Etiket arxivi: Qəndab Əliyeva

Qəndab – Gecələr

GECƏLƏR

Kaş məni sevəydin sevdiyim kimi,
Kaş Sən də öləydin öldüyüm kimi,
Yaralı sevgimi, yarım sevgimi,
Böləydin mənimlə ahh, Sən, gecələr!

Qoşulub yellərə əsən yellərlə,
Yanan ürəyimə ax, Sən, gecələr!
Ulduz tək sevgimi taxıb göylərə
Arabir gizlincə bax, Sən, gecələr!

Hər gecə əllərim Sənə uzanır,
Hər gecə araya ayrılıq salır,
Mənə hər gecədən bircə ah qalır,
Yandırıb canımı yax, Sən, gecələr!

Müəllif: QƏNDAB

SƏNİ ELƏ SEVDİM Kİ!..

Zaur Ustacın “Buta”sı

Zaur Ustacın “Buta”sı haqqında

ZAUR USTACIN YAZILARI

QƏNDABIN DİGƏR YAZILARI

Oxuyun >> Gözündə tük var

YAZARLAR.AZ

I>>>>>>BU HEKAYƏNİ MÜTLƏQ OXU<<<<<<I

I>>Mustafa Müseyiboğlu adına kitabxana<<I

Zaur Ustac – Bu gecə

BU GECƏ

(Qəndab – Bu gecə)
Gözlərəm yolunu  hər səhər, axşam,
Qır Şeytanın qıçın, qaç gəl, bu gecə!
Anlat, hekayəni, gül açsın çöhrən,
Bağlansa yol, iriz, uç gəl, bu gecə!

“Qaranlıq gecənin qaranlığında”,
Alatoran sübhün bulanlığında,
Öləziyən şamın dumanlığında,
Nur çilə, şəfəq sal, aç yol, bu gecə!

Xəyal arzulara gedən ilk yoldu,
Ruhlar cisimləri qucuyan qoldu,
Neçə qönçə arzu açmadan soldu,
Ustacın başına tac ol bu gecə!
06.05.2026. Bakı.

Müəllif: Zaur USTAC

AYB və AJB-nin üzvü, “Yazarlar” jurnalının baş redaktoru, şair-publisist, tərcüməçi-nasir

Zaur Ustacın “Buta”sı

Zaur Ustacın “Buta”sı haqqında

ZAUR USTACIN YAZILARI

QƏNDABIN DİGƏR YAZILARI

Oxuyun >> Gözündə tük var

YAZARLAR.AZ

I>>>>>>BU HEKAYƏNİ MÜTLƏQ OXU<<<<<<I

I>>Mustafa Müseyiboğlu adına kitabxana<<I

Qəndab – Bu gecə

BU GECƏ
Uçub arzuların qanadlarında
Sənin görüşünə gəlləm, bu gecə!
Anladıb bitməyən hekayətimi,
Dərdimi Səninlə böləm, bu gecə!

Qaranlıq gecənin qaranlığında,
Halımı nə görən, nə də soran var.
Sənin ayaqların toxunan yerə,
Üz qoyub səssizcə ölləm, bu gecə!

Axı Sən bunları biləsən hardan,
Sən ki, xəyalətin xoş xəyalısan.
Ruhum da ilantək çıxır qabıqdan,
Deyəsən gerçəyə dönnəm, bu gecə!

Müəllif: QƏNDAB

SƏNİ ELƏ SEVDİM Kİ!..

Zaur Ustacın “Buta”sı

Zaur Ustacın “Buta”sı haqqında

ZAUR USTACIN YAZILARI

QƏNDABIN DİGƏR YAZILARI

Oxuyun >> Gözündə tük var

YAZARLAR.AZ

I>>>>>>BU HEKAYƏNİ MÜTLƏQ OXU<<<<<<I

I>>Mustafa Müseyiboğlu adına kitabxana<<I

Zaur Ustac – Mən

MƏN

“Sizin yanınızda oturmaq istəyirəm” …

(Qəndab – Ara-sor məni)
Hər gün oyananda səhər mehində,
Sübhün şəfəqində, danındayam mən.
Telinin cığasın pozan küləyəm,
Hər zaman səninlə, yanındayam mən.

Hərdən eyvandakı göyərçin səsi,
Hərdən ilğımların ilıq nəfəsi,
Hərdən bir qönçənin açmaq həvəsi,
Hər zaman, hər yerdə, qanındayam mən.

Ustacı həmin gün aldın özündən,
Əyləşdin yanında, getdi özündən,
O gündən xəbəri yoxdu özündən,
Sormağa gərək yox, canındayam mən.
05.05.2026. Bakı.

Müəllif: Zaur USTAC

AYB və AJB-nin üzvü, “Yazarlar” jurnalının baş redaktoru, şair-publisist, tərcüməçi-nasir

Zaur Ustacın “Buta”sı

Zaur Ustacın “Buta”sı haqqında

ZAUR USTACIN YAZILARI

QƏNDABIN DİGƏR YAZILARI

Oxuyun >> Gözündə tük var

YAZARLAR.AZ

I>>>>>>BU HEKAYƏNİ MÜTLƏQ OXU<<<<<<I

I>>Mustafa Müseyiboğlu adına kitabxana<<I

Qəndab – Ara-sor məni

ARA-SOR MƏNİ

(Zaur Ustac – Mən)

Yenə hardan əsdi bu soyuq külək,
Gözümdə buz tutdu hər arzu-dilək.
Yoxsa daşa döndü sinəndə ürək,
Susma gözüm nuru, ara-sor məni!

Savabla günahın arasında mən,
Şam kimi əriyib, şam kimi sönəm.
Min addım gələrəm, bir addım gəlsən,
Susma gözüm nuru, ara-sor məni!

Sükutun əlində əsir-yəsirəm,
Sənin soyuğunda tir-tir əsirəm.
Sən səbr edirsən, mən tələsirəm,
Susma gözüm nuru, ara-sor məni!

Bir xətam var isə səbəbi Sənsən,
Mənə tənə edib, halıma gülsən,
Bir gün mənim kimi Sən də sevərsən,
Susma gözüm nuru, ara-sor məni!

Müəllif: QƏNDAB

SƏNİ ELƏ SEVDİM Kİ!..

Zaur Ustacın “Buta”sı

Zaur Ustacın “Buta”sı haqqında

ZAUR USTACIN YAZILARI

QƏNDABIN DİGƏR YAZILARI

Oxuyun >> Gözündə tük var

YAZARLAR.AZ

I>>>>>>BU HEKAYƏNİ MÜTLƏQ OXU<<<<<<I

I>>Mustafa Müseyiboğlu adına kitabxana<<I

Zaur Ustac – Aşiq gecələr

AŞİQ GECƏLƏR

(Qəndab – Aşiq gecələr)
O zülmət gecənə şam olum, gülüm,
O gül cəmalına aşiq gecələr!
“İşıldaquş”ların işığı vecsiz,
Əriyən mumlara aşiq gecələr!

Pərvanə sən olan gecəyə mumam,
Haqqım var, bir kəlmə şirin söz umam,
İstərəm bir gecə qoynunda uyam,
Yumulu gözlərə aşiq gecələr…

“Gecənin öz sirri, öz aləmi var”,
Əlbəttə, Ustac da bundan xəbərdar,
Şəhrizad misalı, sirli, gözəl yar,
Sirli gözəllərə aşiq gecələr.
04.05.2026. Bakı.

Müəllif: Zaur USTAC

AYB və AJB-nin üzvü, “Yazarlar” jurnalının baş redaktoru, şair-publisist, tərcüməçi-nasir

Zaur Ustacın “Buta”sı

Zaur Ustacın “Buta”sı haqqında

ZAUR USTACIN YAZILARI

QƏNDABIN DİGƏR YAZILARI

Oxuyun >> Gözündə tük var

YAZARLAR.AZ

I>>>>>>BU HEKAYƏNİ MÜTLƏQ OXU<<<<<<I

I>>Mustafa Müseyiboğlu adına kitabxana<<I

Qəndab – Aşiq gecələr

AŞİQ GECƏLƏR

(Zaur Ustac – Aşiq gecələr)

Ağır zülmət kimi çökər qaranlıq,
Torpağın üstünə, daşın üstünə.
Qor kimi basılar yaş kirpiklərim,
Gözümdən süzülən yaşın üstünə.

Qaranlıq sirlərin qara yuvası,
Görünməz sevinci, tükənməz yası,
Gündüzlə bitməyən qara sevdası,
Dağ basar sinəmdə dağın üstünə.

Gecənin öz sirri, öz aləmi var,
Gecələr gen dünya olar mənə dar.
Səssiz gecələrdə səssiz haraylar,
Başqa bir dünyaya aparar məni.

Titrəyən yarpaqlar dodaqlar kimi,
Elə hey gizəmlə pıçıldaşarlar,
Yalnızlıq qorxusu sıxar qəlbimi,
Arayar qollarım Yarı, gecələr.
Müəllif: QƏNDAB

SƏNİ ELƏ SEVDİM Kİ!..

Zaur Ustacın “Buta”sı

Zaur Ustacın “Buta”sı haqqında

ZAUR USTACIN YAZILARI

QƏNDABIN DİGƏR YAZILARI

Oxuyun >> Gözündə tük var

YAZARLAR.AZ

I>>>>>>BU HEKAYƏNİ MÜTLƏQ OXU<<<<<<I

I>>Mustafa Müseyiboğlu adına kitabxana<<I

Zaur Ustacın “Qadan alım” şeiri

Sevginin poetik fəlsəfəsi
(Zaur Ustacın “Qadan alım” şeiri)
    Müasir Azərbaycan poeziyasında özünəməxsus dəst-xətti, səmimi lirizmi və milli-mənəvi dəyərlərə bağlılığı ilə seçilən Zaur Ustacın “Qadan alım” şeiri sevginin ən saf, ən fədakar və ən ülvi ifadələrindən biri kimi diqqəti cəlb edir. Bu şeir yalnız məhəbbət etirafı deyil, həm də sevən insanın daxili aləminin poetik görüntüsüdür. Müəllif burada sevginin həm ilahi, həm də insani qatlarını ustalıqla birləşdirərək oxucunu duyğuların dərin qatlarına aparır.
     Şeirin ilk bəndindən etibarən oxucu sevginin məsafə tanımayan gücü ilə qarşılaşır. “Həsrəti uzaq tut, məni yaxın bil” misrası sevən qəlbin ən böyük istəyini – ayrılığın yox, mənəvi yaxınlığın hökm sürməsini ifadə edir. Burada həsrət yalnız fiziki uzaqlıq deyil, həm də ruhsal ayrılıq kimi təqdim olunur və şair bu ayrılığı rədd edir. “Qadan alım” ifadəsi isə xalq danışıq dilindən gələn, sevgi və nəvazişlə yüklənmiş bir müraciət forması kimi şeirin emosional tonunu müəyyənləşdirir.
     Şeirin ikinci misralarında dini və simvolik obrazlar diqqəti çəkir. “Gözünü yumanda, Həcərül-Əsvəd, Açanda boynumda hil” misraları sevginin müqəddəslik səviyyəsinə yüksəldiyini göstərir. Burada “Həcərül-Əsvəd” (Kəbədə yerləşən müqəddəs daş) və “hil” (aypara) obrazları vasitəsilə sevgili varlıq ilahiləşdirilir. Bu, klassik Şərq poeziyasının təsiri ilə yanaşı, müəllifin milli-mənəvi kodlara bağlılığını da əks etdirir.
    İkinci bənddə isə arzu, ümid və qoruma instinkti ön plana çıxır. “Bar tutan qönçəni vurmasın ayaz” misrası sevginin zərifliyini və qorunmağa ehtiyacı olan bir dəyər olduğunu simvolizə edir. Şair burada sevgini bir çiçək kimi təsvir edir – nazik, həssas və eyni zamanda həyatverici. “Qulunun adını dəsmalına yaz” ifadəsi isə xalq ənənələrinə bağlılıqla yanaşı, sevginin yaddaşda və ürəkdə əbədi yaşaması ideyasını ifadə edir.
    Üçüncü bənd şeirin kulminasiya nöqtəsidir. Burada artıq sevgi tam fədakarlıq mərhələsinə çatır. “Uzağı yaxın et, “Gəl!” desən, gəlləm” misrası sevən insanın bütün maneələri aşmağa hazır olduğunu göstərir. “Ən acı kəlməni nabat, qənd billəm” isə sevginin acını belə şirinə çevirmək gücünü poetik şəkildə ifadə edir. Bu, sevginin transformativ gücünün bariz nümunəsidir.
    Şeirin son misralarında isə dramatik və təsirli bir məqam yaranır: “Sənintək gözəlin qoynunda ölləm, Ustaca deginən: ‘Öl!’”. Burada ölüm belə qorxulu deyil, əksinə, sevgilinin yanında olmaqla müqəddəsləşir. Bu, klassik eşq fəlsəfəsinin – “eşq uğrunda ölüm belə həyatdır” ideyasının müasir ifadəsidir. Müəllif öz adını (“Ustaca”) şeirə daxil etməklə həm poetik imza atır, həm də əsərə fərdi çalar qatır.
    “Qadan alım” şeiri dil baxımından da diqqətəlayiqdir. Sadə, axıcı və xalq dilinə yaxın üslub oxucu ilə birbaşa emosional əlaqə yaradır. Şeirdə istifadə olunan obrazlar, metaforalar və simvollar milli düşüncə tərzindən qaynaqlanır və bu da əsərin səmimiliyini artırır.
     Nəticə olaraq, Zaur Ustacın “Qadan alım” şeiri müasir Azərbaycan poeziyasında sevginin poetik ifadəsinin parlaq nümunələrindən biridir. Bu şeir oxucunu yalnız duyğulandırmır, həm də sevginin mahiyyəti haqqında düşündürür. Burada sevgi sadəcə hiss deyil, inanc, sədaqət və fədakarlıqdır. Şair bu əsərlə bir daha sübut edir ki, həqiqi poeziya qəlbdən gəlir və qəlbə yol tapır.

ZAUR USTAC – QADAN ALIM

Müəllif: Günnur Ağayeva

ədəbiyyatşünas-tənqidçi

SƏNİ ELƏ SEVDİM Kİ!..

Zaur Ustacın “Buta”sı

Zaur Ustacın “Buta”sı haqqında

ZAUR USTACIN YAZILARI

QƏNDAB XANIMIN YAZILARI

GÜNNUR XANIMIN YAZILARI

Oxuyun >> Gözündə tük var

YAZARLAR.AZ

I>>>>>>BU HEKAYƏNİ MÜTLƏQ OXU<<<<<<I

I>>Mustafa Müseyiboğlu adına kitabxana<<I

ZAUR USTAC – QADAN ALIM

QADAN ALIM

(QƏNDAB – QADAN ALIM)
Həsrəti uzaq tut, məni yaxın bil,
Min kərə demişəm, gül qadan alım.
Gözünü yumanda, Həcərül-Əsvəd,
Açanda boynumda hil, qadan alım.

Arzu qanadında uzəsən bu yaz,
Bar tutan qönçəni vurmasın ayaz,
Qulunun adını dəsmalına yaz,
Gözünün yaşını sil, qadan alım.

Uzağı yaxın et, “Gəl!” desən, gəlləm,
Ən acı kəlməni nabat, qənd billəm,
Sənintək gözəlin qoynunda ölləm,
Ustaca deginən: “Öl!”, qadan alım.
02.05.2026. Bakı.

Müəllif: Zaur USTAC

AYB və AJB-nin üzvü, “Yazarlar” jurnalının baş redaktoru, şair-publisist, tərcüməçi-nasir

Zaur Ustacın “Buta”sı

Zaur Ustacın “Buta”sı haqqında

ZAUR USTACIN YAZILARI

QƏNDABIN DİGƏR YAZILARI

Oxuyun >> Gözündə tük var

YAZARLAR.AZ

I>>>>>>BU HEKAYƏNİ MÜTLƏQ OXU<<<<<<I

I>>Mustafa Müseyiboğlu adına kitabxana<<I

QƏNDAB – QADAN ALIM

QADAN ALIM

(ZAUR USTAC – QADAN ALIM)

Həsrətin canımı yandırıb-yaxır,
Külümü sovurur yel, qadan alım!
İki kipriyimin arasındasan,
Yumum gözlərimi gəl, qadan alım!

Gəl nəfəs-nəfəsə, qucaq-qucağa,
Sarılıb Səninlə sarılı qalım,
Mən gündə yüz dəfə ölləm Səninçün,
Mənimlə bir dəfə öl, qadan alım!

Vəfasız yar kimi ömür bivəfa,
Gedir karvanımız düzülüb safa,
Gəl keçən anları incitək sapa,
Düzüb gərdanıma sal, qadan alım!

Bal kimi zəhərsən, zəhərtək balsan,
Başqası sənə yar, sən mənə Yarsan,
Yaxşı ki, görmüşəm, yaxşı ki, varsan,
Uzaqdan-uzağa Yar, qadan alım!

Düşmüşəm sevdanın mən tək, selinə,
Batdıqca batıram, enirəm dərinə,
Əlimi uzadıb sənin əlinə,
Gəl çıxaq bu seldən bir, qadan alım!

Müəllif: QƏNDAB

SƏNİ ELƏ SEVDİM Kİ!..

Zaur Ustacın “Buta”sı

Zaur Ustacın “Buta”sı haqqında

ZAUR USTACIN YAZILARI

QƏNDABIN DİGƏR YAZILARI

Oxuyun >> Gözündə tük var

YAZARLAR.AZ

I>>>>>>BU HEKAYƏNİ MÜTLƏQ OXU<<<<<<I

I>>Mustafa Müseyiboğlu adına kitabxana<<I