
***
Ta ağız açmaram dosta-qardaşa,
Şapalaq qızardan üzdən oluram.
Ağrılar başımı elə qatır ki…
Oğuldan oluram, qızdan oluram.
Pozulub əhvalım, dönüb zamanım,
Nə hissim qalıbdı, nə həyəcanım.
Günün istisində titrəyir canım,
Üstümü qış alıb, yazdan oluram.
Şərin kandarına ayaq basmadım,
İçimdən gəlməyən kəlmə yazmadım,
Atalar demişdi, qulaq asmadım –
El üçün ağlayıb, gözdən oluram.
01.05.2018.
Müəllif:Ehtiram İLHAM
Mustafa Müseyiboğlu adına kitabxana
===============================================
<<<< WWW.YAZARLAR.AZ və WWW.USTAC.AZ >>>>
Əlaqə: Tel: (+994) 70-390-39-93 E-mail: zauryazar@mail.ru