Təqvimdə bu gün şair, publisist, “Yazarlar” jutnalının təsisçisi və baş redaktoru, MYK-nın icraçı katibiZaur Ustacın doğum gündür. Zaur Ustac 8 yanvar 1975-ci ildə Bakı şəhərində (Lenin rayonu) anadan olmuşdur. Ad günü münasibəti ilə redaksiya heyəti və bütün yazarlar adından onu təbrik edir, uzun ömür, can sağlığı, bütün işlərində uğurlar arzu edirəm!
Əliyev Rafiq Əziz oğlu (10 fevral 1942, Novruzlu, Ağdam, Azərbaycan SSR, SSRİ) — texnika elmləri doktoru (1975), professor (1976), AMEA-nın müxbir üzvü, Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin Avtomatlaşdırılmış idarəetmə sistemləri kafedrasının sabiq müdiri, MBA proqram direktoru, ADNA, Corciya Dövlət Universiteti, Atlanta, ABŞ, BBA Proqram direktoru, “Zadə irsi və süni intellekt” Assosiasiyasının prezidenti.
HƏYATI Rafiq Əliyev 10 fevral 1942-ci ildə Azərbaycanın Ağdam rayonunun Novruzlu kəndində anadan olmuşdur. 1948-1958-ci ildə Ağdamda orta məktəbdə təhsil almış, məktəbi medalla bitirmişdir. 1958-1963-cü illərdə M.Əzizbəyov adına Azərbaycan Neft və Kimya İnstitutunda oxumuşdur. İnstitut təhsilini fərqlənmə diplomu ilə başa vurmuşdur. 1964-1967-ci illərdə Moskvada SSRİ Elmlər Akademiyası İdarəetmə Problemləri İnstitutunun aspirantı olmuşdur. 1967-ci ildə texnika elmləri namizədi, 1975-ci il texnika elmləri doktoru alimlik dərəcəsi almışdır. 1967-1969-cu illərdə Neftkimyaavtomat Elmi-Tədqiqat və Layihə İnstitutunda (ETLİ) elmi-tədqiqat laboratoriyasının müdiri olmuşdur. 1976-cı ildən professordur. 1989-cu ildə Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü seçilmişdir. 1989-cu ildən 2011-ci ilə kimi Azərbaycan Dövlət Neft Akademiyasının Avtomatlaşdırılmış idarəetmə sistemləri kafedrasının müdiri olub. 1998-ci ildən indiyə kimi Azərbaycan Dövlət Neft Akademiyası və Corciya Dövlət Universitetinin (Atlanta, ABŞ) MBA proqram direktoru, 2001-dən indiyə kimi isə bu universitetlərin BBA proqram direktorudur.
Azərbaycan və bir sıra xarici ölkələrdə informatika və idarəetmə sahəsində elmi-tədqiqat işlərinin təşkilində böyük rolu olmuşdur. Azərbaycanda, Rusiyada, Almaniyada və İranda 130-dan çox elmlər namizədi, 25 elmlər doktoru hazırlamışdır. Tələbələri hazırda təkcə Azərbaycanın elm mərkəzlərində deyil, digər ölkələrdə də (ABŞ, Almaniya, Türkiyə, Rusiya, İran və s.) fəaliyyət göstərirlər.
Bilavasitə rəhbərliyi və iştirakı ilə 1994-cü ildən başlayaraq hər iki ildən bir Avropanın bir sıra ölkələrində ″Qeyri-səlis sistemlərin tətbiqi″, 2000-ci ildən başlayaraq hər iki ildən bir Özbəkstan Respublikasının Daşkənt şəhərində ″Qeyri-səlis sistemlərin tətbiqi və Soft Kompyutinq″, 2000-ci ildən başlayaraq hər iki ildən bir Türkiyənin Antalya şəhərində ″Sistem təhlilində, qərarqəbuletmə və idarəetmədə sözlə işləyən kompüter və Soft Kompyutinq″ üzrə beynəlxalq elmi konfranslar keçirilir.
İnformatika və idarəetmə, süni intellekt, qeyri-səlis məntiq və Soft Kompyutingə həsr olunmuş 70-ə yaxın kitabın, 350-dən çox elmi məqalənin müəllifidir.
MÜKAFATLARI 1971 — Elm sahəsində Azərbaycan Lenin komsomolu mükafatı 1983 — Elm və Texnika üzrə SSRİ Dövlət mükafatı 1992 — Təbriz Universitetinin (İran) professoru 1999 — Corciya Dövlət Universitetinin (ABŞ) professoru 2000 — Zigen Universitetinin (Almaniya) professoru 2003 — Yakın Doğu Üniversitesinin (ŞKTR) professoru
ƏSAS ELMİ NAİLİYYƏTLƏRİ Çoxölçülü və kombinə olunmuş determiristik, stoxastik (1967), qeyri-səlis (1981) idarəetmə sistemlərinin invariantlıq şərtlərinin formalaşdırılması; İntellektual sənaye sistemlərində qərar qəbuletmə və idarəetmə proseslərinin inteqrasiya prinsiplərinin formalaşdırılması (1969); Stoxastik dəyişən strukturlu sistemlərin sintez metodlarının işlənməsi (1976); Çoxsəviyyəli paylanmış istehsalat sistemləri üçün koordinasiya nəzəriyyəsinin işlənməsi (1980); AL11, AL12 və AL13 qeyri-səlis məntiqlərinin yaradılması (1984-1986); Qeyri-səlis modellərin adekvatlığ şərtlərinin formalaşdırılması (1984); Qeyri-səlis intellektual robotların nəzəriyyəsi və qurulma prinsiplərinin işlənməsi (1986); ESPLAN da daxil olmaqla qeyri-səlis ekspert sistemlərin işlənməsi (1987); Qeyri-səlis paylanmış intellektual sistemlər konsepsiyasının formalaşdırılması (1988), onların yaradılma metodlarının işlənməsi (1993); Agentləri arasında rəqabət və kooperasiya olan Soft Kompütinq əsaslı çoxagentli intellektual sistemlərin yaradılması (1997); Qeyri-səlis neyron şəbəkələrinin genetik alqoritmlərə əsaslanan öyrənmə metodunun işlənməsi (1997); Genetik alqoritmlər əsasında qeyri-səlis reqressiya təhlilinin yeni konsepsiyasının işlənməsi (1998); Qeyri-səlis-xaos sinerci əsasında adaptiv idarəetmə sistemlərinin təklif olunması (2001); Qeyri-səlis zaman sırıları əsasında yeni proqnozlaşdırma üsullarının yaradılması, 2002; Ümumiləşmiş dayanıqlıq nəzəriyyəsinin yaradılması. Dinamik sistemlərin dayanıqlığının Zadə — Əliyev tərifi və meyarının təklif olunması, 2003-2007.
SEÇİLMİŞ ƏSƏRLƏRİ Əliyev R.Ə. Avtomatik idarəetmə. Bakı: Maarif, 1993, 622 səh.(Azərbaycan dilində). Алиев Р.А. Методы интеграции в системах управления производством. Moskva: Energoatomizdat, 1989, 271 s. Aliev R.A., Aliev F.T., and Babaev M.D., Fuzzy Process Control and Knowledge Engineering. Koln: Verlag TUV Rheinland, 1991, p. 148. (İngilis dilində). Aliev R.A., Bonfig K.W., and Aliev F.T., Soft Computing, Technik Verlag, Berlin, Germany, 2000, p. 448. (Alman dilində). Aliev R.A., and Aliev R.R., Soft Computing and its Application, World Scientific, New Jersey, London, Singapure, Hong Kong, 2001. (İngilis dilində).
İldırım Əkbəroğlu – Füzuli (Məmmədov İldırım Əkbər oğlu) 13 sentyab 1950-də anadan olub. Beyləqan rayonu Kəbirli kənd orta məktəbini bitirdikdən sonra hərbi xidmət keçib. Bu ərəfələrdə artıq şeriləri rayonun çoxtirajlı qəzetində müntəzəm şəkildə çap olunması səbəbi ilə bölgədə hamı onu şair kimi tanıyırdı. 1974-cü ildə Xalq Təsərrüfatı İnstitutuna, indiki Azərbaycan Dövlət İqtisad Universitetinə qəbul olunur və 1979-cu ildə təhsilini başa vurur. Bu müddətdə radioda, televiziyada şeriləri səslənir, 1978-ci ildə B.Vahabzadə və İ.Şıxlının redaktorları olduğu “Çinar pöhrələri” toplusunda şeriləri geniş oxucu kütləsinə təqdim olunur. Dost – tanış və eyni zamanda yazıları ilə tanış olan hər kəs onu bir şair kimi qəbul edir, gələcəyini bu istiqamətdə təsəvvür edirdi. Müntəzəm olaraq şerləri qəzetlərdə çap olunurdu. Təhsili başa vurub Rayonda işə başlamaqla sanki, yaradıcılıq arxa plana keçir… RTTB –ndə 1998–ci ilə kimi baş mühasibin müavini, 2015-ci ilin sonuna kimi İH-nin Kəbirli kənd ərazi nümayəndəliyində baş məsləhətçi kimi fəaliyyət göstərir. Təqaüdə çıxdıqdan sonra sirli söz aləmi yenidən onu öz sehrinə salır.. Şerləri dəfələrlə almanaxlarda, qəzetlərdə çap olunur. İldırm Əkbəroğlu 22 yanvar 2019 – cu ildə MYK -ın ömürlük fəxri sədri seçilmişdir. İldırım Əkbəroğlu 22 dekabr 2019 -cu ildə vəfat emiş və Beyləqan rayonu, Kəbirli kəndində dəfn olunmuşdur.
KİTABLARI:
İldırım Əkbəroğlunun bu günə qədər iki kitabı nəşr olunub. “İldırım Əkbəroğlu” adlı ilk kitabı sağlığında, demək olar ki, ömrünün son günlərində (2019), “70” adlı ikinci kitabı isə ölümündən sonra (2020) nəşr olunmuşdur. Son olaraq “Yazarlar” jurnalının tərtib etdiyi “Ana şeirləri” almanaxında yer alıb.
QEYD:
“Bayram Bayramov – 100” layihəsi çərçivəsində İldırım Əkbəroğlu 2019 -2020 ci il üçün “İLİN YAZARI” seçilib və “Bayram Bayramov ” diplomu ilə təltif olunub (ölümündən sonra). Allah rəhmət eləsin. Ruhu şad olsun. Amin.
EY YAR...
Mənim ruhum mənə də yad olub,
Gəl özünü məndə axtarma, ey yar.
Könlümün qırıq duası yox olub,
Məndən özgə məna çıxartma, ey yar.
* * *
Viran olub xəyallarımın güzgüsü
Çilik-çilik səpələnib,birləşmir .
Söz deyən dilim ,ağzım yorulub
Susuram,qüsurumu xoş gör, ey yar.
* * *
Neçə milyon il əvvəl olub elə bil
Cəfam dinib,dilim susub,mən yoxam.
Ümidlərin yelkəni də süzülüb
Tazə arzulara yer yoxdur,ey yar.
* * *
Bax qocalmışam gənc yaşımda ,
Qüssədən ağarıbdır saçım da.
Özümə çarə olmayan bu vaxtımda
Sənə necə əğyar olum mən, ey yar?
11.02.2021.
QADIN...
Gözü uzaqlarda,
dili bir adamda,
özü uzun yollarda,
səbri tükənən qadın ...
* * *
Gecə səssiz-səssiz,
o soyuq otağında,
bumbuz əlləri ilə
çiyninə təsəlli qadın ...
* * *
Xəyalları nakam,
ümidləri sökük,
qəlbi qırıq-qırıq,
taleyinə gülən qadın ...
* * *
Özgə sözlərdən,
qanayan dizlərdən,
bu yalan aləmdən,
zərrə-zərrə küsən qadın...
* * *
Sevdiyi göylərdə
Buludların düz üzündə,
ağ məxməri libasda
mələk təki süzən qadın ...
27.05.2021.
MƏN...
Mən danışım sizə kimdən
Özüm ilə qalan məndən.
Yaşa deyə dönə-dönə,
Sinəm içrə vuran qəlbdən.
* * *
Yaram dərin lap əzəldən,
Qanadıqca iz bağlayıb.
Bu dünyadan gedən kəsin,
İşi təkcə Rəbbə qalıb.
* * *
Naçar qalma, zaman yox,
Ömür bir az, sürən yox.
Bu yerlərdə gülən yox,
Güman bircə yarə qalıb.
* * *
Harda insan orda dərd,
Bir balaca yuvada dərd.
Savaşda da zülüm ilə
Zəfər yenə sənə qalıb.
* * *
Sual etmə, yığ dilini,
Belə baxma, yum gözünü.
Onsuz dinən, görən də yox,
Vətən yenə xalqa qalıb...
6.01.2022.
Tanınmış yazar Kənan Hacının sayca 21-ci, hekayələrdən ibarət olan “Pirosmaninin qonağı” adlı yeni kitabı “Günəş” nəşriyatında işıq üzü görüb. Müəllifi bu münasibətlə təbrik edir yeni-yeni nailiyyətlər arzu edirik! Çox dəyərli oxucularımız isə artıq sabahdan kitab mağazalarından “Pirosmaninin qonağı”nı alıb oxuya bilərlər.
İnsan ücün ən yadda qalan günlərin başlıcası onun həyata gəldiyi gündür. Ömrə bəzək olan ad günü hər il xüsusi ilə qeyd olunur. 5 yanvar Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin sədri Rzaquliyev Füzuli Ədəb oğlunun dünyaya göz açdığı gündür. Bu gün münasibətilə AVMVİB Rəhbərliyi (İdarə heyəti), Fədai.az və Veteran.az kollektivi və Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin sədr müavini polkovnik Salman Musayev Füzuli müəllimi doğum günü münasibətilə səmimi qəlbdən təbrik edir, ona həyatda insan üçün ən şirin nemət olan möhkəm can sağlığı, ailə səadəti və həyat yollarında bitib — tükənməyən naliyətlər arzulayır.
Qoy yaşının üstə gələn bu yaş ona sevinc dolu günlər bəxş etsin və hər yeni günü isə ötən günlərdən daha gözəl istəklərinə uyğun onu xoşbəxt edəcək şəkildə keçsin. Amin!
2-ci qrup müharibə əlili Rzaquliyev Füzuli Ədəb oğlu 5 yanvar 1961-ci ildə Ağdərə rayonunun Xatınbəyli kəndində anadan olub.
O, 1976-ci ildə Ağdərə rayonunun Xatunbəyli kəndində səkkiznici sinifi, 1978-ci ildə Ağdərə rayonunun Manikli kənd orta məktəbini, 1986-cı ildə isə Azərbaycan Dövlət Pedoqoji İnstitutunun Hərbi Hazırlıq və Bədən Tərbiyəsi fakultəsini bitirib.
Füzuli Rzaquliyev 1980-1982-cı illərdə Sovet ordusunda müdddətli həqiqi hərbi xidmətdə olub.
O, 1986 -1989- cu illərdə Qarabağda hərbi (rəhbər) müəllim, 1989-1991- cı ilərdə isə Bakı Kommersiya Texnikomunda müəllim işləyib. Milli Ordunun yaranmasında iştirak etmiş az saylı zabitlərimizdəndi. 1991-1994-cü illərdə Azərbaycan Ordusunun döyüş bölgələrində yerləşən N saylı hərbi hissədə tabor komandirinin birinci müavini — qərargah rəsi vəzifəsində Vətənə, Dövlətə və Xalqa sədaqətlə xidmət etmişdir. O, Azərbaycan Respublikasının Ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə ona və tabora həvalə edilmiş vəzifə və tapşırıqların öhdəsindən layiqincə gəlmişdir. Bundan əlavə Füzuli Rzaquliyev Azərbaycanın ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə ağır yaralanmışdır.
O, döyüşdə ağır yaralansa da son atəşkəs günə qədər Ordu sıralarını tərk etməmişdir. Erkəş, Mənəş, Buzluq, daha sonra Daşaltı yaşayış məntəqələri, Şuşa, Kəlbəcər, Laçın, Ağdərə rayonları istiqamətində gədən döyüşlərdə özünü bacarıqlı bir komandir kimi göstərmişdir. Göstərdiyi çox saylı şücaətlərə görə Füzuli Rzaquliyevə döyüş dostları «Koroğlu» ləqəbi vermişdilər.
O, Azərbaycan Ordusunudan tərxis edildikdən sonra Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin yaradıcılarından biri kimi Birliyin rəhbərliyində təmsil olunmuş, işlədiyi müddətdə Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına əməl etməkdə müvafiq Nizamnamələrin, təlimatların, əsasnamə və əmrlərin yerinə yetirilməsinə məsuliyyətlə yanaşıdığna görə bir çox medallarla, döş nişanları ilə, fəxri fərmanlarla təltif edilib və ona təşəkkür elan edilib.
Füzuli Rzaquliyev doğulduğu və yaşadığı kəndin, 1-ci və 2-ci Vətən müharibəsində iştirak etmiş döyüşcülərin, xeyir və şərində yaxından iştirak edən bir ziyalıdır. O, ictimaiyyət, dost-tanış arasında, işlədiyi və xidmət etdiyi kollektivdə böyük hörmət qazanmışdır. Dostluqda möhkəm və sadiq insandır. Onunla dostluq edən hər bir şəxs ondan narazı qalmayıb. Füzuli müəlim qohum və dostcanlı bir şəxsdir. O hamı ilə maraqlanır, onların problemlərinin həllində onlara köməklik etməyə çalışır. Qohum-əqraba, dost -tanış, müharibə iştirakçıları arasında böyük hörməti var. Onların xeyir və şər işlərində yaxından iştirak edərək öz məsləhətlərini verir. Məhz bu xüsusiyyətə görə hər kəs, müharibə görmüş döyüşçülər, şəhid ailələri onu çox sevirlər və ona dərin rəğbətlə yanaşırlar.
Füzuli müəllim idarəetmə qabiliyyətinə və böyük söz ehtiyatına malik olan bir vətənpərvər, zəhmətkeş insandır. O istənilən adamla söhbət edən zaman mənalı fikirlər və müdrik kəlamlardan sitat gətirərək, qarşısındakı həmsöhbətini təəccübləndirməyi bacararır.
Onunla söhbət edən hər bir kəs, Füzuli Rzaquliyevin necə sadə, necə alicənab, təvazökar və dünyagörüşlü bir ziyalı olduğunu o dəqiqə anlayır, ona böyük hörmət və ehtiramla yanaşır .
Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin yarandığı gündən AVMVİB-nin sıralarındadır və hazırda AVMVİB-nin sədridir. Füzuli müəllim əsil vətənpərvər, cəmiyyət, dövlətçi, mehriban, səmimi, savadlı şəxsiyyət kimi tanınan insanpərvər vətəndaşdır.
Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə torpaqlarımızın erməni işğalından təmizlənməsi uğrunda 2020-ci ilin sentyabr ayının 27-dən başlayan müzəffər ordumuzun rəşadətiylə qırx dörd günlük qələbəmizlə başa vurmasında Füzuli Rzaquliyevin də xidmətləri var. Onun sonadək döyüş bölgələrində olması, daimi döyüşçülərimizin yanında olması, onları döyüşə ruhlandırması və oğlu baş leytenant İlkin Füzuli oğlu Rzaquliyevin işğal altında olan rayonlarmızın azad olunmasnda göstərdiyi qəhramanlıq və şücaət bir əsil vətənpərvərlik nümunəsidir.
Füzuli müəllim qorxmaz, isanpərvər, səxavətli, əliaçıq və zəhmətkeş zabitdir və yaxşı ailə başçısıdır. O, işlədiyi və xidmət etdiyi kollektiv, dost- tanış, qohum-əqrəba arasında özünə layiq hörmət qazanmışdır.
DOĞUM GÜNÜN MÜBARƏK OLSUN, FÜZULİ MÜƏLLİM!
ALLAH HƏR ZAMAN QƏLBİNİ SIXINTIDAN, BƏDBİNLİKDƏN QORUSUN!
BÜTÜN ARZULARIN ÇİN OLSUN!
DAİMA XOŞBƏXT YAŞA, ÖMRÜN UZUN OLSUN!
HƏMİŞƏ ÜZÜN GÜLSÜN, ÜRƏYİN SEVİNSİN!
Dərin hörmətlə, AVMVİB Rəhbərliyi (İdarə həyəti), Azərbaycan Vətən Müharibəsi Vetiranlari İctimai Birliyinin sədr müavini polkovnik Salman Musayev