Ziya Bünyadov – 100

ZİYA BÜNYADOV – 100
Şəhidin qanı ilə alimin mürəkkəbi eynidir deyərkən Vətən uğrunda qan tökən, alimlik kimi çətin bir peşə sahibi,Azərbaycanın qəhrəman oğlu Ziya Musa oğlu Bünyadovun bu il 24 dekabr anadan olmasının 100-cü il dönümüdür.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Akademik Ziya Bünyadovun 100 illik yubileyinin qeyd edilməsi haqqında Sərəncam imzalayıb.

Onun barəsində deyilən igid, ölməz, qəhrəman kimi xüsusiyyətləri əks etdirən sözlərin paralelində tarixçi-alim, akademik, yüksək intellekt sahibi, dəyərli ziyalı və gözəl insan ifadələri işlədilir.

Sovet İttifaqı Qəhrəmanı, Akademik və bir çox titullar sahibi olan Ziya Bünyadov Azərbaycan xalqının yaddaşında, qəlbindədir.

Onun şücaəti barədə materiallar ikinci dünya müharibəsnin tarixi salnamələrində,təkcə Azərbaycanın deyil, həm də – keçmiş SSRİ-nin elm aləmində layiqli yerini tutmuşdur.Amma yəqin ki, az adam bilir ki, Stalinin qərarına əsasən azad edilmiş torpaqların,kənd və şəhərlərin komendantı həmin döyüşün komandanı olmalı idi və o, iki ay ərzində Berlin şəhərinin dinc əhalisinin yerləşdirilməsi və normal həyata qayıdışını təmin edən komendant kimi çalışmışdı.

Ziya işıq,şüa,nur deməkdir! “Ermənilərin 5 akademikinə tək cavab verərəm” deyən vətənpərvər insan və böyük alim Ziya Bünyadov da Azərbaycan xalqının üzərinə nur saçan Azərbaycan oğludur!

Исполняется 100 лет со дня рождения великого сына азербайджанского народа, Зии Буниятова

Про его славный жизненный путь можно говорить очень много. Но сегодня, в день его рождения, мы приведем лишь один факт , который говорит о том, каким он был человеком!

«Во время боёв за Берлин Буниятов спасал мирных жителей, прятавшихся в метро, когда его туннели были затоплены отступавшими нацистами»

Allah rəhmət eləsin! Amin.

“Yazarlar” jurnalı

“YAZARLAR” – SİFARİŞ ET

Mustafa Müseyiboğlu adına kitabxana

ZAUR  USTACIN  YAZILARI

> > > > MÜTLƏQ OXUYUN !!!

“YAZARLAR”  JURNALI PDF

YAZARLAR.AZ
===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir