Zaur Qasımlı (Laməkan). Zaur Ustac-ın, – BB – hekayələr kitabı.

MUSTAFA MÜSEYİBOĞLU -70

Zaur Ustac-ın, – BB – hekayələr kitabı.
Psixoloqun qəbulunda.
Psixoloqun qəbulunda – hekayənizdə, İlk səhifələri, dinləyən zaman, bəli, məhz dinləyən zaman. Çünkü bu hekayəni oxuduqca, adama elə gəlir ki, sanki İlqar sənin çoxdankı ən səmimi olan, danışan zaman üzündə təbəssüm yaranmasına səbəbi və səbəbkarı olmağı bacaran dostundur və səninlə üz-üzə oturub, onun səmimi, sadə, vətənpərvər, təvəzökar və hər keçən an, məqam və günlərini, şişirtmədən, olduğu kimi… – Növbəti səhifələrdə isə, təbəssüm ilə yanaşı düşündürdükcə eyni zamanda sonlara yaxınlaşdıqca, -Həyatımızın ACI reallığını, onun və onun kimi bir çoxlarının yaşadığı amma layiq olmadığı, … həyatını, bizi dərindən düşündürərək, bizim dilimiz ilə, bizə danışdıqlarını dinləyirik.

Tarix: 07,10,2022 – Saat: 03:00 – 05:00 radələrində hekayəni ( İlqar ilə söhbətləşib ) bitirdim. – Qollarımı masaya söykəyib Noutbook-un siçanını tərpədib növbəti hekayəyə keçmək istədim amma, KEYİMƏ-dən bir neçə saniyəlik qollarım tərpənmədi.
08,10,2022 – Saat: 05:00
BB.
BB – də, özünə məxsusluğu və fərqli düşündürücülüyü ilə seçilən hekayədir.
Hekayənin özünə məxsusluğunu, qəhrəman ilə yanaşı, ağılagəlməz “”Planlarına”” görə, əsərin “”qəhrəmanına”” çevrilən, Əli müəllim ilə söhbət əsnasında işlətdiyi sözlərindən sonra, “” Niyyətlərini və Planlarını ”” açıqladıqca, öncə düşünürsən ki, gör nə dərəcədə saxtakar və dəllal olasan ki, belə bir plan işlədib biznes qurasan…
( Hərçənd ki, xarakter olaraq bu tip niyyətli planlar mənim ( Ümumiyyətlə, Vicdanı və Əqidəsi sağlam olan heç bir kəs, belə bir addım atmaz ) təbiətimə qəti olaraq uyğun deyil və heç vaxt olmadı )
Amma, sonra isə, ilk öncə insanın gözünün önündə, Bəy Bala müəllimin zahiri görünüşü, sonra isə, eyni zamanda şirin-qıcıqlandırıcı təbəssüm yaranır adamın beynində və simasında.
Yenə də, və hər bir halda, – Müəllifin Təqdimatı – sayəsində anlayırsan ki, – BB – ilə tanış olan, hətta beyin hüceyrələri nə dərəcədə zəif olan insan da olsa, – BB – onu düşündürəcək!
08,10,2022 – Saat: 16:30
Qırmızı yarpaqlı ağac.
Qırmızı yarpaqlı ağac hekayəsi-də, adamı hekayə daxilində sanki, böyük olan başqa bir dünyaya düşmüş kimi, həqiqətən də, daha çox fərqli, daha çox zövqlü və bilavasitə eynizamanda, Patriotik düşüncələrlə israrla gəzməyə, və özümüzü, ailəmizi, qonşumuzu, cəmiyyətimizi, keçmişimizi və gələcəyimizi, beyin daxili sağlam analiz etməyə, sözün ən yaxşı mənasında məcbur edir.

Vahid Dilsiz-in, Kapitan Çingizin və dostu İqorun keçdikləri həyat yolları, buna sübutdur!
09,10,2022 – Saat: 12:00
MİQ – 17
Miq-17 – ni, ard-arda iki dəfə oxuduqda, müəllifin hər bir sahədə olan insandan tutmuş, ta ki, ən sadə vətəndaşına qədər hər bir kəsin, ( Real həyatımızda, ona nə dərəcədə təhlükə ola bilmə ehtimalı olmasına baxmayaraq ) HAQQ-ları haqqında, qorxmadan, çəkinmədən qələmə alan VƏTƏNSEVƏR bir müəllif təsiri bağışladıqda, birbaşa və qəti qənaətə gəldiyimə görə, nə özündən gedən şəxsdən, nə də ki, özünü küləkləyən ədabaz xanımdan danışmağım, çox mənasız və yersiz olardı.
09,10,2022 – Saat: 13:00 – 16:00
Cücə oğrusu.
Cücə oğrusu – Necə deyərlər, sözaltı,sətiraltı və atalar məsəli kimi, çox böyük dərin mənası olan bir hekayə.
09,10,2022 – Saat: 18:00
Növbətçi xəstə
İnsan, adam var ki, vücudu, amma insan da, var ki, mənəviyyatı xəstədir. Sağ olsun, qarnına su dolan Kərim müəllim. Kərim müəllimin qarnına, su dolması məlumatına görə həmin o xəstə “”xəstəxanaya”” getməsəydi, real həyatımızdakı gedişatı, bəlkə də, bu dərəcədə xatırlamayacaqdıq.
09,10,2022 – Saat: 19:00
Gölə qələmsancan!
Meyvə satan, Kimya-Biologiya müəllimi sağ olsun!

Hekayədə anladılan, çox gözəl, maraqlı və ən vacibi isə çox ibrətamiz əhvalatdır.
10,10,2022 – Saat: 09:00
Qismət
Qismət hekayəsində də,
Çiçəyin atasının, Çiçəyə və Çiçəyin timsalında uşaqlarımıza, həyatı əhəmiyyətli və tərbiyəvi məlumatları, uşaqların dilində daha tez və daha asan anlaya biləcəyi formada izah etməsinin də, çox böyük təqdirə layiqli bir seçim etdiyinin də, şahidi olduq!
10,10,2022 – Saat: 10:00
Ümumi olaraq, bütün hekayələr barədə olan fikirim və düşüncəm.
Məndən böyük olan, Müəllif Zaur Ustacdan və digər – Dürüst olan müəlliflərdən – üzr istəyirəm.

İncəsənət və Yaradıcılıq sahəsində ( aktyor, (teatr və kinofilm) həvəskar müğənni, yazar, … ) olan bir adam kimi, mənim fikirim və düşüncəmə görə: Əsl müəllif olmağa layiq ola biləcək şəxs, o zaman – ƏSL MÜƏLLİF – olur ki, məhsulunu hər kəsin
( Böyük və Kiçik, Savadlı və Savadsız, Kasıb və Varlı ) anlaya ( qavraya ) biləcəyi və qəbul edə biləcəyi tərzdə, mükəmməl təqdimat qabiliyyəti və bacarığı olsun!
Tam səmimi deyəcəm!

Zaur Ustac, – bu yaşıma qədər, Azərbaycanda
( Şəxsi tanışlığımız olmasa da, ) hekayələri vasitəsi ilə bizə ( Hər kəsin anlayacağı, qəbul edəcəyi tərzdə və Reallıq-ı olduğu kimi çatdırdıqlarına görə ) Reallıq-ı olduğu kimi qələmə alıb, əsərlərini bizlər ilə paylaşdığının şahidi olduğum birinci müəllifdir.
10,10,2022 – Saat: 11:00
Əlavə Qeyd:
Hörmətli Müəllifin və Oxucuların Nəzərinə

Allah şahiddir ki, ( Təbii ki, mən də, qalib olmaq istəyirəm, amma ) yuxarıda yazdıqlarımın heç bir kəlməsi, nə, müsabiqənin qalibi olmağım üçün, nə də ki, boğazdan yuxarı deyilən söz deyil!
Zatən tanıyanlar bilir ki, bu tip
“” fikirlər “” mənə xas olan bir şey deyil!
Məni, tanımayanlar üçün xüsusi olaraq yazdım.
10,10,2022 – Saat: 11:07

Müəllif: Zaur LAMƏKAN

ZAUR LAMƏKANIN YAZILARI


MÜSABİQƏ ELAN OLUNDU 

PDF>>>ZAUR USTAC UŞAQ ŞEİRLƏRİ

PDF: >>>>> ZAUR USTAC “QƏLƏMDAR-2”

PDF>>> ZAUR USTAC “BB” KİTABI

>>>> ƏN ÇOX OXUNAN HEKAYƏ <<<<

ZAUR USTACIN SATIŞDA OLAN KİTABLARI


“YAZARLAR”  JURNALI PDF


YAZARLAR.AZ

===============================================

<<<<<< WWW.USTAC.AZ və  WWW.BİTİK.AZ >>>>>> 

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

İLHAMƏ NASİR ZİYADAR MÜKAFATINA LAYİQ GÖRLÜB

ZİYADAR MÜKAFATI LAUREATLARI

Zaur Ustac “İşıq” adlı yeni kitabının nəşr olunması münasibətilə “Ziyadar” Mükafatını xanım İlhamə Nasirə təqdim edərkən (27.12.2022. Bakı şəhəri, AYB “Natəvan” zalı).

PDF: >>>>>>> caroline-laurent-turunc

MÜƏLLİF:TUNCAY ŞƏHRİLİ

TUNCAY ŞƏHRİLİNİN KİTABI

CAROLİNE LAURENT TURUNC

CAROLİNE LAURENT TURUNÇ

PDF>>>ZAUR USTAC UŞAQ ŞEİRLƏRİ

PDF: >>>>> ZAUR USTAC “QƏLƏMDAR-2”

PDF>>> ZAUR USTAC “BB” KİTABI

>>>> ƏN ÇOX OXUNAN HEKAYƏ <<<<

ZAUR USTACIN SATIŞDA OLAN KİTABLARI


“YAZARLAR”  JURNALI PDF


YAZARLAR.AZ

===============================================

<<<<<< WWW.USTAC.AZ və  WWW.BİTİK.AZ >>>>>> 

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

FƏRHAD ƏSGƏROV (RAMİZOĞLU). VİCDAN VƏ NƏFS

FƏRHAD ƏSGƏROVUN YAZILARI

Fərhad Ramiz oğlu Əsgərov 24 dekabr 1960-cı ildə Bakı şəhəri, Mərdəkan qəsəbəsində anadan olub. Hazırda Mərdəkan qəsəbəsində yaşayır.

Azərbaycan Yazıçılar Birliyinin üzvüdür.

VİCDAN VƏ NƏFS

Sentyabr ayında bütün qonşu uşaqları hamısı məktəbə getdi. Fazilin isə yeddi yaşı tamam olmadığı üçün onu məktəbə yazmamışdılar. Ağlamaqdan özünü saxlaya bilmirdi. Gözləri şişib almaya dönmüşdü. Dəli kimi olmuşdu. Necə ola bilər ki, bapbalaca Natiq məktəbə gedir, məni isə götürmürlər. Ürəyi partlayırdı.

Bir dəfə beş yaşı olanda qonşunun oğlu onu özü ilə məktəbə aparmışdı. Zəngin səsindən elə xoşu gəlmişdi ki, düz bir ay ərzində kimi görürdüsə, o haqda danışırdı.

Fazil həyətin ortasında, tozun-torpağın üstündə oturub ağlayırdı. Səsinə qonşu Səmayə və Ballı xala da gəldi. Onların ikisinin də oğulları məktəbə gedirdilər. Fazil də məktəbə getməyi, zəng vurulan kimi sinfə girməyi, müəllimin qarşısında oturmağı, suala cavab vermək və dərsi danışmaq üçün uça-uça əl qaldırmağı elə istəyirdi ki! Məktəb onun üçün müqəddəs bir yer idi, müəllimə isə, əstəğfürullah, Allah kimi baxırdı. Buna görə də, məktəbə getmək bəlkə də, qonşu uşaqlardan çox Fazilə lazım idi.

Səsini nənəsinə, babasına çatdırmaq üçün daha ucadan ağlamağa başladı. Daha effektli alınsın deyə, oturduğu yerdə iki-üç dəfə özünü qaldırıb yerə çırpdı. Bəlkə bir saatdan çox idi ki, beləcə davam eləyirdi. Nəhayət, qonşu arvadların da təkidi ilə nənəsi onu məktəbə aparmağa razı oldu. Nə qələmi vardı, nə kitabı, nə də dəftəri. Heç məktəbə geyməyə bir düz-əməlli paltarı da yox idi. Nə tapdısa əyninə geyinib, düşdü nənəsinin önünə. O, yerimirdi, sanki uçurdu. Məktəb yolunda qarşısına çıxan məhlə uşaqları biri ona qələm, biri dəftər verdi. Məktəbin qarşısında onları ilk qarşılayan Ağamalı müəllim oldu. Nənəsi məsələni müəllimə danışdı. O da Fazili öz sinfinə götürdü. Beləcə, Fazilin məktəb həyatı başladı. Fazil də bütün birincilər kimi elə bilirdi ki, müəllim çörək yemir, müəllim…

Fazil bir anlıq xəyala daldı. Xəyalı onu məktəb illərinə apardı. O, düşündü: “Onda biz məktəbə təhsil almağa gedirdik. Məktəb təhsillə bərabər təlim-tərbiyə, əxlaq da aşılayırdı. Həyatımızda məktəbin böyük rolu var idi. Məktəbin son siniflərində təhsil alırdım. Ədəbiyyat müəllimimiz Əhməd müəllim idi. Yaxşı yadımda deyil, mövzu nə idi, amma o yadımdadır ki, hansısa əsər haqqında danışırdı. Burada əsərin qəhrəmanını bir vicdanlı, ədalətli insan kimi xarakterizə edirdi. O zaman müəllimə sual vermişdim:

– Müəllim, bu vicdan nə olan şeydi?

Arxadakı partadan başqa bir şagird də əlavə etdi ki, heç onu görən də olmayıb.

Qocaman müəllim bir az susub dedi:

– Oğlum, onu görmək lazım deyil, o hər kəsin içində olmalıdır. Vicdan kiminsə kənardan bizə baxdığını, göz qoyduğunu deyən daxili səsdir. Sən bu daxilindəki səsi eşidə bilirsənsə, sənin içində demək bir ədalət hissi var. Və bu səsi eşidib nəfsinə qalib gələ bilirsən, halalla haramı ayıra bilirsən. Acgözlük, artıq nəfslik heç bir insana başıucalığı gətirməz. Vicdan insanın şərəfi, ləyaqətidir. O insanlarda məncə, bu şəkildə təzahür eləyir. Şərəfli, ləyaqətli insanlar da həmişə insan cəmiyyətində sayılan-seçilən olublar. Bu mənim şəxsi qənaətimdir”.

…Fazilin artıq əlli yaşı var idi. O, rayonun ən gözəl restoranlarından birində iyirmi il idi ki, inzibatçı işləyirdi. Rayonun başqa restoranlarından fərqli olaraq, bu restorana çox imkanlı adamlar gələrdi. Restorandakı yeməklər dadlı, ləziz bişirilərdi. Fazilin burada böyük hörməti var idi. Restorana gələnlər həmişə onunla səmimi görüşür, hal-əhval tuturdular. Hətta onu öz stollarına dəvət edənlər də olurdu.

Restorana ayda bir dəfə, eləcə də bayramlarda altı nəfər məktəb direktoru yeyib-içməyə gələrdilər. Onlardan beş nəfər orta məktəb direktoru, bir nəfər isə internat-məktəbin direktoru idi. Necə deyərlər: taylı-tayını tapmışdı. Möhkəm dost idilər. Aralarından su keçməzdi. Ad günlərində, bayramlarda, müəllim günündə bir yerə yığışıb yeyib-içir, şənlənərdilər. Üçü qadın idi, üçü kişi. Yeyib-içib beyinləri xumarlandıqdan sonra öz “qəhrəmanlıqlarından” ağızdolusu danışmağa başlayırdılar.

Belə xoş günlərdən biri idi. Məktəb direktorlarından biri Fazili də onlarla birlikdə oturmağa dəvət etdi. Fazil bir neçə saat ərzində burada nələr görmədi, nələr eşitmədi. Məktəb direktorlarının içkinin təsirindən kefləri durulmuşdu. Birinin masanın o başından səsi eşidildi: “Bu ay beş min manat qazanmışam”. O biri isə başqa həmkarına deyirdi: “Gəlib-gedənlərə bu ay altı yüz manat vermişəm”. Bir başqası isə gileylənirdi: “Heç “yuxarıdan” gələn kuratoru demirsən? Ən böyük “rasxod” elə ona gedir”.

515 nömrəli orta məktəb rayonun ən böyük tədris ocaqlarından biri idi. Məktəbdə üç mindən çox şagird təhsil alırdı. Burada çox savadlı müəllimlər çalışırdı. Müəllimlər şagirdlərə bilik və bacarıqların mənimsədilməsi üçün var qüvvələrini sərf edirdilər. Müəllimlərin təşəbbüsü ilə məktəbdə rəngarəng tədbirlərin keçirilməsi də ənənə halını almışdı. Düzdür, şagirdlərin əksəriyyəti dərs oxumasalar da, məktəbin az sayda savadlı şagirdləri olimpiadalarda, yarışlarda qalib olur, bununla da məktəbin adı yaxşı məktəblər sırasında çəkilirdi. Hər il məktəbin məzunlarının bir neçəsi ali məktəblərə qəbul olunmaqdan ötrü yüksək bal toplayırdı. Bu isə müəllimlərin və valideynlərin böyük əziyyəti hesabına başa gəlirdi. Tədris ocağında əsas idarəçilik işlərini direktor müavinləri aparırdı. Məktəbin direktoru Marat müəllim isə kollektivə nəzarət edirdi. Savadlı müəllimlərin və şagirdlərin nailiyyətlərinə görə Marat müəllim dəfələrlə fəxri fərmanlara layiq görülmüşdü. Onun rəhbərlik metodu yuxarılarda başqalarına nümunə kimi göstərilirdi. Yaşı əllini haqlamışdı.

 515 nömrəli orta məktəbin direktoru Marat müəllim lap xumarlanmışdı. Bəs necə? Dost məclisi idi axı. Sol əlini ağ örtüklü masanın kənarına dayaq verib ayağa qalxdı:

– Dostlar, – dedi. – Allahdan gizlin deyil, sizdən niyə gizlin olsun. Sevgilimin ad günü yaxınlaşırdı. Onu da deyim ki, onu çox sevirəm. Direktoru olduğum məktəbdə müəllimə işləyir.

Bunu eşidəndə qadın direktorlar bic-bic gülümsəyərək bir-birilərinə göz vurdular. Marat müəllim onların bu hərəkətini görüb şit-şit hırıldadı və sözünə davam elədi:

– Hər ad günündə ona üç dənə yüzlük verirəm. Düzdür, pulum vardı, amma onu bu işə xərcləmək istəmirdim. Götür-qoy eləyirdim ki, bu pulu haradan çıxarım. Səhər kabinetdə oturmuşdum. Bir valideyn əsəbi halda içəri girdi və hay-küylə dedi ki, dünən oğlum fizika dərsində dəcəllik eləyib deyə, müəllim onu vurub. Valideyn fizika müəlliminin dalınca asıb-kəsirdi. Mən isə öz aləmimdə idim, plan qururdum. Valideyni birtəhər sakitləşdirib stula əyləşdirdim. Dedim ki, oturub bütün bunları şikayət ərizəsində yazsın. Ərizəni yazdırıb valideynə təsəlli verib dedim ki, siz arxayın olun, o, mütləq cəzasını alacaq. Valideyn getdikdən sonra tez fizika müəllimini yanıma çağırdım, ərizəni qarşısına qoydum. Oxudu, az qaldı dili-dodağı qurusun. Hədə-qorxu gəlib dedim ki, sən neyləmisən? Valideynin ağzından od püskürürdü, səndən yuxarılara şikayət edəcək. Yazıq bir hala düşdü ki, görməsən inanmazsan. Başladı yalvarmağa. Başa saldım ki, ay yazıq, işdən çıxarılmağın cəhənnəm, hələ o biri tərəfini düşün. Şagirdi vurduğuna görə hüquq-mühafizə orqanları səndən bilirsən nə qədər pul alacaq? Bunu eşidəndə az qaldı bədbəxti infarkt vursun.

Marat müəllim danışır, danışdıqca da lap coşur, gözləri pələng gözləri kimi parıldayırdı. Amma heç düşünmürdü ki, bu yazıq müəllim alacağı cüzi əməkhaqqını səbirsizliklə gözləyir və əməkhaqqı ilə düz bir ay ailəsini dolandıracaq. “Toxun acdan nə xəbəri”. İndi müəllim odla su arasında qalmışdı. Müəllim haradan biləydi ki, qarşısındakı İblis ona tələ qurub. İşini itirəcəyi qorxusu onu vahimələndirirdi. Öz-özünə düşünürdü ki, gərək o uşağa əl qaldırmayaydım. Axı, bu dəcəl və yaramaz uşaq onu ələ salmışdı, qüruru ilə oynamışdı. Yenə də özünə haqq qazandırmırdı, çox peşman olmuşdu. Amma…

Marat müəllim bayaqdan tüstülənib külü masanın üzərinə tökülən siqaretinə bir qullab vurub, tüstünü tavana tərəf filədi: – Təsəvvürünüzə gətirin, – dedi. – Müəllim qorxusundanmı, hirsindənmi tir-tir əsirdi. Yazıq yalvara-yalvara dedi ki, xahiş edirəm bu işi yoluna qoyun. Mənə də elə bu lazım idi də. Dedim get, iki min manat gətir, işi yoluna qoyum. İki-üç gündən sonra pul stolumun üstündə idi. “Dəcəlin” valideynini çağırıb onu təqsirkar çıxartdım. Dedim ki, bu nə uşaqdır tərbiyə eləmisiniz. Əgər bir də nadinclik eləsə, onu məktəbdən qovacam. İşi yoluna qoyduqdan sonra həmin pulu dostlarla yedik-içdik, sevgilimə üç dənə yüzlük verdim, arvadıma da bahalı paltarlar, ayaqqabı aldım. Hə, bəylər, pulu belə qazanarlar eee… Ha, ha, ha…

Marat müəllim doyunca güldükdən sonra badəsini qaldırıb dedi:

– Gəlin bu badələri içək yuxarılarda bizi müdafiə edən, nöqsanlarımızı bilib göz yuman insanların sağlığına.

Badələr qaldırılır və hamı bir ağızdan:

– Gözəl sağlıqdır, içək deyilən sağlığa.

Bunu deyib, badələri qaldırdılar.

Hamı badəsini boşaltdıqdan sonra iştah onlara güc gəldiyinə görə yeməyə başladılar. Araya bir müddət sükut çökdü. Marat müəllim yenidən sözə başladı:

– Məktəbdə elə qanunlar yaratmışam ki, bu qanunlar vasitəsilə də ancaq qazanıram. 8 Mart Qadınlar günü münasibətilə bütün müəllimlər ayrı-ayrılıqda kabinetimə girir, evdə oturan həyat yoldaşımı da təbrik edirlər. Hər bir müəllim 50 manat pul və hədiyyə verir. Təsəvvürünüzə gətirin, keçən il 8 Martda mənə 49 ədəd bahalı ətir verdilər. Onlardan 8 ədədini bacılarıma, arvadıma, əmim qızına, bibim qızına hədiyyə verdim. Qalan ətirləri isə dostumun vasitəsilə mağazada satdırdım. Beləliklə, də bayramda xeyli pul qazandım.

Həmkarının danışığından 528 nömrəli orta məktəbin direktoru Mütalik müəllim də ruhlandı. Bu həmin Mütalik müəllim idi ki, ixtisasca fizika müəllimi idi və atasının yerinə məktəbə direktor təyin olunmuşdu. Atası uzun illər bu məktəbə rəhbərlik etmişdi. Tanıyanlar onu bir zalım, eqoist, təkəbbürlü insan kimi xatırlayırlar. Qocaldığından müəllimlər tezliklə onun işdən çıxacağını və yerinə daha yaxşı direktor təyin olunacağını düşünürdülər. Lakin belə olmadı. Ata öz oğlunu 528 nömrəli məktəbə direktor təyin etdirə bildi. Mütalik müəllimin rəhbərliyini görən müəllimlər öz aralarında danışırdılar ki, “yağışdan çıxdıq, yağmura düşdük”. Mütalik müəllim rəhbərlik etdiyi tədris ocağına müqəddəs bir yer kimi münasibət bəsləmirdi. O, məktəbə qazanc mənbəyi kimi baxır, hardan və kimdən nə qədər çırpışdırmaq barədə fikirləşirdi. İnsan nə qədər tamahkar olar? Gözləri müəllimlərin və valideynlərin əlində idi. Zahirən ətrafdakılarda mədəni, sakit təbiətli bir insan təəssüratı yaratsa da, daxilən eqoist, təkəbbürlü, simic, öz işində hər cür alçaqlıqlara əl atan bir adam idi. Müəllimlərlə danışanda heç başını da qaldırmazdı. Müsahibini dinləmək qabiliyyəti də yox idi. Bu səbəbdən kollektiv arasında hörməti də yox idi. Hamı vicdan və ədalət hissini itirmiş bu adamın nə zaman vəzifədən uzaqlaşdırılacağı günü səbirsizliklə gözləyirdilər. Savadlı, peşəsini sevən, elmin sirlərini şagirdlərə vicdanla öyrətmək istəyən müəllimlər bu talançının əlindən bezmişdilər. Onlar ləyaqətli bir adamın direktor təyin olunmasını arzulayırdılar. Lakin, sən saydığını say, gör, fələk nə sayır. Mütalik müəllim badəsini əlinə götürüb öz nitqinə başladı:

– A kişi, ay kişi sən nə danışırsan? Mən müəllimlərə göz verirəm, işıq vermirəm. Necə deyərlər onları bərk incidirəm. Bəs nə? İncitməsəm çox pul qazana bilmərəm axı. Qardaş, nə başını ağrıdım, hər cür işə əl atıram. Mənə elə gəlir ki, elə hamınızdan çox pul qazanan mənəm. İstəyirsiniz bəzi şeyləri sizə də agah edim? Tədris ilinin əvvəlində hər müəllimə “kak palojna” 18 saat dərs verirəm. Artıq dərs demək istəyən müəllim yanıma gəlir. Könlü balıq istəyən quyruğunu gərək soyuq suya qoya. Atam-qardaşım, bu başdan 200-300 manat alıram, 5-6 saat dərsini çoxaldıram. Gözəl üsuldur, deyilmi? Beləcə tədris ili başlayan kimi beş-altı min manat irəli düşürəm. Pul qazanmağın başqa bir yolunu da sizə izah edim. Bəzi müəllimlərə ayrı-ayrılıqda tapşırmışam ki, varlı ailələrdən gələn yuxarı sinif şagirdlərinin qiymətlərini kəssinlər. Belə ki, beşə cavab verənə dörd qiymət yazsınlar. Belə olduqda şagirdin valideyni yanıma gəlir, övladının qiymətini yüksəltməyi xahiş edir. Bu işə görə də valideyndən pul alıram. Bəzən elə valideyn yanıma gəlir ki, vicdandan danışır. Beləsi ilə ehtiyatla davranıram və müəllimlərə tapşırıram ki, həmin şagirdin qiymətini daha kəsməsinlər. Başqa bir məsələ də var: mühasib öz adamımdır. Hər ay müəllimlərin əməkhaqqı hesabından, hər birindən on-on beş manat sürüşdürür bizim “hesaba”. Onun da haqqını verirəm. Yəqin bilməmiş deyilsiniz. Müəllimlərin məzuniyyət pulundan da 30-50 manat həmin hesaba köçürülür. Bir dəfə qadın müəllimlərdən biri pedaqoji şurada bunların hamısını düz üzümə dedi ki, 30 ildir müəllim işləyirəm, amma sənin kimi əclafa, vicdansıza, şərəfsizə rast gəlməmişəm. Sənin analoqun yoxdur, sən insanlıq hissini, ləyaqətini itirmisən. Səndən hara şikayət eləyim, heç özüm də bilmirəm. Allah bəlanı versin. Bilirəm, hara şikayət etsəm də yenə pul verib şikayəti bağlatdıracaqsan, məni də təqsirkar çıxartdıracaqsan. Müəllim pedaqoji şuranı tərk eləyib getdi. Heç ağlıma da gəlməzdi ki, məni belə zibilə salar. Məndən yuxarılara, bir neçə yerə şikayət etdi. Durduğum yerdə işə düşdüm, apar-gətir, get-gəl başladı. Aləm qarışdı bir-birinə. Ora ver, bura ver. Nə başınızı ağrıdım. Hamının “ağzını yuma bildim”. Diaqnoz qoydurdum ki, guya müəllimə son bir ildə ruhi sarsıntı keçirib və əsəb xəstəsidir. Nə isə, buna da bir xeyli xərcim çıxdı. Amma məsuliyyətdən kənarda qaldım. Baxmayaraq ki, mən müəllimləri, kollektivi çox incidənəm, amma hamı qorxusundan mənim tərəfimdə durdu. Hərçənd ki, mən onların qədrini bilmirdim… Xahiş edirəm, gəlin bu badələri bizim müəllim kollektivinin sağlığına içək, çünki, onlar olmasaydılar və məni müdafiə etməsəydilər, bəlkə də mən indi “içəridə” olardım.

632 nömrəli orta məktəbin direktoru Sona xanım qədəhini həmkarları ilə toqquşdurdu və gülümsəyərək masanın üstünə qoydu. Həmkarının pessimist notlar üzərində qurduğu söhbəti ona heç ləzzət eləmədi. Qəddini düzəldərək, iki dirsəyini də masaya dirəyib əlləri ilə sifətini qucaqladı.

Marat müəllim onun bu hərəkətini nəzərdən qaçırmadı. “Sona xanım, sözlü adama oxşayırsınız”, – dedi.

Qollarını yemək masasının üzərində çarpazlayaraq bir-birinin üstünə qoyan Sona xanım: – Vallah, sizin özünüzü belə çətinə salmağınız mənə bir az qəribə görünür – dedi. – Mənim işlərim sizə baxanda çox əladır. Yəqin bizdə olan şərait sizdə də var. Amma baxır necə istifadə eləyirsən? Hər tədris ilində iki sinif “onbirlərim” olur. Özünüz yaxşı bilirsiniz ki, onların çoxu müəllim yanına getdiyi üçün dərsə gəlmir, ali məktəbə hazırlaşırlar. Doqquz ay dərsə gəlməməyə görə tədris ilinin əvvəlindən onların hər birinin valideynindən 1000 manat alıram. Kim birdəfəlik verə bilmir, aybaay verir. Necədir? Çox gözəl gəlir mənbəyidirmi? Doğrudur, hərdən yoxlama-filan olur, amma onun da “tədbirini” görürük. Təlim-tərbiyə işləri üzrə direktor müavininə tapşırmışam, belə hallar olanda onuncu sinifləri otuzdururuq onbirincilərin yerində. Yoxlama gəlir-gedir, hər şey də öz yerində. Hər şeyin özünün “qanun-qaydası” var da! Guya yuxarıdan gələn kosmosdan enib? Bilmirlər ki, son sinif şagirdləri dərsə gəlmirlər?! Amma hər halda elə görüntü yaratmaq lazımdır ki, “nə şiş yansın, nə də kabab”. Yoxlamanı elə yola salıram ki, razılıq eləyib gedirlər. Bizim məktəb sizinkilərə bənzəmir. Özünüz bilirsiniz ki, məktəb yaxşı yerdə yerləşir, böyük də ərazisi var. Baxdım ki, fürsətdir. Bunu mən etməsəm, bir başqası eləyəcək. Hələ neçə illər bundan əvvəl əlaltından dörd nəfər tapıb hərəsinə yüksək qiymətə dörd sot torpaq satdım. Bu adamlar ərazimizə köçmək istəyən imkanlı adamlar idilər. Qısa bir zamanda onlar hərəsi özü üçün iki-üç mərtəbəli villalar tikdirdilər. İndi pəncərədən baxanda adamın ürəyi açılır. Mən işimi ehtiyatlı tutan adamam. İşin üstü açılmasın deyə, bütün lazımi sənədləri hazırlatdırdım, bir neçə vacib bildiyim adamın haqqını da verdim. Torpağı alan adamlar özləri də elə-belə adamlar deyillər. Onların da köməkliyi ilə işlər yoluna qoyulub sənədləşdirildi. Onlar torpaq alıb villa tikdirdilər. Mən də o pula mərkəzdə “novostoyka”da özümə üç otaqlı mənzil, oğluma isə bahalı avtomobil aldım. İndi hal-hazırda şəhərin müxtəlif yerlərində iki evim və iki obyektim var. Qaldı ki, xırda-xuruş, sizdə olan o işlərdən məndə də olur. Bunlar “krupnı” olduğu üçün danışdım. Amma xahiş eləyirəm bu söhbət burda qalsın, yəni öz aramızda.

Bu çıxışdan sonra Sona xanım badəsini qaldırıb dedi:

– Mən bu sağlığı rayon rəhbərliyində çalışan və bizim üçün şərait yaradan dostların sağlığına içmək istəyirəm. Onların “səxavətləri” nəticəsində bu il məktəbimizin cari təmirinə ayrılan vəsaitdən xeyli yararlandım. – Sona xanım bic-bic gülümsəyərək: – İstəyirsiniz bunun yolunu sizə də öyrədim. Belə ki, iyun ayında hələ müəllimlər məzuniyyətə getməmişdən əvvəl hamısına tapşırıq verdim ki, öz vəsaitləri hesabına hər biri öz sinfində divarları ağartsın və döşəməyə lak çəkdirsin. Müəllimlər də bu işi gördülər. Məktəbdə “cari təmir” işləri aparıldı, buna ayrılan pul isə mənə qaldı. Siz də belə edə bilərsiniz, – deyərək badəsini içdi.

– Narahat olmayın, Sona xanım. Biz də elə bu cür edirik. Bu işdə siz tək deyilsiniz, – deyə masanın o başından Mütalik müəllim göz vuraraq onun sözünə qüvvət verdi.

Bayaqdan həmkarlarının söhbətlərinə heç bir müdaxilə etmədən fısıldaya-fısıldaya diqqətlə dinləyən 599 nömrəli orta məktəbin direktoru Kamran müəllim Sona xanım sözünü bitirib arxaya söykənən kimi yerində qurcalanmağa başladı. Öz-özünə fikirləşdi ki, “eh, bunlar mənim yanımda toya-bayrama getməlidirlər ki”. Kamran müəllim qanunsuz əməlləri və hərəkətləri ilə rayonda çox məşhur idi, ərazidə ad çıxarmışdı. İstənilən oyunlardan çıxırdı. Təki pul gəlsin. Əlləri ilə saçlarını daraqlayaraq, peysərinə qədər aparıb sığalladı. Sol qaşını qaldıraraq xüsusi görkəm aldı. Sanki, istəyirdi ki, həmkarları onun onlardan daha sanballı olduğunu hiss eləsinlər. Bir-iki dəfə boğazını arıtlayıb sözə başladı:

– Altı il bundan öncə direktor təyin olunan gündən məktəbdə öz qayda-qanunlarımı yaratdım. O vaxtdan indiyə kimi məktəbdə mənim qanunlarım işləyir. Məktəbdə 1200 şagird təhsil alır. Əvvəlcə başladım müəllimləri bir-bir müşahidə eləməyə. Hiss elədim ki, 60 müəllimdən on-on beşi özünü çox qürurlu aparır, o birilər kimi mənə yaltaqlanmırlar. Dedim: “yaxşı, siz siz olun, mən də mən. Görün, sizin başınıza nə oyun açacağam”. Müəllimlərin əlli nəfəri qadın, on nəfəri isə kişi idi. Təlim-tərbiyə işləri üzrə direktor müavini və tərbiyə işləri üzrə direktor müavini kişi müəllimləri idi. Əvvəlcədən direktor müavinlərini çıxaracağım haqda yuxarılarla məsləhətləşdim. Onların “dabrosunu” aldım. Elə sevinirdim ki. İkinci dəfə keçirdiyim pedaqoji şurada mənə yaltaqlanan iki qadın müəllimi yüksək səviyyəli müəllim kimi müəllimlərin diqqətinə çatdırdım və qeyd etdim ki, direktor müavinləri onlar olacaqlar. Onlar elə sabahdan vəzifələrini icra etməyə başlasınlar. İşdən çıxarılan kişi müavinlər narazılıqlarını bildirdilər və şikayət edəcəklərini söylədilər. Onlara dedim ki, qardaş, burda direktor mənəm, kiminlə istəsəm onunla işləyəcəm. Dedilər ki, adamda vicdan yaxşı şeydir. Cavabında dedim ki, eybi yox, qoy mən vicdansız olum, siz vicdanlı. İndi gedin, vicdanla sinfə girib dərsinizi deyin. Birmənalı olaraq fakültətiv məşğələlərin, seçmə fənlərə ayrılan saatların, dərnəklərin pulu mənə çatır. “Müəllim günü” üçün xüsusi “stavka” təyin eləmişəm. Direktor təyin ediləndən sonra araşdırıb bütün şagirdlərin valideynlərinin kim olduğunu öyrəndim. Bilirsiniz də, “lyuboy” məktəbdə pis oxuyan, nadinc uşaqlar var. Otuz nəfər imkanlı ailənin uşaqlarına məqsədli şəkildə “iki” qiymət yazdırtdım. Hər birinə bildirdim ki, bu səbəbdən payız imtahanına qalırsınız. Əgər avqust ayının sonunda müəllimlərin suallarına cavab verə bilməsəniz, sinifdə qalacaqsınız. Ertəsi gün valideynlər bir-bir yanıma gəldilər. Hərəsindən min manat aldım. İmkanlı adamlardır. Min manat onlar üçün tum puludur. Sonra müəllimlərə tapşırdım ki, hərəsinə bir “üç” yazın, sinifdən-sinfə keçirin. Beş uşağın valideyni “görüşə” gəlmədiyi üçün uşaqlarını sinifdə saxladım. Sonra bir valideyn gəldi, hay-küy saldı. “Sizdə vicdan yoxdu, insaf yoxdu, insanlıq hissini itirmisiniz”, – deyə qışqırıb, bağırdı. Heç əhvalımı da pozmadım. Nə vicdan, adə. Vicdanlı olmaq mənə qalıb? Şagirdlərin onuncu sinfə keçirilmələrinə də məhdudiyyət qoymuşam. Belə ki, doqquzuncu sinif şagirdlərinin valideyn iclasında belə bir şərt qoydum ki, üç qiyməti olan şagirdi onuncu sinfə keçirməyəcəyəm, zəif şagird zəhmət çəkib başqa məktəbdə oxusun. Mənim bu şərtim valideynləri hərəkətə gətirdi: nisbətən zəif oxuyan şagirdlərin valideynləri uşaqlarının onuncu sinifdə oxumaları üçün mənə “hörmət” etməyə başladılar.

Amma hörmətli kolleqalar, gəlin etiraf eləyək ki, məktəblərimizdə şagirdlərin savadlılıq səviyyəsi çox aşağıdır. Yetmiş faizi demək olar ki, məktəbə elə-belə gəlib-gedirlər. Məktəbin faizi aşağı düşməsin deyə, “üç” qiymət yazıb növbəti sinfə keçiririk.

Həmkarları onun bu sözünü eşidən kimi yerlərində qurcalanaraq, – “elədir, elədir” ,-dedilər. Kamran müəllim sözünü bitirib badəsini qaldırıb bic-bic gülümsünərək dönüb qadın direktorlardan birinə göz vurdu:

– Gəlin bu badələrimizi içək müəllim və şagird kollektivlərimizin, bəzi valideynlərin şərəfinə. Onlar olmasalar biz rahat-rahat kurortlara gedə bilmərik, yaxşı geyinə bilmərik, istədiyimiz kimi yeyib-içə bilmərik. İçək hər il müəllim yanına gedib ali məktəblərə daxil olan, üzümüzü ağ eləyən şagirdlərimizin, məzunlarımızın sağlığına. Heç olmasa onların hesabına məktəblərimizin adı yaxşılar arasında çəkilir.

Qədəhlər toqquşur, içilir, yenidən isti-isti kabablar gətirilirdi. Mütalik müəllim yenə söz demək üçün badəsini doldurub ayağa qalxdı:

– Hörmətli həmkarlarım, hamının sağlığına içirsiniz, bəs qalanlar var axı. İnsaf da yaxşı şeydir. Mən bu badələri şəxsən psixoloqun, uşaq birliyi rəhbərinin, laborantların, bəzi süpürgəçilərin sağlığına qaldırıram. Onların adları bizdə işdədir, özləri isə başqa yerlərdə işləyirlər. Maaş kartları məndədir. Nigar müəllimənin sağlığını xüsusi qeyd edirəm. Bu xanım müəllimə işə gəlmir. O, həm də biznes ilə məşğuldur. Yazıq Türkiyənin, Dubayın, Rusiyanın yollarında qalıb. Maaşı mənlikdir, hələ arabir mənə hədiyyələr də gətirir.

Bayaqdan gözlərini də qırpmadan Mütalik müəllimi dinləyən 642 nömrəli orta məktəbin direktoru Rüxsarə xanım gözlərini xüsusi əda ilə süzərək sözə başladı:

– Əziz həmkarlarım. Sizin danışdıqlarınız bizim məktəbdə də mövcuddur. Amma mənim iş prinsipimdə başqa bir cəhət də var. Məktəbdə əlimin altında altı nəfər müəllim və iki nəfər süpürgəçi var ki, onlarla yaxşı münasibət saxlayıram. Bu dost münasibətini elə saxlayıram ki, digərləri hiss etməsinlər. Kollektivdə nə söhbət gedir, nə narazılıq var, dost münasibəti saxladığım adamlar hamısını gəlib mənə çatdırırlar. Bu da mənə “kadr siyasətində” lazım olur. Sonra dalımca danışan, iş prinsipimi bəyənməyən müəllimləri gözümçıxdıya salıram. Bu yaxınlarda elə birini şərləyib işdən çıxartdım, yerinə haqqımı alıb başqa birini götürdüm. Hər bir sinifdə də ayrı-ayrı şagirdlər var ki, siniflərdə baş verən hadisələr, aparılan söhbətlər bu xəbərçi şagirdlər vasitəsilə mənə çatdırılır. Bu işdə həmin şagirdlər mənim dostluq etdiyim müəllimlərlə əməkdaşlıq edirlər. Belə ki, dostluq etdiyim müəllimlər həmin şagirdlərə “xəbərçiliyin sirlərini” öyrədir, onları gələcəkdə yaxşı “işverən” kimi yetişdirirlər.

Rüxsarə müəllimə badəni qaldırıb yenidən sözə başladı:

– Bu badəni də içək elə hamımızı müdafiə edən Arif müəllimin sağlığına. Hamımızın nöqsanı var, kişi bizi incitmir ki, gəlir, haqqını alıb gedir. Elə hamımıza sərf edən adamdır.

Direktorlar hamı bir ağızdan:

– İçək, içək deyilən sağlığa, Arif müəllim həqiqətən də gözəl insandır.

Hamı əlindəki badəni içir.

Marat müəllim bayaqdan hamını gülümsəyə-gülümsəyə səbrlə dinləyən internat məktəbin direktoru Həlimə xanıma dedi:

-Həlimə xanım, siz də bir söz deyin.

-Bayaqdan sizə qulaq asıram. Bizdə vəziyyət bir qədər başqadır. Rəhbərlik etdiyim internat məktəbdə cəmi iki yüz şagird vardır. Amma mən də yaxşı qazanıram. Belə ki, uşaqlar üçün ayrılan ərzağın altmış faizini satıram. Hər il bizə xeyli quru və yumşaq inventar verilir. Köhnə inventarları hesabdan silsəm də, onları tullamıram. Köhnələri işlədirəm, yenilərini isə satıram. İyirmi nəfər “ölücan” işçim vardır. Onların da əmək haqqı mənə çatır. Hələ bu harasıdır? İmkanlı adamlar hər  həftə bir neçə qoyun kəsdirir və uşaqlar üçün rəhbərlik etdiyim internata göndərirlər. Həmin cəmdəkləri isə tez bir zamanda qonşumun sahibi olduğu ət mağazasına göndərirəm. Ət satışından olan pulun yetmiş faizi də mənə çatır. Əladır, çox gözəl dolanıram. Artıq altı ildir ki, ailəliklə yeni il bayramını ya Dubayda, ya da Türkiyədə, məzuniyyətimi isə Truskovesdəki və Moskva ətrafındakı sanatoriyalarda keçiririk.

Şərabın təsirindən beyinləri dumanlanmışdı. Hansısa bərkdən qışqırdı: “Tak derjat”. Qıraqdan baxan, qulaq asan olsaydı, bunlara bir ad qoya bilərdi: “Vicdansız, ədalətsiz, insanlıq hissini itirmişlər”.

Bəzən belə adamlara qiymət vermək də çətin olur. Fazil öz-özünə düşünürdü: “Görəsən, bu insanlar nəyə görə nəfslərinə qalib gələ bilmirlər? Nəyə görə nəfs bunlara güc gəlir? Bu talamaq, qamarlamaq hissi sanki, bunların qanına hopub. Nə halal qalıb, nə də ki, haram. Ələlxüsus, da bütün bunlar məktəbdə baş verəndə adamı da çox yandırır”. Bütün bu gördükləri, eşitdikləri Fazilin uşaqlığında, gəncliyində məktəb haqqında xəyalında formalaşdırdığı müqəddəs hissləri zədələdi.

Amma Fazil yenə də nikbindir. Məktəb ona görə müqəddəsdir ki, millətin gələcəyi, inkişafı, mədəniyyəti, mənəviyyatı buradan başlayır, burada formalaşır. O, inanırdı ki, nəfsləri onlara hakim kəsilmiş belə direktorlar haçansa tədricən çıxarılacaq, onları vicdanlı, nəfsinə uymayan saf, sağlam düşüncəli insanlar əvəz edəcək…

MÜƏLLİF: FƏRHAD ƏSGƏROV

FƏRHAD ƏSGƏROVUN YAZILARI

PDF: >>>>> ZAUR USTAC “QƏLƏMDAR-2”

PDF>>>ZAUR USTAC – “BB” HEKAYƏLƏR

>>>> ƏN ÇOX OXUNAN HEKAYƏ <<<<

ZAUR USTACIN SATIŞDA OLAN KİTABLARI


“YAZARLAR”  JURNALI PDF

YAZARLAR.AZ
===============================================

<<<<<< WWW.USTAC.AZ və  WWW.BİTİK.AZ >>>>>> 

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

Sədaqət Kərimova təltif olunub

SƏDAQƏT KƏRİMOVANIN YAZILARI

Zaur Ustac Sədaqət Kərimovaya “Vintsas” Mükafatını təqdim edərkən (26 dekabr 2022, Gənc Tamaşaçılar Teatrı – Bakı şəhəri).

SƏDAQƏT KƏRİMOVANIN YAZILARI

PDF: >>>>>>> caroline-laurent-turunc

MÜƏLLİF:TUNCAY ŞƏHRİLİ

TUNCAY ŞƏHRİLİNİN KİTABI

CAROLİNE LAURENT TURUNC

CAROLİNE LAURENT TURUNÇ

PDF>>>ZAUR USTAC UŞAQ ŞEİRLƏRİ

PDF: >>>>> ZAUR USTAC “QƏLƏMDAR-2”

PDF>>> ZAUR USTAC “BB” KİTABI

>>>> ƏN ÇOX OXUNAN HEKAYƏ <<<<

ZAUR USTACIN SATIŞDA OLAN KİTABLARI


“YAZARLAR”  JURNALI PDF


YAZARLAR.AZ

===============================================

<<<<<< WWW.USTAC.AZ və  WWW.BİTİK.AZ >>>>>> 

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

Orxan Hüseynov. Bakı qoçuları 1918-ci il soyqırımı zamanı

ORXAN HÜSEYNOVUN YAZILARI

Bakı qoçularının 1918-ci il soyqırımı zamanı

əhalinin müdafiəsində rolu

Qoçuluq  XX əsrin ortalarında Bakıda neft sənayesinin inkişafı ilə bağlı yaranmış və yayılmışdır. İri neft maqnatları var-dövlətlərini mühafizə etmək üçün qoçuların imkanlarından istifadə edirdilər. Bəzi məlumatlara görə, Nobel qardaşları da özlərini və əmlaklarını qorumaq üçün silahlı qoçu dəstələrindən istifadə ediblər.   Bu da həmin dövrdə varlıların polislərə bir o qədər güvənməmələri ilə bağlı idi. Onlar qoçulara həm arxalanır və həm də onlardan çəkinərdilər. Yalnız Murtuza Muxtarov xaric. Çünki o qoçuların qənimi idi. Onun bir qoçunun başına açdığı oyun bütün qoçular üçün həmişəlik dərs olmuşdu.  Bəlkə buna görə idi ki, camaat onu “Qoçular Qoçusu” adlandırırdı.

 “O olmasın, bu olsun” filmində Üzeyir Hacıbəyli qoçu Əsgərin timsalında qoçunun tipik formasını tam şəkildə göstərməyi bacarıb. Kinoda nümayiş olunduğu kimi, o dövrdə qoçular o dərəcədə harınlamışdılar ki, küçədə çəkinmədən insanları təhqir edir, alçaldır, mauzerləri ilə məzlum insanlara atəş açır, onları qorxu altında saxlamağa çalışır. Bəzən isə tam əksinə, o qədər qorxaq olurdular  ki, polis görəndə qaçıb gizlənir, mübahisələri kəsib susurdular.

Bakı qoçularını iki qrupa bölmək olardı. Birinci qrup qoçular  həm varlı, həmdə  hədsiz qəddar idilər. Belələrinə  məşhur qoçu  Nəcəfqulunu, Teymur  bəy Aşurbəyovu, Kəblə Hacı Balanı, Ağa Kərimi, novxanalı  Məşədi  Hacı  oğlunu,  Şiruyəni, kürdxanalı  Adili,  Malbaş  Yusifi və  başqalarını  göstərmək  olar. Bunlar bəzən boş bir şeyin üstündə günün günorta vaxtı şəhərin küçələrində atışmağa  başlardılar.  Məsələn, Novxanalı qoçu Məşədi Hacı oğlu günün günorta vaxtı şəhərin  adlı-sanlı  ruhani  atası  Axund Molla  Ruhullanın  mənzilinə  girərək, onu   namaz qıldığı  yerdə  öldürmüşdü.  Bu  hadisə  1912-ci  il yanvar ayında olmuş və bütün şəhər əhlini ayağa qaldırmışdı. Başqa belə bir  hadisə 1918-ci il yanvarın 15-də qoçu Nəcəfqulu  ilə Teymur bəy Aşurbəyov arasında olmuşdu. Bu atışma zamanı  qorodovoylar qorxularından özlərini bilməməzliyə qoyub, daldey küçələrə çəkilmişdilər. Atışma yalnız Aşurbəyov sinəsindən yaralanandan sonra kəsilmişdi. Küçələrdə  isə  neçə nəfərin qana bulanmış meyiti qalmışdı. Bundan əlavə adam oğurlamaq da bu qrupa daxil olan qoçular arasında dəb düşmüşdü. Pula ehtiyacları olan zaman şəhərin varlılarını və ya övladlarını tez-tez oğurlayır, külli pul aldıqdan sonra onları buraxırdılar. Hətta milyonçu Musa Nağıyev də iki dəfə oğurlanmışdı. Onun oğurlanması təsadüfi deyildi. Nağıyev xəsis olduğu üçün qoçu saxlamazdı. Qoçular da bundan xəbərdardılar və buna görə də fürsət axtarıb, onu oğurlayırdılar. Nağıyevi  ikinci dəfə  oğurlayanlarsa,  Stalinin  adamları  idi.  Partiya  xəzinəsi  boşaldığı  üçün bolşeviklər belə bir tədbirə əl atmışdılar. Məhəmməd  Əmin  Rəsulzadə  «Stalinlə  ixtilal  xatirələri» kitabında bu əhvalatdan  danışaraq, yazırdı: “…quldur dəstələri  zənginləri  təhdid  edərək  para çəkir,   bəzilərini çalıb-çapır,  aldıqları  girov  pulun   müqabilində  buraxır, çox zaman böyük firmalara göndərdikləri  təhdid  məktubları  ilə bunları xəraca  bağlayırdılar.

İkinci  qrup  qoçular  isə  daha  çox  icraçı  idilər.  Bunlar  adlı-sanlı  qoçuların   həndəvərində dolaşan buyruq  qulları  idilər. Bazar bütün  günü  belə  qoçularla  dolu  olardı.  Başlarına çal papaq qoyar, ayaqlarına bir qayda olaraq, uzunboğaz çəkmə  geyər,  şalvarlarının  balaqlarını  da  çəkmənin  içinə  salardılar.  Bellərinə
pencəyin   altından  gümüş  belbağı  bağlardılar. Bığları  da  həmişə  yağlı və burum- burum olardı.

Əlbəttə, qoçuluq   Bakının  ictimai  həyatında  qara  ləkə idi. Lakin  qoçuların  üzərinə  pis bir  qüvvə  kimi  tamam xətt  çəkmək də  düzgün  olmazdı. Çünki ağır faciəli  günlərdə  qoçular həmişə  xalqın  köməyinə  çatmışdılar.   Əlabbas  Müznib “Bakıda millət müharibəsi” adlı yazısında 1918-ci il mart soyqırımı zamanı özünümüdafiə dəstələrinə rəhbərlik edən bəzi qoçuların adlarını  çəkərək  yazırdı:  “Düşmənlər Kərpicbasana çəkilmişdilər. Qayət, qırğın bir hal kəsb edən bugünkü  davada  şəhər  atıcılarından  Nəcəfqulu  Rzaqulu oğlu, Məhəmmədli kəndindən  Şiruyə, novxanılı  Məhəmməd  Hüseyn  öz dəstələrilə iştirak edirdi. Əsir  türk zabitləri də onların yardımına bulunurdu. Axşamüstü müsəlmanlara məşğətlilərlə (maştağalılar ) kürdəxanılılar köməyə gəlmişdilər. Kürdəxanılıların başında məşhur Qaçaq Adil duruyordu”. [bax: “Azərbaycan Xalq Cümhuriyyəti – 80”. Sənədlər və mənbələr toplusu. Bakı, 1998., s. 50].  Hətta özünümüdafiə dəstələrinə başçılıq edənlərin çoxunun bu hadisədən əvvəl düşmənçilik münasibətlərinin olmasına baxmayaraq, onlar Bakının türk-müsəlman əhalisini xilas etmək üçün birləşdilər. Bununla bağlı olaraq,  Nəcəfqulu   Rzaqulu  oğlunun (Qoçu Nəcəfqulunun) nəvəsi Nailə Rzayeva tərtib etdiyi “Qoçu Nəcəfqulu” haqqında (Bakı, 2008) kitabda yazır : “Həmin gün Bakının və  bakılıların  taleyi  həll  olunurdu. Və  tarixin  bu acı  dönəmində  bütün yükün  ağırlığı el  arasında  heç də  həmişə müsbət qarşılanmayan  qoçuların  çiyninə  düşmüşdü. Səhərə yaxın sursat  tükənmək  üzrə idi.  Nəcəfqulu  son və  qəti sıçrayışa hazır idi. Elə bu zaman çoxdankı rəqibi Qoçu Teymur bəy Aşurbəyovun onlara  çatdırdığı  patronlar camaatın  qanının  arasına yaman girdi. Küçənin hər  iki  tərəfində  ölənlərin sayı-hesabı yox idi.  Qoçu Nəcəfqulu özü bir neçə yerdən  güllə  yarası almışdı. Amma  anası  Güldəstə namaz üstəymiş deyə,  yaraları  o qədər də ağır deyilmiş” .

            Düşmənə  qarşı  öz dəstəsi  ilə  Qoşa qala qapısı ətrafında vuruşan qoçulardan biri də Məşədi Hilal Kazımov  olmuşdur.  Bu hadisələrdən  1 il sonra  onun  ö z dilindən dedikləri,  Əlabbas Müznibin redaktorluğu ilə 1915-1916-cı illərdə nəşr olunmuş “Babayi-əmir” satirik jurnalının 15-ci sayına  aid  4 eyni 5-ci səhifənin  ağ  qalmış  arxa  tərəfində  köçürülmüş və orada belə qeyd olunmuşdur:  Məşədi Hilal Kazımov hadisə baş verən anda silahını (Avstriya mauzerini) götürüb  küçəyə çıxır  və Müsavatın  firqə  idarəsinə  gəlir.  Burada  ona   Nikolayevski   (Parlaman) küçəsində mövqe tutub düşmənin qarşısını almağı  tapşırırlar. O gün axşamüstü saat 5-dən səhəri gün saat 4-dək dəstəsilə düşmənin hücumlarının qarşısını alır. Sonra ailəsindən xəbər tutmaq üçün döyüş yoldaşlarından izin alıb evə gedir. Geri dönərkən ermənilərin “Açıq söz” qəzeti redaksiyasına qədər irəlilədiyini və səngərdə duranlardan bir neçəsinin geri qaçdığını görüb deyir: “Nərəyə qaçırsınız? Bundan böylə evinizdə olsanız sizi öldürəcəklər. Qaçmaq degil, müdafiə vəqtidir. Halbuki, o adamlar daima “bənəm-bənəm” deyüb dalaşan adamlardandı”. Düşmənlə iki saat vuruşda döyüş yoldaşlarından Aslan, daha sonra Mehdi həlak olur. Düşmənin qat-qat üstün olmasına baxmayaraq, onların İçərişəhərə daxil olmasına imkan vermirlər. Məşədi  Hilal  nökəri  Kərbəlayi  Səfərə  döyüşün  ən  gərgin  anında  geri  getməsini bildirir: “Kərbəlayi Səfər, neçün  durmuşsan,  get!  Artıq  mən buradan  çıxacaq  deyiləm”. Bu zaman üç tərəfdən düşmən ara vermədən atəş  açdığı  vaxt  Kərbəlayi Səfər: “Hərgiz  mən səni böylə mövqedə yalqız buraxıb, namussuzlar kimi gedəməm” deyir. Döyüşün ən ağır məqamında Qoçu Əlabbas Babayevin qardaşı  Kərbəlayi  Əbdülhəmid gəlib çıxır və  Məşədi  Hilal  ondan  yardım  istəyir.  Çox  çəkmir  ki, o,  iki türk əsgər,  iki şahsevən, iki şağanlı və bir neçə nəfər içərişəhərlilərdən toplayıb gətirir. Nəhayət, mətnin sonunda Məşədi Hilal bildirir: “Axşama qədər müdafiədə bulunduq. Düşməni sükuta məcbur etdik. Onların mənəviyyatını tamamilə qırdıq. Artıq atışmaya cəsarət edəmədilər”.

Digər bir hadisə Bakı sakini Dadaş Rzazadənin dilindən adı bəlli olmayan digər bir katib tərəfindən qələmə alınmışdır. Mətində söyləyici qanlı hadisənin eyni vaxtda – “1918-ci sənədə mart ayının 18-də axşam saat 5 radələrində” şəhərin başqa bir məhəlləsində başlandığını qeyd edir. Döyüşlər şəhərin hal-hazırkı Beşmərtəbə adlanan ərazisində baş verir. Dadaş Rzazadənin dediyindən belə məlum olur ki, şəhərin müsəlman əhalisi, o cümlədən, Dadaş Rzazadənin özü də həmin anda atışmanı kimin başladığından xəbərsiz olurlar. Əvvəl belə başa düşürlər ki, “bolşeviklərlə  müsəlmanların davası başlamışdır”. Dadaş  Rzazadə  daha sonra söyləyir: “Bir qədər atışdıqdan sonra  düşmənlərin  bolşeviklər deyil, ermənilər olduğunu bildik” .

O, Mixaylov  xəstəxananın  yaxınlığında dostu  Əlixanla mövqe tutub döyüşü davam etdirir. Dadaş Rzazadə vəziyyətin çox  təhlükəli olduğunu görüb silahdaşı Əlixana ailəsini götürüb oradan uzaqlaşmağı təklif edir. Əlixan cavabında: “Mən səni tək qoyub gedə bilmərəm. Əgər düşmənlər bizə qalib gəlsələr, əvvəl ailəmi, sonra da özümüzü öldürərlər. Mən səndən ayrılası deyiləm, ölsən, mən də ölləm, qalsan, mən də qallam”, deyir. Onlar üç gün-üç gecə vuruşurlar. Üçüncü gün  tərəflər martın 21-də axşamüstü barışığa razılaşırlar.

Dadaş Rzazadə mart hadisələrindən sonra da düşmənlə döyüşü davam etdirir. Əvvəlcə bir müddət  Novxanıda  qalıb  qanlı  mart  günlərində  aldığı  yaralarını  müalicə etdirir.  Burada eşidir ki, ermənilər  Quba yolunda müsəlman kəndlərini qarət edirlər, on beş nəfər adam götürüb yolları erməni quldurlarından təmizləyə-təmizləyə Dəvəçiyə gəlib  çıxır, Dəvəçidən  sonra isə Şamaxıya yollanır. Burada Bakıya qayıtması ilə əlaqədar məktub alıb yola düşür. Bakıya gəlib 4-5 gün keçdikdən sonra bir gecə üç atlı – kürdəxanılı Qaçaq Adil, Mövsüm Səlimov və daha bir nəfərlə görüşüb, oradan Mərəzəyə getməyi təklif edirlər. O, Mərəzəyə gəlir və sonra Müsavatın liderlərindən  Məhəmmədhəsən  Hacınski, Abbasqulu Kazımzadə və qeyriləri ilə birlikdə Qobuya gəlirlər.

Bir sözlə desək, 1918-ci ilin mart hadisələri zamanı nizami döyüş dəstələri, lazımi qədər silah-sursatı olmayan, köməksiz qalmış azərbaycanlıların müdafiəsi uğrunda gedən döyüşlərdə qoçular əvəzsiz xidmətləri olmuşdur. Hər nə qədər zəif, gücsüz insanları qorxudub, mallarını əllərindən alaraq onları incitsələr də, təhlükəli məqamlarda Azərbaycan xalqını qorumağa çalışmış və arxasında olmuşlar. Azğınlaşmış erməni dəstələri onların üzərinə hücuma keçən zaman canları və qanları  bahasına onların müdafiəsinə qalxmışlar.

MÜƏLLİF: ORXAN HÜSEYNOV Quba şəhərində “Soyqırımı Memorial Kompleksi”nin əməkdaşı.

ORXAN HÜSEYNOVUN YAZILARI


“SÖZÜN AĞ RƏNGİ” LAYİHƏSİ

ŞAHMAR ƏKBƏRZADƏNİN YAZILARI

Sizin yerinizə utanıram mən` – Şahmar Əkbərzadənin şeirləri

PDF>>>ZAUR USTAC UŞAQ ŞEİRLƏRİ

PDF: >>>>> ZAUR USTAC “QƏLƏMDAR-2”

PDF>>> ZAUR USTAC “BB” KİTABI

>>>> ƏN ÇOX OXUNAN HEKAYƏ <<<<

ZAUR USTACIN SATIŞDA OLAN KİTABLARI


“YAZARLAR”  JURNALI PDF

YAZARLAR.AZ
===============================================

<<<<<< WWW.USTAC.AZ və  WWW.BİTİK.AZ >>>>>> 

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

BİR OVUC ÜMİD. SEVİL GÜL NURUN YAZILARI

SEVİL GÜL NURUN YAZILARI

BİR OVUC ÜMİD
Bir şəhərlik məsafə,
Bir nəfəslik ayrılıq,
Geri dönməyən yollar…
Qarşımdasa Mark Levi –
Hələ “bir-birimizə
deyilməyən sözlər” var…
* * *
Hələ saf duyğuların
Tamam olmayıb ili.
Hələ ayaq izimiz
Kövrəltməyib sahili…
* * *
Cücərən hisslərindən
Bir qucaq misra dərdim.
Sən sevgi istəmişdin,
Bağışla, ömrüm-günüm,
Kasıbın olanından –
Mən sənə şeir verdim…
* * *
Bu gecə də mənləsən,
Gözlərimə qonaqsan,
Üzlü qonaqlar kimi
Dəvət də gözləmədən
Ciyərimə keçirsən.
* * *
Bilirəm, qəhvəni tünd,
Çayı soyuq içirsən.
Nə hazırlayım sənə?
Soyuq çay, isti şeir –
De, hansını seçirsən?
* * *
Kükrədi boğuq səsin
Yenə qulaqlarımda,
Bu sərsəri ruhumu
Çəkdi dərinliyinə.
(Lənətə gələsən e,
Gecə-gecə işlədin
İliklərimə yenə…)
* * *
Yenə də dil bilməyən,
Susmayan ağrıları
Tapşırdım bu gecəyə.
Adını zikr eyləyib
Bir ovuc ümid içdim
Sənsizlik keçsin deyə…

UNUTMAQ CƏHDİ
Məndən nigaran olma,
Birtəhər yaşayıram.
Dağ boyda bir ağrını
Ruhumda daşıyıram.
* * *
Sən ki mənə bələdsən,
Tükənən deyil gücüm.
Məndən böyük olsa da,
Çiynimi əymir yüküm.
* * *
Daha gözüm asılmır
Telefon ekranından.
Cana ziyandır deyə
Ayırmışam yanımdan.
* * *
Günü ötürmək üçün
İş-güclə baş qatıram.
Səhərlər gec oyanır,
Axşamlar tez yatıram.
* * *
Beləcə, keçinirəm
Günləri saya-saya.
Verdiyin qəhəri də
İçirəm doya-doya.
* * *
Fincanda çay soyuyur,
Boşqabda donur yemək.
Səni unutmaq üçün
Hələ verirəm əmək.
* * *
Hələ səy göstərirəm
Yaddan çıxasan deyə.
Unuda bilmirəm ki…
And olsun yerə, göyə…
16. 07. 2022.

AKSİOM
Yığıb ağrılarımı ürəyimin çiyninə
daşıyıram özümlə,
Günahların iziylə sabaha çatmaq olmur.
Sevgi adlanan yolun dönüşü yoxdur,ömrüm,
Geri qayıtmaq olmur.
Boğazımda ilişib qalan düyün kimisən,
Səni nə udmaq olmur, səni nə atmaq olmur.
Elə bir ağrısan ki, vallah, ovutmaq olmur…
Səni unutmaq olmur…
* * *
Bilmirəm, gündə neçə məktub yazıb-silmişəm,
Sayını unutmuşam,
Ömrümü qayçılayan illərin həftəsini,
ayını unutmuşam,
Gözümdə mövsümlər də dəyişib öz rəngini,
Fəsillərin qışını, yayını unutmuşam…
Səni unutmaq olmur…
* * *
Elə ki şeirlərin ruhumu sığallayır,
Yanına uçmaq üçün ruhum həvəsə düşür.
Meh saçımı darayır, yarpaqlar pıçıldayır – qulağım səsə düşür,
Xatirələr yolunu mənim yadımdan salır,
Sənə gedən yolları yenə də kəsə düşür.
Yanımda məhəbbətdən kimsə şeir söyləyir,
kimsə mahnı oxuyur,
Yadıma nəsə düşür…
Səni unutmaq olmur…
* * *
Səndən sonra bütün gün elə qəhər içirəm,
Çörək yadımdan çıxıb,
yemək yadımdan çıxıb.
İtirmişəm fərqini gecə ilə gündüzün,
Səhər “Sabahın xeyir”,
Gecəsə “Yuxun şirin” demək yadımdan çıxıb.
Varlığımı bürüyüb “Sən” adlı bir təlatüm,
Ruhum sənə yoluxub, sən olmuşam büsbütün.
Yaddaşım zəif deyil,
Sənlə bağlı hər nə var,
Hər nə var, yadımdadır,
Bircə səni unutmaq, demək, yadımdan çıxıb,
Səni unutmaq olmur…
* * *
Səni unudacam e, dilimdən söz almısan,
Amma bir az tələsib, bir azca tez almısan.
Mən sevgi məktəbinin hələ ilk sinfindəyəm,
Hələ həsrət bilmirəm, ayrılıq tanımıram.
Sən ayrılıq dərsinin unutmaq mövzusundan
həmişə “yüz” almısan!
Afərin sənə, vallah!
Qurban olum, sən allah,
Öyrət, mənə də öyrət yolunu unutmağın.
Axı unutmaq olmur,
Sən necə bacarmısan?
17. 07. 2022.

CAVABSIZ SUALLAR
Necəsən, mənsiz adam,
Bəxtinə gün doğdumu?
Məndən sonra başına
Eşq yağışı yağdımı?
* * *
Ruhunu oxşamağa
Bir şeir yazıldımı?
Hansısa bir nəğməylə
Dərd yükün azaldımı?
* * *
Məndən sonra bir kimsə
Sənə məntək baxdımı?
Saçlarını oxşayıb,
Əllərini sıxdımı?
* * *
Hansı baxışla keçdi
Bunca ağrı, bunca ah?
Məndən sonra ömrünə
Yaz gəldimi, sən allah?
* * *
Keçdimi həyatından
Əlli qadın, yüz qadın?
Bircəciyi oldumu
Eşq ətirli söz qadın?

SƏNDƏN SONRA
Səndən sonra açılmadı sabahlar,
Gün işığı qaranlıqda boğuldu.
Sığalını alıb getdi sazaqlar,
Əllərimin istiliyi yox oldu.
* * *
Səndən sonra ruhuma da gəldi qış,
Baxışlarım hərarətin soyundu.
Gözlərimdən yağan odlu yağışda
Kirpiklərim gecə-gündüz yuyundu.
* * *
Səndən sonra şeirlərim qəm yedi,
Misralarım qonaq oldu qəhərə.
Ayrılığa əsir düşdü gülüşüm,
Dodağımda görünmədi bir kərə.
* * *
Səndən sonra sığışmadım evə də,
Sıxdı məni bu divarlar, bu daşlar.
Unutmağa bir dənə yol qoymadın.
(Boşunaymış apardığım savaşlar…)
Səndən sonra sızıldadı saçlarım,
Hər telində ağrıları dinlədim.
Xatirələr elə qatdı başımı,
Səni yaddan çıxara da bilmədim…
15. 10. 2022.

QURBANLIQ ŞEİR
Aramızda məsafələr uzandı,
Tutunacaq ümidə yer qalmadı.
Üşümək var axırında iyunun,
“Darıxmaq”dır bu ağrının tək adı.
* * *
Ayrılığın vurduğu dərd çəkilməz,
Ruhumdakı yaraların sayı yox.
Söz vermişdik xoş günləri saymağa,
İndi acı günümüzü sayırıq.
* * *
Həsrətinə dözmək olmur gecələr,
Xatirələr ürəyimə dağ çəkir.
Təbiət də yoxluğunu hiss edib,
Yayın günü gözlərindən yaş tökür.
* * *
Barmaqlarım istiliyə tamarzı
Əllərimi o sahildə sıxalı.
Saçlarımın yaddaşına ilişib
Nəfəsinin od-alovlu sığalı.
* * *
Sən gedəli söz inciyib dilimdən,
Unutmuşam şeirdəki yerimi.
Gəlişini neçə misra gözləyir,
Gəl, yoluna qurban kəsim şeirimi.
27. 06. 22.

Müəllif: SEVİL GÜL NUR

SEVİL GÜL NURUN YAZILARI

PDF>>>ZAUR USTAC UŞAQ ŞEİRLƏRİ

PDF: >>>>> ZAUR USTAC “QƏLƏMDAR-2”

PDF>>> ZAUR USTAC “BB” KİTABI

>>>> ƏN ÇOX OXUNAN HEKAYƏ <<<<

ZAUR USTACIN SATIŞDA OLAN KİTABLARI


YAZARLAR.AZ

===============================================

<<<<<< WWW.USTAC.AZ və  WWW.BİTİK.AZ >>>>>> 

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

Ruh Adamı Və Digər Şeirlər. Azər Ağayev

AZƏR AĞAYEVİN YAZILARI

RUH ADAMI
Həyatdan yorulanda
Saçlarını küləyə,
Köksünü şeirə aç.
Ruh adamı, səninçün
Darıxmağa yolların
Əli yalın, könlü ac.
* * *
Yol yaxın, ömür uzaq,
Hicranı ovutmağa
Əllərin qucaq yeri,
Kirpiklərin üstündə
Bir arzu yandırmağa
Nəfəsin ocaq yeri.
* * *
Baxışın gün işığı,
Nəfəsin bahar yeli,
İsidir bu çəməni.
Saçlarından küsəndə
Şeirimin xətrinə
Sözə bağışla məni…

DİVARDAKI KÖLGƏLƏR
Bir addım məsafədə qıvrılan lal baxışlar
Çarmıxa çəkilirdi nəfəsinin odunda.
Səhərin gözlərində hicranı ovutmağa
Əllərin qucaq yeri göy üzünün çatında.
* * *
Ovuclarına sənin üç şeir pıçıldadım,
Ruhumun əzaları titrədi dodağında.
“Eşq” dediyin yanmaqdır bir qadın saçlarından
Ayaq ucuna qədər sükutun ocağında.
* * *
Sol yanın gün işığı düşməyən tərəfində
Əlim göyərçin kimi köksündə dən gəzirdi.
Saçının sünbül eşqin zaman dəyirmanında
Saatın əqrəbləri ovuc-ovuc əzirdi.
* * *
Ömrün laləzar vaxtı dil açır, ayaq açır
Dəli, havalı könlün körpə, ərköyün nazı.
Nəmli divarlar boyu kölgələr rəqs edəndə
Çiynində çırpılırdı ötən bir ömrün tozu…

DƏRDİN YAŞ GECƏSİ
Göy üzündə bir qərib ulduz darıxar yaman
Saçlarını oxşayıb əllərini tutmağa.
Qaranlıq gecələrin dərdli ay işığında
Əlim göylərə çatmaz, ruhunu ovutmağa.
* * *
Ömrümün sabahında dan yeri ağarmamış
Hicran yeli əsəndə yasəmən ətrin gəlir.
Kirpiklərin dolanda, için qan ağlayanda
Gözlərinin yaşını dodağından kim silir?
* * *
Nənəmin toxuduğu yun köynək təki ruhun
Məni isti saxlayır soyuq qış gecəsində.
Göy üzündə bir qərib darıxır yaman,
Ayın buz nəfəsində, dərdin yaş gecəsində…

İKİ NƏFƏRLİK BİLET
Taksinin arxa oturacağında
pəncərədən çiləyirdi
martın ilk yağışları,
Susurdu dodağının altında,
yanağında üşüyən bir neçə söz,
Ruhumun tozunu ələyirdi
gülüşünün can alan baxışları.
* * *
Sən evə tələsirdin…
Tərslikdən də,
yollar açıq idi,
Küləklər də dağıdırdı saçlarını çiynimə,
Gülümsədin yuxulu gözlərimə,
Susdun… susdun… Başını qoydun sinəmə…
* * *
Və sonra…
Qəfil “məni unut bu gecədə,
bu yağışlarda” dedin,
Bir yol arxana baxmadan getdin,
Getdin, əllərimi sıxmadan getdin,
Üşüdüm ovuclarında, bilmədin…
* * *
Gecələrdən ulduzlar sönməmiş,
Gündüzlərdən günəş çəkilməmiş
Nə olar, nə olar,
hələ getmə,
Bir az da qal…
Bağışla yolların tozlu xatirəsinə,
Yağışların kövrəlməsinə.
Əgər gedirsənsə,
bir düşün,
uzaq sahillərə
bir nəfərlik deyil,
iki nəfərlik bilet al…

POZULAN SÜKUT
Günəşin solduğu bir gündə
ümidlər dalğalara çırpılırdı.
Bir yelkənsiz gəmi kimi
sovrulurdu ruhum
Könlümün yaxası asılı qalmışdı
bir kor düyündən.
Gözüyaşlı qalmışdı arzular.
Və… Sən gəldin,
pozuldu sükut ömrü
Bir yanımda sən,
bir yanımda partlayışlar.
Saatın əqrəbinə son nəfəsini
tapışırırdı sükut.
Bulanıq ömrüm sənlə durulurdu.
Aydınlanırdı günəş soyuq dekabr səhərində.
Varlığımın tam solundan bir sızıltı,
bir üşütmə  keçdi  o anda.
Sənə qədər kirpiklərim –
ağrıların bulud ömrü…
Gecələrə dirsəklənib mürgüləyən gözlərim
gülüşündən bir ovuc səadət içdi.
Yasəmən ətirli saçlarında
uçurum dibində
tutundum həyata.
Elə gülümsədin ki,
titrədi ruhum, əsdi əllərim.
Yuxusu ərşə çəkilən arzularım
bəlkə dizlərində bir yuxu yata.
¹Bir az yaxın gəl, bir az da yaxın.
Qulağına pıçıldayım saçlarının nəfəsində:
“Sənsizliyi alnımın qırışlarında daşıdım,
Çatlamış dodaqlarımda yandı sənsizlik…”

AYRILIĞIN İLK GÜNÜ
Bir axşamüstü ayrıldıq,
Boğazımda
soyuq qəhərə döndü gedişin.
Təsəlli üçün
son vida, son görüş olmadı.
Bu evin hər küncündə yerin göründü,
Nəmli divarlar boyu xatirələr
kölgə kimi süründü,
Həzin mahnılarda da
açdığın boşluq dolmadı…
* * *
Otağım bir az dağınıq,
pərdələr kirli,
döşəməni toz alıb.
Sən gedəli –
depressiya… yuxu həbləri…
Həkimlər deyir ki,
tərgit siqareti, içmə qəti.
Qorxma, ömrüm-günüm,
Bir az rəngim saralıb…
* * *
Unuduram təqvimlərdə günlərin düzümünü,
Dolub-boşalan külqabı
çəkir içimin yanğısın.
Bir yerdən sonra
ağrıkəsicilər belə
götürmür yoxluğunun küt ağrısın…
* * *
Bilirəm,
yenə əlləri qoynunda
pəncərə önündə dayanıb
hardasa qayğımı çəkirsən –
“Axırı necə olacaq bu axmağın?”
Bu şəhərdə
əlimin tərsiylə itələdiyim
qadınlar var,
Ayağının tozuna dəyməyən.
Bir də…
Ovuclarımda saçlarının
xatirəsi var bir yığın…
* * *
Bilirəm,
dönüşü yox bu ayrılığın,
Amma nə vaxt gəlsən,
qapım açıqdır,
Aid olduğun yeri yaxşı bilirsən.
Yenə də sızıldayır sümüklərim,
Uyuşur barmaqlarım,
Əsir dizlərim…
Hələ də gözləyirəm…
Gəlirsən?

Müəllif: Azər AĞAYEV

AZƏR AĞAYEVİN YAZILARI

“SÖZÜN AĞ RƏNGİ” LAYİHƏSİ

ŞAHMAR ƏKBƏRZADƏNİN YAZILARI

Sizin yerinizə utanıram mən` – Şahmar Əkbərzadənin şeirləri

PDF>>>ZAUR USTAC UŞAQ ŞEİRLƏRİ

PDF: >>>>> ZAUR USTAC “QƏLƏMDAR-2”

PDF>>> ZAUR USTAC “BB” KİTABI

>>>> ƏN ÇOX OXUNAN HEKAYƏ <<<<

ZAUR USTACIN SATIŞDA OLAN KİTABLARI


“YAZARLAR”  JURNALI PDF

YAZARLAR.AZ
===============================================

<<<<<< WWW.USTAC.AZ və  WWW.BİTİK.AZ >>>>>> 

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

31 Dekabr Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü münasibəti ilə Norveç və Azərbaycan məktəblilərinin qoşulduğu “Vətən sevgisi!”adlı video görüş keçirilib.

GÜNAY ƏLİYEVANIN YAZILARI

31 Dekabr Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü münasibəti ilə Norveç və Azərbaycan məktəblilərinin qoşulduğu “Vətən sevgisi!”adlı video görüş keçirilib.

Görüşün iştirakçıları Bakı şəhəri 220 saylı məktəb- liseyin müəlliməsi Xanım Qasımova və Norveçin Oslo şəhərindəki Nizami Gəncəvi adına həftəsonu Azərbaycan dili məktəbinin koordinatoru Günay Əliyeva və şair Zaur Ustac dünyanın müxtəlif ölkələrində yaşayan azərbaycanlılar üçün həmrəyliyin vacib olduğunu vurğulayıb və onların birlik,vətənpərvərlik ideyası ətrafında birləşməsinin önəmli olduğunu bildiriblər.
Sözügedən görüşdə hər iki məktəbin şagirdləri Azərbaycana, vətənə,bayrağa,həmrəyliyə , qışa həsr edilmiş mahnılar və şeirlər səsləndirib, çəkdikləri rəsmləri görüş iştirakçılarına təqdim ediblər.

Fotolar və video:

SƏLİM ABBASZADƏNİN ÇƏKDİYİ RƏSM


Görüşün sonunda Osloda N.Gəncəvi adına həftəsonu Azərbaycan dili məktəbi tərəfindən fəal iştiraklarına görə hər iki məktəbin şagirdlərinə müxtəlif mövzulu kitablar hədiyyə edilib.

Müəllif: Günay ƏLİYEVA

GÜNAY ƏLİYEVANIN YAZILARI

PDF: >>>>> ZAUR USTAC “QƏLƏMDAR-2”

PDF>>>ZAUR USTAC – “BB” HEKAYƏLƏR

>>>> ƏN ÇOX OXUNAN HEKAYƏ <<<<

ZAUR USTACIN SATIŞDA OLAN KİTABLARI


“YAZARLAR”  JURNALI PDF

YAZARLAR.AZ
===============================================

<<<<<< WWW.USTAC.AZ və  WWW.BİTİK.AZ >>>>>> 

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

AFƏT ŞAHİD YAZIR

Zaur Ustacın “Psixoloqun qəbulunda” hekayəsində…
Hekayədə müasir Azərbaycanım acı reallığından bəhs edilir. Maddi rifahın, xüsusilə də ali təhsilli vətəndaşın çox aşağı səviyyədə yaşaması və acınacaqlı vəziyyətə düşməsi hekayənin əsas süjet xəttində öz əksini tapır.
Əsərin qəhrəmanı üç diplomu olmasına baxmayaraq Vətən uğrunda döyüşdə iştirak edib, sağlamlığını itirən İlqardır. İlqarın gündəlik həyat qayğıları, maddi vəziyyəti psixoloqun qəbuluna getməyə imkan vermir. Bir gün onun əlinə belə bir fürsət düşür:
“MORE” Psixologiya Mərkəzi şanlı Zəfər günləri ilə bağlı elan edir ki, noyabrın sonuna kimi hamıya 50%, qazilərə isə 75% endirim edəcək.
Buna sevinən qazi ertəsi gün saat 10:00 üçün növbə götürür. Qazi olduğu üçün yerində nağd olaraq 75% endirimlə ödəniş edəcəkdi.
Öz vaxtında klinikaya gəlib çatan qazinin bütün sənədləri diqqətlə yoxladıqdan sonra gənc “piştaxtaçı” xanım işvə-nazla İlqardan endirimlə 150 manat ödəniş etməyi tələb etdi. O da “kirimişcə, cınqırını da çıxartmadan sanki, üç dənə 5 qəpikliyi market kassasında xəzinədar xanıma “qəpiklər lazım deyil, qalsın”,-deyə qaytarırmış kimi sonuncu iş günü “bankomat”dan çıxardığı şax “əllilik”lərdən üçünü “piştaxta”nın üstü ilə xüsusi əda ilə xanıma tərəf sürüşdürdü”.
44-cü otaqda psixoloq Bənövşə xanım onu gözləyirdi. Otağın ab-havası İlqarı etkiləyir, özünü başqa bir aləmdə hiss edir. Bənövşə xanım onun sənədlərini bir daha gözdən keçirir, otaqda seans etmək üçün şamları, ətirli çubuqları yandırır. Qeyri iradi və qeyri adi vəziyyət pasiyeni təsir altına salır. İlqar “MORE” sözünün anlamını həkimdən soruşur. Onu cavabı belə olur: “Mən” “Onu” “Ram” “Edirəm”.
Həkim:
– Mən bu sənədlərə əsasən sizin hal-hazırki vəziyyətinizlə tanış oldum. Ancaq məsələni həll etmək, durumu düzəltmək üçün bunlar kifayət etməz…Ancaq biz bu günə, heç olmasa bu problemin başladığı ilə baş verdiyi ilk hala gəlib çatmalıyıq. Bunun üçün siz lap uşaqlıqdan özünüz haqqında bir az, yaddaqalan əlamətdar hadisələrdən, sizi narahat edən problemlərdən danışsanız işimiz daha asan olar. Siz elədünyanı xatırladığınız ilk gündən ilk hadisədən başlayın, ardı öz-özünə yumaq kimi gələcək”,- deyir.
Seansın sonunda xəstə özünü narahat hiss edir və qusur. Həkim onu saktləşdirib yola salır, sabahkı günə qəbula yazır.
Aparılan seanslarda İlqar ixtisasının hərbçi- peşəkar zabit, ikinci ixtisasının- tarix müəllimi olmasını, hazırda bağban işlədiyini deyir. Danşıq əsnasında qazi başına gələn acı reallıqlardan, haqsızlıqlardan, düşdüyü acınacaqlı durumdan bəhs edir ki, bu da nə yazıq ki müasir dövrdə bizim qanayan yaramızdır.
Yeganə təsəlli əlində olan Müdaiə Nazirliyinin fəxri fərmanıdır.
Problemi həll olunmayan VətənDaşın ağlından muğayat olun.
Sizcə bu problemləri psixoloq çözə bilərmi?
Bir insanın ACI, FACIƏ DOLU TALEYI…
Bu arada “İnsanın taleyi” filmi yada düşdü…

Müəllif: AFƏT ŞAHİD

AFƏT ŞAHDİN YAZILARI

ZAUR USTACIN YAZILARI

PDF>>>ZAUR USTAC UŞAQ ŞEİRLƏRİ

PDF: >>>>> ZAUR USTAC “QƏLƏMDAR-2”

PDF>>> ZAUR USTAC “BB” KİTABI

>>>> ƏN ÇOX OXUNAN HEKAYƏ <<<<

ZAUR USTACIN SATIŞDA OLAN KİTABLARI


“YAZARLAR”  JURNALI PDF

YAZARLAR.AZ
===============================================

<<<<<< WWW.USTAC.AZ və  WWW.BİTİK.AZ >>>>>> 

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

ZƏHRA SƏFƏRALIQIZI. GÖYÜN GÖZ YAŞLARI   

Zəhra Səfəralı qızı Məmmədova 4 iyul 1960-cı ildə Zəngilan şəhərində anadan olub. Hazırda Bakı şəhərində yaşayır.

GÖYÜN GÖZ YAŞLARI   

Azanın ecazkar, ürəyi riqqətə gətirən səsi aram-aram ətrafa yayılırdı. Üzündəki qırışlarda yaşadığı məşəqqətli, acılı, nisgilli günlərinin izi qalmış, gözlərindən qorxu və nigarançılıq tökülən qadın namazını qurtarıb salavat çevirdi. Sonra əllərini göyə açıb sızıltılı səslə dua etməyə başladı:

-Allahım! Yerin-göyün sahibi, sənə sığınmışam! Səndən başqa dayaq duracaq bir kimsəm yoxdu. Səni and verirəm böyüklüyünə, mənim balamı düşmən gülləsindən qoru!.. Allahım, onların qəlbinə rəhm sal, bu müvəqqəti dünyada bizim günümüzü qara etməsinlər! Camaatın min bir əziyyətlə böyüdüb ərsəyə çatdırdığı balalarının nahaq qanına bais olmasınlar. Sən yardım et, Allahım! Otuz ildir balalarımız qırılır…

Duasını qurtarandan sonra qadın qapının ağzında çıxardığı nimdaş ayaqqabısını geyinib məsciddən çıxdı. Ağır-ağır kəndin başındakı evinə tərəf yön aldı. Uzaqdan evinin odun sobasının bacasından çıxıb göylərə tərəf qalxan tüstüsü görünürdü…

***

Bu kənddən bir necə kilometr məsafədə, çox da böyük olmayan təpənin arxasındakı evlərin arasında, ilk baxışdan nəzərə çarpan kilsənin də zəng səsi eşidilirdi. Kilsənin içində yun çubuğuna oxşar arıq, saçı ağappaq, görünüşündən yaşadığı kənddə təsərrüfatla məşğul olduğu açıq-aşkar bilinən bir qadın qabarlı əllərində tutduğu şamı çarmıxa çəkilən İsa Peyğəmbərin büstünün qarşısında yandırıb dua edirdi:

-Göydə olan atamız! Sən mənim oğlumu hifz et! Düşmənin gülləsinə tuş gəlməsin, gənc yaşında puç olmasın. Atası ilə mən onu çox əziyyətlə böyütmüşük. Onu bizə sağ-salamat qaytar. Bizim ucsuz-bucaqsız torpaqlarımızı da özümüzə qaytarmağa yardım et…

O, duasını qurtarandan sonra kilsədən çıxdı. Hava çox soyuq olduğundan bağın ətrafında otlayan inəyin ipini bağladığı ağacdan açıb darta-darta tövləyə tərəf apardı…

***

Lap uzaqlarda isə möhtəşəm sarayın, çölün qılınckəsən şaxtasından fərqli olaraq isti, xoş hərarətli içində büllur badələrin qışqırdıcı cingiltili səsi, xanımların bahalı, gözqamaşdıran ,zərif libaslarının xışıltısına qarışmışdı. Hər paltarın qiymətinə bir kəndin camaatının illik yemək, içmək, geyinmək ehtiyacını ödəmək olardı.

Rəsmi görüşdən sonra bura toplaşanların sakit və işvəli danışıqları, saxta təbəssümləri sanki yarışa girmişdi. Şəhvət dolu baxışlar öz şikarlarını süzürdü. Bahalı qadın, kişi ətirlərinin bihuşedici qoxusu əyinlərinə geyindikləri kostuyumların, ayaqqabıların qiymətinə bərabər şərabın qoxusuna qarışıb ehtiraslı bir aura yaratmışdı. Musiqiçilərin zalın bir küncündə oturub zövqlə çaldıqları  Çaykovskinin “Autumin” əsərinin həzin melodiyası, deyəsən, ancaq böyük pəncərələrə asılan zərif, incə tül pərdələri ahəstə-ahəstə tərpədirdi. Kimsə musiqini nə dinləyir, nə də zövq alırdı. Çünki hərənin başı necə hərəkət etmək planı ilə məşğul idi…

***

Neçə gün idi ki, aramsız yağan yağış kəsmirdi. Elə silahlardan atılan güllələr də yağış kimi əsgərlərin başına yağırdı. Ölən əsgərlərin meyidləri çölün düzündə qalmışdı. Snayperçilərin əlindən meyidləri çıxarmaq mümkün deyildi. Göz açmağa qoymurdular. O tərəf də, bu tərəf də nifrətlə, qəzəblə bir-birini məhv edirdi.

Meyidlərin bəziləri parça-parça olub tanınmaz hala düşmüşdü. Çoxu da palçığa bulaşdığından hansı tərəfdən olduğu belə bilinmirdi…

Yuxarıdan bir neçə saata meyidləri götürmək üçün atəşkəs əmri verilmişdi. İki tərəf də eyni vaxtda hərəkətə keçdi, hər şeyi unudub çölün düzündəki bir-birinə qarışan meyidləri daşımağa başladılar. Meyid daşıyan əsgərlərin çəkmələri yağışın suyundan islanan torpağı o qədər ayaqlamışdı ki, yoğrulmuş palçıqdan yerimək çətinləşmişdi. Hər iki tərəfin əsgərləri avtomatları çiynində meyidləri palçığın içindən sürüyüb çıxartmağa çalışırdılar. Palçığa və öz qanlarına bulanan meyidləri ayırd etmək üçün paltarlarının qollarındakı bayraq işarəsinə baxırdılar. Çünki çoxunu üzlərindən ayırd etmək olmurdu. Hamısının açıq qalan gözləri və qaşları qara idi. Dəfələrlə həm o tətəf, həm bu tərəf meyidlərin onlardan olmadığını görüb bir-birini səslənirdilər. Özləri də bilmədən bir-birlərinə yardım edirdilər.

Atəşkəsin vaxtı azaldıqca əsgərlər qaranəfəs qaça-qaça, tələsə-tələsə meyidləri axtarıb tapıb çıxardırdılar. Hər dəfə tapıb çıxartdıqlarına görə sevinir, az qala bir-birini təbrik edirdilər. Sevinirdilər , həm də ağlayırdılar və dərk edə bilmirdilər ki, hansı duyğunu yaşayırlar…

Yağış isə göydən dayanmadan yağırdı…

Yağdıqca tapşırığı yerinə yetirə bildiklərinə görə sevinə-sevinə ağlayan əsgərlərin, qara gözləri açıq qalan meyidlərin üzərinə səpələnirdi…

MÜƏLLİF: ZƏHRA SƏFƏRALIQIZI

ZƏHRA SƏFƏRALIQIZININ YAZILARI


ZAUR USTACIN YAZILARI

YAZARLAR.AZ
===============================================

<<<<<<WWW.YAZARLAR.AZ və  WWW.BİTİK.AZ >>>>>> 

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru