Etiket arxivi: PROZA

AYTAC İBRAHİM – YURDSEVƏR

AYTAC İBRAHİMİN YAZILARI

YURDSEVƏR

Dar günündə vətənin,
Qeyrətini çəkənimiz
İrəlidə tank belində,
Düşmənə od verənimiz.

Fəxrimizsən, baş tacımız
Qürurumuz, and yerimiz.
Qorxmaza dayaq olan,
Şəhid Rəsulzadə Təbrizimiz.

Adın gəzir hər yerdə
Qorxu bürüyüb yad eli də.
Duruşuna bizləri də,
Həsrət qoyan Təbrizimiz.

Geyinəcəkdin bəy paltarın,
Süzəcəkdin öz toyunda.
İndi bulud  arxasından,
Süzüb gedən Təbrizimiz.

Bayraq olduz, enmədiniz.
Şəhid olduz gəlmədiniz
Azan olduz dinmədiniz,
Vətən deyib ötən Təbrizimiz.

Bəli… Barəsində danışacağımız igid Qax rayonunun Cəlayir kəndinin mərd oğlu Şəhid Rəsulzadə Təbriz Əfrayim oğludur…
Hardan yazaq, nədən başlayaq bilmirik.Hər insanın özəlliyi onu xüsusi, fərqli edir.Təbriz də, həmin o “Fərqli”lərdən idi…
Dildə yox ha, həmin özəlliyi əməli ilə sübut edənlərdən idi.Şübhəsiz ki, bunu bütün xalq gördü…
Bu cümlələr, tamamilə, pafosdan uzaq şəkildə yazılır.
Bəlkə də çoxunuza tanış gəlir bu ifadə- “Elə bil, şəhidlik üçün seçilib gəlmişdi dünyaya.”
Əxlaqi keyfiyyətləri, müsbət aurası, savadlı, bilikli, cəsur, intellektual olmağı ilə bütün kollektivin rəğbətini qazanmışdı Təbriz…
Hə…O da əvvəlcədən hiss etmişdi , şəhid olacağını.Hətta qardaşına yazdığı mesajların birində bayrağa bükülü tabutda gələcəyini söyləmişdi…
Cənab baş leytenant Təbriz Rəsulzadə anasızlığı yaşamışdı.Onu daha yaxşı tanıyanlar qeyd edir ki, anasının yoxluğundan sonra şəhidimiz daha da özünə və vətəninə qapanmışdı.Sanki, anasızlığın ağrısını öz peşəsini sevməklə, silahını, torpağını qorumaqla yadırğamaq istəyirdi.
Sərvi boylu, sevgi çələngi yarımçıq qalan, nakam taleli qardaşımız idi Təbriz…
Cəlayir kəndinin girişində, Şəhid Qorxmaz Əlizadə ilə bir fotosu var, adam hər gördükcə qürurundan sığmır özünə.O bayraqların əhatəsində özləri də, özləri ilə fəxr edir, əminəm…
Qardaşının balaca balası Fatiməni doyunca bağrına basmadan, hələ lap gözəl günlər görmədən özünü torpağa yetirdi Təbriz.
İndi kiçik Fatimə əmisinin şəkilləri ilə bəzədilmiş stola yaxınlaşıb, Təbrizin üz cizgilərini yadda saxlamağa çalışır.Axı, onun əmisi Şəhiddir, qəhrəman şəhiddir…
Rəsulzadəyə bir bacıdan daha artıq olan Məryəm xanım, şəhidimizin əzizi, Fatiməmizin anası Dünya xanım hələ də Təbriz kimi oğulun yoxluğunu qəbul edə bilmirlər…
Təbrizin cəbhədəki cəsur davranışlarından çoxları danışır.Hətta sevinirlər ki, məhz Təbriz kimi igidlə ünsiyyətdə olublar, bir çörəyi paylaşıblar, eyni qabdan su içiblər…
Bir Türkçülük aşiqi, vətən sevdalısı idi Təbriz.Bozqurd işarəsi onun ən sevimli simvolu idi…
Müharibə zamanı, bir çoxları kimi arxa cəbhədə olduğunu desə də, ən ön sıralarda düşmənlə üz-üzə vuruşurdu el oğlumuz…
Heç gözünü qırpmadan, canını düşünmədən odun, alovun içinə atılmışdı…
Aramızdan tez getdi, amma hamımızdan şərəfli bir yol seçdi özünə…
Gəlin, şəhidimizin həyat yoluna nəzər salaq…
Təbriz, Qax rayon Cəlayir kənd tam orta məktəbinin 9-cu sinfini 2008-ci ildə bitirmiş, həmin il Cəmşid Naxçıvanski adına Azərbaycan Ali hərbi litseyinə daxil olmuşdur.2001-ci ildə həmin litseyi bitirmiş, Heydər Əliyev adına Azərbaycan Ali Hərbi məktəbinə daxil olmuşdur.2015-ci ildə isə hərbi məktəbi başa vurub, hərbi fəaliyyətinə başlamışdır.
Azərbaycan ordusunun baş leytenantı olan Təbriz Rəsulzadə 2020-ci il, sentyabr ayının 27-də Vətən müharibəsi zamanı müxtəlif istiqamətdə gedən döyüşlərdə qəhrəmancasına şəhid olmuşdur…

Allah bütün şəhidlərimizə rəhmət etsin!

Unutma, unutdurma…
Ömür karvanı tez keçir, amma yaxşı insanlar hər dövrdə anılır! 

Müəllif: Aytac İBRAHİM

AYTAC İBRAHİMİN YAZILARI


“YAZARLAR”  JURNALI PDF

YAZARLAR.AZ
===============================================

<<<<<< WWW.USTAC.AZ və  WWW.BİTİK.AZ >>>>>> 

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

LEYLA YAŞAR – ÖLÜM YÜKLÜ SEVGİ

LEYLA YAŞARIN YAZILARI

ÖLÜM YÜKLÜ SEVGİ
Qasım qapını çırpıb getdi.
Gülşən otağa keçib burnunu çəkə-çəkə ağladı.
1 yaşlı qızı Zəhranın ona nəmli gözlərlə baxdığını görüb özünü ələ aldı. Tez Zəhranı qucağına götürüb, saçlarından öpdü. Bağrına basıb çarpayısının yanına gətirdi. Uşaqdan gələn o gözəl qoxu ruhunu oxşadı, bir az toxtayıb gülümsəməyə başladı. O dəqiqə Zəhranın gözləri güldü, öz dilində danışmağa başladı. Sevindiyindən gah atılıb-düşür, gah da Gülşəni qucaqlayırdı.
Gülşənin ailəsi rayonda yaşardı. Qasımla tələbə yoldaşı olmuşdular. O vaxtdan aralarında münasibətlər ciddiliyə doğru getmiş, 2 – ci kursda nişanlanıb, 4 – ci kursda evlənmişdilər.
Gülşənin valideyinləri müəllim idi. Gözlərinin ağı-qarası Gülşən də onların yolunu seçmişdi. Müəllimlik ixtisasına yiyələnib, rayona qayıtmaq, neçə – neçə evlərdə cəmiyyət üçün şəxsiyyətlər yetişdirmək arzusunda idi.
Amma taleyin kompası ona tam başqa istiqamət göstərdi.
Qasımla nişanlı vaxtlarında inciklikləri olsa da, çox uzun çəkməzdi. Hərdən Qasımın ona qarşı kobudluqları olurdu. Tezliklə Gülşənin könlünü alan, küsülülüyü aradan qaldırmağı bacaran Qasımda bu hərəkət, artıq adət halını almışdı.
Qasımın ailəsi Gülşənlə evliliyə razı deyildi. Özlərinə yaxın bildikləri ailədən qız gözaltı edən valideyinlər Gülşən məsələsilə razılaşmamışdılar.
Sonda Qasımın vaz keçməyəcəyini görüb, əlacsız qalmışdılar.
Elə o vaxtdan da Gülşənə “oglanlarını onlardan alan düşmən“ kimi baxırdılar.
Hər işini söz edir, evdə heç nədən söz-söhbət yaradırdılar.
Qasım əslində sakit təbiətli bir insan idi. Ailəsini sevər, dəyər verərdi.
Ata – anasının Gülşənə qarşı münasibətinə qarşı çıxar, Gülşəni müdafiə edərdi.
Qasımın bir bacısı vardı.
Evin erköyün qızı olan baldız ailə qurub getsə də, Qasımın ailəsinə müdaxilə etmək öhdəliyini üzərinə götürmüşdü .
Gülşən deyib – gülən, şən qız idi. Hər sözü söz etməz, heç nədən dava etməzdi.
İlk gündən bəyənilməyən gəlin evin qonagı idi sanki.
Gülşənin valideyinləri heç vaxt onların ailəsinə müdaxilə etməzdi.
Qızlarının xoşbəxtliyi üçün əllərindən gələni edən ata – ana qızlarına başını aşağı salıb uşagını böyütməyi məsləhət görürdülər.
Ailədə gərginlik getdikcə artırdı. Qasım da artıq dəyişmişdi. Gülşəni haqlı olduğunu bilə – bilə haqsız çıxardır.
7 aylıq Zəhraya sığınan Gülşən gününü ağlamaqla keçirdirdi.
Qaynana onu boşatdırmaqla hədələyir, hətta o günün çox da uzaqda olmadıgını deyirdi.
Bir evdə yaşamagın mümkümsüzlüyünü anlayan Gülşən Qasımdan ayrı evə çıxmaq üçün xahiş etdi.
Gülşənin bu istəyi böyük bir dava ilə nəticələndi.
Məsələni ilk bilən qaynana əlini belinə qoyub gəlinə hücum etdi.
-Mənim bir oğlum var, onu məndən almaq istəyirsən?
Sən özünü nə sayırsan?
– Yox, xala , bir müddət ayrı yaşasaq yaxşı olar deyə düşündüm.
– Sən kimsən ki, mən dura-dura bu evdə qərar verirsən?
– Xala, bütün günü söz – söhbətlə bir yerdə qalmaq olmur.
Bu evdə ilk gələn gündən məni istəməmisiniz.
Gözünüzün qabağından uzaqlaşsam yaxşı olar deyə düşündüm.
– Uzaqlaşmaq istəyirsən, çıx get dədən evinə.
Qulaqlarını aç yaxşı eşit. Onsuzda bu evdə sən artıqsan. İstənilməmisən, istənilməyəcəksən də!
Səs küyə Qasım gəldi.
-Nolub, ay ana?
– Nə olacaq bundan artıq?
Sənin bu gülməşəkər arvadın burada qalmaq istəmir.
İstəməz də, görmədiyi günə düşüb. Tövlədən gətirib şəhərdə yaşadanda belə olur axırı.
– Ay ana, bir az sakit ol.
Gülşən də haqlıdı. Ev evə sıgmaz deyib atalar. Qoy bir ev tutaq, bir müddət orda qalaq.
Sizi atmırıq ki, yenə də gəlib gedəcəyik.
– Nə dedin?
Səni yoldan çıxardıb bu gülməşəkər?
Sənin evin buradı.
Gedişin var, dönüşün yox !
Yaxşı fikirləş ya biz,
ya da yad qızı .
Qapı zərblə çırpıldı.
İkinci mərtəbənin təzə düzəldilmiş pəncərələri yenə qaynananın hikkəsinin qurbanına çevrildi.
İki tərəf arasında qalan Qasım bir söz demədi. Paltarını dəyişib işə getdi.
Qara günlər bundan sonra başladı. Gülşənin evdə yeyib içdiyi zəhərə döndü.
Pis yola düşmüş adamlar kimi evdə addımbaşı təqirlə üzləşdi. Valideyinləri dözüb oturmağı məsləhət gördülər.
Vəziyyətin get-gedə agırlaşdıgını görən Qasım ayrı evə çıxmalı oldu.
Gülşən həm sevinir, həm də pis olurdu. Nə qədər olmasa 2 ilə yaxındı ki bir yerdə yaşayırdılar.
Bir xoş üz görməsə də üzü-gözü onlara öyrəşmişdi.
Valideyinləri hər şeyin yaxşı olacağını deyir, səbrli olmağı məsləhət görürdülər.
Gülşən taleyilə barışmışdı. Ayrı evə çıxmağın çıxış yolunu düşünən Gülşən qara günlərinin qabaqda olduğunu aglına belə gətirmirdi.
Qasım evə gec-gec gəlməyə başlamışdı. Elə gecə olurdu ki evə gəlmir, müxtəlif bəhanələr uydurur, bəzənsə öz işimdi özüm bilərəm deyib dava salırdı. Çarəsiz qalan Gülşən dərdini heç kimə aça bilmirdi. Bilirdiki deyən kimi onu günahkar biləcəklər .
3 ay idi təzə evə köçdükləri. Qasım geri dönmək üçün israr edirdi. Heç nədən evdə qanıqaraçılıq yaradırdı. Gülşən çarəsiz qalmışdı.
Bu gün də geri dönmək üstündə mübahisə etmişdilər.
– Hazırlaş, geri qayıdırıq.
– Qasım, bura rahatdı axı.
– Orada sənə neynirlər?
Əllərinin içində saxlayırdılar səni.
– Qasım, bu sənsən ?
İnana bilmirəm.
– Nəyə inanmırsan?
Sən yola getmədin, məndə gətirdim səni bura.
Gördüm günah səndədi, mənimlə də yola getmirsən.
– Niyə haqsız danışırsan?
Mən sənə neynirəm ?
-Bundan artıq nə edəcən? Mənimlə dil – dil ötürsən.
Gülşən əlləriylə üzünü qapatdı. Uşagın yanında ağlamaq istəmədi.
– Yaxşı fikirləş, ya dönəcəyik ata-anamın yanına, ya da zəng et gəlsinlər səni aparsınlar.
Sənə görə valideyinlərimi atmayacağam!
Gülşən yerindəcə quruyub qalmışdı.
-Qasıma nə olmuşdu ?
Gülşən əlacsız qalıb, əşyalarını topalamağa başladı.
Ağlaya-ağlaya güzgünün qabağına keçdi, özünə güzgüdə baxd. Bu neçə ildə çox dəyişmişdi, sanki 10 il qocalmışdı.
Yaşadığı mühit onu məngənəsində sıxıb balacalaşdırmışdı.
Özünə qulluq etməyi belə yadırğamışdı. Bütün gününü uşaga qulluq etməklə keçirdirdi.
Qasımın ona, uşagına qarşı biganəliyinə birtəhət dözür,
üzə vurmurdu.
Valideyinlərinə də heç bir şey demək istəmirdi.
Alacagı cavab bəlli idi:- Özün getmisən, hamıda olan şeydi, döz otur düzələcək və s.
Əşyalarını yığa-yığa aglayırdı. Keçmişə qayıtdı xəyallarında. Qasımla o qədər xoşbəxt idiki.. .
Qasıma olan saf, ülvi sevgisi onun gözünü elə tutmuşdu ki, ətrafdan xəbəri yox idi.
İnsafla , Qasımda ona qarşı çox yaxşı idi.
-Bəs nə oldu? Nə dəyişdi?
-Bəlkə səhv həqiqətən də ondadı?
-Bəlkə özünü sevdirə bilmədi Qasıma?
Bəlkə, bəlkə … Bəlkələrlə dolu bir ömür…
Qapının zəngi çalındı,
Qasım idi. Sir-sifətindən zəhirmar yağırdı.
– Maşın gözləyir, uşağı götür, düş aşağı.
Mənə bax, birdən orada artıq-əskik soz deyərsən ha!
Başını aşagı salıb uşagınla məşgul ol. Elə etmə ki, uşagı əlindən alıb, əxlaqsız adıyla səni qovum..
Gülşən pilləkənlərdə quruyub qalmışdı, nə irəl, nə də geri addım ata bilirdi.
-Yuxuda görürdü bunları? Qasımın davranışları qan qoxulu idi.
Heç nə deməyib maşına əyləşdi. Sükutu hərdən Zəhranın qıgıltısı pozurdu. Ünvana çatdılar. Cəhənnəm yuvası qucaq açmışdı onlara.
-Açmışdımı?
-Bax o da sual altında idi..
Evə keçdilər. Qarşılayan olmadı. Mətbəxdən səslər gəlirdi. Deyəsən baldızı da burdaydı.
Divarlar onu sıxmaga başladı . Əşyalarını götürüb otağa qalxmaq istəyirdi ki, Qasım hardansa peyda oldu.
– Nə durmusan burada?
Get anamla görüş.
– Bilir gəldiyimizi, çölə çıxmadı axı.
– Sən getməlisən, sən gəlinsən.
Gülşən səsizcə mətbəxə keçdi. Qaynana, baldız görməməzlikdəm gəldilər. Gülşən salam verib qaynanasına yaxınlaşdı.
– Uzaq dur, ifritə. Niyə qayıdıb gəlmisən?
Gülşən qorxa – qorxa Qasıma baxdı.
– Ana, bir səhvdi edib, söz verib, indən belə bu evdə səsi çıxmayacaq.
Gülşən mat-məəttəl qalmışdı. —Burada nələr baş verirdi?
Uşagı götürüb yataq otağına keçdi. Çox keçmədi,
” qəhrəman ər” özünü yetirdi.
– Bax, bu gündən anamın qulusan. O nə dedi, o da olacaq.
Gülşən ağzını açıb danışmaga heyifi gəldi. Heç nə deməyib Zəhranı yatızdırdı.
Özü də durub ev işləri ilə məşğul olmaga başladı.
Eyni həyat Gülşəni artıq bezdirməyə başlamışdı.
Əvvəllər ayda bir dəfə də olsa valideyinlərini görməyə gedirdisə, artıq 3 ay idi ki, bu görüş ləğv edilmişdi.
Gündə 1 dəfə anasıyla danışmağa icazə verilirdi.
Küçəyə çıxışa da qadağa qoyulmuşdu.
Qasımın bu hərəkətlərinə ad tapa bilməyən Gülşən Zəhrayla təsəlli tapırdı. Rəsmən türmə həyatı yaşamağa məhkum edilmiş zavallı Gülşən ruhunu cismindən ayrı hiss edirdi.
Evə ruh kimi gəlib gedən Qasıma söz demək mümkün deyildi. Evdə demək olar ki hamı küsülü idi. Hərdən qaynananın deyinməsi olmasa Gülşən bu gedişatla razılaşmışdı.
Demək olar ki o yaşamırdı.
Məqsədsiz, arzusuz, ümüdsüz, ən əsası sevgisiz bir həyatla yol yoldaşı olmuşdu.
Günlərin bir günü telefonuna gələn zəng bərbad olan həyatına “rəngarənglik” qatdı..
-Alo, buyurun.
-Salam. Zəng vurdum ki, biləsiniz, biz Qasımla bir-birimizi sevirik. Yolumuzdan səssizcə çəkilib gedin.
-Alo, alo…
Dəstəkdən gələn səs itib batdı…
Qara günlərin “hədiyyəsi” qabaqdaymış. Yox, bu qədər də olmaz-deyə düşünən Gülşən
-bu gün hər şey bitəcək.
Qasım yenədə səssiz-səmirsiz gəli, mətbəxə keçdi.
Anasınım hazırladığı yeməyi yeyib, salona keçmək istəyəndə Gülşəni əli qoynunda mətbəxin qapısında dayanan gördü.
Qaşqabağını sallayıb, nifrətlə Gülşəni süzdü.
– Nə dayanmısan, məni güdürsən?
– Yox.
-Onda rədd ol get.
Qasım ayaq üstə güclə dayanırdı. Gülşən onun düz yolda olmadığını görürdü. Amma nə edə bilərdi? Onun bu evdə özünə belə ixtiyarı çatmırdı.
Acınacaqlı vəziyyət idi. Səs -küyə gələn qaynana Gülşəni güclə Qasımın əlindən ala bildi.
Gülşənin iniltisi hər tərəfə yayılırdı. Ağrıdan gecələri yata bilmirdi. Qasım vurduğu təpik qabırgasını sındırmışdı .
Üz-gözü də şiş içində idi, vəhşicəsinə döyülmüşdü.
Evə çağırılan tibb bacısı nə qədər israr etsə də, xəstəni xəstəxanaya aparmaga ailə razı olmurdu.
İşin böyüyəcəyindən qorxan Qasım iynə-dərmanla evdə sağalacaq deyib durmuşdu.
Günü-gündən pisləşən ailə münasibətləri Gülşəni bezdirmişdi.
Qasım yeni bir bəhanə tapmışdı. Gülşən çadraya keçməli idi. Hətta evdə belə, qaynatasına görə hicab taxmalıydı.
Gülşən intihar həddinə çatmışdı. Axşamlar vaxt tapanda sızıldayan ayaqlarını qucaqlayıb çıxış yolu axtarırıdı.
Evin pəncərələri dəmir barmaqlıqlarla örtülmüşdü. Pərdənin altından pəncərəyə qara üzlüklər çəkilmiş, həyətə düşməyə də qadağa qoyulmuşdu.
Qasımın hansı məzhəbə qulluq etdiyi bəlli deyildi .
Nə içkidən, nə narkotikdən, nə də əxlaqsız həyatından uzaqlaşmışdı.
Maraqlısı o idiki, bu qadagalar ancaq Gülşən üçün idi.
Çıxış yolu tapa bilməyən Gülşən uşagı da götürüb evdən qaçmaq qərarına gəldi.
Amma necə, hara?
Suallar onu boğurdu.
Qasımdan da qorxurdu. Tapsa, tapdığı yerdə öldürəcəkdi.
Lap canını qurtarsa belə, cəmiyyətin vurduğu damgadan qurtula biləcəkdimi?
Filənkəsin arvadı evdən qaçıb.
Müxtəlif mülahizələr, “ağıllı” məsləhətlər, geri qalmış fikirlər və ən əsası sərbəstlik axtarır ona görə qaçıb deyimi. Gülşən bunların hamısını yaxşı bilirdi.
Eşidən deyəcək;
– Özü sevib gedib.
– Nə istəyir axı, evi – eşiyi .
-Gül kimi balası var.
– Hamımız elə arvad olmuşuq.
– Arvad döyülər də, söyülər də.
– Nolub, o cürə yoldaşı var, alıb gətirir.
-Nə istəyir axı? Deyir çadra ört, ortməlisən də.
– Yəqin başqasın tapıb və s.
Bəs bu zavallı neynəsin axı?
Axır vaxtlar Qasım hər gün demək olar ki onu döyürdü. Qasım gələndə qorxusundan gözünə görsənmirdi.Hətta onun da üstündə döyülürdü.
Yemək niyə gec oldu, çay niyə qaynar deyil, duzqabı niyə əyri durub, palaz niyə belə sərilib, bir sözlə döymək üçün bəhanələr hər zaman tapılırdı.
Problemləri həll etmək əvəzinə birinin üstünə beşini qoyub Qasıma çatdıran qaynana, Gülşəni təhqir etməklə yanaşı, onun bu vəziyyətindən istifadə edib acıq verirdi.
– Görürsən, mənim qızımı necə saxlayırlar?
Gülşənin hər yerdən əli üzülmüşdü. Ata – anasıyla əlaqə tamamilə kəsilmişdi. Evlərini satıb, başqa yerdən ev alan Qasım ünvanı heç kimə vermirdi.
Beləcə bir ailə məhv olub gedirdi. Zəhra da günü gündən saralıb solurdu.
Gülşən Qasımla danışmaga dəfələrlə cəhd etmiş,
sonda günhakar çıxardırılaraq döyülmüşdü.
Gülşən sonuncu dəfə Qasımla danışmaq fikrindəydi. Axşamı həsrətlə gözləyirdi.
Bu gün evliliklərinin 3 ili tamam olurdu. Qasım yəqin çoxdan unutmuşdu onla olan xatirələri. Gülşən yenə də ümüd şamını yandırıb, pərvanətək başına dolanırdı. Qəlbindəki ümüd, dilindəki bəlkələr onun həyat hekayəsini 3 ilə beləcə gətirib çıxartmışdı.
Qapı açıldı. Qasımın gəlişi Gülşəni çaşdırdı. Əlində gül dəstəsi, yanında şirniyyat ..
Ola bilməz, Gülşən yuxu görürdü deyəsən.
Dəli kimi qaçıb Qasımı qucaqlayıb, sevincdən doyunca aglamaq keçdi könlündən. Qorxdu, Qasıma xoş getməz deyə.
Qasım onun üzünə baxıb gülümsündü. İlahi, neçə illərdi bu gülüşə həsrət idi Gülşən.
Onun tanıdıgı Qasım geri döndü. Sevincindən nə edəcəyini bilməyən Gülşən əl – ayaga düşdü. Süfrə düzəltdi. Uşagı geyindirdi. Evdəkiləri süfrəyə dəvət etdi. Mızıldana – mızıldana gələn qaynana gözucu, agzını büzüb süfrəyə baxdı. İstədi süfrənin düzlüşünə mız qoya, Qasımın baxışları sözünü agzında qoydu.
Qasım hər kəsə müraciət etdi.
-Əyləşin, bu gün evliliyimin 3- cü ildönümüdi.
Məsciddən gəlirəm, tövbə etdim.Bu gündən hər şey yoluna qoyulacaq.
Gülşən, çadranı özün istəmiyənədək baglama. Pəncərələrdəki qara üzlükləri söküb atın.
Ananın gözü az qalırdı yerindən çıxsın. Əlacı olsa idi, durub Qasımın agzını əli ilə tutardı.
– Bu evdə səs – küy eşitməyim.
– Başınızı aşagı salıb mehribancasına dolanın.
Gülşən dili – agzı qurumuşdu. Qulaqlarına inana bilmirdi.
Bir müddət evdə hüzur yerini tapdı. Heç kim Gülşənə dəyib dolaşmırdı. Qaynananın təhqirli atmacalarını qulaqardına vuran Gülşən Qasıma inanır, onun dediklərini edirdi.
Xoşbəxlik quşu 3 ay onlarda qonaq oldu.
Hər şey yaxşı idi. Evə bazarlıq edib gələn Qasımın Gülşənlə danışıgını eşidən qaynana, pislik donunu geyinib davaya hazır vəziyyətə gəldi.
Qasım Gülşənə tezliklə işə çıxa biləcəyini, uşagı bagçaya yazdırdıgını deyirdi.
Qapı zərblə çırpıldı.
– Məni bu evdə sayan yoxdu.
Mən bu evin böyüyüyəm.
Heç nədən xəbərim yoxdu.
-Ay ana, niyə əsəbləşirsən? Gülşən analıqdadı.
Zəhra da bagçaya getmək yaşına çatıb. Bagçaya qoyaq, Gülşən işinə çıxsın.
Burda nə varki?
– Bagçada nə bilirsən necə baxacaqlar? Döyəcəklər, yemək vermiyəcəklər.
– Bagça uşaq döymək üçün deyil, ay ana.
– Otursun baxsın gülməşəkər arvadın evdə. işinin adı nədi?
– Bəs deyirdin,baxa bilmir?
-Eh, sənin də agzının kəsəri yoxdu. Neynədisə,çadranı atdırı, indi də işə çıxardırsan.
– Ay ana, məhv olub getmişdim, həyata qayıtdım, səhvimi anladım. Sevinmirsən ki ailəm dagılmadı?
– Hm, əvvəl axır dagılacaq!
Qasım məsələnin uzandıgını görüb mətbəxə keçdi. Arxasıyca keçmək istəyən Gülşənə qaynananın sözü sillə kimi dəydi.
– Sən də azadlıq istəyirsən də, Anan kimi pis yola gedəsən.
Gülşən geri çevrilib;
-Ay xala, o nə sözdü deyirsən ?
Arvad himə bənd imiş, səsini atdı başına , aləm dəydi bir – birinə. Qasım nə qədər çalışsa da sakitlik yarada bilmədi. Qaynananın agzı necə qızmışdısa Gülşəni ən agır söyüşlərlə söyməkdən belə çəkinmirdi. Gülşən həm Qasımdan qorxurdu, həm də özündən böyüyə cavab qaytarmaq istəmirdi.
Qaynana Gülşənin səssizliyini məglubiyyət kimi başa düşüb, daha da kükrəyirdi.
Gülşən dözə bilməyib qışqırmaga başladı.
Neçə vaxtı yaşadıgı stress vulkan çevrilib püskürməyə başlamışdı. Ürəyi yerindın çıxacaq kimi tez – tez vurmaga başlamışdı. Artıq dözə bilmirdi. Belə olmaz axı?.
Gülşənin günahı nə idi?
Sevib ailə qurmaq?
Yoxsa hörmət edib cavab qaytarmamaq?
Qasımın ona tərəf çıxmagından hiddətlənən qaynana əlini belinə qoyub çəmkirdi;
– Səndə günah yoxdu,
günah sənin ərindədi.
Vaxtında dilini kəssəydi,
indi cavab verə bilməzdin.
– Mən sizə nə deyirəm axı?
– Ta nə deyəcəkdin ki?
– Siz mənim valideyinlərimi söyürsünüz. Mənim səssiz qalmagımı istəyirsiniz?
– Sənin səsin niyə çıxmalıdır ki? Sən kimsən ?
Gülşən sərhədi keçmək istəmədi. Hələdə qaynanasına siz deyə müraciət edirdi.
Qasım çölə çıxdı. Gülşən də balaca Zəhranl götürüb yataq otağına keçdi. Qaynananın hələ də səsi gəlirdi. Get – gedə səsinin tonu daha da qalxır, sanki döyüşə rəqib çagırırdı.
Gülşən səbrini basıb oturmuşdi. Yataq otagının qapısı zərblə açıldı. Budur, qaynana alov saçan 7 başlı əjdaha kimi içəri keçdi.
– Sən, nə qədər arsız adamsan, bu qədər söyüşdən sonra hələ də burdasan?.
Niyə çıxıb getmirsən dədənin xarabasına?
– Mən ailəmin yanındayam.
– Nə ailə, ailə salmısan? Səni əvvəl axır boşatdıracagam
– Niyə, səbəbin bilmək istəyirəm.
– Səbəbi bizim varlı, sizin kasıb olmagınız. Bu bəsdi, yoxsa davam edim?
– O səbəb deyil axı?
– Dilini kəs, elə etmə ki, bu evdə son gecən olsun!
Gülşən ayag qalxıb əşyalarını topalamaga başladı.. Burada qalmagın mümkünsüzlüyünü dərk edirdi . Qasımın qəfil gəlişi qaynananı daha da alovlandırdı.
-Hələ bitirməmisiniz?
– Günah ondadı. Mənə bayaq bilirsən nə dedi ?
– Nə?
– Bala, söz etmə, amma mənə elə söz dediki onu boşamasan südümü sənə halal etmərəm.
Gülşən ağzından artıq söz çıxartmadığını bilirdi.
Amma nə fayda?
Arvad dediyini deyirdi.
Qasım artıq səs – küydən yoruldu. Sakitlik yarada bilmirdi. Gülşən cavab vermirdi,
əlini üzünə tutub aglayırdı. Məkirli qaynana isə dediyini deyirdi.
– Sən ananı onun ayağına verdin, sən yaxşı ogul olsaydın, o mənə cavab verə bilməzdi.
Nifrət dolu sözlər Qasımın başı ətrafında fırlanır, qulaqlarına girmirdi. Birdən arvad yerə yıxıldı.Özünü elə göstərirdi ki, guya ürəyi gedib.
Gözlərini yumub açmırdı.
Gülşən bunun oyun oldugunu bilirdi. Evdə eri ilə də dalaşan kimi uzanıb yerə özünü bu vəziyyətə salırdı.
Qasım qorxuya düşmüşdü. Gülşən su gətirdi.
Nə qədər etsələr də arvad gözünü açmadı.
Bu dəmdə Zəhra agladı.
Gülşən onu qucagına götürüb gəldi.
Qapının zəngi çalındı.
Gələn Qasımın atasıyla, bacısı idi. Səhnə yenidən quruldu.
Baldız səsini atdı başına.
– Anama nə etmisiniz?
-Niyə ayılmır?
-İndi özünə gələr deyə Qasım qorxa – qorxa cavab verdi.
– Hamısını edən sənin arvadındı. Anam burada ölür sən hələ də onun tərəfin tutursan. Sən sən olsan o heç nə edə bilməz.
Sənsən günahkar, sənsən…
Sözlər qulaqlarında cingildəməyə başladl Qasımın. Nə qədər etsə də özünü ələ ala bilmədi.Dəli kimi qışqırıb Gülşənin üstünə hücum çəkdi. Qaynana baldız baxışıb xısın – xısın güldülər.
Qasım Gülşəni döyməyə başladı Balaca Zəhranın səsi aləmə yayılırdı. Gözü heç nə görməyən Qasım Gülşəni döyməkdə davam edirdi. Qasımın əlindən birtəhər qurtaran bədbəxt 2 – ci mərtəbəyə qalxdı.
Qasım dəli kimi qışqırır, onu öldürəcəyi ilə hədələyirdi.
2 ci mərtəbədəki mətbəxin bir qapısı eyvana açılırdı.
Otaqdan girişi olan mətbəxin qapısını baglaylb tir – tir əsən Gülşənin son ümüd yeri bura idi. Qasım nə qədər qışqırsa da qapını açmadı.
Zəhrayla səs – səsə verib aglayırdılar. Qasım qapını açmagı bacardı. Gülşənin üstünə hücum çəkib söyüşlə bərabər sillə yağışına tutdu.
İlahı, vəhşi Qasım qayıtmışdı.
Eyvana qaçan Gülşən uşagını bərk-bərk qucaqlayıb imdad diləyirdi. Ağzı-burnu qan içində, ağrıdan yerdə qıvrılan bəxtsiz gəlini zorla ayağa qaldırıb yenidən döyən Qasım sanki havalanmışdı. Gülşən yalvarırdı.
– Zəhraya dəymə, onu vurma.
Qasım Zəhrsnı bir top kimi onun əlindən alıb kənara tulladı. Uşağının yanına yüyürən Gülşənin qarnına təpiklə vurub yerə yıxdı. Gülşən son gücünü topalayıb, sürünə – sürünə uşaga sarı getdi, onu qucaqladı.
Bu dəmdə Qasımın təpiyi uşaga dəydi. Uşaq Gülşənin əlindən həyətə düşdü. Gülşən dəli kimi hayqırdı. Gözü qanla örtülən Qasım onu da vurub eyvandan saldı.
Zəhra yerə düşən kimi mələyə çevrilmişdi. Gülşən Zəhradan sonra iki gün yaşamadı. Qızının ölümünü bilmədən bu dünyaya əlvida dedi.
Ruhi xəstəxanaya yatırılan Qasım nə etdiyini indi anlayırdı.
-O nə etmişdi?
-Ailə qatili idi.
-Onu yoldan kim çıxartdı?
-İçindəki şeytan?
-Yoxsa evdəki insan cildindəki şeytanlar?
Bu acı ilə yaşaya bilməzdi Qasım.
Fürsət tapan kimi damarlarını kəsib intihar etdi.
Söz – söhbətin, müdaxilənin məhv etdiyi bir ailə məhv olub getdi.
Ölüm yüklü sevgisini cəmi 3 il yaşada bildi bu bədbəxt cütlük…

Müəllif:Leyla YAŞAR

LEYLA YAŞARIN YAZILARI


“YAZARLAR”  JURNALI PDF

YAZARLAR.AZ
===============================================

<<<<<< WWW.USTAC.AZ və  WWW.BİTİK.AZ >>>>>> 

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

Aqşin Evrən və Xəzər Süleymanlının “Ayrılıqların təkrarı” romanında küllərdən doğulan sevgi… – Səma MUĞANNA

Səma MUĞANNA

AQŞİN EVRƏN VƏ XƏZƏR SÜLEYMANLININ “AYRILIQLARIN TƏKRARI” ROMANINDA KÜLLƏRDƏN DOĞULAN SEVGİ…

Talelər, əslində, insanların yaşadığı bir imtahan deyil. Talelər insanların yenidən doğulduğu bir dünyadır. O dünyanın insanları talelərini özlərinin qurduğunu zənn edirlər, ancaq bu belə deyil. O hadisələr, xatirələr yaşanıb və bitib, lakin insanlar onları qəflətən yuxudan oyadıb işgəncə verməyə çalışırlar, ancaq anlamırlar ki, onların taleləri yuxudan oyandığı saatdan hər zərrələrinə hopubdur.

Çoxları taleni bir az nakam sevgiyə, bir az da xəyanətə bənzədirlər. Xeyr, bu belə deyil. Tale ayrılıq və sevginin gücündən yaranan məzlumdur. O məzluma əzab verən də sevgi, yaxud xəyanət deyil, insanlardır. İnsanlar ilk yaşadığı sevgilərini təqvimdə necə təmtəraqla, daxilindən qopacaq bir xoşbəxtliklə qeyd edirlər, ancaq bilmirəm diqqət etmisinizsə, ayrıldıqları günü təqvimdə deyil, yaddaşlarına qeyd edirlər. Bunu bəzən “tale oyunu” adlandırırlar. Daha düşünmürlər ki, günahkar tale yox, elə insanların içində böyüyən sevgi və xəyanət məxluqlarıdır. Hansı ki, o sevgi də deyil, ancaq çoxları onu sevgi adlandırırlar. Bu, əslində, onlardan doğulan “ayrılıq”dır. Bir düşünün, necə ki, siyah-bəyaz bir-birinə ziddirsə, eynən sevgi və xəyanət də elədir. Onların nifrətindən doğulan isə ayrılıqdır.

Ayrılıq daima təkrarlana bilər də, bilməyə də. Bu yenə də insanlardan asılıdır. Sevgi və xəyanəti, ən əsası talenin qollarından tutub dörd divara, yaxud parçalanmış bir qəlbə həbs edə bilərsən, ancaq ayrılığı heç vaxt. Ayrılıq təkrarları, yaşanmış hadisələrin bir daha yaşanmağını sevmir, heç vaxt da sevməyib, ancaq onu dinləməyib, bu uzun yolda onunla savaşmağı qərara aldı. Çox savaşdı, həm də ən son dəqiqəsinə qədər. Sonunda qalib gəldi, lakin ömür səhifələrinin bir hissəsində taleyini, dörd divarın arasında isə ayrılığı qoyub, sevgini, yəni Nərmini tapa bildi.

İki əfsanənin birlikdə ərsəyə gətirdiyi xəzinədən danışdığımı yəqin ki, anlamısınız. Xəzinə dedim, çünki bu kitab əfsanələrlə dolu bir xəzinədir. Əminəm ki, müəlliflərin oxucuları da mənimlə həmfikirdilər. Tam səmimi söyləyim ki, romanı ilk aldığım gündən bəri necə olduğunu təxmin etmişdim. Oxucuların çoxu romanın ilk səhifəsini açıb oxuduqda artıq sonunun necə bitəcəyini maraqla və həyəcanla gözləyirlər, ancaq mən bir oxucu olaraq romanın nə sonluğunu, nə də hər səhifəsindən sonra hansı hadisələrlə qarşılaşacağımı deyil, hər sətrinin yaddaşıma hopub, onu analiz etməsini gözləyirdim. Bu duyğunu izah etmək çox çətindir, çünki mən özüm də gənc yazaram. Oxucularımdan aldığım fikirlərlə yanaşı, onların hansı emosiyaları yaşadığını, hansı duyğulara qapandığını həm anlayıram, həm də anlamıram. Əksinə, bəzən sual doğurur məndə, eynən Aqşin Evrən və Xəzər Süleymanlı kimi. Hər dəfə oxuyarkən təkrar-təkrar analiz edir, nəticə çıxarır və o hadisələrin ətrafında dövran edirəm. Onu deyə bilərəm ki, müəlliflərin xəyal gücünə əhsən!

Reallıq və mistikanın vəhdət təşkil etməsi məni heyran qoydu. Romanı oxuyub bitirdikdən sonra belə dodaqaltı bu fikirləri təkrarən söylədim: Xəritə, Mehran, Ofeliya və Nərmin. Ayrılığın birləşdirdiyi talelər. O talelərə bağlı olan xəritə. Sizcə, o xəritə kimdir axı?

O xəritənin kimliyini mən deyil, bağlı qapıların arasında gizlənən sirlər, gözlənilmədən baş verən ayrılıqlar və Mehran ilə Nərminin daxilində itib-batan “Antik tənhalıq” mağazasında dərin yuxuya dalan mücrü açacaq. O mücrü küləyin “açıq” və digər üzünə “bağlı” olan mağazanın taleyinə cavab verməyə çalışırdı, eynən mücrü də Mehran və Nərminin tale nöqtələrini əlinə alıb, xəritənin kimliyini açıqlayacaqdı.

İndi isə başlayaq Mehran və Ofeliyanı ayıran, ancaq Mehranın həyatına günəş kimi doğan Nərminin “Antik tənhalıq” mağazasından. Mən düşünürəm ki, küləyin orada böyük rolu var. Romanda ilk cümləsində deyilir ki, “Külək “Antik tənhalıq” mağazasının qapısından asılmış bir üzünə “açıqdır”, digər üzünə “bağlıdır” yazılan lövhəni o tərəf-bu tərəfə çevirir, sanki kiminsə taleyi ilə bağlı vacib bir qərar verməyə tələsirdi”.

Bu, çox doğru fikirdir.  Külək bilirdi ki, Mehran xəritəni illərdir ki, axtarır. Onu da bilirdi ki, Mehran xəritəni də, kimliyini də tapsa, Ofeliya onun həyatından çıxmaqla yanaşı, kül olacaqdı. Bilirdi və bilirdi ki, Mehran Ofeliyayla xoşbəxtlik açarını tapıb, növbəti qapıların kilidlərini açarla aça bilməyəcəkdi. Diqqət etmisinizmi, Mehran hər dəfə 1874-cü ilin qış fəslinə qayıtdıqda Ofeliyanın kimliyini unudur və yalnız o xəritənin başlanğıc və son nöqtəsini axtardıqca dəliyə dönür. O evin divarlarının hər küncü, yatağı belə Ofeliyanın ruhuyla lənətlənib. O xəritəyə işgəncə verən də Ofeliyanın “Qan qartalına” bürünmüş lənətlənmiş ruhu idi. Ofeliya həqiqətləri daxilində gizlədib, Tanrının ən uca varlığı olan sevgini geyinmişdi bədəninə. Hər şey bir kənara, sizcə, Ofeliya Mehranı həqiqətən sevsəydi, rəfiqəsi Lamiyənin qardaşı Ramalla qoşulub qaçardı? Əsla! Bu da bir kənara xəritə olmasaydı, həqiqət nə qədər acı da olsa, Mehrana etiraf etməyəcəkdi? Ofeliya anidən yox olub illər sonra həqiqi bədəninə geri döndü və Mehranın gözləri önündə dayandı. Dayana bilərdimi? Yox, təbii ki, dayana bilməzdi…

Mehran Ofeliyanı itirməklə yenidən dünyaya gəldi. Təkrar yaşadığı taleyini yenidən özü yaratdı. O, taleyinin memarı olub, onun üzərində işlədi, eynən xəritə kimi. Elə yeri gəlmişkən romandan bir sitat gətirim: “Keçmişin ardınca qaçmaq gələcəyi sürətlə itirməyin ən asan yoludur”.

Mehran keçmişinin arxasınca qaçırdı. Qaçmaqla bərabər bütövlükdə hər zərrəsini itirir və 30 parçaya bölürdü. 30 parça, 30 insan, 30 ampul. Şifrələnmiş həyat hekayələri, neçə-neçə insanın qurban getdiyi talelər. Sual yaranır ki, 30 ampul nədir axı? Məsələyə bir başqa yöndən baxdıqda özünü Nərminin əmisi, əslində isə doğma atası olan Burxanın dəhşətlər doğuracaq “Medi Sina Mru” klinikasından başlayır. Qəribə bir adla tanınan bu klinika da şifrələnmiş həyat hekayələrinin parçalanmış hallarıdır ki, bu, Mehranla Nərmini birləşdirir.

Klinikanın  adını dəfələrlə oxuduqda həmin hissəyə gözümü avtomatik olaraq zilləyirdim. Demək, tək ayrılıq yox, insanın bütövlükdə yaşadıqları ona təkrarən yaşadılır. Ən dəhşətlisi isə o oldu ki, Burxanın illərdir insan alveri ilə məşğul olmasıdır. Bəlkə də bu vəhşiliyin üstü örtülü qalacaqdı, ancaq Mehran yaddaşına hopan fikirləri bir-bir analiz edib, bu faciəylə bitəcək insan ömürlərinin yarısını da olsa, qurtara bildi. Məni dəhşətə gətirən isə bu klinikanın adı oldu. Klinikanın əsl adı Simurq quşumun olmasıdır. Simurq quşu da kül olub, küllərindən doğulan bir quşdur, həmçinin 30 quşun simvoludur. O 30 quşun hər biri bir Simurq quşudur. Sizcə də bu, möcüzə deyilmi? Bu möcüzə Mehran və Nərminin sevdası idi.

Mehran, Ofeliya, Burxan və Nərminin talelərindən danışdıq. Artıq illər keçdi, saatın dəqiqələri gələcəyi görməyə can atmağa çalışdı, lakin unudulan bir məqam qaldı, o da Nərmin. Nərmin o gün niyə təcili olaraq evini tərk etdi? O, həqiqətən də Mehranı Ofeliya kimi atıb gedəcəkdimi? Bu yeni doğulan suallar necə ki, Mehranı uçuruma sürükləyirdisə də, Ofeliyaya olan şübhələrini də Nərminin üzərinə hədəfləyirdi, ancaq bu o demək deyildi ki, Mehranın Nərminə olan sevgisi azalırdı, xeyr, əksinə, özü də bilmədən daha da çox artırdı. Mən onun necə bir hiss olduğunu çox gözəl anlayıram. Mehranın Nərminin “tapılmayan cəsədi” xəbərini eşitməsi. Burxanın cəsədi məlum idi, ancaq Nərmininki… Bu 3 nöqtəni tamamlamaq belə qeyri-mümkündür. Mehran da bunu bilirdi ki, Nərmin ölə bilməz. Elə bu fikirlə də, o məktubu da, hər şeyi də əlinə alıb uzun yola çıxdı. Qatarın yolu onu ilk xəritəyə, daha sonra Nərminə aparırdı. Mehran bu duyğularla da bərabər irəlilədi və xəritənin də özü olduğunu bir daha təsdiqləmiş oldu.

Mehran xəritəni tapmaqla yanaşı, ondan qopan parçaları da birləşdirib gələcəyə addımladı. Aylar öncə Ofeliyayla daxil olduğu “Antik tənhalıq” mağazasına indi Nərminlə addımladı. Külək həqiqətən də onların taleyi ilə vacib qərarı elə bu gün verdi.

İlkin mənbə: edebiyyatqazeti.az

Müəllif: Səma MUĞANNA


SƏMA MUĞANNANIN YAZILARI


“YAZARLAR”  JURNALI PDF

YAZARLAR.AZ
===============================================

<<<<<< WWW.USTAC.AZ və  WWW.BİTİK.AZ >>>>>> 

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

ZAUR USTAC İLƏ GÖRÜŞ OLACAQ

Zaur Ustac haqqında məlumat

Əziz gənclər! “Ədiblərimiz” layihəsilə yenidən qarşınızdayıq.

Budəfəki qonağımız “Yazarlar” jurnalının baş redaktoru, tanınmış ziyalı, şair, yazar Zaur Ustacdır.

Ədibimİz keçiriləcək görüşdə öz yaradıcılığından və söz sənətinin incəliklərindən danışacaq.

Sirli sözlərlə dolu şair dünyasına edəcəyimiz səyahəti qaçırmamağınız tövsiyə edilir.

🗓️ Tarix: 27 yanvar🕗 Saat: 20:00

Görüş “Zoom” platformasında baş tutacaq.📥 Qeydiyyat linki https://chat.whatsapp.com/C0xzmsVFPjM50W1oOjUfCk


“YAZARLAR”  JURNALI PDF


YAZARLAR.AZ

===============================================

<<<<<< WWW.USTAC.AZ və  WWW.BİTİK.AZ >>>>>> 

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

ŞƏLALƏ CAMAL – FANTAZİYA

ŞƏLALƏ CAMALIN YAZILARI

Fantaziya 

(felyeton)

Beş mininci  il də gəlib çatdı. Çox dəyişikliklər, fərqliliklər var. Min illər biz insanlar heyvan əti ilə qidalanırdıq. Amma indi heyvanlar da adi qaydada qidalanır. Quşlar, mal – qaralar insanlar kimi ayaqqabı geyinir, ziynət əşyaları taxır, salonlara gedirlər. Heç də pis görünmür.

İndi insanlar ədviyyatlı ərzaqlarla qidalanırlar.

Atları dənizdə görmək çox maraqlıdır. Onlara çimərlik geyimləri necə də gözəl yaraşır. Insanlar qoyunlarla bir gəzir, atlarla oturub dururlar.  Hər heyvanın da özünəməxsus işi var. Şəxsən gördüyümü deyəcəım.

         Bir xəstəxanaya girdim. Baş həkim at idi. registrasiyada oturan xanım (hansı ki, məni birinci palataya göndərdi) keçi, xəstəxananın süpürgəçisi isə eşşək idi.  Məəttəl qaldım: normal danışırdılar, insani hərəkət edirdilər. Orada pələng də gördüm. Açığı üstümə hücum edər deyə çox qorxdum. Lakin elə deyildi. Onunla tanış oldum. O qədər gözəl xasiyyəti var idi ki, gəl görəsən. Gözündən əməliyyat olunmuşdu, çox heyif.

         Mən xəstəxanada çox qalmadım, cəmi iki gün yatdım. O da ki, onurğa sümüyüm bir balaca əzilmişdi deyə özümü narahat hiss edirdim. Xəstəxanadan evə göndəriləndə bir az eynim açılsın deyə mağazalara baxmaq üçün çıxmışdım. Hə… bu arada artıq şəhər, kənd ayrı – seçkiliyi yoxdur. Ancaq dağlıq olan yerlər kənd sayılırdı. Ona da mikrokənd deyirdilər. Qalan kəndlərdə isə ağacları, meşələri yox etmiş, yerində göydələnlər ucaltmışdılar. Bu isə makroşəhər sayılırdı. Nə isə, mən mağazalara baxırdım. Satıcılardan it olanı da var idi, eşşək olanı da. Küçədən toy maşını keçirdi. Dönüb baxdım ki, bir adam quzu ilə evlənirdi. Çox qəribə zamandı.

         Mən gələcəkdən keçmişə birbaşa sualtı raket vasitəsilə qayıtdım. İndi  2014 – cü ildir. Amma bu hadisəni kimə danışıramsa inanmır, gülür. Demək olar ki, hamı məni dəli, ya da sadəcə yalançı kimi qəbul edir. Düz də edirlər. Amma mən yalan danışmırdım.

2014.

Müəllif: Şəlalə CAMAL,

Yaradıcılıq məsələləri üzrə menecer.

ŞƏLALƏ CAMALIN YAZILARI


“YAZARLAR”  JURNALI PDF


YAZARLAR.AZ

===============================================

<<<<<< WWW.USTAC.AZ və  WWW.BİTİK.AZ >>>>>> 

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

FƏXRİMİZ HACI ƏLİYEV “MƏN KİMƏM” RUBRİKASINDA

HACI ƏLİYEV

“MƏN KİMƏM?”

“Yarışlarda çempion olduqda yaşadığımız o hiss və yaxud himn oxunur və sən zala daxil olanda 10-20 min insanın ayağa qalxıb səni qarşılaması, sənin zəfərini öz zəfərləri kimi görməsi, səninlə qürur duyması sənin üçün əvzolunmaz bir vüqardır, qürurdur.”

Haci Aliyev

“MƏN KİMƏM” RUBRİKASININ İLK MÜSAHİBİ HAMIMIZIN SEVİMLİSİ, FƏXRİMİZ HACI ƏLİYEVDİR. QƏHRƏMANIMIZI TANIYAQ:

-” Mən Hacı Əliyev Azər oğlu (Haci Aliyev) 21 aprel 1991-ci ildə Naxçıvan şəhərində anadan olmuşam. 8-9 yaşımdan idmanla məşğul oluram. Atam əvvəllər sərbəst güləş üzrə məşqci olub. Orta təhsilimi Naxçıvan şəhərində başa vurduqdan sonra ilk bakalavr təhsilimi Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasında almışam. Hal-hazırda isə Bakı Dövlət Universitetində Hüquq fakültəsinin 2-ci kurs tələbəsiyəm. Bundan əlavə, Sərhəd Qoşunlarında zabit vəzifəsini icra edirəm. 2014-ci ildə ailə həyatı qurmuşam və 3 yaşlı bir qızım var. Məncə, gənc idmançılarımız nə qədər tez ailə həyatı qursalar bu onlar üçün bir o qədər faydalıdır. Onlar yarışlara hazırlaşdıqları zamanlarda da ailələri onların yanında olur və onları dəstəkləyirlər. Ailən olduğu zaman ilk növbədə məsuliyyətli olursan. Uşaqlıq illərim Naxçıvanda keçib, 2000-ci ildə isə Bakıya köçdük və o vaxtdan Bakıda yaşayırıq. 2013-cü ilədək kirayədə qalmışıq və maddi durumumuz elə də yaxşı olmayıb. 2001-2002 ci illərdə artıq yarışlar başlayırdı və yarışlara çıxmağa belə imkan edə bilmirdim. Hətta atam yarışda iştirak etməyim üçün Naxçıvan şəhərindəki evimizi satdı. Artıq yarışlara çıxdıqdan sonra nailiyyətlərim də artmağa başladı. Düzdür, əvvəllər çox çətinliklər yaşayırdıq. Ən əsası da yarışlarda məğlub olmaqdan qorxurduq. Qorxurduq ki, valideynlərimizin və məşqçimizin reaksiyası pis ola bilər. Buna görə də, hər məşqdə daha çox çalışırdım. Hər zaman məşqlərə həvəslə gəlirdim. Məğlubiyyət nə qədər üzücü olsa da, əsəbləşsəm də, lakin mənə motivasiya verirdi, üzərimdə daha çox işləməli olduğumu anlayırdım. Bütün bu zəhmətimin qarşılığında 2014-ci ildə mən Avropa çempionu oldum və prezident mənə ev hədiyyə etdi. Bundan sonra nailiyyətlərim artmağa başladı. Dəfələrlə qalib oldum. Uşaqlıqdan dünya çempionu olmaq arzum idi, amma heç bir zaman düşünməzdim ki, nə vaxtsa arzum gerçəkləşəcək, düşünməzdim ki, Azərbaycanda Sərbəst güləş üzrə ilk dünya çempionu adını mən qazanacam. Prezident tərəfindən dəfələrə mükafatlandırılmışam: 2015-ci ildə Tərəqqi medalı, 2016-cı ildə fəxri diplom, 2017-ci ildə Azərbaycan Respublikasının fərdi təqaüdü və 3 ay sona isə Olimpiya təqaüdünə layiq görüldüm. 2015-ci ildə Bakıda keçirilən Avropa Oyunları demək olar ki, bu günə kimi mənim iştirak etdiyim yarışların ən çətini və məsuliyyəti daha çox olan bir yarış idi. Bu yarışda ilk görüşdə erməni güləşcisi ilə qarşılaşdım. Təsəvvür edin ki, mən bunu eşitdikdən sonra çox düşündüm. Bu yarışda məğlub ola bilməzdim, çünki mən bu yarışa dünya çempionu olaraq qatılırdım. Bu yarışda məni ən çox sevindirən o oldu ki, mən 7:0 hesabı ilə erməni güləşcisini məğlub etdim. Ən böyük hədəflərimdən biri Olimpiya çempionu olmaqdır. Mən Olimpiya oyunlarında bürünc medal əldə etsəmdə mənim ən böyük məqsədim, hədəfim qızıl medal qazanmaqdır. Hal-hazırda əsas hədəfim Tokyo Olimpiadasına lisenziya qazanmaqdır. Bunu əldə etmək üçün isə ilk altılığa düşməyim gərəkdir. Karyeramı 30 yaşımda sonlandırmağı düşünürəm niyə desəniz, çünki hal-hazırda 18-20 yaşlarında gənc idmançılar ortaya çıxır onlar bizlərə nisbətən daha enerjili və həvəsli olurlar. Mənim fikrimcə, 30 yaşdan sonra qalan və yarışlara davam edən idmançılar nələrisə əldə etmək üçün davam edir və mübarizə aparırlar. Karyeramı bitirdikdən sonra Milli Komandanın baş məşqçisi olaraq çalışmaq istəyərəm. Öz adıma sərbəst güləş məktəbi açmaq planlarımda var. Digər ölkələrin çempionlarının öz adlarına güləş məktəbləri mövcuddur. Məqsədim isə ora gənc idmançıları cəlb etmək və gələcəyin Avropa, Olimpiya, Dünya çempionlarını formalaşdırmaqdır. Düşünürəm ki, indiki gənclərin bir çoxu mənasız işlər, əməllərlə məşğul olur və öz gələcəklərinin məhvini formalaşdırırlar. Bunun əksi olaraq, hal-hazırda bir çox gənclərimiz istər idman, istərsə də digər sahələrdə işləyir, təcrübələr əldə edir və öz gələcəklərinin çırağını yandırırlar. Gənclərə məsləhətim odur ki, onlar vaxtlarını əyləncəyə deyil, gələcəkləri üçün müsbət təsir edəcək vərdişlərə yönləndirsinlər. Bizim bayrağımız dünyanın ən gözəl bayraqlarından biridir. Yarışlarda çempion olduqda yaşadığımız o hiss və yaxud himn oxunur və sən zala daxil olanda 10-20 min insanın ayağa qalxıb səni qarşılaması, sənin zəfərini öz zəfərləri kimi görməsi, səninlə qürur duyması sənin üçün əvəzolunmaz bir vüqardır, qürurdur. Yarışlardan sonra ölkəyə qayıtdığın zaman səni qarşılamağa gələn insanların sevinci insana həqiqətən də ifadə edilməsi çətin olan duyğular yaşadır.”

UĞURLARIN BOL OLSUN, HACI!BÜTÜN XƏYALLARIN GERÇƏK OLSUN! O BAYRAQ BAŞIMIZIN ÜSTÜNDƏ ƏBƏDİ DALĞALANSIN!

HACI ƏLİYEV HAQQINDA

Hazırladı: Tuncay ŞƏHRİLİ

TUNCAY ŞƏHRİLİNİN YAZILARI

“YAZARLAR”  JURNALI PDF


YAZARLAR.AZ

===============================================

<<<<<< WWW.USTAC.AZ və  WWW.BİTİK.AZ >>>>>> 

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

Qurban Bayramov – Əslində reallıq nədir?


Qurban BAYRAMOV
,
tənqidçi-ədəbiyyatşünas.

Növbəti erməni məkrinə (fitnəsinə) – erməniləşdirmə faktına münasibət  və yaxud, Ağdamda – Beşikdağ məbədinin əfsanəsi…

Əslində reallıq nədir?

     
Qarabağ qədim zamanlarda əsasən türklər və Qafqaz qəbilələrindən təşkil olunmuş qədim Azərbaycan dövləti olan – Qafqaz Albaniyasının tərkib hissəsi olmuşdur. Yuxarı Qarabağın Xankəndi, Ağdərə, Xocavənd, Şuşa, Düzən Qarabağın Bərdə, Tərtər, Ağdam, Ağcabədi, Füzuli, Beyləqan, həmçinin Laçın və Kəlbəcərdə arxeoloji tədqiqatlar zamanı aşkar edilmiş maddi mədəniyyət nümunələri, numizmatik dəlillər Qarabağın qədim maddi mədəniyyətini, etno-mədəni vəziyyətini, əhalinin sosial-iqtisadi səviyyəsini, məişət şəraitini, ümumiyyətlə, Azərbaycanın bu bölgəsinin iqtisadi, ictimai və mədəni tarixini hərtərəfli əks etdirir.
 

Albaniyada erkən orta əsrdə (IV əsrdə) xristianlıq dini qəbul edildikdən sonra Azərbaycanın tarixi torpaqları olan Qarabağ ərazisində IV-VII əsrlər tikinti mədəniyyətini səciyyələndirən xristian arxitekturası tipində, memarlıq üslubunda tikililər – alban xristian dini abidələri yaradılmışdır. 
   

Azərbaycanda Qafqaz Albaniyası dövrü abidələrinin əksəriyyəti öz ilkin formasını qoruyaraq dövrümüzə çatmışdır. Bu abidələr içərisində Kəlbəcər rayonunda Xudavəng məbəd kompleksi (XIII əsr), Laçın rayonu Kosalar kəndindəki Ağoğlan məbədi (IX əsr), Xocavənd rayonu Sos kəndindəki Amaras monastrı (IV əsr) və Ağdərə (IV əsr) rayonlarındakı Müqəddəs Yelisey məbədləri, Ağdərə rayonu Vəng kəndində Qandzasar məbədi (XIV əsr), Qərbi Azərbaycan (Hazırda Ermənistan respublikasının yerləşdiyi ərazi) ərazisində Haqapat məbədi, Qoşavəng məbədi, Ağtala məbədi, Tatev məbədi, Uzunlar məbədi, Yenivəng məbədi, Sənain məbədi alban məbəd memarlığının dövrümüzə qədər çatmış ən gözəl nümunələridir. Belə məbədlərdən biri də, Ağdamda Beşikdağ alban-türk məbədidir.
   

Ağdam bölgəsinin Şahbulaq ərazisindəki Beşikdağının zirvəsindəki el arasında Koroğlu qalası kimi tanınan, qədim Alban-türk məbədini erməniləşdiriblər… Bəli, uydurma əfsanə və yaxud, tarixin diqtə etdiyi reallıq… Bu yaxınlarda qəribə bir faktla qarşılaşdım. İnternet üzərindən azad olunmuş yuxarı Qarabağda aparılmış kosmik müşahidələri izləyərkən doğulub, böyüdüyüm Ağdam rayonunun Beşikdağ hövzəsində qəribə bir foto ilə qarşılaşdım. Bu fotoda, şərqdən qərbə baxanda Beşikdağın sol zirvəsində kilsə təsviri diqqətimi çəkdi. Bu nə kilsədi? Axı burada kilsə olmamalıdır… El arasında “Koroğlu qalası” adlandırılan bu abidə onillər boyu gözümüzün qabağında olubdur. Ahıl müdriklər danışardı ki, bu abidə yüzillər boyu burda mövcud olub… Əvvəlllər, yəni, ilkin dövrlərdə zərdüşt məbədi, sonar isə alban məbədi, Pənah xan dövründə isə gözətçi məntəqəsi olubdur…  Hətta Pənah xan tərəfindən 1752-ci ildə Şuşa – Pənahabad qalası tikiləndən sonra da, İbrahim xanın xanlığının süqutuna qədər Şahbulaq qalası xanın qış iqamətgahı kimi və Beşikdağ gözətçi məntəqəsi həmişə fəaliyyətdə olubdur… 
   

Beşik dağının şimal qutaracağında Xaçıncay tərəfə, Kəngərli kəndinə baxarında bir yaruslu  10-15 adam yerləşən böyük bir kaha da, “Koroğlu kahası” adlandırılırdı… Bu kahadan Beşik dağının içərisinə doğru bir adamın keçəcəyi lağım var… Deyilənə görə, bu lağm daha geniş bir kahaya keçiddir… Birinci kahada daşdan yonulma divan quruluşlu iri yataq yeri, təbii su yığılmaq üçün ovdan var ki, bu da, sübut edir ki, bü kaha xüsusi mühafizə dəstəsi üçün istifadə olunmuşdur.   Deyirlər ki, məkrli ermənilər bu kahanın divarlarına  da, xaç işarəsi çəkiblər….
 

 İndi isə Beşik dağındakı bu abidə ermənilərin uydurduğu Tiqrnakert şəhərinin, üstündə də erməni xaçı olan  “Erməni kilsəsi” kimi təqdim olunur…  Beləliklə, ermənilər bu abidəni də rekonstruksiya edərək erməniləşdiriblər…     
       

Belə bir erməni məkrinin, fitnəsinin mahiyyətini açmaq üçün tanıdığım mütəxəssislərlə – tarixçi, arxeoloq dostlarımla məsləhətləşmələr apardım, həqiqəti ortaya çıxarmaq üçün eksklüziv bir tədqiqat aparmaq qərarına gəldim ki, bu nəticələri sizlərlə bölüşürəm…    


Beşik dağı haqqında qısa məlumat:

Qarabağın ürəyi sayılan Ağdamın qədim tarixi abidələri minillik keşməkeşli illərdən keçərək bu günə qədər gəlib çatmışdır. Rayonun ərazisində aparılan arxeoloji tədqiqat işləri sübut edir ki, Ağdamın ərazisi qədim insanların yaşayış məskənlərindən biridir. Ağdamın Üçoğlantəpə deyilən yerdə aparılan arxeoloji tədqiqatlardan aydın olubdur ki, ilk qədim insanlar rayon ərazisində 6–8 min il bundan əvvəl, yəni, Eneolit dövründə (b.e.ə. VI–IV minilliyi əhatə edir, “mis dövrü” adlanır və daş dövrünün sonu – metal əsrinin başlangıcı hesab edilir) yaşamış, qədim əkinçilik və maldarlıq mədəniyyətinə bələd olmuşlar…
 

    Sonralar Azərbaycanda gedən tarixi proseslər nəticəsində ilk dövlət qurumları formalaşmağa başlayıb. Belə dövlətlərdən biri də Şimali Azərbaycanda yaranmış Albaniya quldar dövləti idi. Yeni elmi araşdırmalarda “alban” etnik adını qədim türk “alp”(cəsur, igid) sözü ilə bağlayırlar.”Kitabi Dədə Qorqud”da bu etnosun “alpanlar” şəklində yazılışı, “alp” köklü toponimlərin Quzey Azərbaycanda, həmçinin vaxtilə Alban dövlətinə daxil olan Cənubi Dağıstan və Şərqi Gürcüstanda  qalması yuxarıdakı ehtimalı daha da qüvvətləndirir… 
   

Alban hökmdarlarından Oroysun adını “Kitabi Dədə Qorqud”dakı Uruz adı ilə müqayisə edirlər.  Aran – Ağvan – Aquen – Ağoğlan – Ağdam (bu etnonimlərin kökündə “Ağ” sözünün durmasını təsadüf hesab etmək olmaz) adı da yalnız türk dillərində olması ilə izah olunur. Albanların Ay ilahəsinə daha çox sitayiş etmələri haqqında Strabonun verdiyi məlumat qədim türklərin “Ay Tenqri”sinə uyğun gəlir. Onlarla belə dəlillər əsasında “alban” etnik adı daşıyanlar türkdilli sayılırlar. Bəzi tədqiqatlara görə, burada yaşayan sakasenlər,  onlarla qohum sayılan massagetlər, qarqarlar da türk mənşəli olmuşlar… 
 

 Son dövrlərdə aparılan sanballı elmi tədqiqatlar  nəticəsində Qafqaz albanlarının türk mənşəli və türkdilli tayfa olması birmənalı şəkildə sübut edilmişdir.  O da, ehtimal edilir ki, Albaniyanın siyasi konsolidasiyası artıq Əhəmənilər imperiyasının son illərində və Makedoniyalı İsgəndərin işğalları dövründə başa çatmış, eramızadan əvvəl IV əsrin sonlarında isə Qafqaz Albaniyası vahid mərkəzləşmiş dövlətə çevrilmişdir.
   

Bu tayfaların ən qədimləri Qafqaz və türk dillərində danışan avtoxton etnoslar olmuşlar ki, bunlardan biri də, yüksək mədəniyyətə malik olan Qarqarlar Ağdam ərazisindəki  Qarqar çayı hövzəsi boyuca məskunlaşmışdılar. Bu isə Ağdamın Azərbaycan ərazisində ilk formalaşan dövlət quruculuğunda mühüm rol oynadığını bir daha əyani sübut edir. Bu barədə məşhur tarixçilərin, tədqiqatçıların əsərlərində yetərincə mühüm faktlar vardır və bu mənbələrdən aydın olur ki, türklər bu ərazilərin ən qədim, aborigen-aftoxton əhalisi olmuşlar… 
 

 Deməyim budur ki, Ağdam çoğrafi ərazisində tarixən ermənilərin olması və məskunlaşması absurddur!! Həmçinin, burada və Qarabağın dağ-yaylaq ərazisində olan xristian abidələri də, islamdan qabaq zərdüştizmi, sonrada xristianlığı qəbul edən aborigen türk tayfalarına mənsubdur, o cümlədən Beşik dağının zirvəsində olan abidə…   
 Ağdam rayonu ərazisində çoxlu tarixi mədəniyyət və incəsənt abidələri var. Buradakı Üzərlik Təpə abidəsi, rayonun Xaçındarbənd kəndindəki Qutlu Sarı Musa oğlu günbəzi (1314-cü il), Kəngərli kəndindəki türbə və daş abidələr (XIV əsr), Papravənd kəndindəki türbələr, məscid (XVIII əsr), Xanoğlu türbəsi (XVII əsr), Qarabağ xanı Pənahəli xanın Ağdam şəhərindəki imarəti (XVIII əsr), Natəvan və onun oğlunun türbəsi (XIX əsr), Şahbulaq qalası və s. kimi tarixi və memarlıq abidələri bunu aşkar sübut edir…
   

Bunlardan biri də, Beşik dağının zirvəsinə yerləşən, tikilmə tarixi IV-VII əsrə aid edilən, indi isə qirqorianlaşdırılan  Alban-türk Beşikdağ Alban-türk məbədi xristian məbəd-abidəsidir. Mənbələrə görə, bu məbəd tamamən Alban memarlıq üslubunda  Arşakilər 
sülaləsindən olan Qafqaz Albaniyası hökmdarı II Vaçe tərəfindən, tamamilə Alban-Türk məbəd arxitekturasında inşa etdirilmişdir…  
   

Onu da, bildirim ki, Erməni bənnalarından qabaq saxtakarlığı erməni tarixçiləri edir, böyük saxtakarlıqla bu qəbildən abidələrimizi erməniləşdirir, sonra da erməni bənnaları işə başlayırlar…
   

Bu abidə Şərqdən – Şirvanın, Şəkinin, yuxarıdan isə Qarabağın  bütün yüksəkliklərdən  görünür. Buna görə də, bu abidə əvvəl keşikçi qübbəsi kimi tikilibdir,  necə ki, Şabrandakı “Çıraqqala” təkin… Buradan həm, yuxarı dağlarda yerləşən “Gəncəsər”qalasına (Xaçın knyazlığının mərkəzinə), həm də Şirvan zonasına  od-ocaqla xəbərləşmə vasitəsi kimi istifadə edilibdir. Hətta, İbrahim xanın Şahbulaq qalasında məskunlaşan cağlarda da, artıq bu məbəd-abidə təmir edilərək keşikçi məntəqəsi kimi istifadə edilibdir… Bizim ehtimalımıza görə, indi Beşikdağı adlanan bu dağın əvvəlki adı Eşik (yəni son silsilə, ən eşikdə olan mənasında) və yaxud Keşik dağı olubdur. Sonralar uşaq nənnisinə-beşiyinə oxşadığına görə Beşik adını alıbdır… Belə ki, Beşikdağ sanki dağlıq və düzən Qarabağ arasında təbii sərhəd rolunu oynayır. Cənub-şərq tərəfdən ona Kür-Araz ovalığı, qərb tərəfdən isə Qarabağ yaylası birləşir…  Yeri gəlmişkən, qeyd edim ki, 30 il işğal altına olan Beşikdağ məbədi və dağın aşağı ətrafında yerləşəm alban xristian qəbristanlığı haqqında vikipediya səhifələrində verilən məlumatlar olduqca yanlışdır və erməni mənbələrindən alınmışdır…
 

Azərbaycanın digər dağ məntəqələrində bu cürə  abidələrin hamısı ilk öncə keşikçi məntəqəsi kimi tikilibdir. “Keşikçi dağı” ifadəsi – adını təsadüfi saymaq olmaz. Məsələn, Ağstafa rayonu ərazisində yerləşən Keşikçidağ abidələr kompleksi, Aveydağ, Tatlı, Yuxarı Əskipara məbədləri kimi ilk əvvəl keşikçi məntəqələri olmuş, sonralar funksiyalarını məbədlərə vermişdir…
   

Bir cəhəti də, qeyd etməyi vacib bilirəm! Bəzən kilsə ilə məbədi eyniləşdirirlər və fikrimizcə bu kökündən yanlışdır… Məbəd kilsə deyil və arxitekturası tamamən fərqlidir…. Məbəd Alban xristian türklərinə məxsus ibadətgahdır və Beşik dağının zirvəsində tikilən əvvəl gözətçi məntəqəsi olan abidə, sonralar genişləndirilərək, yenidən qurularaq Alban xristian türk məbədi olubdur…  İslam dövründə isə xalq, birmənalı olaraq, bu tipli abidələrin bir qismini Koroğlu qalası kimi anladıblar.  Belə bir rekonstruksiya və metaformoza hadisəsi Beşikdağı abidəsinin də başına gəlibdir…
   

Amma ən böyük məkri və qəddarlığı ermənilər ediblər. 1994-cü il mayın 12-dək davam edən hərbi təcavüz nəticəsində ermənilər Ağdam rayonunun 846,7 km², yəni ümumi ərazisinin 77,4 %-ni işğal etməyə nail oldu. Qarabağ uğrunda gedən döyüşlərdə 6.000-dən çox ağdamlı şəhid olub. 2010-cu ilin noyabr ayında Dağlıq Qarabağ separatçıları rayonun adını erməniləşdirmək məqsədi ilə Ağdamın adını dəyişərək Akna qoyublar, Şahbulaqdan  şimal-qərbdə dağın enişində yerləşən 
qədim xristian-türk alban qəbrlərini, Pənah xanın tikdirdiyi qalanı erməni abidəsi kimi dəyişdiriblər, muzey düzəldiblər, özlərindən Tiqranagert şəhəri uydurublar… Beşikdağ məbədinin də adını Vankasar monastrı qoyubkar… Yalan, məkr və saxtakarlıq, bax, budur!!
   

Bunu da, xatırladaq ki, hətta  XIX əsrin əvvəllərinə qədər Qarabağ dağlarında yerləşən məbədlər hələ də, Alban məbədgahı kimi fəaliyyət göstərmiş, ermənilərin dabanyalama xisləti ilə uzun müddət saxtakarlıq işi aparılandan sonra Rusya  çarlığının təsiri ilə 1836-cı ildə  bu abidələr Rusiya Müqəddəs Sinodu tərəfindən ləğv edilmiş,  Alban monastrına məxsus bütün mülk və əhali Erməni Qriqoryan Kilsəsinin  tabe edilərək erməniləşdirilmiş, bütün Alban dini kitbları, əlyazmaları məhv edilmiş, məbədgahlar isə kilsələşdirilmişdir…
 

Bundan sonra Qarabağda Alban Patriarxı İsraelin başçılğı ilə qiyam başlayır. Qiyam yatırılır, Alban patriarxı İsrael isə ölkədən qovulur. Tezliklə patriarx İsrael vəfat edir və bundan sonra Erməni Arxiyepiskou Hovannes Qraf İvan Qudoviçə yazdığı məktubda Qarabağ və Gəncədəki Alban Məbədgahları klsələşdirilərək mülkləri və dindarlarının Eçmiədzinin tabeliyinə verilməsini xahiş edir və buna nail olur…
   

İndi bu məkri, Beşikdağdakı qədim abidəmizin də başına gətiriblər ki, sonralar əllərində dəstəvuz etsinlər ki, guya bu torpaqlar ermənilərə məxsusdur…
 

 Bu qeydlərimlə bildirmək istəyirəm ki,  Ağdamın Beşikdağındakı qədim abidələrimiz, həmçinin, ümumiyyətlə, Qarabağda erməni məkrinə məruz qalmış bütün qədim ibadətgahlar öz ilkin vəziyyətinə salınmalı, tarixi gerçəklik bərpa olunmalıdır…  Bəli, bütün Qarabağda yerləşən tarixi məbədlər  Qafqaz Albaniyası dövrünün nadir abidələrindəndir. Saxtakarlıqların qarşısı alınmalı, abidələr əvvəlki – ilkin vəziyyətlərinə gətirilməlidir. Tarixi abidələri saxtlaşdıraraq özününküləşdirmək – erməniləşdirmək cəhdlərinə birdəfəlik son qoyulmalı, tarixi varisiyimizə yiyə durmalıyıq!!  

 08.01.2022.

Qurban BAYRAMOV,
tənqidçi-ədəbiyyatşünas.

QURBAN BAYRAMOVUN YAZILARI


“YAZARLAR”  JURNALI PDF

YAZARLAR.AZ
===============================================

<<<<<< WWW.USTAC.AZ və  WWW.BİTİK.AZ >>>>>> 

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

Gülyaz ƏLİYEVA – Ortaqlıq, ya qardaşlıq?

Gülyaz ƏLİYEVA

ORTAQLIQ, YA QARDAŞLIQ?

Vallahi, billahi, mən bu işə çox məətəl qalmışam, Müstəqilliyin illərlə arzusunda olmuşuq, niyə? Çünki, müstəqil dövlət heç kəsdən asılı olmayan, öz milli-mənəvi dəyərlərinə özü sahib çıxan, nə siyasətdə, nə iqtisadiyyatda heç kəsdən asılı olmayaraq qanun və qərarlar qəbul edən, öz dili, pulu, himni, gerbi, ordusu olan dövlətdir. Öz torpağına, vətəndaşına və dilinə sahiblik müstəqil dövləti şərtləndirən əsas xüsusiyyətlərdəndir. Şükür, biz müstəqilliyin çətin yollarında addımlayaraq bütün bunlara sahib oluruq, ərazimizə sahib çıxır, işğal olmuş torpağımızı geri alaraq qoruyur, bərpa edir, bayrağımızı yenidən əzəmətlə ucaldırıq. Və bu, bizim dövlətimizin bölgədəki müstəqilliyinin nüfuzunu get-gedə artırır və dünya dövlətləri artıq onunla hesablaşmağa başlayır. Bununla yanaşı, müstəqillik dönəmində ölkədə ana dilinin işləkliyi, istifadəsi ilə də bağlı da bir sıra qanun və sərəncamlar verilir. Doğrudur, müstəqillik əldə etdikdən sonra əcnəbi dildə yazılı reklamlar ölkəni daha çox başına alaraq, ana dilimizi obyekt adları və reklamlardan daha sürətlə sıxışdırnağa başladı. Amma inanırıq ki, görülən tədbirlər, xalqın ziyalılarının çoxsaylı müraciətlərindən sonra bu yöndə irəliyə doğru müsbət addımlar atılacaq və istər Bakı şəhəri, istərsə də regionlarda reklam və obyekt adları əcnəbi dillərin işğalından qısa müddətdə təmizlənəcək.

Bizim dilimiz çox zəngin və hər cür fikri – istər diplomatik, istər bədii və publisistik fikri ifadə etməyə qadir zərif və çoxşaxəli, əhatəli bir dildir.

Azərbaycan dili türk dilləri ailəsinə mənsub, ədəbi dil baxımından çox inkişaf etmiş, oz sabit fonetik, leksik və qrammatik qayda-qanunları möhkəmlənmiş, sabitləşmiş bir dildir. Vaxtilə  hətta Azərbaycan türkcəsi nəinki türklərin, hətta Qafqazdilli xalqların da ortaq dili olub. Ruslar Qafqaza gəlməmişdən bu bölgənin xalqları həmin ortaq dildə danışırdılar. Bu haqda çoxlu faktlar var və onun  fransız dilinin Avropadakı mövqeyi ilə müqayisəsi hamımıza məlumdur.

Əslində Azərbaycan türkcəsi türk dilləri içərisində kökünə daha çox bağlı olan, leksikası çox da dəyişikliyə uğramayan ən gözəl və ən mükəmməlidir, lakin biz bunu təbliğ edə bilirikmi? Anadolu türkləri müəyyən dönəmdə öz kökündən daha çox uzaqlaşıb, öz leksikasına daha çox əcnəbi sözlər daxil edib, nəinki biz. Əslində onlar bizdən çox söz götürə bilərlər, lakin etmirlər. Bunun da müxtəlif səbəbləri var. Bir tərəfdən Türkiyə 600 il imperiya olmuş dövlətdir deyə digər türk xalqlarına bir az böyük qardaş kimi baxır. Digər tərəfdən də biz sanki hər zaman kiçik qardaş olmağa öyrəncəliyik. Öz dilimizi təbliğ etməkdənsə, hansı dilinsə hegemonluğunu qəbul etməyi daha asan yol hesab edirik. Bu gün Güney Azərbaycanda olan türkçülük, dilinə sahib çıxma, onun uğruna dirəniş nə Quzey Azərbaycanda var, nə də Türkiyədə. Niyə mən bu barədə danışıram? Çünki hazırda yenidən gündəmə gələn  mövzulardan biri də ortaq türk dilinin yaradılması məsələsidir ki, bu barədə  AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunun baş direktoru Nadir Məmmədlinin APA-ya müsahibəsində oxuyuruq:

“- Məşhur alimimiz Afad Qurbanov bu işlə (Ortaq türk dili -G.Ə) peşəkar məşğul olurdu. Bununla bağlı layihə də hazırladı. Ondan sonra müxtəlif alimlər bu işlə məşğul olub. Bu günə kimi iş gedir. Burada müəyyən əngəllər var. O xalq udacaq ki, iqtisadi cəhətdən güclüdür. Hesab edirəm ki, Anadolu türkcəsi bütün türkdilli xalqlar üçün ortaq dil ola bilər. Türkiyə iqtisadi cəhətdən bütün türk dövlətlərindən güclüdür. “Kayu” cizgi filmi evlərə girəndən sonra balaca uşaqlar da türkcə danışmağa başladı. Bu gün İranda yaşayan soydaşlarımız da bizə meyllənmirlər, onlar da Türkiyə türkcəsində danışırlar. Zaman yolumuzu ora aparır. Tarixi şərait özü göstərir ki, iqtisadi cəhətdən güclü dövlətlər irəlidədir. Digər türk dövlətlərindəki yeni nəsil Anadolu türkcəsində çox söz işlədir. Düşünürəm ki, ortaq dil məfhumu yaransa, bu, Türkiyə türkcəsi olacaq. Lakin bu prosesin yekunlaşması uzanır.”

Məncə, ortaq dil məsələsi çox ağır mövzudur: “Onun incəliklərini bilmədən “ortaq dil yaradaq”, “birləşək” şəklində şüarlar verməklə iş getməz. Bu, çox ciddi araşdırma, üzərində çox ciddi işləmə tələb edən böyük problemdir. Dərindən düşünməmiş belə bir mövqe tutmaq dilimizin məhvinə aparıb çıxara bilər. Dilini sevən, onun dəyərini, incəliklərini bilən heç bir dilçi, məncə, bu fikrə düşməz.

Niyə axı biz M.Ə.Sabir demiş:

Çırmanırıq keçməyə çay gəlməmiş,
Başlayırıq qızmağa yay gəlməmiş,
Söz veririk indi, bir ay gəlməmiş?…

Bu yerdə C. Məmmədquluzadənin sözləri yadıma düşdü, ortaq əlifbanın qəbulu ilə bağlı dediyi sözlər…mən xoruza horuz deyə bilərəm, amma xəstə ölür, son nəfəsidir xırıldayırı, necə xəstə hırıldayır demək olar axı?!

Axı nəyə görə Sovet dövründə ruslardan qoruyub inkişaf etdirdiyimiz dilimizi müstəqillik dövründə “özümüzünkülərdən” qorumaq müşkülə çevrilib?!. Hərəsi dilin başına bir oyun açır. Bilmirsən, bu qəsdən, bilərəkdən, planlı şəkildə görülən bir işdir, ya düşünülmədən, təsadüfən olan bir iş. İndi dili sanki elə dilçilərdən qorumaq lazım gəlir! Nəyə görə?

“Kayu” cizgi filmini evlərə salıb yuxarı başa keçirməkdənsə,  balaca uşaqların öz ana dilinə sevgi yaradan cizgi filmlər çəkməyi, özümüzü, öz dilimizi təbliğ etməyi düşünmürük?! Bu yolla İranda yaşayan soydaşlarımızı da özümüzə meylləndirmək, təsir etmək əvəzinə onların da Türkiyə türkcəsində danışmasına rəvac veririk? “Kayu” cizgi filmini sıxışdıracaq, uşaqlarda maraq oyadacaq, kökümüzə soyumuza bağlayacaq, dilimizi, özümüzü sevdirəcək “Kitabi – Dədə Qorqud”un motivləri əsasında bir cizgi filmi çəkməyi, cənublu qardaşlarımıza da arxa olmağı niyə düşünmürük axı?! Kimdir bizə mane olan? Zamanın yolumuzu başqa yerə aparmasına deyil, bizimlə birləşməyə gətirməsi üçün iş görmək, çaba sərf etmək lazımdır. “Allahdan buyruq, ağzıma quyruq”la iş getməz! “Tarixi şərait özü göstərir ki, iqtisadi cəhətdən güclü dövlətlər irəlidədir”. Bizim iqtisadi qüdrətimizə nə gəlib? Niyə çalışmırıq ki, yeni nəsil Anadolu türkcəsində “anahatar”a meyl etməkdənsə, elə türklərdə də bizim işlətdiyimiz “açar” sözü işlənsin? Bizim müstəqil dövlətimiz var, Cənubda isə dilimizə sevgi çox artıb. Biz, Dərbənddən Həmədana, Bakıdan Kərkükə, Qarsa, İğdıra qədər Azərbaycan türkcəsinin inkişafına çalışmalıyıq. Şübhəsiz, bütün Türkiyəyə sevgimiz var və onlarla qaynayıb-qarışmada heç bir problemimiz yoxdur. Eləcə də Kərkük, Xorasan, ya Qaşqay türkləri ilə də.

Amma hər şey  qarşılıqlı olmalıdır. Yoxsa, indidən hegemonluğu kiməsə verməklə razılaşıb oturmaq düzgün dil siyasəti deyil, məncə.

Azərbaycanlı kimliyi, Azərbaycan dili bizə doğmadır. Ancaq bunu Türk kimliyindən və dilindən kənarda təsəvvür etmirik, bərabərhüquqlu qardaşlar olaraq təsəvvür edirik. Eyni atanın oğulları kimi. Daha böyük-kiçik qardaş misalı ilə yox. Böyük qardaşdan ağzımız bərk yanıb axı…

Bir millətik, iki dövlət
Eyni arzu, eyni niyyət
Hər ikisi Cümhuriyyət
Azərbaycan-Türkiyə.

Bir ananın iki oğlu
Bir ağacın iki qolu
O da ulu, bu da ulu
Azərbaycan-Türkiyə.

Yüz il bundan qabaq M.Ə.Sabir deyirdi:

“Osmanlıdan türkə tərcümə” – bunu bilməm
Gerçək yazıyor gəncəli, yainki hənəkdir;
Mümkün iki dil bir-birinə tərcümə, amma
«Osmanlıcadan türkə tərcümə» nə deməkdir?!.

Sabir türkcə deyəndə Azərbaycan türkcəsini nəzərdə tuturdu. O zaman Osmanlı türkcəsi Azərbaycan türkcəsinə baxanda daha anlaşılmaz idi. Biz Azərbaycan türkcəsini daha da inkişaf etdirməliyik, bütün sahələrdə ön plana çıxartmalıyıq. Amma bu o demək deyil ki, Azərbaycan dilinin varlığını türk dili, mədəniyyəti, ədəbiyyatından kənarda təsəvvür edirik.

Müəllif: Gülyaz ƏLİYEVA

GÜLYAZ ƏLİYEVANIN YAZILARI


“YAZARLAR”  JURNALI PDF

YAZARLAR.AZ
===============================================

<<<<<< WWW.USTAC.AZ və  WWW.BİTİK.AZ >>>>>> 

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

Gülyaz ƏLİYEVA – Kimin vecinədir?

GÜLYAZ ƏLİYEVA

KİMİN VECİNƏDİR?

Müstəqillik dövründə televiziyadan gözləntilərimiz çox idi.

Öz milli-mənəvi dəyərlərimizin aliliyi qorunacaq!

Tariximizi doğru-dürüst əks etdirəcək samballı tarixi-qəhrəmanlıq filmləri çəkiləcək.

Uşaqlar bizim gələcəyimizdir. Uşaqlıqda qazanılan biliyin, öyrədilən dəyərlərin insanı ömrü boyu tərk etməyəcəyini nəzərə alaraq, tarixi qəhrəmanlarımızdan, milli-mənəvi dəyərlərimizdən bəhs edən, təmiz ana dilində səsləndirilən cizgi filmləri çəkiləcək.

Ən azından radiolarımız Sovet dövrünün yaxşı ənənələrini – “Bulaq” kimi verilişlərin ənənələrini davam və inkişaf etdirəcək.

Teatr sənətimiz Sovet dövründə özünün yüksək inkişaf pilləsində idi, bu inkişafı davam elətdirərək, müstəqil Azərbaycanın teatr sənətini daha da inkişaf elətdirərək, ən azından keçmişdə efirə gedən  “Komediyalar aləminə səyahət” verilişindən daha irəli getmiş, səhnə əsərlərindən bəhs edən teatr məktəbi yaradılacaq.

Musiqimizin çox gözəl örnək sənətkarları var idi, onların təcrübəsindən istifadə yolu ilə Azərbaycan musiqisi daha da inkişaf elətdiriləcək.

Televiziya kanalları xalqa xidmət edəcək.

Vətənpərvərlik, ana dili, təhsil təbliğ olunacaq. Televiziya verilişlərinin keyfiyyəti daha da yaxşılaşdırılacaq…

Deyir, sən saydığını say, gör bizim televiziyalar nə sayır..

İllərdir, “Bozbaş Pictures”, “Bu şəhərdə”, “Komedixana” və s. adlar altında arvad paltarı geymiş”kişi”lər xalqın zövqünü korladılar və korlayırlar. Bayağı, şit, ədəbsiz hırıltı…bəli, hırıltı, gülüş yox, illərdir, insanları buna öyrətdilər, düşüncəsiz, hırıldıyan kütlə formalaşdırdılar. Bu cür verilişlərlə “tərbiyə” alanlar  üçün xalq, dövlət marağı, milli təəssübkeşlik önəmlidirmi?  Önəmli olsaydı, Soçidə KVN yarışmasında ölkəni təmsil edən komanda erməni Rubenin təkidi ilə “Şuşa” adını “Buta” adı ilə əvəz edəcək qədər alçalmazdı. Nə vacidir ki, o adla qalıb çıxış edəsən?! Nəyə görə onların alçaldıcı təklifi ilə razılaşırsan? Şuşa adının şərəfini Azərbaycan əsgəri öz qanı, canı bahasına qoruyub qazanmadımı? Şuşa Azərbaycanın Mədəniyyət mərkəzi adını almadımı?  Əgər sən o adı qoruya bilməyəcəksənsə, sənin o adı götürməyə mənəvi haqqın var idimi ki, sonradan onu biabrçı şəkildə dəyişəsən? Sənin orada çıxışının bizim üçün nə önəmi var?!

Azərbaycanı təmsil edən “Şuşa” komandası adını ermənilərin “tələbi” ilə “Buta” olaraq dəyişənlər ermənidən artıq erməni olan KVN -cilər , məncə, qəhrəman Azərbaycan oğullarının dişi və dırnağı ilə azad etdiyi Şuşanı, şəhidlərin ruhunu, qazilərin qürurunu tapdayıblar.

Komandanın adı “Şuşa” olmsa da olar, təki erməni Ruben inciməsin, ona xoş getsin, eləmi?!. Yəqin ki, o KVN-ciləri ora gondərən dövlət qurumunun da bir izahi olacaqdır. Hər haldan bu sıradan bir hadisə deyil…

Bütün bunları “Bozbaş Pictures”, “Bu şəhərdə” səviyyəsinin acı nəticələri sanıram. Bu gün televiziyalarımızın səviyyəsin nə əks elətdirir?

Gəlin televiziya verilişlərinin birində oxunan bir mahnıya diqqət yetirək.

Bu cür mahnını yazana da, oxuyana da, televiziya kanalları vasitəsilə Azərbaycan xalqına çatdıran TV rəhbərliyi və verlişin aparıcısına da əhsən! Vətən müharibəsindən sonra televiziyalarımızda gedən verilişlər bizi çox qürurlandırır.  Tamaşaçıları tam aşağılayaq,  istədikləri cür hərəkət edirlər!   Xalqın qarşısında,  milyonlarla auditoriya qarşısında küçə söyüşü oxunmaz!

Mən bu cur kuçə sözlərindən ibarət mahnını ifa efənə də, mahnının sözlərin yazan “şairə” də bir daha əhsən deyirəm. Buyurun mahnının sözləri ilə tanış olun:

Hədlərini aşarlar,
Kəlməbaşı çaşarlar,
Arxamca danışarlar,
Mənim vecimə deyil.

Haqlı düz yolu seçər,
Haqsız olan and içər,
İt hürər karvan keçər,
Mənim vecimə deyil…

Müəllif: Gülyaz ƏLİYEVA

GÜLYAZ ƏLİYEVANIN YAZILARI


“YAZARLAR”  JURNALI PDF

YAZARLAR.AZ
===============================================

<<<<<< WWW.USTAC.AZ və  WWW.BİTİK.AZ >>>>>> 

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

ŞƏLALƏ CAMAL – GÖRMƏYƏCƏKSƏN

Şəlalə CAMAL – şair, yazar.

GÖRMƏYƏCƏKSƏN
Darıxsan yanına gələ bilərəm,
Ağlasan gizlində gülə bilərəm,
Yatsan yuxuna da gələ bilərəm,
Gəlsəm də sən məni görməyəcəksən.
* * *
Dindirsən çox şeyi deyə bilərəm,
Deyərək xətrinə dəyə bilərəm.
Bəlkə də qəddini əyə bilərəm,
Əysəm də sən məni görməyəcəksən.
* * *
Gəlib əllərindən tuta bilərəm,
Kədəri bir yolluq ata bilərəm.
Səninlə arzuma çata bilərəm,
Çatsam da sən məni görməyəcəksən.
* * *
Dayanıb gözünə baxa bilərəm,
Baxaraq qəlbini yaxa bilərəm.
Əyilsəm özüm də qalxa bilərəm,
Qalxsam da sən məni görməyəcəksən.
* * *
Həyatı həmişə qəliz bilərəm,
Sevgi hisslərini təmiz bilərəm.
Mən səni gözümdə əziz bilərəm,
Gəlsəm də sən məni görməyəcəksən.

BÜDRƏYİB KEÇİR
Həyatın yolları keşməkeşlidir,
Kimi asta gedir, kimi bərk gedir.
Kimi keçə bilmir, dayanıb baxır,
Kimi də keçəndə büdrəyib keçir.
* * *
Həyatı ikiyə bölən insanlar,
İkini ikiyə bölə bilməyir.
Yaşaya-yaşaya ölən insanlar,
Ruhsuz bir bədəndə ölə bilməyir.
* * *
Həyatın bir üzü əgər ağ olsa,
Mütləq digər üzü qara olacaq.
İnsanlar əbədi yaşayacaqsa,
Bil ki, ürəkləri yara olacaq.
* * *
Kimi bu yollara həsrətlə baxır,
Kimi də qəlbini yandırıb yaxır.
Kimisi yollarda əyilib qalxır,
Kimi də keçəndə büdrəyib keçir.
* * *
Kimi uçuruma düşür ağlayır,
Kimi ürəyini üzür ağlayır,
Kimi həyatından bezir ağlayır,
Kimi də keçəndə büdrəyib keçir.
* * *
Kimi başqasının əlindən tutur,
Kimi keçmişini çox tez unudur.
Kimi yıxılana söyəyir ki, dur,
Kimi də keçəndə büdrəyib keçir.
* * *
Kimi bu yolların xəstəsi olub.
Kimi mahnıların bəstəsi olub.
Kimi bu yollarda canını qoyub,
Kimi də keçəndə büdrəyib keçir.
* * *
Kimi ürəyində min diləyilə,
Kimi başqasının köməyi ilə.
Kimi öz gücünün əməyi ilə,
Kimi də keçəndə büdrəyib keçir.

SƏNİ DƏ VƏFASIZ BİR ADAM SEVƏR
Rüzgar olub niyə əsdin qəlbimə?
Xışıltında ayrılıqdan söyləmə.
Sən özünlə bir bu qədər öyünmə,
Səni də vafasız bir adam sevər.
* * *
Bir daha mənimlə görüşə gəlmə,
Ciddi ol həmişə, mənimlə gülmə.
Məni aldatmısan, çox da sevinmə,
Səni də vafasız bir adam sevər.
* * *
Tale yollarını palçıqlı edər,
Nikbin ürəyində kədər gizlənər.
Çox özünü öyüb döşünə döymə,
Səni də vəfasız bir adam sevər.
* * *
Ayağın büdrəyər, düşərsən yerə,
Duranda gözünə görünər dərə.
Bundan sonra getsən hansı ellərə,
Səni də vafasız bir adam sevər.

NİYƏ BİZ AYRILIRIQ
Sanıram ki, bu son görüşümüzdü,
Gözlərin gözümə baxmayır artıq.
İlk görüşdən bir-birimizə bağlandıq,
Söylə indi niyə biz ayrılırıq?
* * *
Gözlərini qaçırırsan, baxmırsan,
Yox, bu sən deyilsən, qəlbi yaxmırsan.
Gedirsən, geriyə heç qayıtmırsan,
Söylə indi niyə biz ayrılırıq?
* * *
Əlimdən əlinin istisi getmir,
Sənə olan eşqim tükənib bitmir.
Gözlərin gözümün önündən getmir,
Söylə indi niyə biz ayrılırıq?

AĞLA GÖZLƏRİM
Vəfalı bildiyim vəfasız çıxıb,
Durub oğrun-oğrun ağla, gözlərim.
Sənin ürəyini uçurub, yıxıb,
Üzünə baxaraq ağla, gözlərim.
* * *
Ürəyin yanacaq, qanın donacaq,
Əlinin istisi tez soyuyacaq.
Sevənlər həmişə xoşbəxt olacaq,
Sevənlərə baxıb ağla, gözlərim.

OLSUN
Məni sevsən cavabında hə desəm,
Sonra bu sevgidən baş alıb getsəm.
Səndən ayrılmağı özüm istəsəm,
Yatdığım çarpayım məzarım olsun.
* * *
Əgər ki, sevgidə dürüst olmasam,
Ayrılan günü mən alt-üst olmasam,
Sevgi çiçəyitək təmiz solmasam,
Dayandığım yerdə baş daşım olsun.
* * *
Bütün sevənlərə bir arzum olub,
Sevib sevilənlər qoy xoşbəxt olsun.
Yaman kövrəlirsən, gözlərin dolub,
Xoşbəxtlik bizə də qoy nəsib olsun.

HEYİF
Sənə söz deməyə çox utanıram,
Onsuz da ayrıyıq, faydası nədir?
Dərdimi deməyə adam tapmıram,
Sənsiz bu həyatım puçdur, heç nədir.
* * *
Sənsiz qalmağımda səbəb özüməm,
Kaş sənə yalandan deyəydim getmə.
İndi sənsizliyə necə dözüm mən?
Sevgilim nə olar gözümdən itmə.
* * *
Nə vaxt ki, əlimdən tutmaq istədin,
Mən isə əlimi qaçırdım, heyif.
Gözümə baxaraq sevirəm dedin.
Gözümü gözündən qaçırdım heyif.

YUXULU KEÇİB
Gəlsən də görüşə ayrılacağam,
Daha bu həyatdan yorulacağam.
Tutsan da qolumdan yıxılacağam,
Ömrümün yarısı yıxılı keçib.
* * *
Öndə durmasam da arxadayam mən,
Matəmdə, yasda, ağıdayam mən,
Sən məni düşünə yuxudayam mən,
Ömrümün yarısı yuxulu keçib.

GECİKDİ
Bu ilk görüşümüz çox tələsirəm,
Həyəcan tez gəldi, sevinc gecikdi,
Həyəcandan titrəyirəm, əsirəm,
Tələssəm də ümidlərim gecikdi.
* * *
Vurulmuşam qamətinə nə işdi?
Sevənlərin məzarları behiştdi.
Çox tələsdim görüşünə tez gəlim,
Tələssəm də ümidlərim gecikdi.
* * *
Gül çöhrəni görcək qəlbim sevindi,
O gülər üzünə dedim mənimdi.
Sevinc gətirəndə yaman tələsdim,
Tələssəm də ümidlərim gecikdi.
* * *
Ömür karvanıyla birgə gəlirdim,
Geciksəydim, gedəcəkdim, bilirdim.
Bu ilk görüşümüz, yaman tələsdim,
Tələssəm də ümidlərim gecikdi.
* * *
Həyat yavaş-yavaş davam elədi,
Hər kəs bu həyata nakamdı dedi.
Gecikməmək üçün tez gəlmişdim mən,
Tələssəm də ümidlərim gecikdi.

ATMASIN
Mənəm öz bəxtində taleyi kəm qız,
Bu gen dünyada mən qalmışam yalqız.
Tanrıdan diləyim bil budur yalnız,
Səni taleyimdən silib atmasın.
* * *
Bu həyat üzümə gülmədi bir an,
Öz tale, bəxtimdən olmuşam viran.
Tanrı həqiqəti etməsin yalan,
Səni taleyimdən silib atmasın.
* * *
Tək arzum bu olub yaradanımdan,
Səni əziz bildim mən öz canımdan.
Bir gün üzüm dönsə də həyatımdan,
Səni taleyimdən silib atmasın.
* * *
Səni sevdiyimi mən gizlətmirəm,
Səndən qeyrisini mən gözlətmirəm.
Allaha əl açıb yalvaran mənəm,
Səni taleyimdən silib atmasın.
* * *
Getdiyin yolların torpağı olum,
İstəsən gülünün yarpağı olum,
Qumral saçlarının darağı olum
Səni taleyimdən silib atmasın.
* * *
Gözlərin qaradı, dodağın baldı,
Bu kasıb ömrümdə məhəbbət boldu,
Tanrıya etdiyim duam bu oldu,
Səni taleyimdən silib atmasın.

UNUTSAN ƏGƏR
Sevgimlə gözünü kor eyləyərəm,
Bəlkədə bu sözüm xətrinə dəyər.
Səni el içində xar eləyərəm,
Məni bu dünyada unutsan əgər.
* * *
Sənsiz bu dünyada solaram yəqin,
Sənin də yanacaq gizlində qəlbin.
Əqlini başından alacam bir gün,
Məni bu dünyada unutsan əgər.
* * *
Qəlbini yandırıb yaxacam sənin,
Dünyanı başına yıxacam sənin,
Nifrəti gözünə sıxacam sənin
Məni bu dünyada unutsan əgər.
* * *
Dünya qucağıdan atacaq səni,
Sevgin başqasına satacaq səni,
Alahın qarğışı tutacaq səni,
Məni bu dünyada unutsan əgər.
* * *
Gecə yuxu nədir bilməyəcəksən,
Yatsan yuxunda da dərd görəcəksən.
Sən mənim eşqimlə əriyəcəksən,
Məni bu dünyada unutsan əgər.
* * *
Beynində, qəlbində mən dolaşaram,
Eşqindən dünyada mən alışaram,
Sənə qarğış edib çox danışaram
Məni bu dünyada unutsan əgər.

SEVGİMİ QƏLBİMDƏ YAŞADACAĞAM
Dağdan coşub daşan bir şəlaləyəm,
Mən böyük qüvvəyəm, çırağam, şəməm.
Məcnunun eşqindən yanan Leyliyəm,
Sevgimi qəlbimdə yaşadacağam.
* * *
Leylinin sevgisi yox olub daha,
Məcnunun kamanı ox olub daha,
Məhəbbət aşkarda çox olub daha,
Sevgimi qəlbimdə yaşadacağam.
* * *
Məhəbbəti ələ salıb gülməyin,
Nakam həyat sevgisiyçün ölməyin,
Bu sevginin sonunu siz bilməyin,
Sevgimi qəlbimdə yaşadacağam.
* * *
Məcnundan əbədi ayrılıb getdim,
Ömür kitabına nələr qeyd etdim…
Mən onu tükənməz eşqlə sevirdim,
Sevgimi qəlbimdə yaşadacağam.
* * *
Məcnuntək səhrada səni axtarsam,
Sənsə Leyli deyib başqasını tapsan.
Başqası naminə məni unutsan,
Sevgimi qəlbimdə yaşadacağam.
* * *
Al, qanlı bıçağı qəlbinə vur, sanc,
Al qanlı bıçaqda minlərlə qazanc.
Daha can verirəm, sən yenə qısqanc,
Sevgimi qəlbimdə yaşadacağam.
* * *
Hanı uzun saçlım deyib ağlama,
Hanı qonur gözlüm deyib ağlama.
Hanı şirin sözlüm deyib ağlama,
Sevgimi qəlbimdə yaşadacağam.
* * *
İsti nəfəsimçün çox da darıxma,
Sevgi həvəsimçün pərişan olma.
Sən mənim sevgimçün nigaran olma,
Sevgimi qəlbimdə yaşadacağam.

İNDİ HARDA QALDIN?
Bu sevgidən cəfa çəkdim bilmədən,
Vaxt var idi bir sən idin, bir də mən.
Tələsirdin görüşə tez gələsən,
İndi harda qaldın, harda bir dənəm?
* * *
Çox gözlədim saçlarıma düşdü dən,
Dünya gözlərimdə dəyişdi hərdən.
Sevincim dəyişdi oldu kədər, qəm,
İndi harda qaldın, harda bir dənəm?
* * *
Sən yoxsan, saçıma heç sığal dəymir,
Heç kim heç kimə bir sağ ol demir.
Sevginin saatı, vaxtı bilinmir,
İndi harda qaldın, harda bir dənəm?
* * *
Eşqim, bir dənəm, bir sən, bir də mən,
Dünya dəyişsə də mən dəyişmərəm.
Eşqim, bir dənəm, gözlərimdə nəm,
Yerini kimsəyə verə bilmərəm.

XOŞBƏXTİN XOŞBƏXTİ
Səninlə bir ömür paylaşıram mən,
Səninlə birlikdə yaşayıram mən,
Xoşbəxtin xoşbəxti bəlkə də mənəm,
Canımda bir can da daşıyıram mən.
* * *
Şirin röyayam mən, bir xəyalam mən,
Bil sevinc də mənəm, kədər də mənəm.
Xoşbəxtin xoşbəxti bəlkə də mənəm,
Canımda bir can da daşıyıram mən.
* * *
Röyayam, mələyəm, iblis deyiləm,
Sualla doluyam, qəliz deyiləm.
Xoşbəxtin xoşbəxti bəlkə də mənəm,
Canımda bir can da daşıyıram mən.

ALMARAM
Əgər məndən sevə-sevə ayrılsan,
Düz gedərəm, dönüb geri baxmaram.
Nə vaxtsa üz-üzə gəlsək bir zaman,
Üz çevirib salamını almaram.
* * *
Yaddaşına yaz ki, mən Şəlaləyəm,
Heç kimi özümə tay eyləmərəm.
Sevgi üçün qürurumu əymərəm,
Üz çevirib salamını almaram.
* * *
Köksünə dağ basıb kül eyləyərəm,
Tikanı, qanqalı gül eyləyərəm,
Hər zaman sevinib, gül söyləyərəm,
Üz çevirib salamını almaram.
* * *
Sevsəm öz sevgimə dönük çıxmaram,
Dönük deyə xəyanətkar olmaram.
Sağ olunu məcbur olub alsam da,
Üz çevirib salamını almaram.
* * *
Sənsiz qalıb bu qəlbimi dağlaram,
Gecə-gündüz zari-pünhan ağlaram.
Qürur bir hissdir ki, o da məndə var,
Üz çevirib salamını almaram.
* * *
Söylə, mən ki iblisi can deyiləm,
Bu həyatda gizli cahan deyiləm.
Qəlbində gizləndim, pünhan deyiləm,
Üz çevirib salamını almaram.
* * *
İlahi qüvvəyəm, sevincəm, eşqəm,
Üç günlük ndünyada əsla çəkmə qəm.
Mən yanından düz keçəcəyəm hərdən,
Üz çevirib salamını almaram.

Müəllif: Şəlalə CAMAL,

Yaradıcılıq məsələləri üzrə menecer.

ŞƏLALƏ CAMALIN YAZILARI


“YAZARLAR”  JURNALI PDF


YAZARLAR.AZ

===============================================

<<<<<< WWW.USTAC.AZ və  WWW.BİTİK.AZ >>>>>> 

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru