Sənsən mənim xəzinəm, varım, dövlətim, Sənsiz nəyimə gərək bir dirhəmim, ata. Bil, sonsuzdur sevgim lap əzəldən dərin, Bir ümman, bir dünya sən eşqimsən, ata.
Cəfadan qabaran əllərin, o səfalı qəlbin, Mənim qürurumdur, mənim fəxrimdir, ata. Çöhrəmə əks olunan bir şirin təbəssümün, Canıma canımdır, yarama məlhəmdir, ata.
Biz evdə haramı görmədik,həp halal yedik, Yeyib, içib axırda varlığına çox şükür dedik. Ağrılı günümüzdə kürəkdə istilik sezdik, Sən demə, ən möhkəm dayaqmışsan, ata.
Saçının hər telin ağartdın, cəddini əydin, Biz övladlarının yolunda hər şeydən keçdin. Asan yaşayışdan düz min qat çətinin seçdin, Gəl özün söylə, uğruna fədalar olmazmı, ata?
İşığın kainatda parıldamasından hiss etdim ki, bu işıq mənə işarə göndərir.Bu işıqda müxtəlif rənglər var idi: sarı, mavi, yaşıl və bəyaz. İşığın enerjisindənmi,yoxsa nədir bilmirəm, mən mavi işığı seçirəm-dedim. Qəflətən işıqdan insan siması peyda oldu. Qarşımda gördüyüm bu insan siması məni təəccübləndirdi. Ona yaxınlaşmaq istəsəm də, qorxub geri çəkildim. Körpətək ağlayıb boşluqda qaçmağa başladım. Boşluq dərin olduğundan qaça bilməyib dayandım. Artıq güc-qüvvətim tükənmişdi deyə, qaça bilmirdim. Bu an kiminsə çiyinlərimdəki qanadlara sığal çəkdiyini hiss etdim. Dönüb baxmaq istədiyimdə icazə verməyib qulağıma yavaşca pıçıldadı: -Əziz Səma, sən işıqda kimi axtarırsan? Bir anlıq təəccübləndim ki, axı bu şəxs adımı hardan bilir? Sadəcə səsindən bildim ki, bu qadındır. -Siz kimsiniz? Adımı hardan bilirsiniz? -Sən kainatda ən çox hansı rəngi sevirsən? Mavi? Qadın suallarıma sualla cavab verirdi elə bil. -Bəli. -Sən göy üzünə heç baxmısan? -Həmişə baxıram. Göy üzündəki ulduzlar qədər yaşım var. Axı mən göylərin adamıyam. -Yaxşı. Bəs o göy üzündə sən mavi rəngi hər zaman görə bilirsən? Ətrafa sükut çökdü, amma qadın heç gözləmədən bu sükutu pozmaq üçün qanadlarımdan tutub məni göyə qaldırdı. -Əziz Səma, indi nə hiss edirsən? -Mən.. Mən bilmirəm. Qorxuram! “Qorxuram” dediyim an qadının siması gözümün önündə göründü. Gözlərim bulanıq seçirdi, lakin addım-addım qanadlarım və ayağımın köməyi ilə boşluqda qadının addımlarını izləyərək kainata çıxmağı bacardım! Və o an qadının siması gözləriminin önündə canlandığında göz yaşlarım mirvari kimi yanaqlarımdan axdı. Qadın başındakı tacı çıxarıb saçlarıma taxdı və göz yaşlarımı maviyə boyanmış zərif barmaqlarıyla sildi. -İndi azadsan, əziz Səma! -Siz göy üzünün kraliçasısınız! Yox, Tanrı kraliçası! Və kiçik körpənin anasına sarıldığı kimi qadının boynuna atladım. Bu qadın göy üzünün Tanrı kraliçası, mənim üçün isə əbədi yanan şam idi! Bu Elnarə Nərimanova idi!
Bizim əzizimiz ELŞƏN İnsan üçün bir çox xüsusi günlər vardır amma bu gün tək sənin üçün yox, bütün səni sevənlər üçün xüsusi və xoş bir gündür. Bu gün sənin ad günündür Sağlam, dinc bir həyat keçir, ELŞƏN Hər yeni ildə uğurların və xoşbəxtliyin artsın. Bu zaman müvəffəqiyyət nərdivanını ehtiyatla qalxmalısan. Biz səni çox sevirik. . Arzu edirik ki, bu gün arzuladığın bütün arzuların gerçekleşsin. Geleceyini düzelden her yeni gün, bir evvelkinden daha gözel, isteklerine uyğun ve seni xoşbext edecek şekilde olsun! Arzu edirik kədər səndən uzaq olsun və gələcək günlər daim sənə yaxşı əhval-ruhiyyə bəxş etsin!
Sağlamlıq, xoşbəxtlik və uğur dolu bir ömür arzulayırıq. Bu yeni yaşında ömürünün ən gözəl və xoş günlərini yaşayasan. Qəlbin nə ilə döyünürsə, hər doğan günəş sənə onu gətirsin Yeni yaşında sənə unudulmaz gözəl xatirələrlə dolu bir həyat arzulayırıq.
Sevdiyin insanlarla arzuladığın həyatı yaşayasan Elşənimiz .Qoy her zaman qəlbin sevgiylə, həyatın ümidlə dolu, cibin pulla və həyatın ümidlə dolu olsun. Bu doğum günündə sənə sonsuz xoşbəxtlik, sadiq dost, gözəl həyat və saf məhəbbət arzulayırı. Qoy hər zaman süfrən ruzili, ruzin bərəkətli, cibin pullu, sevdan qanadlı, bextin atlı olsun. Yeni ömür səhifən xoş xatirələrlə dolu olsun, xəyalların gerçək olsun. Yaşa! Sev! Gül! Bunlar əskik olmasın yaşamından. Yaşın neçə olursa olsun hər şeyin ən gözəli səninlə olsun. Xoşbəxt gələcəyə və sevgi dolu yaşlara qədəm qoyasan.
Hər zaman tortun ətrafında sevdiklərin, ürəyində sevgi, ən gözəl arzuların ətrafında olsun. Ən müqəddəs rəqəm 7 yaşın mübarək. Ad günün mübarək, əzizimiz ELŞƏN.
Bu gün gözəl insan, əsl ziyalı, dəyərli alim, tənqidçi, publisist, Azərbaycanın Əməkdar mədəniyyət işçisi, “Ədəbiyyat qəzeti”nin baş redaktoru Azər Turanın doğum günüdür! Şad günü münasibəti ilə onu təbrik edir, həyat və fəaliyyətində yeni-yeni nailiyyətlər arzulayırıq!
Bu gün çox unikal bir insanın (əsl ziyalı, fədakar müəllim, döyüş yolu keçmiş zabit, özünə məxsus tətzi, üslubu olan yazar) – Emin Pirinin doğum günüdür! Şad günü münasibətilə onu təbrik edir, yeni-yeni nailiyyətlər arzulayırıq! Uğurlarınız bol olsun, Emin PİRİ!
Bu gün dəyərli qələm adamı, sevimli şairi Gəray Göyyurdun doğum günüdür! Şad günü münasibətilə onu təbrik edir yeni-yeni nailiyyətlər arzulayırıq! Allah can sağlığı versin.
Görünür həyatın, öz sirlərini insana açmadığı fəlsəfəsi var. O sentyabr ayının birində anadan olmuşdu. Yaxın keçmişə qədər həmin gün bilik günü adlanırdı, həmin gün hamı məktəbə gedirdi. 1963-cü ildə o da hamı kimi sentyabr ayının birində məktəbə getdi. 1973-cü ildə ali məktəbdə – Azərbaycan Dövlət Pedaqoji İnstitutunda (hazırda Azərbaycan Dövlət Pedaqoji Universiteti) tələbə kimi ilk mühazirə məşğələsində iştirakı da sentyabr ayının 1-nə təsadüf etdi. Gecəsini gündüzünə qatıb, müəllim peşəsinə yiyələndi və 1978-ci ilin yenə sentyabr ayının 1-də əlinə jurnal alıb sinif otağına daxil oldu, şagirdlərə dərs deməyə başladı. 1994-cü ilin sentyabr ayının 1-də ali məktəb auditoriyasına girib, mühazirə deməyə, seminar məşğələləri aparmağa başladı. Bu sentyabr ayının birinci gününün Hikmət Əbdül oğlu Əlizadənin həyat yoluna gətirdiyi sevinclərdir.
Tanışlığımın tarixi
Mənim Hikmət müəllimlə tanışlığımın önəmli tarixi var. Ondan xeyli əvvəl atası – görkəmli Azərbaycan psixoloqu, psixologiya elmləri doktoru, professor Əbdül Əlizadə ilə tanış olmuşam. Hələ tələbəlik illərimdən, sonradan mən təyinatla Sabirabad rayonunun Şıxsalahlı və Qaragüney kənd məktəblərində ingilis dili müəllimi, sonralar Azərbaycan Elmi-Tədqiqat Pedaqoji Elmlər İnstitutunda kiçik elmi işçi, elmi işçi vəzifələrində çalışarkən professor Əbdül Əlizadənin professor Əkbər Bayramovla yazdığı “Psixologiya” dərsliyini, psixologiyanın müxtəlif məsələlərinə, o cümlədən yeniyetmələrin cinsi tərbiyəsi probleminə aid sanballı əsərlərini oxuyur, Əbdül müəllimin pedaqoji və elmi fəaliyyəti barədə ürəkaçan sözlər eşidirdim. Təhsilin müxtəlif problemlərinə həsr olunmuş tədbirlərdə, konfranslarda görüşür, bir-birimizdən hal-əhval tuturduq.
İş elə gətirdi ki, professor Əbdül Əlizadə ilə birlikdə “Ailə” dərsliyi (IX sinif üçün), “Ailə həyatının etika və psixologiyası” (müəllim üçün vəsait), “Ailə həyatının etika və psixologiyası üzrə müntəxəbat” (şagirdlər üçün) dərs vəsaitləri, bir neçə kitab və kitabça, tədris proqramı, 15 məqalə yazdıq.
Belə günlərin birində professor oğlunu – Hikməti mənə təqdim etdi. Biz tanış olduq. Əbdül Əlizadə oğlu Hikmətlə əllərimizi birləşdirib: “Siz bir-birinizdən muğayat olun. Hər ikiniz pedaqogika üzrə mütəxəssisiniz. Bir yerdə dərslik, məqalələr yazın” – dedi.
40 ildən çoxdur ki, Hikmət Əlizadə ilə yaxın dost, yoldaşıq, bir-birimizə etibar edirik. Birlikdə “Pedaqogika” dərsliyi yazmışıq. Bir-birimizə “əmioğlu” deyirik. Hikmət müəllim namizədlik dissertasiyasını məndən əvvəl yazıb müdafiə etmişdi. Doktorluq dissertasiyasını isə, mən ondan əvvəl müdafiə etdim (1995), hətta “əmioğlu”mun müdafiəsi zamanı rəy yazıb, onun rəsmi opponenti kimi çıxış etdim.
Tələbəlik illəri
Ümumtəhsil məktəbində oxuyarkən (1963-1973) yaşıdları kimi onun da ən böyük arzularından biri ali məktəb tələbəsi olmaq idi. Dərslərinə ciddi hazırlaşar, özündə məsuliyyət hiss edirdi. Düşünərdi: “İnstituta, universitetə daxil olmasam, utanaram, ailə üzvlərimin, müəllimlərimin ümidlərini doğrultmaram”. Bu arzu, bu diləklə orta məktəbin son siniflərindən qəbul imtahanlarına səylə hazırlaşmağa başladı.
Zəhməti hədərə getmədi, özü də sevindı, ailəsini də, təhsil aldığı məktəbin pedaqoji kollektivini də sevindirdi. O vaxtkı V.İ. Lenin adına Azərbaycan Pedaqoji İnstitutuna (hazırda ADPU) qəbul olundu.
Haşiyə: Yadıma düşür, həmin illərdə böyük şairimiz Cabir Novruz “Tələbəlik illəri” adlı bir şeir yazmışdı. Bəstəkar Telman Hacıyev həmin şeirə mahnı bəstələdi, müğənni Elmira Rəhimova da mahnıya qol-qanad verdi. Qısa müddət ərzində bu mahnı az qala tələbə himninə çevrildi. Mahnı tələbə gəncləri təhsil almağa, tələbəlik illərindən bəhrələnməyə, gələcəyə səsləyirdi. Həmin mahnının sözlərini bütün tələbələr, səsi olan da-olmayan da, züm-zümə edirdi. Mahnı indi də Hikmət müəllimin qulaqlarında səslənir:
Çox-çox adi dolanan,
dünyaya, cahana, insana,
Gələcəyə inanan,
tələbə, tələbə, tələbə.
Mahnı hamını ovsunlamışdı, o dövr tələbələri bu mahnıdan ibrət götürür, daha məsuliyyətlə təhsil almağa səy göstərirdi. Tələbə Hikmət professor oğlu olsa da, tələbəlik dövrünün qayda-qanunlarını gözləyir, elmin sirlərini səylə öyrənirdi. Çox şərəfli bir peşəni seçmişdi. Həmin peşənin layiqli nümayəndəsi olmalıydı.
Təhsil aldığı illərdə həm də ictimai işlərlə məşğul olurdu. Sinif nümayəndəsi idi. Amma öz ictimai fəaliyyətini təkcə oxuduğu qrupda deyil, həmçinin fakültədə də davam etdirirdi. Tezliklə qrup tələbələri ilə yanaşı fakültə tələbələri arasında da hörmət qazandı, fərqlənən tələbələrdən birinə çevrildi. Fakültə və institut konfranslarında maraqlı məruzələrlə çıxış edirdi. Bunun nəticəsi idi ki, IV kursda təhsil alarkən ona respublika tələbələrinin konfransında plenar iclasda çıxış etmək şansı verildi. O özünəməxsus şövqlə öz məruzəsini təqdim etdi. III kursda təhsil alarkən fakültə komsomol təşkilatının büro üzvü, IV kursda isə sədr müavini seçildi. Beləliklə, təhsil aldığı illərdə o təkcə müəllim kimi formalaşmırdı, onda həm elmi yaradıcılıq və idarəetmə keyfiyyətləri təşəkkül tapırdı
Ali təhsilini 1978-ci ildə başa vurdu. İnstitutu fərqlənmə diplomu ilə bitirmişdi. Sevincinin hədd-hüdudu yox idi. Amma fərqlənmə diplomu almaq hələ heç nə demək deyildi, qarşısında hamı kimi onu da daha ciddi sınaqlar gözləyirdi. Nüfuzlu bir müəllim kimi özünü doğrultmalı idi. Təyinatla müəllim işləmək üçün 9 saylı internat məktəbinə göndərildi.
Elmin enişli-yoxuşlu yollarında inamlı addımlar
Beləliklə, o pedaqoji fəaliyyətə 9 saylı internat məktəbində başladı. Burada iki il çalışdı. İnternatda təhsil alan uşaqların çoxunun valideyni yox idi, ya dünyasını dəyişmişdi, ya da boşanmışdılar. Uşaqlar öz dəcəlliklərinə görə “fərqlənirdilər”. Bu səbəbdən internatda onlara qarşı müəllimlərin kobud münasibəti formalaşmışdı. Hikmət bir müəllim kimi bu münasibətdən razı deyildi. O, müxtəlif demoqrafik problemlərə malik olan bu uşaqlarla işləməyin pedaqoji yollarını axtarırdı. Dərs dediyi müddətdə empirik təcrübəsində bəzi yollar tapdı, tətbiq etdi. Amma bu təcrübə onu qane etmirdi. Bu məqsədlə 1980-ci ildə Azərbaycan Pedaqoji Xarici Dillər İnstitutunda pedaqogika üzrə aspiranturaya qəbul olundu və “IV-VIII sinif şagirdlərinin təlimə məsuliyyətli münasibətinin formalaşmasına demoqrafik amillərin təsirlərinin neytrallaşdırması” mövzusu üzərində tədqiqat aparmağa başladı.
Qeyd etmək lazımdır ki, mövzu aktuallığı ilə seçilirdi və ölkədə ilk dəfə idi ki, bu problem tədqiqata cəlb olunurdu. Problemin bu və ya digər məsələsi heç namizədlik səviyyəsində də araşdırılmamışdı. Mövzunun mürəkkəbliyini və problem istiqamətində SSRİ məkanında tədqiqat aparılmadığını nəzərə alaraq, kafedra müdiri, professor Aban Kərimovla yanaşı, 70-ci illərdə SSRİ-də ilk olaraq tərbiyənin sosioloji problemlərini tədqiq edən məşhur sovet alimi professor Renata Qriqoryevna Qurova ona elmi rəhbər təyin edildi. Dissertasiya işinin nəzəri hissəsini və metodikasını Moskvada hazırlayan Hikmət Əlizadə Bakı və Sumqayıt məktəblərində pedaqoji eksperimentlər həyata keçirdi. Tədqiqatda maraqlı nəticələr əldə etdi. Respublika mətbuatında tədqiqatları ilə bağlı məqalə və tezislərdən bu aydın görünürdü. Amma o təkcə Azərbaycanda deyil, SSRİ-nin müxtəlif respublika və şəhərlərində keçirilən konfranslarda məruzələri ilə çıxış edirdi. 1985-ci ildə Tbilisi şəhərində N. Qoqebaşvili adına Elmi-Tədqiqat Pedaqoji Elmlər İnstitutunda namizədlik dissertasiyası müdafiə edərək, pedaqoji elmlər namizədi (indiki qaydalara əsasən – pedaqogika üzrə fəlsəfə doktoru) elmi dərəcəsi aldı.
Aspiranturanı bitirdikdən sonra o 1984-cü ildə Bakı Dövlət Universitetinin Pedaqogika və psixologiya kafedrasında çalışmağa başladı. Kafedranın müəllimi, dosenti, professoru oldu. Onun dediyi mühazirə və seminar məşğələləri özünəməxsusluğu ilə fərqlənirdi.
Namizədlik dissertasiyasının müdafiəsindən sonra o Azərbaycan Elmi-Tədqiqat Pedaqoji Elmlər İnstitutunda (hazırda Təhsil İnstitutu) elmlər doktoru proqramı üzrə doktorant oldu. “Tərbiyənin demoqrafiq problemləri” mövzusunda tədqiqatlarını davam etdirdi. Bunun nəticəsi kimi,1996-cı ildə Azərbaycan Elmi-Tədqiqat Pedaqoji Elmlər İnstitutunda “Tərbiyənin demoqrafiq problemləri” mövzusunda dissertasiya işini müdafiə edərək, pedaqogika üzrə elmlər doktoru elmi dərəcəsinə layiq görüldü. Dərslərində apardığı tədqiqatların materiallarından istifadə etdiyi üçün onunmühazirə və seminar məşğələləri həm nəzəri, həm də tətbiqi xarakter daşıyır.
2000-ci illərdə onun elmi yaradıcılığında yeni, bənzərsiz səhifələr açıldı. Oğlunun tədqiqatlarının dərinliyindən və nəticələrindən razı qalan professor Əbdül Əlizadə ona birgə tədqiqatlar aparmağı təklif etdi. Bu, Hikmət Əlizadəyə böyük etibar idi. Onlar təxminən 15 il ərzində birlikdə psixopedaqogika istiqamətində maraqlı tədqiqatlar aparmağa başladılar. Bu tədqiqatların nəticəsi kimi, onların birlikdə bir neçə kitabı işıq üzü gördü. Əbdül Əlizadə dünyasını dəyişdikdən sonra da o, bu tədqiqatları davam etdirir. Respublika mətbuatının səhifələrində hər birimiz bu tədqiqatların nəticələri ilə tanış oluruq.
Bu gün Hikmət Əbdül oğlu Əlizadə çağdaş Azərbaycan pedaqogikasının layiqli və ləyaqətli nümayəndəsidir. Müəllim və alim ailəsində böyüyüb boya-başa çatıb. Psixologiya elminin korifeylərindən olan, psixologiya elmləri doktoru, professor, “Şöhrət” ordenli, Əməkdar elm xadimi Əbdül Əli oğlu Əlizadənin övladıdır. Ailə özünün elmi-pedaqoji fəaliyyəti ilə fərqlənir. Əbdül müəllimin bacısı, Hikmət müəllimin bibisi Məryəm Əli qızı Əlizadə Əməkdar incəsənət xadimi, sənətşünaslıq elmləri doktoru, professordur.
Hikmət müəllimin qızı Səbinə də babasının və atasının yolunu davam etdirir, psixologiya üzrə fəlsəfə doktoru elmi dərəcəsinə yiyələnib. Hazırda elmlər doktoru proqramı üzrə doktorantdır.
Hikmət Əlizadə həm də çox yaxşı ailə başçısıdır. İki övlad atasıdır. 4 nəvəsi var. Övladları ataları, nəvələri babaları ilə fəxr edirlər. Hikmət müəllim də öz övladlarını, nəvələrini çox sevir, onların sevincini öz sevincləri hesab edir.
Elmin enişli-yoxuşlu yollarında inamla irəliləyən pedaqogika elmləri doktoru, professor Hikmət Əbdül oğlu Əlizadə öz fəaliyyətini dissertasiya və elmi əsərlər yazmaqla, mühazirələr oxumaqla məhdudlaşdırmır. Elmi rəhbərliyi ilə neçə-neçə fəlsəfə doktoru yetişdirib, fəlsəfə və elmlər doktoru proqramları ilə dissertasiya müdafiə edən bir çox gəncin rəsmi opponenti olub, dissertasiya şuralarında üzv olub, Azərbaycan Respublikası Prezidenti yanında Ali Attestasiya Komissiyasının pedaqogika və psixologiya ixtisası üzrə eksperti olub. O, təhsil sahəsində ictimai fəaliyyəti ilə də fərqlənir. Tez-tez məktəblərdə aktual mövzularda mühazirələr oxuyur, seminarlar keçirir.
Professor Hikmət Əbdül oğlu Əlizadə 200-dən artıq elmi əsərin – monoqrafiyanın, kitabın, dərslik və dərs vəsaitinin, tədris proqramının, metodik tövsiyənin, məqalə və tezisin müəllifidir.
Əsas əsərləri bunlardır: “Tərbiyənin demoqrafik problemləri” (monoqrafiya), “Sosial pedaqogikanın aktual məsələləri”, “Pedaqogika” (dərs vəsaiti, prof. A.N. Abbasovla), “Əsrin meqameylləri psixoloji problemləri” (monoqrafiya, III cilddə, prof. Ə.Ə. Əlizadə ilə), “Pedaqoji psixologiya (dərslik, prof. Ə.Ə. Əlizadə ilə),”Pedaqoji psixologiya (dərslik, II cilddə, prof. Ə.Ə. Əlizadə ilə), “Yeni pedaqoji təfəkkür: psixopedaqogikaya giriş” (kitab,prof. Ə.Ə. Əlizadə ilə), “Təhsilin sosial pedaqoji məsələləri (dərs vəsaiti, Q. Abbasova, R. Mahmudova ilə), Tələbələrdə “qalıq biliklərin” formalaşmasının metodologiyasına dair (kitab, A. Kazımzadə, Q. Abbasova, R. Mahmudova, R. Məmmədova ilə), “Sosial pedaqogika” (dərslik, R. Mahmudova ilə), Psixopedaqogika (Ə.Ə. Əlizadə və S.H. Əlizadə ilə) və s
Təltifləri
Professor Hikmət Əbdül oğlu Əlizadə 2006-cı ildən son günlərədək (2022) Bakı Dövlət Universitetinin Sosial elmlər və psixologiya fakültəsinin dekanı vəzifəsində işləyib. Hazırda universitetin Pedaqogika kafedrasının professorudur.
Nümunəvi idarəetmə mədəniyyətinə yiyələndiyinə, təcrübəli, səriştəli ali məktəb müəllimi olduğuna görə, istər universitetin rəhbərliyi, istərsə də dövlətimiz tərəfindən Hikmət Əbdül oğlu Əlizadənin əməyi yüksək qiymətləndirilmişdir. O, “Tərəqqi” medalına, “BDU-nun 100 illiyi” medalına, “Şöhrət” ordeninə layiq görülmüşdür.
Arzumuz
2022-ci ilin sentyabr ayı. Sentyabrın 1-i pedaqogika elmləri doktoru, professor Hikmət Əlizadənin sevincli günü. Onun üçün özəl olan bu əlamətdar günü ailə bir yerə yığışıb qeyd etdilər. Sonra da dost-tanış onu təbrik etdi.
Bu ilin sentyabrın 1-i. Hikmət Əlizadənın doğum günü.
Belə xoş günlərdə professor Hikmət Əlizadənin sevincinə qoşulub deyirik:
Bu gün Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, milyonlarla insanın sevgisini və rəğbətini qazanmış Mehriban xanim Əliyevanın doğum günüdür. Bu gözəl gün münasibətilə Mehriban xanımı səmimi qəlbdən təbrik edir, uzun ömür, möhkəm cansağlığı arzulayırıq.