Etiket arxivi: ŞEİR

Rəşad Məcid Mətbuat Şurasının sədri seçilib

Sentyabrın 24-də Beynəlxalq Muğam Mərkəzində Azərbaycan jurnalistlərinin VIII qurultayı keçirilib.

Jurnalistlərin VIII qurultayı çərçivəsində baş tutan səsvermədə “525-ci qəzet”in baş redaktoru, şair, publisist Rəşad Məcid Mətbuat Şurasının sədri seçilib.

Azərbaycan jurnalistlərinin VIII qurultayında Mətbuat Şurası İdarə Heyətinin yeni tərkibi formalaşdırılıb.

Səsvermə yolu ilə formalaşdırılan İdarə Heyətinin tərkibinə 23 nəfər daxildir.

MŞ İdarə Heyətinin jurnalistlər arasından seçilən üzvləri aşağıdakılardır:

1. Rəşad Məcid

2. Vüqar Rəhimzadə

3. Vüsalə Mahirqızı

4. Elçin Mirzəbəyli

5. Rauf Arifoğlu

6. Niyaz Niftiyev

7. Aydın Quliyev

8. Azər Həsrət

9. Elşad Eyvazlı

10. Aqil Ələsgər

11. Hacıbəy Heydərli

12. Alqış Musayev

13. Akif Aşırlı

14. Səadət Məmmədova

MŞ İdarə Heyətinin ictimaiyyət nümayəndələri arasından seçilən üzvləri aşağıdakılardır:

15. Əflatun Amaşov

16. Qulu Məhərrəmli

17. Vüqar Zifəroğlu

18. Bəhruz Məmmədzadə

19. Yadigar Məmmədli

20. Ceyhun Musaoğlu

21. Umud Mirzəyev

22. Müşfiq Ələsgərli

23. Fərid Pərdəşünas


MÜSABİQƏ ELAN OLUNDU 


YAZARLAR.AZ

===============================================

<<<<<<WWW.YAZARLAR.AZ və  WWW.BİTİK.AZ >>>>>>

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

Lətafət Beybutova – ERMƏNİLƏRİN  AZƏRBAYCAN ƏRAZİLƏRİNDƏ “BÖYÜK  ERMƏNİSTAN ARZUSU”

LƏTAFƏT BEYBUTOVA ƏLƏSGƏR QIZININ YAZILARI

ERMƏNİLƏRİN  AZƏRBAYCAN ƏRAZİLƏRİNDƏBÖYÜK  ERMƏNİSTAN ARZUSU

(1918-1920-Cİ  İLLƏR)

1918-ci il mayın 28-də Azərbaycanın müstəqilliyinin elan edilməsi – azərbaycanlıların ilk milli dövlətinin – Azərbaycan Xalq Cümhuriyyətinin (AXC) yaradılmasıdır.  Sonrakı  mühüm  tarixi  hadisələr – 1920-ci il 28 apreldə  Azərbaycanın  bolşevik  Rusiyası və XI  Qızıl  Ordu tərəfindən işğalı, AXC-nin süqutu və Azərbaycan  Sovet  Sosialist  Respublikasının  yaranması  Azərbaycanın  müstəqilliyinə  son  qoysa da  70 il  müddətində  Azərbaycan  dövlətçiliyinin  əsas  atributları  qorunub  saxlanılmış, 1991-ci ildə yeni tarixi şəraitdə isə Azərbaycan  xalqı bir daha öz  dövlət  müstəqilliyini  bərpa etmiş, Azərbaycan Respublikası yaradılmışdır.  Lakin  bütün bu əlamətdar  hadisələr  Azərbaycan  xalqı  üçün  heç  də asan  başa gəlməmiş, onun varlığını belə şübhə  altında  qoyan  qanlı  faciələr, saysız  qurbanlar, ərazi   itkiləri,  soyqırımları, deportasiyalar ilə müşayiət  olunmuşdur.  Müxtəlif   dövrlərdə və siyasi-ictimai şərtlər  daxilində yaşanan bütün bu  faciələrə  təkan  verən  əsas  amillərdən biri  və  bəlkə də ən  başlıcası, ermənilərin Azərbaycana qarşı ərazi iddiaları və bu  iddiaların  həmin  dövrün  hakim dairələrinin dəstəyi sayəsində hər vasitə ilə həyata keçirilməsi olmuşdur. Əslində  bütün bu  hadisələrin  hələ  XIX əsrin əvvəllərindən başlanan dərin tarixi kökləri və səbəbləri var idi. Gülüstan (1813) və Türkmənçay (1828) müqavilələrindən  sonra  Rusiyaya   birləşdirilən   Azərbaycan  torpaqlarının zəbt edilməsinə və azərbaycanlıların bu  torpaqlardan deportasiyasına hesablanmış  ümumerməni  proqramının  həyata keçirilməsi prosesi məhz  bu tarixi  müqavilələrdən  sonra başlamışdır. I Nikolayın   maneəsiz  olaraq  İrandan və Türkiyədən  köçmələrinə  imkan  verən  sərəncamlarından  istifadə edən ermənilər kütləvi şəkildə Qafqazda,  xüsusilə  Qarabağ,  Naxçıvan, İrəvan ərazilərində məskunlaşırlar.

           I Dünya müharibəsinin başlanması ilə, 1917-ci il Fevral inqilabından və Rusiya İmperiyasının süqutundan sonra, müharibədə iştirak edən dünya dövlətlərinin  Qafqazda  maraqları  kəskinləşir və toqquşur. Çoxillik məqsədyönlü  işin  yekununda  erməni  ideoloqları Cənubi Qafqazın gələcəyinə dair Qərb dövlətləri və Rusiyanın planlarına “erməni dövlətçiliyi məsələsi”nin daxil edilməsinə nail olurlar. Bununla  yanaşı, Cənubi Qafqazın ən çoxsaylı xalqı olan azərbaycanlılar  nəinki  Qərb  dövlətlərinin,  neftlə  zəngin  Bakını qeyri-azərbaycan şəhəri hesab edən rus siyasi qüvvələrinin diqqətindən kənarda qalır.

 Azərbaycanlılar  üçün  son  dərəcə  əlverişsiz  olan bu vəziyyətdə “Müsavat” partiyasının Qafqazın siyasi meydanına cıxması  sinfi mübarizə ideyasını təbliğ edən və keçmiş Rusiya İmperiyasının bütün ərazilərində, o cümlədən  Qafqazda, hakimiyyəti  ələ  keçirmək niyyətini gizlətməyən bolşevikləri, eyni zamanda azərbaycanlı əhalinin üstünlük təşkil etdiyi tarixi Azərbaycan  torpaqlarında  erməni  dövləti  yaratmaq arzusu ilə alışıb-yanan erməni millətçilərini narahat etməyə bilməzdi.

            I Dünya müharibəsi hələ davam etdiyi  1917-ci ildə erməni millətçiləri Türkiyənin 6 vilayəti ərazisində “Böyük Ermənistan”ı  yaratmaq  xülyasından əl çəkməsələr də, mövcud vəziyyətdə bu planların həyata keçirilməsinin xeyli çətinləşdiyini anlayırlar. Bu səbəbdən ermənilər öz əsas fəaliyyətlərini daha əlverişli şəraitin  olduğu  Zaqafqaziya  ərazisinə  istiqamətləndirirlər. 1918-ci ilin mart ayına  qədər  onlar  artıq  Zaqafqaziyanın  cənub-qərbində – Qarsda, İrəvan və Yelizavetpol quberniyalarının  bir  neçə qəzalarında və Qarabağda dinc sakinlərin-azərbaycanlıların sıxışdırılması, zorla qovulması və kütləvi şəkildə öldürülməsi yolu ilə hələ mövcud  olmayan  erməni dövləti  üçün  əraziləri təmizləməyə müvəffəq olurlar. Rusiyada 1917-ci il bolşevik çevrilişindən  sonra qorxuya düşən erməni və gürcü hissələri Qafqaz cəbhəsindən qaçmağa başlayır. Müharibənin  gedişində Rus ordusu tərəfindən müvəqqəti zəbt edilmiş Türkiyə vilayətlərinə köçmüş, bundan əvvəl isə daima türk torpaqlarında yaşamış yüz minlərlə Türkiyə erməniləri də Zaqafqaziyaya üz tutur. Burada onlar hələ 1915-ci ildə Türkiyə  hökuməti  tərəfindən ermənilərin cəbhəyanı zonadan köçürülməsi haqqında qanunun qəbul edilməsindən sonra göstərilən ərazilərdə məskunlaşmış erməni qaçqınları ilə birləşirlər.  Çoxsaylı  erməni  əhalisi  “Daşnaksutyun”un  silahlı  dəstələrinin və cəbhədən qaçmış minlərlə erməni  əsgərinin  köməyi  ilə  yerli,  silahsız,  dinc  müsəlman  əhalisinə torpaqlarından basqınlar edərək, qısa müddət ərzində onların  bir  hissəsini qətlə yetirir, qalanını   isə  doğma  torpaqlardan  didərgin  salır. Beləliklə, 1917-ci ilin əvvəlindən 1918-ci il mart ayınadək ermənilər təkcə İrəvan   quberniyasında  199 Azərbaycan kəndini yer üzündən silirilər.

                Bu  cəza  əməliyyatı “Daşnaksutyun”un  həmin  torpaqların  azərbaycanlılardan  təmizlənməsi və sonradan  Zaqafqaziya  ərazisində  Erməni  dövlətçiliyinin mərkəzinə çevrilməsi üzrə planının  tərkib  hissəsi idi.  Məhz həmin  dövrdə  gələcək  Erməni dövlətinin  ərazi  bünövrəsi  qoyulur.  Lakin “dənizdən dənizə” qədər  uzanan  “Böyük Ermənistan”ın   taleyi  şəhərlərdə, o  cümlədən  Bakıda  həll  olunurdu.

        Bakı qəzası-Mart 1918-ci il

1918-ci ilin  martında   Bakıda siyasi vəziyyət  son dərəcə  gərgin  idi. Bakı Sovetinə keçirilən seçkilərdə “Müsavat”ın böyük   səs  çoxluğu ilə qələbə qazanması bolşevikləri və  daşnakları ciddi narahat edirdi. Cənubi  Qafqazın  ən güclü siyasi partiyasına çevrilən “Müsavat” Azərbaycanın  ərazi  muxtariyyəti və siyasi  hakimiyyət  uğrunda inamla mübarizə aparırdı. Şaumyan   başda  olmaqla  bolşevik qüvvələri Erməni Milli Şurası və “Daşnaksutyun”  partiyasının rəhbərləri ilə birlikdə “Müsavat”a qarşı əsl müharibəyə başladılar. Bakıda Azərbaycan milli qüvvələrinin  sayca  az və pis silahlanmış olduğunu yaxşı bilən Şaumyan müsəlmanlara “dərs vermək” üçün milli qırğına hazırlaşırdı.

Martın 29-da şəxsi heyəti müsəlmanlardan  ibarət olan “Evelina” gəmisinin Bakıda bolşevik qüvvələri tərəfindən tərksilah edilməsi milli  qırğına  başlamaq  üçün  bəhanə oldu. Belə ki, 1918-ci il martın 17-də silahla ehtiyatsız davranışdan həlak olmuş H. Z. Tağıyevin  oğlu Məhəmməd Tağıyevin cənazəsini Bakıya gətirən müsəlman diviziyasının 48 nəfərdən  ibarət  kiçik bir dəstəsi bolşevikləri təşvişə saldı. Mərhumu  dəfn  edən  müsəlman  dəstəsi  “Evelina” gəmisi ilə Lənkərana geri qayıtmalı idi. Paroxodun körpüdən aralanmasına az qalmış silahlı bolşeviklər müsəlman dəstəsinin tərksilah olunmasını tələb etdi. Dəstənin rədd cavabına tüfənglərdən və pulemyotlardan atılan atəşlə cavab verildi. Gəmidəki silahlar bolşeviklər tərəfindən müsadirə olundu. Ertəsi gün şəhərin cənub hissəsində erməni əsgərləri göründülər. Onlar bütün küçə boyu səngərlər qazmağa, torpaq və daşlardan bəndlər ucaltmağa başladılar. Həmin gün  Müsəlman  Xeyriyyə Cəmiyyətinin  binasında  keçirilən yığıncağa  gələn Ter-Mikaelyans Erməni Milli Şurası və “Daşnaksutyun” partiyası  adından  bəyan etdi  ki, əgər müsəlmanlar bolşeviklərə qarşı çıxış etsələr, ermənilər də onlara qoşulacaq və  bolşeviklərin Bakıdan qovulmasına kömək edəcəklər. Martın 18-də  səhər  tezdən  şəhərin  müsəlmanlar yaşayan hissəsinə hücumlar başladı. Ermənilərin yalançı vədlərinə inanmış müsəlmanlar əvvəlcə şəhərdə nə baş verdiyini müəyyən edə bilmirdilər. Hücum ərəfəsində bütün ermənilər şəhərin müsəlmanlar yaşayan hissəsindən ermənilər yaşayan hissəsinə keçdilər. Müsəlmanlar  yaşayan  hissədə xristian əhalidən ruslar və gürcülər qalmışdı. Bakı Soveti qüvvələrinə rəhbərlik  edən S. Şaumyanın  erməni hərbi hissələrindən istifadə etməsi bu qırğını daha da dərinləşdirmişdir. Bolşevikləri müdafiə etmək bəhanəsi ilə erməni hərbi hissələri türk-müsəlman  əhalisinə  qəddarcasına  divan tuturdular. Bakı Soveti də, onun yaratdığı ordu da əsas etibarı ilə ermənilərdən ibarət idi. Daşnaklar  azərbaycanlılara milli ordu yaratmaqda  mane olur, Sovetin  adından istifadə edərək millətçi-şovinist siyasətini canfəşanlıqla həyata keçirir, Bakı, Şamaxı və Azərbaycanın digər bölgələrində türk-müsəlman əhalisinə qarşı qırğınlar hazırlayırdılar.

Azğınlaşmış və vəhşiləşmiş erməni quldurlar dinc azərbaycanlı əhalini qırıb-çatmaq üçün ən amansız üsullara əl atırdılar. Fövqəladə Təhqiqat Komissiyasının üzvü A. Y. Kluge bu komissiyanın sədrinə “Bakı şəhərinin müsəlman əhalisinə qarşı törədilmiş zorakılıqlara dair iş haqqında” məruzəsində yazırdı: “Yaxşı silahlanmış, təlim keçmiş erməni əsgərlər çoxlu miqdarda pulemyotların müşayiəti ilə hücum edirdilər. Ermənilər müsəlmanların evlərinə soxulur, bu evlərin sakinlərini qırır, onları qılınc və xəncərlərlə doğram – doğram və süngülərlə deşik-deşik edir, uşaqları yanan evin alovları içərisinə atır, üç-dörd günlük çağaları süngünün ucunda oynadır, öldürülən valideynlərin südəmər körpələrinə rəhm etmir, hamısını öldürürdülər”.

Müsəlmanları qırıb-çatmaqla yanaşı, ermənilər onların əmlaklarını da məhv edir, az-çox qiymətli olan şeyləri isə özləri  ilə  aparırdılar. Sonralar təkcə bir yerdə torpağın altından 57 müsəlman qadın və qızın meyiti tapılmışdı. Onların qulaqlarını, burunlarını kəsmiş, qarınlarını yarmışdılar.

Fövqəladə  Təhqiqat  Komissiyası  tərəfindən toplanmış 36 cild 3500 vərəq istentaq materiallarından  6 cild  və 740  vərəqi   təkcə  Bakı  və onun   ətraf  kəndlərində baş verən faciələrlə bağlıdır. Bu sənədlərdən məlum olur ki, 1918-ci ilin mart  soyqırımı zamanı Bakı şəhərində 12 min nəfərədək   türk-müsəlman  öldürülmüş,  xalqın bir çox ziyarətgahları o cümlədən Təzə pir məscidi və tarixi abidələri dağıdılıb yerlə-yeksan edilmiş və  şəhər camaatından 400 milyon manatlıq daş-qaş və əmlak müsadirə edilmişdir. Daşnaklar Bakıda dünya memarlığının incilərindən sayılan “İsmailiyyə” binasına od vurub yandırmışdılar.

          Quba qəzası-Aprel-May 1918-ci il

Bakı  quberniyasının  digər ərazilərində olduğu   kimi, Qu­bada  da milli hərəkata divan tutmaq və öz hakimiyyətini qurmaq üçün Bakı Sovetinin bol­şevik-daşnak rəhbərliyi buraya  Gelovanidən sonra ikinci dəfə hərbi qüvvə, bu dəfə Hamazaspın rəhbərliyi ilə yalnız er­mənilərdən ibarət cəza qüvvəsi göndərmək qərarına gəlmişdi. Ha­ma­zaspın özü dəstəsinin cəza məqsədi ilə Qubaya göndərildiyini in­kar etmirdi: “Mən erməni xalqının qəhrəmanı və onun müda­fiəçisiyəm” deyirdi. Quba şə­hə­rinə çatmamış erməni quldur dəstələri yol boyunca dinc əhalinin yaşa­dı­ğı kənd­ləri yandırmış, kütləvi soyqırımlar törətmişlər. Ha­rın­lamış ermənilər qocalara, uşaqlara, qa­dın­lara belə aman verməyərək qa­baqlarına çıxan bütün müsəl­manları məhv etmişdilər.

Şahid ifadələrinə görə aprelin sonlarında Hamazaspın dəstəsi Xaçmaza yaxınlaşmış, lakin bu­rada yerli qüvvələr ona müqavimət göstərmişdilər. Lakin qüvvələrin qey­ri-bərabərliyi ucbatından iki günlük döyüşlərdən sonra cəza dəstəsi Qubaya yol aça bilmişdi. Bu dəstənin başında Hamazasp dururdu. Onun köməkçisi Nikolay, bələdçisi isə “Dəyirmançı” ləqəbli  yerli  erməni Harutyun Hayra­pe­tov idi. Hamazaspın dəstəsində 3 minə yaxın adam, 4 top və 8 pulemyot var idi.

Mayın 1-də bolşevik adı ilə üç tərəfdən şəhərə daxil olan erməni daşnaklar dərhal qətl və talanlara başlamışdılar.  Elə  birinci gün şəhərin aşağı hissəsində ək­səriyyəti qadın və uşaq­lardan ibarət 715 müsəlman öldürül­müş,  Böyük  Şosse və Bazar küçələ­ri dağıdılmışdı. İkinci gün 1012 nəfər dinc sakin qət­lə yetirilmişdi.  Şəhər əhalisinin nümayəndəsi kimi Hamazas­pın yanına gələn Ə. Əlibəyov ondan həlak olanları dəfn etmək  üçün imkan yaratmağı xahiş etsə də onun xahişi rədd edilmişdi. Hamazasp dəfələrlə edilmiş müraciətlərə baxmayaraq öl­dü­rülm­üş mü­səl­manların meyidlərinin  küçələrdən  toplanmasına  və  dəfn  edilməsinə  icazə  verməmişdi.  Məqsəd  də  aydın  idi    əha­lini  qor­xutmaq  və vahimə içində sax­lamaq.  Zorakılıqlar,   qətl və  qarət­lər  9 gün  davam  etmiş,  qəza  əhalisinin  əmlakları  ta­lan  edilmişdi.

Arxiv sənədləri araşdırılarkən məlum olmuşdur ki, Ha­mazasp gəldiyi vaxt Qubaya Petrovskidən də əlavə qüvvə gön­də­rilmişdir.  Ümumilikdə Quba qəzasında soyqırımı törədən erməni daşnak dəstə üzvlərinin sayı 5-6 mindən yuxarı olmuşdur.

Cəza dəstəsinin üzvləri müsəlmanlar üzərində insan təfək­kürünə  sığmayan  vəhşilikləri  tətbiq  edirdilər. Şahid  ifadə­lə­ri  erməni   vandallarının  yaralanmış və öldürülmüş insanlar üzə­rin­də tətbiq etdikləri insanlığa sığmayan “təcrübələrdən” zövq  al­dıqlarını  təsdiq edir. Qana  susamış  daşnak  cəlladları öldürülən  mü­səlmanların   meyitlərindən  əl  çəkmirdilər.  Quba  sakini 40 yaşlı Məşədi Həmdulla Əliyev bil­dirirdi  ki, şəhərdə    çox sayda  meyitlər  gördüm,  meyitlərdən  təxminən 2/3-si uşaq və qadınlara aid idi. Bir çox qadınların   döşləri  kəsilmiş,  meyitlər isə xəncərlər ilə eybəcər hala salın­mışdı. Ermənilər tərəfindən öldürülən 300 nəfərin 51 qəbirdə basdırıldığı ba­rə­də də arxiv materialları mövcuddur. Hamazaspın vəhşilikləri nəti­cə­sində Quba qəzasında ümumilikdə 16 min­dən çox dinc sakin məhv edilmişdi.

Fövqəladə Komissiyaya qəzanın ayrı-ayrı kənd icmalarına dəymiş zi­yan­la əlaqədar təqdim olunmuş sənədlərdə adətən  ailələrə  dəymiş  ziyan  ümum­i   şəkildə göstərilmiş,  bəzi hallarda yandırılmış evlər və digər tikililər  ba­rədə  məlumatlar  göstəril­məmişdir.

Din  ocaqlarını  yerlə-yeksan  edən  daşnaklar islam dininə,  şərq  tarixinə  və  ədəbiyyatına aid minlərlə qiymətli kitabları  da  məhv etmişdilər. Qubanın mərkəzində  Əbdürrəhim  əfəndinin  məd­rəsəsini  yandıran ermənilər  buradakı  1300-ə  yaxın kitabı tonqala atmışdılar.  Məlu­mat­lara əsasən Digah məs­ci­dində təxminən  600-700  il  əvvələ  aid,  al­ban  və ərəb  əlifbası ilə ya­zılmış kitablar var idi. Ermənilər hə­min kitabları məhv et­mək­lə ya­naşı, kənd məscidinin təxminən bir kilometrliyində  yerləşən  pirin daşını da partlatmışdılar. Bu, üstündə al­ban yazıları olan çox nəhəng daş idi

1918-ci  ilin  dekabr  ayında  Gəncə dairə məhkəməsinin üzvü Andrey No­vatski öz köməkçisi ilə birlikdə  Qubaya  gələrək  istin­taqa  başlamışdı.  1918-ci ilin aprel-may aylarında Quba qəzasında törədilmiş soyqırımı  ilə bağlı istintaq qrupu bir neçə ay ərzində onlarla şahidi  dinləmiş,  hadisə  baş  verən yerlərə baxış ke­­çirilmiş və 3 cildlik  451  vərəqdən ibarət sənədlər top­lusu  hazır­lan­mış,  Fövqəladə Təhqiqat Komissiyasının üzvü No­vats­ki ko­missiyasının sədrinə Quba şəhəri, həmçinin  Qu­ba qəzasının kənd­lərində tö­rədilmiş dağıntılar, eləcə də dinc əha­liyə qarşı törədilmiş zorakılıqlar ba­rədə məruzə təqdim etmiş­dir.

Quba qırğınlarının birbaşa təşkilatçıları – Şaumyan, Kor­qa­nov, icra­çı­ları Hamazasp, Volunts və erməni millətindən olan başqa canilər idi­lər. Bol­şevik və daşnak S.Şaumyanın  rəhbəri  ol­duğu Bakı Sovetinin əsa­sən er­mə­ni­lərdən ibarət və daşnak Ha­mazaspın komandanlığı altında olan quldur dəs­tə­lərinin  Qubada törətdikləri vəhşiliklər vətəndaş müharibəsi və ya Sovet ha­ki­miy­yətinin qurulması hadisəsi deyil, bütöv bir xalqın kütləvi şəkildə məhv edilməsi – soy­qırımı hadisəsi idi.

            Şamaxı qəzası-1918-ci il

Azərbaycan torpaqlarında “Böyük Ermənistan” dövləti yaratmaq istəyən erməni millətçilərinin 1918-ci ildə bütün ölkə hüdudlarında həyata keçirdikləri cinayətkar əməlləri arasında öz miqyasına, qurbanların sayına və vurduğu maddi-mənəvi ziyanın ölçüsünə görə Şamaxı soyqırımı ayrıca yer tutur. Şamaxı qəzasında bədnam S. Lalayanın və T. Əmirovun rəhbərlik etdikləri erməni daşnakları azğınlaşaraq müsəlman əhaliyə misli görünməmiş divan tutmuşlar. Erməni və molokan əsgərləri müsəlmanların evlərinə soxulur, qorxu içində olan insanlardan silah gücünə bütün qiymətli əşyalarını, pullarını alır, sonra ailələri bütünlüklə qətlə yetirmişlər. Eləcə də S.Lalayanın əmri ilə erməni əsgərləri şəhərin 12 məhəllə məscidlərinə, həmçinin VIII əsrə aid olan Cümə Məscidinə sığınan şəhər sakinlərini diri-diri yandırmışlar. Zorakılıq və talanlar 4 gün, Gəncədən Şamaxı müsəlmanlarının köməyinə gələn azərbaycanlı qoşunları şəhərə daxil olana qədər davam etmişdir.

Ümumilikdə isə, Şamaxıda iki dəfə törədilmiş azərbaycanlıların soyqırımı zamanı şəhərin 21.127 nəfər müsəlman əhalisindən 8-10 min arasında insan qətlə yetirilmiş, qalan əhali isə Azərbaycanın müxtəlif şəhər və qəzalarına qaçqın halında dağılmışdır. Yaşayış məhəllələri və məscidlərlə yanaşı, şəhərdə bütün ictimai bina¬lar, bazarlar, yüzlərlə dükan, anbar, dəyirman və digər mülki obyektlər yandırılaraq tamamilə məhv edilmişdir.

Şamaxıda baş verən soyqırımı 1918-ci ilin iyul ayının ortalarında Türk-Azərbaycan qoşunları tərəfindən azad olunana qədər davam etmişdir. Həmin dövr ərzində ümumilikdə Şamaxı qəzasının 106 kəndi yandırılaraq dağıdılmış, 110 kəndin sakinləri isə erməni-molokan quldur dəstələrinin hücumlarından zərər çəkmişlər. Hücumlar zamanı və əsirlikdə öldürülənlərin – ümumi sayı 4359 nəfəri qadın və uşaq olmaqla, 10.341 nəfər təşkil etmişdir. Bir neçə ay ərzində dağlarda, meşələrdə, düzənliklərdə dolaşan, həmçinin digər qəzaların şəhər və kəndlərinə dağılışmış qaçqınlar arasında soyuqdan, aclıqdan və xəstəliklərdən ölənlərin sayı isə on minlərlə ölçülmüşdür. Şamaxı qəzasının müsəlman kəndlərinin sakinlərinə vurulan maddi ziyanın ümumi həcmi 607.167.420 rubl təşkil etmişdir.

Şamaxı soyqırımını Azərbaycanın digər bölgələrindəki soyqırımlarından fərqləndirən cəhət qəzanın molokan-rus əhalisinin də bu hadisələrdə ermənilərlə birgə fəal iştirakı olmuşdur.
Şamaxı soyqırımına dair Komissiyanın sənədləri ümumilikdə, 22 cild istintaq materialı və 63 fotoşəkil təşkil etmişdir. Bu sənədlər 1918-ci il Şamaxı faciəsinin tam mənzərəsinin miqyasını bilməyə imkan verir.

         Göyçay qəzası-1918-ci il

1918-ci il iyun ayının 14-də Göyçay qəzası “bolşevik qoşunları” adı altında hərəkət edən erməni dəstələrinin güclü hücumuna məruz qalmışdır. Göyçay qəzasının Kürdəmir qəsəbə sakinlərinin müqavimətini qıran erməni dəstələri burada insanlığa sığmayan ağlagəlməz vəhşiliklər törətmişlər.  Nəticədə 56 ev və dükan, 127 mülk, 2 məscid binası tamamilə yandırılır, qalan bütün evlər  talan və qarət edilmişdir. İstər Kürdəmir stansiyasının, istərsə də kəndinin bütünlüklə dağıdılmasının, qalan əhalinin məhv edilməsinin qarşısını isə Qırmızı ordu hissələri tərkibində olan ruslar və qismən bolşeviklərlə əməkdaşlıq edən iranlı (cənubi azərbaycanlı) fəhlələr almışdır. FTK-nın sənədlərində  rus və azərbaycanlı bolşeviklərlə ermənilər arasında Kürdəmirdə milli qırğınlara son qoyulması zəminində baş verən münaqişələr, hətta bir neçə erməni əsgərinin güllələnməsinə dair şəhadətlər gətirilir. Kürdəmirdən başqa  Göyçay  qəzasının  Caylı, Qaravəlli, Qarabucaq, Mustafalı, Xəlil-Qasımbəy, Ərəb-Mehdibəyli, Dədəli və digər kəndləri də erməni hücumlarına məruz qalmış və insan tələfatı ilə üzləşmişlər. Məsələn, Ərəb-Mehdibəyli kəndində 84 ev dağıdılıb yandırılmış, kəndin 83 sakini, o cümlədən 78 kişi, 4 qadın və 1 oğlan uşağı qətlə yetirilmişdir. 1918-ci ilin yayında Bakı Soveti Ordusu ilə Qafqaz İslam qoşunları arasında gedən Göyçay qəzasının Qaraməryəm kəndi yaxınlığında gedən döyüşlər azərbaycanlıların xeyrinə dəyişərək həlledici əhəmiyyətə malik olmuş və Azərbaycan torpaqlarının düşməndən azad olunmasının əsasını qoymuşdur.

         Cavad qəzası-1918-ci il

Aprel  ayının  əvvəllərindən  başlayaraq  erməni vandalları bolşevik bayrağı altında Cavad qəzasının müsəlman kəndlərini sovet  hakimiyyəti qurmaq bəhanəsi ilə dağıdır və yandırır, dinc əhalini qırır, əmlakını isə qarət etmişlər. Erməni silahlı dəstələri Hacıqabul stansiyasından  başlayaraq  Kür  boyu  hərəkət etmiş və qəzanın  azərbaycanlılar yaşayan kəndləri olan Ərəb-Şahverdi  və Hilə-Mirzəlikəndə hücumlar etmişlər. Gözlənilmədən  kəndləri  mühasirəyə  alan erməni  daşnakları top və pulemyotlardan atəş açaraq çoxlu sayda insan qətlə  yetirilmiş,  44 yaşayış evini , kənd məscidini, müqəddəs kitabları yandırılmış, kəndlilərin bütün mal-qarasını və daşınan əmlakını qarət etmişlər.  Bu  kəndlərdən  başqa  Cavad qəzasının Bəydili, Yaxşıkənd, Xocalı, Seyidlər, Xarmandalı, Ərəb-Qardaşbəyli, Pirabba, Qara-İmamlı, Uzun-Babalı, Aşağı Sorra və digər kəndlər ayrı-ayrı vaxtlarda ermənilər tərəfindən dağıdılıb, yandırılmış, əhalisi isə misli görünməmiş vəhşiliklə qətlə yrtirilmişdir. Fövqəladə Təhqiqat Komissiyasının  Cavad  qəzasına  dair  sənədləri arasında Xocalı  kəndinin 18 yaşlı sakini Sürəyya Məşədi Dadaş qızının verdiyi ifadə erməni qəddarlığına bariz nümunə sayıla bilər. Komissiyasının  müstəntiqləri qolu kəsilmiş, ayaqdan şikəst, xəstə və zəif, bütün yaxınlarını  itirmiş  və başqa bir  kənddə, yad  insanların  yanında sığınacaq tapmış Sürəyya Dadaş qızının zərərçəkən kimi ifadəsi və tibbi müayinə sənədləri ilə yanaşı, şəklini də erməni vəhşiliklərinin  şəhadəti  kimi  istintaq materiallarına daxil edilişdir. Bolşevik, molokan və erməni qüvvələri  tərəfindən bir müddət mühasirədə qalan Cavad qəzasının bir sıra yaşayış məntəqələri 1918-ci ilin payızında Azərbaycan Ordusunun xüsusi hərbi əməliyyatları nəticəsində düşməndən təmizlənmişdir. 1918-ci il iyulun 15-də yaradılmış Fövqəladə Təhqiqat Komissiyasının 36 cildlik  istintaq materialları sırasında Göyçay və Cavad qəzalarında da təhqiqatlar aparıldığı göstərilsə də, bu qəzalara dair  sənədlər respublikada qalmamış və uzun müddət  itirilmiş  hesab edilmişdir. Yalnız uzun axtarışlardan sonra FTK-nın çəkdiyi fotosənədlər Parisdə, Əlimərdan bəy Topçubaşovun  arxivindən aşkar edilmişdir. Beləliklə, Göyçay və Cavad qəzalarının yalnız Parisə göndərilən sənədləri – əsasən soyqırıma məruz qalmış insanların şahid ifadələri və bu qəzalarda təhqiqat aparmış müstəntiqlərinin məruzələri  əsasında  daha iki Azərbaycan qəzasında 1918-ci il soyqırımları haqqında məlumat əldə etmək mümkün olmuşdur.

Müəllif: LƏTAFƏT BEYBUTOVA ƏLƏSGƏR QIZI

Quba şəhərində “Soyqırımı Memorial Kompleksi”

Elmi Araşdırmalar, Ekspozisiya və Fond şöbəsinin müdiri              

Mob: 055 543 55 28, qubatovaltaft@gmail.com

LƏTAFƏT BEYBUTOVA ƏLƏSGƏR QIZININ YAZILARI

PDF>>>ZAUR USTAC UŞAQ ŞEİRLƏRİ

PDF: >>>>> ZAUR USTAC “QƏLƏMDAR-2”

PDF>>> ZAUR USTAC “BB” KİTABI

>>>> ƏN ÇOX OXUNAN HEKAYƏ <<<<

ZAUR USTACIN SATIŞDA OLAN KİTABLARI


“YAZARLAR”  JURNALI PDF


YAZARLAR.AZ

===============================================

<<<<<< WWW.USTAC.AZ və  WWW.BİTİK.AZ >>>>>> 

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

ZAUR USTAC – YAZ  SEVDASI  VAR

ZAUR USTACIN YAZILARI

YAZ  SEVDASI  VAR
Bu payız bir başqa gəlir ömrümə,
Güzün gümanında yaz sevdası var.
Xəzana bürünüb bütün bağ, bağça
Güzün gümanında yaz sevdası var.
* * *
Bu xəzan yelimi, ya bahar mehi?
Bivaxt tumurcuqda, tər zəfər zehi,
Qızılı yarpaqda zər qəhər şehi,
Güzün gümanında yaz sevdası var.
* * *
Ustac, tac almısan Haqqın özündən,
Gözəllər xoşhaldır şirin sözündən,
Görməz, qəm süzülür qəmgin gözündən,
Güzün gümanında yaz sevdası var.
29.08.2021. Bakı.

Müəllif: Zaur USTAC,

 “Yazarlar” jurnalının baş redaktoru,

şair-publisist.

ZAUR USTACIN YAZILARI


MÜSABİQƏ ELAN OLUNDU 

“SÖZÜN AĞ RƏNGİ” LAYİHƏSİ

ŞAHMAR ƏKBƏRZADƏNİN YAZILARI

İlkin mənbə: Karabakhmedia.az– :`Sizin yerinizə utanıram mən` – Şahmar Əkbərzadənin şeirləri

PDF>>>ZAUR USTAC UŞAQ ŞEİRLƏRİ

PDF: >>>>> ZAUR USTAC “QƏLƏMDAR-2”

PDF>>> ZAUR USTAC “BB” KİTABI

>>>> ƏN ÇOX OXUNAN HEKAYƏ <<<<

ZAUR USTACIN SATIŞDA OLAN KİTABLARI


“YAZARLAR”  JURNALI PDF

YAZARLAR.AZ
===============================================

<<<<<< WWW.USTAC.AZ və  WWW.BİTİK.AZ >>>>>> 

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

MAYIL DOSTU. KƏDƏRLƏ DOSTAM

MAYIL DOSTUNUN YAZILARI

KƏDƏRLƏ DOSTAM

(oxumanız məsləhətdir)

Yağışdan qorxum yox, yalınam, lütəm,

Od vecimə deyil, külə dönmüşəm.

Mümkünmü, təzədən yanam, ütüləm,

Ocağım qaralıb, çoxdan sönmüşəm.

***

Daşdan daşa dəyib qovğalı başım,

Ağlıma gəlməyən, başıma gəlib.

Ən çox kədər olub dostum,sirdaşım,

Dərd ara verəndə, xoşuma gəlib.

***

Tale mən deyəni,çox vaxt deməyib,

Arzumun şumuna zəhər əkilib.

Ürək istəyəni bəxtim yeməyib,

Diləyim doğranıb şişə çəkilib.

***

Ağrını, acını tale ötürməz,

Dərdimin içində sevinc gəzirəm.

Yükləsən bu yükü heç kim götürməz,

Bu ağrıya, mən ki dağam, dözürəm.

***

Kədər dostum oldu, fərəh düşmənim,

Qəribə taleyim, güzarım oldu.

Allahım, nə idi günahım mənim,

Dərd alverim, kədər bazarım oldu?

Müəllif: Mayıl DOSTU

MAYIL DOSTUNUN YAZILARI


MÜSABİQƏ ELAN OLUNDU 


YAZARLAR.AZ

===============================================

<<<<<<WWW.YAZARLAR.AZ və  WWW.BİTİK.AZ >>>>>>

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

ZAUR USTACIN YARADICILIĞI ƏDƏBİ-TƏNQİD MÜSTƏVİSİNDƏ

AYƏTXAN ZİYADIN YAZILARI

“Zaur Ustacın yaradıcılığı ədəbi-tənqid müstəvisində”


Redaktoru və texniki-tərtibat işi:

Ayətxan Ziyad (İsgəndərov)

Toplumda ədəbiyyat­şünas və tədqiqatçıların, eyni zamanda  yazıçı və müxtəlif digər peşə sahiblərinin müasir Azərbaycan ədəbiyyatına öz baxış müstəvisi olan yazıçı-publisist Zaur Ustacın yaradıcılığına münasibətləri gündəmə gətirilib. “Ədəbiyyatşünas, tədqiqatçı sözü” və “Dost sözü, həmkar sözü” bölümlərrində həmin yazılarla tanış ola bilərsiniz.                               

Toplumda uşaq ədəbiyyatı problemlərinə xüsusi mövqe sərgilənir.         

                                                         

Müəllif: Ayətxan ZİYAD (İsgəndərov),

Azərbaycan yazıçılar və jurnalistlər birliklərinin üzvü, yazıçı-jurnalist, tədqiqatçı

AYƏTXAN ZİYADIN YAZILARI

ZAUR USTACIN YAZILARI


MÜSABİQƏ ELAN OLUNDU 


YAZARLAR.AZ

===============================================

<<<<<<WWW.YAZARLAR.AZ və  WWW.BİTİK.AZ >>>>>>

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

ZAUR USTAC. SARI YARPAQ GÖR NƏ GÖZƏL…

ZAUR USTACIN YAZILARI

PAYIZ
(Fəridə xanıma)
Təbiiətin möcüzəsi,
Bizə olan sözdü payız…
Dağ-dərədə deyib-gülən,
Düzdə dolan gözdü payız…
* * *
Sarı yarpaq gör nə gözəl,
Kimə güldü, kimə xəzəl,
Həzin-həzin, gözəl-gözəl,
Cıbrıq olan qozdu payız…
* * *
Ustac dəyər verər sözə,
Qabda nə var, çıxar üzə,
Aram-aram, məzə-məzə,
Ömrə düşən izdi payız…
07.10.2016. Bakı.

Müəllif: Zaur USTAC,

 “Yazarlar” jurnalının baş redaktoru,

şair-publisist.

ZAUR USTACIN YAZILARI



MÜSABİQƏ ELAN OLUNDU 

“SÖZÜN AĞ RƏNGİ” LAYİHƏSİ

ŞAHMAR ƏKBƏRZADƏNİN YAZILARI

İlkin mənbə: Karabakhmedia.az– :`Sizin yerinizə utanıram mən` – Şahmar Əkbərzadənin şeirləri

PDF>>>ZAUR USTAC UŞAQ ŞEİRLƏRİ

PDF: >>>>> ZAUR USTAC “QƏLƏMDAR-2”

PDF>>> ZAUR USTAC “BB” KİTABI

>>>> ƏN ÇOX OXUNAN HEKAYƏ <<<<

ZAUR USTACIN SATIŞDA OLAN KİTABLARI


“YAZARLAR”  JURNALI PDF

YAZARLAR.AZ
===============================================

<<<<<< WWW.USTAC.AZ və  WWW.BİTİK.AZ >>>>>> 

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

Hikmət Məlikzadə – Payız çöhrəli zəfər yazı

HİKMƏT MƏLİKZADƏNİN YAZILARI

Payız çöhrəli zəfər yazı

Hələ min illər əvvəl Şaman fəlsəfəsində şəxsiyyətin fəallıq aspektləri geniş müzakirələrə səbəb olub… İnsanlar (bəzən) bu ali dəyərin məqsədinə vara bilməsələr də, zərrəvi həqiqətləri günün reallığı hesab edib, özlərinin cəmiyyət işində hansı önəm daşıdıqlarını bilməyiblər. Bu da o dövr üçün səciyyəvi olan ibtidai fikirdə itib-batmaq təhlükəsi yaradıb. Lakin zaman keçdikcə şəxsiyyət kodeksi daha çox diqqət çəkdiyi üçün insanlar ali fikirlərə meyl edib, ictimai düşüncə ibtidaidən çıxıb…

Açığı, (biz) parlaq istedadlı şair Tapdıq Əlibəylinin 2021-ci ildə “Elm və təhsil” mətbəəsində işıq üzü görmüş “Payız çöhrəsində yazdı 44 gün” kitabını oxuduqdan sonra bu qənaətə gəldik. Kitabdakı şeirlər (bəlli olduğu kimi) 2020-ci ilin 44 günlük tarixi həqiqətlərinə zəmin verir. Əsas leytmotivi (vahid süjet xətti) “Qarabağ Azərbaycandır!” şüarı olan bu kitabda vətənpərvərlik duyğusu, Vətən hissi bədii zərurətlərdən daha çox fəlsəfi çırpıntı doğurur; yəni (kitab boyu) poetik ruh eyni ləngərdə olsa da, müəllif ovqatını aşkar-sətiraltı ruhda cilalayıb, otuz ilin həsrət yanğılarını bir vətəndaş münasibətinin sədaqəti, əzmi və şücaəti ilə ehtiva edib. Zənnimizcə, (adıçəkilən kitabda) oxucunu acı hislər qoynunda çırpındıran da ən çox elə bu nüansdır. Maraqlıdır ki, Tapdıq Əlibəyli (bu kitabda) adi istəklə deyil, zorla təmin olunan azadlığı vəsf edib, işğala məruz qalmış yurdlarımızı, əsir və itkin düşmüş insanlarımızı, torpaq uğrunda canlarından keçmiş qeyrətli oğullarımızı 44 günün fərəhi qədər işıqlı göstərib. Belə deyək, müəllif oxucuya əzabı bir qədəh mey kimi içmək, hərfən və mahiyyətcə fərqli ideyalarda bərqərar olan zəfəri mənəvi və emosional dərk etmək şansı verib. Kitabdakı şeirlərin hamısında insanın taleyi özünə tabe etmək və yaxud (onu) dəyişdirə bilmək zərurəti var. Həmçinin, burada klassika, nostalji hiss eyni müstəvidə, fəqət başqa anlamlarda cərəyan edir. Əslində, bu təlatüm doğuran harayın içində doğru bir tövsiyyə (də) diqqət çəkir; insanı, insanlığı, torpağı, bütöv halda Vətəni qorumaq üçün nəsil-nəsil çırpınmalıyıq. Çünki illər qanadsız ilğımlar kimidir, qəfil qeyb olurlar…

TAPDIQ ƏLİBƏYLİNİN YAZILARI

Əlbəttə, (yuxarıda dediyimiz kimi) kitabın poetik-ictimai süjeti şəxsiyyət fəallığı, bütöv bir epoxanı dəyişən yenilməz İnsan qüdrətidir… Nümunələrə diqqət edək:

Xilaskar Ordunun çarpan ürəyi,

Millətin, dövlətin məslək-diləyi.

Zəfərə aparır qətiyyət, səyi,

İlham Heydər oğlu – Şanlı Sərkərdə!

***

“Əsgər duası”nın sözündə kəsər:

“Minarələr süngü, qübbələr miğfər…”

Ucaldı haqq səsi: Allahu Əkbər!

Müzəffər millətə əsgər Ərdoğan!

***

…Yağı qıfılına Ordumuz açar,

Məğlub aqibətə işğalçı düçar.

Qəsbkar erməni boğulur naçar,

Sevinc göz yaşında Azərbaycanın!

Bu şeir parçalarında müəllif sevən, sevilən, həyata ayıq gözlə baxan İNSAN obrazlarına səcdəlik haqqı verir. Bu haqq öz fəlsəfi mənasını “…Yağı qıfılına Ordumuz açar” prizmasında tapır. Buradan belə anlayırıq ki, oxucuda yüksək həyat eşqi, real vətəndaşlıq hissi yaratmaq şairin ən ümdə vəzifələridəndir, onun (kitab boyu) lirik hədəfi bu ali duyğudur. Doğrudan da, xəyanətkar olduğu üçün “işğalçı məğlub aqibətə (həmişə) düçar” qalır. Bu ədəbi xarakteri aşağıdakı misralar çox dəqiq və sərrast açır:

…Allahın da xoşu, həvəsi gəlir

“İrəli” marşından Azərbaycanın!

Elə bu marş sədaları ilə Azərbaycan 44 gündə öz gerçəyini sübuta yetirdi. Müəllif bununla (sətiraltı) demək istəyir ki, güc kimdədirsə, zəfər də ondadır…

Heç şübhəsiz, Tapdıq Əlibəyli öz üslubu, fərqli düşüncə tərzi olan şairdir. Məsələn, o, işğalçını da, işğal acılarına məruz qalanı da eyni cəmiyyətdə pərvəriş tapmaq səadəti ilə xarakterizə edir, dostluqla düşmənçiliyi eyni duyğu ilə cilalayır, lakin humanist olmağın əngəllərini də aşkar göstərir.

Səmimi deyək ki, «Payız çöhrəsində yazdı 44 gün» kitabında qabarıq həyat eskizləri var və müəllifin poetik təəssüratı məxsusi olaraq bu amillə səciyyələnir. Buradakı şeirlər ləyaqət və insanpərvərlik duyğularının bədii ehtivası qədər səciyyəvidir, səmimi koloritdə öz ifadəsini tapır.

Kitabda emosiya doğuran, həm də çılğın hislər yaradan siyasi ovqat da seysmik təsiri ilə diqqət çəkir:

…“İti qovan” toy tutur,

Oyna, Paşinyan, oyna!

Bu gülüş və sarsıntı doğuran misraları şairin ölkə rəhbərinə şamil etdiyi saf, səmimi və təmiz duyğular parça-parça edir:

Ali Baş Komandan – Ali Baş Əsgər,

Qarabağ uğrunda hər kəs səfərbər.

Əsgərə komandan, xalqına rəhbər, –

İlham Heydər oğlu – Şanlı Sərkərdə!

Bu şeirdə və bu tipdə digər Vətən ruhlu ədəbi komponentlərdə müəllif (haqlı olaraq) diqqətə çatdırır ki, yüksək idarəçilik bacarığı dövlətin idarə olunmasında əsas faktordur. Bu qəti bacarığa malik olduğu üçün Ali Baş Komandan İlham Əliyev Azərbaycanın inkişaf və tərəqqisi üçün böyük əsaslar əldə edib. Daha doğrusu, dövlət quruculuğu, torpaqlarımızın işğaldan azad edilməsi, müzəffər Azərbaycan ordusunun qazandığı nailiyyətlər, Azərbaycanın dünyada söz sahibi olması və s. ölkə prezidentinin fəaliyyət strategiyasında son məqsəd deyil.

…Tarix unutqanlıq xoşlamır, qardaş,

Hələ ki, bitməyib son döyüş, savaş…

Bu harayın ehtivası nəhayət ki, 2020-ci ildə öz küləyini əsdirdi. Bu anlamda, Tapdıq müəllim (kitabda) əks hücum əməliyyatının başlanmasını populistcə yox, insanca araşdırıb, qeyrətli oğullarımızın öz canlarından keçmək əzmini fəlsəfi rakursda cilalayıb. Demək istəyib ki, bəlkə də, bir adam bütün həyatını digər bir insan uğrunda xərcləmək üçün doğula bilsin. Lakin Azərbaycan əsgəri bu qətiyyətə toplum halında imza atdı. Bu da o mənadadır ki, Allahın insan(lar)a verdiyi dəyər başqası üçün yaşamaq bacarığıdır, müəllifin xüsusi önəm verdiyi və yüz cür rəng sürtdüyü bu ədəbi salnamə hər kəsin həyat bələdçisi ola bilər.

“Payız çöhrəsində yazdı 44 gün” kitabında bəlkə də müəllifin əsas məqsədi göz önündə yaşanan tarixi həqiqətləri əks etdirmək deyil, əksinə, İlahi nurun fəzilətini ənam almış obrazların, onların bir çoxunun mərdanəliyinə işıq tutmuş yaradıcı insanların mübarək insan çöhrələrində həyatı, taleyi daha işıqlı göstərə bilməkdir. Bu da o anlama gəlir ki, Tapdıq Əlibəyli insan vurğunu, şəxsiyyət aşiqidir, ucalıq qayəsi aydın görünən qələm sahibidir. Biz onun kitabda adbaad sərgilədiyi obrazların əsl insan xislətini, yurd sədaqətini xoşovqat missiya kimi sezirik.

Tapdıq müəllim kitabın vətənpərvərlik kodunu əsgər paltarı (mundiri) kimi ifadə edib, bu şifrəni “Zəfər günümüzün… boyuna biçilib əsgər mundiri. Şəhidlər, qazilər, ər-qəhrəmanlar Geyinib əyninə şəstlə hər biri” fonunda (oxucuya) göstərib. Zaman aşırımları keçmək gücü olan bu kitabı diqqətlə oxuyanlara bəlli olur ki, ekstremal şərait həyatın ən dürüst çalarlarını aydın xarakterizə edir, çılğınlıq dərdi zəkasızlığa sirayət edən mövcud aləmdə insanın azacıq da olsa günah morfemindən bir qat üstdə duruş gətirməsi hazırkı reallığın bəlkə də üz tutula biləcəyi sadə dürüstlükdür. Bu rakurs həyata ruh ucalığı ötürmək missiyalıdır. Bu ideoqrfik zəmin oxucunu Vətən hissindən «uzaq» tutmur, əksinə onu hissi olaraq ikiləşmək qorxusundan «azad edir».

İnanırıq ki, «Payız çöhrəsində yazdı 44 gün» kitabı istedadlı şair Tapdıq Əlibəylinin növbəti yaradıcılıq uğurlarına (bir) körpü olacaq. Çünki

Müəllif: Hikmət MƏLİKZADƏ,

Azərbaycan Yazıçılar Birliyinin üzvü, Prezident təqaüdçüsü.

HİKMƏT MƏLİKZADƏNİN YAZILARI

TAPDIQ ƏLİBƏYLİNİN YAZILARI

MÜSABİQƏ ELAN OLUNDU 

“SÖZÜN AĞ RƏNGİ” LAYİHƏSİ

ŞAHMAR ƏKBƏRZADƏNİN YAZILARI

İlkin mənbə: Karabakhmedia.az– :`Sizin yerinizə utanıram mən` – Şahmar Əkbərzadənin şeirləri

PDF>>>ZAUR USTAC UŞAQ ŞEİRLƏRİ

PDF: >>>>> ZAUR USTAC “QƏLƏMDAR-2”

PDF>>> ZAUR USTAC “BB” KİTABI

>>>> ƏN ÇOX OXUNAN HEKAYƏ <<<<

ZAUR USTACIN SATIŞDA OLAN KİTABLARI


“YAZARLAR”  JURNALI PDF

YAZARLAR.AZ
===============================================

<<<<<< WWW.USTAC.AZ və  WWW.BİTİK.AZ >>>>>> 

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

İLQAR MİRZƏYEV HAQQINDA

İLQAR MİRZƏYEV

SƏKKİZ ŞEİR VƏ SONSUZLUQ

(Polkivnik İlqar Mirzəyevə həsr olunmuş şeirlər)

GƏL, BU DƏRDƏ DÖZ DƏ YAŞA…
Hanı qoşun, hanı ləşkər?
Tək qalbdı iki Paşa…
Baiskarı kimdi, bilməm,
Kaş dönəydi özü daşa…
Gəl, bu dərdə döz də yaşa…
Gəl, bu dərdə döz də yaşa…
* * *
Əlim üzümdə qalıbdı,
Sözüm ağzımda qalıbdı,
Arzum gözümdə qalıbdı,
Qanım gözdə dönüb yaşa…
Gəl, bu dərdə döz də yaşa…
Gəl, bu dərdə döz də yaşa…
* * *
Ustacam, artıb ələmim,
Ta yazmır, sınıb qələmim,
Hər gün də artır sələmim,
Eşqim düzdə dönüb quşa…
Gəl, bu dərdə döz də yaşa…
Gəl, bu dərdə döz də yaşa…
17.07.2020. II FX. Bakı.

TORPAQ BİZİ GÖZLƏYİR
Gəlmişəm görüşə yenə də, qardaş!
Ayaqlar olmadı sonadək yoldaş…
Qollarım qoynumda qurudu bardaş…
Yadıma xırdaca günahım düşdü…
Yanında boş yerə tamahım düşdü…
* * *
Gəlmişəm görüşə yenə də, qardaş!
Ayaqlar olmadı sonadək yoldaş…
Qollarım qoynumda qurudu bardaş…
“Hazırdır məzarlar”, – eyindən keçir…
Yanına gələn yol çiyindən keçir…
* * *
Gəlmişəm görüşə yenə də, qardaş!
Ayaqlar olmadı sonadək yoldaş…
Qollarım qoynumda qurudu bardaş…
Bu süslü “otaqlar” xiffət eyləyir…
“Daş yastıq yataqlar” minnət eyləyir…
* * *
Gəlmişəm görüşə yenə də, qardaş!
Ayaqlar olmadı sonadək yoldaş…
Qollarım qoynumda qurudu bardaş…
Səngər, məzar ortaq bizi gözləyir…
Qardaş, Ana torpaq bizi gözləyir…
23.08.2020. – Bakı. (II F.X.)

VARMIŞ
Nə deyim, Allahım sən bilən haqqdır,
Görəcək günləri görmək də varmış…
Elçini, İlqarı alıb yanına,
Zaura sən gözlə, demək də varmış…
* * *
Gözün biri gülür, biri ağlayır,
Ağlaya-ağlaya gülmək də varmış…
Poladı, Şükürü alıb yanına,
Zaura sən gözlə, demək də varmış…
* * *
Şükür yazdığına, şükür qismətə,
Dərdin acısını sevmək də varmış…
Həmdəmi, Rəşadı alıb yanına,
Zaura sən gözlə, demək də varmış…
31.10.2020. Bakı.

DAHA TƏK DEYİLSİNİZ
Yenə də görüşə gəlmişəm, Qardaş!
Gözün biri gülür, biri ağlayır…
Daha tək deyilsiz, təsəllidir bu,
Bir yandan mənzərə ürək dağlayır…
* * *
Qəribə bir hüzur çuğlayır məni,
Yanında hər nəfəs ruha töhfədir.
Vətən kitabını vərəqləyirəm,
Burada hər məzar bir səhifədir…
* * *
İgid, ər oğullar toplanıb bura,
Bütün çöhrələrdə, təbəssüm, qürur…
Tək-tək sıralanan bu baxışların,
Hər biri özünə bir dastan qurur…
* * *
Yenə də görüşə gəlmişəm, Qardaş!
Gözün biri gülür, biri ağlayır…
Daha tək deyilsiz, təsəllidir bu,
Bir yandan mənzərə ürək dağlayır…
29.12.2020. Bakı ş. II FX.

SƏKKİZİ SONSUZLUQ ELƏDİ İLQAR
Xoşbəxtlər günündə doğulmuşdu o,
Təqvimin bu günü İlqar günüdür!
Ölməzlər günündə doğulmuşdu o,
Təqvimin bu günü İlqar günüdür!
* * *
Bu gün doğum günü, yaşar əbədi,
Eliynən bir ünü, yaşar əbədi,
Sonsuzluğa yönü, yaşar əbədi,
Təqvimin bu günü İlqar günüdür!
* * *
Zaur tək yüzləri bir çətən oldu,
Çoxu arzuladı, o yetən oldu,
Vətən torpağında o, bitən oldu,
Təqvimin bu günü İlqar günüdür!
08.05.2021. Bakı.

İLQAR
Qəhrəman olmaq üçün
Gəlmişdi Yer üzünə.
Silahı sevgi idi,
Qonmuşdu nur üzünə.
* * *
Verdilər İlqar adın,
Böyüdü üzdə vüraq.
Fəxriydi dostun, yadın,
Əhdinə düzdü İlqar.
* * *
Ananın sevinciydi,
Obanın şan-şöhrəti.
Ziyası oldu xalqın,
Əritdi zin-zülməti.
* * *
Gətirdi gedişiylə
Şərəfi, şanı bizə.
Qollara qüvvət oldu,
Təpəri yetdi dizə.
* * *
Məzara düşən gün o,
And içdi mərd oğullar:
-“Bu qanı alacağıq,
Sən rahat uyu, İlqar!”
* * *
İgidlər tutdu sözün,
Bir gündə döndü zaman.
Göstəriş verildi ki,
Düşmənə yoxdur aman!
* * *
Çin oldu arzuları,
Qarabağ oldu azad.
Uyuyur rahat indi,
Şəhidim indi rahat…
21.06.2021. Bakı.

O GÜN
Hər şey belə başladı,
Gülə-gülə getmişdin…
Döndün üzdə təbəssüm,
Çöhrənə həkk etmişdin…
* * *
Tək getmişdin gedəndə,
Yüz min olub qayıtdın…
Özün getdin yuxuya,
Milyonları oyatdın…
* * *
Hər şey belə başladı,
Bütün xalq həmdəm oldu…
Cümlə aləm toplandı,
Azərbaycan cəm oldu…
* * *
Yuxudaykən əbədi,
Yatmışlara qalx dedin…
Vətənin qara dərdin
Al boyayıb, ağ etdin…
* * *
Girib torpaq altına,
Çıxartdın üzə nə var…
Bir gedişə mat idi,
Taxtada tüm fiqurlar…
* * *
Tarixində satrançın
Bəlkə də bu oldu ilk…
Qarşısında bir topun,
Vəzir olmuşdu fillik…
* * *
Hər şey belə başladı,
Qonaqların sığmadı
O gün həyət-bacana,
Məmləkəti çuğladı…
* * *
Başlanan yol qapından,
Şuşayadək uzandı…
Vətən oğlun itirdi,
Torpağını qazandı…
* * *
Belə şanlı hekayət,
Tarixdə bir, ya iki…
Lap başqası varsa da,
Möcüzədir bizimki …
* * *
Bu dastanı qanıyla
Yazdı ərlər, ərənlər…
Bu kitabın qədrini,
Bilir yazmaq bilənlər…
14.07.2021. Bakı.

QARDAŞ
Sən gəzən yerlərə gəlmişəm, Qardaş!
Qanın axan yerdə lalə bağrı qan.
İlk sübh şəfəqində çatmışam bura,
Rəngindən rənginə qatıb oğru dan.
* * *
Lənət o günə ki, açıldı səhər,
Namərdin dişinin dibində zəhər,
Dilində boğazdan yuxarı qəhər,
O müdhiş yalanı dedi doğrudan…
* * *
İndi bu kol-kosun nə günahı var?
Çəlləyə çiv olan palıd günahkar!
Ətrafda dağ-daş da ağlayır zar-zar…
Bülbüllər dilini udub qorxudan…
* * *
Nə yaxşı bu “tale”, “qismət” sözü var,
Sığınıb onlara olduq gözü dar,
Lap bilmək istəsən düzü ay İlqar,
Hamının yaradır qəlbi ağrıdan…
* * *
Ustaca təsəlli oğlunla qızın,
Biləsən, itməyib çörəyin, duzun,
Haçansa yenə də doğsa ulduzun,
Hilalı boylanır hər gün Ağrıdan…
07.07.2022. Azərbaycan.

Müəllif: Zaur USTAC,

“Yazarlar” jurnalının baş redaktoru,

şair-publisist.

YAZARLAR

PDF>>>ZAUR USTAC UŞAQ ŞEİRLƏRİ

PDF: >>>>> ZAUR USTAC “QƏLƏMDAR-2”

PDF>>> ZAUR USTAC “BB” KİTABI

>>>> ƏN ÇOX OXUNAN HEKAYƏ <<<<

ZAUR USTACIN SATIŞDA OLAN KİTABLARI


“YAZARLAR”  JURNALI PDF

YAZARLAR.AZ
===============================================

<<<<<< WWW.USTAC.AZ və  WWW.BİTİK.AZ >>>>>> 

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

Meyxoş Abdullah – Mininci erməni qadını…   

MEYXOŞ ABDULLAHIN YAZILARI

                                      Mininci erməni qadını…   

                                      (hekayə)        

         … Gecənin qaranlığında, boynumun ardına dəyən avtomat qundağının zərbəsindən səndələyib, ağzıüstə yerə yıxılanda ölümün, artıq, bir addımlığında olduğunu zənn edərək taleyimə acıdım. – Demək mənimki bura qədərmiş! – düşündüm. Bəlkə, yenə də nə haqdasa fikirləşəcəkdim, ancaq böyürümə dəyən təpik zərbələrindən içim elə silkələndi ki, sancıdan az qala nəfəsim kəsiləcəkdi. Əllərimlə sifətimi qapatmışdım ki, vurulan zərbələr baş-gözümə dəyib, dağıtmasın.

             Əsir düşdüyümü yəqin bildiyimdən, içimi qorxu hissi bürüdü. Elə bu an acılacaq atəşin səsini eşitmək xofu altında, ötəri də olsa gözucu ətrafa nəzər saldım. Burnumun lap ucunda ağappaq, qarın üzərində qaralan bircüt əsgər çəkmələri gözümə dəydi. Uzandığım yerdəcə üzüyuxarı dartınıb, başımın üstündə duran adamın sifətini görməyə çalışdım.

            Qar işığında boz-bulanıq şəkildə əlində avtomat tutmuş əsgəri görəndə, tam yəqin etdim ki, artıq, mənim işim bitmişdir. Qorxmağın xeyiri yox idi, onsuz da güllələyəcəkdilər, – fikirləşdim.

            Başımın üstündə dayanan əsgər, əvvəl ermənicə, sonra da ləng tərpəndiyimi görüb, rusca: – “Qalx ayağa!” – əmri verdi.

            Yerə dirsəklənib zorla da olsa ayağa qalxdım. Boynumun ardındakı küt ağrıdan başqa, bədənimin heç bir yerində əyir-əskik yox idi. Bayaq böyürümə dəyən təpik zərbələrinin ağrısı da, ötüb keçmişdi.

            Qarşısında dayandığım düşmən əsgərinin acıqlı sifəti, ay işığında apaydınca görünürdü. Əsgər mənim ayağa qalxdığımı görüb, bir-iki addım geri çəkildi və avtomatının lüləsini üzümə tuşlayaraq: – “Əllərini boynunun ardına qoy!..” – deyə bağırdı.

             Əllərimi boynumun ardında daraqladım. O, tək idi. Ətrafda da səs-səmir eşidilmirdi. Necə oldu ki, mən əsir düşdüm? Yəqin, bu erməni əsgəri kəşfiyyatçıdır? – düşündüm. Çünki  kəşfiyyatçıların işi günlərlə künc-bucaqda dayanıb, hörümçək kimi səssiz-səmirsiz, öz “ovunu” gözləməkdir.

            Əslinə qalsa, mən də kəşfiyyata göndərilmişdim. Ancaq görünür sayıqsızlığım başıma bu oyunu açdı. – İndi nə edim? – düşündüm. Əgər bu oğlan təkdirsə məni əsir alıb aparmaq, ona o qədər də asan başa gəlməyəcəkdi. Çünki yanımda o çox cılız görünürdü. Bir dəqiqənin içində onu şil-küt eləmək mənim üçün çətin olmayacaqdı. Üç illik cəbhə həyatı məni çox zülmlərlə qarşı-qarşıya qoymuşdu. Bir neçə dəfə ağır yaralansam da, kəfəni cırıb çıxmışdım.

            Ətrafa gözucu nəzər saldım, hər tərəf sakitlik idi. Əgər bu cavan oğlanın ağlından məni güllələmək keçirdisə, yəqin ki,  elə indilərdə avtomatın tətiyini çəkib, sinəmı dəlmədeşik edəcəkdir, – deyə düşündüm. Yox, məqsədi əsir aparmaqdısa, onda öz məharətimi ona göstərməliydim.

            Dəqiqələr uzandıqca fikrimi bir yerə toplaya bilmirdim. Avtomat silahım da çoxdan erməni əsgərinin çiynindən asılmışdı. Ondan başqa üstümdə əlavə bir şey yox idi. – Eybi yoxdur, çəmləyib yalın əllə onun nəfəsini kəsərəm! – deyə öz-özümə təskinlik verdim.

            Oğrun-oğrun ətrafa nəzər salmağım, əsgəri bir azca şübhələndirdi. O, mənim qaşacağımı, yaxud da, ona hücum edəcəyimi zənn etdiyindən, avtomatının lüləsini göyə tuşlayıb tətiyi çəkdi.           Meşənin sakitliyi bir anın içindəcə pozuldu. Açılan güllələr başımızın üstünü  çətirləmiş ağacların budaqlarını biçib, qarın üstünə tökdü. Onun niyə belə etdiyini başa düşməkdə çətinlik çəksəm də, hiss etdim ki, “dostum” qorxur.

          Üstündən beşcə dəqiqə keçməmiş, yaxınlıqdan ağız-ağıza verib ulaşan atəş səsləri meşəyə qorxunc bir vahimə saldı. Hiss etdim ki, əsgər tək deyildir. Bayaq ürəyimdən keçirtdiyim xilas olmaq istəyim bir anın içindəcə silinib getdi. Elə bu an yaxınlıqdan qarma-qarışıq səslər eşidilməyə başladı. Düşmənlər idi, yaxınlıqdakı dərədən qalxırdılar. İndi anladım ki, bu sısqa erməni əsgərinin boynumun kökünə avtomat qundağını zollayıb, məni yerə yıxmasına cəsarət verən nə imiş?

            Dörd nəfər idilər, məni dövrəyə aldılar. İçərilərindən uzundurazının biri lap burnumun ucunda  dayanmışdı. Qəhrəmanlıq göstərməkdən söhbət gedə bilməzdi. Sakitcə dayanıb ölümümü gözləməkdən başqa əlimdən bir iş gəlmirdi. Onlar isə mənı öldürməyə tələsmirdilər. Yəqin ki, öldürməyəcəkdilər də…

            Qarşıda dayanan erməni əsgəri rusca ana söyüşü söyərək, dirsəyi ilə ağzımın üstünə ilişdirdi. Zərbə güclü olsa da, birtəhər duruş gətirib yıxılmadım. Burnumdan axan isti qan, çənəmdən üzüaşağı süzülərək, don vurmuş qarın üzərinə damcılayırdı. Onlar dartıb əyinimdən pambıq gödəkçəmi çıxartdılar. Sonra da ayağımdakı çəkmələri tələb etdilər. Ayaqyalın, başaçıq soyuq qarın üzərində qalanda hiss etdim ki, bundan sonra müsibətlı günlərim başlayır.

         Kiçik bir kəndə çatıb, mal tövləsinə salınınca, cəhənnəmin nə olduğunu yəqin ki, məndən yaxşı dərk edən olmazdı. Soyuqdan ayaqlarım şişib tuluğa dönmüşdü. Mənə elə gəlirdi ki, ayaqlarım hansısa  iti bir alətə toxunan kimi  qan fışqıracaqdır. Bədənim donmaq üzrə idi.

            Onlar məni mal tövləsinə salanda, qollarımı arxadan möhkəm-möhkəm bağladılar. Yaxşı ki, tövlədə iki baş inək, bir baş da balaca buzov vardı. Qapı qıfıllananda bildim ki, gecəni bu dördayaqlı “dostlarımla” birilikdə keçirməli olacağam. Hər halda bunlarla “dil tapmaq” düşmənlərlə dil tapmaqdan çətin olmayacaqdı mənə, – düşündüm.

            İçəri girən anda tövlənin ilıq, bir az da nəmqarışıq qoxulu havası canıma yayıldı. Bədənim sızıldamağa başladı, illahkı ayaqlarım. Ayaqlarımın ətini, elə bil sümükdən maqqaşla qoparıb ayırırdılar. Ayaqüstə zorla dayanırdım. Əslində, tövlənin divarına söykənib durmasaydım, çoxdan yıxılıb baş-gözümü əzəcəkdim. Uzun müddət belə də qalmaq olmazdı, çünki taqətim kəsilməkdəydi.

            Yavaş-yavaş dizə çöküb tövlənin küncünə uzandım. Üzüm nəm və çirkab döşəməyə söykəndiyi üçün burnumu mal peyininin kəsif qoxusu qıcıqlandırdı. Gözlərim isə möhkəmcə göynəyirdi. Bədənim get-gedə istiləşdikcə ayaqlarımdakı sızıltı da çoxalırdı. Ayaqlarımı uzadıb, təzə mal peyininin altına soxdum, sızıltı bir azca kəsilən kimi oldu. Səhərə qədər o böyür, bu böyürü üstə aşaraq, ölümlə çənə-boğazda oldum. Gözümə bircə anlıq da olsun yuxu getmirdi. Saat neçə idi bilmirəm, tövlənin qapısı açıldı. Dünən məni buraya gətirən əsgərlərdən biri tövləyə girib, əvvəlcə məni o ki var təpiklədi. Yəqin sağ olub, olmamağımı yoxlamaq istəyirdi. Azacıq boyunumu döndərib başımı yuxarı qovzamağımdan, salamat olduğumu görən əsgər, qolumdan yapışaraq dartıb məni ayağa qaldırdı. Sonra itələyə-itələyə tövlədən çıxartdı. Eşiyə çıxan kimi, günəşin qarın üzərinə düşən parlaq şüası gözlərimi qamaşdırdı. Bir müddət heç nəyi görmədim. Arxadan, əsgərin məni dürtmələyərək, irəli getməyimi tələb etməsi olmasaydı, yəqin ki, əlimi qaşlarımın üstünə qoyub, gic toyuq kimi bir yerdə hələ xeyli fırlanacaqdım.

            Gecə ayazlı-şaxtalı olduğundan, hava çox soyuq idi. Soyuqluğu parlayan günəşin al şəfəqləri də qızdıra bilmirdi.

           Əsgər məni qabağına qatıb irəli getməyimi əmr etdi. Buz bağlamış qar cığırı yalın ayaqlarımı bıçaq kimi doğrayırdı. Qəfildən köz üstünə çıxmış adamlar kimi ufuldaya-ufuldaya yeriyirdim.

            Kənd balaca idi. Evlər bir-birindən o qədər aralı tikilmişdi ki, ağ kağızın üzərinə səpələnmiş qara günəbaxan toxumuna bənzəyirdilər.

            Üstündə düşmən bayrağı asılmış kiçik bir binanın qabağına çatıb dayandıq. Əsgərin içəri girib çıxması bir an oldu. O, qolumdan yapışıb məni otağa apardı.

            Bayırdan gəldiyim üçün otağa girən kimi canıma xoş bir istilik yayıldı. Otağın bir küncünə odun peçi qoyulmuşdu. Peçin alt və böyür tərəfində təzəcə mişarlanıb, doğranmış yaş odun qalaqlanmışdı. Bir az aralıda pəncərənin qırağına qoyulmuş stolun arxasında, əyinində hərbi paltar olan bir erməni zabiti oturmuşdu. Geyimindən adi hərbiçilərə bənzəmirdi.     Əyinindəki matros köynəyi, yaxasız kiteli və dimdiksiz əyri papağı, onun xüsusu təlim görmüş əsgərlər bölməsinə aid olduğunu göstərirdi. Bizdə belələrinə “desant” və yaxud da “adamyeyənlər” deyirdilər.

            Məni erməni zabiti ilə üzbəüz oturtdular. Zabit oturduğu yerdəcə başını aşağı salaraq, nə iləsə qurdalanırdı. Hiss etmək olurdu ki, onun əlində oynatdığı tapançasıdır. Zənnim məni aldatmamışdı, bir azdan o, əlindəki tapançanı stolun üstünə qoyub, başını qaldırdı və düz gözlərimin içinə baxdı.

            Mən onun sifətini görəndə diksindim. Bu, qarayanız erməni zabitinin suyu mənə o qədər şirin gəldi ki… Qonur gözləri, qalın, qara qaşları bir azca kobud sifəti və bu kobud sifətə yaraşan enli burunu eynən oğlum Kərəmi xatırlatdı mənə. İllah ki, burununun sol tərəfindəki xırdaca ət xalı… Onlar bir-birlərinə nə qədər oxşayırdılar. Ayrı-ayrı adamların bir-birlərinə bənzədiklərinin  çox şahidi olmuşdum. Amma ağlıma gətirməzdim ki, düşmən olan iki millətin nümayəndəsi də bu qədər oxşar olsunlar.

            Zabit məni sorğu-suala tutaraq, hansı hissədə döyüşdüyümü, mövqeylərimizdəki canlı və texniki qüvvələrin sayını öyrənmək istəyirdi. Əlbəttə ki, ona cavab verirdim, cavab verməmək mümkün deyildi. Amma istər əsgəri qüvvənin, istərsə də texnikanın sayını həddən artıq şişirdərək sayca çox deyirdim. Postumuzda iyirmi əsgər olduğu halda, mən onların sayını artıraraq, qırx nəfər olduğunu bildirirdim. Əlimizdə olan silahların sayını da ikiqat artırırdım.

            Zabitin dodaqaltı gülümsəməsindən və birdən-birə qəzəblənərək, ayağa qalxıb tapançasının dəstəyi ilə başıma vurmasından anladım ki, bizim mövqeylər barədə onun dəqiq məlumatı vardır.

       Qərərgahdan çıxanda mənə dabanları əzik və burnu qopub sıradan çıxmış, bir cüt əsgər çəkmələri verdilər. Bunlar azacıq da olsa, yalın ayaqlarımı buzdan, şaxtadan qoruyurdu.

            Günorta vaxtı mənə iki ədəd kartof soyutması, bir əlcə boyat çörək və bir stəkan da soyuq su verdilər. Dünəndən ac olduğum üçün verilən ərzaqları acgözlülüklə yedim. Yemək qarnımın bir küncündə ilişib qaldı. Nə etməli, bunlara da şükür, – dedim.

              Günbatanacan mənə odun doğratdırdılar, əllərimin  içi suluq bağlamışdı. Taqətsizlikdən ayaq üstə zorla dayanırdım. Axşam yenə də məni həmin mal tövləsinə saldılar. Acımdan qarnım curuldayırdı. Tövlədə də nə vardı ki, inəkləri diri-diri yeməyəcəkdim ha… Eləcə, nəm tutmayan bir yerdə oturub fikrə dalmışdım. Fikirləşirdim ki, indi əsgər yoldaşlarım məni ölmüş bilirlər. Yəqin evimə də xəbər vermiş olardılar. Arvad-uşağımın halını gözlərimin önünə gətirəndə kövrəldim. Ha, fikir, xəyalla başımı qatmağa çalışsam da, gündüz gördüyüm o erməni zabitini bir an da olsun yaddaşımdan silə bilmirdim. – Onu harada görmüşəm? – düşünürdüm. Bu adam mənə çox tanış gəlirdi.

            Tövlənin içində azacıq mürgqləmişdim ki, aclıq çanıma ləlöyün qurd kimi daraşdı. Mədəm elə sancırdı ki, əlimə daşdan yumuşaq nə keçsəydi yeməyə hazır idim, təki aclığım ötüb keçəydi.

         Get-gedə vəziyyətim ağırlaşırdı. Tövlənin içində ora-bura sürünürdüm. Aclıq mənə o qədər təsir etmişdi ki, axtarırdım, əlimə heyvanların təzə peyinindən-zaddan bir şey keçsin, onu da basım yeyim.

            Bu  vaxt qəribə bir hadisə baş verdi. Tövlənin küncündə bağlanmış buzov dartınıb, ipdən açıldı və o, anasının altına cumub əmməyə başladı. Tövlənin pəncərəsindən düşən ay işığında, buzovun ağzının kənarlarında, getdikcə qabarıb köpüklənən ag südü görəndə acımdan udqundum. Bu mənim üçün gözlənilməz idi. Birtəhər dikəlib dizin-dizin süründüm. İnəyə çatıb, iri, uzun məməsinin birini ağzıma saldım və acgözlülüklə əmməyə başladım.

             Süd ılıq və dadlıydı. Xoşbəxtlikdən inək çox fağır heyvandı, yerindən tərpənməyərək aradabir mənə baxıb mələyirdi. Dana ilə birlikdə şirin süddən doyunca içdik. Qarınqululuq edib qarnımı çiy süd ilə o ki var doldurmuşdum. Ürəyimin bulanmasından bunu hiss edirdim.

            Çəkilib yenə də tövlənin küncünə öz yerimə gəldim və kürəyimi divara söykəyib mürgüləməyə başladım.

            Səhərə yaxın qarnımın gurultusuna ayıldım. Çiy süd ola, nəm tövlə, elə bil, qarnımda bir bölük əsgər təbil çalırdı, aləm dəymişdi bir-birinə. Bir yandan qarnımın ağrısı, bir yandan da ürəyimin aramsız olaraq bulanması, məni haldan çıxarmışdı.

           Səhəri dirigözlü açdım. Yaxşı ki, içdiyim çiy süd başıma əlavə oyunlar açmadı. Səhər açılandan sonra məni yenə də tövlədən çıxarıb apardılar. Axşamacan bu balaca kəndin bütün evlərinin həyətində eşşək kimi işlədim. Odun yarırdım, qar təmizləyirdim, tövlə kürüyürdüm, su daşıyırdım. Xülasə, kəndin nə ağır işi vardısa, mənə gördürürdülər.

             Başımın üstündə də, ev yiyəsindən başqa əlisilahlı bir əsgər dayanırdı. İş görməyə başlayanda əllərimdəki qandalları açıb, ayaqlarıma uzun zəncir vururdılar ki, qaçıb eləməyim. Bu zəncirlərlə hərəkət etmək asan olsa da, uzağa getmək mümkün deyildi. Hər halda məqam gözləyirdim, düşünürdüm kİ, fürsət tapan kimi aradan çıxacağam.

            Günorta vaxtları acından ölməyim deyə, mənə bir az  supdan-zaddan verərdilər. Səhərdən axşama kimi dayanmadan işləyən adama, bu yaxantıya bənzər bulanıq kələm supu nə edəcəkdi ki?.. İşləyərkən gözlərim ev yiyəsinin əlində olardı. Düşünürdüm ki, bəlkə, insafa gəlib mənə bir qırıq çörək verdilər.

            Axşamüstü məni yenə də həmin qərərgaha gətirdilər, o cavan erməni zabitinin yanına. Bu dəfə o, çox acıqlı görünürdü. Danışığından hiss edirdim ki, bərk əsəbləşibdir. Söhbət zamanı aydın oldu ki, keçən axşam bizimkilər onların bir əsgərini gəbərdiblər. Peçin ətrafında bir neçə adam da oturmuşdu. Onlar başlarını aşağı salıb öz dillərində nə isə danışırdılar. Məni görən kimi söhbətlərini yarımçıq kəsib, başlarını qaldırdılar. Sir-sifətlərindən acıqlı olduqları hiss olunurdu. Elə bu vaxt onlardan ən yekəpəri ayağa qalxıb, altındakı stulu mənə tərəf tolazladı. Başımı yana çəkməsəydim, atılan stul başıma dəyib dağıdacaqdı. Atdığı stulun yan keçdiyini görən həmin erməni, üstümə yeridi və mənə çatıb yumruqlarını işə saldı. Əli bağlı əsir ola, quduz düşmən ola, yumruqlar sir-sifətimə dəydikcə, beyinim sirkələnirdi. Sonra o, təpiklə qarnıma, böyürlərimə vurmağa başladı.

            Zabit, səhv eləmirəmsə, onu Vova deyə cağırırdılar, – irəli yeriyib məni onun əlindən zorla aldı. Yekəpər arxaya baxa-baxa elə fısıldayırdı ki, elə bil dədəsini mən öz əllərimlə güllələmişdim.

            Ağız-burnumdan qan axırdı. Döşəmənin üzərinə çilənmiş qan, burada sanki yekə bir heyvanın kəsildiyindən xəbər verirdi. Bir neçə günün içində onsuz da xeyli zəifləyib əldən düşmüşdüm. Bir yandan da aramsız olaraq döyülməyim, lap axırıma çıxmışdı. Beləcə davam etsəydi, yəqin ki, tezliklə nəfəsim kəsiləcəkdi.

            Bir azdan onlar otağı tərk edib getdilər. Onlar gedəndən sonra, Vova deyilən zabit məni stulda oturtdu və pəncərənin şüşəsini taqqıldadaraq, həyətdəki əsgərlərdən birini otağa cağırdı.       Əsgər içəri girəndə, zabit ona əmr etdi ki, otağa su və ləyən gətirsin. Əl-üzümün qanını yudum.

            Soyuq su zədələnmiş sir-sifətimə dəydikcə, ətim ürpəşirdi. Zabit yenə də məni sorğu-suala tutdu. Cəbhəyə könüllü gəlmiş bir əsgər idim. Əslində o da, gözəl bilirdi ki, mənim çox şeydən xəbərim yoxdur. Diqqətlə onun üzünə baxırdım. Gözlərimiz bir nöqtədə toqquşanda, qəribə də olsa, elə bil, erməni zabiti utanıb gözlərini gözlərimdən qaçırtdı. Bilmirəm, bəlkə də, bu mənə elə gəlirdi. Arada da: – “Nə işdir, tanış gəlirəm sənə?!”-  deyə soruşurdu.

            İçimdən gələn hansısa bir hiss məni ürəkləndirdi:

            – Hə, deyəsən səni haradasa görmüşəm, amma xatırlaya bilmirəm, – dedim.

            O, gülümsəyərək, başını buladı:

            – Harada görə bilərsən? – soruşdu – Bəlkə, yuxunda görmüsən?!

            Hiss etdim ki, zabit məni dolayır.

            Mən də söz altında qalmadım:          

            – Hə, düz deyirsən, ola bilsin ki, səni yuxumda görmüşəm, – dedim.

            Sonra zabit soruşdu:

            – Neçə yaşın var?

            – Qirx! – deyə cavab verdim.

            Zabit yerindəcə qurcalandı.

            – Mənimsə iyirmibeş. – Görürsən? – dedi. – Yaşıd da deyilik ki, deyək, nə vaxtsa bir yerdə bazlığa-zada getmişik.

            Onun bu atmacasına qarşı mən tam ciddi şəkildə:

            –  Sən mənim oğluma çox oxşayırsan, – dedim. – Elə bil tən yarıdan bölünmüş almasınız. Görsən, bunu özündə təsdiq edərsən. Amma o, səndən iki yaş kiçik olar, indi institutda oxuyur, – dedim.

             Zabit əlini əlinə vurub qəh-qəhə çəkdi. Sonra nə fikirləşdisə, birdən-birə ciddiləşib dedi:

            –  Deyəsən, döyülməkdən ağlını itirmisən, ha?.. İndi təpənə bir güllə vuraram, ağlın gələr yerinə. Məni aparıb hər qor-qoduğa tay tutmağına bax bunun.

           O möhkəmcə əsəbləşmişdi. Gözləyirdim ki, elə bu dəqiqə yumuruqlarını işə salıb ağız-burnumun qanını axıdacaqdır. Amma nədənsə, o, sakitcə dayanıb üzümə baxırdı.

            Bir azdan əsgərlərdən biri gəlib məni bayıra çıxartdı. Hava qaralmışdı. Qar yağmasa da eşikdə  bərk şaxta vardı. Yenidən məni gətirib ac-susuz həmin tövləyə saldılar. Tövləyə girən kimi gözlərimə işıq gəldi, çünki inəklər durada idilər. Bir-iki həftəni də beləcə başa vurdum.           Gündüzlər dəvə kimi işləsəm də, gecənin düşməsini səbirsizliklə gözləyirdim. Gözləyirdim ki, tövləyə gedəcəyəm və şipşirin ilıq süddən doyunca içəcəyəm. İnək südü içməkdən sinəm də açılmışdı. Qarnım da, çiy südə  öyrəşdiyinə  görə daha gurultu salmırdı.

            Vova deyilən erməni zabiti də bu kənddən idi. Varvara adlı anasıyla kəndin kənarındakı birmərtəbəli evdə olurdular. Bir neçə dəfə onların həyətində odun da doğramışdım.

            Varvara həyətlərində işlədiyim erməni qadınlarına nisbətən, mənə qarşı qəddar deyildi. Hətta, günorta vaxtları üstümüzdə dayanan nəzarətçi əsgərin etirazlarına baxmayaraq, mənə isti yeməklər də verirdi. Mən onların həyətində işlədiyim vaxtlar, o qadın da, toxunma  qalın yun şalını çiyinlərinə atıb, eyvandan oğrun-oğrun mənə baxardı. 

            Arada gözucu ona nəzər salardım. Belə vaxtlarda Varvara mənə göz vurub qımışardı. O, mənimlə həmyaşıd olardı. Onun mənə isti münasibət göstərməsi aramızı xeyli açmışdı. Nəzarətçi əsgər bir yerə gedəndə Varvara ilə söhbət də edirdik. Hiss edirdim ki, bu erməni qadını əməllibaşlı mənə vurulubdur. Hətta o, bir dəfə əsgərə bolluca araq verib, kefləndirdi və onu evə salıb yatırtdı. Sonra mənim qolumdan tutub həyətdəki balaca ərzaq anbarına apardı…

             O gündən sonra onunla dostlaşdıq. Hiss edirdim ki, məni oğluna da tapşırıbdır, daha əvvəlki kimi məni incitmirdilər.

            Başqa həyətlərdə işləməyə aparılanda Varvaradan uzaq düşürdüm. Amma bu çox çəkmirdi, bir də gördün günortadan sonra harda olsam məni tapıb onların həyətlərinə aparardılar. Bilirdim ki, bu onun işidir… Əvvəllər xırda-para işlər görsəm də, sonradan o fikirləşib mənimçün yaxşıca bir iş tapdı. Evin günbatan tərəfindən nə isə bir şey artırmalıydım. Bu iş də, bir-iki həftədən tez başa gəlməzdi.

            Bir dəfə söhbət zamanı onun oğlununun mənim oğluma çox oxşadığını bildirdim. O, cavabında gülə-gülə dedi:

            –  Mamedcan, məssəb haqqı, əgər bir dəfə də olsun siz tərəflərdə olsaydım, deyərdim ki, Vova, doğurdan da sənin oğlundur. Amma mən heç vaxt o tərəflərdə olmamışam. Əslinə baxsan, – deyə Varvara, əlini əlinə vurub bərkdən güldü, – mənim heç yerli-dibli ərim də olmayıbdır, axı.

            Doğrusu, onun bu sözlərindən bir şey anlamadığıma görə,  çiyinlərimi çəkərək təəccüblə onun üzünə baxdım.

            – Hə, Mamedcan, düzünü deyirəm, mən heç vaxt ərdə olmamışam. Biz mehmanxanalarda günümüzü keçirən  həyat qadınları idik, hər gün bir kişinin qoynunda yatırdıq.

            – Bəs onda, Vovanın atası kimdir? – soruşdum.

            – Eh, mən nə bilim, canım. Allah bilir o kimin oğludur.

            Məni heyrət bürüdü:

            – Siz nə danışırsınız, – dedim, – ola bilməz ki, siz onun atasını tanımayasınız?.

            – Deyirsən yəni, kişiləri qarışıq salmışam? – deyə o, güldü. – Yox, canım, mən doğru deyirəm, Vovanın kimin oğlu olduğunu, doğurdan da, bilmirəm. Məsələ tamam başqa cürdür…

            Mənə elə gəldi ki, Varvara məni dolayır, ona görə də daha bir söz deməyib, işimlə məşğul olmağa başladım.

            Varvara mənim incidiyimi görüb:

            –  Eh… Mamedcan niyə inciyirsən, mən ki, həqiqəti söyləyirəm. Doğurdan da, Vovanın atasının üzünü bircə dəfə də olsun görməmişəm. Vova süni mayalanmayla əmələ gələn uşaqdır…         O vaxt bizi mehmanxanalardan, şəhərin künc-bucaqlarından yığıb-yığışdırdılar. Yüzə yaxın fahişə qızlardıq. Gecəykən bizi elə yerə gətirdilər ki, oranı birinci dəfəydi ki, görürdük. Qaldığımız yer xəstəxanaya daha çox oxşayırdı. Burada çoxlu sayda palata vardı. Bizi beş-beş olaraq palatalara yerləşdirdilər. Hamımız da, say-seçmə cavan, harın qızlar idik. Bir aya yaxın ciddi rejmdə tibbi-müayinədən keçdik. Barmaqlarımızın ucundan, ta başımızın tükünə kimi yoxlayırdılar. Gündə iki dəfə həkim müayinəsində olurduq. Yaxşı qulluğumuz tutulduğundan yeyib, yamanca qızışmışdıq. Ürəyimiz nə istəyirdi onu da verirdilər, bircə kişidən başqa. Kişi üzünə həsrət qalmışdıq. Zarafata salıb, qızlardan biri arada deyirdi: – “ Bəlkə, bu verdiklərinizi qotur və axsaq bir kişiylə əvəz edəsiniz. Bu daha yaxşı olmazmı?”

             Bir aydan sonra xaricdən gəlmiş həkimlər süni yolla bizi mayalandırdılar. Əvvəlcə, heç nə başa düşmədik. Sonradan hər şey bizə aydın oldu. Sən demə, hardansa gətirilmiş kişi toxumlarıyla bizi mayalayıb, uşaq doğuzduracaqlarmışlar. Belə olanda qızlar yenə də dillərini dinc saxlamadılar: – “Görəsən kişilərə nə azar dəyib ki, onların işini bu vecsiz dəmir-dümürlər görürlər? Yoxsa onların kökü yerli-dibli kəsilibdir, xəbərimiz yoxdur?..”

            Süni yolla mayalandıqdan sonra, bizə çox ciddi nəzarət olunurdu. Demək olar ki, hər birimizə ayrıca tibb bacısı qulluq edirdi. Bir aydan sonra həmin həkimlər yenidən peyda oldular. Bu dəfə işin nəticəsiylə maraqlanırdılar. Bir neçə qızı çıxmaq şərtiylə iş yaxşı alınmışdı, deyəsən.

            Qəribə də olsa, mənim bəxtim yaman gətirmişdi. Bu işə nə vaxtdan başlamışdılar deyə bilmərəm, amma mən bu palatada süni yolla mayalanan mininci qadın olmuşdum. Ona görə də, mənə bahalı bir brliyant üzük hədiyyə etdilər. Təsəvvür edirsən, mənim bəxtim necə də gətirmişdi.

            Vədə tamam olandan sonra, hərəmiz bir uşaq dünyaya gətirdik. Doğulanların çoxu oğlan uşağı idi. Mən də sən gördüyün Vovanı doğdum. Uşaqları həkimlərin nəzarəti altında özümüz əmizdirirdik. Gündə üç dəfə körpələri bizə verirdilər. – Bir düşünürsən, Mamedcan, mən ana olmuşdum uşaq doğmuşdum. Bu bir möcüzə idi. Lap gülməli vəziyyət yaranmışdı, təsəvvür edirsən, uşağı döşlərimə salanda yaman qıdığım tutardı, gülməkdən özümü zorla saxlayırdım. Uşaq isə  zəli kimi sinəmə elə yapışırdı ki, onu canımdan qoparmağa qıymırdım. Ana olmaq gözəlmiş…

          Vova qarayanız və şirin uşaq idi. Onu elə ilk gündən sevdim. Arada da, öz-özümə fikirləşırdim, düşünürdüm ki, ilahi, görəsən bu uşağın atası kimdir, hansı millətdəndir? Qızlar arasında söz gəzirdi ki, guya bu kişi toxumlarını Afrika ölkələrindən gətirirlər, oranın adamları dözümlü olurlar, – deyirdilər. Amma balaca Vovkam heç də zənciyə oxşamırdı, o şipşirin bir bala idi.

            Uşaqlar bir yaşına qədər bizimlə qaldı. Sonradan onları ayırıb apardılar. Fikirləşdik ki, bəlkə bizi də buraxarlar, çıxıb gedərik işimizin dalısınca, lənətə gəlsin belə həyatı. Amma buraxmadılar, bir müddət keçəndən sonra, yenidən bizi həmin işə təhrik etdilər. Bax, mən Vovadan sonra iki oğlan da doğdum. Axırıncı uşağımı mənə göstərəndə, doğurdan da, az qaldım ki, dəli olum, o, qap-qara zənci balası idi. Qalın dodaqları, enli burnu, başının tükləri sıx bitmiş kol-kosa bənzəyən, kömür kimi qara olan bu uşağı qoynuma alanda, ətim ürpəşirdi. Amma nə edim, onu mən doğmuşdum, həm də bizi məcbur edirdilər ki, uşaqlara yaxşı baxaq. Bilirsən, bizi təəccübləndirən nə idi?! – deyə Varvara, qaşlarını çəkərək, söyləndi: – Biz doğduğumuz uşaqları nə vaxtsa başlayacaq müharıbəyə hazırlayırdılar..

            Varvara danışdıqca içimdə qeyri-adi nəyinsə baş verdiyini hiss edirdim Elə bil, beynimi bürümüş duman selinin içində uzaqdan da olsa, közərən bir işıq gəlirdi xəyalıma. Neçə illər bundan qabaq həyatımda baş vermiş o hadisə düşürdü yadıma. Fikirləşirdim, doğurdanmı Vova mənim oğlumdur?!..

                                                                             ***

            … Onda mən Bədəntərbiyyəsi institutunun axırıncı kursunda oxuyurdum. Uca boylu yaraşıqlı bir cavan idim. Bir dəfə təsadüfən yolum şəhərin kənar məhəllələrindən birinə düşmüşdü. Günorta vaxtı olduğundan yaxınlıqdakı kafeyə girib bir az qəlyanaltı etmək istədim.             Xidmətçi, sarısaç, yaraşıqlı, gənc  bir erməni qızı idi. Otağa daxil olan kimi o, diqqətlə məni süzdü. Sonra nə yeyəcəyimlə maraqlandı. Onun bu xoş nəvazişindən bir şey anlamadım. Əslində, bar və kafelərdə işləyən qadınların hamısı beləcə xoşqılıqlı olurlar.

            Mən bir pors sosiskanı yeyib, üstündən də bir şüşə pivə içib  getməyə hazırlaşırdım ki, həmin qadın mənim qoluma girib, yan otağa çəkdi və əllərini çiyinlərimə qoyaraq: – “Səndən yaman xoşum gəlir, axşam tərəfi vaxtın olsa, bir bu tərəfə baş çəkərsən. Səninlə bir saatlığa da olsa dünyanın dərd-qəmini unutmaq istəyirəm” – dedi. Və bayaq ona verdiyim yeməyin pulunu da ehmalca köynəyimin döş cibinə salıb, gülə-gülə: – “Xoşuma gəlsən axşamkı hesabından siləcəyəm!” – dedi.

            Cavan idim, qadının bu  nəvazişi sözsüz ki, mənə təsir etməyə bilməzdi. Axşamüstü mən həmin kafeyə gəldim. Qadın məni gözləyirdi. İçəri girən kimi yaxınlaşıb mehribanlıq göstərdi və mənə bir parç pivə gətirdi, sonra yemək tədarükü etdi. Hava qaralanda isə, kafeni bağlayıb, məni yan otağa apardı. Bir neçə dəfə onunla yaşadım… Axırıncı dəfə isə, o mənimlə “fransızsayağı” intim münasibətdə oldu və əlindəki xırda selefon paketi mənə göstərib dedi: – “Əzizim, unutma ki, bu sənin oğlundur… Biz səni həmişə xatırlayacayıq!..” – deyib, mənə bir göz də vurdu.

             Onun bu hərəkətindən heç nə anlamadım, sadəcə olaraq, bunu bir fahişə qadının şıltaqlığı kimi qəbul etdim.           

            Sonradan bir də o tərəflərə ayaq basmadım. Amma idmançı dostlarımın söhbətlərindən hiss edirdim ki, onlar da bir neçə dəfə həmin sarışın qadının qonağı olublar…

                                                                  ***

             O vaxtdan artıq iyirmi beş il ötmüşdü… Mən indi başa düşdüm ki, iyirmi beş il bundan qabaq, o, sarışın erməni qızının cüssəli gənclər sevdasına düşməsinin səbəbi nə imiş?..

           Varvaradan soruşdum ki, bəs, o biri uşaqlarının taleyi necə oldu, onlar da bu kənddədirlərmi?!

             O bildirdi kı, arada uşaqlarımla görüşürdüm, lap elə o zənci balamla da… – Əlbəttə ki, baş verənləri başqalarından gizlin saxlayırdılar, bu sirri ancaq özümüz bilirdik. – deyə qadın danışırdı.

             Keçən il qara zənci balamı sizinkilər döyüş zamanı vurub öldürdülər. Hətta, meyidini də vermədilər. Sizin tərəf onun xaricdən muzdla alınmış bir döyüşçü olduğunu iddia edirdilər. Yox, o öldürülən  zənci mənim qara balam Nikos idi.  Gözləri qıyıq, boyu balaca bir oğlan uşağı da doğmuşdum. Onun taleyindən xəbərsizəm.

            Vova isə mənim kimi, o da atası haqqında  heç nə bilmir. Bircə, onu demişəm ki, atası çoxdan ölübdür.

            Varvaranın danışdıqları mənim üçün bir yuxu kimi gəlirdi. Mən hər şeyi indi-indi anlayırdım və tam əmin idim ki, Vova mənim oğlumdur.      

         Varvaraya özüm barədə heç nə demədim. İndiyə qədər də fikirləşirəm ki, niyə mən ona bəzi şeyləri anlatmadım… Amma qarlı-şaxtalı bir fevral gecəsi, o, əsirlikdən qaçmağıma kömək edəndə başını sinəmə qoyub:

            – Mamedcan, Vova sənə yaman çox oxşayır. Bəlkə… O, sözünün ardını  deməyib, sadəcə olaraq gülümsədi.

            Varvaradan  ayrılanda:

       – Çalış Vovanı da götürüb buralardan uzaqlaşıb gedəsiniz. Bu müharibə sizlik deyil, – dedim.

            O, dediklərimi təsdiqləyəırək:

       –  Hə, mən də belə düşünürəm!.. – dedi.

            Mən özümüzünkülər tərəfə keçdim.

      … Bu hadisənin üstündən neçə illər keçməsinə baxmayaraq, bir fikir məni yaman narahat edir. Bu sualın cavamını indi də tapa bilmirəm… Biz kimlərlə vuruşuruq?!..

Müəllif: Meyxoş ABDULLAH

MEYXOŞ ABDULLAHIN YAZILARI



MÜSABİQƏ ELAN OLUNDU 

“SÖZÜN AĞ RƏNGİ” LAYİHƏSİ

ŞAHMAR ƏKBƏRZADƏNİN YAZILARI

İlkin mənbə: Karabakhmedia.az– :`Sizin yerinizə utanıram mən` – Şahmar Əkbərzadənin şeirləri

PDF>>>ZAUR USTAC UŞAQ ŞEİRLƏRİ

PDF: >>>>> ZAUR USTAC “QƏLƏMDAR-2”

PDF>>> ZAUR USTAC “BB” KİTABI

>>>> ƏN ÇOX OXUNAN HEKAYƏ <<<<

ZAUR USTACIN SATIŞDA OLAN KİTABLARI


“YAZARLAR”  JURNALI PDF

YAZARLAR.AZ
===============================================

<<<<<< WWW.USTAC.AZ və  WWW.BİTİK.AZ >>>>>> 

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

Mustafa Müseyiboğlu adına elektron kitabxana

Mustafa Müseyiboğlu adına elektron kitabxana

ƏSAS ELEKTRON KİTABXANALAR:

AZƏRBAYCAN MİLLİ KİTABXANASI

ƏSAS DÜNYA KİTABXANALARI

“AÇIQ KİTAB” E-KİTABXANA

PREZİDENT KİTABXANASI

WWW.KİTABXANA.NET

ELEKTRON KİTABLAR

PDF KİTABLAR

JURNALLARIN PDF ARXİVİ:

“YAZARLAR” JURNALI PDF

“XƏZAN” JURNALI PDF

Bu elektron kitabxana MUSTAFA MÜSEYİBOĞLU – 70 yubiley tədbirləri çərçivəsində Mustafa Müseyiboğlunun (Mustafa Müseyiboğlu haqqında) xatirəsini əbədiləşdirmək məqsədi ilə yaradılmışdır. Allah rəhmət eləsin. Ruhu şad olsun.

WWW.YAZARLAR.AZ    VƏ    WWW.USTAC.AZ