Rahilə: – YUXUMA GƏL…

YUXUMA GƏL
Məhəbbətin məndə qalıb,
Yaşadıram sinədəcə.
Əlim çatmır, yuxuma gəl,
Qonağım ol sən bu gecə.

Ürəyimdə saxlamışam,
Sənin üçün eşq odunu.
Gəl yaşadaq qəlbimizdə,
Sevgimizin saf adını.

Qönçə olum budağında,
Əzizləyib saxla, canım.
Ayrılığın yaxdı məni,
Əzabıma ağla, canım.

Zaman qısa, ömür payız,
Könül yaxın, ara uzaq,
Həsrət bizə olub qənim,
Kədər-boran, qəmi sazaq.

Rahiləyəm gəl görüşək,
Bir niskil var sözlərində,
Röyalarda xoşbəxt olaq,
Həsrət bitsin gözlərində.

MƏLUMATI HAZIRLADI: TUNCAY ŞƏHRİLİ

ÇİNGİZ ABDULLAYEVİN YAZILARI

ZAHİD SARITORPAĞfIN YAZILARI

AKİF ABBASOVUN YAZILARI



Mustafa Müseyiboğlu adına kitabxana

VAQİF SULTANLININ YAZILARI

ZAUR  USTACIN  YAZILARI

> > > > MÜTLƏQ OXUYUN !!!

“YAZARLAR”  JURNALI PDF

YAZARLAR.AZ
===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

One thought on “Rahilə: – YUXUMA GƏL…”

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir