Etiket arxivi: Hüseyn İsaoğlu (Məmmədov)

RUHUMUZU İŞIĞA BƏLƏYƏN ŞAİR – ADİL ŞAMİLOĞLU

RUHUMUZU İŞIĞA BƏLƏYƏN ŞAİR – ADİL ŞAMİLOĞLU

…Mövzu palitrası daha əlvan, daha çoxrəngli olan, şeirləri ilə ruhumuzu işığa bələyən, dünyaya saf, təmiz məsum şair gözüylə baxan, şərəfli yaradıcılıq yolu ilə inamla addımlayan Adil Şamiloğlunun «Qaçaq Gülsüm» əsərilə (Bakı, 2025) tanışlıqdan sonra bir daha inandım ki, əsl şairlərin sözü dirilik suyudur. Bu «dirilik suyundan» içdim və Şəmkir elinin mərd və qeyrətli bir qadını ilə tanışlıqdan qürur hissi keçirdim. Qürurlandım ki, Azərbaycanın aslan təbiətli, şir ürəkli qadınları olan yerdə həmişə düzlük, saflıq, halallıq var, qeyrət, namus, şərəf var. Həm də qürurlandım ki, dünyanı dolaşan «Aslanın erkəyi, dişisi olmaz» məsəli məhz türk qadınları üçün deyilib. At belində sağa-sola ox atan, qılınc oynadan, tüfənginin gülləsi hədəfindən yayınmayan mərd və qeyrətli qadınlarımız tarix boyunca kişilərlə çiyin-çiyinə dayanaraq düşmənə qarşı igidliklə vuruşublar. Onların sayı çoxdur, saymaqla bitib-tükənməz. Həmin o cəsur, igid qadınlardan biri də Qaçaq Gülsümdür və həmin o igid, cəsur, qorxmaz Şəmkirli balasından, Odlar Yurdunun od qızından Adil Şamiloğlu bütün zamanlarda oxunacaq tarixi bir poema yazmış, həm ədəbiyyatın, həm də ədəbiyyat tarixinə yazılacaq bu əsər nəsillərdən-nəsillərə ötürülərək oxunacaqdır.
Gülsüm tarixi şəxsiyyətdir. O, 1863-ci ildə Əmirqulu kişinin evində dünyaya göz açıb və ömrünün son gününə, son anına kimi ucalıq taxtından düşməyib. Azərbaycanda Sovet hakimiyyəti qurulana qədər çar rusiyasının azğınlaşmış məmurlarına qarşı barışmaz olmuş, tüfəngini yerə qoymamış, kolxoz quruculuğu dövründə də haqsızlığa qarşı barışmaz mövqe tutmuş, özünü-sözünü bilməyən erməni milislərinin (Polisini – red.) çirkin əməllərinə görə gözünü belə qırpmadan güllələyən Qaçaq Gülsüm qaçaqlıq dövründə olduğu kimi yenə də düşmənə düşmən kimi cavab vermişdir.
Şair Adil Şamiloğlu Qaçaq Gülsümü ucalığın, əyilməzliyin, vətənpərvərliyin, yurdsevərliyin, mərdliyin…rəmzi kimi qələmə vermiş, onunla bağlı fikir və düşüncələrini, eşitdiklərini, hiss və həyəcanlarını səmimi şəkildə qələmə almışdır.
Qaçaq Gülsümün Kərəmlə dostluğundan, onun məsləhətilə Araz çayını adlayıb o taya keçməsindən, qaçaqların həbs edilməsindən və Qaçaq Kərəmin köməyi sayəsində onların azad olunmasından, Qaçaq Kərəmin qardaş tövsiyyəsilə Gülsümün qaçaqlıq həyatından əl çəkməsindən söhbət açmış, hər incə detala toxunmaqla son dərəcə təsirli bir əsər yazmağa müvəffəq ola bilmişdir.
Qaçaq Kərəm özünə bacı və silahdaş bildiyi Gülsümə müraciətlə belə deyir:

Elinə-gününə yanıb da qayıt,
Uşaq çağlarını anıb da qayıt.
Qayıt, əziz bacım, mehriban bacım,
Azalsın mənim də qoy ağrım, acım.
Bir rahat, bir azad həyat qurarsan,
Kəndə-kəsəyə də dayaq durarsan.
Sənin arzuların, əməlin haqdır,
Qadına ən ali ana olmaqdır.

Adil Şamiloğlunun bir sənətkarlıq xüsusiyyəti də odur ki, o, təkcə Qaçaq Gülsümdən söhbət açmır, həm də türkçülükdən söz salır, türkün böyüklüyünü, nəyə qadir olduğunu, tarix yazdığını dilə gətirir, həm də ikiyə bölünmüş Azərbaycanın yaralarına sözlə məlhəm olmaq istəyir.
Qaçaqlar Araz çayını keçən zaman şair Nəbi Eloğlu yada düşür. Onun Araz çayına yazmış olduğu şeiri şagirdi Əzəmət söyləməli olur və o, yanıqlı-yanıqlı Araz çayına baxıb Nəbinin şeirini dilə gətirir:

Ömür yolu qaralıdır, ağlıdır,
Bu dərd məni için-için ağladır.
Təbrizimə gedən yolum bağlıdır,
Araz çayı, aramıza girmə gəl!

Şair özü də Gülsümün dilindən ikiyə bölünmüş Azərbaycanla bağlı fikirlərini bölüşür ki, bu da oxucunu daha da təsirləndirir:

…Adını dilimdə bitirmişəm mən,
O gözüm, o, qanım, canıma candır,
O, iki bölünmüş Azərbaycandır.
Heç zaman dilimdən adı düşməyib,
Hələ Azərbaycan bütövləşməyib.

Şair Adil Şamiloğlu eyni zamanda ağır qul əməyi olan pambıq yığımından, bu bitginin vaxtilə Şəmkirdə də yetişdirilməsindən, qadınların, qocaların, uşaqların zəhərli pambıq tarlalarında günçıxandan günbatana kimi işləməsindən ürəkağrısı ilə söhbət açır. Erməni milislərinin (polis) Gülsümün hamilə gəlinini də pambıq yığımına göndərmək istəyindən, erməni milisi Hampet Aşotyanın Gülsümə qarşı hədə-qorxu gəlməsindən və s. söz açaraq yenə də Gülsümün kişi qeyrətini, mərdliyini bir daha açıqlamalı olur:

-Erməni bir az da irəli vardı,
Ağzı köpükləndi, köksü qabardı:

  • Deyəsən, hökumət-zad bilmirsiniz,
    Sürərəm Sibirə, qalmaz iziniz.
    Mənmi yığacağam çöldə pambığı?
    Birbaşa tarlaya, itin qancığı.
    Halaldır içsək də bizə qanları,
    Bitirmək gərəkdir busurmanları.

Gülsüm dözə bilmir və silaha sarılır.

Gülsüm fırlanaraq aldı tüfəngi,
Dəyişdi bir anda milisin rəngi.
Nə tərpənə bildi, nə macal tapdı,
Harda ermənini gör, əcəl tapdı.
Dolaşıb yıxıldı o ən irisi,
Qaçmağa cəhd etdi hələ birisi.
Daha nə söyür, nə şeşələnirdi,
Yekəpər yerində eşələnirdi.

Düşünürəm ki, «Qaçaq Gülsüm» poeması son 15-20 ildə yazılmış ən gözəl, ən dəyərli əsərlərdən biridir, bəlkə də birincisidir. Belə bir poemanı yazmaqla Adil Şamiloğlu hansı istedada, hansı söz qüdrətinə malik olduğunu bir daha açıb göstərmiş oldu.
Əsər haqqında geniş söhbət açmağa lüzum görmürəm, çünki poemanı oxuyan hər kəs Qaçaq Gülsüm haqqında geniş bilgi əldə edə biləcəkdir. Məhz ona görə də bəzi məqamlara toxunmaqla kiayətlənməli oluram.
Əsərində maraqlı, təsirli səhnələr yetərincədir. Qaçaq Kərəmin, Stalinin, M. C. Bağırovun, Gülsümü dəlicəsinə sevən şair Nəbi Eloğlunun, qaçaq Şirəlinin və digər tanınmışların haqqında söz açılması əsərin dəyərini daha da artırır. Oxucu istər-istəməz xəyalən ötən illərə səyahət etməli olur, Azərbaycan tarixinin hələ tam açılmamış, öyrənilməmiş səhifələrini vərəqləyir, həm qürur duyur, həm də vaxtilə əzilən xalqın taleyinə acıyır.
Söz meydanında söz köhlənini göylərə qaldıran şair Adil Şamiloğlu böyük təvazökarlıq edərək əsərin girişində Qaçaq Gülsüm haqqında məhz Səyavuş Sərxanlının, yaxud Məzahir Hüseynzadənin yazmalı olduğunu bildirir:

…Mövzu təzə mövzudur,
Duymamışdı Səyavuş.
Sərxanı vəsf etməkdən,
Doymamışdı Səyavuş.
Məzahir də bu işdən,
Bu mövzudan yan keçdi,
Aradan illər ötdü,
Gün keçdi, zaman keçdi.
Bu mövzunu vəsf etmək,
Düşdü mənim boynuma…

Ancaq buna baxmayaraq oxucu onunla razılaşmaq məcburiyyətində olmur, çünki «Qaçaq Gülsüm» poemasını, ancaq Adil Şamiloğlu yaza bilərdi, yazdı da. Yazdı və həm özünə, həm də Azərbaycanın mərd və qeyrətli bir qadınına sözlə heykəl ucalda bildi.

                                                         *

Adil Şamiloğlunun «Qaçaq Gülsüm» poemasında vətən sevgisi, yurda bağlılıq, təbətin tərənnümü, Təbriz həsrəti, Araz dərdi, ölüm haqqında fikir və düşüncələr, türkçülük, rus və erməni azğınlığı… diqqəti cəlb edən başlıca xüsusiyyətlərdən biridir. Poemada şair Vətən duyğulu, təbiət ətirli miraları ilə könlümüzü oxşayır, ruhumuza sığal çəkir.
Vətənə, təbiətə, yurd yerinə qırılmaz tellərlə bağlı olan, yurdun hər daşını, quru yarpağını belə müqəddəs bilən şair ən gözəl duyğularını sözə çevirərək Sərxan kəndinin əhatə dairəsində olan Kotan bulağından, Cəyir çayından, İlıxçı meşəsindən və s. söhbət açmaqla kifayətlənmir, həm də bir rəssam kimi o gözəl yerləri gözlərimiz önündə canlandıra bilir. Fikrimizin təsdiqi kimi bu misralara diqqət yetirək:

…Min ildir mövcuddur bu Kotan bulaq,
Bir gün gərək gedib mehmanı olaq.
Bulaq axıb gedir, indi də vardır,
Axır şırıl-şırıl, nə bəxtiyardır.

Və yaxud Sərxan kəndinə həsr edilmiş misraların sehrinə düşməmək mümkündürmü?

Yol boyunca mürgüləyir İlıxçı,
Üstümüzə meh ələyir İlıxçı.
Yarımyaylaq…Ana Cəyir…İlıxçı…
Sərxana gəl, sərxana gəl, Sərxana.

Bulağın, çayın, dağın, kəndin…obazını yüksək sənətkarlıqla yaradan, yurdun əsrarəngiz gözəlliyini məhəbbətlə itfadə edən, ən müqəddəs duyğularını qələmə alan Adil Şamiloğlunun yurd yerlərilə bağlı poetik düşüncələri olduqca maraqlıdır, orijinaldır, ideya-məzmun və sənətkarlıq cəhətdən qüvvətli olması ilə seçilir.
Poemada Sərxan kəndi cazibə qüvvəsi kimi adamı həm də ona görə özünə çəkir ki, bu kənddə şair-publisist Səyavuş Sərxanlı, tanınmış şair Məzahir Hüseynzadə, həm də əsərin baş qəhrəmanı, kişi qeyrətli Qaçaq Gülsüm dünyaya göz açıb və öz mərdliyi, igidliyi, qoçaqlığı, haqq yolçusu olması ilə Şəmkir elini yaxın-uzaq bölgələrdə tanıtdıra bilib. Peterburqda rus çarı Nikolay da Gülsümün qaçaqlıq etməsindən xəbər tutur və onun üstünə silahlı dəstə göndərir.
Poemada Qaçaq Gülsümlə təbiətin birgə tərənnümü, Gülsümün-Süleymanın da təbiətin bir parçası olduğu bədii boyalarla təsvir edilir ki, bu da əsəri daha oxunaqlı, daha təsirli, daha cazibədar etməklə yanaşı, həm də şairin özünün də vətəni, yurd yerini qanıyla, canıyla sevdiyinə şahidlik etmiş oluruq. Gülsümün xahişi ilə şair Nəbinin dilindən söylənilən, öz həzinliyi, poetik gözəlliyi ilə yaddaşa köçən bu misraları həyəcansız oxumaq mümkün deyil:

…Novlu bulaq bir ilahi biçimdə,
Sərinləyin, bir doyunca için də.
Sərxan mənim ürəyimin içində,
Sərxana gəl, Sərxana gəl, Sərxana.

Poemada Azərbaycan təbiətinin ətrini, qoxusunu duymaq, Şəmkir elinin gözəlliklərini, ürəkaçan mənzərələrini görmək mümkündür. Təbiətlə könül söhbəti eləyən, bulağın, çayın, dağın, meşələrin…gözəlliyini poeziya dilinə çevirən Adil Şamiloğlu həm də oxucuya təbiəti sevdirməyi bacaran şairdir.
Əsərdə təbiət sevgisilə yanaşı, Nəbi və Gülsüm sevgisi də qabarıq şəkildə əks olunub.
Gülsüm kişi paltarı geyinib silahlansa da, dağlara, meşələrə çəkilib qaçaq dəstəsinin başçısı kimiSüleyman adını daşısa da, yenə də ürəyi el üçün, oba üçün, doğmaları üçün döyünür. O, kəndə qayıdacağına, haqq-ədalətin bərpa olunacağına, Süleyman adının yenidən Gülsüm adıyla əvəz olunacağına inanır və ümid edir. O da ailə qurmaq, sevib-sevilmək istəyir. Dəstəyə qoşulan şair Nəbi Eloğlunun onu təmiz məhəbbətlə sevdiyini bilsə də, hələ gözləməyə üstünlük verir. Çünki o, haqq uğrunda mübarizə aparır. Sapı özümüzdən olan Bayram kimi kəndxudaların, yaddinli, yadelli pristavların, canişinlərin…özbaşınalığına son qoyulmayana qədər silahı yerə qoymayacağına and içib. Gözləri qarşısında atası Əmirqulunun kürəyinə qaynar samovar bağlatdıran pristavı o, necə bağışlaya bilər? Bu, mümkündürmü?
Poemada Gülsüm həm qaçaqdır, həm də kövrək ürəkli, incə təbiətli bir qadındır. Onun da ürəyində sevgi duyğuları, məhəbbət hissləri baş qaldırır. O da ailə qurmaq, ana olmaq istəyir, amma məzlum, kasıb adamlara, kəndlilərə… qənim kəsilən, onların son tikəsini belə əlindən alan pristavlara, kəndxudalara, çar məmurlarına qarşı olan nifrəti onun ana olmaq istəyini dəfələrlə üstələyir. Məhz ona görə də şair Nəbinin sevgisinə biganə qalmasa da, biganəlik göstərir. Şairin sevgi dolu misralarını dinləyir və ona belə cavab verir.

…Tələsmə, səbr eylə, Nəbi Eloğlu,
Bizim istəyimiz çıxacaq doğru,
Heç fikir eləmə, o gün gələcək,
Xoşbəxtlitk, qaval, toy-düyün gələcək.

Amma o gün gəlib çıxmır. Nəbi döyüşlərin birində öldürülür. Gülsüm göz yaşlarını saxlaya bilmir, ürəyi alışıb-yanır.

Gülsüm sarsılmışdı…Gülsüm ağladı,
Nəbinin gözünü özü bağladı…

                                                         *

Əsəri oxuyub başa vurandan sonra bir müddət xəyala daldım. O illərin ağrı-acılarını ürəyimdə hiss elədim. Tomiris qeyrətli, Sara Xatun düşüncəli Qaçaq Gülsümü düşündüm, ruhuna dualar oxudum. Onu da düşündüm ki, Azərbaycanın onun kimi mərd qızları, qadınları az deyil, çoxdur və təəssüf ki, o igid, döyüşkən qadınların çoxu unudulub, yaddan çıxıb. Tomiris qeyrətli qadınları unutmaq şərəfli tariximizin bir parçasını unutmaq demək deyilmi?
Nə yaxşı ki, Adil Şamiloğlu kimi vətən sevdalı bir qələm adamı varmış və o, tarixin gizli qalan səhifələrindən birini – Qaçaq Gülsüm səhifəsini arayıb-axtararaq rəhrəmanlıqlarla dolu tariximizin daha da zənginləşməsi üçün böyük əziyyət çəkmiş, hər zaman oxunacaq, bu günkü və gələcək nəsillərə örnək ola biləcək bir əsər yazaraq oxuculara ünvanlayıb.
«Qaçaq Gülsüm» poeması şairin həm də özünə ucaltdığı söz abidəsidir. Söz abidəsi qurmaq, igid bir qadına sözlə abidə ucaltmaq şair üçün qazanılan ən böyük savabdır, Allahın da xoşuna gəldiyi bir işdir. Bu işin öhdəsindən ustalıqla gələn Adil Şamiloğlu sözün əsl mənasında Qaçaq Gülsümə yaraşan, onun adına layiq bir əsər yarada bilib, o tarixi şəxsiyyəti Milli Qəhrəman kimi dəyərləndirib və düz də eləyib.
Qəhrəman Gülsümə öz adından söz abidəsi yaradan şair haqlı olaraq yazır ki, «Ən böyük abidə yaranar sözdən».

Gülsümə sözlə abidə ucaldan şair həm də bəyan eləyir ki:

Mən bu abidəni hər yerdə qurdum,
Sevən ürəklərdə, qəlblərdə qurdum.

Bəli, sevən ürəklərdə, qəlblərdə qurulan söz abidəsindən hər kəs faydalanacaq. Bu əsər zamandan zamana keçib yaşayacaq, keçmişimizi, soykökümüzü, milli qeyrətimizi, kimliyimizi, nənə və babalarımızın qəhrəmanlığını, haqq işi uğrunda mübarizə apardığını unutdurmağa qoymayacaq, bu günkü və gələcəkdə doğulacaq uşaqların qəhrəmanlıq ruhunda, vətənpərvərlik ruhunda tərbiyə almalarında önəmli rol oynayacaq, xalqımıza ərmağan edilən ən dəyərli töhfə kimi qəbul ediləcəkdir.
Bəli, bu söz abidəsi hər zaman oxunacaq və Qaçaq Gülsümü də əbədi yaşadacaqdır.
Yaşat ki, yaşayasan, deyiblər. Mən də deyirəm ki, Qaçaq Gülsüm kimi qəhrəman, vətənpərvər, xalqımıza başucalığı gətirən bir qadını sözlə yaşatdığına görə sağ ol, şair!
P.S. Şair, Adil Şamil oğlu 21 fevral 2026- cı ildə Şəmkir rayon, Məhəmməd Füzuli adına tam orta məktəb – liseydə “Qaçaq Gülsüm” kitabının təqdimatı keçirilib.

Təqdimat mərasimində Şəmkir rayon İcra hakimiyyətinin və Şəmkir rayon Bələdiyyəsinin nümayəndələri də iştirak etmişdilər. Tədbir çox yüksək səviyyədə təşkil olunmuşdur!

Müəllif: Hüseyn İSAOĞLU,
Yazıçı-publisist, AYB və AJB-nin üzvü

DAHA ÇOX YENİ MƏLUMAT

Oxuyun >> Gözündə tük var

Zaur Ustacın şeirləri haqqında

YAZARLAR.AZ

I>>>>>>BU HEKAYƏNİ MÜTLƏQ OXU<<<<<<I

I>>Mustafa Müseyiboğlu adına kitabxana<<I

                                                                                                 

SƏDRƏDDİN MÜƏLLİM, 65-İN MÜBARƏK!

Səmimi dostluq – insanı həyata bağlayan ən gözəl hiss

SƏDRƏDDİN MÜƏLLİM, 65-İN MÜBARƏK!

Hamımız yaxşı bilirik ki, insan ömrü xatirələrlə zəngindir. İnstitut illəri də ömrümüzün ən şirin anlarıdır. İnsanın yaşadığı anlar yaddan çıxsa da, bəzi həqiqətlər yaddaşa möhür vurur. İnstitut illəri kimi. Biz o illəri xoş duyğu kimi dadırıq. Çünki ömrümüzün ən titrək, ən kövrək çağları məhz həmin illərə təsadüf edir. Hərənin taleyində bir səhifə açılır o illərdən sonra…

Dostlar da ulduzlar kimidir, onları hər zaman görə bilməzsən, amma bilirsən ki, onlar həmişə sənin yanındadırlar və səni düşünürlər…
Əziz Sədrəddin müəllim! Bu gün məni görə bilməsən də, bil ki, mən səninləyəm… Sənin kimi dostum olduğu üçün özümü çox xoşbəxt hiss edirəm. Qoy bütün pisliklər həyatınızdan uzaq olsun! Yaxşı dostsan! Ad günün – 65 illik yubileyin mübarək, qardaş! Özünüzü tənha hiss etdiyiniz zaman, sizi düşünən və ürəyində sizin üçün yer ayıran bir dostunuz olduğunu unutmayın.
Həyat dediyin bu qısa səfərdə çox insan tanıyırsan, amma dost dediyin adamlar barmaqla sayılır. Sən barmaqla göstəriləsi dostsan. Sənə həyatda qarşılaşacağın çətinliklərdə həmişə qalib olmağını və yeni yaşda ümidini itirməməyi arzulayıram. Sağlam, xoşbəxt və dinc günlər həmişə səninlə olsun.
Sədrəddin müəllim, sən də bilirsən, əsl dostluğun olmadığı həyat səhnələri notsuz, ya da notu pozulmuş musiqi kimidir. Qulaq asmağa cəhd edərsən, ancaq bir şey anlamazsan. Mən çox şadam ki, sənin kimi dostum, qardaşım olub və bu gün də var, aramızdakı o dostluq-qardaşlıq nə xoş ki, bu gün də davam edir.
Çətin günlərimdə həmişə yanımda oldun, dəstəyini gördüm. Allah da daim səninlə olsun!
Məsafə əsl dostluğa mane ola bilməz. Bu xoşbəxt gündə sənin yanında ola biləcəm, ya yox, onu dəqiq deyə bilmirəm, ancaq əmin ol ki, hər zaman qəlbimdəsən. Doğum günün mübarək, əziz qardaşım. Sağlamlıq, müvəffəqiyyət, sevgi, xoşbəxtlik, bir sözlə, layiq olduğun hər şey yeni yaşında sənə yoldaşlıq etsin. Həyatın sürətlə getdiyinə üzülməyək.
Deyirlər, ən yaxşı illər tez keçən illərdir. Səninlə tanış olduğumuz 1983- cü ili xatırlayanda həmin gün dünən kimi görünür. Hər saniyəsini yaxşı xatırladığım o anlarda dərdlərimi bölüşdüyün üçün sənə təşəkkür edirəm.
365 günü səbrsizliklə gözləyirəm, əminəm ki, aramızdakı əsl dostluq bağları daha da artacaq, yaxşı gündə də, pis gündə də yenidən birlikdə olacağıq. 65 yaş, yubiley təbrikləri ilə qarşındayam.


Yaşa dolduqca doğum günlərini bir çox insan sevmir. Çünki qocaldığının fərqinə varır. Lakin hər yaşın öz gözəlliyi var. Bunu unutmamalıyıq. 65 yaş da bu qəlibə daxildir. Özünü daim cavan, gümrah və xoşbəxt hiss etsən, heç bir yaş səni qocalda bilməz.

Bir xatirə köçüdü institut illəri,
İllər bizi dost edir, sonra uzaq oluruq.
Eh, o illər çox şirin, çox acıdı bəlkə də,
Biz ömür qatarında qəmə tuzaq oluruq.

Gör, nə qədər il ötüb o işıqlı həyatdan,
Yenə xatirələrdə imisti izlər qalıb.
Hərəmizin qəlbində bircə yığın xatirə,
Sabaha şövqlə baxan qıyqacı gözlər qalıb.

İnstitut dostlarımızı harda görsək, bir anlıq
Susuruq, bizdən qabaq gözlər dinir eləcə.
Düz beş il çiynimizdə yük olan şirin çağlar
Gah parıltılı olur, gah da sönür eləcə.

Tələbə olmaq necə xoşbəxt olmaqdır düzü,
O illər xatirətək hey düşdükcə eh, yada.
Bir xatirə köçüdü əziz institut illəri,
Beş il sakin oluruq o sehirli «adada».

Əziz qardaşımı – Biləsuvar şəhəri Xanlar Qafarov adına İsmətli kənd tam orta məktəbinin Azərbaycan dili və ədəbiyyat müəllimi, gözəl insan, səmimi dost, qaygıkeş və təcrübəli pedaqoq, gənc nəslin təlim-tərbiyəsində xüsusi xidmətləri olan tələbə yoldaşım Sədrəddin Əhməd oğlu Əliyevi 65 illik yubileyi münasibətilə təbrik etmək mənim üçün bir şərəfdir.
Sənə möhkəm can sağlığı arzulayıram, unudulmaz dost!

Dərin hörmətlə,
Hüseyn İsaoğlu,
tələbə yoldaşın

DAHA ÇOX YENİ MƏLUMAT

Oxuyun >> Gözündə tük var

Zaur Ustacın şeirləri haqqında

YAZARLAR.AZ

I>>>>>>BU HEKAYƏNİ MÜTLƏQ OXU<<<<<<I

I>>Mustafa Müseyiboğlu adına kitabxana<<I

ANAMA DEYƏRSƏN Kİ…

ANAMA DEYƏRSƏN Kİ…
(hekayə)
Sənan nə qədər götür-qoy elədisə də bir çıxış yolu tapa bilmədi. Bir çıxış yolu tapa bilmədiyinə görə də sağ əlinin barmaqlarını yumruqlayıb divara çırpdı. Sonra da hirsindən dəli kimi bağırdı və onun bu bağırtısından anası oturduğu yerdən dik atıldı və qorxa-qorxa soruşdu: – Qadan alım, ay oğul, deysən, yenə cin atına minmisən?. – Sənan ayaq üstə yarpaq kimi titrəyən anasına baxıb hirsini boğmağa çalışdı və səsinə bir mülayimlik qatıb dilləndi:

  • Tankdan düşüb cin atına minmişəm, ana! – Zorla gülümsədi. Aybəniz başını bulayıb yenidən oturduğu yerə çökdü və üzünü yana çevirib göz yaşlarını oğlundan gizlətməyə çalışdı.
    Sənan yenidən var-gəl etməyə başladı. O, həyətdə var-gəl edə-edə yenə də bir çıxış yolu axtarmaq istəyirdi ki, anasının titrək əllərilə tumarlaya-tumarlaya köhnə şkafın üst siyirməsinə qoyduğu orden və medalları xatırladı. Sevincindən atılıb-düşmək istədi, amma onun sevinc duyğularından əsər-əlamət qalmamışdı. Müharibədən sağ-salamat qayıdanda da üz-gözündə bir kədər buludu hərlənirdi. O, həm də lal-dinməz olmuşdu, bəzən gözlərini bir nöqtəyə dikib fikrə gedirdi. Onun nə fikirləşdiyini özündən başqa heç kim bilmirdi. O, hər dəfə dərin fikrə gedəndə cəbhədə şəhid olmuş Qabil gəlib onun gözləri önündə canlanırdı. Və hər dəfə də onun dediyi sözlər qulaqlarında cingildəyirdi: – Anama deyərsən ki… – Qabil sözünü axıra kimi deyə bilməmişdi. O, Sənanın qolları üstündə canını tapşırmışdı. Qabil canını tapşıranda Sənan dəli kimi elə bağırmışdı ki, səsi Xudafərin körpüsünü keçib o tayda qoyun otaran Əhməd kişinin qulaqlarında əks-səda vermişdi və Əhməd kişi bir anlığa əlindəki çomağı yerə tullayıb Araz çayına atılaraq səs gələn tərəfə qaçmaqdan özünü güclə saxlamışdı.
    Sənan dəli kimi bağırandan sonra yaralı şir kimi nərildəyərək irəli cumub qaçmaqda olan erməni köpəyini avtomatınınq qundağı ilə yerə sərib cəhənnəmlik eləmişdi. Sonra o, tüstülənməkdə olan tankına sarı baxıb yenidən irəli cummuşdu.
  • Ay oğul, qadan alım, ürəyimi üzmə, de görüm, nə fikirləşirsən? – Aybəniz oturduğu yerdən ayağa qalxdı- Dərdin-bəlan mənə gəlin, ay bala!
    Sənan xəyaldan ayrılıb anasına yaxınlaşdı, onun boynunu qucaqlayıb dedi:
  • Heç nə fikirləşmirəm, ana! Bu yerlərdən çıxıb getmək istəyirəm.
  • Hara?
  • Heç özüm də bilmirəm. Ancaq onu bilirəm ki, daha belə yaşamaq istəmirəm.axı mən də insanam. Nə vaxta kimi qoltuqlarda sürünəcəyəm?
  • Qoltuqlarda niyə sürünürsən, oğul? – cavab gözləmədən soruşdu: «Ocaq»da işləyə bilərsən?
  • Nə işdi o? Qab yumalıyam, yoxsa müştərilərə yemək daşımalıyam? – Acıqlanan kimi oldu.
  • Ay oğul, mən neçə illərdir ki, «Ocaq»da qabları yuyuram. Muncuğum düşməyib ki? Atan da orada işləyirdi. Yazığı tok vurub öldürdü. Görünür, qismətimiz belədir.
  • Mənə belə qismət lazım deyil! – Sənan hirsindən göm-göy göyərdi. Deyəsən, yenə də cirni tuturdu. Anası da bunu hiss elədi və o dəqiqə də valı çevirib gülümsədi:
  • Nə deyirəm, ay oğul! Özün bilən məsləhətdi.
  • Ana, bir söz desəm acığın tutmaz ki?
  • Niyə tutur, ay oğul!
    Sənan əlilə boynunun ardını qaşıyıb dedi:
  • Rusetə getmək istəyirəm.
  • Hara?
  • Rusetə.
  • Ay oğul, sənin rusetdə nə işin var?
  • Ana, Rusiyanın hansı şəhərinə getsən orada ruslardan çox azərbaycanlı var.
    Aybəniz dərindən ah çəkib yenə də aşağı çömbəlib əvvəlki yerində oturdu və başını iki əlinin arasına alıb qəflətən hönkürdü.
    Sənanın anasına yazığı gəldi. Qəhər onu boğdu. Nəsə demək istədi, amma səsi içindən çıxmadı. Anası qocalmışdı. Elə bil ki, səksən-doxsan yaşlarında qoca qarıydı. Halbuki onun vur-tut 44 yaşı vardı. Sənan müharibəyə gedəndə onun boynunu qucaqlayıb demişdi: – Düşmən qabağından qaçma, oğul! Yoxsa südümü sənə halal eləmərəm.
    Sənan dava paltarını əynindən çıxarana kimi anasının bu sözlərini qulaqlarında sırğa eləmişdi. O, düşmən qabağından qaçan oğullardan deyildi, ksinə, «dəmir atını» hamıdan qabaqda «çapır», erməniləri göz açmağa imkan vermirdi. O, həm də şəhid olmaq istəyirdi. İstəyirdi ki, işləməkdən beli bükülmüş, əlləri qırış-qırış olmuş anası onun ölümündən sonra gedib «Ocaq» restoranında qab-qacaq yumasın, kipriylə od götürə-götürə böyütdüyü oğlunun «çörəyini» yesin. Amma Sənanın arzusu ürəyində qaldı, şəhid olmadı, yüzlərlə əsgərin ölümünə şahid oldu. Bu, ona əzab verirdi. Döyüşçü yoldaşlarının ölümü onun ürəyini yandırırdı, qəlbini dağlayırdı. Qolları üstündə can verdiyi Qabilin ölümü isə dünyanı onun başına dar eləmişdi. Qabilin sözlərini hər dəfə yadına salanda dəli kimi bağırmaq istəyirdi: «Anama deyərsən ki…» – Qabil sözünü tamamlaya bilməsə də Sənan onun nə demək istədiyini yaxşı bilirdi, çünki sonuncu döyüşdən bir gün əvvəl Qabil əllərini göyə qaldırıb demişdi: «Allahım, mənə şəhidlik şərbəti içirt. Anam yataq xəstəsidir. Atam dərman pulunu çatdıra bilmir. Qapılarda fəhləlik etməklə boğazını güclə saxlayır» . -Sənan ona baxıb qəhərlənmişdi. Sonra isə demişdi: « Qoy Allah, mənə də şəhidlik qismət eləsin!» – Amma Sənan şəhid olmadı. Qabil Sənanın qolları üstündə canını tapşırandan düz altı ay sonra anası onun «məvacibini» alanda gözlərinin yaşını sel kimi axıdaraq düşündü: – Görəsən, yazıq Aybəniz neyləyir? Toydan-toya gündə on beş manat almaqla necə dolanır. Hər gün evində qazan asa bilirmi? – Ancaq Qabilin anası bilmirdi ki, Aybəniz daha «Ocaq»da işləmir. Sol gözü ağlamaqdan tutulub və o, əməliyyat olunmalıdı. Əməliyyat olunmaq üçün də bir ətək pul lazım idi. Və ona görə də Sənan çıxıb Rusiyaya getmək istəyirdi. Onun özü demişkən orada yaxşı dolanışıq vardı; iş d əki, nə qədər istəsən… O, anasının gözünü əməliyyat elətdirmək üçün gedib Rusiyada işləmək istəyirdi.
    Sənan düz altı ay iş axtarmışdı, düz üç dəfə İcra başçımsının qəbulunda olmuşdu. Hər dəfə də icra başçısı onun yaxasına düzdüyü orden və medallara gözucu baxaraq demişdi: «Süpürgəçi işləyə bilərsənmi?». – Onun bu təklifindən sonra Sənanın əl-ayağı yerdən-göydən üzüldüyünə görə Rusiyaya getməyə qəti qərar vermişdi, amma yol pulu tapa bilmirdi. Bu gün isə köhnə kamodun siyirməsində saxlanan orden və medalları gözlərinin qabağına gətirib uşaq kimi sevinmişdi. Təkcə «Şuşanın azad edilməsinə görə» medalını satsaydı, təyyarəyə bilet alıb özünü Surqut şəhərinə çatdıra bilərdi.
    …Sənan anasına baxıb nəsə demək istədi. Amma heç nə demədi. İti addımlarla palçıqşdan tikilmiş otağa keçib köhnə kamoda yaxınlaşdı, siyirməni çəkib yan-yana düzülmüş orden və medallara baxdı. Sonra da Maqadan Rasimin oğlu Niyazın sözlərini xatırladı: «Sənə yaxşı pul verərəm. Yaxana düzdüyün o medallardan birini mənə satginan» – Sənan key-key onun üzünə baxıb: – Bu, sənin nəyinə lazımdır? Sən ki, müharibədə olmamısan. Heç Şuşa şəhərinin harada olduğunu da bilmirsən. – A kişi, sənə nə var? Satırsan, ya yox? – Satmıram. – Sənan onun üzünə bozarmışdı. – Özün bilərsən! – Maqadan Rvasimin oğlu onu başdan-ayağa süzüb əlavə eləmişdi: – Cinindən cin hürkür. Acından öləndə dəmir-dümürləri yeyəcəksən? – Sonra o, əlini yelləyib qara rəngli «Ronce Rover»ə yaxınlaşmışdı.
    Maqadan Rasimin oğlu onunla bir sinifdə oxumuşdu. Müharibə başlayan günü o, yağlı əppək olub göyə çıxmışdı. Yağlı əppək olub göyə çıxmışdı deyəndə müharibənin üçünqcü günü Maqadan Rasimin oğlu təyyarəyə bilet alıb özünü atasına çatdırmışdı. Bunu Sənan bilmirdi. Sənan həm də bilmirdi ki, dostu Qabilin tabutu anasının üstünə gələn günü Maqadan Rasimin oğlu on altı yaşlı Olyanı çılpaq soyundurub onun lüt bədəninibeş minlik rus pulları ilə örtürdü. Sənan onu da bilmirdi ki, Maqadan Rasimin oğlu on beş yaşlı Olyanın lüt bədənini pulla örtəndə Qabilin anası oğlunun tabutunu xonça ilə qarşılayıb qabağında oynayırdı.
    Sənan çox şeyi bilmirdi. Amma onu yaxşı bilirdi ki, çıxıb Surquta getməlidi. Getməsə ürəyi partlayar. O isə hələ yaşamaq istəyirdi. Yaşamaq istəyirdi ki, pul qazanıb anasının tutulmuş gözünü əməliyyat elətdirsin.
    …Medalların ikisini cibinə qoyub yenidən həyətə düşdü. Anası hələ də kötüyün üstündə oturub sağ gözünü bir nöqtəyə dikmişdi. O, nə fikirləşirdi? Bunu Sənan özlüyündə yəqin etmək istədi. Yəqin etdi də…
    Üç gündən sonra Sənanı kənddə görən olmadı. O, Maqadan Rasimin oğluyla görüşəndən sonra özünü Surqut şəhərinə çatdırmışdı.
  • 10 noyabr, 2025

Müəllif: Hüseyn İsaoğlu (Məmmədov)

YAZARLAR.AZ

I>>>>>>BU HEKAYƏNİ MÜTLƏQ OXU<<<<<<I

I>>Mustafa Müseyiboğlu adına kitabxana<<I

Əzizova Aysel İlqar qızını təbrik edirik – Təbrik!

Bu günlərdə Azərbaycan Memarlar Universitetinin professoru Adil müəllimlə söhbət edirdik. Söhbətimiz əsnasında Adıl müəllim bildirdi ki, nəvəm Aysel Azərbaycan Slavyan Universitetinin filologiya fakültəsinin ll- ci kurs tələbəsidir. Hərdən şer yazır. Onun şeirlərindən bir neçəsini gətirim baxın. İçindən seçim edib qəzetinizdə dərc etdirin.
Biz razılaşdıq. Növbəti gün Adıl müəllim Ayselin şerlərini mənə təqdim edib bildirdi ki, özünüz seçin hansılar münasibdir qəzetdə verərsiniz. Mən şerləri diqqətlə oxudum. Demək olar ki, Aysel balamızın bütün şerləri bir – birindən gözəl idi.
Aysel balamıza yeni – yeni yaradıcılıq uğurları arzulayıram!

Təqdim edir : Hüseyn İsaoğlu (Məmmədov)

ATAMIN KÖLGƏSİ
Məni atamın kölgəsindən ayırmayın,
O,canımdır,nəfəsimdir.
Onsuz bu dünya,
Bir cəhənnəm,bir zülmətdir.
Qışda günəşim,
Yayda kölgəmdi o,
Onun nəfəsi olmasa,
Boğularam dar günümdə.
O, qolumdur-kəsməyin,sınaram,
O, yolumdur-onsuz getsəm, azaram.
Atam varsa,dünyam gözəl,
Atam yoxsa,hər şey yalan.
Almasın məndən onu Tanrı,
Atasız uşaq yarpaq kimidir,
Xəzan olub çürüyər.
Qoparmayın məni atamdan,
Ondan ayrı yaşamaq çətin.
O, gözlərimdə parlayan işıq,
Ürəyimdə döyünən qəlbdir.
O,aldığım nəfəs,
Məkkəm, Mədinəm,
Bir sözlə, Həccimdir


İLAHİ GÖZƏLLİK
Ey Tanrım, bu necə bir gözəllik,necə bir hal
Baxışlarım çaşar, sanki zaman dayanar
Hər zərrən bir ilahi sənət əsəri,
Hər addımın işlənmiş bir naxış.
Bu nə duruş, bu nə zərif əndam,
Bir baxışınla göylərə yol açdın,
Gözəlliyinə tərif necə də çətin,
Ay da, günəş də sənə bənzəməkdə aciz,
Qaranlıq gecələrdə parlayan bir nursan,
Hər yolunu itirənim açarı sənsən.
Varlığın bir möcüzədir ay, gözəl
Səni görən dünyaya yenidən gələr,
Üzərlik fırlansın başına,
Bu gözəlliyin yayılsın dünyaya .
Hər nəfəsin bir bahar , bir zərif nağıldır,
Səni tərif etməyə yetməz sözlərim,
Tanrım bu gözəllik qarşısında əriyər canım
Sən bu aləmdə bir nağıl ,bir dastansan…


NAZLI,DUZLU YAR
Axtarıram gecə-gündüz,
Həsrətin çəkirəm o nazlı gülün.
Həsrətindən külə dönən mənəm,
Dünya səfasını sürən sənsən.
De neyləsin bu gözüyaşlı yarın?
Ay nazlı,duzlu yarım.
Çıxıb hər səhər dağ döşünə,
Dərirəm gül-nərgizi,
Qoxlayıb sayıqlayıram adını,
De neyləsin bu gözüyaşlı yarın?
Ay nazlı,duzlu yarım.
Dolansın qollarım o incə belinə,
Toxunsun əllərim o ay üzünə,,
Sığal çəkim o nazlı telinə,
De neyləsin bu gözüyaşlı yarın?
Ay nazlı,duzlu yarım.
Düşünüb dəli oluram,
Fikirləşib qərqə batıram,
Qara dənizdə gəmilərim batıbdır,
De neyləsin bu gözüyaşlı yarın?
Ay nazlı, duzlu yarım.
Ağlayımmı yoxsa qapanımmı ayaqlarına,
Dön gəl desəm gələrsənmi?
Yandım töküldüm sevgi atəşindən,
De neyləsin bu gözüyaşlı yarın?
Ay nazlı,duzlu yarım.


HƏYAT
Çox güvənmə aldadarlar,
Çox sevmə ağladarlar.
İnanma heç kimə bu dünyada,
Yoxsa çox incidərlər fani dünyada.
Demə ki,səni sevir.
Sanma ki,səni səndə saxlayır.
Bu varlıq ki, insandır,
Yorar səni,ağladar səni
İnsandır ki ,insan.
Elə bilmə səni anlayır,
Elə bilmə səni sevir.
Güldürür,ətrafında dolanır,
Dünyadır dönən,a bala
Heçdir Mars,Yupiter.
Günəşi göstərər,
Ayı gizlədər,
Yerdə gəzər,
Göydə uçar.
Ulduzları sayıb,
Bəxtini bağlar.
Paxıllıq edər,
Səni gizlədər.
Özünü şah sayıb,
Səni qul edər.
Bir şeyi unutma, ay yazıq
Keçibdir dünən,
Keçibdir quldarlıq.
Yaşar bu günlər,
Yaşar gələcək.
Bir ayaq saxla,
Dinlə bu gənci,
Anla bu cavanı.
Deməki yoxdur yaşı.
Nə anlar həyatı?
Görübdür,anlayıbdır həyatı.
Budur məsləhətim sənə
Hər görməyən deyildir kor,
Hər eşitməyən deyildir kar.
Çoxdur görüb susanlar,
Çoxdur eşidib susanlar.
Aldanma hər yoldan keçənə,
Ay gözəl insan…


SÖYLƏ MƏNƏ,EY İNSAN
Həyata niyə qara baxırsan?
Niyə gülmürsən?
Sevmirsənmi həyatın gözəlliyini,möcüzəsini?
Gözlərin niyə qara görür?
Söylə mənə,ey insan.
Dərdmi götürüb səni?
Söylə mənə ,ey insan.
Gözlərin mavi
Özün həyata baxırsan qara
Niyə sevmirsən həyatı?
Pislikmi edib sənə həyat?
Söylə mənə ,ey insan.
İncidibmi həyat səni?
Söylə mənə, ey insan.


GÜNAHKAR
Gözlərin ağlımda,
Qoxun dodaqlarımda.
Unuda bilmirəm sevdiyimi,
Unuda bilmirəm sevildiyim günləri.
Oturdum düşündüm,
Nifrət etdim sevgimdən
Oturdum düşündüm,
Axan göz yaşlarımdan.
Hanı nə oldu?
Sevməyəcəkdim səni,
Yenə döndü dolaşdı,
Sənə çıxdı bu yollar.
Söylə kimdir , günahkar?
Səni sevən qəlbimmi?
Yoxsa sevməyə məcbur edən qarə gözlərinmi?
Ya ağlımı başımdan alan,
Məni bihuş edən qoxunmu,
Söylə kimdir günahkar?
Göy çəmənlikdəki gül
Bir arzum var ki, gəl görəsən
Gəzirəm hər diyarı,
Bəlkə tapdım dərmanımı
Bəzən deyirəm,
Ey könül , varmı ki, dərmanın?
Gəzərkən bir gün göy çəmənlikdə,
Onu görcək qəlbim çıxdı yerindən.
Dedim:Aman tanrım, bu nə gözəllik?
Baxdım,baxdım,
Hey tamaşa etdim.
“Ey könül, budurmu dəvan?” dedim.
İzlədim,izlədim getmək istədim.
Könlüm dedi:
Dayan, budur dəvam,
Ruhum dedi:
Hara gedirsən , ey aşiq?
Düşündüm haqlıdırlar,
Getmədim bir an,
Günlərlə izlədim, onu uzaqdan
Bir gün oyatdılar məni ,
Şirin yuxumdan
Dedilər yaxınlaşma ona sən,
Zəhərlidir,öldürər,
Dinləmədim getdim,o göy çəmənə
Yaxınlaşmaq istədim.
Dedi:”Yaxınlaşma , ey cavan,
Zəhərlərəm səni mən”.
Dedim:”Ey oğru,
Qəlbimi çalmağın nədir?
Bu sözlərin nədir?
Yaraşdırmadım sənə mən.
Mən onsuz ölmüşəm eşqindən.
O zəhərin şərbətdir mənə,
Ver içim o zəhərindən”.
Yayıldı ürəyinə bu sözlər
Elə o andaca dedi:
“Ey cavan, məndə sənin aşiqin”.
Sən demə, bu gül deyilmiş zəhərli,
O da, axtarırmış məni,
O gündən oldu,
Gündüzümün günəşi, gecəmin ayı.


ŞƏHİDİM
Vətən uğrunda canını fəda edən,
Şəhidim yerin rahatmı?
Bu gün gəldim qəbrinə,
Dinlə məni, şəhidim.
Yadındadırmı?
Hər zaman deyərdim mən,
Sən olmasan atmaz bu ürək.
Sən yoxsan artıq yanımda,
Bilmirəm niyə dayanmaz bu ürək?
Dayan,dayan atma bir daha,
Zülüm vermə mənə.
Bir zənglə yıxıldı dünyam,
Ağlaram dərdimə.
Ağlaram halıma.
Kaş qulaqlarım kar olaydı,
Eşitməzdim şəhid xəbərini.
Səni qucaqlamaq,
Qoxunu içimə çəkmək istədim,
Nəsib olmadı ,şəhidim.
Yalnız qucaqladım tabutunu,
Vurdum başımı tabutuna,
Bəlkə undaram həyatımı.
Qəlbimə vurdum-vurdum,
Bəlkə dayandı ürək,
Xeyri olmadı şəhidim.
Tək qaldım dünyada.
Hələ də unuda bilmirəm ,
O gülüşünü,o səsinə,
Bəzən dönüb baxıram,
Bəlkə səsləyərsən məni,
Boş divar görüb , sönür həyatım.
Ananı Cavidim deyib ağlatdın,
Gözündə sönməyən atəş ucaltdın,
Gözüyaşlı körpəni ağlar qoydun,
Məni də yar deyib ağlar qoydun.
Bu gün sənə söz verirəm,
Əlbət bir gün qovuşacayıq biz,
Gözlə məni, şəhidim.


YANLIŞ İNSAN
Könlümdə coşan,
Damarlarımda axan qanım,
Gözümün ağı,qarası,
Könlümün tək qübarı,
Gəl naz etmə belə,
Dərdimi dağlama belə.
O qara qaşına,
O qara gözünə,
O qara sıx telinə
Sən adlı insana,
Mən aşiq olmuşam.
O əndama,
O duruşa,
O boya, o üzə,
Mən vurulmuşam,
Səni görüb dil açmışam,
Əlimə qələm alıb,
Bitməyən hisslərimi vərəqə yazmışam.
Gəl naz etmə belə,
Qəlbimi dağlama belə.
Sən şirin-şirin danışdın,
Mənə ağ xəyallar qurdurdun,
Gözümdə yanan ümidlər ucaltdın,
Hardan biləydim yarın olduğunu,
Bir gecədə söndürdün işığımı,
Bir gecədə məhv etdin xəyalımı,
İndi deyə bilmirəm,
Gəl naz etmə belə,
Qəlbimi dağlama belə.
Sən demə başqasına aşiq imiş,
Sən demə mənə baxan gözlər yalan imiş,
Sən demə başqasının yarı imiş,
Bağışla əzizim, deyə bilmərəm sənə
Gəl naz etmə belə,
Qəlbimi dağlama belə.
Ax bu baxan gözlərim kor olsun,
Yazan əllərim yox olsun,
Döyünən qəlbim dursun,
Təki unudum səni.
Bağışla məni deyə bilmərəm,
Gəl naz etmə belə,
Qəlbimi dağlama belə.
Ancaq bunu deyə bilərəm,
Axan gözyazşları arasında,
Elə baxma mənə,
Qəlbimi dağlama belə.
Müəllif: Əzizova Aysel İlqar qızı
Bakı Slavyan Universiteti,
filologiya fakültəsinin II-ci kurs
tələbəsi

Əzizova Aysel İlqar qızının yazıları

Məsuliyyət hiss olmayanda heç bir uğura imza atılmır

Məsuliyyət hiss olmayanda heç bir uğura imza atılmır

Dövlətin daha möhkəm təməl qurmasında həlledici rol oynayan sahələrdən biri də təhsildir. Müasir Azərbaycan təhsili bizim bütün milli xüsusiyyətlərimizi özündə geniş ehtiva edir. Bu sahədə get-gedə daha müfəssəl addımlar atılır, lazımi tədbirlər həyata keçirilir.
Lakin ara-sıra təhsilimiz haqqında tənqidi, bəzən də daha artıq həddə xoşagəlməz sözlər və ifadələr eşidirik. Bu deyilənlərdə həm təhsil, həm müəllim, həm də təhsilimizi, müəllimi aşağılayanlar hədəfə alınır, müəllimin özünün də qəbahətləri bir-bir sadalanır…
Məsələn, bu günlərdə “YouTube” səhifəsində “Səngər” TV-nin aparıcı jurnalisti Aqil Alışov təhsilimizin hazırkı durumundan söhbət açmış, qonağı – uzun müddət təhsil sahəsində yüksək vəzifələrdə çalışmış təhsil eksperti Şəmsi Qoca ilə Azərbaycan təhsili barədə geniş söhbət aparmışdır. Mən də bir çoxları kimi, bu verlişə çox diqqətlə qulaq asdım, təhsilimizin durumu barədə eşitdiklərim məni bir ziyalı kimi bərk narahat etdi. Şəmsi müəllim söhbət əsnasında qeyd etdi ki, “təhsilimizə niyə London uşaqları rəhbərlik edir? Onların günahları ucbatından təhsilimiz bərbad hala düşüb”. Düçündürücüdür: hazırkı təhsildə hansı nüanslar eksperti bu qədər əsəbiləşdirib? Hələ on illər əvvəl Firudin bəy Köçərli yazıb: “Əgər bir xalqı məhv etmək, onu adam toplusuna çevirmək istəyirsinizsə, müəllimini savadsız, həkimini isə kəmsavad eləyin. Biri onun başını, o biri canını zay eləsin”. Bu deyimdə çox acı həqiqət var. Bu gün təhsilimizi və səhiyyəmizi bərbad hala salanlar gələcəkdə bir cavabdehlik, bir məsuliyyət daşımalı olacaqlar. Görəsən, bəziləri nə üçün təhsilimizi bu hala salır, uşaqları savadsız yetişdirirlər? Əgər təhsil sistemində çalışanların bir çoxu əlinə jurnal alıb sinifdə bir saat dərs kecməyibsə, onun təhsil barədə ifadə edəcəkləri doğru və inandırıcı görünmür. Çünki belə halda onun təhsildən xəbəri yoxdur və olmayacaq da. O, şəxslər heç vaxt müəllim əməyini qiymətləndirmək iqtidarında da deyillər. Təhsil sahəsinə isə ən çox pedaqoji sahədə çalışan təcrübəli şəxslər təyin edilməlidir ki, o, müəllimin qədir-qiymətini bilsin. Müəllim şagird həyatının formalaşmasında əsas rol oynayan şəxsdir. O, təkcə şagirdə akademik biliklər vermir, həm də onlarla etik dəyərləri bölüşür, onlara şəxsiyyətimizi formalaşdıran əxlaqı mənimsədir. Müəllim təkcə uşaqlara müəyyən fənləri öyrədən deyil, həm də çətin anlarda köməyə gələn, gündəlik problemlərin düzgün həllinə, düzgün davranış xəttinə sövq edən şəxsdir. Əbəs yerə müəllimin dəyəri yüksək qiymətləndirilməyib. Əbəs yerə onun haqqında müdrik sözlər deyilməyib. Məsələn, Həzrəti Məhəmməd Peyğəmbər (s.ə.a) bilik öyrətməyi hər cür ibadətdən üstün saymış, Həzrəti Əli (ə) isə “Mənə bir hərf öyrədənin qulu olmağa hazıram” demişdir. Makedoniyalı İsgəndərin müəllimi Aristotel haqqında fikirləri də maraqlıdır: “Valideynlərim məni göydən yerə endirdi, müəllimim isə yerdən göyə qaldırdı”. Dahi Nizami Gəncəvi isə müəllimi günəşə bənzədirdi. Ulu Öndər Heydər Əliyev müəllimə həmişə yüksək qiymət vermiş, müəllim haqqında gözəl sözlər söyləmişdir. Onun müəllim haqqında dediyi – “Müəllim yeganə şəxsiyyətdir ki, cəmiyyət özünün gələcəyini – uşaqların tərbiyəsini yalnız ona etibar edir”, – fikri müəllimə verilmiş ən gözəl tərif və qiymətdir. Doğrudan da, cəmiyyətin qurucusunu, onu idarə edənləri – fəhləni, mühəndisi, baytarı, alimi, həkimi və s. – hər kəsi tərbiyə edən müəllimdir. Ona görə də müəllimlik ən şərəfli, məsuliyyətli, çətin və müqəddəs peşədir. Mən bu dahilərin dediyi kəlamları bir daha Elm və Təhsil Nazirliyinin yüksək vəzifəli məmurlarına xatırlatmaq istəyirəm ki, təhsilimizi sovetlər dönəmində olduğu səviyyəyə yüksəldək, müəllimlərimizi dəyərləndirək. Ali məktəblərə qəbulu köhnə qayda ilə – dörd imtahan verməklə həyata keçirək. Kimin savadı var, o da ali məktəbə daxil olsun. Orta məktəblərdə “imla”, “ifadə”, “inşa” yoxlama yazı işləri bərpa olunsun. Biz yalnız onda biləcəyik ki, şagirdlərimiz hansı savadla yetişir.
Təhsil eksperti Şəmsi Qoca verilişdəki çıxışında qeyd etdi ki, nə qədər geç deyil, sovet təhsil sisteminə qayıtmaq lazımdır”. Burada Firidun bəy Köçərlinin də bu sözləri yada düşür: “Müəllim məktəbin canı, camaatın çırağıdır. O, öz peşəsini sevməli, şagirdlərini övladı kimi istəməli, xeyir verən biliklər aşılamaqla əhalinin rəğbət və məhəbbətini qazanmalıdır…”
Əslində, biz məsələni qəlizləşdirmək marağında deyilik; məqsədimiz odur ki, kimlərsə öz şəxsi maraqları naminə güclü Azərbaycan təhsilini hörmətdən, nüfuzdan salmasınlar. Yaxud müəllim dediyimiz uca şəxsiyyəti təhsilə biganə şəxs kimi xarakterizə etməsinlər. Bu məsələdə birinci olaraq cəmiyyət, sonra bütün təhsil sistemi və müəllimlərin özləri də böyük məsuliyyət daşımalıdır. Dövlətimiz ölkədə bütün sahələr üçün güclü potensial, lazımi şərait qurub. Təkcə o qalır ki, hər sahə üzrə cavabdeh şəxslər vicdanla öz vəzifələrini yerinə yetirsinlər, nailiyyətə imza atsınlar.
Ümidvaram ki, bu dediklərimizdən kimlərsə nəticə çıxaracaq, Azərbaycan təhsilində yaxın gələcək boyu inandırıcı yüksəliş vüsət alacaq, təhsilə, müəllimə, hətta müəllimin özünün öz peşəsinə sevgisi artacaq. Əks təqdirdə heç bir inkişafdan danışmağa dəyməz…

Hüseyn İsaoğlu (Məmmədov),
Yazıçı-publisist, AYB və AJB-nin üzvü.

Hüseyn İsaoğlu (Məmmədov)nun yazıları

>>>> ƏN ÇOX OXUNAN HEKAYƏ <<<<

Mustafa Müseyiboğlu adına kitabxana

“ƏDƏBİ OVQAT” JURNALI PDF

“YAZARLAR”  JURNALI PDF

“ULDUZ” JURNALI PDF

“XƏZAN”JURNALI PDF

WWW.KİTABEVİM.AZ

YAZARLAR.AZ

===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

Tovuzlu Vaqif İsaqoğlu öz vəsaiti hesabına Tovuz və Tovuzlular haqqında 10 kitab yazıb, çap etdirib

Dəyərli Tovuzlular, bu günlərdə sosial şəbəkələrin birində belə bir başlığa rast gəldim. Oxudum və çox təəccübləndim. “Tovuzdan olan yazarlar nə üçün Tovuz haqqında yazmırlar“. Bu cümlə məni çox narahat etdi. Axi əslən Tovuzun Köhnəqala kəndindən olan, şair – publisist, canlı ensiklopediya olan Vaqif İsaqoğlu öz vəsaiti hesabına Tovuz və Tovuzlular haqqında 10 kitab yazıb, çap etdirib. 1.”Tovuz şəhidləri”. 2. “Dünya səndən kimlər keçdi”?… 3.”Tovuzlu həkimlər”. 4.”Tovuzdan məktublar”. 5.”Haça qaya”.6. “Tovuzum “. 7.”Tovuzun saz – söz dünyası”.8.”Qandallara bizi aparan yollar.” 9.”101 Tovuzlu “.10.”Kimlərdi Tovuzun şohrət ünvanı?!” adlı kitabların müəllifidir.

Bu yazılanları görməmək mən deyərdim ki, insafsızlıqdır!

Hüseyn İsaoğlu (Məmmədov),
Yazıçı-publisist, AYB və AJB-nin üzvü.

Hüseyn İsaoğlu (Məmmədov)nun yazıları

>>>> ƏN ÇOX OXUNAN HEKAYƏ <<<<

Mustafa Müseyiboğlu adına kitabxana

“ƏDƏBİ OVQAT” JURNALI PDF

“YAZARLAR”  JURNALI PDF

“ULDUZ” JURNALI PDF

“XƏZAN”JURNALI PDF

WWW.KİTABEVİM.AZ

YAZARLAR.AZ

===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

Aşıq Əlixan Niftəliyevin adı ehtiramla xatırlanır

Aşıq Əlixan Niftəliyevin adı ehtiramla xatırlanır
Azərbaycan aşıq sənəti Azərbaycan musiqi mədəniyyətinin ən qədim sahələrindən biri, şifahi xalq yaradıcılığının mühüm tərkib hissəsidir. Aşıq sənəti X-XII əsrlərdə formalaşmağa başlamışdır. Əbəs yerə deyil ki, Qurbani, Abbas Tufarqanlı, Sarı Aşıq, Xəstə Qasım, Aşıq Valeh, Aşıq Dilqəm, Aşıq Alı, Aşıq Ələsgər, Aşıq Hüseyn Şəmkirli və b. aşıq sənətinin klassikləri hesab olunurlar. Müasir dövr aşıqları arasında Aşıq Hüseyn Bozalqanlı, Aşıq Əsəd, Aşıq Mirzə, Aşıq İslam, Aşıq Abbas Şirvanlı, Aşıq Şakir Hacıyev, Aşıq Pənah Pənahov, Aşıq Şəmşir, Hüseyn Saraclı, Əmrah Gülməmmədov, Hüseyn Cavan, Aşıq Kamandar, İmran Həsənov, Mikayıl Azaflı, Əkbər Cəfərov, Aşıq Xanmusa və b. klassik açıqlarımızın müasirləridir, eyni ənənəi davam etdirirlər.


Aşıq sənəti Azərbaycanın Qazax, Tovuz, Şamaxı rayonlarında, həmçinin tarixi Göyçə və Borçalı mahallarında xüsusilə vüsət tapmışdır. Zaman-zaman bu sənətə böyük xalq məhəbbəti olmuş, aşıqlar xalqın ən çox dəyər verdiyi şəxslər kimi ehtiram qazanmışlar.
XX-ci əsrin 60-70-ci illərinin sayılıb-seçilən aşıqlarından biri də aşıq ifaçılıq sənətinin görkəmli nümayəndəsi, Tovuz aşıq məktəbinin yetişdirməsi Əlixan Niftəlıyevdir. O, bir müddət Aşıq Mikayıl Azaflının və Aşıq Əkbərin yanında şagirdlik etmiş aşıq sənətinin sirlərini öyrənəndən sonra Aşıq Əkbər Cəfərovla 22 il çiyin-çiyinə el şənliklərində, məclislərdə, dövlət tədbirlərində çıxışlar etmişdir. Mən onları uşaqliq illərindən tanıyırdım. 1972-ci ildə Gədəbəy rayonunun Hacılar kəndində Vəli babanın qızının toyunda lap yaxından tanıdım. O vaxt toya Aşıq Əkbər Cəfərov, ustadı Aşıq Hüseyn Bozalqanlının bacısı oğlu Aşıq Qədir İsmayılov, Aşıq Əlixan Niftalıyev və yastı balabanın mahir ifaçısı Müseyib Abbasov gəlmişdilər. El şənliklərində məclisi açmaq, xeyir-dua vermək Aşıq Qədirə həvalə edilirdi. Sonra hər iki aşıq yastı balabanın sədaları altında meydana girirdi. Sənətkarlar arada çay içəndə Aşıq Qədir məcilis iştirakçılarının yorğunluğunu çıxarmaq üçün “qaravəlli” danışardı. Mənim yaddaşımda bu sənətkarlar beləcə qalıb…
Əslində, mən bu yazımı Aşıq Əlixan Niftəliyevə həsr etmək istəsəm də ancaq yuxarıda adlarını çəkdiyim sənətkarları bir-birindən heç cürə ayıra bilmədim. Aşıq Qədir İsmayılov rəhmətə gedəndən sonra hər üç sənətkar 1990-cı ilin avqust ayına qədər – Aşıq Əkbər bu dünyadan haqq dünyasına qovuşana qədər birlikdə çalıb oxuyub, Qəndabı Novruza qovuşdurublar (söhbət “Novruz-Qəndab” dastanından gedir). Aşıq Əkbər bu dünyadan köçəndən sonra balabançı Müseyib bildirib ki, mən balabanı Əkbərlə birlikdə dəfn etdim… Və o, bir daha balabana yaxın durmur.
Aşıq Əlixanla bir neçə dəfə Tovuzda, sonar da Bakıda görüşüb, hal-əhval tutmuşam. Ondan soruşanda ki, necəsiniz, cavabı həmişə bu olurdu: “Qanadı sınmış Qartal kimi”. Mən onda bildim ki, Əkbər itkisi, Müseyib yoxluğu Əlixana çox pis təsir edib.
Haşiyə:
Əlixan Abbasqulu oğlu Niftəliyev 1943-cü ildə Tovuz rayonunun Aşağı Quşçu kəndində anadan olub. Doğulduğu kənddə orta məktəbi bitirib və sonra ordu sıralarında xidmət edib. Hərbi xidmətini başa vurduqdan sonra həyatını aşıqlıq sənətinə həsr edir. Şirin səsi və sənətə böyük marağı onu dövrünün ustad sənətkarı- Mikayıl Azaflının yanına gətirib və onun yanında şagird olaraq aşıq sənətinin incəliklərini mənimsəyir. Zil, şaqraq və məlahətli səsi ilə seçilən aşıq Əlixan 1968-1990-cı illərdə ustad sənətkar Əkbər Cəfərovla sənət yoldaşı kimi birgə məclislər aparıb. Ustad yanında püxtələşdikdən sonra el şənliklərində, dövlət tədbirlərində, respublikamızda keçirilən folklor festivallarında çıxış edib. Azərbaycan mədəniyyətini bir sıra xarici ölkələrdə keçirilən beynəlxalq festivallarda layiqincə təmsil edərək qızıl medal, fəxri fərmanlar və hədiyyələrlə təltif olunub.
Əlixan Niftəliyev 2008-ci ildə “Əməkdar mədəniyyət işçisi” fəxri adına layiq görülüb. 1984- cü ildə Polşada keçirilən XI- çi Beynəlxalq Folklor festivalı laureatı, 1985-ci ildə Moskvada Böyük Vətən Müharibəsinin 40 illiyinə həsr olunmuş konsertdə qızıl medalla təltif olunmuşdur. 1987- çi ildə Almaniya, 1991- çi ildə Türkiyənin Konya şəhərində keçirilən Aşıqlıq festivalının qalibi və qızıl medalı ilə təltif olunmuşdur. Özünəməxsus ifa tərzi ilə seçilən aşıq həm də yaradıcılığı ilə də tanınırdı. O, ustadı Azaflı Mikayıla həsr etdiyi şerdə yazır
Qoca Qartal köç eylədi dünyadan,
Ellərin qəlbində yaşar Azaflı.
Mənim ürəyimdə əzəlki kimi,
Yenə nərə çəkib, coşar Azaflı,
Ellərin qəlbində yaşar Azaflı.
və yaxud uzun illər birlikdə el şənliklərində qarşı-qarşıya çıxış etdiyi, ustadı Aşıq Əkbər Cəfərova həsr etdiyi ” Ağladım ” qoşmasında yazır
Ömrümdə heç zaman ağlamamışdım,
Əkbərin ölmünə yandım, ağladım.
Gözlərim qaraldı, dilim tutuldu,
Elə yerimdəcə dondum ağladım.
Əlixan eyni zamanda güclü natiqlik qabiliyyəti və dastanlarımızın mahir bilicisi kimi də aşıqsevərlərin rəğbətini qazanıb. Onun ifa etdiyi bir çox aşıq havaları və dastanlar Azərbaycan Televiziyasının “qızıl fond”unda saxlanılır. Bu sıradan “Novruz və Qəndab” dastanını xüsusilə qeyd etmək lazımdır.
Azərbaycan aşıq sənətinin inkişafında, yeniyetmə və gənclərdə bu sənətə meyl və marağın gücləndirilməsində böyük xidmətləri olan Əlixan Niftəliyev Azərbaycan aşıqlarının IV, V və VI qurultaylarında iştirak edib.
Əlixan Abbasqulu oğlu Niftəliyev 2022-ci il noyabrın 13-də, 79 yaşında vəfat edib.
Hər zaman bənzərsiz ifası ilə seçilən ustad sənətkar Əlixan Abbasqulu oğlu Niftəliyevin əziz xatirəsi doğmalarının və bütün sənətsevərlərin qəlbində həmişə yaşayacaqdır.
Məndə sözümü Aşıq Əlixanın bir misrası ilə tamamlayıram.
Ay Əlxan, az deyil xeyli var yaşın,
Saxta həqiqətdən yorulub başım.
Ürəyim dostumdur, sazım sirdaşım,
Ancaq həqiqəti özümdə tapdım.
Qəbri nurla dolsun.
Azərbaycanın aşıq sənəti bu gün də öz missiyasını uğurla davam etdirir, ustad aşıqların yaradıcılıq səltənəti gənc aşıqlar tərəfindən layiqincə qorunur, təqdir edilir.
Hər dəfə aşıq sənətindən söhbət düşəndə görkəmli aşıq Əlixan Abbasqulu oğlu Niftəliyevin adıda ehtiramla xatırlanır, əziz xatirəsi hörmətlə yad edilir. Bu, xalqın onun sənətinə olan böyük sevgisidir və bu sevgi əsrlər boyu yaşıyacaqdır .

Hüseyn İsaoğlu (Məmmədov),
Yazıçı-publisist, AYB və AJB-nin üzvü.

Hüseyn İsaoğlu (Məmmədov)nun yazıları

>>>> ƏN ÇOX OXUNAN HEKAYƏ <<<<

Mustafa Müseyiboğlu adına kitabxana

“ƏDƏBİ OVQAT” JURNALI PDF

“YAZARLAR”  JURNALI PDF

“ULDUZ” JURNALI PDF

“XƏZAN”JURNALI PDF

WWW.KİTABEVİM.AZ

YAZARLAR.AZ

===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

ACI XATİRƏLƏRLƏ Rusiyaya aparan yol…

ACI XATİRƏLƏRLƏ Rusiyaya aparan yol…
Şəmkir aerodromunun tərksilah olunması rus zabitlərinin yaddaşında necə qalıb?
(Bir video-süjet əsasında gəldiyim qənaətlər)
Bəllidir ki, xaos dövründə Azərbaycan dövlətinə qarşı kəskin amansızlıqlar törədildi. Azərbaycanın vətənpərvər oğulları da bu acı təəssüratları içlərinə çəkə-çəkə erməni yaraqlılarına havadarlıq edənlərə qarşı amansız olmalı idi… Baxdığım bir video-süjet də demək olar ki, həmin illərə təsadüf edir. Süjetdə rus zabitlər azərbaycanlıları qınayır, hətta aşağılamaqdan belə çəkinmirlər. Hansı əsasla? Hansı səbəbə? Bax, bu, hazırda da günün acı reallığı kimi diqqət çəkir.
Mən, mətləb hər kəsə aydın olsun deyə, süjetdə gördüklərimi və eşitdikərimi olduğu kimi təqdim edirəm. Oxuyun, münasibət bildirin, görün 1992-ci illərdə ordumuzun etdikləri zərurətdir, yoxsa, qəbahət…
Süjetdə 1992-ci ilin yayında Sovetlər Birliyinin hərbi hava qüvvələrinə məxsus 882-ci aviasiya alayında xidmət emiş rusiyalı zabitlərin Azərbaycandan çıxarılması ilə bağlı xatirələri yer alıb.
Onların dediklərindən:
Aleksey Xolodeynin:

-Şəmkir hərbi aerodromunda bir yerdə işlədiyim keçmiş zabitlərdən biri – 882-ci hərbi aviasiya alayının komandiri polkovnik Yuri Timenkoya müraciət edərək ondan 1992-ci ildə Şəmkir aerodromunda baş vermiş hadisələri söyləməsini xahiş etdim. Ondan belə bir cavab aldım:

-Seryoja, Şəmkir hadisələrini mühakimə etmək çox çətindir…
Şəmkir aerodromundan azərbaycanlılar tərəfindən tərksilah olunmuş 882-ci hərbi aviasiya alayının digər əməkdaşları Şəmkir hadisələrini tamam başqa cür izah etdilər:

-Bizim Şəmkir rayonunda tərksilah olunmağımız bir xəyanət və xaos idi. Bu xaosa səbəb olan bizim yuxarı komandanlığın satqınlığı, axmaqlığı və kütbeyinli olmaları idi. Yaxşı ki, o hadisələrdə ölüm halları olmadı. Ancaq ola da bilərdi. Təbii ki, məqsədimiz bu hadisələrdə kimin günahkar olub-olmadığını araşdırmaq deyil, sadəcə, istəyirik ki, bu hadisələr tarixdə qalsın, gələcək nəslin də bundan xəbəri olsun və bizi qınamasınlar. Bizim generalların alçaqlığını, axmaqlığını bilsinlər.
“Evakuasiya”, Moskva hərbi dairəsinin
“Qızıl əsgər” qəzeti, 15 avqust 1992-ci il.
882-ci hərbi aviasiya alayının komandiri pokovnik-leytenant Yuri Stalbinskinin şəxsi heyətlə iş üzrə köməkçisi mayor Qorbaçovun söylədikləri:

-Bizim alay Şəmkirdə tərksilah olunduqdan sonra Moskva hərbi dairəsinin ərazisinə köçürüldük. Bu, heç də xoşagələn hal deyildi. Üstəlik, bizim yuxarı komandanlıq Azərbaycan ərazisindəki üç hərbi aviasiya alayının çıxarılmasını planlaşdırmışdı. Onlar Sitalçayda, Kürdəmirdə və Şəmkirdə dislokasiya olunmuş hərbi hava qüvvələrinə məxsus alay idi. Biz Sitalçaydan hərbi hava qüvvələrimizi, silah və sursatlarımızı, texnikalarımızı, ailə üzvlərimizi və şəxsi əşyalarımızı hava yolu ilə göndərməyə müvəffəq olduq. Kürdəmirdən də alaylarımız heç bir maneə görmədən, çox asanlıqla çıxdılar. Kürdəmirdən çıxarkən bir ədəd təyyarəmizi orada qoymaq məcburiyyətində qaldıq. Çünki bu təyyarə çox yararsız və bərbad halda idi. Biz Kürdəmirdən çıxar-çıxmaz hərbi qüvvələrimizin aerodromu, oradakı obyektlərimiz yerli sakinlər tərəfindən talan və darmadağın edildi. Qarşılaşdığımız ən dramatik hadisələr Şəmkirdə baş verdi. Burada Rusiya hərbi hava qüvvələrinə məxsus alayın Rusiya ərazisinə köçürülməsi çətin oldu. Çünki Azərbaycan Ordusunun Şəmkirdə yerləşən 861 saylı alayının 800-ə yaxın döyüşçüsü köçürülmə prosesinə əməlli-başlı aktiv maneələr törədirdi. Bizim üçün çox çətin idi; çünki biz Şəmkir aerodromundan hələ heç nə köçürə bilməmişdik. Aerodromda 5 ədəd MİQ-25, 11 ədəd Su-24 qırıcı təyyarə, 1 ədəd Miq-8 döyüş vertolyotu, 1500 ədəd AKM avtomatları, 22 ədəd snayper tüfəngi, 850 ədəd Makarov tipli tapança, həmçinin, ailə üzvlərimiz, şəxsi əşyalarımızla dolu təyyarələr vardı. Azərbaycan Ordusunun Şəmkirdə yerləşən 861 saylı alayının komandiri polkovnik-leytenant Cahangir Rüstəmov tabeçiliyində olan 800 döyüşçü ilə bizi və aerodromu mühasirəyə aldı. Bizə kömək üçün isə Gəncədən xüsusi desant qüvvələr göndərildi. Lakin onlar sürətlə cərəyan edən hadisələr səbəbindən bizə heç cür kömək edə bilmədilər. Çünki azərbaycanlılar aerodromu tərksilah etməkdə çox qərarlı idilər. Bir az keçmiş Azərbaycan döyüşçüləri aerodromun ərazisinə 300-dən çox daş-kəsəklə dolu maşın yeritdilər. Bununla da bizim aerodromdan çıxış üçün bütün yollarımız bağlanıldı. Bu, bizim başımıza gələcək acı hadisələrin hələ başlanğıcı idi. Şəxsi əşyalarımız, ailə üzvlərimiz və silah-sursatla dolu təyyarələrimiz 861 saylı alayının komandiri polkovnik-leytenant Cahangir Rüstəmovun müavini Dilqəm Əliyevin başçılıq etdiyi dəstə tərəfindən girov götürülmüşdü…
Polkovnik Yuri Satlbinskinin dediklərindən:

-Bizim aerodrom ətrafında dramatik hadisələr 31 mayda başladı. Həmin vaxt aerodroma Sovetlər Birliyinin Hərbi Hava Qüvvələrinin hava hücumundan müdafiəsi qoşunlarının komandanının müavini general-polkovnik İvanov da gəlmişdi. O, bizim Şəmkirdən Rusiya ərazisinə təhlükəsiz köçürülməyimizi təmin etməli idi. Həmin gün biz çox gizli şəkildə silah-sursatları təyyarələrə yükləməyə başladıq. Həmin an hər şeyi çox ehtiyatla edirdik. Buna baxmayaraq, təyyarələrin gizli yüklənməsi barədə xəbəri kimlərsə 861 saylı alayın komandanlığına çatdırmışdılar. Təxminən 1 saat ərzində aerodrom 861 saylı alayın döyüşçüləri tərəfindən mühasirəyə alındı. Bunu belə tezliklə etmək onlar üçün çox da çətin deyildi, çünki onlara məxsus alayın qərargahı bizim aerodromun çox yaxınlığında yerləşirdi. Biz onların qarşısını heç cür ala bilmirdik. Çünki bizim aerodromda çoxdan idi ki, bizi qoruyacaq sayda əsgər yox idi. Əsgərlərlə birlikdə alayın zabitləri, xüsusən də Cahangir Rüstəmov da gəlmişdi. Onun İvanovla mübahisəsi elə bir sərt həddə çatmışdı ki, ani bir təsirdən atışma baş verə bilərdi. Bizim təyyarələrin uçuş zolağında Azərbaycan hərbçiləri öz təyyarələrini yerləşdirmişdilər. Onlar bizə xəbərdarlıq etdilər ki, əgər uçuşa cəhd etsəz, sərrast atəşlə hədəfləri məhv edəcəyik. Hadisələrin nə üçün bu qədər ciddi şəkildə cərəyan etməsi səbəblərini biz sonra bildik. Məlum oldu ki, guya biz Şəmkir aerodromundan çıxardığımız silah-sursatı erməni yaraqlılarına verəcəyik. Bu mənada biz onların amansızlığını və qətiyyətini yaxşı başa düşürdük. Biz aerodromdakı hadisələr barədə yuxarı komandanlığa məlumat verdik. Lakin onlar bu məlumatı ciddi hesab etmədilər. Əksinə, bizi qorxaq adlandırdılar. Biz də məcburən öz qorxumuz və riskimiz üzərində hərəkət etdik. Biz Azərbaycan döyüşçülərinə bizimlə birlikdə təyyarələrdəki silahların anbarlara yığılmasını, birlikdə qapıları möhürləməyi təklif etdik. Razılaşdıq ki, anbarları bizim öz əsgərlərimiz qoruyacaq, azərbaycanlılar isə bir qədər ətrafda qarovul çəkəcəklər. Onlar bizim hər addımımızı izləməyə başladılar. Biz tam əmin idik ki, aerodromdakı təyyarələri Rusiyaya aparmaqda çətinlik çəkəcəyik. Sonra yuxarı komandanlıqdan əmr gəldi ki, uçuş-təlim adı altında təyyarələri Rusiya ərazisinə qaçırtmalıyıq. Beləcə, mən tabeçiliymdə olanlara təyyarələri uçuş-təlim adı ilə qaçırtmaq əmri verdim. Həmin gün aerodromda sakitlik yaranmışdı. Bizim uçuş-təlim planımızdan xəbər tutan azərbaycanlılar Rüstəmovu xəbərdar etmişdilər. O da dərhal aerodroma gəldi, burada dramatik anlar başladı. Rüstəmov bizi bir daha xəbərdar etdi ki, hər hansı bir təyyarə havaya qalxmağa cəhd etsə Zenit atəş qurğuları vasitəsilə məhv ediləcək.
Mayor Qorbaçov:

-Yuxarı komandanlıq bizi aerodromdam çıxarmaq üçün xüsusi desant qüvvələr göndərəcəklərinə dair söz vermişdilər. Təyyarələr gəldi, ancaq onların içində köməkçi desant qüvvələr yox idi. Vəziyyət daha da ağırlaşdı. Həmin gün Azərbaycanın Müdafiə naziri Qazıyev 861 saylı alayın komandiri polkovnik-leytenant Cahangir Rüstəmovla birlikdə aerodroma gəldi. Aerodrom hər tərəfdən mühasirəyə alınmışdı. Bir neçə gün idi ki, ailələrimiz təyyarələrdə ac və susuz girov saxlanılırdı. Ailələrimizin getməsinə icazə verildi, lakin azərbaycanlılar şəxsi əşyalarımızı yoxlamağa başladılar. Əşyalarımızın içində olan radioelektron qurğuları, eləcə də hərbiyə aid olan nə vardısa, müsadirə edirdilər. Acınacaqlısı isə o idi ki, biz onların bu özbaşınalıqlarına heç cür müdaxilə edə bilmirdik.
Yuri Stalbinski:

-20 iyunda aerodromun ərazisində vəziyyət son həddə çatmışdı. Zabitlərimiz açıq-aydın narazılıq edir, deyirdilər ki, biz burada kimin üçün xidmət edirik? Mən onlardan heç nəyi gizlətmirdim. Bəlkə də elə buna görə onlar az da olsa mənə inanırdılar. Nizam-intizamlarını qoruyub saxlayırdılar. Mən demək olar ki, hər gün yuxarı komandanlığa zəng vurur, aqibətimizin necə olacağını soruşurdum. Oradan isə bircə cavab verilirdi: Gözləyin! Axır ki, bir gün gözlədiyimiz cavab gəldi. Təyyarələr və hərbi texnikalar aerodromda qalsın, özünüz isə ailəniz və şəxsi əşyalarınızla birlikdə desant qüvvələrin müşayiəti altında Gəncə hava limanına yollanın. Tezdən Gəncə istiqamətinə yola düşdük. Yarı yolda geri qayıtmalı olduq, çünki azərbaycanlı döyüşçülər əmr edirdilər ki, geri qayıdıb silahları təhvil verməliyik. Biz məcburən aerodromdakı bütün texnika, təyyarə və silahları azərbaycanlılara təhvil verdik. Bundan sonra qarşımızda yalnız bir yol qalırdı: Bizi öz acı xatirələrimizlə Rusiyaya aparan yol…
Əziz oxucu, bu deyilənlər baxdığım video-süjetdə əks olunub. Diqqət etdinizsə, rusiyalı zabitlər azərbaycanlıları qınayır, xoşagəlməz sözlərlə təhqir edirlər. Mən hələ haqqımızda deyilənlərin bir çoxunu etika naminə qələmə almadım. Bəllidir ki, 1992-ci illərdə ermənilər azərbaycanlılara qarşı amansız hücumlara, təqiblərə başlamışdılar və həmin an onlara bir çox xain qüvvələr köməklil edirdilər. Azərbaycanlı döyüşçülərin Şəmkir aerodromunda xidmət edən rusiyalı zabitlərə qarşı ehtiyatlı hərəkəti nədənsə, onlar tərəfində özbaşınalıq adlandırılır. Kim qarant verə bilərdi ki, həmin an əgər onlar aerodromdakı təyyarə və silah-sursatları salamat çıxarıb erməniyə verməyəckdilər?! Lap belə olmasaydı belə, biz həmin illər öz təhlükəsizliyimiz naminə bütün ehtiyatlı hərəkətlərə əl atmalı idik.
Tarix nələrə şahiddir, yaxşı bilir. Azərbaycan xalqı bütün xalqlara nümunədir. Biz döyüşəndə də, savaşanda da çox mədəniyik…
Elə bu yazını yazmaqda da məqsədim bir azərbaycanlı olaraq süjetdə deyilənlərə mədəni cavab verməkdir. Mövzu ilə əlaqəli fotolar:

Allah xalqımızı və dövlətimizi qorusun…

Müəllif: Hüseyn İsaoğlu (Məmmədov),

AYB və AJB-nin üzvü, yazıçı-publisit.

HÜSEYN İSAOĞLUNUN YAZILARI

Mustafa Müseyiboğlu adına kitabxana

“ƏDƏBİ OVQAT” JURNALI PDF

“YAZARLAR”  JURNALI PDF

“ULDUZ” JURNALI PDF

“XƏZAN”JURNALI PDF

WWW.KİTABEVİM.AZ

YAZARLAR.AZ

===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

HƏLİM DUYĞULARIN TƏRƏNNÜMÜ

HƏLİM DUYĞULARIN TƏRƏNNÜMÜ

Bir insan və şəxsiyyət, AYB-nin və AJB-nin üzvü, özü kimi əməli də bütöv olan, təvazökar və aristokrat xasiyyəti ilə seçilən Hüseyn İsaoğlu (Məmmədov) ilə tanışlığımızdan çox vaxt ötməyib. Çörək kəsmişik, ədəbi mülahizələr söyləmişik, bizi bürüyən çətinliklərdən söz açmışıq. Qısası, fikirlərimizin üst-üstə düşməsi bizi dostluqda daha da möhkəmləndirib.
Aprel ayı idi. “Azərbaycan” Nəşriyyatının 2-ci mərtəbəsinə qalxan kimi ilk növbədə “Bütöv Azərbaycan” qəzetinin redaksiyasının qapısını döyüb içəri keçdim. Təzə dəmlənmiş kəkotu çayının ətri məni bihuş etdi. Hüseyn müəllim təcrübəli jurnalist, yazıçı-publisist Sabir Hüseynovla yanaşı əyləşmişdi. Onlarla görüşüb hal-əhval tutdum. Söhbətimiz müxtəlif sahələrə yönəlsə də daha çox kitab və yazıçı məsələsinin üzərində gəzişirdi. Mən bir qədər kitaba və yazılara fərqli yanaşaraq dedim:

– Düşünürəm ki, kitabın kəşfi bəşəriyyətin, insanın ən kamil kəşfidir. Necə ki, riyaziyyatda, kimyada, fizikada, mikrobiologiyada, təbabətdə zaman ötdükcə belə əvəzolunmaz kəşflər edilir. Məncə, bu kəşflər içərisində kitabın özünəməxsus yeri var. Kitab bütöv halda müəllifin əsrlərə, nəsillərə vəsiyyətidir. Ümumən isə, əgər bir xalqı tanımaq istəyirsənsə onun ədəbiyyatını, tarixini, etnoqrafiyyasını, adət-ənənələrini bilməlisən…
Bayaqdan məni sakitcə dinləyən yazıçı-jurnalist dostum Sabir Hüseynov sanki kitab barədə fikirlərimin davamı olaraq dedi:

– Kitaba, yeniliklərdən xəbər tutmağa gəncliyimizdə necə həvəs göstərirdik. Ürəyimdən keçirdi ki, görəsən, mən də kitab yaza bilərəm? Yazıçılara möcüzəli sənət adamları kimi baxırdıq. On illər ötdü, yeni texnologiyalar, ritual aləm kitabı əvəz edə bilmədi. Necə ki, yüz illərdir xarici ölkələrdə qəzet, kitab və s. dərgilər nəşr olunur, kitab yenə də qiymətini, məna yükünü itirmir, indi də elədir…
Hüseyn İsaoğlu da söhbətə qoşularaq dedi:

– Dediklərinizlə həmfikirəm. Həyatda nəyə nail olmuşuqsa kitaba borcluyuq. Kitab rəfləri bəzəmək üçün deyil, onun tozunu silib oxumaq lazımdır. Gərək hamı vəzifəsindən, tutduğu mövqeyindən, kimliyindən, varlı-kasıb olmasından asılı olmayaraq kitab oxusun. Gündəlik həyat tərzimizə çevrilmiş kitab sabaha, gələcəyə, tərəqqiyyə açardır…

– Hə, dostum, – dedim. Peşəkarların kitabları əsrlərlə yaşamalıdır. Kitab yaddaşdır, elm və tarixdir, mədəniyyətdir, etika və estetikadır, bəşəri sevgidir, məntiqdir, fəlsəfədir, ədəbi dünyadır, dilimizin inkişafı, cəmiyyətdə baş verən qanunauyğunluqları öyrədən elmdir, siyasi baxışdır. Kitab əvəzi olmayan vasitədir, o, puldan da qiymətlidir. Satış qiyməti ucuz olsa da, ariflər üçün çox bahadır… Mən çap etdirdiyim “Hər yazılan kitabdırmı?” adlı məqaləmdə kitabın mahiyyətinə, onun indiki durumuna toxunmuşam. Bəli, bu qeydlərim dünyanın dərki mövzusunda bizə bilgi verən kitab və onun sahibləri barədə idi.
Məlumat üçün deyim ki, yeni doğulan kitabların zəhmətkeş müəlliflərindən biri də Hüseyn İsaoğludur. Hüseyn müəllim Gədəbəyin Hacılar kəndində dünyanı tanıyıb. Təhsil aldıqdan sonra orada müəllimlik edib. 2012-ci ildən isə “Bütöv Azərbaycan” qəzetində şöbə müdiri işləyir. İstedadlı qələm ustası, peşəkar jurnalist Tamxıl Ziyəddinoğlu redaktoru olduğu qəzetdə Hüseyn İsaoğlu ilə çiyin-çiyinə işləməkdən, qəzetin yükünü birgə daşımaqdan məmnunluq duyur.
Söz vaxtı yüyrək olar, deyiblər. Söhbətimizin sonunda Hüseyn müəllim təbəssümlə mənə qara cildli bir kitab uzatdı:

– Bu da sənə kiçik hədiyyəm, – dedi. – Vaxtın olanda oxuyarsan. İrad və təkliflərini, tənqidi qeydlərini bildirərsən.
Kitabı ondan aldım, məmnunluq ifadə etdim. Axı, bizim dəyərli sözə, sözün gücünü, qiymətini bilənlərə həmişə ehtiyacımız var… Həmin an Hüseyn müəllim yəqin ki, hansı hisslər keçirdiyimin fərqinə vardı…
“Anam yuxuma gəlmişdi”. Hüseyn müəllim yeni kitabına belə ad qoymuşdu. “İmza” Nəşrlər Evi həmin kitabı yüksək səviyyədə nəşr edib oxucuların ixtiyarına vermişdi. Qeyd üçün deyim ki, müasir dövrdə kitabın məzmunu ilə yanaşı tərtibatı, xüsusən, üz qabığı da oxucuya estetik zövq verməlidir.


Həmin kitab “Kədər tablosunda sevinc işığı” adlı povestlə açılır. Bu əsər barədə 2023-cü ilin martında “Kredo” qəzetində “Söz taxtında mülk sahibi” adlı məqalə çap etdirmişdim. O məqaləm də adıçəkilən kitabda yer alıb.
Nəşrdə həmçinin, Hüseyn İsaoğlunun müxtəlif janrlı məqalələri, hakayələri oxucuya təqdim edilib.
“Kədər tablosunda sevinc işığı” adı çox uğurlu seçimdir. Hüseyn müəllim əsərin qəhrəmanı Vəfanın səsini eşitmiş, duyğularını hiss etmişdir. Vəfanın ətrafında baş vermiş hadisələrin kədəri, dramatikliyi, həssas insan qəlbinin çəkdiyi iztirablar və bir insan taleyinin kədərdən sonrakı aqibəti povestin əsas leytmotivini təşkil edir. Deməli, Vəfa kiçik yaşlarında ikən bir qəza baş verir. O, hər iki ayağını itirir. Sonra yaxşı insanlar onu ümidsizliyin əlindən alır, tale Vəfanın üzünə gülür, böyüyüb, ayaqda qalır, ali təhsil alır, ailə həyatı qurur. Hər bir çətinlikdən, ağrı-acıdan mətanətlə çıxır, Tanrı onu səadətə qovuşdurur. Türkiyədə yaşayır, özünü tənhalıqdan qurtarır, adamların sevgisini qazanır.
Fəlsəfə doktoru, alim-tədqiqatçı Şakir Əlifoğlu adını çəkdiyimiz kitabda “Mərdliyə və mübarizəyə səsləyən əsər” adlı məqaləsində yazır: “Hüseyn İsaoğlu əsərin adındakı məntiqi əsərin məzmununda da açıb göstərə bilib: “Kədər tablosu”ndakı “Sevinc işığının” nədən ibarət olduğunu Vəfa xanımın şəxsi həyatı fonunda təqdim edib. Tibb bacısı Mariya xanımın, ağır xəstə olanda Vəfaya verdiyi tövsiyə ona əslində “Sevinc işığı”nın yolunu göstərib… Bu tövsiyə sonrakı illərdə Vəfa xanıma həyatda sevinc işığı göstərən bir mayak olur…
“Anam yuxuma gəlmişdi…” kitabının 111-ci səhifəsində dərc olunmuş hekayə duyğularımı tərpətdi. Hekayənin əvvəlində paytaxtdan xeyli aralıda yaşayan ağbirçək ananın son durumu haqqında oğluna telefonla xəbər verilir. Bundan sonra anasını son dəfə görmək ümidi ilə yola çıxan oğulun ürəyi titrəyir, gözlərindən yaş gilələnir. Son anda ana lal baxışları ilə oğlunu süzür, ruhu uzaqlara uçur…
Əzablar içində ürəyi döyünən oğulun gözləri önündən analı günləri kino lenti kimi ötüb keçir, dünyanın etibarsızlığından gileylənir, gücü göz yaşlarına çatır, kədərlənir, anaya möhtac olduğunu hiss edir. Heyhat, alın yazısından qaçmaq olmur…
Hekayə psixoloji sonluqla bitir: oğul anasını yuxuda görür. Yuxuda anasının qeybə çəkilməsi, oğulun nigarançılığı, anaya əlinin çatmaması hekayənin ən kəsərli ədəbi notlarıdır.
Yazının əvvəlində kitabdan, onun insan həyatına təsir gücündən söz açmışdım. Əlbəttə, tanınmış yazıçı Hüseyn İsaoğlunun qələmindən süzülüb çıxan, oxucunun ixtiyarına verilən “Anam yuxuma gəlmişdi” kitabı da maraqlıdır, oxunaqlıdır, oxucuya ibrətamiz duyğular bəxş edir, onu yaşamağa sövq edir.


Hüseyn müəllimə uğurlar diləmək arzusu ilə…
İdris Şükürlü,
Əməkdar jurnalist

HÜSEYN İSAOĞLUNUN YAZILARI

Mustafa Müseyiboğlu adına kitabxana

“ƏDƏBİ OVQAT” JURNALI PDF

“YAZARLAR”  JURNALI PDF

“ULDUZ” JURNALI PDF

“XƏZAN”JURNALI PDF

WWW.KİTABEVİM.AZ

YAZARLAR.AZ

===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

Ailə münasibətlərindən bəhs edən əsər

Ailə münasibətlərindən bəhs edən əsər

Hazırda bütün dünyada ictimai zəminlər sosial mürıasibətlərlə tənzimlənir. Sosial əlaqələri də məhz ailələr təzahür etdirir. Bu, Azərbaycanda da belədir. Ailə kiçik dövlət kimi bütün məsəslələrdə öz aktivliyini zəruri edir. Bəzən isə cəmiyyətdə bu baxımdan bir nizamsızlıq olur. Sosial əlaqələr ya tamam qırılır, ya da hədsiz zəifləyir, nəticədə ortaya çox sayda xoşagəlməz hal çıxır.

Ailə, mövqeyi bəlli kiçik hakimiyyətdir. Lakin ara-sıra yaşanan bəzi neqativ hallar onun təməlini laxladır. Məsələn, ata-ana, qardaş-bacı, qaynana-gəlin, qaynata-kürəkən və s. kimi məqamlar çox zaman ailələrdə aşkar bir nizamsızlıq kimi diqqət çəkir. Bu haltarı qaydaya salmaq üçün isə insanlar son dərəcə səbrli, təmkinli və tədbirli olmalıdırlar.
(Müəllif çox gözəl qeyd edir ki, sovetlər dönəmində gəlin axşam həyat yoldaşı işdən gələnə qədər yatmazdı. O, həyat yoldaşı işdən gələnə qədər odun sobasında suyu isidib hazır qoyardı ki, həyat yoldaşı gələndə ayaqlarını, başını yuyub dincəlsin.Qaynata, qaynana gəlinin nə vaxt yatıb durmasını görməzdilər. Bunların hamısı valideyn təlim-tərbiyəsindən asılıdır.)
Səmimi etiraf edək ki, Tarverdi Abbasovun ailə-cəmiyyət, həyat-tale və xususən də qaynana-gəlin münasibətlərindən bəhs edən irihəcmli, kiçik silsilələrdən ibarət əsəri də elə yuxarıda bəhs etdiyimiz ictimai səciyyələri özündə geniş qabardır. Əsər bir neçə başlıq altında verilib. Hər başlıq altında gedən yazılar isə ailə xarakterlərini, ailə təzahürlərini dinamik açır. Oxuduqca, bizə bəlli olur ki, müəllif sovet dövründəki ailə strukturunu hazırkı dövr ailə strukturu ilə sanki müqayisə edir, yaşananlara kəskin reaksiya verir. Müəllif, əsasən də demək istəyir ki, insarı-istər kişi, istər qadın, fərq etməz, ailə münasibətləri zaman yaş və həyat təcrübəsindərı məharətlə istifadə etməlidir. Bəzən belə də olur, lakin evə ayaq açan gəlin ondan əsirgənməyən məhəbbətə, şəfqət və mərhəmətə rəğmən, hətta əzizləndiyi halda öz şəxsi movqeyi və arzu- istəyi naminə ailədə nifaq yaradır, ata-ana, bacı-qardaş və s. arasında söz-söhbətə səbəb olur. Nəticədə də ya gənc ailələr dağılır, ya da bu hal dıgər arzu olunmayan vəziyyətlərə yol açır.
Müəllif sovet ailə sisteminə nəzər salmağımızı məsləhət görür, deyir ki, o dövrdə bir ailədə bəzən dörd-beş, ya da daha çox gəlin olurdu, hamısı da bir-biri ilə yola gedirdi. Buna bir az böyüklər zəmin verirdisə, bir az da gəlinlər özləri ailələrində aldıqları tərbiyə ilə nail olurdular. Bəs indi nə baş verir? Nə üçün indi boşanmaların sayı kəskin artıb? Məgər indi ailələrdə uşaqlara tərbiyə verilmir? Yox, əsla belə deyil, indi sadəcə, vəziyyət tamam başqalaşıb, kompüter əsri, telefon-internet dövrü xüsusən gəncləri məhvə sürükləyir.
Müəllif “Özləri bilər “bölümündə də çox gözəl qeyd edir:-Talıb kişi iki ay idi oğluna toy edib gəlin gətirmişdi. Ancaq evləndirdiyi uç oğlunun ikisi boşanmışdı, yalnız böyük oğlu ailəli idi. O da Talıb kişinin həyat yoldaşının bacısı qızı olduğuna görə səslərini cıxara bilmirlər, ona hər cür şərait yaratmışdılar. Talıb kişi zəhmətkeş, ailə canlı dünyagörmüş, təcürbəli adam idi. Evə gələndə yoldaşından soruşur “Ay arvad, evdə deyəsən nizam tərəzisi düz deyil. Bu cavanların əvvəlki mehribançılığı yoxdur. Mənim gözümə soyuq dəyirlər. Sən maraqlan gör, günah oğlumuzdadır, ya gəlinimizdə?” Həyat yoldaşı Süsən bütün əhvalatı Talıb kişiyə nəql edir. Oda sənin kimi ağır işdə işləyir, yorğun gəlir gətirib qabağına bir stəkan çay da qoymur, elə deyir boşanacam. Gəlin əri Ruslandan və qaynanasından narazılıq edir.
Tarverdi müəllim gənc ailələrin tez dağılmasının səbəbini televiziyalarda göstərilən mənasız, ailə dəyərlərinə zidd seriallar, radiolarda səsləndirilən şit, bayağı verilişlər gənc ailələri asan həyata alışdırır, onları düşünmədən addım atmağa sövq edir. Təəssüf ki, indi bəzi valideynlər özləri də övladlarının bədbəxt olmaları üçün canfəşanlıq edirlər. Bu da böyük peşimançılığa səbəb olur.
Tarverdi müəllimin də yazdığı kimi, bu gün qaynana-gəlin münasibətləri cəmiyyətin ən vacib, aktual məsələsi kimi xarakterizə edilir. Nə baş verir axı, iki şəxs arasındakı qarşılıqlı əlaqə bəsit təlatümlərə yol açır? Əlbəttə, hər kəsin cəmiyyətdə, elə ailədə də müəyyən rolu və öhdəlikləri var. Ancaq bu, heç də rəvac verməməlidir ki, gənc ailələr dağılsın, boşanmaların sayı artsın. Hər hansı mənfı davranış cəmiyyətə əks təsir göstərir.
Tarverdi Abbasovun əsərindən bir-iki məqama diqqət çəkək; … “Elə ağzıgöyçəklər var ki, indi başqa zamandır, gənclər sərbəst olmalıdır, ayrı yaşamalıdır,-deyirlər. “Yaxud onda elə zamanə idi ki, oğlan qızı, qız da oğlanı yalnız toy gecəsi görürdü… Sevmək də sevilmək də elə toy günü başlayırdı. O sevgi nə qədər şirin olurdu…”
Əlbəttə, bu nümunələrdə sirf gerçək reallıq öz əksini tapmır, müəllif sadə ehtimallar gətirir, iki şəxsin bir yerdə – bir ailədə necə xoşbəxt yaşaya bilməsi üçün müəyyən silsilələr verir. Bu arqumentin real olmasında təkcə kişi-qadın yox, cəmiyyət, hər kəs rol oynamalıdır. Çünki tərbiyə ailədən gəlir, onun daha da möhkəmlənməsi cəmiyyətdə mümkün olur. Bu baxımdan, hazırda qadın-kişi, bütövlükdə ailə münasibətlərinin normal tənzimlənməsi istiqamətində fundamental işlər görülməli, güclü maarifləndirmə aparılmalı, gənc ailələr psixoloji instansiyalardan keçirilməli, valideyinlərlə mütəmadi görüşlər təşkil edilməlidir və s.
Yalnız bundan sonra nəyəsə nail olmaq mümkündür.
Bu baxımdan, istəkli oxuculara Tarverdi Abbasovun ailə munasibətlərindən bəhs edən əsərini oxumağı tövsiyə edirik.

MÜƏLLİF : HÜSEYN İSAOĞLU (MƏMMƏDOV),

yazıçı-publisist, AYB-nin və AJB-nin üzvü.

HÜSEYN İSAOĞLUNUN YAZILARI

GÜNNUR AĞAYEVANIN YAZILARI


>>>SATIŞDA OLAN KİTABLAR

Aşıq Qurban: -“Pərdəli gəzməyən nəzərə gələr.”

Mustafa Müseyiboğlu adına kitabxana

ZAUR  USTACIN  YAZILARI

> > > > MÜTLƏQ OXUYUN !!!

“ƏDƏBİ OVQAT” JURNALI PDF

“YAZARLAR”  JURNALI PDF

“XƏZAN” JURNALI PDF

WWW.BEYDEMİR.RU

YAZARLAR.AZ
===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru