Xanım İsmayılqızı – Musiqi gününə

XANIM İSMAYILQIZININ YAZILARI

MUSİQİ GÜNÜNƏ
Do – və başlanır hər şey.
Kodlanılan həyatın
İlk şəkli, ilk nəfəsi.
* * *
Re – nəfəsin ikinci səsi.
Dünyaya gəlişinin
Birinci birləşməsi.
Ayrılığın, görüşlərin do-redədir,
Qalan hər şey irəlidə, geridədir.
* * *
Mi – üçüncü pilləni qurur.
Ayaqlar əsə-əsə
Bu notun üstündə durur.
İlk kəlmələr
Do-re-mi içində yoğrulur.
* * *
Fa – düşüncənin açarı.
Hisslərin kökünü tutaraq
Birləşdirir dil tapanları.
Do-re-mi-fada çalınır
Dörd hecanın dörd həmləsi,
Duyğuların çox mərtəbəsi.
* * *
Sol – cütlükdən yaranan biri.
Dörd notun ən gözəl ətiri.
Birinin səndən keçməsi,
Həyatın yeni mərhələsi.
* * *
Lya – altıncı qatın adı.
Bu qatda qaynamaq var.
Beş notun ahəngini
Tutaraq oynamaq var
Və bir də qanadları
Çiynində saxlamaq var.
* * *
Si – sonuncu nöqtədi.
Bütün notlar içində
Yenilənən kökdədi.
* * *
Do – ürəyindən keçir,
Re – ruhunu oxşayır,
Mi – hisslərin yenidən titrəməsidi,
Fa – ömrünün sevgisidi,
Sol – səndən doğulanlardı,
Lya – müdriklik mərtəbəsidi,
Si – gözlərin sonuncu pərdəsidi…
* * *
Do-re-mi-fa-sol-lya-si
Dünyanın yeddi səsi…
Hər adamın bitirdiyi
Bir ömürlük nəğməsi…
Müəllif: Xanım İSMAYILQIZI

XANIM İSMAYILQIZININ YAZILARI

ÜZEYİR HACIBƏYOVUN YAZILARI


MÜSABİQƏ ELAN OLUNDU 

“SÖZÜN AĞ RƏNGİ” LAYİHƏSİ

ŞAHMAR ƏKBƏRZADƏNİN YAZILARI

İlkin mənbə: Karabakhmedia.az– :`Sizin yerinizə utanıram mən` – Şahmar Əkbərzadənin şeirləri

PDF>>>ZAUR USTAC UŞAQ ŞEİRLƏRİ

PDF: >>>>> ZAUR USTAC “QƏLƏMDAR-2”

PDF>>> ZAUR USTAC “BB” KİTABI

>>>> ƏN ÇOX OXUNAN HEKAYƏ <<<<

ZAUR USTACIN SATIŞDA OLAN KİTABLARI


“YAZARLAR”  JURNALI PDF

YAZARLAR.AZ
===============================================

<<<<<< WWW.USTAC.AZ və  WWW.BİTİK.AZ >>>>>> 

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

2 thoughts on “Xanım İsmayılqızı – Musiqi gününə”

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir