
“VURĞUN POEZİYASI” QURBAN BAYRAMOVUN KİTABI PDF:
Tərtibatçı: Zaur USTAC
YAZARLAR.AZ
===============================================
<<<<<<WWW.YAZARLAR.AZ və WWW.USTAC.AZ>>>>>>
Əlaqə: Tel: (+994) 70-390-39-93 E-mail: zauryazar@mail.ru

“VURĞUN POEZİYASI” QURBAN BAYRAMOVUN KİTABI PDF:
Tərtibatçı: Zaur USTAC
YAZARLAR.AZ
===============================================
<<<<<<WWW.YAZARLAR.AZ və WWW.USTAC.AZ>>>>>>
Əlaqə: Tel: (+994) 70-390-39-93 E-mail: zauryazar@mail.ru

19 Mayıs – Atatürk’ün Doğum Günü
TÜRKİYƏDƏ MİLLİ AZADLIQ HƏRƏKATININ BAŞLANMASI GÜNÜ
AKİF ABBASOV
SUİQƏSD PLANI
(hekayə)
Levonla Sərkis əllərini iplə sarıdıqları türk zabitini dilə tutmağa çalışırdılar. Onun saçları qarışmışdı, sir-sifəti qan içindəydi. Hərbi geyimi bəzi yerlərdən cırılmışdı. Levon deyirdi:
– Sən Baş komandanın mühafizəçisən. Yaxşı bilirsən ki, indi sənin taleyin bizim əlimizdədir, bizim mərhəmətimizdən asılıdır. İstəsək, buraxarıq, çıxıb gedərsən evinə-eşiyinə. Sən ağılsız deyilsən. Bilirsən, dediklərim ayrı-ayrı şeylərdir. Birinci halda görbagor olacaqsan. Torpağın altında sümüklərin də çürüyəcək. İkinci halda sağ qalacaq, arvad-uşağının yanına gedəcəksən. Yunan ordusu sizdən güclüdür. Bu orduya başqa dövlətlər də dəstək verirlər. Mustafa Kamal başınızı piyləyib, siz də düşmüsünüz əli yalın ortaya ki, biz də vuruşuruq. Heç nəyə nail ola bilməyəcəksiniz. Yunanlar sizi qırıb axırınıza çıxacaqlar. İnanmırsan mənə?
Türk zabiti özünü tox tutdu:
– Siz türk əsgərlərini yaxşı tanımırsınız. Son damla qanlarına qədər vuruşacaqlar.
Sərkis istehzalı bir gülümsəyişlə soruşdu:
– Bəs sonra? Sarıqamış faciəsi yadınızdan çıxıb? Hamınız qırılandan sonra ağlınız başınıza gələcək? Ankaranın yolu açılacaq. Buna əmin ola bilərsən. Belə məlum olacaq ki, siz nahaq yerə döyüşmüsünüz. Onda yerdə qalanlar sizin orduya da, Baş komandanınıza da lənət yağdıracaqlar.
– Bu sizin xam xəyallarınızdır. Qələbə həmişə bizimlə olub! Türk ordusuna da, Baş komandanımıza da həmişə alqış deyiblər!
Bu dəfə Levon sözə başladı:
– Çal Dağı əldə saxlamaq üçün dəridən-qabıqdan çıxdınız. Nə oldu axırı? Haymanaya doğru çəkildiniz.
Türk zabiti özünü sındırmayaraq inamla dedi:
– Bizdə belə bir atalar sözü var: “Bir işin önünə baxma, sonuna bax”. Geri çəkilmək hələ məğlubiyyət deyil.
Sərkis get-gedə hövsələdən çıxdığını hiss edirdi. Öz-özünə: “Dəli şeytan deyir, vur, öldür bu türkü” deyə fikirləşirdi. Lakin özünə toxtaxtlıq verdi, yadına saldı ki, onlar tapşırıq alıblar, həmin tapşırığı yerinə yetirməlidirlər:
– Sözümü kəsmə, qulaq as. Yunan ordusu fürsəti əldən verməyib Haymana üzərinə hücuma keçdi. Hərbi sursatınız çatmır. Ərzaq sarıdan da qıtlıqdır. Az qalırsınız bir-birinizin ətini yeyəsiniz. İndi yunanlar Haymana dağını da tutublar. Döyüşlərdə, bilirsən, nə qədər canlı qüvvə itirmisiniz?
Levon qəh-qəhə çəkdi:
– Sayı yox, hesabı yox. Min nəfərə yaxın əsgər, səksəndən artıq zabit. Elə bilirsiniz itkilərinizdən xəbərimiz yoxdur?
Türk zabiti onların məqsədini öyrənmək üçün soruşdu:
– Təklifin nədir?
Uzaqdan çaya sarı su götürməyə gedən döyüşçülər göründülər. Yunan zabiti ilə Sərkis tez dönüb baxdılar. Onların türk əsgərləri olacağından qorxub diqqət kəsildilər. Məlum oldu ki, yunan döyüşçüləridir. Dərindən nəfəs aldılar.
Sərkis türk zabitinin sualına cavab olaraq dedi:
-Bizə sizin baş komandanın ölüsü, ya da dirisi lazımdır. – O, bir kisə çıxararaq göstərdi. -Bu, qızıl kisəsidir. Sənə çatır. Biz deyənlə durub-otursan əlavə mükafatın da olacaq.
Türk zabiti ikrah hissilə dilləndi:
-Sizin millətin qanında var bu satqınlıq, yaramazlıq, şər toxumu səpmək, ara qarışdırmaq, ara düzəltmək. Sizin xəmiriniz pis-pis işlərlə, hiylə və məkirlə, xəyanətlə yoğurulub. Həmişə yediyiniz qaba tüpürmüsünüz.
Levon əlini qaldırıb onu vurmaq istədi, Sərkis qoymadı. Levon mühafizəçiyə dedi:
– Ömründə bir dəfə sən də yediyin qaba tüpür. Qorxma, dünya dağılmaz. Əvəzində azadlığa, var-dövlətə çatarsan.
Türk zabiti acı-acı güldü:
– Onda mən türk yox, erməni olardım. Məni öldürə bilərsiniz. Fəqət qulağınızda sırğa edin. Biz Çanaqqala müharibəsi, İnönü döyüşləri kimi Sakarya meydan müharibəsini də udacağıq. Vətənimizi düşmənlərə verən deyilik! Ölkəmizə sahib çıxmaq arzunuz da gözünüzdə qalacaq! Torpağımıza soxulan, soxulmaq istəyən soxulcanların, ilanların biri də cəzasız qalmayacaq! Yadınızda saxlayın: yırtıcı quşun ömrü az olar!
Sərkis acığından az qaldı bomba kimi partlasın. Birtəhər özünü ələ alaraq dedi:
– Gəl daşı tök ətəyindən, tərslik eləmə.
Sərkis üzünü Levona tutaraq dilləndi:
– Ara, bu musurman həmişə belədir. Xeyrini bilmir, sonra peşman olur.
Türk zabiti:
– Səhvin var, – deyə cavab verdi.
Sərkis hədə-qorxudan kar aşmadığını görüb az qala yalvarmaq həddinə gəldi:
– Gecə qara, cücə qara. Axşam düşəndə fürsət tap, bıçağı sapla Mustafa Kamalın ürəyinin başına, ol dünyanın xoşbəxti.
Fəqət türk zabitini ələ almaq qeyri-mümkün idi. “Yox!» deyib durur, inadından dönmürdü:
– Xəyanətkar millətin verdiyi vəd də yalan olur.
Sərkis onun yumşaldığını zənn edərək sevinəck:
– Levon, eşitdin, o bizə inanmır, – dedi. – Elə isə mükafatını qabaqcadan veririk.
Sərkis ikinci kisəni də çıxartdı. Hər iki kisəni onun ayaqları altına tulladı.
Türk zabiti ayağı ilə kisələri vurub kənara atdı:
– Hər dəfə ermənilərə rast gələndə onların nə qədər rəzil və murdar olduqlarına bir daha əmin oluram. Yunanlar, Çal Dağı və Haymananı ələ keçirsələr də, onların durumu heç də ürəkaçan deyil. Bizim də bunlardan xəbərimiz var. Bizim bir həmləmiz yetər ki, yunanlar geri çəkilsinlər. Siz erməniləri insan yox, şeytan doğub. Doğan yerdə onun qarnına şiş bataydı. Mən sizə nifrət edirəm…
Türk zabiti Levonun üstünə atıldı, ayağı ilə Sərkisi də vurdu. Levonla Sərkis türk zabitini yerə yıxıb əzişdirdilər. Onun müqavimət göstərdiyini görüb bıçağı sinəsinə vurdular.
Türk zabiti yerində qıvrılaraq:
– Məhv olsun düşmən!- dedi. – Yaşasın Baş komandan! Mustafa Kamal paşaya, türk ordusuna eşq olsun! Yaşasın azad və müstəqil Türkiyə!
Türk zabiti aldığı yaradan canını tapşırdı.
– Mən bu türkləri yaxşı tanıyıram. Bunlar öz rəhbərlərinə xəyanət etməzlər. Ölənə kimi vuruşacaqlar. Zabitin dediklərində həqiqət var. Əlac özümüzə qalıb. Qızılları götür, əkilək. Gəlib çıxan olar, atamızı yandırarlar.
Bu sözləri Levona Sərkis dedi:
Ermənilər tez durduqları yeri tərk etdirlər.
Müəllif:Akif ABBASOV
YAZARLAR.AZ
===============================================
<<<<<<WWW.YAZARLAR.AZ və WWW.USTAC.AZ>>>>>>
Əlaqə: Tel: (+994) 70-390-39-93 E-mail: zauryazar@mail.ru

VƏTƏNPƏRVƏRLİK VƏ YA VƏTƏNDAŞLIQ TƏRBİYƏSİ İLƏ BAĞLI ZƏNGİN PEDAQOJİ FİKİRLƏR MEHDİ MİLAXLI YARADICILIĞINDA
Qarşımda bir şeir kitabı var. Kitabın adı “Bir kağızdı, bir qələmdi, bir də mən…” (Bakı: “Xan” nəşriyyatı, 2018, 346 səh.). Kitabın müəllifi pedaqoq-şair Mehdi Milaxlıdır. Mehdi müəllimlə şəxsən tanışlığım yoxdur. “Şərq qapısı”, “Arazın səsi”, “Haqqın səsi” qəzetlərində, eləcə də Facebook səhifəsində paylaşdığı şeirlərini oxumaqla tanımışam və qiyabi tanışlığımız da buradan başlayıb. Dediyim kimi, şairi qiyabi tanısam da şeirlərindəki vətənə, yurda sevgi, dosta, xalqa və ana dilinə məhəbbət, yurd həsrəti, təbiətə vurğunluq, saf sevgiyə bağlılıq, vicdanın səsi, prinsipiallıq, cəsarət, düşmənə nifrət, alov dolu qəzəb onun mənəvi, şəxsi keyfiyyətlərini açıq-aydın nişan verir.

Şairin həyat fəlsəfəsi, amalı onun şeirlərindəki surətlərin hərəkətverici qüvvəsidir. Hər bir oxucu tanış olduğu misraların çoxunda vətənə sevgi və qayğıkeşlik, yoldaşa, dosta insani münasibət görür. Mehdi Milaxlı bəzən bu sevgini sezdirmədən, bəzən isə həssaslıqla bəyan edir.
Tanrım, özün qoru türk balaların,
Toxunulmaz eylə türk qalaların…
İgid Türkməneli, mərdanə dayan,
Səngərdi dağ-daşın, hər yalçın qayan.
Mehdi Milaxlı şeirlərində oxucusuna insanlara yaxşılıq etmək fikrini haqlı olaraq tez-tez təlqin edir. Şairin şeirlərindəki ümumi şüar belədir: “İnsan gərək hər dəqiqə insanlara lazım olduğunu hiss etsin”. Mehdi Milaxlının həyat yolu haqqında tanış-bilişlərdən, dostlardan hal-əhval tutmuşam. Ümumi fikir belə olub: Mehdi müəllim istər şeir yaradıcılığında, istərsə də şəxsi münasibətlərində həm şagirdlərinə, həm də insanlara qayğı ilə yanaşır, qayğıkeşlik göstərir. Təbii ki, bu belə də olmalıdır. Çünki şair ilk öncə müəllimdir. Müəllim uşaqları, məktəbliləri, gəncləri ata kimi sevməli, müəllim kimi fəaliyyət göstərməlidir. Deyilir ki, Mehdi Milaxlı tək öz çevrəsinə yox, çətinliyə düşən hər kəsə yardım etməyə çalışır. İnsanlara lazım olduğuna görə də fərəh hissi keçirir. Halal adamdır, öz əqlinin və əlinin zəhmətinə qane olan adamdır. Deməli, şair olduğu kimi görünən, göründüyü kimi olan ali varlıqdır. Bu isə öz növbəsində insanların da ona lazım olduğunu göstərir. Bu kimi keyfiyyətləri şair özü də “Tanı məni” şeirində belə ifadə edir:
Mən elə üzdəyəm, gör, tanı məni,
Dərindən axtarma, dibdən arama.
Tanıtmaz şairlik ad-sanı məni,
Gəlib özümü gör, cibdən arama.
…Əgər xoşlamasan, yavaşca çıx get,
Nə geriyə boylan, nə yana çevril.
Son dəfə sağollaş, əlimi sıx get,
Bil ki, asudəsən hər yana çevril.
“Deyiləm” adlı şeirində isə şair halal əməyin faydalarından danışır. Deyir ki, halal qazanc qəlbi nurlandırırsa, haram qazanc da qəlbi zülmətli edir. Halal adam xalq içində də öz məğrurluğu, alicənablığı ilə hörmət və nüfuz sahibi olur. Haramxor adam isə heç bir şeydən zövq ala bilmədiyi kimi şirin yuxuya da arzu-tamarzı qalır.
Hələ dadmamışam yad tikəsini,
Heç nədə gözüm yox, uman deyiləm,
Haram cana sığmaz, bir tikəsini
Əllərim götürsə, yuman deyiləm.
Halal göz doyurar, ürək isidər,
Haram yuxuda da incidər, didər.
Əllərim qabarar, axıdaram tər,
Ərlər də görər ki, yalan deyiləm.
Mehdi Milaxlı “Oğlum Orxana məktub”, “Oğluma nəsihət”, “Oğlum Pənaha öyüd” və s. şeirləri ilə öz timsalında xitabən gəncliyə əxlaqi məna kəsb edən doğruçuluq, səmimilik, qayğıkeşlik, təmənnasızlıq, xeyirxahlıq, yaxşılıq, düzlük, həqiqət aşiqliyi, dəyanət və ehtiram, vədəyə əməl etmək və s. kimi ali keyfiyyətlər aşılamışdır.
Böyük rus tənqidçisi V.Belinski “Ədəbi düşüncələr” adlı məqaləsində yazırdı: “Xəlqi şair sözün fəlsəfi mənasında həqiqi bir hadisədir. Onun şairlik istedadı çox böyük olmasa da, o, həmişə möhkəm bir özülə, öz xalqının təbiətinə istinad edir və xalqın ona diqqət yetirməsində, həmin xalqın özünü dərk etməsində ifadə olunur. İstedadlı, lakin milli zəmindən məhrum bir şair isə həmişə az və ya çox dərəcədə müvəqqəti və kiçik bir hadisədir. Bu elə bir ağacdır ki, əvvəlcə gur qol-budaq atıb göyərir, sonra isə kökü torpağın dərinliklərinə işləmədiyindən tezliklə quruyur. Buna görə də şairdə xəlqilik çox zaman dərinlik və çoxnövlülük mənasında olmasa da, lakin həmişə orijinallıq mənasında bir növ dahilikdir”.
Belinskinin bu ölməz fikirlərini şair-pedaqoq Mehdi Milaxlının yaradıcılığına şamil etmək tamamilə doğru olardı.
Şair öz xalqının keçmişi ilə maraqlanır, onun böyük ədəbi və tarixi simalarını öyrənir, təhlil süzgəcindən keçirir, təbliğ və tərənnüm edir. Mehdi Milaxlının zəngin pedaqoji irsi, təlim-tərbiyə, pedaqoji-psixoloji görüşləri, eləcə də vətəndaşlıq tərbiyəsi və s. ilə bağlı fikirlərini sistemləşdirməyə zəruri ehtiyac vardır. Çünki onun pedaqoji irsi böyüyən nəslin təlim-tərbiyəsində mühüm rol oynayır.
Çoxşaxəli və zəngin yaradıcılıq diapazonuna malik olan Mehdi Milaxlının gənclərin vətəndaşlıq tərbiyəsi ilə bağlı yaradıcılığı, həmçinin xidmətləri əvəz olunmazdır. Şeir yaradıcılığını bəzəyən vətənpərvərlik və ya vətəndaşlıq tərbiyəsi ilə bağlı zəngin pedaqoji fikirlərdir. Şair vətənlə bağlı şeirlərində oxucusuna Vətənə, torpağa bağlı olmağı, gərəkli olmağı, əsl vətəndaş olmağı təlqin edir. Şairin böyük ilhamından və istedadından doğulmuş “Naxçıvan”, “Şuşam”, “Xocalım”, “Vətən bizim anamız, biz onun əsgəriyik”, “Əlincə qalasına dair bayatılar”, “Əlincə qalası” və sair şeirlər Azərbaycan gerçəkliyini mənalı və münasib şəkildə əks etdirən şeirlərdir.
Odlar diyarının yanar parçası,
Elə ilk görüşdən qəlbimi aldı.
Gəzibmi hüsnündə rəssam fırçası?
Təbiət bu yerdə sirdi, sualdı.
…Baba yadigarı Əshabi-Kəhfdir,
Xaraba Gilandır, Gəmiqayadır.
İndi oğullar var, bu daş yaddaşda
Yatmış xatirəni bir-bir oyadır.
Vətəndaşlıq – ən zəruri vəzifə və mənəvi keyfiyyətdir. Vətəndaş dərin siyasi, fəlsəfi mənalar daşısa da, yeniyetmələrin, gənclərin dərk edə biləcəyi, həyat idealına çevirəcəyi bir anlayışdır. Bütün dinlərdə və səmavi kitablarda vətən kəlməsi tez-tez səslənir, onu əziz və müqəddəs tutmağın zəruri olması göstərilir. Dünyanı və insanlığı dərindən və hərtərəfli dərk edənlər və gələcəyi görənlər peyğəmbərlərdir. İlahiyyatşünaslıqda və ya islamşünaslıqda doğulub boya-başa çatılan yerə, yəni vətənə məhəbbət və onu qorumağın müqəddəsliyi qeyd olunur və göstərilir: uşağa doğma olan iki şey var: onun biri anadırsa, ikincisi vətəndir. Uşaq böyüdükcə dərk etməyə başlayır ki, vətən torpağı daha qədimdir, anaların da doğma torpağı olub. Şəriət kitablarında ananı, torpağı, haqqı, ədaləti qoruyanlara əsil vətəndaşlar deyilir. Bir sözlə, ailəsinə, xalqına, ölkəsinə namuslu vətəndaş olmaq tərbiyəsini yeniyetmələr ailədən almağa başlayırlar. Deməli, vətən ailədən başlanır. Şairin 2014-cü idə qələmə aldığı bir şeirində oxuyuruq:
Yaşam üçün ömrünü şum edən bu xalq,
Səngər qazıb, qala qurub, daş ucaldıb.
Qeyrət üçün yağı üstə gedən bu xalq,
Düşmənlərdən bac alaraq baş ucaldıb.
Göz üstündə qoruyuruq, saxlayırıq,
Hər qarışı bir tarixdir, kaşanədir.
Sevə-sevə əzizləyib yoxlayırıq
Çünki bizə ululardan nişanədir.
Mehdi Milaxlı vətən tarixinin nəsillərdən nəsillərə ötürülməsinə və ya öyrənilməsinə meyl və maraq yaratmaq, vətən sevgisini artırmaq cəhətdən əhəmiyyətli hesab edir. Həmçinin, gənclərin dünyagörüşünün təkmilləşdirilməsində elmi, siyasi, tarixi, ictimai, ideoloji və s. dünyagörüşlərin geniş və dərin olmasını da vacib faktor sayır. Eləcə də şeirlərinin hər bir misrasında vətəndaş tərbiyəsinin yetişməsində təmizliyi, halallığı, düzlüyü, səxavəti, sədaqəti, dəyanəti, iradəni, əzmkarlığı və s. aşılayır, nümayiş etdirir.
Şair Mehdi Milaxlı vətənəpərvər şeirlərində ustalıq göstərərək Azərbaycanın zəngin təbiətini də məhəbbətlə təsvir edir. Təbiəti təsvir Mehdi Milaxlı lirikasının ayrılmaz keyfiyyətidir.
Şəruru gəzərkən ürək sevindi.
Belə eşitdim mən elin ağzından,
Arpaçay şıltaqlıq etməyir indi,
Saralar qurtulub selin ağzından.
…Qocaman ağacın pöhrəsi kimi,
Yollar şaxələnib, yollar dəyişib.
Günəşin gülümsər çöhrəsi kimi
Bu günəşli diyar nə gözəlləşib.
Şair əsrarəngiz yerləri tükənməz bir sevgi hissi ilə, iftixarla tərənnüm edir, onun hər guşəsinə nəzər salıb fərəhlənir. Bu, sadəcə olaraq, gözəllikdən zövq alıb nəşələnən bir adamın fərəhi, şadlığı deyildir. Batabat, Əlincə qalası, Əshabi-Kəhf, Gəmiqaya və s. ona görə əzizdir ki, onların gözəlliyi insana, cəmiyyətə fayda verir. Odur ki, şair bu yerlərin hər müvəffəqiyyətini eşidəndə coşur, vətənin bərəkətli torpaqlarına alqışlar oxuyur.
Göründüyü kimi, yeni həyatı göstərmək, onun əzəmətini nümayiş etdirmək üçün Mehdi Milaxlı tez-tez tarixə qayıdır, keçmişi yada salır, yeni ilə köhnəni müqayisə edir. Bu şairin şeirlərində istifadə etdiyi üsullardan biridir. Bununla o, canlı real mənzərələr yaradır, yazdıqlarının inandırıcılıq qüvvəsini artırır. Şair oxucusuna demək istəyir ki, keçmişin qədrini bilməyən, sabahını çətin müdafiə edər.
Görkəmli tədqiqatçı alim, akademik Kamal Talabzadə yazırdı ki, ideya, fikir sə-nətin bütün növləri üçün əsasdır. Fikirsiz sənət olmayıb, indi də mövcud deyil. Lakin fikri, ideyanı necə, hansı şəkildə təqdim etmək sənətkar üçün mühüm amildir. Şeirlə deyilən fikir dərhal hissə, ürəyə keçmirsə, yalnız sənin beynini hərəkətə gətirirsə, o, şeir deyildir. Bu mənada, Mehdi müəllim təkcə öz beynini yox, ürəyini də, hisslərini də birlikdə, onları bir-birindən ayırmadan dinləməyi bacaran şairdir.
Ahəngi könlümə yatsa yaxşıdır,
Məntiqi ağlıma batsa, yaxşıdır,
Mənası ellərə çatsa yaxşıdır,
Yüz ölçüb, bir biçib, düz yaradıram,
Ürəyimə yatan söz yaradıram.
Mehdi Milaxlının şeirlərində fikirlə, mətləblə hiss, duyğu, təəssürat, həyəcan dalğalarını bir-birindən ayırmaq çətindir, onlar elə qarışıb ayrılmaz olurlar ki, birinin harada başladığını, digərinin harada qurtardığını təyin edə bilmirsən; başqa sözlə, bu şeirdə beyinlə ürək bir ahəng təşkil edir, buna görə də əsil sənət əsəri – həm beynə, həm ürəyə nüfuz edən sənət əsəri yaranır. Elə bu səbəbdən də Mehdi Milaxlının şeirlərində ritm, ahəng, vəzn, qafiyə, təkrirlər çox mühüm yer tutur, bunlar şairin fikir və hisslərinin birləşmiş vahid ahəngi kimi səslənir, təbii təsir bağışlayır, musiqi qədər ahəngdar poeziyaya çevrilir. Bu da onu göstərir ki, şair sənətin zirvələrinə doğru yürüşünü davam etdirir.
Mehdi Milaxlının şeirlərindəki fikirlərə, mətləblərə fikir və görüşlərimizi qısa da olsa çatdırdıq. Bunula yanaşı, şairdən bir təvəqqemiz də vardır. Təvəqqemiz də ondan ibarətdir ki, şair rəvan, axıcı rutm, ahəng, vəzn və qafiyəsindən yararlanaraq balaca növcavanlarımız, körpələrimiz üçün şeirlərinin sayını biraz da artırsın. Çünki bu gün uşaq ədəbiyyatının, uşaq antologiyasının buna zəruri ehtiyacı vardır.
Ülvi amallar uğrunda mücadilə aparan, gənclərdə milli-mənəvi dəyərlərin aşılanmasına biganə qalmayan, müqəddəs bir məqsədə, öz xalqına həm müəllimlik fəaliyyəti ilə və həm də şeir yaradıcılığı ilə layiqincə xidmət edən Mehdi Milaxlıya uğur dolu müvəffəqiyyətlər arzulayırıq.
Müəllif: Kamal CAMALOV
Naxçıvan Müəllimlər İnstitutu
Pedaqogika elmləri doktoru
Azərbaycan Respublikasının Əməkdar müəllimi
Azərbaycan Yazıçılar Birliyinin üzvü
YAZARLAR.AZ
===============================================
<<<<<<WWW.YAZARLAR.AZ və WWW.USTAC.AZ>>>>>>
Əlaqə: Tel: (+994) 70-390-39-93 E-mail: zauryazar@mail.ru

Zaur Ustacın “Əliş və Anna” kitabından Ramazan Bayramı münasibəti ilə müəllifin eyni adlı poemasından bir neçə maraqlı parçanı sizlərə təqdim edirik:
(Zaur Ustac “Əliş və Anna” poemasından parçalar)
ŞÜKRANLIQ
Salam olsun Sənə, ey gözəl insan,
Min şükür Haqqa ki, haqqa çatmısan.
Hələ görünməyib, olsun belə hal,
Bir kitab oxuyan görə qeylü-qal.
Bütün ürfan əhli bu rəydə yekdil,
Kitab sayəsində zənginləşir dil.
Şükür Yaradana qılıbdır imkan,
Belə bir görüşü edib ərmağan.
Hər yeni fürsəti mənə verəndə,
İlkin şükrü-səna bitir dilimdə.
Əlində tutduğun bir yığın kağız,
Kitab olacaqdır dindikcə ağız.
Qutlu yaranışın əşrəfi insan,
Ali olduğunu xatırla hər an.
And gəldi qələmə, qələm tutana,
Qafillər oyana, bəlkə utana.
Oxumaq öyrətdi, yazmaq öyrətdi,
Quruca taxtadan bir dil ürətdi.
Kağızı müqəddəs bilmişik hər vaxt,
Üstündə canlı söz yaşayır həyat.
Şükür bu nemətə, şükür qismətə,
İstərəm bu paydan hamıya yetə.
Şükür Yaradana, neçəki sağam,
Onun sarayında Sizə qonağam.
Mən yazım, bulaqlar süzülsün gölə,
Mirvari kəlmələr düzülsün dilə.
Min şükür Haqqa ki, dil verib bizə,
Sizinlə görüşə yol verib bizə…
TÖVHİD
Uca Yaradanın tək olduğuna,
Nə badə qəlbində şübhə oyana.
Çün, əgər olsaydı xilaf qeyrisi,
Bunu anlayardı mütləq birisi.
Günəşin saatı, ayın saatı,
Çox dəqiq döndərir, tüm kainatı.
Elə qurulub ki, nizam məhvəri,
Gecəylə gündüzün səhv düşməz yeri.
Zərrədən ən böyük ulduza qədər,
Bir “ol”- a bağlısa, onda nə kədər…
Həmd olsun Allaha, tanırıq onu,
Hər kəlmə başında anırıq onu.
Təkdir ehtiyacsız, biz ona bağlı,
Bunca dərk eyləyər, insanın ağlı…
ƏDL
Şükür Yaradanın ədalətinə,
O Adil Allahın mərhəmətinə.
Elə bölüşdürüb, elə paylayıb,
Hamı qismətindən çox razı qalıb.
Duyuram içini şübhə gəmirir,
Xəyalın hardasa narazı gəzir.
Gəl, tamam səmimi olaq bu ara,
Ağlından razıdır hər bir avara.
Ağlı elə bölüb, verib Yaradan,
Heç kim öz ağlından deyil bədgüman.
İlahi hikmətin qüdrətinə bax,
Ağıldan kəmlər də deyilmiş axmaq.
Arif işarədən anlar hikməti,
Heç kim bu xüsusda yeməz möhnəti…
NÜBÜVƏT
Salam olsun Sənə, ey “Haqqın səsi”,
Cəlal sahibinin seçkin bəndəsi.
Məhəmməd Mustafa(s.o), Haqqın nəbisi,
Bütün kainatın son əfəndisi.
Haqqın yer üzünə müjdəsi, andı,
Haqqın yer üzündə qoşa qanadı.
Salam olsun Sənə, kitab sahibi.
Salam olsun, Sənə sonuncu nəbi.
“Qurani –Kərimi” bizə gətirən,
Haqqın kəlamını bizə yetirən,
Xatəmül-Ənbiya hökm edibdi Haqq,
Höküm sahibinə məxsus höküm, haqq.
Salam yer üzünün işığı, nuru,
Ey höküm sahibi, bu nuru qoru.
İMAMƏT
Nübüvət odundan nur alan işıq,
Atadan, babadan belə duymuşuq.
Rəsulun dizinin dibindən çıxan,
Çeşmədir heç kimə gəlməyib ziyan…
Nümunə olubdur cümlə cahana,
Əlbəttə, aiddir arif olana.
İmamət cığırdır Haqqa aparır,
Əlbət, qaynağını Haqqımdan alır.
Dəmiri dəmirçi oğlu bilən tək,
Bu elmi ən doğru yoldan öyrənək…
İstəməm bu yolda çaşqınlıq ola,
İncəcik bir fidan nahaqdan sola.
Elmin şəhərinin təkdir qapısı,
Bu işin belədir təməl, yapısı…
Salam olsun Sənə ey Əhli-beyt,
Allahım bu yolu daha rəvan et…
MƏAD
Müəllim verdiyi dərsi soran tək,
Əlbəttə, imtahan günü gələcək.
Sanma, kainatın yoxdu sahibi,
Boşuna gəlməyib bu qədər nəbi…
Hələki dəvət var, açıqdır qapın,
Dərk eylə dünyanı, Allaha tapın.
Həqiqi elmdən bir damla dadan,
Heç zaman dönməyib, bu doğru yoldan.
Bu yolun mənsəbi, elə mənbəyi,
Burda kəsilibdir elmin göbəyi…
Haqq ilə batilin mayası eyni,
İkiyə bölünmüş bir yolun sonu…
Qəzavü-qədəri qılma bəhanə,
Faili-muxtar tək gəldin cəhanə…
NAMAZ
Namaz fərz əməldir, bizə faydalı,
Dəstəmaz vacibdir, mütləq olmalı.
Namaz bənzədilib evmizdə çaya,
Gərəkdir beş kərə girək bu suya…
Ruhumuz arınsın, pak olsun bədən,
Təkbirdə əlləri asmayaq göydən.
Qüsulu, abdəsti, tam əməlləri,
Mat qoyub dünyada tüm alimləri.
Heç nə əksik deyil, yox bircə artıq,
Namazdan həyatın dərsin alırıq.
İmkan et, xərcləmə boşa zamanı,
Həyat elə zaman, zamanın anı.
Çalış ki, ötürmə bircə azanı.
Ac qoyma nə ruhu, nə də əzanı…
ORUC
Oruc bir əmrdir, Haqqu – Təaladan
İnsanı qoruyar, min cür bəladan.
Elə ki, yetişdi Şahi – Ramazan,
Gərəkdir nəfsini duşaqlayasan…
Cismini, ruhunu səfərbər eylə,
Ağzını, gözünü pəhrizkar eylə…
Dilindən çıxmasın fitnə, ya küfür,
Çevrəni sarısın xoş niyyət, zikir…
ZƏKAT
Əgər istəyirsən ruzi – bərəkət,
Gərəkdir vaxtında verilə zəkat..
Bilirəm, burada qaçdı dodağın,
Düşündün ki, şair çıxartdı ağın…
Ancaq, tam səmimi, gəl, mənə inan,
Kimsəyə fayda yox zəkatsız maldan…
Sən verdin, vermədin çıxacaq o mal,
ÖZÜN ƏLİNLƏ VER, SAVABINI AL…
XÜMS
Zəkatla malını qoruyan insan,
Xümslə canını qorumalısan.
Zəkat mala paklıq gətirdiyi tək,
Xüms də canını hifz eyləyəcək…
Sonra loğman, təbib gəzməsin deyə,
LAZIMDI, HEÇ KİMSƏ XÜMSÜ YEMƏYƏ…
HƏCC
Haçansa ibrətə duysan ehtiyac,
İlahi əmr var – yolun olsun hac…
Dünyanın mərkəzin ziyarət eylə,
Könül sarayını imarət eylə.
Zəm-zəm çeşməsində yuyulsun üzün,
MƏAD SƏHNƏSİNƏ ALIŞSIN GÖZÜN…
CİHAD
Cihad bizimlədir dandan qüruba,
Çoxunun dilində bitibdi “toba”.
Yaradan dərs verər insan oğluna,
Min rəhmət diləyək Ağaoğluna…
Ruhu neçə kərə olub qonağı,
Edim, etməyimlə dolub otağı…
Bu bir nümunədi, hamımız belə,
Cihad qadağadır, nəfsə, dilə…
Cihad eşidən tək, qavğa düşünən,
CİHADDA ÖZÜNLƏ DÖYÜŞMƏLİSƏN…
ƏMR-BƏ-MƏRUF
Şükür Yaradana, Sən hikmətə bax,
Xeyir əməllərə daim tut çıraq.
Vacib buyurulub hər müsəlmana,
Gərəkdir xeyirə vəsilə ola.
Yaxşılıq əlindən gəlmirsə əgər,
Pislik də eləmə, başına gələr…
Fəqət, bu vacibdir, gərək biləsən,
Xeyirə çağırıb, dəvət edəsən.
Bu vacib əməldir, gərəkdir bilək,
Xeyirə çağıraq, xeyir öyrədək…
NƏHY-ƏZ-MÜNKƏR
Vicdanın yerini əzada gəzən,
Haqqa inananın ümidin üzən,
Bu vacib əməli unutma heç vaxt,
Əbədi deyildir, heç bir tacü – taxt…
Özünü müsəlman tanıdan kəsin,
Gərəkdir yanında pislik olmasın.
Pis işdən çəkinsin, həm çəkindirsin,
Bunu bilən yoxsa, qoy belə bilsin…
Yoldan ötəni də qoruyun şərdən,
Özünüz haqda da düşünün hərdən…
TƏVƏLLİ
Allahın dostları dostun olmalı,
İlk əvvəl Allahın dostların tanı.
Cəlal sahibinə şərik qoşmayan,
Nəbiyə, İmama şəksiz inanan,
Müslimi müslimin qardaşı bilən,
Mübarək İslamın yoluyla gedən…
Oturub –durduğun olsa bu şəxslər,
Kimsəyə toxunmaz səndən bir xətər.
Çevrəndə dostların dinsə elmdən,
Hər dəm dürr tökülsə əgər dilindən,
Nə xoş halımıza, bəxtəvərik biz,
Allahın dostların dost seçərik biz…
TƏBƏRRİ
Cəlal sahibinə şərik qoşanlar,
Onun dostlarına pis yanaşanlar,
Əndazəni pozub, həddin aşanlar,
Yersiz körüklənib, coşub daşanlar,
Belə adamlardan uzaq dolan, gəz,
Hədsizdən kimsəyə bir xeyir gəlməz…
Bu Haqqın əmridir, qarşı gəlmərik,
Allahın düşmənin düşmən bilərik…
MÜNACAT
Şükürdən güc alıb sözüm, söhbətim,
Səndən gizli deyil, şəksiz niyyətim.
Qəlblərdə olanı görüb, bilənsən,
Kimə nə lazımdı onu verənsən.
Yazar, ancaq yazar demişəm hər dəm,
Əgər söz sahibi eyləsə hərdəm.
Qələmə and içən uca Yaradan,
Münacata çıxıb bu qələmtutan…
Əllərim göydədir, dilim duada,
Dua eyləyirəm qohuma, yada…
Şamaxı torpağı qədimdən qədim,
Xaqanisi mənim, Nəsimi mənim…
Başqa bir dühanı gəzirəm burda,
Tarixin kələfin çözürəm burda…
Üstündə durduğum bu köhnə körpü,
Yüz illər əvvələ atacaq törpü…
Yazda da gəlmişəm, qışda da bura,
İçimdə bir ocaq möhtacdır qora.
Hər şey çin-çin durub ruhun rəfində,
Kəlmələr sıraya durub dilimdə…
Bir türlü “Bismillah” edə bilmirəm,
Yeddi yüz əqdəmə gedə bilmirəm…
Ruhuma qanad ver Adil Allahım,
Bir kərə o günə gedim qayıdım…
Bu köhnə körpünün daşı danışsın,
Otların qurusu, yaşı danışsın.
Düz yeddi əsrdir şahidlik edən,
Bu körpü bir namə versin himindən…
Ey bütün gizlindən agah Allahım,
Dağları, daşları yandırıb ahım.
Xeyirə yozulu nişan ver mənə,
Şübhəsiz bəllidir hamısı Sənə…
Nə, harda, kimindir tək bilən Sənsən…
Kimə nə lazımdır onu verənsən…
ÜSULİ-İLTİMAS
Səndən istəmirəm nə şöhrət, nə şan.
Səndən istəmirəm beş günlük ad-san.
Var dövlət, saraylar deyil şakərim,
Öz əlim, ayağım olsun nökərim…
Niyətim bəllidir, istəyim dəqiq,
Ustac heç istəməz nə altun, əqiq…
Mustafa oğlunun istəyi təkdir,
Zaurun arzusu dəqiqdir, yekdir…
Nurundan ruhuma çilə bir mərrə,
İynənin yıldızı olsun pəncərə.
Zərindən zərrəcik düşsün qəlbimə,
Aydınlıq, fərahlıq versin əqlimə.
Ərmək istəyirəm, həmin günlərə,
Varmaq istəyirəm, uzaq dünlərə…
Elmin qapıların üzümüzə aç,
O güllü bağçandan bir az ətir saç.
Ruhumuz məst olsun, olsa da anlıq,
Dili tərk etməsin bir an şükranlıq…
Zaur Ustac “Əliş və Anna” poemasından bir neçə parça
Müəllif: Zaur USTAC
YAZARLAR.AZ
===============================================
<<<<<<WWW.YAZARLAR.AZ və WWW.USTAC.AZ>>>>>>
Əlaqə: Tel: (+994) 70-390-39-93 E-mail: zauryazar@mail.ru

ŞAH İSMAYIL SƏFƏVİ – ÇİNGİZ XAN – GÖYTÜRKLƏRİN AŞİNA XAQAN NƏSLİ – ARAZ ŞƏHRİLİ YAZIR:
Araz Şəhrilinin “Səfəvilər: paralellər, ehtimallar, həqiqətlər…” kitabından
Şah İsmayıl Səfəvinin anası Aləmşahbəyim xatun ağqoyunluların I sultanı Uzun Həsənin və Trabzon şahzadəsi Dəspinə xatunun (yunan dilindəki despina sözü türk dilindəki xatun sözü ilə eyni mənanı ifadə edir) övladı olmuşdur. Dəspinə xatunun anası isə Çingiz xanın böyük oğlu Cuçi xanın nəslindən olan Qızıl Orda şahzadəsi, Krım xanlığının qurucusu Hacı Gəray xanın (1397–1466) qızı idi. Digər məlumata görə, Dəspinə xatun Hacı Gəray xanın özünün deyil, onun əmisi Dövlət Berdi xanın nəvəsidir. Dövlət Berdi xan 1419–1421-ci və 1428–1432-ci illərdə Qızıl Ordanın hakimi olmuşdur. Məhz Hacı Gəray xanla Dövlət Berdi xanın ulu babası – İslam dinini ilk qəbul etmiş Qızıl Orda hökmdarı Bərkə xanın yardımı sayəsində Misir və Suriya müsəlmanları o dövrdə hələ İslamda olmayan monqol döyüşçülərinin şiddətli hücumları qarşısında duruş gətirə bilmişdilər.
Dəspinə xatunun atası – Trabzon imperatoru IV İoann Komninin (1403–1459) ana babası Feodor Paleoloqun ana nənəsi İrina Asen Bulqarıstanın türk əsilli çarı İvan Asenin (1259–1303) nəvəsi idi. Ehtimala görə, Asen nəsli qədim göytürklərin Aşina xaqan nəslinin bir qoludur.
Dəspinə xatunun atası IV İoann Komninin ata nənəsi Gülkan xatun Gürcüstan çarı IX Davidin (1346–1390) və onun həyat yoldaşı Sinduxtar xatunun qızı, Sinduxtar xatunun özü isə Samstxe atabəyi Qvarqvare Cakelinin övladıdır. Gürcüstanın indiki Samstxe–Cavaxetiya (Axısqa) və Acarıstan diyarlarını əhatə edən Samstxe atabəyliyi Elxanilər tərəfindən yaradılmış bir dövlət idi. Bunun bir səbəbi də o idi ki, monqol yürüşləri zamanı axısqalılar (Axısqa türkləri) və acarlar könüllü şəkildə monqolların tərəfinə keçib gürcülərə qarşı hərbi əməliyyatlarda iştirak etmişdilər. Sonradan axısqa türkləri, acarlar və onların atabəyləri könüllü olaraq Osmanlı təbəəliyini qəbul edib İslam dininə iman gətirmiş, bunun əvəzində Cakeli nəslinin nümayəndələrinə irsi paşa titulu verilmişdi. Cakeli nəslindən olan Atabəy II Manuçöhr (1581–1614) Səfəvilərin tərəfinə keçmiş və Azərbaycana qaçmışdı. Cakeli nəsli, eləcə də digər axısqalılar və acarlar Osmanlı imperiyasının gürcü knyazlarına və Rusiya imperiyasına qarşı apardığı müharibələrdə fəal iştirak etmiş, XIX əsrdə rus işğalçılarına inadlı müqavimət göstərmişdilər.
Şah İsmayıl Səfəvinin ata babası Şeyx Cüneydin atası Şeyx İbrahimin anası isə Cəlairilər türk-monqol dövlətinin sonuncu sultanı Cəlaləddin Hüseynin nəvəsi olmuşdur. Sultan Cəlaləddin Hüseynin ulu nənəsi Ulcatay xatun Çingiz xanın kiçik oğlu Toluy xanın nəslindən olan Elxani hökmdarı Arqun xanın qızı və sonrakı Elxani hökmdarları Qazan xanla Ulcaytu Sultanın doğma bacısı idi. Qeyd etmək lazımdır ki, Qazan xan İslam dinini, Ulcaytu Sultan isə On İki İmam məzhəbini Elxanilər dövlətinin rəsmi dini və məzhəbi elan etmiş xaqanlardır. Əmir Teymur öz tüzüklərində (məsləhətlərində) onların hər ikisinin adını İslam dininin şənini ucaltmış altı nəfərin sırasında qeyd etmişdir.
Ümumiyyətlə isə, Şah İsmayıl Səfəvinin əcdadlarının hamısı Peyğəmbər, alim-mütəfəkkir, xaqan, imperator, xan, sultan, şah, çar nəslinə mənsub olmuşdur.
Daha vacib və maraqlı, elmi şəkildə müxtəlif mötəbər mənbələrə istinad olunaraq əsaslandırılmış məlumatları Araz Şəhrilinin “Səfəvilər: paralellər, ehtimallar, həqiqətlər” kitabından əldə etmək olar.
Müəllif: Araz ŞƏHRİLİ
===============================================
<<<<<<WWW.YAZARLAR.AZ və WWW.USTAC.AZ>>>>>>
Əlaqə: Tel: (+994) 70-390-39-93 E-mail: zauryazar@mail.ru

Atam kimi Doğma Adam…
Bu günlərdə mətbuatda dəyərli qələm adamı, ədəbiyyatımızın fədakar təbliğatçısı, istedadlı tərcüməçi İmdat Avşarın çağdaş Azərbaycan nəsrinin görkəmli nümayəndəsi, vətəndaş ziyalı Novruz Nəcəfoğlunun Türkiyədə işıq üzü görən “Qaranlıq gecənin səsləri” kitabına yazdığı təqdimatı – “Qaranlığın səsi” adlı bir essesini oxudum. Rəhmətlik dədəm deyərdi ki, yaylağa köç eləyəndə göz yaşı kimi dumduru şeh damlasının izinə düşüb bir bulaq tapardıq, bizim üçün dünyalara bərabər olardı… İndi İmdat bəyin yazısı sözün həqiqi mənasında, o bulağın izinə düşmək üçün əlimdən tutan yol bələdçim oldu… İmdat bəyin “Çərçivə şəkil” hekayəsi haqqında yazdıqlarını göz yaşlarıma boğularaq oxudum…
Və tapdım… Sonunda illərdir ki, məni Novruz Nəcəfoğlu qələminə bağlayan o doğma səbəbi tapdım… Bu elə bağlılıqdır ki, sözlə izah edə, kəlmələrə çevirib ifadə bilmirsən. Amma oxuduqca bütün ruhunla hiss edirsən ki, bu adam sənin ən doğmandır, bu hisslər sənin təməlində dayanan olduqca mübhəm yaşantılarıdır.
Elə bil Atamı yazırmış Novruz Nəcəfoğlu… Atamın taleyini… Və “Çərçivə şəkil”i oxuyanda sanki çözdüm o şifrəni… Novruz müəllimə, qələminə, insanlığına, sözünə duyduğum sayğının, sevginin, rəğbətin həm də hardan qaynaqlandığını, təməlini kəşf etdim öz içimdə… İndi rəsminə diqqətlə baxıram ki, O, həm də Atama bənzəyirmiş… Atam kimi doğma, Atam kimi Əziz Adam!!!
Bu dünyanın ən təmiz, heç çirklənməyən modelidir kənd… Mayəsi kənddən qaynaqlanan, xəmiri kəndin halallığından, saflığından, zəhmətkeşliyindən yoğrulan adamların yolu da bir başqa olur, bənzərsiz olur… Novruz Nəcəfoğlu kimi…
Hələ on il öncə oxuduğum, ustadım Seyran Səxavətin Novruz müəllimin “Çarəsiz yolçu” povesti haqqında olan “Yol” yazısını xatırlayıram. Seyran müəllim yazırdı ki, “Əzizim, Novruz! Povestin, məni göynətdiyi, sarsıtdığı qədər də sevindirdi – elə bildim ki, özüm yazmışam. Belə bir əsərə müəlliflik iddiamın heç bir əsası olmasa da, oxuculuq iddiamın yetərincə əsası var. Qəribə də olsa, sənə cümlə qurmaqda uğurlar diləyirəm. Çünki cümlə qurmaq, dövlət qurmaq qədər çətindir. Cümlə də Yoldur, Yol”…
Bəli, Novruz müəllim yol salmaqda – yol olmaqda ilahidən görəvlənmiş bir İnsandır…
Bu dünyaya gələn hər bir insan qismətinə düşən ömür payını yaşayır, yaradır, yaşlanır. Amma yaşa dolduqca, yaşlandıqca kamilləşmək, müdrikləşmək hər kəsə nəsib olmur.
Kamillik, müdriklik özü bir Tanrı vergisidir ki, Tanrı onu sevdiyi, seçdiyi bəndələrinə ərməğan edər, öz ilahi nurundan ona pay verər. Novruz müəllim məhz belə insanlardandır. Üzünün nuru sözlərinə tökülən, bütün yaxşılıqlara körpü salan, xeyirxahlıq üçün, İşıq üçün Yol olan, şərəfli ömrünü fədakarlıqla vətəninin rifahına həsr edən yolgöstərən ağsaqqal, işıqlı ziyalı, vətəndaş yazıçı…
Dünyada yollar çoxdur. Bu yolların ən çətini, həm də ən şərəflisi, ən müqəddəsi oxucuların qəlbinə gedən yoldur. Novruz müəllim bu yola hələ yaradıcılığının ilk illərindən inamla, ürəklə çıxıb. Əslində, əsl istedadlı adamın yaradıcılığının “ilk” dövrü, ya “yetkinlik” mərhələsi adlı şey yoxdur. Ədəbiyyat aləminə gələn birbaşa gəlir, sənət aləmində öz sözünü deyir. Öz işığı – ziyası, dərin düşüncəsi, saflığı, səmimiyyəti ilə ürəklərə yol tapır – Novruz Nəcəfoğlu kimi…
Novruz müəllimin yaradıcı adam kimi uğuru da məhz bundadır. Əslində, adlar, titullar, mükafatlar, təltiflər – hamısından daha ucada dayanan bir məqam – oxucu qəlbinə gedən yoldur… Önəmli olan oxucu qəlbinə gedən yolu tapmaq, oxucuya istədiyini verməyə çalışmaqdır ki, Novruz müəllim bu ədəbi məsuliyyətin öhdəsindən şərəflə gəlməkdədir.
Novruz Nəcəfoğlunun poetik dünyası bütövlükdə zəngin daxili aləmin, sistemli təfəkkürün və dünyagörüşün güzgüsüdür…
Bu həyatda təkcə təmiz adını yox, əmək kitabçasının belə ləyaqətini qorumağı bacarmaq o qədər də asan iş deyil. Novruz müəllimin, sözün bütün mənalarında, şərəfli ömür yolu bizim hamımız üçün, bütövlükdə cəmiyyətimiz üçün dəyərli bir nümunədir. Yaradıcılığın mayəsində insanın daxili mahiyyəti, şəxsiyyəti dayanır. Şəxsiyyətində, xarakterində yarımçıqlıq olan adam heç vaxt böyük ədəbiyyat yarada bilməz. Bu mənada, Novruz müəllim şəxsiyyəti və yaradıcılığı bir – birini tamamlayan, Sözü kimi bütöv insandır.
Söz halallıqdır… Söz ləyaqətdir… Söz vicdandır… Söz zəhmətdir… Söz ilahidən gələn hikmətdir… Bu gün sözün dəyərsizləşdiyi, insanların ucuzlaşdığı bir dünyada Sözünün ləyaqətini vicdanla qorumağı bacaran, xəmiri, mayəsi halallıqdan və zəhmətdən yoğrulmuş dəyərli, dərin düşüncəli, zəhmətkeş, işıqlı bir İnsanın – Novruz Nəcəfoğlunun bir yaş daha müdrikləşdiyi gündür…
İnsan əməlləri kimi, daşıdığı adı həm də onun qəlbinin aynasıdır… Novruz müəllimin adının özəyində işıq, ruzi, nur sözü dayanır. Ulu Tanrı işığınızı, nurunuzu ailənizə, əzizlərinizə və bütün xalqımıza doyunca versin, Əziz Novruz Müəllim! Ünvanınıza söylənən bütün xoş sözlər halal haqqınızdır. Sizə möhkəm can sağlığı və yürüdüyünüz Böyük Sənət – Ədəbiyyat yollarında başarılar diləyirəm! Doğum Gününüz mübarək!
Hörmətlə: Xəyalə ZƏRRABQIZI
filologiya üzrə fəlsəfə doktoru
XƏYALƏ ZƏRRABQIZININ DİGƏR YAZILARI
YAZARLAR.AZ
===============================================
<<<<<<WWW.YAZARLAR.AZ və WWW.USTAC.AZ>>>>>>
Əlaqə: Tel: (+994) 70-390-39-93 E-mail: zauryazar@mail.ru

BABİL QÜLLƏSİ RUBRİKASINDAN
Yazımıza Amerika yerlilərinin nümayəndəsi, ötən əsrin 70-ci illərində keçmiş SSRİ-də olmuş Cek Raşinqin sözləri ilə başlayaq: “Mənsub olduğum mohavk qəbiləsinin mənşəyinə gəlincə, deməliyəm ki, mövcud rəvayətlərə əsasən, biz 50.000 il əvvəl (son elmi dəlillərə görə, təxminən, 23.000 il əvvəl – müəllif) Amerika qitəsinə başqa bir yerdən – indiki Azərbaycandan gəlmişik. Bunun antropoloji dəlilləri də vardır. O zamanlar Berinq boğazından uzanan quru yol vasitəsilə ovçuların ardıcıl köçü baş verirdi. Onlar Xəzər sahillərindən, indiki Özbəkistan və Qazaxıstandan, Sibir torpaqlarından gəlirdilər. Bugünün özündə də bizdə Azərbaycan xalqının adətlərinə və Azərbaycan dilindəki sözlərə bənzəyən xeyli adət və söz qalmışdır. Aramızda müəyyən etnik uyğunluqlar da mövcuddur. Mənə elə gəlir ki, Bakıdakı dostlarıma mühüm bir siqnal vermiş oluram. Amerika hindularının mədəniyyəti ilə Azərbaycanın milli mədəniyyətinin oxşarlığı ideyası, düşünürəm ki, onlar üçün də yenidir. Azərbaycanlılar bunu tədqiq edə bilərlər. Lakin edəcəklərmi? Bunu bilmirəm!”
Haşiyə. Mohavklar məşhur ABŞ yazıçısı Ceyms Fenimor Kuperin (1789–1851) oxucularına onun əsərlərinin əsas qəhrəmanları Nataniel Bamponun və mogikan Çinqaçqukun barışmaz və amansız düşmənləri kimi tanışdırlar. Bugün Kanadada və ABŞ-ın Nyu-York ştatında 64.000 mohavk yaşayır. Onlardan cəmi 3.000 nəfəri öz doğma dilində danışa bilir.
Fikirlərindən görünür ki, Cek Raşinq öz xalqının tarixi ilə maraqlanmış, onu araşdırmağa çalışmışdır. Sözsüz ki, o, öz ehtimallarını irəli sürərkən müəyyən faktlara əsaslanmışdır. Amma bizə daha dolğun və birmənalı dəlillər lazımdır. Beləliklə, bu məsələyə elmin, daha doğrusu, onun müxtəlif sahələrinin münasibəti necədir?
Əvvəlcə arxeoloqların verdikləri məlumata nəzər salaq… Ötən əsrin 80-ci illərində Alyaskada və Mərkəzi Asiyada yerləşən qədim insan məskənlərində tapılmış artefaktlar müqayisəli şəkildə tədqiq edilmişdir. Bu zaman məlum olmuşdur ki, əmək və ov alətləri, müxtəlif amuletlər, geyim əşyaları, digər predmetlər arasında bənzərlik, bəzən isə eynilik vardır. Həmçinin müəyyən edilmişdir ki, Altay və Sibir xalqları ilə Amerika yerlilərinin qədim dəfn mərasimləri də oxşardır. Bu paralellər ayrı-ayrı qitələrdə yerləşən qədim mədəniyyətləri bir-birinə bağlayaraq sübuta yetirmişdir ki, onlar, əslində, bir zəncirin halqalarıdır.
Lakin mədəniyyətlərin bənzərliyi hələ qan qohumluğuna, genetik yaxınlığa dəlalət etmir. Eyni məkan və şəraitdə oxşar həyat tərzi, məişət əşyalarının və geyimin hazırlanmasında bənzər materiallardan (dəri, sümük, obsidian daşı və s.) istifadə yuxarıda göstərilən nəticələrə səbəb ola bilər.
Qeyd etmək lazımdır ki, bizi maraqlandıran məsələ barəsində ən dəqiq məlumatı genetika elmi verir. Belə ki, Amerika hindularının əksəriyyəti Y xromosomlu Q haploqrupunun daşıyıcısıdır. Bugün İranda, Əfqanıstanda və Özbəkistanda yaşayan türkmənlərin əksəriyyəti, kulan-kıpşak və kanqlı tayfalarından olan qazaxların 46-48%-i, azərbaycanlıların və norveçlilərin 4.8%-i (bu genin Norvegiyadakı daşıyıcıları Azərbaycandan getmişlər), hindoy, çeberloy, qordaloy, engenoy, egişbatoy, dişniy, şuonoy, noxçmaxkaxoy nəsillərindən olan çeçenlərin bir hissəsi və Aşkenazi yəhudilərinin müəyyən bir qismi Q haploqrupuna aiddir. Həmin haploqrupun daşıyıcılarına Pribaltikada, Volqaboyuda, Monqolustanda da rast gəlmək mümkündür.
Q haploqrupu, təxminən, 31.900 il əvvəl indiki Uralda və ya Sibirdə P haploqrupundan yaranmışdır. Həmin dövrdə P haploqrupundan həmçinin R haploqrupu da törəmişdir. Sonradan R haploqrupu öz növbəsində R1 və R2 haploqruplarına, R1 haploqrupu isə, təxminən, 18.000 il əvvəl R1a və R1b haploqruplarına bölünmüşdür. R1a-nın Z93 subkladı (subclade) şərti olaraq qədim arilərin haploqrupu hesab edilir. Bunun da səbəbi odur ki, bugünkü Hindistanın brahman və kşatriya varnalarında (kastalarında) məhz R1a haploqrupunun Z93 subkladının daşıyıcılarının faizi 31–72 arasındadır. Məsələ burasındadır ki, əski mətnlərə əsasən, arilərin əsas təbəqələri məhz brahmanlar və kşatriyalar olmuşlar. Elə buna görə də R1a Z93-ə həm də ari haploqrupu deyilir. Müasir xotonların (türk xalqı) 83–87%-i, qırğızların 65%-i, Altay türklərinin 53%-i, yəhudi xalqının cəmi 4%-ni təşkil edən lavililərin 52%-i, Kuban noqaylarının 50%-i, pəncablıların 47%-i, taciklərin 30–68%-i, puştunların (Əfqanıstan) 45–51%-i, şəmmar tayfasından olan ərəblərin 43%-i, Krım tatarlarının və özbəklərin 32%-i, çuvaşların və uyğurların 30%-i, qaraçay-balkarların 28%-i, farsların 18–25%-i, kürdlərin 10–20%-i həmin haploqrupun daşıyıcısıdır.
Şərqi Avropa ölkələrində də üstünlük R1a haploqrupuna məxsusdur. Belə ki, belorusların 60%-i, polyakların 56%-i, rusların 34–55%-i, ykraynalıların 53%, latışların 40%-i, litvalıların 38%-i, həmçinin Avropanın şimalında və qərbində yaşayan norveçlilərin 26%-i, almanların 16–24%-i, avstriyalıların 19%-i bu haploqrupun müxtəlif subkladlarına aiddir. Amma bir məsələni də vurğulayaq ki, R1a Z93-dən fərqli olaraq, onların heç biri “ari haploqrupu” hesab edilmir.
Qərbi Avropada isə daha çox (50%) R1b haploqrupu yayılmışdır. İngilislərin 70–90%-i, baskların 88%-i, ispanların 70%-i, almanların 40%-i, eləcə də Altay kumandinlərinin (türk xalqı) 49%-i, kıpşak tayfasından olan qazaxların 47%-i, tabasaranlıların 45%-i, osetinlərin 43%-i, türkmənlərin 37%-i R1b-nin müxtəlif subkladlarının daşıyıcısıdır.
Sadaladıqlarımızı sadə dilə çevirək. Təxminən 44.300 il əvvəl Cənub-Şərqi Asiyada bir oğlan (P haploqrupu) doğulur. O, həyatda uğurlu olur, nəsli artır və yayılmağa başlayır. P-nin dünyaya gəlməsindən 12.400 il sonra onun nəslində R və Q adlı iki oğlan uşağı anadan olur. Ulu babaları P kimi tale onların da üzünə gülür. Beləliklə, iki yeni nəslin əsası qoyulur. Bu hadisədən təxminən 9.000 il ötür. Q-nin övladlarının bir hissəsi hansısa səbəblər üzündən (iqlim, müharibə və s.) köçə başlayır. Onlar Berinq boğazından Amerika qitəsinə keçirlər. Sonrası məlumdur.
P-nin digər “övladı” R-in Mərkəzi Asiyada yaşayan nəsli isə ondan cəmi 1.500 il sonra iki qola – R1a-ya və R1b-yə ayrılır. Əvvəlcə R1a-nın törəmələri müvəffəqiyyət qazanaraq əlverişli mövqelərə çıxırlar. Güman edilir ki, Midiya və Əhəməni hökmdarları, Hindistanın brahman və kşatriyaları, bulqar türklərinin Dulo sülaləsi və Xaqan Atilla, göytürklərin Aşina xaqan nəsli, Çingiz xan, macar kralları – Arpadlar, Osmanlı sultanları, eləcə də digər sülalələr və nəsillər məhz R1a haploqrupunun Z93 subkladının müxtəlif klasterlərinin daşıyıcıları olmuşlar.
Qeyd. Bu məlumatların çoxu dolayı dəlillərə əsaslanan ehtimallardır. Məsələn, macar kralları – Arpadlar özlərini Xaqan Atillanın nəslindən hesab etmişlər. Genetiklər müəyyənləşdirmişlər ki, Arpadların haploqrupu həqiqətən də R1a Z93-dür. Bunun əsasında güman edilmişdir ki, Xaqan Atilla da həmin haploqrupun daşıyıcısı ola bilərdi.
Lakin sonradan vəziyyət dəyişmiş, estafet R1b-nin törəmələrinə keçmişdir. Böyük Britaniya, ABŞ, Almaniya və İtaliya kimi inkişaf etmiş ölkələrin əhalisinin əhəmiyyətli bir hissəsi R1b haploqrupunun daşıyıcısıdır.
1492-ci il oktyabr ayının 12-də əksəriyyəti Q-nin “qardaşı” R-in nəslindən olan avropalılar gəmilərlə Amerika sahillərinə yan aldılar. İşğal və ağır müstəmləkəçilik dövrü başlandı. Qəsbkarlar özlərinin uzaq “əmiuşaqlarını” nəinki dəhşətli və amansız soyqırıma məruz qoydular, həm də uzun müddət ərzində onları bəşər övladı, insan kimi tanımaqdan belə imtina etdilər. Həqiqətən də, “qohumlar” arasında düşmənçilik daha şiddətli və barışmaz olur.
Beləliklə, mövzunun əvvəlindəki suala yenidən qayıdaq: Amerikanın yerli əhalisini türklərin qohumları hesab etmək olarmı? Cavab müsbətdir: Amerika hinduları Q haploqrupunun daşıyıcıları olan türklərin, “hind-Avropalılar”ın və digərlərinin “qardaşları”, R haploqrupunun daşıyıcıları olan türklərin, “hind-Avropalılar”ın və başqalarının isə “əmiuşaqları”dır.
Indi isə bəhs etdiyimiz məsələ ilə əlaqədar dilçilərin bəzi tədqiqat və mülahizələrinə müraciət edək. R1 haploqrupu R1a və R1b haploqruplarına bölünsə də onlar, eləcə də P-nin digər törəmələri hələ 6.000 il bir-birlərinə yaxın dillərdə danışmışlar. 12.000 il əvvəl bugün şərti olaraq “nostratik” adı verilmiş vahid dil Altay, Ural, “hind-Avropa” və dravid dil ailələrinə bölünmüşdür. Linqvistlər Amerika hindularının dillərini nostratik dil ailəsinə aid etmirlər. Bu isə o deməkdir ki, misal üçün, ingilis, yaxud rus dili türk dilinə apaçi dilindən daha yaxındır. Amma qeyd etdik ki, türklərin, “hind-Avropalılar”ın və Amerika hindularının əksəriyyəti, əslində, bir nəsildən olmuşlar. Bunu nəzərə alaraq, ehtimal edə bilərik ki, ən azı 23.000–25.000 il əvvələdək onlar eyni dildə danışmışlar.
Nostratik dillər kimi, Amerika hindullarının dilləri də müxtəlif quruluşlara malikdir. Onlar arasında “hind-Avropa” dilləri tək flektiv, türk dilləri kimi aqqlütinativ (iltisaqi) olanları vardır. Yeri gəlmişkən vurğulamaq lazımdır ki, linqvistlərin ehtimalına əsasən, kök nostratik dilin quruluşu iltisaqi olmuşdur. Məlumdur ki, iltisaqi dillərdə söz şəkilçinin təsirinə daha az məruz qaldığı üçün özünün ilkin formasını daha yaxşı saxlayır. Belə dillərdə sözün kökü lokomativə, şəkilçi isə vaqona bənzəyir. Məsələn, “qalib-lər-dən-siniz-mi” sözündəki “qalib” özündən sonrakı hissələrin təsiri altına düşmür və dəyişikliyə məruz qalmır. Başqa bir misal – “arı” sözünə cəm şəkilçisi əlavə etdikdə “arılar” sözü yaranır. Lakin sözün kökü – “arı” olduğu kimi qalır. Rus dilində «пчела» sözünün cəmi «пчелы» sözüdür. Göründüyü kimi rus dilində kök söz ona şəkilçi qoşulan kimi özünün sonuncu saitini, yəni ilkin formasını itirir.
Bu sadə misalları ona görə çəkdik ki, iltisaqi dillərdə sözün daha sabit qaldığını göstərək. Amerika hindularının əsas dillərindən olan keçua dilinin quruluşu iltisaqidir. Sözsüz ki, tədqiqat obyekti kimi məhz iltisaqi dilləri seçmək daha məqsədəuyğundur. Beləliklə, hindu dillərinin türk dilindən ayrıldığı vaxtı müəyyənləşdirmək üçün keçua dili ilə Altay–Ural dillərindəki 207 sabit və əsas sözü (Morris Svodeşin siyahısı) Sergey Starostinin metodikasına uyğun şəkildə müqayisə və təhlil edək.
Qeyd. Svodeşin siyahısı – sabit və əsas sözlərin bənzərliyi əsasında fərqli dillər arasında qohumluq dərəcəsinin təyin edilməsi üçün ABŞ dilçisi Morris Svodeş tərəfindən təklif olunmuş siyahıdır. Burada elə sözlər toplanmışdır ki, heç bir dil onlarsız keçinə bilməz. Məsələn, ata, ana, günəş, bir, iki və s. Morris Svodeşin ehtimalına görə, hər 1.000 ildə sözügedən siyahıdakı sözlərdən on dördü itir və ya dəyişir.
Morris Svodeşdən fərqli olaraq Sergey Starostin hesab edir ki, bu siyahıya alınma sözləri deyil, hər bir dilin öz (milli mənşəli) sözlərini salmaq lazımdır. Onun fikrincə, müqayisə zamanı nəzərə alınmalıdır ki, hər 1.000 ildə həmin siyahıdakı sözlərdən beşi və ya altısı itir, yaxud o qədər dəyişir ki, qohum dilin daşıyıcısı onları tanıya bilmir.
Tədqiqat. Əvvəlcə keçua və Ural-Altay dillərinə aid Svodeş siyahıları arasında müqayisə aparıb 60 bənzər sözü (onlardan bəziləri məqalənin sonunda təqdim olunmuşdur) müəyyənləşdiririk. Yerdə 147 söz qalır. Ardınca Starostinin üsulunu tətbiq edirik.
Nəticə. Əgər hər min ildə altı söz dəyişirsə, deməli, keçua dili türk dilindən təxminən 25.000 il əvvəl ayrılmışdır. Bundan 13.000 il sonra isə (bəlkə bir qədər də tez) vahid “nostratik” dil Altay, Ural, “hind-Avropa” və dravid dil ailələrinə bölünmüşdür.
ALTAY-URAL – KEÇUA PARALELLƏRİNDƏN
AZƏRBAYCAN – MAYYA PARALELLƏRİNDƏN
Yuxarıdakı 50 bənzər söz məşhur sovet tarixçisi və linqvisti Yuri Knorozovun «Письменность индейцев майя» əsərindəki qısa mayya–rus lüğətinin tədqiqi prosesində bu sətirlərin müəllifi tərəfindən müəyyən edilmiş paralellərin yalnız bir hissəsidir.
Məlumat üçün bildirək ki, mayya sivilizasiyası e.ə. 2000-ci ildə Mərkəzi Amerikada yaranmış, eramızın 250-ci ilində süquta uğramışdır. Amma mayya xalqı yox olmamışdır. Bugün Yukatan yarımadasında, Belizdə, Qvatemalada və Hondurasda altı milyondan çox mayya yaşayır.
Ardı var…
Daha vacib və maraqlı, elmi şəkildə müxtəlif mötəbər mənbələrə istinad olunaraq əsaslandırılmış məlumatları Araz Şəhrilinin “Səfəvilər: paralellər, ehtimallar, həqiqətlər” kitabından əldə etmək olar.
Müəllif: Araz ŞƏHRİLİ
===============================================
<<<<<<WWW.YAZARLAR.AZ və WWW.USTAC.AZ>>>>>>
Əlaqə: Tel: (+994) 70-390-39-93 E-mail: zauryazar@mail.ru

Belə bir kitab var–ARAZ ŞƏHRİLİNİN KİTABI…
(Sizin stolüstü kitabınız – vacib kitab)
OTUZ ÜÇÜNCÜ YAZI
Salam olsun, çox dəyərli oxucum!
Şükürlər olsun böyük Allahın ədalət və mərhəmətinə ki, gözəl bir səbəb, xeyirli bir məqsəd üçün yenidən görüşmək imkanını bizə tanıdı.
Allahın salamı olsun Peyğəmbərə və onun pak Əhli-Beytinə. Bu şükrü-sənadan sonra ustad Bəhmənyara və Mahmud Kaşğariyə uca Allahdan rəhmət diləməyi özümə borc bilirəm. Ruhları şad olsun. İndi isə, istədiyi bəndəsinin üzünə bağlı qapıları taybatay açan rəhmli Allahın könüllərimizi aydınladan doxsan doqquz adı ilə keçək mətləbə.
Yurdumuzun dahi oğlu ustad Bəhmənyarı söhbətimizin girişində rəhmətlə anmağım səbəbsiz deyil. Bu adı hələ orta məktəb şagirdi olarkən eşitmişdim. Onun ömür yolu məndə heyrət, fəlsəfəsi isə valehlik hissləri doğururdu. Həyata baxışımın formalaşmasında Bəhmənyarın fikirlərinin çox böyük təsiri oldu. Anladım ki, dünya və onun kiçik bir zərrrəsi olan insan həyatı, əslində, müəyyən qanunauyğunluqlar əsasında baş verən daimi təkrarlardan ibarətdir. Onu da dərk etdim ki, bu dairəvi hərəkətə necə daxil oluruqsa, hansı istiqaməti əsas götürürüksə, sonrakı nəsillərə də elə bu tərzi, bu yönü miras qoyuruq. Beləliklə, əcdadlarımız bizim, biz isə övladlarımızın taleyində bəzən müsbət, bəzən isə mənfi rol oynayırıq. Bu hərəkətə müdaxilə edib onun xarakterini və səmtini dəyişmək də bəzən çox çətin, bəzən isə ümumiyyətlə qeyri-mümkün olur. “Divanu Luğət-it-Türk” (ديوان لغات الترك – ”Türk dilləri lüğəti” – türk dünyasının ilk ensiklopedik əsəri – XI əsrdə yaşamış böyük türk alimi Mahmud Kaşğari tərəfindən Bağdad şəhərində 1072–1074-cü illərdə yazılmış türkcə-ərəbcə lüğətdir) əsərinin müəllifi Mahmud Kaşğarini anmağımızın səbəbinə gəlincə, bu barədə bir qədər sonra…
Yuxarıda təkrarlar məsələsinə əbəs yerə toxunmadım. Araz Şəhrilinin “Səfəvilər: paralellər, ehtimallar, həqiqətlər…” əsəri haqqında məlumata ilk dəfə bax elə bu “TARİX TƏKRARLANIR” ifadəsinin sayəsində“Fədai” qəzetində rast gəldim. Sonralar yenə ara-sıra müəyyən suallar yarandıqda düzgün və ya həqiqətə daha yaxın hesab etdiyim cavabları tapdığım məqalələrdə adətən mənbə kimi Araz Şəhrilinin “Səfəvilər: paralellər, ehtimallar, həqiqətlər…” əsərindən ” qeydi nəzər-diqqətimi cəlb edirdi…
Əski əlifbanı orta məktəbin son siniflərində, o vaxtlar Elçin müəllimin sədrlik etdiyi “Vətən” Cəmiyyətinin orqanı olan “Odlar yurdu” qəzetindən müstəqil şəkildə öyrənmişəm. Buna görə də Elçin müəllimi müxtəlif təhsil müəssisələrində mənə dərs demiş müəllimlərimdən ayırmıram. Onlardan biri, bəlkə də birincisi hesab edirəm. Gözümü açıb dünyanı dərk edəndən ana babam Molla Mürşüdün namaz qıldığını, “Quran” oxuduğunu görmüşəm. Həftənin Cümə axşamı günlərində (bu günə “Adına günü”dədeyirdilər) aramsız olaraq, təkrar-təkrar “Yasin” surəsini qiraət edərdi. “Yaasiiiin” kəlməsindən sonra “Vəl Quranil – həkim…” ayəsinin gəlməsinə rəğmən babam və sonralar diqqət etdikdə gördüm ki, digər mollalar da arada “səlləllahu əleyhi və alihi və səlləm” deyirlər. Halbuki, kitabda bu cümlə yoxdur. Nə qədər ki, kəndimizin hüdudlarından kənara çıxmamışdım, sanırdım ki, dünyada bütün müsəlmanlar eyni qaydalara riayət edirlər. Axı dinimiz bir, kitabımız bir, imanımız birdirsə, fərqli nə isə ola bilər? Sonralar rastlaşdığım mübahisəli və eyni zamanda maraqlı məsələlərdən biri məhz “Yasin” surəsinin ilk ayəsinin oxunuşu zamanı yaranan məqam idi. Düşünürəm ki, onun ən yaxşı izahını Türküyə telekanallarının birində çıxış edən ilahiyyatçıdan eşitmişəm. Alim bildirdi ki, Həzrəti Peyğəmbərin adı çəkiləndə “səlləllahu əleyhi və alihi və səlləm” söylədiyimiz kimi, “Yasin” kəlməsini də deyəndə və ya onu eşidəndə “səlləllahu əleyhi və alihi və səlləm” duasını oxumalıyıq. Çünki “Yasin” Peyğəmbərin ləqəblərindən, ayamalarından biridir. İzah məni qane etsə də, bu suala ən dolğun cavabı verən yazılı mənbə ilə çox-çox sonralar rastlaşdım. Necə düşünürsünüz? Bu, hansı kitabdır? Beləliklə, bir çox qaranlıq mətləblərin üzərinə işıq salan “Səfəvilər: paralellər, ehtimallar, həqiqətlər…” əsərindəki məlumata nəzər salaq: “Müqəddəs “Qurani-Kərim”in 36-cı surəsinin adı “Yasin”dir. 83 ayədən ibarət olan bu surəyə “Quran”ın qəlbi də deyilir. “Yasin” sözünün dəqiq mənası bəlli deyil. Bəzi təfsirçilər onun sadəcə ərəb dilindəki “ya” və “sin” hərflərindən ibarət olduğunu deyir, digərləri həmin surədəki “ya” və “sin” hərflərinin sayında müəyyən qanunauyğunluq axtarır, başqaları “ey insan” anlamı verdiyini ehtimal edirlər. Bir təfsirə görə, “Yasin” adı altında Muhəmməd Peyğəmbər nəzərdə tutulmuşdur. Qeyd etmək lazımdır ki, “Yasin” surəsinin 2–4-cü ayələrinin məzmunu da faktiki olaraq sonuncu fikri təsdiq edir.” Bu cümlələri oxuduqdan sonra müxtəlif sahələri əhatə edən belə zəngin bir ensiklopedik kitabın daim yazı masamın üstündə, əlimin altında olmasını istədim. “Google” axtarış sisteminin köməyi ilə kiçik bir araşdırma apardıqdan sonra öyrəndim ki, şəhərimizin əsas kitab dükanlarında (“Libraff”, “Azərkitab”, “Kitabevim.az”, “Baku book enter”, “Akademkitab”, “Akademiya kitab mərkəzi”, “Book zone”, “Kitabıstan” və s.) “Səfəvilər: paralellər, ehtimallar, həqiqətlər…” əsəri vardır. Mənə ən yaxın olan mağazanı seçdim və bu kitabdan iki ədəd aldım. Birini özümə, birini isə ad gününü təbrik edəcəyim dostuma. Əsl dosta layiq hədiyyədir bu kitab. Xüsusi kitabdır.
QISA ARAYIŞ. Araz Şəhrili (Abbasov) 1974–cü ildə Bakı şəhərində ziyalı ailəsində anadan olub. Əslən Zəngilan rayonunun Xurama kəndindəndir. Atası Əməkdar jurnalist, tanınmış ziyalı Ələkbər Şəhrilidir. Araz müəllim hazırda pedoqoji fəaliyyətlə və paralel olaraq yaradıcılıqla – araşdırmalarla məşğuldur. Dövri mətbuatda, ölkəmizin elmi-mədəni, ictimai-siyasi həyatında müəyyən bir fikrin formalaşmasında əhəmiyyətli rol oynayan müxtəlif kütləvi informasiya vasitələrində müntəzəm olaraq çıxışlar edir. “Monqol yürüşlərinin əsl səbəbləri və Mövlanə Cəlaləddin Ruminin sirri”, “Qacarlar sülaləsinin süqutu hansı ölkənin xüsusi xidmət orqanının işi idi”, “Geosiyasət: ziddiyyətlər və xəyanətlər (vikinqlərin Azərbaycan üzərinə yürüşlərinin əsl səbəbləri)”, “Gürcüstan və Hindistan: düşündürücü faktlar”, “Nadir şah Əfşarın nəvələrinin izi ilə”, “Şeyx Heydərin son döyüşü”, “Şah İsmayılı göytürklərin xaqan nəsli və Çingiz xanla nələr birləşdirir”, “Makedoniyalı İsgəndər və Nadir şah Əfşar: tale oxşarlıqları”, “Qərblə Şərqin müqayisəsi və ya bugünkü problemlərin tarixi kökləri”, “Ermənilərin əsl vətəni haradır: Hindistan, yoxsa Efiopiya”, “Tarix təkrarlanır”, “Babil qülləsi: dillərin hamısının kökü eynidir”, “Babil qülləsi: Çingiz xan və seyidlər”, “Babil qülləsi: Çingiz xan hansı dildə danışırdı”, “Babil qülləsi: təkrarlanan şəxs adları”, “Novruz sirləri: Novruz sözünün əsl mənası”, “Novruz sirləri: qədim romalılar Novruz bayramından niyə imtina etdilər”, “Amerika hindularının mənşəyi: türk izi barəsində düşüncələr”, «Кем был Будда, спустя века обретший бессмертие» və onlarla digər maraqlı elmi məqalənin müəllifidir. “Səfəvilər: paralellər, ehtimallar, həqiqətlər…” əsərinə görə Araz Şəhrili “Yazarlar” jurnalı tərəfindən yeni kitabların nəşri münasibətilə təqdim olunan “Ziyadar” Mükafatına layiq görülmüşdür.
Kitabdan çoxlu misal gətirib yazını uzatmaq istəmirəm. Bu işi sizin özünüzə həvalə edirəm. Kitabla tanışlığıma vəsilə olmuş, yuxarıda qeyd etdiyim misalla kifayətlənirəm. Siz sadəcə internetin müxtəlif axtarış sistemlərində, məsələn “Google”də Araz Şəhrili və ya “Səfəvilər: paralellər, ehtimallar, həqiqətlər…” yazıb axtarışa verin. Əmin olun ki, nəticədən məmnun qalacaqsınız.
Sonda bir daha onu qeyd etmək istəyirəm ki, bu kitabı hər dəfə açanda Bəhmənyara, bağlayanda isə Mahmud Kaşğariyə rəhmət oxuyuram.
Araz Şəhrilinin “Səfəvilər: paralellər, ehtimallar, həqiqətlər…”adlı 352 səhifəlik kitabı bir neçə cilddən ibarət qalın-qalın ensiklopediyaları əvəz etmək iqtidarında olan, geniş oxucu kütləsi üçün nəzərdə tutulsa da, müxtəlif elm sahələrinin mütəxəssisləri, tələbələr, aspirantlar, doktorantlar, araşdırmaçı yazarlar tərəfindən istifadə edilə biləcək sözün əsl mənasında etibarlı və mötəbər mənbədir.
Araz Şəhrilinin “Səfəvilər: paralellər, ehtimallar, həqiqətlər…” kitabı müasirimiz tərəfindən dövrümüzdə yazılmış və Mahmud Kaşğarinin “Divanü Lüğat-it-Türk”ünə bərabər olan bir əsərdir.
Əziz dostlar, əminəm ki, necə mən yuxarıda adlarını qeyd etdiyim şəxsləri rəhmətlə anıram, eyni ilə siz də Araz Şəhrilinin “Səfəvilər: paralellər, ehtimallar, həqiqətlər…” kitabından hər dəfə maraqlı və qiymətli bir məlumat öyrənəndə məni xatırlayacaqsınız.
Araz Şəhrili necə xoşbəxt müəllifdir ki, bu qədər xeyirli işlərə vəsilə olur.
Öz adımdan və digər çoxsaylı oxucular adından Araz müəllimə təşəkkürlərimizi bildirir, yeni-yeni yaradıcılıq uğurları arzulayırıq!
Uğurlarınız bol olsun, Araz müəllim!
10.04.2021 – Bakı.
QEYD:
Məqalə müxtəlif vaxtlarda fərqli saytlarda yayımlanmaqla yanaşı “TƏƏSSÜRATLAR” və “QƏLƏMDAR – 2” kitablarında OTUZ ÜÇÜCÜ yazı kimi müstəqil məqalə şəklində yer almışdır. Eyni zamanda ənənəvi qaydada aşağıdakı mətbu orqanlarda dərc olunmuşdur:
Müəllif: Zaur USTAC
YAZARLAR.AZ
===============================================
<<<<<<WWW.YAZARLAR.AZ və WWW.USTAC.AZ>>>>>>
Əlaqə: Tel: (+994) 70-390-39-93 E-mail: zauryazar@mail.ru

ƏLİ BƏYİN “HƏRBİ ZƏNGİLAN”INA SƏYAHƏT VƏ YA AZƏRBAYCANIN “HƏRB VƏ SÜLH”Ü
OTUZ İKİNCİ YAZI
Dəyərli oxucunu salamlayaraq, yenidən görüşmək imkanını bizə nəsib etdiyinə görə Ulu Tanrıya şükürlər edirəm.
Bugünkü söhbətimizin mövzusu müasir Azərbaycan ədəbiyyatıdır. İmzası son iyirmi ildə ciddi yazılara maraq göstərən geniş oxucu auditoriyasına yaxşı bəlli olan Əli bəy Azərinin “Hərbi Zəngilan” əsəri barədə təəssüratlarımı sizinlə bölüşməyə çalışacağam.
Yeri gəlmişkən, nəzərinizə çatdırım ki, bu sətirlərin müəllifinin qələmindən çıxmış məqalələrdən biri “Hərb mövzulu yazılar…” – on yeddinci yazı adlanır.
İndi isə keçək mətləbə. Əsəri ilə tanışlıqdan əvvəl Əli bəy Azərinin özü barəsində məlumatlara nəzər salaq.
QISA ARAYIŞ. . Əli bəy AZƏRİ (Əli Qurban oğlu Rzaquliyev) 15 iyul 1966-cı ildə Azərbaycanın füsunkar bölgələrindən olan Zəngilan rayonunun Vejnəli kəndində dünyaya göz açıb. Məhəmməd Füzuli adına fizika-riyaziyyat təmayüllü Ordubad şəhər internat məktəbi bitirib. Ali təhsilini Ukraynanın Xarkov şəhərində alıb.
O, 1984–2002-ci illərdə hərbi xidmətdə olub. Vətən torpaqlarının müdafiəsi uğrunda döyüşlərdə iştirak edib, hərbi əməliyyatların təşkilatçısı və rəhbəri olub. Tank və motoatıcı taborlara komandirlik edib, motoatıcı briqada komandirinin müavini vəzifəsinədək yüksəlib. Təqaüdə “mayor” rütbəsində çıxıb. Müharibə veteranıdır.
Yaradıcılığa çox erkən yaşlarından başlayıb. Hərbi xidmətdən sonra həyatını bütünlüklə yaradıcılığa həsr edib. Dövri mətbuatda 300-dən çox məqaləsi dərc olunub. 11 kitabı çapdan çıxıb. Əsərləri almanaxlara daxil edilib. “Hərbi Zəngilan” roman-xronikası, “Arazgersdən keçən köç”, “Qəmlibel müsibəti” adlı povestləri, onadək hekayəsi var.
Azərbaycan Yazıçılar Birliyinin üzvüdür. “Rəsmi Bakı” qəzetinin və “Xəzan” jurnalının baş redaktorudur. 2020-ci ildə yazıçılar üçün nəzərdə tutulmuş Prezident təqaüdünə layiq görülüb.
Biz müəllifdən tarixi mövzularda yeni-yeni dəyərli əsərlər gözləyirik.
HAŞİYƏ. Burada yazını elektron variantda, yəni saytlardan oxuyanlar üçün müəllifin ƏLİ BƏY AZƏRİ – HEKAYƏ, ƏLİ BƏY AZƏRİ – QURD AĞZI olmaqla iki hekayəsi ilə tanış olmaq imkanı ərmağan edirəm.
PARALELLƏR
Əli bəy Azərinin həyat və fəaliyyəti ilə tanış olduqda gördüm ki, biz çox az fərqlə eyni həyatı yaşamışıq. Belə ki, ikimiz də Azərbaycanın ərazi bütövlüyü uğrunda müharibənin iştirakçısı olmuşuq. Sovet ordusunun peşəkar, nümunəvi, tam hazırlıqlı zabiti Əli bəy savaş meydanına taborun qərargah rəisinin müavini vəzifəsində, baş leytenant rütbəsində atılmışdı. Mən isə döyüşlərə 18 yaşı yenicə tamam olmuş, universitet auditoriyasından çıxmış gənc əsgər kimi qatıldım…
O, özünün indi-indi nizama düşmüş həyatını, uzun illərdən sonra nəhayət ki, gerçəkləşdirməyə başladığı arzularını, qürbət eldə çətinliklə qazandıqlarını tərəddüd belə etmədən Vətən yolunda qurban verdi. Mən isə bir azərbaycanlı kimi özümdən soruşdum: “rayonu (Ağdam) müharibə meydanına çevrilmiş gənc Bakıda gün keçirə bilərmi?”
Əli bəy Azəri Füzuli–Zəngilan–Qubadlı cəbhəsində, Zaur Ustac isə Ağdam-Tərtər-Goranboy cəbhəsində döyüşürdü.
Bunları “qismət”, “alın yazısı”, tale oxşarlığı adlandırmaq olar.
MƏZMUN
Beləliklə, “Hərbi Zəngilan”ın qısa məzmunu ilə tanış olaq. Bu əsər müəllifin “Könüllülər” və “Alay dövrü” adlı digər iki romanının da daxil olduğu trilogiyanın birinci hissəsidir. “Hərbi Zəngilan”da təsvir olunmuş hadisələr 1992-ci il iyun ayının birindən noyabr ayının 30-na qədərki qısa, ancaq hadisələrlə çox zəngin və ziddiyətli bir dövrü əhatə edir. Proseslər o qədər sürətlə cərəyan edir ki, zaman sanki bir çay kimi axıb gedir. Roman öz oxucusuna həmin günləri təkrar yaşadır. Bu əsər həm də gələcək nəsillərin real tarixlə tanış olmaları üçün gözəl bir imkandır.
Keçmişi bilməyənlər üçün gələcək həmişə qaranlıq olacaqdır. Kitabın 3-cü səhifəsinin 5-ci abzasında belə bir cümlə var : “…Roman-xronika, nəsrin, bəlkə də ən çətin formasıdır.” Onu da qeyd etmək istəyirəm ki, bu sətir müəllifin Müqəddimə əvəzi adlandırdığı hissədəndir. Əli bəy Azəri sözünə bədii əsər üçün müqəddimənin vacibliyi barədə qeydlərlə başlayır. İndi tanış olduğunuz bu yazı isə, əslində, əsərin kitabdan kənar müqəddiməsidir.
ƏSƏRİN DİLİ – MİLLİ BƏDİİLİK
Uzun müqəddimədən sonra əsərin dili barədə bir neçə kəlmə yazaq və bəhsimizi davam etdirək. Müəllif haqqında qısa arayışdan gördük ki, uşaqlıq vaxtından yazmaq həvəsi olsa da, taleyin hökmü onu tamam başqa bir səmtə yönəltmişdir. O, ədəbiyyat və tarix yaradan, lakin bunlarla heç bir əlaqəsi olmayan sənətə yiyələnmişdir. Filoloq deyil. Heç humanitar sahənin mütəxəssisi də deyil. Tam əksinə, dəqiq elmlərin, texniki sahənin adamı olan Əli bəy ixtisasca komandan-mühəndisdir. Görünür, məhz hərbçi olduğuna görə, Əli bəyin yazılarında ciddi sistemlilik və dəqiqlik vardır. Bir məsələni də qeyd edək – o, ədəbiyyatçı olmasa da, dilimizin incəliklərindən, xüsusi ilə hadisələrin cərəyan etdiyi bölgələrə məxsus spesfik söz və ifadələrdən böyük ustalıqla istifadə etmişdir. Əsərin dilindəki bu xüsusiyyət həm də ona görə təqdirəlayiq və əhəmiyyətlidir ki, sözügedən bölgələrin insanları uzun müddətdir şəhərdə yaşadıqlarından spesifik söz və ifadələrin itirilməsi təhlükəsi yaranmışdır. Sadə xalq dilini yazılı ədəbiyyata gətirib belə söz və ifadələrə yeni həyat bəxş etdiyinə görə Əli bəyə təşəkkür düşür.
VƏTƏNPƏRVƏRLİK, TƏƏSSÜBKEŞLİK VƏ TARİX
Əsər gənc, enerjili, ən əsası isə düşmənə nifrət, Vətənə sonsuz bir məhəbbətlə alışıb-yanan baş leytenant Əli Rzaquliyevin Uzaq Şərqdən bir vaxtlar quzu otardığı, seyrindən doymadığı, 1988-ci ildən döyüş bölgəsinə çevrilmiş doğma yurduna qayıtması ilə başlanır. İlk hadisələr zəif və xaotikdir. İkinci fəsildə dinamiklik artır. “Hərbi Zəngilan”, yəni trilogiyanın birinci hissəsinin sonunda Zəngilan böyük dəyişikliklərin astanasındadır.
Hadisələr hərbi hissədə, hərbçilər arasında cərəyan edir. Əli bəy elə incəlikləri ustalıqla qələmə alıb ki, bunu hərbçi olmayan heç bir yazar edə bilməzdi. Təkcə müxtəlif situasiyaları, subardinasiya məsələlərini, qərargah mədəniyyətinə aid spesfik elementləri deyil, həm də qondarmaları böyük peşəkarlıqla təqdim etməyi bacarmışdır. Müəllif peşəkar hərbçi olduğuna, uşaqlığı kənddə keçdiyinə, zəngin söz ehtiyatına yiyələndiyinə görə belə faydalı, əhəmiyyətli, vacib bir əsəri ərsəyə gətirə bilmişdir.
Əsərdə yerli əhalinin hərbçilərə absurd münasibəti ilə rastlaşırıq. Məsələn, ikinci fəslin “Ölüm günü” bölməsində yenicə erməni atəşinə tuş gəlmiş kəndin sakinləri – arvadlar köməyə – haraya gələn hərbçilərə qarğış edirlər: “Sizi görüm qırılasınız. Vayınıza oturaq. Siz gələnədək …”. Müəllif burada həm maraqlı ifadə vasitələri şeçmiş, həm də bir eyhamla ara qarışanadək normal qonşuluq münasibətlərinin olduğunu ortaya qoymuşdur. Yoxsa, arvadlar öz əsgərlərini niyə qarğısın ki?
“Nüvədi bölüyünün döyüş təyinatı” bölümündə təyinatla bağlı: “Lələnin öz əmridir…”.
“Qisas alınmalıydı” bölümündə idarəçilik barədə: “Salacaq şapalağın altına…”.
“Altı nömrəli ehtiyat möhür” bölümündə yerlibazlıqla bağlı: “Gürcüstanlı gəlib, Zəngilanda…” və s. maraqlı misallar var.
Satqınçılıq məsələsindən söhbət açılanda məlum olur ki, hamının bir nömrəli şübhəli şəxs hesab etdiyi Sona arvadın gəlini qərargahda makinaçı işləyir… Hər zaman olduğu kimi…
Bir maraqlı misala da nəzər salaq. Bu dəfə obyekt polisdir. Yeri gəlmişkən, bir nüansı diqqətinizə çatdırım. Makulunun “Səttarxan” əsərində göstərilir ki, jandarma işə düzəlmək üçün mütləq rüşvət vermək lazımdır. Bu yüz il əvvəl Güney Azərbaycanda baş vermiş hadisədir. Qeyd etmək lazımdır ki, SSRİ-də rüşvət və korrupsiya adi bir hal idi. “Hərbi Zəngilan” əsəri cəmiyyəti içindən məhv edən bu bəlaya da toxunur: “Cəbrayıldan gələn polis” bölməsində Azərbaycanın müstəqilliyinin ilk illərində Ukraynadakı düzənini pozub Vətənə xidmətə gəlmiş polis zabitinə Cəbrayıl rayon polis bölməsində açıq-aşkar deyilir ki, iyirmi beş min verməsən xeyri yoxdur…
Yerlibazlıq, yerliçilik adlandırdığımız murdar təzahürün əksi olan bir hiss də vardır. Onun adı yurdsevərlik, vətənpərvərlikdir.
Baş leytenant Əli Rzaquliyev Sovet Ordusu sıralarında qalsaydı, bəlkə də yüksələcək və daha firavan yaşayacaqdı. Ola bilsin ki, orada onun xidmətinə, işinə qiymət veriləcəkdi. Amma tarix “elə olmasaydı, belə olardı” fikrini qəbul etmir. Beləliklə, qəhrəmanımız Zəngilanı – doğulub boya-başa çatdığı yurdun döyüşçüsü olmağı seçdi.
HAŞİYƏ. Baş leytenant Əli Rzaquliyev vətəninin, yurdunun fədakarıdır. O, əsl vətən oğullarının ümumiləşdirilmiş obrazıdır. Hər bir azərbaycanlı belə igidlərə dəyər verməyə borclu olduğunu dərk etməlidir. Çox heyiflər olsun ki, indinin özündə də bunu anlamayanlar, qiymətləndirməyənlər çoxdur.
Baş leytenant Rzaquliyev Silahlı Qüvvələrin Baş Qərargah rəisi general – leytenanat Bərşadlının qəbulunda olarkən ona başqa bölgələrdə, hətta Bakıda daha yüksək vəzifələr təklif edilir. Lakin o, Zəngilan deyib durur. Ağdamda yeni qurulacaq tank taboruna komandir vəzifəsi təklif olunur. Yenə də razılaşmır. Halbuki bu onun üçün daha perspektivli bir təyinat olardı. Yurdsevərlik onu çəkib Zəngilana gətirir.
1994-cü ilin fevralınadək “Tərtər batalyonu”, “Bərdə batalyonu”, bir neçə “Mingəçevir batalyonu”, filan saylı tabor, “Qurtuluş batalyonu”, “20 Yanvar batalyonu”, adını unutduğum başqa bölgə batalyonlarının çox vaxt koordinasiya olunmayan fəaliyyəti böyük çətinliklər yaradırdı. Amma bu hərb sahəsindəki yeganə müşkülümüz deyildi. Təəssüf ki, bugünün özündə də problemlərimiz kifayət qədərdir. Yenicə müstəqilliyini elan etmiş kiçik bir respublika üçün belə hallar bəlkə də təbii idi. Ancaq indiki dövrdə, müasir təhdidlərin fonunda onlar yolverilməzdir.
Sözsüz ki, təhsildə, səhiyyədə, orduda, idarəetmədə mövcud olan problemlərin əksəriyyətinin kökündə cılızlıq, heyvani nəfs, cəhalət və özgə maraqlar dayanır.
ƏSƏRİN ƏHƏMİYYƏTİ
Əli bəy Azəri “Hərbi Zəngilan” adını verdiyi bu romanı sanki o dövr Zəngilanını tarixdə yaşatmaq istəyi ilə qələmə almışdır. Uşaqlıqdan yadında qalan sözləri, unudulmuş ifadələri, az qala hər kolu, hər daşı xatırlatmaqla Zəngilanın bədii portretini böyük ustalıqla yaratmışdır: Zəngilan təbii sərvətləri və spesifik resursları ilə fərqlənən qəribə coğrafi məkanda yerləşir. Naxçıvan yolunun üstündəki körpünün bir sütunu Ordubaddırsa, digəri Zəngilandır. Ölkədə iki qızıl yatağından biri Zəngilandadır. Dünyadakı iki Çinar meşəsindən biri – təbii artımına görə birincisi Zəngilandadır. Bu meşənin bazasında Bəsitçay Qoruğu yaradılıb. İran İslam Respublikası ilə sonuncu sərhəd zastavaları Zəngilandadır və həmin vaxt hələ də rus sərhədçilərinin bölgədə mövcudluğu əhalidə qəribə ikrah hissi oyadırdı. Ermənistanının iki – Naxçıvanla aramıza süngü kimi sancılan Megri və böyük sənaye rayonu sayılan Qafan rayonu ilə sərhəd zolağı 157 km idi ki, bu da o vaxt ən böyük təmas xətti sayılırdı. Zəngilan üzərində cəmlənmiş maraqlar ucbatından ölkənin ictimai-siyasi-hərbi mənzərəsi buradan daha aydın müşahidə olunurdu ki, bütün bu vacib məlumatları siyasətdən uzaq, Vətəninin sonsuz məhəbətlə sevən, yurduna bağlı, adət-ənənəsinə sadiq, zəngin söz ehtiyatına malik hərbçi-yazar sözün əsl mənasında xüsusi bir məharətlə bugünkü oxucusuna çatdıra, gələcək nəsillərə ötürə bilmişdir.
Əli bəy Azəri qarşısına qoyduğu məqsədə nail olmuşdur. Onun “Hərbi Zəngilan”, “Könüllülər” və “Alay dövrü” adlı romanlardan ibarət trilogiyası Azərbaycanın “Hərb və Sülh”üdür!
Biz bu gün Makulunun “Səttarxan”ından, Məhəmməd Əsəd bəyin “Əli və Nino”sundan, Bayram Bayramovun “Karvan yolu”ndan necə faydalanırıqsa, gələcək nəsillər də Aqil Abbasın “Dolu”sundan, Fazil Güneyin “Qara qan”ından, Əli bəy Azərinin “Hərbi Zəngilan”ından, Qələndər Xaçınçaylının “Güllə işığında”n belə faydalanacaqlar. Gəlin bu siyahını zənginləşdirək. Gəlin Babək olaq, Azərbaycanımızı sevək… Nəsimi olaq, sözümüz yaşasın… Gəlin Şəhriyar olaq, səsimiz Arazın şırıltısında itib batmasın… Gəlin Vurğun olaq, gəlin Bəxtiyar olaq… Hacıbəylini, Zərdabini, Haqverdiyevi yaşadaq… Şah İsmayıldan, Nadir şahdan güc alaq… İlham kimi qətiyyətli olaq… Ziyaların, Ülvilərin əməyi boşa çıxmasın…
And olsun, Qələmə ki, ondan güclü silah yoxdur!
04.04.2021 – Bakı.
QEYD: Sonda bir ricanı nəzərinizə çatdırım. Xahiş edirəm, yeni yazılmış hərb mövzulu əsərlər barədə məlumatları Votsap: (+994) 70-390-39-93 və ya E-mail: zauryazar@mail.ru vasitəsi ilə mənə bildirin. “Hərb mövzulu yazılar və ya dünyanın bir rəngi var” yazısından xəbərdar olan qələm adamlarına bildirmək istəyirəm ki, xeyli vaxtdır “Xaki üzərindəki qırmızı və ya qara qar” adlı hərb mövzulu yazılardan bəhs edən ikinci yazı üzərində işləyirəm. Əvvəllər az-çox təqdimatlarda yeni kitablardan xəbər tutmaq olurdu. Son illərdəki məlum məhdudiyyətlər səbəbindən bu imkan da aradan qalxıb. Bunu nəzərə almağınızı xahiş edirəm. Məhdud sayda nəşr olunub rəflərdə yatan hər kitabdan vaxtında xəbər tutmaq olmur. Bəlkə də o həqiqətən də çox dəyərli bir kitabdır.
QEYD:
Məqalə müxtəlif vaxtlarda fərqli saytlarda yayımlanmaqla yanaşı “TƏƏSSÜRATLAR” və “QƏLƏMDAR – 2” kitablarında OTUZ İKİNCİ yazı kimi müstəqil məqalə şəklində yer almışdır.
Məqalə eyni zamanda Əli bəy Azəri haqqında olan “Mən və Siz” adlı kitaba daxil edilib.
Müəllif: Zaur USTAC
YAZARLAR.AZ
===============================================
<<<<<<WWW.YAZARLAR.AZ və WWW.USTAC.AZ>>>>>>
Əlaqə: Tel: (+994) 70-390-39-93 E-mail: zauryazar@mail.ru

ZAUR USTAC “İŞĞALDAN AZAD OLUNAN BÖLGƏLƏRDƏKİ KİTABXANALARIN FONDU ÜÇÜN KİTABTOPLAMA KAMPANİYASI” ÇƏRÇİVƏSİNDƏ FONDA 4 ADDA 440 KİTAB HƏDİYYƏ ETDİ.
Aprel ayının 22-dəAzərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə müzəffər Azərbaycan ordusu tərəfindən 44 günlük müharibə nəticəsində erməni işğalından azad olunmuş ərazilərimizdə 90-cı illərin əvvəllərinədək fəaliyyət göstərmiş kitabxanaların kitab fondlarının bərpası ilə əlaqədar Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi ilə Milli Kitabxananın birgə keçirdiyi kitabtoplama kampaniyasına yazar Zaur Ustac da qoşuldu.
Zaur Ustac Mədəniyyət Nazirliyinin və Milli Kitabxananın birgə təşkil etdiyi “İşğaldan azad olunan bölgələrdəki kitabxanaların fondu üçün kitabtoplama kampaniyası”nın dağıdılmış kitabxanaların bərpa edilməsi istiqamətində vacib bir addım olduğunu qeyd etdi və özünün müəllifi olduğu 4 (dörd) adda 440 (dörd yüz qırx) nüsxə kitabı işğaldan azad olunan bölgələrdəki kitabxanaların fonduna bağışladı.




Qeyd:
Fotolarda gördüyünüz kitabları maraq göstərənlər şəhərimizin kitab mağazalarından və ya “Mücrü” nəşriyyatından əldə edə bilərlər.

YAZARLAR.AZ
===============================================
<<<<<<WWW.YAZARLAR.AZ və WWW.USTAC.AZ>>>>>>
Əlaqə: Tel: (+994) 70-390-39-93 E-mail: zauryazar@mail.ru