Bu gün Xırdalan şəhərində yerləşən Abşeron rayon Heydər Əliyev Mərkəzində tanınmış söz adamlarının iştirakı ilə şair Günay Ümidin “Acı şokalad” adlı yeni kitabının təqdimat mərasimi baş tutdu. Tədbirin gedişində “Yazarlar” jurnalının baş redaktoru şair-publisist Zaur Ustac müəllifə “Ziyadar” diplomunu təqdim etdi. FOTOLAR:
AYB-nin üzvü şair Günay Ümidin “Acı şokolad” adlı kitabının təqdimatı keçiriləcək.
Müəllifin YAZARLAR.AZ saytına verdiyi məlumata görə, təqdimat 26 iyul 2021-ci il, saat 16:00-da Xırdalan Heydər Əliyev parkında yerləşən Heydər Əliyev mərkəzində keçiriləcək.
Qeyd edək ki, “Acı şokolad” adlı kitab müəllifin sayca 2-ci kitabıdır. Kitab şairin qələmlə tanışlığının 25 illiyinə hazırlanıb. Kitabın korrektoru aşıq-şair Pərviz Axunddur.
Bütün ədəbiyyatsevərlər, sözə qiymət verən hər kəs dəvətlidir.
Dinlədikcə ruhumun hər zərrəsinə yayıldı səs. Səsin möhtəşəmliyimdənmi danışım, yoxsa İbrahimin könlündə coşan vətən eşqindən? Bu gəncin istedadına söz ola bilməz. Çox qiraətçilərdən dinləmişəm, ancaq İbrahimin səsindən dinləmək zövq verdirir.Vətən oğullarına, Azərbaycan xalqına qəlbində nə böyük sevgi yaşadırmış! Könül bağçanın sevgiylə qalmasını diləyirəm, əzizim! Rəngarəng ipləri doladığın səsinə heç vaxt zərər gəlməsin! Qələminin varlığı tükənməsin! Sən çox istedadlısan,səninlə fəxr edirik!
ATALAR Atalar Yer üzündə Allahın kölgəsidir, Haqdır, ədalətdi bu, Allahın bəlgəsidir. Həm arxa, həm dayaqdı övlada varlı ata, Uşaq var ata istər, uşaq da varlı ata… İstəyirəm gorəsən, mümkün deyil danışmaq, Belə olur atanın ətəyindən yapışmaq… Allah ətəyi kimi, bərk sarılıb, tutuşmaq, Balaca yumruqlarla, allahlarla vuruşmaq … Həm arxa, həm dayaqdı övlada varlı ata, Uşaq var ata istər, uşaq da varlı ata… 13.06.2021.- Bakı.
Bu gün gözəl insan, əsl ziyalı, tanınmış şair Xaliq Rəhimlinin doğum günüdür. Bu münasibətlə sevimli şairimizi təbrik edir, Uca Yaradandan can sağlığı, uzun ömür, bütün işlərində müvəffəqiyyətlər arzu edirik… Ad gününüz mübarək, Xaliq müəllim!!! Uğurlarınız bol olsun!!!
Xaliq müəllimin özünün bu gün münasibəti ilə dilinə gələnlər:
Ömrün də yazı olurmuş Amma mən qış görə bildim Ürəyim istəyən kimi Nə də bir iş görə bildim Mən yaşımnan utanıram
Taleyim bir şum misallı Ömrümü ot ,alaq basdı Çox şeyi bilmirsən dostum Tərifləmə məni, bəsdi Mən yaşımnan utanıram
Deyirlər su gələn arxa Bir də gələr əvvəl axır Yarımçıq qalan arzular Üzümə həsrətlə baxır Mən yaşımnan utanıram
Nə qədər bəd günüm olub Nə qədər şad günüm olub Yelə verdiyim illərdi Yığılıb ad günüm olub Mən yaşımnan utanıram…
Milli Qəhrəman General Polad Həşimovun anası Səmayə Ana dəfn günü…
CAN AY ANA…
(Polad Həşimovun Anasına)
Can ay Ana, bu baxışda nələr var… Bu baxışda, Poladının ilk dişi, İlk addımı, gülüşü var, yeriş var… Bu baxışdan asılıbdı murazlar… Bu baxışda Poladının ilk beşi, Gülərüzü, şux qaməti, duruş var… * * * Can ay Ana, bu baxışda nələr yox?! Bu baxışda yoxa çıxıb diləklər, Bu baxışda zaman da yox, məkan da… Bu baxışda itib bütün mizanlar… Bu baxışda dünya çöküb iməklər, Bu baxışda yelkən də yox, sükan da… * * * Can ay Ana, bu baxışda nələr var… Bu baxışda Poladın ilk rütbəsi, Bu baxışda şərəf də var, şan da var… Bu baxışda fəğan edir arzular… Bu baxışda min vaizin xütbəsi, Al don geymiş qürub da var, dan da var… * * * Can ay Ana, bu baxışda nələr yox?! Bu baxışda qədər namı ağlayır, Bu baxışda Polad adlı oğul yox… Bu baxışda tükənibdi niyazlar… Bu baxışda kədər qəmi dağlayır, Mum tək yumşaq, polad kimi oğul yox…. * * * Can ay Ana, bu baxışda nələr var… Bu baxışda Poladının mərdliyi, Ərənliyi, cəsurluğu, qürur var… Baxışının hərarəti dondurar… Bu baxışda fəxarətin sərtliyi, Ağalığı, amirliyi, onur var… * * * Can ay Ana, bu baxışda nələr yox?! Bu baxışda susub qapı zəngləri, “Polad gəldi”, dur ayağa deyən yox… Bu baxışda od qalayır xəyallar… Bu baxışda itib dünya rəngləri, “Ana” – deyə, şirin-şirin gülən yox…
* * * Can ay Ana, bu baxışda nələr var… Bu baxışda xanım, xatın bir Ana, Sinəsində bağrı çat-çat olan var… Bu baxışdan neçə Ana boylanar… Bu baxışda Nüşabə tək şir Ana, Tomris kimi kükrəyən var, yanan var… 12.01.2021. – Bakı.