Şahin Musaoğlu mənim üçün hər şeydən əvvəl bir könül adamıdır.
O, gördüyü hər işi ürəklə görür. Ürəyindən gələn hər işə canını qoyur. Yəqin yazıb-yaratdıqları da elə buna görə ürəyə ürəyəyatımlı, könüloxşayan olur.
O, həm də məndən ötəri bu ölkədə Vətəni sevməyin parlaq bir mücəssəməsidir. Əfsanə şəxsiyyət, gəzərgi bir heykəldir.
Şahin Musaoğlunun ruhundan qopub, qələmindən çıxan nə varsa istisnasız olaraq , bir Vətən nəğməsidir. Və o bəstələr, o şeirlər, artıq neçə-neçə nəsilə məmləkəti, torpağı, bayrağı sevməyi təlqin edib. Bizim balalarımız Qarabağ sevgisini, Vətən eşqini həm də ondan öyrənib.
Lap çoxdan – uzaq 1992-ci ildən tanıdığım Şahin Musaoğlunu, həm bəstəçi, həm şair, həm də həkim kimi hamıya sevdirən də elə onun millətinə olan tükənməz sevgisidir.
Şahin Musaoğlu kimi könül dostu, əqidədaşı olan adam çox bəxtiyardır. Mənim kimi…
Günün qutlu olsun, əziz dərdiş. 61 yaşın xoş gəldi.
Elə gözəlsən ki, Sən… elə gözəlsən ki, Sən… Elə belə olasan ömrümün hər anında. Zaman durub dayana, dayanıb dura zaman, Zamanını alasan durdurub zamanın da.
Nə ucasan, İlahi, verdiyinə şükürlər! Sənsən ən xoş nəğmələr, ən ilahi şəkillər. Səndən ötüb dolaşır ən müqəddəs fikirlər, Nə asta yeriyirsən ruhumuzun canında.
Yenə günəş doğacaq, yenə yağacaq dolu, Tutacaq hara varsa, alacaq sağı, solu. …Necə var eləcə də keçəcəkdi bu yolu – Yenə əli ətəkdə bu qul Ehtiramın da.
bəlkə də sovetlətin yeganə qələm adamı olan dühası idi ki, 1937-ci ilin ağrısını ölənədək yaşadı.
Yoxsa 50 yaşında az qala 80 yaşlı qocaya oxşamazdı ki…
Və Müşfiq şerimizin cavanlıq, Füzuli qocalıq rəmzi hesab olunubdusa, Səməd Vurğun ümumiyyətlə şairliyin, insanlığın, həm də xeyirxahlığın və istedadın göstəricisi olub Azərbaycan insanının düşüncəsində və ruhunda.
İndi ona çaqqal kimi hürənlər də çoxdu, adını aşağılamaq istəyənlər də…
Amma O, sovet epoxası adlanan onilliklərin ən halal, ən vicdanlı, ən milli, ən talantlı və heç şübhəsiz ən nüfuzlu şəxsiyyətlərindən biri idi. Ömrü boyu yaxşılıqlara könül açdı və kimsəsiz istedadlara həyan oldu, onlara həyatı tanıtdı, yollarında şam kimi əridi.
Hər halıyla Azərbaycanda şəxsiyyət faktorunun önündə gəlib də, ən uca ədəbi zirvələri fəth etdi.
Ölümündən 70 ilə yaxın vaxt keçsə də, böyük ilham və tükənməz eşq ilə qələmə aldıqlarının əhəmiyyətli bir hissəsi siyasi konyukturalar ucbatından ədəbi xronikaya çevrilsə də, Səməd Vurğun ümumtürk ədəbi dilinin ən uca zirvələrinin başında qalmaqda davam etməkdədir.
Bu gün bizim dilimiz bu qədər dupduru, bir belə tərtəmiz, bu boyda halaldırsa, ən əvvəl həm də Səməd Vurğuna minnətdar olmalıyıq.
Şah Xətai, Abbas Tufarqanll, Vaqif, Aşıq Ələsgər kimi…
O həmişə yaşayacaq! Nə qədər ki, dilimiz var! Nə qədər ki, millətimiz var olacaq!
ZƏFƏRİMİZ MÜBARƏK! Hər ananın gül ağzında bir dua, Şükür, – gördük, Zəfərimiz mübarək! Türk adının qüdrətini dünyaya Biz göstərdik, Zəfərimiz mübarək! * * * Qamətimiz əyilmişdi,.. düzəldi, Vətən eşqi hər sevdadan əzəldi. Bu torpağın hər qarışı gözəldi, Sinə gərdik, Zəfərimiz mübarək! * * * Şəhidlərin qanı axdı torpağa, O al qanın rəngi hopdu bayrağa. Bu bayrağın sevgisinə varmağa Ömür verdik, Zəfərimiz mübarək! * * * Qırx dörd günün şəfəqiylə sökdü dan, Bu günlərə yol gəlirdik nə vaxtdan. Bu millətə canımızı hər zaman Qurban dedik, Zəfərimiz mübarək! 18.04.2022.
Bu gün – 23 yanvar – gözəl insan, səmimi dost, sevimli şair Ehtiram İlhamın doğum günüdür. Ad gününüz mübarək, Ehtiram müəllim!!! Uca Yaradandan Sizə uzun ömür, can sağlığı və bütün işlərinizdə müvəffəqiyyətlər arzu edirik!!! Uğurlarınız bol olsun!!!
Tanınmış şair Ehtiram İlham 23 Yanvar 1969 – cu ildə vətənimizin dilbər guşələrindən biri olan, sazlı-sözü Oğuz yurdu Tovuzda dünyaya göz açıb. Bakı Dövlət Universitetinin filologiya üzrə məzunudur. Uzun müddət sevimli kanalımız AzTv-də müxtəlif redaksiyalarda çalışıb. Ailəlidir. Hal-hazırda Sumqayıtda yaşayır. Özündən əvvəlki, özündən sonrakı, öz nəslinin ədəbiyyat sahəsində olan nümayəndələrindən özünəməxsus yaradıcılıq üslubu və dəsti-xətti ilə seçilir.
Azərbaycanın qəhraman oğlu şəhid polkovnik-leytenant Raquf Orucov
(Böyük qəhrəman Raquf Orucovun əziz xatirəsinə) ☆☆☆ Mıllətinin dar günündə Harayına gələn oğul. Ağrısına, acısına Sinəsini gərən oğul. * * * Çəkib qılıncı qınınnan, Yurdu suvardı qanınnan. Keçib öz şirin canınnan Torpaq üçün ölən oğul. * * * Damarında Türkün qanı, Bozqurdlar oldu dörd yanı. Qarı düşmənin bağrını Öz əliylə dələn oğul. * * * Qibləsi bilib Vətəni, Döyüşlərdə keçdi günü. Bir Murov qartalı kimi Səmaları yaran oğul. * * * Məmləkət yaşasın deyə, Ruhunu uçurdu göyə. Döndü gerçək əfsanəyə Gələcəkdən gələn oğul!