AZAD EDİLMİŞYURD YERİNDƏ DÜŞÜNCƏLƏR

AZAD EDİLMİŞ
YURD YERİNDƏ DÜŞÜNCƏLƏR

İndi bütün dünyanın gözü bizə dikilib,
İndi bütün adamlar bir can, bir bədən olub.
Xaraba həyətlərin hasarları sökülüb,
Sənin, mənim olan yer birləşib Vətən olub!

Nələrə qadir deyil yurd eşqi, el əməyi?
Üzümüz sabahadır, sanmayın yol azalıb…
Dağıdılıb körpülər, ancaq qəm eləməyin,
Bu qıjıtılı çaylar çox körpü yola salıb…

Bərgüşad Həkəriyə qoşulub axır, axır,
Biz millət savaşından geri dönmərik əsla!
Murdar ayaqlar dəyən bu müqəddəs torpağı
Gərək salavat çəkib təmizləyək Arazla!

Gözəl bir məkan varmı bu yurddan, bu ölkədən?
Bu torpaq möcüzədir, daş da səpsən, bitəndir.
Torpağı yağılardan, gözümüzü kölgədən
Qurtaran oğulların əmanəti Vətəndir.

Dəyişəcək nəsillər, aylar illər ötəcək,
Heç vaxt sönməyəcəkdir bizim qaynar ocaqlar.
Kökümüzdən boy alan övlad, nəvə, nəticə
Bu müqəddəs torpağın sahibi olacaqlar…

Yurddan ayrı düşəni həsrət alovu qarsar,
Yalnız haqqa güvənən murada çata bilər…
Ürəyimiz həmişə eyni ahənglə vursa,
Bu torpağa bağlansaq, bizə kim bata bilər?!

İndi bütün dünyanın gözü bizə dikilib,
İndi bütün adamlar bir can, bir bədən olub.
Xaraba həyətlərin hasarları sökülüb,
Sənin, mənim olan yer birləşib Vətən olub!
16.11.2020
Müəllif: Rafiq Yusifoglu

“Yazarlar” jurnalı

“YAZARLAR” – SİFARİŞ ET

Mustafa Müseyiboğlu adına kitabxana

ZAUR  USTACIN  YAZILARI

> > > > MÜTLƏQ OXUYUN !!!

“YAZARLAR”  JURNALI PDF

YAZARLAR.AZ
===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir