Azərbaycan ədəbiyyatının fədakar dostu, “Türk ədəbiyyatı” dərgisinin baş redaktoru, əzizimiz İmdat Avşarın ailəsinə ağır itki üz verib. Bu gün İmdat bəyin əzizi, Kırşəhir ülkü ocakları eski başqanlarından olan milli düşüncəli aydınlarımızdan Yavuz Akçı Haqq dünyasına qovuşub.
Bu münasibətlə Azərbaycandakı dostları: Pərvin Nurəliyeva, Xəyalə Zərrabqızı, Zərrab Əfəndiyev, Təranə Vahid, Elşən Cəfərov, Elçin İsgəndərzadə, İbrahim İlyaslı, Asif Rüstəmli, Azər Turan, Qulu Ağsəs, Emin Piri, Aqil Camal, Zaur Ustac, Şəhla Qəmbərova, Ceyran Cəfərli, Nilufər Abdulova, Şəfa Vəli, Aygün Yaşar, Sevinc Muğanna və başqaları çox hörmətli İmdat bəy Avşara və ailə üzvlərinə – mərhumun xanımı Meral xanım Akçıya, Ziya Avşara, Canan xanım Avşara, Bekir Avşara, Hakan Avşara əzizləri Yavuz Akçının vaxtsız vəfatından kədərləndiklərini bildirir və mərhumun övladlarına, ailəsinə, doğmalarına, bütün yaxınlarına səbir diləyir, dərin hüznlə başsağlığı verirlər.
ŞUŞAYA QAPI AÇDIN (Vətən Müharibəsi Qəhrəmanı, Polkovnik-leytenant Anar Əliyevin əziz xatirəsinə.)
Zülmət boğan torpağa, Günəş kimi nur saçdın. Canını qurban verib, Şuşaya qapı açdın. * * * Baxmadın uzaq yoldu, Gəlib çıxdın köməyə. Zəfər qismətin oldu, Çatdın arzu, istəyə, * * * Müqəddəslik guşəsi, Elin şərəf-şanısan. Xalqın uca zirvəsi, Vətən Qəhrəmanısan. * * * Demişdin: Kəlbəcərə, Bayraq sancmaqdır əhdim! Yandıq acı xəbərə, Beş dil bilən şəhidim! * * * Tez savaşa atıldın, Torpaq seçməz hər oğlu. Naxçıvandan qatıldın, XTQ-nin nər oğlu. * * * Yapdın, qala, xanə sən, Adı əbədi igid. Nağılsan, əfsanəsən, Gəncliyə örnək şəhid. * * * Anar deyir, el-oba, Bu Vətənin fəxrisən. Adın döndü kitaba, “Yeni tarix” dərsisən.
DÖNDÜ (Vətən müharibəsində qazandığımız tarixi qələbəyə həsr olunur.) Necə yazmayasan bu xoş günlərdən?! Xalqımın qüruru özünə döndü. Qurtulduq o ağır, çətin illərdən, Millətin sevinci üzünə döndü. * * * Sərkərdəmiz əzdi düşmənin başın, Çıxdı azadlığa torpağım, daşım. Dəmir yumruq oldu hər vətəndaşım, Cənabın bir kəlmə sözünə döndü. * * * Haqq yolunun dözdülər hər anına, Vəlvələ saldılar düşmən canına. Vətən şəhidlərin axan qanına, Qazinin qaranlıq gözünə döndü. * * * Yağının xülyasın tamam çöndərdi, Torpaqdan rədd etdi, gora göndərdi. İgidlər dağları yola döndərdi, Dağlar Pənahəli izinə döndü. * * * Yüksək saxlayırıq hər an xidmətin, Qardaşın qardaşa böyük hörmətin. Naxçıvan, Zəngəzur atdı həsrətin, Yolumuz Laçın dəhlizinə döndü. * * * Azad etdi hər kəndi, hər şəhəri, Öz gücüylə heyran etdi bəşəri. Əldə silah Azərbaycan əsgəri, Doğma ocağına, közünə döndü. * * * Hər uğurda Öndərimiz dayandı, 44 günə Böyük Zəfər yarandı. Mehriban xanımla gəzib dolandı, Şükür, Paşam Cıdır düzünə döndü.
QARABAĞIN DƏRDİNİ GÖRDÜK ÖZ GÖZÜMÜZLƏ Bu torpaqdan anadan olmamış qovulmuşuq, Anamızın dərd dolu südüylə yoğrulmuşuq, Gəlib çatdı vədəmiz, gör necə oğulmuşuq. İz açdıq cığırlarda öz köhnə izimizlə, Qarabağın dərdini gördük öz gözümüzlə. * * * Qarabağ Azərbaycan, söylədi Baş Komandan, Səsinə səs verdilər, keçdi igidlər candan, Qisas aldı Ordumuz murdaryan, rəzilyandan. Qaralan ocaqları yandırdıq közümüzlə, Qarabağın dərdini gördük öz gözümüzlə. * * * Hay verin Zəngilanın, Qubadlının hayına, Ağdərə, Xocalını axtarın, arayın ha, Xarı bülbül yolmasın, saçını darayın ha. Qucaqlaşıb ağladıq özümüz özümüzlə, Qarabağın dərdini gördük öz gözümüzlə. * * * Burda Cəbrayıl, Ağdam, burda Füzuli vardı, Kəlbəcərim üşüyür, yanır, tonqal da qardı, Daş üstdə daş qalmadı, Laçınımı apardı. Tərtərdən Xankəndinə yol aldıq dizimizlə, Qarabağın dərdini gördük öz gözümüzlə. * * * Baxıb Şuşa qürurla ürəyində ağladı, Hələ də açıq qalmış, yarasını bağladı, Salam, Şuşa, azadsan!!! Gur səsimiz çağladı… Bilirdim, gələcəksiz, gülürdü üzümüzlə, Qarabağın dərdini gördük öz gözümüzlə. * * * Bir yumruqda birləşdi zəfər soraqlı ordum, Azadlığa qovuşdu Qarabağ, ana yurdum, Şəhidlik zirvəsində son məkanımı qurdum. Son qəmin olsun, Vətən, dedik öz sözümüzlə, Qarabağın dərdini gördük öz gözümüzlə. 8.12.2020.Zərdabi. Müəllif: Mövlud AĞAMMƏD
AY ALLAH Qaxaca dönmüşəm, çiyim qalmayıb, Zülmün tavasında bişib çıxmışam. Zəmanə qalayan ocağım altdan, Közü əllərimlə eşib çıxmışam. * * * Vədəsində duyub dövrün kələyin, Sinəmlə dəf etdim oxun fələyin. Məni diri udan acı taleyin, Qarnın qələmimlə deşib çıxmışam. * * * Adiləm, getmişəm hansı tərəfə, Dönmüşəm atılan daşa hədəfə. Ölüb dirilmişəm azı min dəfə, Mən hər gün bir qəbrə düşüb çıxmışam.
YÜZ QARA FİKİR Beynimdə yüz qara fikir, Ürəyimdə sıxıntı var. İşğal edib kədər məni, İçimdə min dağıntı var. * * * Qəmli-qəmli boylanıbdı, Nəm çəkibdi, sulanıbdı, Buludları bulanıbdı, Gözlərimdə yağıntı var. * * * Zaman durubdu qəstimə, Qara yaxır dürüstümə. Bəndin aşıb düz üstümə Sellənən gur axıntı var. * * * Ömür yetir tamama ta, Şans gəlmədi bu damada. Bu kasıbca komama da, Yüz bədnəzər baxıntı var.
ÇIXMIŞAM Məni bişirməyə yoxdur ehtiyac, Eşqin tavasına düşüb çıxmışam. On lada köklənib təbim bir anda, Yüz saz havasına düşüb çıxmışam. * * * Durdum öz sıramda, əymədim sətri, Hamının yanında xoş etdim xətri. Yüz yol bir halalca qismətdən ötrü, İlan yuvasına düşüb çıxmışam. * * * Gəzməyin Adili, onun özüyəm, Zaman məni sıxıb, əzik-üzüyəm. Bir əlim kəsilib dibdən, qaziyəm, Şərin davasına düşüb çıxmışam.
SÖZ Mehribanlıq, xoş ünsiyyət yaradan, Görüş vaxtı ilk deyilən salam söz. Dava salan, barışdıran, küsdürən, Hikmət sözdü, nəsihət söz, kəlam söz. * * * Sözdü mənim gerçəyim də, gopum da, Sözdü mənim pəncərəm də, qapım da, Sözdü mənim tüfəngim də, topum da, Bürcüm sözdü, səngərim söz, qalam söz. * * * Ah-naləmdi, imdadımdı söz mənim, Şagirdimdi, ustadımdı söz mənim, Ulusumdu, əcdadımdı söz mənim, Babam sözdü, atam sözdü, balam söz. * * * Söz ləlimdi, söz gövhərim, söz incim, Yoxdur mənim sözdən qeyri sevincim. Sözdü mənim ön gedənim, birincim, Yaxşım sözdü, bəh-bəhim söz, əlam söz. * * * İki nəfər oturanda üz-üzə, Danışdıqca giriş verir söz sözə. Ay Cəfakeş, aqillərdən bir bizə, Qalan sözdü, qalan sözdü, qalan söz.
İLAHİ KƏSMƏZ Ayaqdan çəkən yox, qoldan tutan ol, Yardım edən əldən İlahi kəsməz. Sevinci, gülüşü bolüb bərabər, Nə gülüşü kəsməz, nə ahı kəsməz. * * * Gah düzə, gah dağa çəkər bəndəni, Danladar, qınağa çəkər bəndəni. Azaldar, sınağa çəkər bəndəni, Amma birdəfəlik mətahı kəsməz. * * * Bizə düz göstərir yolu Tanrımız, Ürəyi rəhm ilə dolu Tanrımız. Cəfakeş, dar gündə ulu Tanrımız, Heç vaxt üstümüzdən pənahı kəsməz.
BİRLƏŞİN, TURAN DEYİN! Bu uğurla, zəfərlə, Yaşa Komandan, yaşa! İrəli get Türkümlə, Ərdoğanla dur qoşa. * * * Sevir sizi bu vətən, Olun canbir, olun tən. Bir də gəlməsin düşmən, Bu torpağa, bu daşa. * * * Hər zaman can-can deyin, Düşmənə “yan, yan” deyin. Birləşin, TURAN deyin, Dünyaya olun PAŞA!
TANRIYA XİTAB Yuxularım qat-qarışıq… Yozumunda yoxdu işıq. Qarşındayam bircə qaşıq Ümid ver, geri qayıdım. * * * Harda, nə vaxt ki, sənsizəm Həm karsızam, həm yönsüzəm. Dən sənindi, mən dənsizəm Üyüt ver, geri qayıdım. * * * Ömrüm ölüm sorağında, Bir uçqunun qırağında. Mən varamsa marağında Öyüd ver, geri qayıdım. * * * Ya möhürlə fərmanımı, Vaxtında al sən canımı. Ya olmayan imkanımı Böyüt ver, geri qayıdım!
TANRIM Tanrım, məni elə yaşat, Səndən əlim üzülməsin. Cəhənnəmə dönsə həyat, Səndən əlim üzülməsin. * * * Zamanım yağı olsa da, Köksümün dağı olsa da. Ürəyim yağır olsa da, Səndən əlim üzülməsin. * * * Göy gözümdə ensə belə, Yer zülmətə dönsə belə, Son ulduzun sönsə belə, Səndən əlim üzülməsin.
Oslodakı həftəsonu Azərbaycan məktəbində Müstəqilliyin Bərpası Günündən danışılıb
Oslo şəhərində fəaliyyət göstərən Nizami Gəncəvi adına həftəsonu Azərbaycan məktəbinin növbəti dərsi 18 Oktyabr – Azərbaycanın Dövlət Müstəqilliyinin Bərpası Gününə həsr edilib.
Dərsə onlayn formatda qatılan Skandinaviya Azərbaycanlıları Koordinasiya Şurasının Norveç üzrə əlaqələndiricisi Ramil Əliyev, yazıçı Gülzar İbrahimova, Şirvan şəhər Mərkəzi Kitabxanasının böyük metodisti Kəmalə Quliyeva, Yevlax rayon Nizami adına Malbinəsi kənd tam orta məktəbinin ibtidai sinif müəlliməsi İnarə Musayeva və yetirmələri həftəsonu məktəbinin şagird və müəllim heyətini bayram münasibətilə təbrik ediblər. Çıxış edənlər bu günün xalqımızın tarixində önəmindən danışıblar, Vətənimizi, Ana dilimizi sevməyi, öyrənməyi və qorumağı tövsiyə ediblər.
“Azad və müstəqil ölkənin vətəndaşları kimi bu günü Vətəndən uzaqda böyük sevgi və qürur hissi ilə qeyd edirik. Vətən müharibəsində torpaqlarımızı işğaldan azad etdik və dünyaya göstərdik ki, Azərbaycan qüdrətli, müstəqil və suveren bir dövlətdir. Böyük Zəfər müstəqilliyimizin dönməz və ədəbi olacağına bariz sübutdur”, – deyə R.Əliyev bildirib.
Sonra şagirdlərin ifasında Azərbaycan şairləri Səməd Vurğunun “Azərbaycan”, Xəlil Rza Ulutürkün “Azadlıq”, Baba Vəziroğlunun “Vətən” şeirləri səsləndirilib, “Azərbaycan” mahnısı təqdim edilib.
Dərs zamanı “Xarıbülbül“ sərgisi nümayiş olunub. Həftəsonu məktəbinin şagirdləri Şanay Şəkarinin, Omar və Altay Əlinin, Səlim Abbaszadənin və Aida Ramberqin “Xarıbüllbül” rəsmləri tədbir iştirakçılarının marağına səbəb olub. Tədbirdən fotolar:
Artıq yaramız deyil, Anamızdır Qarabağ. Uğruna can verilən Yarımızdır Qarabağ. Torpağında qan axıb Canlar yatb, kök salıb İgidimin izləri Qarabağda itibdir Əclafların izləri. Səbrin sonu salamat, Alındı ki bu torpaq Ağlamasın bir daha Övlad deyə hər gecə, Qanamasın bir daha. Silinməsin tarixdən Qəhrəmanlıq dastanı Yazılsın ağıllara, İgidlərin dastanı. Düşmən, danış nağılı Xeyri yoxdu biləsən Yazdı bizim oğullar Yazdı tarix dastanı Şəhid verdi hər şəhər Torpağının uğruna. Tarix də şahid buna Allah da şahid buna Qorquddan Koroğluya Bəşərdi şahid buna Oğul qayıtdı yurduna Ana basdı bağrına Bu dastan gözəl bitdi 30 illik həsrətlər Sona yetdi,dərd bitdi Bilən bilir indi ki Zəfər oldu sonumuz Hamı bilsin olanı Dünya duysun bu anı Biz dəmir yumruq olub Aldıq bizim olanı.
SEVGİ ŞEİRİ
Şirin yuxun olaydım Ayılmaq istəməzdin Bəlkə keçmiş qayıtsa Ayrılmaq istəməzdin. Kədər olardım gözündə, Bir daş olar qəlbində Oturardım ürəyinə. Bəzən göz yaşn olb, Axardım ovuclara Tutmadığım əlləri, Göz yaşların tutardı. Hər tində, hər küçədə Məni görmək ümidi Səni başdan sarardı. Qəlbin yaman atardı Məni atdığın kimi. Yuxuların qaçardı Məndən qaçdığın kimi.