Hüseyn Cavidin “Şeyda” pyesi – Atakişiyeva Həcər

Hüseyn Cavidin “Şeyda” pyesi

(resenziya)

Hüseyn Abdulla oğlu Rasizadə Naxçıvan şəhərində 1882-ci il oktyabr ayının 24-də anadan olmuşdur. Hüseyn Rasizadə Azərbaycan ədəbiyyatı tarixində filosof şair, böyük dramaturq Hüseyn Cavid kimi tanınmışdır. Hüseyn Cavid Azərbaycan ədəbiyyatı tarixində romantizm ədəbi cərəyanının ən qüdrətli sənətkarlarından biridir. Ədib 1909-cu ildən “Cavid” ədəbi təxəllüsü ilə yazmağa başlamışdır. Hüseyn Cavidin dramaturji yaradıcılığı olduqca zəngindir. Ədibin dram əsəri özünəməxsusluğu ilə daim seçilir. Dramaturqun pyesləri ədibə böyük şöhrət qazandırmışdır. Hüseyn Cavidin pyesləri Azərbaycan milli təfəkkürünə xidmət edir. Ədibin “Şeyda” əsərinin hər cümləsində Hüseyn Cavid qələminin izi duyulur. Hüseyn Cavidin “Şeyda” pyesində maddi zənginlik üçün ruhlarını şeytana satan insanların aqibəti təsvir olunur. Ədib göstərir ki, həyatda maddiyyatı əsas stimul kimi görən insanlar, günahsız insanlara qarşı ədalətsiz, qəddar davrananlar, insanlığı öz qəddarlığı, cinayəti və xəyanəti ilə məhv edən kəslər daim fəlakətlərə uğramışlar. Hüseyn Cavid “Şeyda” pyesində insanlığa sevgini, vicdanı, mərhəməti, əxlaqı aşılayır. İnsanın sevgidən, vicdandan, mərhəmətdən, əxlaqdan uzaq olmasının nə ilə nəticələnəcəyini göstərir. Əsərdə xəyanət, cinayət, qəddarlıq, zülm pislənilir. Ədib insan təbiətinin hər iki üzünü onun şeytani təbiətini və mərhəmətini, ucalığını müqayisəli təqdim edir. Hüseyn Cavidin “Şeyda” faciəsi 5 pərdəlidir. Əsərdə mətbəə işçilərinin həyatından, mübarizəsindən, yaşamından, xarakterindən danışılır. Ədib əsərində mətbəə müdiri- Məcid əfəndi, onun oğlu- Əşrəf, mürəttiblər-Şeyda Rəmzi, Rəuf, Qara Musa, Məsud, Yusif, alman rəssamı- Maks Müller,  Müllerin qızı- Roza, Rozanın anası- Mariya kimi yadda qalan obrazlar yaratmışdır. Əsər baş qəhrəman öldüyü üçün faciədir. Hüseyn Cavidin “Şeyda” faciəsinin süjet xəttini yardımçı obrazlar olan- məzarçı, qara geyimli mələk, digər mürəttiblər, çalğıçılar, polislər və həbsxana məmurları daha da zənginləşdirirlər. Əsərdə lirik şeirlərə geniş yer verilmişdir. Ümumilikdə faciə nəsrlə yazılmışdır. Əsər bir qapısı ilə iki pəncərəsi olan mətbəə otağının təsviri ilə başlayır. “Divarlarda təqvimlər, xəritələr, teleqraf kağızları və məktublar asılmış… Sağda və solda sandalyələr və bir neçə masa… Masalar üzərində idarəyə məxsus kitablar, risalələr, məcmuələr, qəzetlər və sairə…”

Hüseyn Cavid “Şeyda” pyesində Məcid əfəndi, Əşrəf, Şeyda, Rəuf, Qara Musa, Məsud, Yusif, Maks Müller, Roza, Mariya kimi obrazların nitqi və əməlləri vasitəsilə onların xarakterini oxucuya çatdırmışdır. Dramaturq pyesdə nakam sevgi xətti yaratmışdır. Bu sevgi rəssamın qızı, gözəl Rozanın uzun, qumral kirpiklərinə, cazibəli, mavi gözlərinə, məsumanə baxışlarına, mələkanə ədalarına vurulan Şeydanın timsalında özünü göstərir. Bu zavallı gənc Şeyda Rozanın eşqindən iztirab və sevinclə qarışıq bir duyğu yaşayaraq, bu nakam sevgisinin qurbanı olur. Bu xəyalpərvər gənc olduqca kasıb və kimsəsiz idi. Əsərdə onun rəqibi ondan var-dövlətcə qat-qat yüksək olan mətbəə müdiri Məcid əfəndinin oğlu Əşrəf idi. Əşrəf əsərdə Avropadan yeni gəlmiş atasının pulu ilə lüks həyat yaşayan bir gənc kimi təsvir olunur. Atasının var-dövlətinə güvənən Əşrəf rəssam almaniyalı Maks Müllerin qızı mademuazel Rozaya sevgi duymağa və göstərməyə başlayır. Şeyda mətbəə müdiri Məcid əfəndinin varlı oğlu Əşrəfi özünə rəqib biləndən sonra bu füsunkar gözələ duyduğu sevgini gizlətməyə başlayır.

Hüseyn Cavid “Şeyda” faciəsində çox acılı insan talehlərini qələmə almışdır. Bunların biri də Qara Musadır. O, əsərdə çox güclü xarakterli, mərd, qorxmaz, qisasçı ruhlu təsvir olunmuşdur. Belə ki, Musa, qara bənizli, ortayaşlı, ortaboylu, qorqunc simalı bir tipdir. Sol əli biləyinin yarısına qədər ağ bez ilə sarınmış, üzərindəki paltar olduqca əski və yamaqlıdır. Bu iki qardaşın həyatda heç cür bəxti gətirməmişdir. Belə ki, qardaşı Yusif vərəmin son dövrlərini keçirməkdə olan solğun bənizli bir gənc kimi saralıb, solmuşdur. Musanın əli mətbəədə iş zamanı kəsilmişdir və gündən-günə də daha da pisləşirdi. Musa əsər boyunca Məcid əfəndidən özünün və vərəmli qardaşının haqqını istəyir. Musanı əsərdə belə qəddar və qisasçı edən qardaşı Yusifin gözünün qarşısında iztirablar içində öskürüb, qan qusması idi. Musanı o bədbəxt qardaşının iztirab və zülmlər içində sönüb bitməsi məhv edirdi. Qardaşının bu cür şiddətli öskürəklər içində boğularaq qalması ona öz kəsilmiş əlinin dərdini unutdururdu. Yusif tam altı il həbsxanadan fərqi olmayan mətbəədə çalışmışdı. Bu tozlu, çətin mühit onun ciyərini məhv etmişdi. Yusif və qardaşı Qara Musa mətbəənin tozunu udaraq, burda alın təri tökmüşdülər. Əsərdə insaf və mərhəməti olmayan mətbəə müdiri- Məcid əfəndi Yusiflə Musaya zillət və səfalətdən başqa bir şey vermir. Yusiflə Musanın bu acınacaqlı aqibətini görən mətbəə işçilərinin hamısı susur. Onlar bu əsarət altında əzilməyə məhkum qalırlar. Halbuki onlar özlərindəki gücün fərqində belə deyillər. Bütün cahanı bəsləyən, bütün orduları silahlandıran, bütün sərmayədarları – bütün sahibkarları sərsəmlətən hər kəsin aciz sandığı fəhlə əlləridir. Bu gün yer yüzünün bütün səadət və fəlakəti yalnız o əllərdən asılıdır. Bu fəhlə əlləri qarşısında bütün bəşəriyyət, bütün dünya hərəkətsiz qalacaqdır. Lakin bu qədər mürəttiblər özlərindəki gücdən xəbərsizcəsinə mətbəədə Yusiflə Musanın çarəsizliyinə tamaşa edirlər. Məcid əfəndini belə qəddar və zalım edən də məhz mətbəə işçilərinin susması idi. Məcid əfəndinin xarakterindəki qorxaqlıq Şeydanın Nikolayın haqqında yazdığı fikirlərə görə onu qovmasında bilinir. Məcid əfəndinin qorxusu o idi ki, mürəttiblər mətbəəni inqilab ocağına çevirərlər və bu onun həbsi ilə nəticələnər. Məcid əfəndi mətbəədə əlini itirərək, tək əli ilə qalan Musanın vərəmli qardaşına baxmaq üçün ondan iş istəməsini çox böyük hiddətlə qarşılayır. Musanı təhqir edərək qovur. Ona tək əldən səs çıxmaz deyir. Musa o əlini bu mətbəədə itirdiyini, ona görə də ona burada iş verilməsini tələb edir. Qarşılığında isə Məcid əfəndi onu mətbəədən qovur. Musanın Məcid əfəndidən istədiyi yalnız bir iş, bir vəzifə idi.

Hüseyn Cavid “Şeyda” faciəsində çox acılı insan talehləri yaşayan Yusif və qardaşı Qara Musanın birisinin xəstə, o biri birisinin də şikəst olmasının səbəbkarı kimi Məcid əfəndini və onun oğlu Əşrəfi görür. Maaşlar az, amma iş qucaq-qucaq…

Hüseyn Cavid “Şeyda” faciəsində Musa obrazının adını təsadüfən seçməmişdi. Əsərdə bu obrazın inqilabçı ruhu Peyğəmbər Hz. Musa ilə müqayisə olunur. “Fironu qəhr edən Musa bir çobandan başqa bir şey deyildi. Lakin sarsılmaz bir ruh ilə meydana atıldı. Öylə qəddar, zalım bir imperatora qalib gəldi”.

“Şeyda” faciəsində Əşrəfin var-dövlətinin qurbanı olan obrazlardan biri də Şeydadır. Belə ki, onun  məcnun qəlbi pula dəyişdirildi. Roza tərəfindən sevgisi rəğbət görmədi. Bu sevgi hüsran ilə bitdi.

Hüseyn Cavid “Şeyda” faciəsində Musa obrazının bütün dəyişimini əsər boyunca olduqca dolğun bir şəkildə təsvir etmişdir. Belə ki, o özünü əsərin sonunda “səfillər kralı”, “sərsərilər sultanı” adlandırır. Qardaşını itirən Musanın tək məqsədi qisas almaq idi. O, həyatda yaşamaq səbəbini belə izah edir. “Gedəcək bir yerim yoq… Yalnız bir şikar izliyorum. Boğub parçalamaq için bir tilki arıyorum”.

         Dramaturq pyesdə nakam sevgi qurbanı olan Şeydanın Roza ilə Əşrəfin qol-qola gəlib- getdiklərini görərkən məhv olmasını böyük yazıçı ustalığı ilə qələmə almışdır. Roza ilə Əşrəf bağçada eşq yaşayarkən, Musa əlindəki tapança ilə onların qarşısına çıxıb, Əşrəfdən hesab istəyir. Musa Əşrəfə atası Məcid əfəndinin ona qarşı etdiyi bütün insafsızlıqları sayır. Əşrəfə atasının onun tək əlinə lağ edərək, tək əldən səs çıxmaz deməsini ona xatırladaraq, bu tək əllə vərəmli qardaşını necə qara torpağa gömdüyünü anladır. Eyni zamanda bu  tək əli ilə onu və atasını necə öldürəcəyini deyir. Əşrəf o mundar, zəngin, vicdansız, etibarsız, oğru siması ilə Musaya çoxlu pul təklif edir. İntiqam eşqi ilə alışıb yanan Musa Əşrəfi öldürür. Əşrəflə Musanın arasına girən Rozada köksünə dəyən güllədən yerindəcə ölür. Şeyda Rozanın ölümünə heç cür inanmaq istəmir və onun eşqindən dəli olur. Əşrəfi öldürəndən sonra Musanın tək amalı olur ki, Məcid əfəndini öldürsün. Musa çox yaxşı bilirdi ki, Məcid əfəndi oğlunu qəbiristanlıqda mütləq ziyarət etməyə gələcəkdir. Ona görə də onu məhz orda gözləyirdi. Musa düşmənini əsla bağışlamır. O, Məcid əfəndini köksündən vuraraq, öldürür. Bu işdə Musaya yardımçı olan məzarçını da onunla birlikdə tutub, həbs edirlər. Həbs olunan Musa və məzarçı həbsxanada Şeyda, Rəuf, Məsudu da görürlər. Onlarda inqilab etməkdə günahkar bilinərək, həbs olunmuşlar. Lakin bu inqilab zəfərlə bitir. “İştə inqilab marşı, inqilab nəğməsi! Of, nihayət istibdad heykəli devrildi. Rusiya çarlığı məhv oldu, qara bulutlar çəkildi. Arqadaşlar, artıq zəncirlər qırıldı, haqq yerini buldu. İştə səadət günəşi parlıyor, hürriyyət pərisi gülümsüyor. İştə bu gün məzlumlar için şərəfli bir bayram, zalımlar için qorqunc bir intiqam günüdür”.

İnqilab nəticəsində həbs olunanlar azadlığa çıxır. Musada öz azadlığına qovuşur. Lakin Şeyda bu günü görmür. O artıq ölmüşdü.

Hüseyn Cavidin “Şeyda” pyesi “Rəmzi” və “Nakam” adları ilə də tanınır. “Şeyda” faciəsində həm cəmiyyətin sosial ziddiyyətlərinə, həm də ayrı- ayrı fərdlərin dünyagörüşlərinə, mənəviyyatlarındakı təzadlara geniş yer verilmişdir. Əsər həm süjet xəttinin zənginliyinə, həm də məzmun bitkinliyinə görə olduqca əhəmiyyətlidir.

MÜƏLLİF: ATAKİŞİYEVA HƏCƏR

HƏCƏR ATAKİŞİYEVANIN YAZILARI



Mustafa Müseyiboğlu adına kitabxana

VAQİF SULTANLININ YAZILARI

ZAUR  USTACIN  YAZILARI

> > > > MÜTLƏQ OXUYUN !!!

“YAZARLAR”  JURNALI PDF

YAZARLAR.AZ
===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

BİR ZAMANLAR MƏNİM DƏ ATAM VAR İDİ… – VÜSAL AĞA.

BİR ZAMANLAR MƏNİM DƏ ATAM VAR İDİ…
(12.08.2016 – 12.08.2023)

Əziz və dəyərli dostlarım. Gözəl insanlar. Bu gün 12-avqust 2023-cü il atamın ölümünün 7 (yeddi) ili tamam olur. 7 (yeddi) il keçməsinə baxmayaraq inanın ki, yoxluğuna alışa bilmirəm. Hər zaman xatirəmdədir. Atamı 7 (yeddi) ildir ki axtarıram… Elə bil dünən idi… Mən atamı 7 (yeddi) ildir ki, görmürəm… ancaq bu 7 (yeddi) ildə bir gün də olsun onu unutmadım… Hər sözümdə, söhbətimdə atam oldu…
Bu gün isə düz 7 (yeddi) ildir ki, atasızlıq ağrısından yanıb qovruluram. Heç nə, heç kim atamın yerini vermir. Atamdan sonra kimsə, könlümü onun kimi ala bilmədi. Hansı məqamını xatırlayıramsa, elə bilirəm ki, dünən idi. Atamsız heç nəyin dadı, tamı, gözəlliyi yaraşığı yoxdur. Axı bütün uşaqlar, qızlar, oğulların dediyi kimi, mənim atam da dünyanın ən yaxşı, ən gözəl, ən mehriban atası idi.
O gündən bu günə qədər hər gün atam üçün darıxıram…

Dünyanın ən böyük ağrılarından biri də, sevdiyin adamı son mənzilə uğurlayarkən qucaqlayıb doyunca öpə bilməməkdir… Bunu mənim kimi atasız olanlar çox gözəl bilir. Xoş günün olur, fikirləşirsən ki, kaş atam da yanımda olaydı. Uğur qazanırsan, deyirsən, sağ olsaydı, bizimlə qürur duyardı. İnsan hər işində valideyninin yanında olmasını istəyir. O hiss bizdə əskikdir. Ona görə də nə eləyirsən elə, hiss eləyirsən ki, nəsə çatmır. Bu 7 (yeddi) ildə qazandığım uğurlarda, sevinclərdə ilk axtardığım atam oldu. Həmin dəqiqə fikirləşdim ki, atama bu xəbəri versəydilər, və ya desəydim gör bir nə qədər sevinərdi… Sevincimi böldüyüm dostlarıma da “Gör bir atam bu xəbərə necə sevinərdi…” deyərəkən, hər dəfə gözlərim dolur…

Atamdan çox şey öyrəndim: düz danışmağı, mərdanəliyi, haramdan qorunmağı, kimsənin malına göz dikməməyi, yetim malı yeməməməyi, kimsənin yanında gözükölgəli qalmamağı… sərt cavab qaytarmağı…

Bəli bir zamanlar mənim də atam var idi. Və bu gün atama o qədər deyiləsi sözlərim var ki…. Eh.. necə deyim, necə edim bilmirəm. Bəlkə də bütün bunları sağlığında ona deməli idim. Ancaq demək istərkən deyə bilmədiklərim də vardı. Deyə bilmədiklərimi isə elə bu gün deyəcəm.

Öncədən deyim ki, onunla bağlı arzularım daha çox idi. İndi bu arzularım ümmansız bir gəmitək sahillərdə çırpınır. Sözlərim yarımcıq, fikirlərim sönük, hərarətsiz bu gün. Ancaq hər zaman deyə bilmək istərkən deyə, bilmədiklərim üçün məni bağışla. 7 (yeddi) ildir artıq bizi tərk etdiyin…

Mən sənin haqqında ‘öldü’ ifadəsini heç zaman qəbul edə bilmədim, canım atam!!! Ona görə də ‘tərk etdi’ ifadəsini deyirəm. “Ölüm” sözü sənə heç yaraşmadı, ata! Həm də axı sən ölməmisən. Mənim ürəyimdə yaşayırsan. Düz 7 (yeddi) il öncə… 12 avqust… hər zaman ürəyimdə yara olacaq o məşum tarix… Həmin gün səhərə yaxın gözlərim önündə canlanır. Yoxluğun bu günlərdə qəlbimi elə üşüdür ki, bu yoxluğuna belə məni inandıra bilmir. Çünki ölüm adlı bir fələyi sənə heç kim yaraşdırmazdı. Amma fələyi görüm ki, felindən qalsın. Qalsın ki, bu adı sənə çox tez yaraşdırdı. O qədər xatirələr qoymusan ki, canım atam… Onları belə kiçik həcmli yazıya sığışdırmaq mümkünsüzdür. Sadəcə sənə, sənin ruhuna üzr borcum var. “Ata! Sənə bir şey olsa ölərəm” deyirdim. Amma mən sənsiz ölmədim, yaşayıram. Bağışla məni, ata! Çox darıxıram sənsiz, ata! Sənsizlik çox çətindi. Səsini eşitməmək, səni görməmək, iyini hiss etməmək, darıxdığında yalnız şəkillərə baxaraq keçmiş günləri xatırlayıb, səni bu cür yaşamaq çox çətin imiş, ata! Getməyinlə, hər şeyi dəyişdin. Evimiz dəyişdi, həyatımız dəyişdi. Hər şey bir anın içində dağıldı sanki. Amma… Amma bir şey dəyişmədi. Sənə olan SEVGIMIZ. Sənin yoxluğuna alışa bilmədik ki, sevgimiz də dəyişsin. Həyatının sevincini itirmək nə qədər acıymış ay ata! Bu acını yaşadım sənin yoxluğunla. Həyatda ən qorxduğum şey, səni itirmək idi. İlk səni itirdim. Yoxluğuna görə o qədər təsəllilər, oxşar hekayələr eşidirəm ki, saysız-hesabsız. Amma heç bir təsəlli, heç bir söz ovundurmadı məni. Sənin yoxluğunu heç cür qəbul edə bilmədim. Səndən sonra doğmalarımı, dostlarımı, sevdiyimi itirdim ata. Bu qədər ağrıya, bu qədər acıya ürək dözər? Yox ata dözməz… Mənim də ürəyim dözmədi ata… Ürək tutmasından xəstəxanada yatası oldum. 7 (yeddi) saat açıq ürək əməliyyatından sonra həkimlərin səyi nəticəsində həyatda qaldım. Amma yarıcan… Ömürlük dava-dərmanla yaşamağa məhkum edildim… Yenə də ağrılarımla, acılarımla baş-başayam…

Sən yoxsan… Gerçəklikdən başqa bu fani dünyada hər bir şey demək ki, yalandır. Artıq səninlə addımlamağa başladığım bu həyat yolunu sənsiz addımlamaq məcburiyyətindəyəm. Yoxsan, artıq düşüncələrimi, hərəkətlərimi, etdiyim səhvlərimi sənə deyil kənarından dayanıb ancaq baxa biləcəyim məzarına danışıram…

Allah sənə rəhmət eləsin ata!
Səni, dərin hüznlə, böyük sevgi ilə anırıq!
Ruhun şad olsun!

Və sonda bütün dostlara səslənirəm. Valideynlərinizi qoruyun! Onlar əvəzolunmaz varlıqdırlar. Daha sonra çox gec olur…

Hörmətlə: Vüsal Ağa
Neftçala rayonu, Qaralı kəndi.
12-08-2023 – cü il.

Qəhrəmanov Mürşüd – Yusifcanlı – Ağdam.

Müsahibə 08 yanvar 1996-cı il Zaur Ustacın doğum günündə Yevlax rayon, Xanabad kəndində götürülüb. (Foto da orada çəkilib)

MƏLUMATI HAZIRLADI: TUNCAY ŞƏHRİLİ

ÇİNGİZ ABDULLAYEVİN YAZILARI

ZAHİD SARITORPAĞIN YAZILARI

AKİF ABBASOVUN YAZILARI

VAQİF POEZİYA GÜNLƏRİ 2023

Mustafa Müseyiboğlu adına kitabxana

VAQİF SULTANLININ YAZILARI

ZAUR  USTACIN  YAZILARI

> > > > MÜTLƏQ OXUYUN !!!

“YAZARLAR”  JURNALI PDF

YAZARLAR.AZ
===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

“YAZARLAR” JURNALININ AVQUST – 2023 N:08 (32) SAYI İŞIQ ÜZÜ GÖRÜB

“YAZARLAR” JURNALININ AVQUST – 2023 N:08 (32) SAYI İŞIQ ÜZÜ GÖRÜB PDF: yazarlar-32

MƏLUMATI HAZIRLADI: TUNCAY ŞƏHRİLİ

Şuşa haqqında: >>>> 525.az

RƏŞAD MƏCİDİN YAZILARI

VAQİF SULTANLININ YAZILARI

ZAUR  USTACIN  YAZILARI


Mustafa Müseyiboğlu adına kitabxana

> > > > MÜTLƏQ OXUYUNN !!!

“YAZARLAR”  JURNALI PDF


YAZARLAR.AZ

===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

ŞUŞALI ŞEİRLƏR. SÜLEYMAN ABDULLA.

ŞUŞALI ŞEİRLƏR

Susmağın bəzən zərəri də olur, dost,
susamışkən su kimi saf sözə…
Adamın ürəyi sıxılır məngənələrdə,
çarmıxa çəkilməkdir cəzaların ən yaxşısı
Oysa ki, bizi aşağılar paxıllıqdan,
yuxarılar həsəddən sıxır ovcunda.
Toparlanmaq olmur
dişli çarxların arasında əziləndə xırçhaxırç
Dişlərin dibində qalmaq daha dəhşət,-
çöplə qurdalayırlar həriscəsinə,
sümürürlər ilik içi kimi,
tüpürürlər hayqırıq qarışıq bir küncə.
Ət maşınında qiymə kimi
çəkilmə əzabı var adam ürəyinin,
sonrası nə olacaq, olacaq…
Eşidirəm cızıltısını oda düşən yağın,
görürəm tüstüsünü manqalın,
susuram fəlsəfəsini iştahanın…
Daha zərərdən keçib, dost, keçib!


Məndən
Şuşa həbsxanasındakı
sağdan 2-ci kameranın şəklini istəmişdi
erməni əsirliyində olmuş bir döyüşçü…
Öz torpağında
əsir olanlar yatmaz daş kimi qala divarlarında,
oyanmaz ağac kimi yamacların sinəsində…
Adı türmədirsə vətənin
ha düşməndə olsun, ha özündə…
Cücərməz kamera künclərinə qısılan ümidlər,
gün işığı sarıdan
korluq çəkər bomboz nəm divarlar.
İçindən ağrıyar Vətən həbsxanaları,
daş və yaş döşəmələrində
sürünən övladlarını sıxdıqca köksünün darlığına.
Buraxmadılar bizi həbsxananın həyətinə,
salamını çardıra bilmədim
boşluqdan bağrı çatlamış kameralara bir əsirin…
“Çıx, get də, qardaşım”-
bezib dedi israrla qarovul rəisi,- “çıx, get!”
Çıxılmaz vəziyyət idi,
çıxıb qala divarına getdim ürəyimin çəkildiyi yerə…
Sonra dostum göndərmişdi risk edərək
bir fraqment gizli çəkilişdən…
Deməli,
üzbəüzdəki imiş 2 nömrəli kamera…
İndi içi dağınıq,
çölü çatlaq,
adı xarabazar bir həbsxana karseri…


Mən də Şuşanın əsiri idim o gün,
Əllərim daş divarlarında gəzişirdi,
Ayaqlarım daş küçələrində
Gözlərimə köçürürdüm illərin ağrısını,
Uçurulmuş,
dağıdılmış heyrəti görəndə.
Mənim əvəzimə torpağı öp,-
demişdi döyüşçü dostum,-
mən qorxuram gəlməyə…
Qorxuram şəhid dostlarımın ruhu
hər küçədə,
hər tində tutub boğar məni deyə…
O gün dünyanın
Şuşa adlı bir şəhər olduğu gün idi,
Gözəlliyinin əsiri idim o gün bu şəhərin!

18.07.2023.
Müəllif: Süleyman ABDULLA

SÜLEYMAN ABDULLANIN YAZILARI

VAQİF POEZİYA GÜNLƏRİ 2023

Mustafa Müseyiboğlu adına kitabxana

VAQİF SULTANLININ YAZILARI

ZAUR  USTACIN  YAZILARI

> > > > MÜTLƏQ OXUYUN !!!

“YAZARLAR”  JURNALI PDF

YAZARLAR.AZ
===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

“İrəvan” FK daha bir yeniliyə imza atdı.

“İrəvan” FK daha bir yeniliyə imza atdı.

“İrəvan ” FK -nın futbol komandasından əlavə olaraq uşaq Futbol Akademiyasını da gücləndirir.Bu münasibətlə ASK Arenada klubun akademiyasına daha 5 idmançı – Azər Natiq oğlu Şirinov,
Dərya Mirzə oğlu Mirzəyev,
Anar Zaur oğlu Quliyev,
Əli Azər oğlu Hüseynov və
Nurlan Tahir oğlu Qurbanov
transfer olunub.Kluba yeni qəbul olunan idmançıları ictimaiyyətə təqdim edən “İrəvan “FK-nın prezidenti Zahid Niyazəliyev bildirib ki, avqust ayının sonunadək bir neçə tanınmış futbolçuların kluba transfer olunacağı da gözlənilir.
Xatırladaq ki, 2023/2024-cü illər mövsümündə I Divizion 10 komandanın iştirakı ilə keçiriləcək. Reqlamentə görə, I Divizionda 1-ci yeri tutan komanda növbəti mövsüm Premyer Liqaya vəsiqə qazanacaq.

Mübariz SÜLEYMANLI (Mübariz Ağaxan oğlu Süleymanlı)

“İrəvan” FK-nın mətbuat xidmətinin rəhbəri

MÜBARİZ SÜLEYMANLINLN YAZILARI

Mustafa Müseyiboğlu adına kitabxana

“YAZARLAR”  JURNALI PDF

YAZARLAR.AZ
===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

Zaur Ustac – Şuşa!

Göydən Yer üzünə ərmağan, payam,
Gündüzlər Günəşəm, gecələr Ayam,
Ən parlaq ulduzdan törəyən boyam,
Ozanlar yurdunun sirr övladıyam!
* * *
Ustacam, vətənim vətən içində,
Axıb duruluruq zaman köçündə,
Min bir anlamı var, adi “heç”in də,
Aqillər yurdunun pir övladıyam!


DAĞLAR
(Dağlara xitabən üçüncü şeiri)
Tarix səhnəsində yetişdi zaman,
Başlanmış bu çağın mübarək, dağlar!
Hələ nə zəfərlər gözləyir bizi,
Qutlanmış novrağın mübarək, dağlar!

* * *
Dövranın gərdişi döndü, dəyişdi,
Davadan doğulan ərlər yetişdi,
Didilmiş yaralar tutdu, bitişdi,
Üç rəngli duvağın mübarək, dağlar!

* * *
Nə vaxtdır yol-iriz bağlı qalmışdı,
Qoynunda yağılar məskən salmışdı,
Canımı sağalmaz bir dərd almışdı,
Sayalı qonağın mübarək, dağlar!

* * *
Xətai qırmadı könül bağını,
Nadir unutmadı hicran dağını,
İlhamın silahı əzdi yağını,
Dəmirdən yumruğun mübarək, dağlar!

* * *
Qurtuldu yağıdan zənburun, balın,
Bir başqa görünür yamacın, yalın,
Zirvəndən boylanır şanlı hilalın,
Müqəddəs sancağın mübarək, dağlar!

* * *
Haqqa nisbət tutub ulu Ələsgər,
Andırıb, tanıdıb, bilib pərisgar,
Hər səngər məbəddi, pirdi hər əsgər,
Şuşatək ocağın mübarək, dağlar!


* * *
Ay Ustac, min şükür arzuna yetdin,
“Dədə”n gedən yolu, sən də qət etdin,
Dolandın dünyanı yurdunda bitdin,
Doqquzu zər tuğun mübarək, dağlar!

Müəllif: Zaur USTAC,

“Yazarlar” jurnalının baş redaktoru,

şair-publisist.

MƏLUMATI HAZIRLADI: TUNCAY ŞƏHRİLİ

ÇİNGİZ ABDULLAYEVİN YAZILARI

ZAHİD SARITORPAĞIN YAZILARI

AKİF ABBASOVUN YAZILARI

VAQİF POEZİYA GÜNLƏRİ 2023

Mustafa Müseyiboğlu adına kitabxana

VAQİF SULTANLININ YAZILARI

ZAUR  USTACIN  YAZILARI

> > > > MÜTLƏQ OXUYUN !!!

“YAZARLAR”  JURNALI PDF

YAZARLAR.AZ
===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

“Sazın-sözün sorağında” adlı kitabın təqdimatı olub

“Sazın-sözün sorağında” adlı kitabın təqdimatı olub

8 avqust 2023-cü ildə “Dədə Ələsgər Ocağı” İctimai Birliyinin təşkilatçılığı ilə Davam Gənclər Hərəkatının ofisində Azərbaycan Jurnalistlər Birliyinin və Azərbaycan Aşıqlar Birliyinin üzvü, tədqiqatçı-jurnalist, vikipediyaçı Araz Yaquboğlunun “Elm və təhsil” nəşriyyatında çap olunmuş “Sazın-sözün sorağında” adlı 200 səhifədən ibarət kitabının təqdimatı olmuşdur.
Tədbiri “Dədə Ələsgər Ocağı” İB-nin sədri Xətai Ələsgərli açaraq, sözü aparıcılıq üçün şair Yusif Nəğməkara vermişdir. Təqdimat tədbirində “Davam” Gənclər Hərakatının İdarə Heyətinin sədri Nihad Allahyarlı, iş adamı Rəşid Süleymanov, şairlər Ramiz Qusarçaylı, Qılman İman, Arif Məmmədli, Tofiq Abdullayev, Yadigar Təvəkgül, tədqiqatçılardan Fəxrəddin Salim, Hacı Həsən Hüseyni, Musa Nəbioğlu, Adile Nezer, Lütfiyar Nəsibov, həkimlərdən İbadulla Ağayev, Nağdəli Zamanov, Abbas Bağırov, aşıqlardan Bəhmən, Nəbi, Təbriz, Ramin və başqaları iştirak etmişdir. Tədbir iştirakçıları çıxış edərək bildirmişlər ki, 1 avqustda 50 illik yubiley yaşını qeyd edən Araz Yaquboğlunun yeni nəşrdən çıxmış “Sazın-sözün sorağında” kitabı Azərbaycan aşıq sənətinin təbliğində, öyrənilməsində əhəmiyyətli rol oynayacaq və müəllifin hələ uzun illər bu yöndə olan yaradıcılığından, araşdırmalarından, xüsusən çap olunmayan aşıq və şairlər haqqında olan tədqiqat işlərindən söhbət açmışlar. Vüsal Sehranoğlu professor Ələddin Allahverdiyevin təbrik məktubunu tədbir iştirakçılarının nəzərinə çatdırmışdır.
Sonda Araz Yaquboğlu tədbir iştirakçılarına, eləcə də Xətai Ələsgərliyə və Nihad Allahyarlıya təşəkkür etmişdir.

Məlumat üçün bildirək ki, “Sazın-sözün sorağında” kitabının redaktoru şair, jurnalist Arif Məmmədli, ön sözün müəllifi isə Əməkdar mədəniyyət işçisi, Azərbaycan Aşıqlar Birliyinin katibi Musa Nəbioğludur.
Kitabda müəllifin ayrı-ayrı illərdə yazdığı elmi, publisistik və xatirə yazıları olmaqla 27 məqaləsi toplanmışdır. Bu məqalələr kitabda “Sazı yaşadanlar”, “Sözü uca tutanlar” və “Xatirələr işığında” başlıqlarında olmaqla üç bölmədə verilmişdir. Müəllifin elmi məqalələrində haqlarında heç bir araşdırma, tədqiqat aparılmamış aşıq və şairlərin həyat və yaradıcılığı tədqiq edilmiş, onlar haqqında olan səthi və yanlış məlumatlara əsaslı şəkildə, ciddi mənbələrlə aydınlıq gətirilmişdir. Araz Yaquboğlunun müxtəlif insanların həyatından bəhs edən publisistik və xatirə yazıları da olduqca oxunaqlı, mükəmməl, mövzu və məna baxımından geniş, dərin və zəngindir. Kitabda ümumilikdə 11 aşıq, 11 şair və 11 digər şəxslər haqqında ətraflı məlumat verilmişdir.
Qeyd edək ki, Araz Yaquboğlunun üç ay öncə “Daşkənddən Yeni Daşkəndə” adlı irihəcmli (480 səh.) kitabı da nəşr olunmuşdur. Həmin kitab müəllifin anadan olduğu kəndin yaranmasının və həminçinin kənd əhalisinin Göyçə mahalından deportasiyasının 70 illiyi haqqındadır. Tədbirdən fotolar:

Mənbə: Aqşin Hacızadə

MƏLUMATI HAZIRLADI: TUNCAY ŞƏHRİLİ

Mustafa Müseyiboğlu adına kitabxana

VAQİF SULTANLININ YAZILARI

ZAUR  USTACIN  YAZILARI

> > > > MÜTLƏQ OXUYUN !!!

“YAZARLAR”  JURNALI PDF

YAZARLAR.AZ
===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

AKİF ABBASOV. HANSINI KİMƏ?


HANSINI KİMƏ?
(hekayə)
Ramil sadəlövh idi, həm də bir söz deyəndə ona gec çatırdı. Bir dəfə şöbə müdiri Müslüm müəllim Ramili yanına çağırıb soruşdu:
-Nəşriyyatda Sərdarla, Bəhramı tanıyırsan?
Ramil cəld:
-Əlbəttə, Müslüm müəllim., – dedi.
Müslüm müəllim iki ədəd on manatlığı ona uzadıb:
-Al bu onluqları. Gedirsən nəşriyyata. Onluğun birini Sərdara, o birini də Bəhrəma verərsən. Bildin?
Ramil yenə cəld:
-Bəli, müəllim, – deyə cavab verdi.
Ramil yola düzəldi. Yolun yarısında ayaq saxladı. Əlində tutduğu onluqlara baxıb fikrə getdi və geri qayıtdı:
-Müslüm müəllim, üzr istəyirəm. Baş ağrısı olmasın. Bu onluqlardan hansını Sərdar müəllimə, hansını Bəhrəm müəllimə verim?
Müslüm müəllim təəccüblə ona baxdı.
Bakı şəhəri, 09 avqust 2023-cü il

Müəllif:   Akif ABBASOV 

pedaqogika elmləri doktoru, professor, Əməkdar müəllim.

AKİF ABBASOVUN YAZILARI

MAHİRƏ NAĞIQIZNIN YAZILARI


Mustafa Müseyiboğlu adına kitabxana

VAQİF SULTANLININ YAZILARI

ZAUR  USTACIN  YAZILARI

> > > > MÜTLƏQ OXUYUN !!!

“YAZARLAR”  JURNALI PDF

YAZARLAR.AZ
===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru