Etiket arxivi: ŞEİR

BU GÜN ELŞƏN BALANIN DOĞUM GÜNÜDÜR – TƏBRİK EDİRİK!

LEYLİ NOVRUZOVANIN YAZILARI

Bizim əzizimiz ELŞƏN İnsan üçün bir çox xüsusi günlər vardır amma bu gün tək sənin üçün yox, bütün səni sevənlər üçün xüsusi və xoş bir gündür. Bu gün sənin ad günündür
Sağlam, dinc bir həyat keçir, ELŞƏN Hər yeni ildə uğurların və xoşbəxtliyin artsın. Bu zaman müvəffəqiyyət nərdivanını ehtiyatla qalxmalısan. Biz səni çox sevirik. .
Arzu edirik ki, bu gün arzuladığın bütün arzuların gerçekleşsin. Geleceyini düzelden her yeni gün, bir evvelkinden daha gözel, isteklerine uyğun ve seni xoşbext edecek şekilde olsun!
Arzu edirik kədər səndən uzaq olsun və gələcək günlər daim sənə yaxşı əhval-ruhiyyə bəxş etsin!


Sağlamlıq, xoşbəxtlik və uğur dolu bir ömür arzulayırıq.
Bu yeni yaşında ömürünün ən gözəl və xoş günlərini yaşayasan.
Qəlbin nə ilə döyünürsə, hər doğan günəş sənə onu gətirsin
Yeni yaşında sənə unudulmaz gözəl xatirələrlə dolu bir həyat arzulayırıq.


Sevdiyin insanlarla arzuladığın həyatı yaşayasan Elşənimiz .Qoy her zaman qəlbin sevgiylə, həyatın ümidlə dolu, cibin pulla və həyatın ümidlə dolu olsun. Bu doğum günündə sənə sonsuz xoşbəxtlik, sadiq dost, gözəl həyat və saf məhəbbət arzulayırı.
Qoy hər zaman süfrən ruzili, ruzin bərəkətli, cibin pullu, sevdan qanadlı, bextin atlı olsun.
Yeni ömür səhifən xoş xatirələrlə dolu olsun, xəyalların gerçək olsun.
Yaşa! Sev! Gül! Bunlar əskik olmasın yaşamından. Yaşın neçə olursa olsun hər şeyin ən gözəli səninlə olsun. Xoşbəxt gələcəyə və sevgi dolu yaşlara qədəm qoyasan.


Hər zaman tortun ətrafında sevdiklərin, ürəyində sevgi, ən gözəl arzuların ətrafında olsun. Ən müqəddəs rəqəm 7 yaşın mübarək. Ad günün mübarək, əzizimiz ELŞƏN.

Hörmətlə: Nənən Leyli, Atan Əlövsət, anan İlahə, bacım Ayla , xalan Rəvanə, dayıların Sənan , Kənan , Rəvan , Türkay.

LEYLİ NƏNƏNİN ŞEİR PAYI

Ay Elşən

Gözəl günlü dünyada
Hər qismətin halal olsun
Şadlıq ilə keçsin ömrün
Ay Elşənim bu dünyada.

Diqqət elə bu sözlərə
Adın düşsün dildən-dilə
Gülüş qonsun gül-çöhrənə,
Elşən! Hamı sənlə öyünə.

İftixarla gülsün anan
Fəxr eyləsin sənin atan
Bacın Ayla deyib gülsün
Elşən! Hamı sənlə öyünə.

Bəxt ulduzun səmalara
Xoş, müjdəli sorağınla
Qürrələnsin elin sənin
Qoy ucalsın adın sənin,
Elşənim ay Elşənim.


LEYLİ NOVRUZOVANIN YAZILARI


MÜSABİQƏ ELAN OLUNDU 

“SÖZÜN AĞ RƏNGİ” LAYİHƏSİ

ŞAHMAR ƏKBƏRZADƏNİN YAZILARI

İlkin mənbə: Karabakhmedia.az– :`Sizin yerinizə utanıram mən` – Şahmar Əkbərzadənin şeirləri

PDF>>>ZAUR USTAC UŞAQ ŞEİRLƏRİ

PDF: >>>>> ZAUR USTAC “QƏLƏMDAR-2”

PDF>>> ZAUR USTAC “BB” KİTABI

>>>> ƏN ÇOX OXUNAN HEKAYƏ <<<<

ZAUR USTACIN SATIŞDA OLAN KİTABLARI


“YAZARLAR”  JURNALI PDF

YAZARLAR.AZ
===============================================

<<<<<< WWW.USTAC.AZ və  WWW.BİTİK.AZ >>>>>> 

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

ŞƏHİDLƏR HAQQINDA ŞEİRLƏR

SƏKKİZ ŞEİR VƏ SONSUZLUQ

(Polkivnik İlqar Mirzəyevə həsr olunmuş şeirlər)

GƏL, BU DƏRDƏ DÖZ DƏ YAŞA…
Hanı qoşun, hanı ləşkər?
Tək qalbdı iki Paşa…
Baiskarı kimdi, bilməm,
Kaş dönəydi özü daşa…
Gəl, bu dərdə döz də yaşa…
Gəl, bu dərdə döz də yaşa…
* * *
Əlim üzümdə qalıbdı,
Sözüm ağzımda qalıbdı,
Arzum gözümdə qalıbdı,
Qanım gözdə dönüb yaşa…
Gəl, bu dərdə döz də yaşa…
Gəl, bu dərdə döz də yaşa…
* * *
Ustacam, artıb ələmim,
Ta yazmır, sınıb qələmim,
Hər gün də artır sələmim,
Eşqim düzdə dönüb quşa…
Gəl, bu dərdə döz də yaşa…
Gəl, bu dərdə döz də yaşa…
17.07.2020. II FX. Bakı.

TORPAQ BİZİ GÖZLƏYİR
Gəlmişəm görüşə yenə də, qardaş!
Ayaqlar olmadı sonadək yoldaş…
Qollarım qoynumda qurudu bardaş…
Yadıma xırdaca günahım düşdü…
Yanında boş yerə tamahım düşdü…
* * *
Gəlmişəm görüşə yenə də, qardaş!
Ayaqlar olmadı sonadək yoldaş…
Qollarım qoynumda qurudu bardaş…
“Hazırdır məzarlar”, – eyindən keçir…
Yanına gələn yol çiyindən keçir…
* * *
Gəlmişəm görüşə yenə də, qardaş!
Ayaqlar olmadı sonadək yoldaş…
Qollarım qoynumda qurudu bardaş…
Bu süslü “otaqlar” xiffət eyləyir…
“Daş yastıq yataqlar” minnət eyləyir…
* * *
Gəlmişəm görüşə yenə də, qardaş!
Ayaqlar olmadı sonadək yoldaş…
Qollarım qoynumda qurudu bardaş…
Səngər, məzar ortaq bizi gözləyir…
Qardaş, Ana torpaq bizi gözləyir…
23.08.2020. – Bakı. (II F.X.)

VARMIŞ
Nə deyim, Allahım sən bilən haqqdır,
Görəcək günləri görmək də varmış…
Elçini, İlqarı alıb yanına,
Zaura sən gözlə, demək də varmış…
* * *
Gözün biri gülür, biri ağlayır,
Ağlaya-ağlaya gülmək də varmış…
Poladı, Şükürü alıb yanına,
Zaura sən gözlə, demək də varmış…
* * *
Şükür yazdığına, şükür qismətə,
Dərdin acısını sevmək də varmış…
Həmdəmi, Rəşadı alıb yanına,
Zaura sən gözlə, demək də varmış…
31.10.2020. Bakı.

DAHA TƏK DEYİLSİNİZ
Yenə də görüşə gəlmişəm, Qardaş!
Gözün biri gülür, biri ağlayır…
Daha tək deyilsiz, təsəllidir bu,
Bir yandan mənzərə ürək dağlayır…
* * *
Qəribə bir hüzur çuğlayır məni,
Yanında hər nəfəs ruha töhfədir.
Vətən kitabını vərəqləyirəm,
Burada hər məzar bir səhifədir…
* * *
İgid, ər oğullar toplanıb bura,
Bütün çöhrələrdə, təbəssüm, qürur…
Tək-tək sıralanan bu baxışların,
Hər biri özünə bir dastan qurur…
* * *
Yenə də görüşə gəlmişəm, Qardaş!
Gözün biri gülür, biri ağlayır…
Daha tək deyilsiz, təsəllidir bu,
Bir yandan mənzərə ürək dağlayır…
29.12.2020. Bakı ş. II FX.

SƏKKİZİ SONSUZLUQ ELƏDİ İLQAR
Xoşbəxtlər günündə doğulmuşdu o,
Təqvimin bu günü İlqar günüdür!
Ölməzlər günündə doğulmuşdu o,
Təqvimin bu günü İlqar günüdür!
* * *
Bu gün doğum günü, yaşar əbədi,
Eliynən bir ünü, yaşar əbədi,
Sonsuzluğa yönü, yaşar əbədi,
Təqvimin bu günü İlqar günüdür!
* * *
Zaur tək yüzləri bir çətən oldu,
Çoxu arzuladı, o yetən oldu,
Vətən torpağında o, bitən oldu,
Təqvimin bu günü İlqar günüdür!
08.05.2021. Bakı.

İLQAR
Qəhrəman olmaq üçün
Gəlmişdi Yer üzünə.
Silahı sevgi idi,
Qonmuşdu nur üzünə.
* * *
Verdilər İlqar adın,
Böyüdü üzdə vüraq.
Fəxriydi dostun, yadın,
Əhdinə düzdü İlqar.
* * *
Ananın sevinciydi,
Obanın şan-şöhrəti.
Ziyası oldu xalqın,
Əritdi zin-zülməti.
* * *
Gətirdi gedişiylə
Şərəfi, şanı bizə.
Qollara qüvvət oldu,
Təpəri yetdi dizə.
* * *
Məzara düşən gün o,
And içdi mərd oğullar:
-“Bu qanı alacağıq,
Sən rahat uyu, İlqar!”
* * *
İgidlər tutdu sözün,
Bir gündə döndü zaman.
Göstəriş verildi ki,
Düşmənə yoxdur aman!
* * *
Çin oldu arzuları,
Qarabağ oldu azad.
Uyuyur rahat indi,
Şəhidim indi rahat…
21.06.2021. Bakı.

O GÜN
Hər şey belə başladı,
Gülə-gülə getmişdin…
Döndün üzdə təbəssüm,
Çöhrənə həkk etmişdin…
* * *
Tək getmişdin gedəndə,
Yüz min olub qayıtdın…
Özün getdin yuxuya,
Milyonları oyatdın…
* * *
Hər şey belə başladı,
Bütün xalq həmdəm oldu…
Cümlə aləm toplandı,
Azərbaycan cəm oldu…
* * *
Yuxudaykən əbədi,
Yatmışlara qalx dedin…
Vətənin qara dərdin
Al boyayıb, ağ etdin…
* * *
Girib torpaq altına,
Çıxartdın üzə nə var…
Bir gedişə mat idi,
Taxtada tüm fiqurlar…
* * *
Tarixində satrançın
Bəlkə də bu oldu ilk…
Qarşısında bir topun,
Vəzir olmuşdu fillik…
* * *
Hər şey belə başladı,
Qonaqların sığmadı
O gün həyət-bacana,
Məmləkəti çuğladı…
* * *
Başlanan yol qapından,
Şuşayadək uzandı…
Vətən oğlun itirdi,
Torpağını qazandı…
* * *
Belə şanlı hekayət,
Tarixdə bir, ya iki…
Lap başqası varsa da,
Möcüzədir bizimki …
* * *
Bu dastanı qanıyla
Yazdı ərlər, ərənlər…
Bu kitabın qədrini,
Bilir yazmaq bilənlər…
14.07.2021. Bakı.

QARDAŞ
Sən gəzən yerlərə gəlmişəm, Qardaş!
Qanın axan yerdə lalə bağrı qan.
İlk sübh şəfəqində çatmışam bura,
Rəngindən rənginə qatıb oğru dan.
* * *
Lənət o günə ki, açıldı səhər,
Namərdin dişinin dibində zəhər,
Dilində boğazdan yuxarı qəhər,
O müdhiş yalanı dedi doğrudan…
* * *
İndi bu kol-kosun nə günahı var?
Çəlləyə çiv olan palıd günahkar!
Ətrafda dağ-daş da ağlayır zar-zar…
Bülbüllər dilini udub qorxudan…
* * *
Nə yaxşı bu “tale”, “qismət” sözü var,
Sığınıb onlara olduq gözü dar,
Lap bilmək istəsən düzü ay İlqar,
Hamının yaradır qəlbi ağrıdan…
* * *
Ustaca təsəlli oğlunla qızın,
Biləsən, itməyib çörəyin, duzun,
Haçansa yenə də doğsa ulduzun,
Hilalı boylanır hər gün Ağrıdan…
07.07.2022. Azərbaycan.

Müəllif: Zaur USTAC,

“Yazarlar” jurnalının baş redaktoru,

şair-publisist.

YAZARLAR

PDF>>>ZAUR USTAC UŞAQ ŞEİRLƏRİ

PDF: >>>>> ZAUR USTAC “QƏLƏMDAR-2”

PDF>>> ZAUR USTAC “BB” KİTABI

>>>> ƏN ÇOX OXUNAN HEKAYƏ <<<<

ZAUR USTACIN SATIŞDA OLAN KİTABLARI


“YAZARLAR”  JURNALI PDF

YAZARLAR.AZ
===============================================

<<<<<< WWW.USTAC.AZ və  WWW.BİTİK.AZ >>>>>> 

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

Meyxoş Abdullah – Oğul

MEYXOŞ ABDULLAHIN YAZILARI

Oğul…

(hekayə)

O, şirin yuxudaydı. İki il olardı ki, belə rahat yataqda yatmırdı. Orduya çağrılan gündən döyüşün, lap qaynar yerinə düşmüşdü. Hər an yan-yörəsində partlayan düşmən mərmilərinin uğultusundan, yeri-göyü lərzəyə gətirən ağır topların gurultusundan yuxusu ərşə çəkilmişdi. Bu gün isə, o, döyüş bölgəsindən uzaqda, doğma evlərində, anasının səliqə ilə hazırladığı yataqda rahatca yuxuya getmişdi. Kənardan baxan olsaydı düşünərdi ki, o, ömründə heç beləcə yatmamışdır.

Fəyazı yaxşı xidmətinə görə komandiri üç günlüyə məzunuyyətə buraxmışdı. O da, bu fürsətdən istifadə edərək, doğulub boya-başa çatdığı Qamışlığöl kəndinə, anasını görməyə gəlmişdi.

Oğlunun şirin-şirin yatdığını görən ana da, barmaqlarının ucunda ev-eşikdə gəzib-dolaşırdı ki, ciyərparasının yuxusunu qaçırtmasın. Arada da ürəyi ilə tablaşmayıb, balasının yatağına yaxınlaşar və bu iki ildə görmədiyi əsgər balasının sərtləşmiş, kişiləşmiş sir-sifətinə tamaşa edərdi.

Ana ehmalca davranırdı ki, oğlu yuxudan ayılmasın. Bilirdi ki, soyuq səngərdə, düşmənlə göz-gözə dayanan əsgərin yeməkdən çox şirin yuxuya ehtiyacı olur. Amma ana ürəyi narahat idi. Odur ki, oğlunun üstünə örtdüyü güllü yorğanı ehmalca qaldırdı. Oğlunun geniş sinəsinə, boyun-boğazına diqqətlə baxdı. Nə axtardığını heç özü də bilmirdi, amma baxırdı. Bir azdan dərindən nəfəs alıb xəfifcə gülümsədi və nəmlənmiş gözlərini yaylığının ucuyla qurulaya-qurulaya: – Şükür sənə, ilahi!.. – deyə pıçıldadı. O rahat olduğundan əyilib oğlunun alnından öpdü.

Bir azdan Fəyaz yatağında üzü üstə çöndü. Elə bu vaxt ananın gözləri onun kürəyindəki dərin yara yerinə zillənib qaldı. Güllə yarası idi. Ana titrək barmaqlarını yaraya toxundurdu. Sonra o, təlaş içində öz-özünə sual etdi: – Niyə görə Fəyaz bu barədə mənə bir söz deməyibdir? Axı, dünən onu çox sorğu-sual etdim. –Yox, bu yara elə-belə yaraya oxşamır. Olmaya, dilim-ağzım qurusun, – deyə ana pıçıldadı, olmaya oğlum düşmən qabağından qaçarkən vurulub?! Sonra nə fikirləşdisə: – Yox, ola bilməz, mənim oğlum düşmən qabağından qaçan oğullardan deyil!..- deyə o, öz-özünə toxtaqlıq verdi.

Əyilib dodaqlarını yavaşca yaraya toxundurdu. Hələ də tam sağalmamış yarasına isti nəfəsin toxunduğunu hiss edən Fəyaz gözlərini açdı və anasını başı üstə görcək yerindən dikəldi:

– Nədi, ay ana, niyə ağlayırsan? – soruşdu.

Ana gözlərinin yaşını yaylığının ucuyla qurulayaraq:

– Heç, ağrın ürəyimə, sənə baxırdım. … Bir də ki… – deyə ana sözünün ardını udaraq köks ötürdü və nəmli gözlərini oğlunun gözlərinin içinə dikdi.

– Nə olub sənə, ay ana? – deyə Fəyaz anasının əllərini ovcunun içinə alıb sığalladı.

– Sənə qurban, kürəyində güllə yarası gördüm, o nədir elə?

Fəyazın sifəti ciddiləşdi, o başını sinəsinə endirib dərindən ah çəkdi.

– Bilirsən, ana, o zəhrimara qalmış yara məni çox narahat edir. Doğrusu, utanıram. Elə gün olmasın ki, bu barədə fikirləşməyim. Kaş, o gün mən də döyüşçü dostlarım kimi həlak olaydım. O döyüşdən təkcə mən salamat çıxa bildim. Onda hər şey gözlənilmədən oldu. Düşmən bizi mühasirəyə alıb dördbiryandan üstümüzə güllələr yağdırırdı. Onlar bizdən qat-qat çox olsalar da, axıra kimi döyüşdük. Döyüşçü dostlarımın hamısı igidliklə həlak oldular. Mən də kürəyimdən yaralandım. Lənətə gəlmişlər, arxadan vurdular məni. Gözlərimi açanda, artıq özümü qospitalda gördüm. Kürəyimdən yaralandığımı biləndə, xəcalət çəkdim, özümü öldürmək istəyirdim, imkan vermədilər.

Firəngiz ana oğlunun boynunu qucaqlayıb onun gözlərindən öpdü. Ana qəlbi bir anlıq da olsa rahatlıq tapdı.

– Fəyaz, oğlum, allah xatirinə belə danışma, mənim səndən başqa kimim var? Ümidimi təkcə sənə bağlamışam, elə demə, qadan ürəyimə. Məyər səni tanımırlar, qəzetlər elə hey səndə yazır? Yadındadı, Ağdərədə gedən döyüşlər zamanı səndən verliş hazırlamışdılar. O, əsgər paltarı geyən qızın adı nə idi?! Bilirsən, o qız sənin igidliyindən necə də ağızdolusu danışırdı? Neçə nəfər düşmən əsgəri öldürməyindən, nə qədər tank vurmağından elə danışırdı ki… – Hə, bir də dedi ki, “səni evdə gözləyənin varmı?!” Sən də onun atmacasını başa düşmədiyindən, – “ hə, əlbəttə, anam gözləyir” – dedin. Qız sənin bu sözlərinə o qədər güldü ki… Xatırlayırsan?! Onda hamı mənə göz aydınlığı verib təbrik edirdilər. Deyirdilər ki, bəxtəvər başına oğlun qəhrəmandı e…

Hər ikisi, ana da, bala da bu söhbətdən sonra bir az rahatlıq tapdılar.

Bir neçə gündən sonra Fəyaz yenidən döyüş bölgəsinə qayıtdı. Vəziyyət bir az da çətinləşmişdi. Ölüm-itim xəbərlərinin ardınca kəndlərə, qəsəbələrə əsgər tabutları gəlməyə başladı. Ana gecə-gündüz Allaha yalvararaq, ona balasını qorumağı dua edirdi.

Belə günlərin birində, axşamüstü onların həyətində bir əsgər maşını dayandı. Sonra bir neçə maşın da həyətə girdi. Maşınlardan düşənlərin çoxu hərbiçi, qalanları isə mülki geyimli rayonun rəhbər işçiləri idilər. Onların arasından bir zabit ağır addımlarla yeriyərək anaya yaxınlaşdı və gücl eşidiləcək səslə:

– Ana, oğlun Fəyazı gətirmişik!- dedi. Sonra o, farağat vəziyyət alıb: – Fəyaz qəhrəmancasına…

Zabit sözünün ardını deyə bilməyib udqundu. Ətrafı ölü sükunət bürüdü. Elə bir səssizlik yarandı ki, bu səssizlik hamının canını üşütdü. Hamı özünü Fəyazın ölümündə günahkar bilərək başını aşağa salıb ananın qınayıcı baxışlarından yayınmaq istəyirdilər.

Zabitin pıçıltıyla dediyi sözlər ananın qulaqlarında bomba kimi partladı. Onun gözlərinə qaranlıq çökdü, hər yan bir anlıq qatı zülmətə büründü. Ana ayaqüstə dura bilməyib səndələdi.

Zabit cəld irəli yeriyib, onun qolundan tutdu və yavaşca yerə oturtdu. Ananın bədəni əsim-əsim əsirdi. Bir anın içindəcə yazıq arvad, canki yumağa dönmüşdü.

Səs-küyə qonşular axışıb gəldilər, həyətdə adam əlindən tərpənmək olmurdu.

Əsgərlər Fəyazın tabutunu maşından endirdilər. Ana tabutu görən kimi güclə yerindən qalxdı və titrək addımlarla oğlunun tabutuna yaxınlaşdı. O üzünü tabuta söykəyərək hönkürdü. Ananın hönkürtüsünə qonum-qonşular da qoşuldular. Birdən Firəngiz ana nə fikirləşdisə tabutun qapağını qaldırmağa çalışdı. Ətrafdakılar ona mane olmaq istədilər.

Ana fəryad çəkdi. Zabit irəli yeriyib adamları anadan araladı və tabutun qapağını götürüb kənara qoydu.

Ana titrəyən əllərini oğlunun bumbuz sifətinə toxundurdu, alnına dağılmış gur, qara saçlarını sığalladı. Birdən, gözləri oğlunun alnındakı güllə yarasına sataşdı. Güllə Fəyazın alnının ortasını dəlib keçərək, başının yan tərəfindən iri, qanlı şırım açmışdı.

Firəngiz ana əyilib oğlunun yaralı alnından öpdü. Sonra başını qaldırıb, üzünü həyətdə toplaşan adamlara tutaraq:

– Camaaat… Bir bura baxın!- dedi. Düz alnından dəyib e, güllə… Utanıb, vallah, balam utanıb başını yana əyməyə. Anası ölsün Fəyazın, keçən dəfə güllə kürəyindən dəymişdi, elə xəcalət çəkirdi ki…

Müəllif: Meyxoş ABDULLAH

MEYXOŞ ABDULLAHIN YAZILARI



MÜSABİQƏ ELAN OLUNDU 

“SÖZÜN AĞ RƏNGİ” LAYİHƏSİ

ŞAHMAR ƏKBƏRZADƏNİN YAZILARI

İlkin mənbə: Karabakhmedia.az– :`Sizin yerinizə utanıram mən` – Şahmar Əkbərzadənin şeirləri

PDF>>>ZAUR USTAC UŞAQ ŞEİRLƏRİ

PDF: >>>>> ZAUR USTAC “QƏLƏMDAR-2”

PDF>>> ZAUR USTAC “BB” KİTABI

>>>> ƏN ÇOX OXUNAN HEKAYƏ <<<<

ZAUR USTACIN SATIŞDA OLAN KİTABLARI


“YAZARLAR”  JURNALI PDF

YAZARLAR.AZ
===============================================

<<<<<< WWW.USTAC.AZ və  WWW.BİTİK.AZ >>>>>> 

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

İPƏK MƏCİD DƏVƏT EDİR

İPƏK MƏCİD

İPƏK MƏCİD BEYNƏLXALQ KİTAB SƏRGİSİNƏ DƏVƏT EDİR:

İPƏK MƏCİD HAQQINDA


MÜSABİQƏ ELAN OLUNDU 


YAZARLAR.AZ

===============================================

<<<<<<WWW.YAZARLAR.AZ və  WWW.BİTİK.AZ >>>>>>

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

ETİBAR MURADXANLI ZİYADAR MÜKAFATINA LAYİQ GÖRÜLDÜ

ETİBAR MURADXANLININ KİTABI

Tanınmış yazıçı Etibar Muradxanlı yeni çapdan çıxmış “İlin beşinci fəsli” kitabının işıq üzü görməsi münasibətilə “Ziyadar” mükafatına layiq görülüb.

Təqdimat sentyabrın 29-u, saat 14:00-də Azərbaycan Yazıçılar Birliyinin Natavan klubunda keçiriləcəkdir.

DİPLOMU DOĞRULAMA LİNGİ >>>> LAUREATLAR

Yazar Etibar Muradxanlının sənədlər və faktlara əsaslanan, əsgər və zabitlərimizin vətənpərvərlik və qəhrəmanlığını inandırıcı, təsirli döyüş səhnələri vasitəsilə əks etdirən “İlin beşinci fəsli” romanı Şuşanın və işğal olunmuş digər ərazilərimizin düşməndən azad edilməsinə həsr olunub. Birinci Qarabağ müharibəsindən bəhs edən “Siz mühasirədəsiniz, leytenant” və “Tələbə taqımı”ndan sonra bu, müəllifin müharibə mövzusunda üçüncü kitabıdır.

“İlin beşinci fəsli” əsəri İkinci Qarabağ müharibəsi haqqında Azərbaycan ədəbiyyatında ilk romandır.

Məlumatı oxuyan hər kəs dəvətlidir.


MÜSABİQƏ ELAN OLUNDU 


YAZARLAR.AZ

===============================================

<<<<<<WWW.YAZARLAR.AZ və  WWW.BİTİK.AZ >>>>>>

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

Rəfail Tağızadə – Famil Mehdi

FAMİL MEHDİ

26 SENTYABR FAMİL MEHDİNİN ANIM GÜNÜDÜR.

Yаdigаr аçаr

(Fаmil Mehdiyə ithаf)
İzi itmiş хəyаl evin,
möhkəm-möhkəm bаğlаdığın dаrvаzаnın
pаslı, sınıq qıfılınımı ахtаrаcаqsаn
təzə kоlluqdа
əzizlənən yаlqız аçаr?…

Dərdin dərdimdən betər,
burdа хаtirələr itər.
Yurdumu, yuvаmı ахtаrırаm,
dоğmа hаvаmı ахtаrırаm,
məhləni, evimi ахtаrırаm,
tаpа bilmirəm.
Sən, tək sınıq qıfılı hаrdаn tаpаcаqsаn,
mənim kimi nаçаr,
yаlqız аçаr.

Gəl birlikdə
dərdlərin qıfılını ахtаrаq-
pаs yedi bizi…

11.09.2002.

“SÖZÜN AĞ RƏNGİ” LAYİHƏSİ

ŞAHMAR ƏKBƏRZADƏNİN YAZILARI

İlkin mənbə: Karabakhmedia.az– :`Sizin yerinizə utanıram mən` – Şahmar Əkbərzadənin şeirləri

PDF>>>ZAUR USTAC UŞAQ ŞEİRLƏRİ

PDF: >>>>> ZAUR USTAC “QƏLƏMDAR-2”

PDF>>> ZAUR USTAC “BB” KİTABI

>>>> ƏN ÇOX OXUNAN HEKAYƏ <<<<

ZAUR USTACIN SATIŞDA OLAN KİTABLARI


“YAZARLAR”  JURNALI PDF

YAZARLAR.AZ
===============================================

<<<<<< WWW.USTAC.AZ və  WWW.BİTİK.AZ >>>>>> 

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

VÜSAL HƏTƏMOV – TANK ŞƏHİDİMİZ

VÜSAL HƏTƏMOVUN YAZILARI

Tank şəhidimiz…

Kobra ləqəbli polkovnik Xeyrulla İbrahimov…

2005-ci ildə Gəncədə N saylı hərbi hissədə komandirimiz idi. Biz zabit kimi bir aylıq artilleriya kurslarına gəlmişdik. Zabit olaraq şəxsi heyətlə işləməyimiz üçün bizə verdiyi bir çox dəyərli tövsiyələr sonrakı hərbi həyatımızda çox önəm kəsb etdi. Hətta onun bəzi tövsiyələri sonralar mülki işimdə də çox karıma gəlirdi.

Ondan bir sitat: “Elə öyrənin ki, əsgər sizdən heç vaxt çox bilməsin, yəni gecə-gündüz öyrənin, yoxsa ki əsgərin gözündə yarıtmaz zabit kimi qalacaqsınız.”

44 günlük Vətən müharibəsində isə…

Tale elə gətirdi ki, Polkovnik Xeyrulla İbrahimov müharibədə də bizim böyük komandirimiz, Bakı korpusunun artilleriya komandiri oldu. Onun bu vəzifədə olması mənim kimi bir çox onu tanıyan döyüşçülərimizi sevindirirdi – sükan etibarlı əllərdə idi..!

Şəhid haqda qısaca vikipedik məlumat: “Azərbaycan Ordusunun polkovnik-leytenantı olan Xeyrulla İbrahimov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Cəbrayılın, Füzulinin, Zəngilanın, Qubadlının və Xocavəndin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb, Ermənistan Silahlı Qüvvələrinin canlı qüvvələrinin, dayaq məntəqələrinin məhv edilməsi zamanı fərqlənib. Etmənistan Ordusunun rəhbərliyi tərəfindən döyüş meydanında “Kobra” ləqəbi ilə tanınan Xeyrulla İbrahimovun öldürülməsi pul ödənişi belə təyin edilmişdi. Xeyrulla İbrahimov oktyabrın 26-da Xocavənd döyüşləri zamanı şəhid olub. II Şəhidlər Xiyabanında dəfn olunub… Xeyrulla İbrahimov 1992–1994-cü illrdə Birinci Qarabağ müharibəsində də iştirak etmiş, Laçının, Tərtərin, Cəbrayılın, Füzulinin, Qubadlının və Zəngilanın müdafiəsi uğrunda gedən döyüşlərdə savaşmış, 1994-cü il martın 22-də Füzuli rayonunun Aşağı Seyidəhmədli istiqamətində gedən döyüşlərdə yaralanmışdır.” (https://az.wikipedia.org/wiki/Xeyrulla_%C4%B0brahimov )

Xeyrulla İbrahimov təxris olsa da, Vətən müharibəsinə könüllü yazılmışdı. Yaxınları deyirdi ki, Xeyrullanın həyat yoldaşı ağır xəstəlik ucbatından rəhmətə getdiyi üçün çox nisgilli idi, özünə heç cür yer tapa bilmirdi. Xeyrullaya demişdilər ki, yaşlı adamsan, sənin üçün orduda – özü də müharibə zamanı – xidmət çox çətin olacaq. O isə bildirmişdi ki, onsuz da həyat yoldaşımdan sonra özümə yer tapa bilmirəm. Mənim üçün bu həyat çox çətindir…

Oktyabrın ortaları idi. Tugdan Böyük Tağlara doğru yaxınlaşırdıq. Döyüş əməliyyatlarımız uğurlu gedirdi. Sevincimiz hədsiz idi. Lakin..

Eşitdiyimiz xəbər bizi çox sarsıtmışdı. Düşmən Polkovnik Xeyrulla İbrahimovu tank əleyhinə idarə olunan raketlə (TƏİR – KORNET) vurmuşdu.

Bəli, pusquda gizlənmiş düşmən zirehli maşın əvəzinə insana qarşı TƏİR Ssilahından istifadə etmişdi. Amma onsuz da düşmən Xeyrullanı güllə ilə öldürə bilməzdi. Həmişə öz aramızda qibtə ilə “Şvasneqr” dediyimiz Xeyrulla, sözün əsl mənasında, tank idi. Biz inanmırdıq ki, ona güllə bata bilər.

Mərhumun bədəni iki yerə bölünmüşdü…

Amma bu gün sənin ruhun şaddır, sən bölünmüş müqəddəs bədəninlə Qarabağı Azərbaycana birləşdirə bildin! Sən bölünmüş müqəddəs bədəninlə bölünmüş torpağımızı toplaya bildin! Sən bölünmüş müqəddəs bədəninlə səpələnmiş, pərakəndə qalmış arzularımızı tamlaşdırıb birləşdirə bildin! Ruhun şad olsun, Tank ŞƏHİDİMİZ!

Müəllif: Vüsal HƏTƏMOV

VÜSAL HƏTƏMOVUN YAZILARI



MÜSABİQƏ ELAN OLUNDU 


YAZARLAR.AZ

===============================================

<<<<<<WWW.YAZARLAR.AZ və  WWW.BİTİK.AZ >>>>>>

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

MAYIL DOSTU – QİBLƏM VƏTƏNDİ

MAYIL DOSTUNUN YAZILARI

QİBLƏM VƏTƏNDİ

Yurd – yuvamın dəlisiyəm,

Qarabağım, gülüm mənim.

Cənnətməkan əsilliyəm,

Azərbaycan, elim mənim.

***

Dilim çələng, gül özündən,

Nur tökülür üz – gözündən,

Bal süzülür hər sözündən,

Şirin, şəkər dilim mənim.

***

Axar çaylar qan damarın,

Təbiətin –gözəl varın,

İncisi var bu diyarın,

Göygöl adlı, gölüm mənim.

***

Bu cənnətdən harda vardı,

Yay fəslində dağı qardı,

Hər qarışı dövlət, vardı,

Xəzinədi çölüm mənim.

***

Süngü olsun telli sazım,

Nərəyə dön, xoş avazım,

Hünərindən tarix yazım,

Gəl, qələbə ilim mənim!

***

Qorqud adlı pir Dədəsən,

Mayıl qurban, sən qibləsən,

Allah haqqı, bir dənəsən,

El gücündə selim mənim!

Müəllif: Mayıl DOSTU

MAYIL DOSTUNUN YAZILARI


MÜSABİQƏ ELAN OLUNDU 


YAZARLAR.AZ

===============================================

<<<<<<WWW.YAZARLAR.AZ və  WWW.BİTİK.AZ >>>>>>

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

ZAUR USTAC – BUMERANQ

RƏŞAD MƏCİDİN YAZILARI

“… Heç bilmirəm bu qədər sevgini haçan və necə qazanmışam. …” Rəşad Məcid
BuMeRanq
Hüsni-rəğbət xoş sifətdən güc alar,
Mayasında işıqlı göz əsasdır.
Bir də gərək, kişi olan, mərd ola!
Ağayana, cilalı söz əsasdır.
* * *
Təbəssümdür bütün işdə köməkçi,
Sizsiz, bizsiz işin görür əməkçi,
Yaxşı, pisi ələyəcək ələkçi,
Hər bir işdə həqiqət, düz əsasdır.
* * *
Ustac bilən dəryada bir damladır,
Bəni-adəm qulağından dolmadır,
Rəşad Məcid (fenomeni) doğulandan olmadır,
Hər milyonda birinci yüz əsasdır!
25.09.2022. Bakı.

Müəllif: Zaur USTAC,

 “Yazarlar” jurnalının baş redaktoru,

şair-publisist.

ZAUR USTACIN YAZILARI

RƏŞAD MƏCİDİN YAZILARI


MÜSABİQƏ ELAN OLUNDU 

“SÖZÜN AĞ RƏNGİ” LAYİHƏSİ

ŞAHMAR ƏKBƏRZADƏNİN YAZILARI

İlkin mənbə: Karabakhmedia.az– :`Sizin yerinizə utanıram mən` – Şahmar Əkbərzadənin şeirləri

PDF>>>ZAUR USTAC UŞAQ ŞEİRLƏRİ

PDF: >>>>> ZAUR USTAC “QƏLƏMDAR-2”

PDF>>> ZAUR USTAC “BB” KİTABI

>>>> ƏN ÇOX OXUNAN HEKAYƏ <<<<

ZAUR USTACIN SATIŞDA OLAN KİTABLARI


“YAZARLAR”  JURNALI PDF

YAZARLAR.AZ
===============================================

<<<<<< WWW.USTAC.AZ və  WWW.BİTİK.AZ >>>>>> 

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

“Yazarlar” jurnalı “Mustafa Müseyiboğlu – 70” layihəsi çərçivəsində RESENZİYA MÜSABİQƏSİ elan edir

“Yazarlar” jurnalı “Mustafa Müseyiboğlu – 70” layihəsi çərçivəsində RESENZİYA MÜSABİQƏSİ elan edir. Bu şipşirin, doğma Ana dilimlzdə oxuyub, anlayan hər kəs müsabiqədə iştirak edə bilər. Şərtlər çox sadədir. İştirakçılar PDF variantı aşığıda təqdim olunmuş Zaur Ustacın “BB” (hekayələr) hekayəni buradan oxuyun>>>>> keçid edin>>>>> https://ustacaz.files.wordpress.com/…/zaur-ustac-bb-1.pdf kitabı və ya bu kitabda yer almış hər hansı bir hekayə haqqında öz fikirlərini yazıb zauryazar@mail.ru email ünvanına göndərirlər. Yazılar redaktəsiz, yəni göndərdiyiniz kimi çap olunacaq. Yazılar 01.09.2022-ci ildən 01.12.2022-ci ilə qədər qəbul olunacaq. 01.12.2022-ci il gecə saat 23:45-də qaliblər elan olunacaq. 29.12.2022-ci ilə qədər göndərilmiş bütün resenziyaların redaktəsiz yer aldığı kitab nəşr olunacaq və bu vaxta qədər iştirakçıların sayına uyğun Bakı şəhərində adətən kitab təqdimatları, imza günləri keçirilən məkanlardan biri vaxt da göstərilməklə YER olaraq elan ediləcək. Bütün iştirakçılara diplomlar, qaliblərə isə təyin olunmuş pul mükafatları uyğun diplomlarla birlikdə həmin gün tədbirdə açıq şəkildə təqdim olunacaq.

BİRİNCİ YER-300 AZN

İKİNCİ YER -200 AZN

ÜÇÜNCÜ YER – 100 AZN

QEYD:

Kimliyinin bilinməsini istəməyən ölkə vətəndaçları tədbirə gəlmədən mükafatlarını (yer tutduqları təqdirdə) poçt və ya kart vasitəsi ilə təyin olunduğu kimi manatla, xarici ölkə vətəndaşları isə vətəndaşları olduğu ölkənin pul vahidinə uyğun təyin olunmuş mükafatın AZN ekvivalentində (yer tutduqları təqdirdə) eyni qaydada alacaqlar. Mustafa Müseyiboğlunu rəhmətlə anır, bütün iştirakçılara uğurlar arzulayırıq.

Yazıları bu email ünvanına göndərin: zauryazar@mail.ru


ZAUR USTACIN YAZILARI


MÜSABİQƏ ELAN OLUNDU 

“SÖZÜN AĞ RƏNGİ” LAYİHƏSİ

ŞAHMAR ƏKBƏRZADƏNİN YAZILARI

İlkin mənbə: Karabakhmedia.az– :`Sizin yerinizə utanıram mən` – Şahmar Əkbərzadənin şeirləri

PDF>>>ZAUR USTAC UŞAQ ŞEİRLƏRİ

PDF: >>>>> ZAUR USTAC “QƏLƏMDAR-2”

PDF>>> ZAUR USTAC “BB” KİTABI

>>>> ƏN ÇOX OXUNAN HEKAYƏ <<<<

ZAUR USTACIN SATIŞDA OLAN KİTABLARI


“YAZARLAR”  JURNALI PDF

YAZARLAR.AZ
===============================================

<<<<<< WWW.USTAC.AZ və  WWW.BİTİK.AZ >>>>>> 

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru