki, bit də olsun. Bakıdan başqa sıx yaşayış olan yer yoxdur. Gəncə və Sumqayıtda bir-iki dəfə eksperiment aparmışıq nəticə “0”. Hələlik ancaq Bakıda fəaliyyət göstəririk.
– Üzr istəyirəm, Bəy Bala müəllim, sizin qohumlar kimi həyat yoldaşınızın qohumları da belə canla-başla bu ailə şirkətində çalışırlarmı?
– Bayaq sizə dedim, şəhərdə gördüyünüz bütün “Bala Baldız”, “Bal Baldız” obyektlərin hamısı mənim balaca baldızım Ballı xanıma aiddir. Yəni o işlədir. Sağ olsun. Doğmaca arvadımdan görmədiyimin hamısını ondan gördüm. Həm mənəvi, həm maddi. Mən də onu yaşadıram. Hələ indiyə qədər bir sözünü iki eləməmişəm.
– Bəs Ballı xanımdan başqa?
– Başqa heç nə. Siz elə düşünürsünüz ki, onlar da bitli saçla metro, avtobus gəzib bit yayırlar. Yox, dostum. Nəinki, onlar heç doğmaca var yox bircə oğlum Bic Bala burax bit yaymağı, “toçka”lardan pul yığmağa getməyə belə ərinir. Bu işi sinifyoldaşlarımdan birinin oğluna tapşırmışam. Sağ olsun halal uşaqdır. Demişəm əgər qanunu yolla adını dəyişib, Bəy Bura qoysa qızım Böyük Bacını ona ərə verib, şirkəti də bağışlayacam onlara. Oğul, arvad tərəf zaydır. Oğlum olanda nə qədər elədim babalarımdan birinin adını qoya bilmədim ona. Arvadla qaynənəm birləşdilər. Mən də dirəşdim ki, necə olur olsun 2 “B” mütləq olmalıdır. Onlar da dedilər, “nə şiş yansın nə kabab” adını qoydular Bic Bala. Uşaq da odu cüvəllağı, avara. Oxumaq, zad nədi. 15 yaşı olan kimi də evlənib. Yəni arvad “padruqa”larından birinin qızı ilə baş-göz edib. 1 oğul nəvəm var adını da yenə arvad tərəf 2 “B” –ni gözləmək şərti ilə Biq Boss qoyublar. İndi onun da ad günü yaxınlaşır. 1 yaşı tamam olacaq. Bir sözlə qızm Böyük Bacı ilə baldızım Ballını çıxmaq şərti ilə arvad tərəf ancaq xərcləməklə, dağıtmaqla məşğuldur. Düzü, bu ötən müddət ərzində arvadın hələ zəng vurmamasına narahat olmağa başlamışam… – Bəy Bala müəllimin sözü ağzında qaldı. Şəhər telefonunun cingiltili səsi kabineti başına götürdü. Dəstəyini qaldıraraq qaş-gözlə mənə “görürsən?” – deyib davam etdi: – Bəli, buyur, başımın tacı, evimin yaraşığı, şirkətimin loqosu, buyur. Votsapla? Baş üstə. Görüntülü? Baş üstə. – deyib dəstəyi asdı. Və mobil telefondan görüntülü yığdı. Nə billah etsə də həyat yoldaşı öz görüntüsünü açmadı. Əksinə Bəy Bala müəllimi məcbur etdi ki, kabinetin bütün künc bucağını mən də daxil olmaqla ona göstərsin. Görüntü olmasa da arada xırç-nırç, şap-şup kimi səslər qarışıq kişi səsinin eşidilməsi mənim də diqqətimi çəkdi. Elə bu vaxt Bəy Bala müəllim bir az da əsəbi kimi: – Hardasan, bu nə səs-küydü? – deyə sual verdi. Cavab özünü çox gözlətmədi: – Qəssab Mehralının yanındayam, bilirsən də onda həmişə “üçbacılıq” yaxşı ət olur. Eşidirsən, Mehralı sənə salam deyir. Deyir, çox sağ olsun. Yaxşı kişidir. Bəy Bala müəllim bu dəfə yenə də mənə qaş-göz eləsə də mən bu işarələrə bir anlam verə bilmədim. Nəhayət: – Yaxşı canım, öpdüm. Sən də salam de. Di, hələlik. Əlimdə işim var. – dedi və cavab gözləmədən zəngi sonlandırdı. Dilxor halda mənə tərəf çevrilərək:
– Evlisiniz, subay?
– Subay.
– Kifayətdir. İndi bu yazının adını nə qoyacaqsınız?
– Fikrimdən“Bit Biznesi” keçsə də, “Böyük Biznes” dedim.
– Bəlkə, bu yazının adını elə “Böyük Bədbəxt” qoyasınız? Ya da heç nə lazım deyil. Yubiley-mubiley olmayacaq. Siz də xahiş edirəm bunu götürüb, o məşhur tamaşada deyildiyi kimi… – deyərək əlində tutduğu şax “200”lüyü zorla maskanın yanına yerləşdirdi.
– Çox sağ olun. Heç yaxşı olmadı, Bəy Bala müəllim. Əgər fikriniz dəyişə, qoy İlahə xanım sadəcə mənə xəbər eləsin. Yazını hazırlayıb, hazır saxlayacam.
– Lap əla oldu. Xeyli yüngülləşdim. Başqa heç nə lazım deyil. Qalstuku da açma, sənə yaraşır. Bizdən hədiyyə olsun. Subay oğlansan get dincəl! Ye, iç, kef elə! Qarşıdan gələn Yeni İlin də mübarək!
– Çox sağ olun, – sağollaşıb ofisə qayıtdım. İndi oturub yeni zəng gözləyirəm. Ancaq bu dəfə tək deyiləm. Ac və qoca qurdlar hamısı buradadır.
Son.
06.12.2021. Bakı.

Müəllif: Zaur Ustac

Əbdürrəhim bəy Haqverdiyev – 150

“Tərəfsiz ədəbiyyat tarixdir” layihəsi

ZAUR USTACIN SATIŞDA OLAN KİTABLARI


YAZARLAR.AZ

===============================================

<<<<<< WWW.YAZARLAR.AZ  və  WWW.USTAC.AZ >>>>>>

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

Sadi Somuncuoğlu vəfat edib

Sadi Somuncuoğlu vəfat edib. YAZARLAR cameəsi olaraq, qələmdaşlarımız adından onu sevənlərə, yaxınlarına və doğmalarına başsağlığı verir, Böyük Allahdan rəhmət diləyirik. Ruhuna Fatihə.

Mənbə: İmdat Avşar


YAZARLAR.AZ

===============================================

<<<<<<WWW.YAZARLAR.AZ və  WWW.BİTİK.AZ >>>>>>

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

Ünsiyyət mədəniyyətinin formalaşmasında müəllimin rolu – Zülfiyyə Vəliyeva

ZÜLFİYYƏ VƏLİYEVANIN YAZILARI

Ünsiyyət mədəniyyətinin formalaşmasında müəllimin rolu
İnsanın sosiallaşması onun ünsiyyət mədəniyyətinin formalaşması, ünsiyyət təcrübəsinə yiyələnməsi ilə sıx bağlıdır. İnsan cəmiyyətdə yaşayıb fəaliyyət göstərməsi üçün adamlarla, sosial qruplarla ünsiyyətə girməyi, lazımi informasiya mübadiləsi aparmağı və onlara təsir etməyi bacarmalıdır. Bunsuz hər hansı bir sahədə fəaliyyət göstərmək, özünü ifadə və təsdiq etmək mümkün deyildir. Bu baxımdan düzgün ünsiyyət qurmaq bacarığı şəxsiyyətin sosiallaşmasının mühüm tərkib hissəsini təşkil edir. Ünsiyyət dedikdə, insanların informasiya mübadiləsi, qarşılıqlı təsiri və bir-birini qavraması prosesi başa düşülür. O, əsas sosial tələbatlardan biri olmaqla şəxsiyyətin inkişafı və formalaşmasının vacib şərtini təşkil edir. Müasir psixoloji-pedaqoji ədəbiyyatda ünsiyyətin 3 tərəfi fərqləndirilir. Ünsiyyətin kommunikativ funksiyası – informasiyaların alınması, çatdırılması və mübadiləsindən ibarətdir. Bu yolla insanlar təsəvvürləri, fikirləri, ideyaları, hissləri ilə bölüşür, başqa adamları dinləməyə, başa düşməyə və inandırmağa çalışırlar. Ünsiyyətin interaktiv funksiyası-insanların qarşılıqlı təsiri olub, tərəf-müqabilinə adekvat təsir göstərməkdən ibarətdir. O, ünsiyyətin nüvəsini təşkil edir. Ünsiyyətin perspektiv funksiyası-insanların bir-birini qavraması, anlaması və öz şəxsiyyətlərini ifadə etməsi ilə bağlıdır. Ünsiyyətin qeyd edilən funksiyaları bir-birilə sıx bağlıdır və vəhdətdə həyata keçirilməlidir. Bəzən məktəbdə ünsiyyətin ancaq bir funksiyasına-informasiya vermək funksiyasına daha çox önəm verilir, digər iki funskiya diqqətdən yayınır. Bu halda müəyyən informasiya verilsə də, müəllim-şagird münasibətləri, bir-birini anlaması kommunikativ tərəf interaktiv tərəf perspektiv tərəf təmin edilmir. Nəticədə, münasibətlərdə çətinliklər yaranır.
Ünsiyyətin formaları – Ünsiyyətin səmərəsi onun forma və üslublarının düzgün seçilib tətbiq edilməsi ilə sıx bağlıdır. Ünsiyyətin iki başlıca forması ayırd edilir: Formal ünsiyyət rəsmi qaydalarla, normalarla tənzim olunur; müəllim-şagird münasibətləri rəsmi münasibətlərdir. Qeyri-formal ünsiyyət rəsmi qaydalarla müəyyən olunmur, şəxsi xarakter daşıyır, simpatiya və antipatiyaya əsaslanır. Qeyri-formal ünsiyyət insanların münasibətinə, kollektivin fəaliyyətinə təsir göstərir. Lakin qeyri-formal ünsiyyətdə müəyyən hədd psixoloji məsafə, “pedaqoji pərdə” gözlənməli, belə ünsiyyət rəsmi vəzifələrin yerinə yetirilməsinə mane olmamalıdır. Göstərilən ünsiyyət formalarının heç birini universallaşdırmaq olmaz. Ancaq formal ünsiyyətə əsaslanmaq formalizmə, münasibətdə soyuqluğa gətirib çıxara bilər. Eləcə də qeyri-formal ünsiyyətə əsaslanmaq da anarxiyaya və müəllim-şagird arasında “pərdə”nin götürülməsinə gətirib çıxarar. Buna görə də, hər iki ünsiyyət formasını düzgün əlaqələndirmək və şəraitdən, situasiyadan asılı olaraq tətbiq etmək lazımdır.Ünsiyyət üslubu dedikdə, ünsiyyət fəaliyyətində fərdi xüsusiyyətlərin məcmusu başa düşülür. Üç əsas ünsiyyət üslubu fərqləndirilir: Avtoritar üslub-inzibati-amirlik üslubudur. O, nüfuza və tabeçiliyə əsaslanır. Onun əsas vasitələri əmr, tələb, qadağan, qışqırıq və cəzadır. Bu üslubda müəllim formal qeyri-formal avtoritar demokratik liberal şagirdə obyekt kimi, “yuxarıdan aşağı” baxır, hər xırda şeyə sərt reaksiya verir, bəzən isə təhqirə əl atır. Bu halda şagird zahirən itaət göstərsə də, daxilən narazı qalır, müəllimə soyuq münasibət (bəzən kin) bəsləyir, yeri gəldikdə itaətsizlik göstərir. Belə üslub ünsiyyəti çətinləşdirir, əsəbilik, inamsızlıq, qeyri-sağlam psixoloji mühit yaradır, münaqişələrə yol açır. Demokratik üslub-əməkdaşlığa əsaslanan üslubdur. O, qarşılıqlı hörmət, humanizm, bərabərlik, ədalət üzərində qurulur. İnsana fəaliyyətin subyekti kimi baxılır; onun rəyi, tələbat və maraqları nəzərə alınır, təşəbbüs və fəallığına geniş yer verilir. Demokratik üslubun əsas vasitələrini inandırma, xahiş, məsləhət təşkil edir. Bu üslub normal ünsiyyət qurmağa, sağlam mənəvi-psixoloji mühit yaratmağa, insanın şəxsi ləyaqət hissini qorumağa, nüfuzunu yüksəltməyə imkan verir. Liberal üslub-ünsiyyətdə səhlənkarlığa, laqeydliyə əsaslanır: tərbiyəçi heç nəyə qarışmır, məsələlərə formal yanaşır, məsuliyyətdən kənar olmağa çalışır. Bu isə normal ünsiyyətə və bütövlükdə işin keyfiyyətinə mənfi təsir göstərir. Ünsiyyət üslublarının müxtəlif təzahür formaları-fərdi ünsiyyət üslubları müşahidə olunur. Onlardan əsaslarını qeyd edək: a) birgə yaradıcı fəaliyyət üslubu; b) dostcasına ünsiyyət üslubu; c) ünsiyyət-qorxu üslubu; d) ünsiyyət-məsafə üslubu e) ünsiyyət-ələalma üslubu və s.
Müəllim-şagird münasibətləri və onların humanistləşdirilməsi. Məlum olduğu kimi, müasir dövrümüzdə müəllimin ənənəvi fəaliyyətində dəyişikliklər baş verib. İndi onun mövqeyi bələdçi (fasilitator), aparıcı (istiqamət verən) bir mövqedir. Əslində bu, müəllim liderliyinin yeni tipidir. Bu liderlik müəllimlə şagirdin təhsilin məqsədinə nail olmağa yönəldilmiş birgə fəaliyyətinə əsaslanır. Müəllim sistemli, ardıcıl və məqsədyönlü şəkildə əməkdaşlıq edir: problemli vəziyyəti təşkil edir, tədqiqat məqsədlərinin qoyulmasında şagirdlərə istiqamət verir, bunların həllində metodik kömək göstərir, biliklərin əldə edilməsi və mənimsənilməsi yollarını öyrədir. Şagird isə müəllimin istiqamətinə əsasən fəaliyyət göstərir. O, fəaliyyətə məcbur olunmur, sadəcə təhrik edilir. Onun mövqeyi kəşf edən, tədqiqatçı xarakteri daşıyır. Ona görə də müəllimin istiqaməti üzrə kiçik tədqiqatlara qoşulur, araşdırmalar aparır, konkret nəticələrə gəlir. Şagird gəldiyi nəticələrini qiymətləndirməklə bir daha ona əmin olur. İstər müəllimin, istərsə də şagirdin fəaliyyəti subyektlərin fəaliyyəti kimi əməkdaşlıq xarakteri daşıyır. Bu münasibətlər müasir təhsili, məktəbi xarakterizə edən, onun humanist keyfiyyətini üzə çıxaran əsas əlamətdir. Müəllim-şagird münasibətlərinin humanistləşdirilməsi müasir dövrdə əhəmiyyətə malikdir. Məktəblərdə illər boyu bərqərar olmuş ənənəvi “müəllim-şagird” münasibətlərinin bir çoxu müasir şəraitdə artıq öz əhəmiyyətini itirmişdir. Ənənəvi “müəllim-şagird” münasibətlərində şagird bütün yaş dövrlərində təkcə uşaq sayılmırdı. Həm də ona çox vaxt sadəcə olaraq təlim prosesinin obyekti kimi yanaşırdılar, avtoritar tərbiyə üsullarından, bu və ya digər məqsədə nail olmaq üçün müxtəlif “təzyiq vasitələrindən” istifadə edirdilər. Müəllim-şagird münasibətlərinin əsasında humanist prinsipin tələbləri dayanır. Onlar təlim prosesinin psixopedaqoji əsası kimi xüsusi əhəmiyyət daşıyır. Azərbaycanın görkəmli psixoloqu, mərhum professor Əbdül Əlizadə bu məsələdən bəhs edərkən həm şəxsiyyət, həm də dialoji mədəniyyətin tələbləri barədə belə qənaətə gəlmişdir: “Obyekt mahiyyətcə şəxsiyyət deyil, insan deyil. İnsan ancaq subyekt kimi, şəxsiyyət kimi dialoqa girə bilər. Bu o deməkdir ki, dialoq məkanına daxil olmaq üçün: * insan münasibətləri mənəvi ölçülərə söykənməlidir; adamlar bir-birini şəxsiyyət kimi qavramalıdırlar; dialoq birgə əməkdaşlıq, birgə yaradıcılıq aləmi olmalıdır”. Bu gün bərqərar olmuş yenii pedaqoji təfəkkür baxımından isə şagird təlim prosesinin sadəcə olaraq obyekti deyil, eləcə də subyektidir. Əməkdaşlıq pedaqogikasının nailiyyətləri göstərir ki, dərsdə əsl yaradıcılıq münasibətlərinin səmərəli inkişafı üçün əlverişli şərait yaranır. Müəllim və şagird tərəf-müqabilidir. Tərbiyə işində neqativ demoqrafik təsirlərin səmərəli yollarla aradan qaldırılması məhz onların qarşılıqlı münasibətlərinin xarakterindən asılıdır. Müasir dövrdə insan amilinin xüsusi sosial pedaqoji əhəmiyyət kəsb etdiyi bir şəraitdə “müəllim-şagird” münasibətlərinin humanistləşdirilməsi məktəbin əsas vəzifələrindən birinə çevrilməlidir. Müəllim-şagird münasibətlərində yaş xüsusiyyətlərinin nəzərə alınması şagirdlərin daxili aləmini düzgün başa düşməyən müəllimlər onların hisslərini, davranış motivlərini çox vaxt yanlış, birtərəfli ölçülərlə qiymətləndirirlər. Xüsusilə, yuxarı siniflərdə bu cəhətdən ciddi nöqsanlar özünü göstərir. Müəyyən edilmişdir ki, aşağı siniflərdə müəllimlər hisslərini, davranış motivlərini nisbətən düzgün qiymətləndirməsələr də, yuxarı siniflərdə onların daxili aləmlərini başa düşmək üçün mühüm əhəmiyyətə malik olan cəhətləri səriştə ilə təhlil edə bilmirlər. Bu təsadüfi olmayıb, ilk növbədə, onunla bağlıdır ki, şagirdlər böyüyüb, yaşa dolsalar da, müəllimlər yaşın, yaşlılıq hissinin və meylinin möcüzələri ilə hesablaşmırlar, çox vaxt IV sinifdə olduğu kimi, VII və ya IX sinif şagirdini yenə də uşaq sayırlar. Yeniyetmələrlə “uşaq formalarında” ünsiyyətə girirlər, onların davranış və rəftarını da elə bu üsullarla idarə etməyə çalışırlar. Halbuki 10-11 yaşlarında şagirdlərdə yaşlılıq hissi və meyli formalaşır. Onlar yaşlı adamlar kimi geyinməyə, bəzənməyə, danışmağa, hətta gün keçirməyə başlayırlar. Şagirdlərin mənlik şüuru, əxlaqi şüuru köklü surətdə dəyişir, onların ünsiyyət tələbatlarında yenii cəhətlər əmələ gəlir. Müəllimlər yeniyetməlik yaşı dövründə şagirdlərlə öz münasibətlərini yaşın özünün məntiqi əsasında qurmalıdır. Müəllimlər şagirdlərin yaşlanması prosesinin xüsusiyyətlərini nəzərə almadıqda, onların daxili aləmini başa düşə bilmir, davranış motivlərini düzgün qiymətləndirmir, bu zəmində də çox vaxt onların qarşılıqlı münasibətlərində bütövlükdə sinfin mənəvi psixoloji iqliminə mənfi təsir göstərən ixtilaflar əmələ gəlir. Pedaqoji ünsiyyət təlim-tərbiyə prosesinin təsirli vasitələrindən biri olub şagird şəxsiyyətinin formalaşmasında mühüm yer tutur. Müəllim-şagird cütlüyündə ünsiyyətin istənilən növü situasiyadan asılı olmayaraq tərbiyəvi xarakter daşıyır. Müəllim-şagird ünsiyyəti o zaman daha yüksək nəticələrə səbəb olur ki, bu ünsiyyətin əsasında hörmət, humanist münasibət dayanmış olsun. Şagirdlər müəllimin erudisiyasını yüksək qiymətləndirirlər. Bilikli müəllim sayırlar. Ancaq onlar səmimi, xeyirxah, qəlbini uşaqlara verən və onlarla söhbət etməyi bacaran, hətta sinifdənkənar vaxtlarda da onlarla həvəslə məşğul olan müəllimi sevirlər. Müəllim-şagird ünsiyyəti müəllimin bu və ya digər bir sıra bacarıq və keyfiyyətlərə nə dərəcədə malik olmasından çox asılıdır. Müəllimin özünün pedaqoji fəaliyyətində müxtəlif xarakterli, müxtəlif temperamentli şagirdlərlə qarşılaşdığından onların hər birinə fərdi yanaşma bacarığına yiyələnməlidir. Şagirdlərinin heç birinin kənarda qalmaması üçün onların hər biri ilə “dil tapmağı” bacarmalıdır. Şagirdlərin hər birinin fərdi xüsusiyyətlərini öyrənməli, onlarla ünsiyyətə girə bilmək üçün “açar” tapmalıdır. Bu isə olduqca çətin və mürəkkəb iş olub, müəllimdən səbr, təmkin, yaradıcı axtarış və diaqnostik bilik tələb edir. Müəllim pedaqoji ünsiyyətin qayda-qanunlarını bilməli, kommunikativ bacarıqlara və kommunikativ mədəniyyətə malik olmalıdır. Müəllim təkcə müxtəlif temperamentli şagirdlərlə işləmir, həmçinin bir-birinə bənzəməyən valideynlərlə də qarşılıqlı münasibətdə olur. Buna görə də müəllim validyenlərlə pedaqoji ünsiyyətə girə bilmə bacarıqlarına da malik olmalıdır. Pedaqoji ünsiyyətin yüksək keyfiyyətlərinə yiyələnən müəllim məktəblilərlə xoş, mehriban ünsiyyət yaratmağı, ünsiyyətə girməyi, onların təlim-tərbiyə fəaliyyətinə rəhbərlik etməyi bacarır və onun yüksək səviyyədə təşkil edilməsinə nail olur. Pedaqoji ünsiyyət sosial-psixoloji proses kimi aşağıdakı bir sıra funksiyalarla xarakterizə edilir: şəxsiyyəti dərk etmək, informasiya mübadiləsi, fəaliyyətin təşkili, rolların dəyişdirilməsi, başqalarının dərdinə şərik olmaq, özünütəsdiq. Müəllimin öz ünsiyyətini bu sistem üzrə qura bilməsi müəllim-şagird ünsiyyətinin formalaşmasında mühüm təsir gücünə malik ünsiyyət mədəniyyətinin yaranmasına səbəb olur. Müəllimin əvvəlcədən şagirdlərlə qarşılıqlı ünsiyyət yarada bilməsinin proqnozlaşdırılması bir tərəfdən onun öz ünsiyyətini necə qura bilməsi, digər tərəfdən isə ünsiyyət mədəniyyətində olan çatışmazlıqların ləğv edilməsi üzərində düşünməsinə səbəb olur. Özünü səmimi ünsiyyətə hazır hesab edən müəllim şagirdlərlə ilk görüşündən onlarla mehriban, qayğıkeş, nəvazişli rəftar etməklə qarşılıqlı səmimi ünsiyyətə nail olur. Bir növ “kommunikativ hücuma” keçmiş olur, bu da müəllim-şagird münasibətlərinin ilk vaxtlardan səmimiyyət və nəzakət üzərində qurulmasına səbəb olur. Müəllim-şagird ünsiyyətinin formalaşmasında nəzərə alınması vacib olan məsələlərdən biri də şəxsiyyətlərarası anlamadır. Anlama onlamadan bu ünsiyyətin yüksək nəticəsindən danışmaq olmaz. Anlama persepsiya, empatiya, identifikasiya ilə sıx bağlı şəkildə baş verir. Persepsiya-üz ifadəsindən, nitqdən, fəaliyyətdən adamın daxilini duymaq, empatiya-duymaq, kədəri yaşama bacarığı, uşağın dərdinə şərik ola bilmək qabiliyyəti, identifikasiya- başqasının daxili aləmini tam mənada öz daxili dünyasına gətirmə bacarığı deməkdir. Pedaqoji ünsiyyət-sosial, psixoloji və qarşılıqlı təsir prosesidir. Bu münasibətlərin səmimiliyi, dərinliyi, emosional tərzi, valideyn-övlad münasibətləri səviyyəsində təşkili təlim-tərbiyə işinin müvəfəqiyyətlə nəticələnməsində mühüm əhəmiyyətə malikdir.
İnsanlar birgə yaşayış və birgə fəaliyyət zamanı daima bir-biri ilə informasiya mübadiləsi aparır, bir-birinə qarşılıqlı təsir göstərir və ya bir-birini qavrayır və anlayırlar. Başqa sözlə ünsiyyətə girirlər. İnsanın hər cür fəaliyyətində ünsiyyət zəruri şərt kimi özünü göstərir. Ünsiyyət olmadan insanların birgə fəaliyyəti həyata keçirməsi mümkün deyildir.
Ünsiyyət insanlar arasında təmasın yaranması və inkişafı prosesi kimi meydana çıxır. Heç bir insan birliyi oradakı adamlar arasında təmas yaradılmadan birgə fəaliyyəti həyata keçirə bilməz və onların arasında qarşılıqlı anlama baş verməz. Ünsiyyət insanlar arasında birgə fəaliyyət təlabatından doğan təmasın çoxplanlı inkişaf prosesidir. Ünsiyyət həyat tələbatlarından doğur və demək olar ki, insanın ictimai həyatının gedişini tənzim edir.
Ünsiyyət eyni zamanda şəxsiyyətin formalaşmasına da müəyyən tərzdə istiqamət verir.
Pedaqoji ünsiyyət zamanı müəllimin mövqeyi də mühüm vasitə rolunu oynayır. Adətən, müəllimin tutduğu mövqe onun ünsiyyətinə əsaslı təsir göstərir..
Müəllım öz şagirdlərinin təlim müvəffəqiyyətini, onun davranış tərzini düzgün qiymətləndirməyi bacarmahdır. Bunun iiçün isə, o, şagirdlərin bilik, bacarıq və vərdişlərinin həqiqi səviyyəsini, onların davranış tərzini, işə münasibətinin xüsusiyyətlərini dəqiq müəyyənləşdirməlidir. Təcrübə göstərir ki, şagird öz bilik, bacanq səviyyəsinin düzgün qiymətləndirilməsini gördükdə öz imkanlarmı anlayır, qüvvətli və zəif cəhətlərini başa düşür, daha çox müvəffəqiyyət əldə etmək üçün səy göstərir. Müəllimin şagirdə yanaşması, ona müraciət tərzi onun bilik və davranışmın qiymətləndirilməsində mühüm rol oynayır. Adətən, şagirdlər tələbkar, eyni zamanda onların mənliyinə toxunmayan, onlara hörmət edən müəllimi sevirlər.Müəllim təkcə faktları qavramağı və qiymətləndirməyi bacarmaqla kifayətlənməməlidir, dözümlülük və özünü ələ ala bilmək imkanma malik olmalıdır, bu zaman müəllimin apardığı iş səmərəsiz qalmır.

Müəllif: Zülfiyyə VƏLİYEVA

AJB -nin üzvü, ADPU-nin ETM

Elmi işcisi.Əməkdar müəllim.

Akademik M.Mehdizadə mükafatı laureatı

ZÜLFİYYƏ VƏLİYEVANIN YAZILARI


“YAZARLAR”  JURNALI PDF

YAZARLAR.AZ
===============================================

<<<<<< WWW.USTAC.AZ və  WWW.BİTİK.AZ >>>>>> 

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

SONA ABBASƏLİQIZI – GÖYÇƏM

SONA ABBASƏLİQIZININ YAZILARI

GÖYÇƏM
Dərdin duvağını cəkib üzünə,
Kədərli gəlinə bənzəmə, Göyçə.
Həsrət dumanını asıb üzündən,
Gözəl camalını gizləmə, Göyçə.
* * *
Aglar sinən üstə həzin bulaqlar,
Serin çesmələri öpməz dodaqlar.
Şəlalə hörüklü qayaların var,
Zülfünü dərdinlə bəzəmə, Göyçə.
* * *
Ələsgər ocagı, ərənlər yurdu,
Namərdlər bəxtinə min hiylə qurdu.
Hər gün yal verdiyin bir gün qudurdu,
Qəfil qan ələndi izimə, Göyçə.
* * *
Arzular qəlbimdə saçını yolur,
Sonalı günlərin saralır, solur.
Adını cəkəndə gözlərim dolur,
Məndən vəfasızlıq gözləmə, Göyçə .

Müəllif: Sona ABBASƏLİQIZI

SONA ABBASƏLİQIZININ YAZILARI


YAZARLAR.AZ

===============================================

<<<<<<WWW.YAZARLAR.AZ və  WWW.BİTİK.AZ >>>>>>

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

Xocalı faciəsinin xronikası

VÜSAL AĞANIN DİGƏR YAZILARI

Faciənin xronikası
Xocalı 1991-cı ilin oktyabrından blokadada idi. Oktyabrın 30-da avtomobil əlaqəsi kəsilmiş və yeganə nəqliyyat vasitəsi vertolyot qalmışdı. Xocalıya sonuncu vertolyot 1992-ci il yanvarın 28-də gəlmişdi. Şuşa şəhərinin səmasında mülki vertolyotun vurulması və nəticədə 40 nəfərin həlakından sonra isə bu əlaqə də kəsilmişdi. Yanvarın 2-dən şəhərə elektrik verilmirdi. Şəhər ancaq əhalinin qəhrəmanlığı və müdafiəçilərin cəsurluğu sayəsində yaşayır və müdafiə olunurdu. Şəhərin müdafiəsi əsasən atıcı silahlarla silahlanmış yerli özünümüdafiə dəstəsi, milis və Milli Ordunun döyüşçülərindən təşkil olunmuşdu.
Fevralın ikinci yarısından başlayaraq Xocalı erməni silahlı dəstələrinin mühasirəsinə alınmışdı və hər gün toplardan, ağır texnikadan atəşlərə, erməni dəstələrinin həmlələrinə məruz qalırdı.
Xocalıya hücuma hazırlıq fevralın 25-də axşam 366-cı alayın hərbi texnikasının döyüş mövqelərinə çıxması ilə başlanılmışdı. Şəhərə hücum toplardan, tanklardan, “Alazan” tipli zenit toplardan 2 saatlıq atəşdən sonra başlandı. Xocalıya üç istiqamətdən hücum aparıldığından əhali Əskəran istiqamətində qaçmağa məcbur olmuşdu. Tezliklə aydın olmuşdur ki, bu, məkrli hiylə imiş. Naxçevanik kəndi yaxınlığında əhalinin qarşısı erməni silahlı dəstələri tərəfindən kəsilmiş və onlar gülləborana tutulmuşlar. Qarlı aşırımlarda və meşələrdə zəifləmiş, taqətdən düşmüş insanların çox hissəsi məhz Əskəran-Naxçevanik düzündə erməni silahlı dəstələri tərəfindən xüsusi qəddarlıqla məhv edilmişdir.
Bu hadisələr regiona İran İslam Respublikasının xarici işlər naziri Əli Əkbər Vilayətinin vasitəçilik missiyası ilə səfəri günlərinə təsadüf etmişdir. O, fevralın 25-də Azərbaycanın hakimiyyət rəhbərləri ilə görüşmüş və fevralın 27-də Qarabağa, sonra isə Ermənistana səfər planlaşdırırdı. Bununla əlaqədar olaraq tərəflərin razılığı ilə fevralın 27-dən martın 1-dək üçgünlük atəşkəs elan edilmişdi. Ermənilər ona məhəl qoymadılar və vədlərinə xilaf çıxdılar.
Oxşar vəziyyət fevralın 12-də Avropada Təhlükəsizlik və Əməkdaşlıq Şurasının missiyasının vəziyyətlə tanışlıq və münaqişənin tənzimlənməsi məsələlərinin təhlili məqsədilə Qarabağa gəldiyi zaman da baş vermişdi. Missiya sonra Yerevana və Bakıya səfər etməli idi. Məhz fevralın 12-də erməni silahlı dəstələri tərəfindən Şuşanın Malıbəyli və Quşçular kəndləri qarət edilmiş və yandırılmışdır, təkcə Malıbəylidə 50 nəfər öldürülmüş, yaralanmış və əsir götürülmüşdür.
Həmin günlərdə Azərbaycan qüvvələri Xocalı sakinlərinin köməyinə çata bilmədi, hətta meyitlərin götürülməsi belə mümkün olmadı. Bu zaman isə ermənilər vertolyotlarla, ağ geyimli xüsusi qruplarla meşələrdə gizlənmiş insanların axtarışını aparır, aşkar edilənləri əsir götürür, işgəncələrə məruz qoyurdular.
Fevralın 28-də tərkibində yerli jurnalistlər də olan qrup 2 vertolyotla azərbaycanlıların həlak olduqları yerə çata bildilər. Gördükləri mənzərə hamını dəhşətə gətirdi – düzənlik cəsədlərlə dolu idi. İkinci vertolyotun havadan mühafizəsinə baxmayaraq, ermənilərin güclü atəşi altında ancaq 4 meyiti götürmək mümkün oldu. Martın 1-də yerli və xarici jurnalistlərin iştirakı ilə hadisə yerində daha da dəhşətli vəziyyət müşahidə olunmuşdur. Meyitlərin skalplarının götürülməsi, qulaqlarının və digər orqanlarının kəsilməsi, gözlərinin çıxardılması, ətrafların kəsilməsi, çoxsaylı bıçaq və güllə yaraları, ağır texnika ilə əzilmələr, yandırılma halları aşkar edilmişdir.
Bu vəhşiliklər haqqında xarici mətbuatın yazdıqlarından:
Krua l’Eveneman jurnalı (Paris), 25 fevral 1992-ci il: Ermənilər Xocalıya hücum etmişlər. Bütün dünya eybəcər hala salınmış meyitlərin şahidi oldu. Azərbaycanlılar minlərlə ölənlər barədə xəbər verirlər.
Sandi Tayms qəzeti (London), 1 mart 1992-ci il: Erməni əsgərləri minlərlə ailəni məhv etmişlər.
Faynenşl Tayms qəzeti (London), 9 mart 1992-ci il: Ermənilər Ağdama tərəf gedən dəstəni güllələmişlər. Azərbaycanlılar 1200-ə qədər cəsəd saymışlar.
Livanlı kinooperator təsdiq etmişdir ki, onun ölkəsinin varlı daşnak icması Qarabağa silah və adam göndərir.
Tayms qəzeti (London), 4 mart 1992-ci il: Çoxları eybəcər hala salınmışdır, körpə qızın ancaq başı qalmışdır.
İzvestiya (Moskva), 4 mart 1992-ci il: Videokamera qulaqları kəsilmiş uşaqları göstərdi. Bir qadının sifətinin yarısı kəsilmişdir. Kişilərin skalpları götürülmüşdür.
Faynenşl Tayms qəzeti (London), 14 mart 1992-ci il: General Polyakov bildirmişdir ki, 366-cı alayın 103 nəfər erməni hərbiçisi Dağlıq Qarabağda qalmışdır.
Le Mond qəzeti (Paris), 14 mart 1992-ci il: Ağdamda olan xarici jurnalistlər Xocalıda öldürülmüş qadın və uşaqlar arasında skalpları götürülmüş, dırnaqları çıxardılmış 3 nəfəri görmüşlər. Bu azərbaycanlıların təbliğatı deyil, bu reallıqdır.
İzvestiya (Moskva), 13 mart 1992-ci il: Mayor Leonid Kravets:Mən şəxsən təpədə yüzə yaxın meyit gördüm. Bir oğlanın başı yox idi. Hər tərəfdə xüsusi qəddarlıqla öldürülmüş qadın, uşaq, qocalar görünürdü.
Valer aktuel jurnalı (Paris), 14 mart 1992-ci il: Bu “muxtar regionda” erməni silahlı dəstələri Yaxın Şərqdən çıxmışlarla birlikdə müasir texnikaya, o cümlədən vertolyotlara malikdirlər. ASALA-nın Suriya və Livanda hərbi düşərgələri və silah anbarları vardır. Ermənilər yüzdən artıq müsəlman kəndlərində qırğınlar törədərək Qarabağdakı azərbaycanlıları məhv etmişlər.
R. Patrik, İngiltərənin “Fant men nyus” teleşirkətinin jurnalisti (hadisə yerində olmuşdur):Xocalıdakı vəhşiliklərə dünya ictimaiyyətinin gözündə heç nə ilə haqq qazandırmaq olmaz.
“Memorial” hüquq-müdafiə mərkəzinin hesabatından:
Xocalı 1991-ci ilin payızından erməni silahlı dəstələri tərəfindən əsasən blokadaya alınmışdı, Dağlıq Qarabağdan daxili qoşunlar çıxarılandan sonra isə tam blokadada idi. 1992-ci ilin yanvarından Xocalıya elektrik enerjisi verilmirdi.
1992-ci il fevralın 25-də Xocalıya erməni silahlı dəstələrinin hücumu başlandı.

Mənbə: Vüsal Ağa


VÜSAL AĞANIN DİGƏR YAZILARI


YAZARLAR.AZ

===============================================

<<<<<<WWW.YAZARLAR.AZ və  WWW.BİTİK.AZ >>>>>>

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

ZƏLİMXAN YAQUB – XOCALIM, AY XOCALIM

XOCALI FACİƏSİ HAQQINDA

XOCALIM, AY XOCALIM
Bu dağların qoynunda yaşıl bir kənd varıydı,
Əlvan saray, güllü bağ, gen aynabənd varıydı.
Neçə dodağı şəkər, söhbəti qənd varıydı,
Neçə incəbel gözəl, zülfü kəmənd varıydı.
Yoxdu daha, nağıldı,
İtdi, batdı, dağıldı.
Mənim şirin qafiyəm, mənim üçcə hecalım,
Xocalım, ay Xocalım!
* * *
Ağzından alov saçan silahlar yedi səni,
İştahalar, nəfslər, tamahlar yedi səni.
Bağışlanmaz, yuyulmaz günahlar yedi səni,
Göydə Allahı danan “allah”lar yedi səni,
Heç Allah götürərmi qisasımı gec alım?
Xocalım, ay Xocalım!
* * *
Neçə ki yer üzündə yamanlar, pislər yaşar,
İçi dolu qurd olan nankor xəbislər yaşar,
Dumanlı beyinlərdə dumanlı hisslər yaşar,
Neçə ki bu şeytanlar, cinlər, iblislər yaşar,
Gərək hər gün, hər saat yağılardan öc alım,
Xocalım, ay Xocalım!
* * *
Quruyub cadar olmuş dodaqlara nə deyim?
Kəsilmiş biləklərə, barmaqlara nə deyim?
Qar içində buz olmuş ayaqlara nə deyim?
Yaxınlar eşitmirsə, uzaqlara nə deyim?
Tanrı rəva bilməsin, mən bu dərdlə qocalım,
Xoclım, ay Xocalım!
* * *
Nə möcüze göstərim, nə cürə imkan tapım,
Qan itirən kəslərin damarına qan tapım?
Hansı yolu seçim ki, dərdinə dərman tapım,
Amansız cəmiyyətdə sənə nə aman tapım?
Millətəmi güvənim, torpaqdanmı güc alım?
Xocalım, ay Xocalım!
* * *
Sənə yas verənlərə yas dalınca yas gərək,
İgidlərim öyməli, oğullarım xas gərək.
Dəmirdən geyim gərək, poladdan libas gərək,
Ölümə ölüm gərək, qisasa qisas gərək,
Gərək səndən ötəri qala yıxım, bürc alım,
Xocalım, ay Xocalım!
* * *
Həyat şirin, yol çətin, ölüm ucuz, can baha,
Baş qaldırıb ağrılar, dözmür ürəklər daha.
Təslim olmaq yaraşmaz bu gün ağrıya, aha,
Yalvarmaq istəyirəm peyğəmbərə, Allaha,
Haqqımı qaytarmağa bir ömür də borc alım,
Xocalım, ay Xocalım!
* * *
Töküldülər üstünə quduz kimi, ac kimi,
Şumladılar yer kimi, qırdılar ağac kimi,
Dağıtdılar çöllərə əsir, yalavac kimi.
Səni qaldırammasam başım üstə tac kimi,
Tarixin yaddaşında çətin qalxım, ucalım,
Xocalım, ay Xocalım!
* * *
Bizdən ürək istədin, ürək vermədik sənə,
Bizdən kömək istədin, kömək vermədik sənə,
Bizdən qanad istədin, lələk vermədik sənə.
Aylarla su vermədik, çörək vermədik sənə,
Buraxdıq özbaşına əlimizdən cənnəti,
Sənsiz nəyimə gərək Məkkə görüm, Hac alım,
Xocalım, ay Xocalım!
* * *
Təzədən yandı xallar muğamın nəvasında,
Bayquşlar ötür bu gün bülbülün yuvasında.
Biqeyrət oğulların şan-şöhrət havasında,
Kəmfürsət övladların vəzifə davasında,
Harayına çatmağa tapılmadı macalım,
Xocalım, ay Xocalım!
* * *
Yerbəyer eləməmiş sevincimi, dərdimi,
Bir-birindən seçməmiş mərdimi, namərdimi,
Əjdahalar əlindən qurtarmamış yurdumu.
Tanrının qırmancına döndərməmiş ordumu.
Qoy gəlməsin ölümüm, qoy çatmasın əcəlim,
Xocalım, ay Xocalım!
XOCALIM, ay XOCALIM!!!
31 yanvar 1997

Mənbə: Zəlimxan Yaqub

Müəllif:Zəlimxan YAQUB

ZƏLİMXAN YAQUBUN YAZILARI


“YAZARLAR”  JURNALI PDF

YAZARLAR.AZ
===============================================

<<<<<< WWW.USTAC.AZ və  WWW.BİTİK.AZ >>>>>> 

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru