II TÜRK DÜNYASI ƏDƏBİYYAT VƏ KİTAB FESTİVALI (BAKI 2023) BAŞA ÇATIB. FESTİVAL GÜNLƏRİ YAZARLAR. FOTOLAR:
AYB Mətbuat Xidməti: 5-11 iyun tarixlərində paytaxtın Hüseyn Cavid prospektində, AMEA-nın binasının önündəki parkda II Türk Dünyası Ədəbiyyat və Kitab Festivalı keçirilib.
Festival Beynəlxalq Türk Müəllifləri Birliyinin təşkilatçılığı, Azərbaycan Yazıçılar Birliyi, Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi, Milli Məclisin Mədəniyyət komitəsi, AMEA, Bakı Şəhər İcra Hakimiyyəti və Türk dünyası təşkilatlarının dəstəyi ilə gerçəkləşib.
Festivalda 50-dən çox nəşriyyat, 30-a yaxın xarici ölkə nümayəndəsi iştirak edir, həmçinin müxtəlif sahələrə dair nəşrlər, eləcə də rəngkarlıq və qrafika sənəti üzrə əl işləri təqdim olunub.
Festival çərçivəsində elmi konfranslar, şeir saatları, imza günləri təşkil edilir, filmlər nümayiş olunur. Tədbirlər hər gün bir ölkənin adı ilə (Azərbaycan, Türkiyə, Qazaxıstan, Qırğızıstan, Türkmənistan, Özbəkistan və Macarıstan) adlandırılıb.
Festival iyunun 11-də uğurla başa çatıb.
Layihə rəhbəri: Xəyal RZA festival barəsində fikirlərini sosial şəbəkə hesabında izləyiciləri ilə bölüşüb:
“II Türk Dünyası Ədəbiyyat və Kitab Festival gündəm oldu. Bir həftə boyunca 104 tədbir, səhnəyə çıxan 456 nəfər, türksoylu ölkələrdən gələn 30 qonaq. Hələ də paylaşımlar Festivaldandır.
#litbokkfest alındı! Bacardıq! Çox şükür!”
>>>> DAHA ÇOX MƏLUMAT AŞAĞIDA <<<<
II TÜRK DÜNYASI ƏDƏBİYYAT VƏ KİTAB FESTİVALI
International Turkic Culture and Heritage Foundation
“YAZARLAR” olaraq, bütün təşkilatçıları və iştiralçıları təbrik edirik!
MƏLUMATI HAZIRLADI: TUNCAY ŞƏHRİLİ
ZEMFİRA MƏHƏRRƏMLİNİN YAZILARI
>>>> Zemfira Maharramli. The Swallow’s Nest.
>>>> ƏN ÇOX OXUNAN HEKAYƏ <<<<
ZAUR USTACIN SATIŞDA OLAN KİTABLARI
YAZARLAR.AZ
===============================================
<<<< WWW.YAZARLAR.AZ və WWW.USTAC.AZ >>>>
Əlaqə: Tel: (+994) 70-390-39-93 E-mail: zauryazar@mail.ru