Professor Mahirə xanım Nağıqızının kitabları və mahnı diskləri Kıprısda Atatürk muzeyinə və ASKEF başqanı Savaş Ünal bəyə hədiyyə edildi.

Kıbrısda keçirilən konfransda tanınmış nəğməkar şairimiz, Azərbaycan Dövlət Pedaqoji Universitetinin Beynəlxalq Əlaqələr üzrə Prorektoru , Elmlər Doktoru Professor MAHİRƏ xanım NAĞIQIZI Hüseynovanın nəğmə dolu diskləri və “Salam olsun” “Lövbər adam”adlı kitabları, ADPU -nin əməkdaşı filalogiya fakultəsinin dekan müavini, dosent Pəri Paşayevanın da “İbtidai siniflərdə fonetika tədrisinin elmi metodik əsasları” dərslik kitabları Dostluq və qardaşlıq Kuzey Kıbrıs Türk Cumhuriyətinin Azərbaycan günündə ASKEF (avrasiya sanat kültür edebiyyat federesyonu) başkanı hörmətli Savaş Ünal bəyə eynilə ADPU -nin filologiya fakultəsinin dekan müavini, dosent Pəri xanım Paşayeva və ADPU-nun filologiya fakültəsinin Azərbaycan dili və onun tədrisi texnalogiyasının müdürü, dosent Sevda xanım Abbasova tərəfindən təqdim edildi.

Bildiyimiz kimi, 10-13 noyabr 2023-cü il tarixlərində Quzey Kıbrısda Avrasiya Sanat Kültür Edebiyyat və Bilim Dərnəkləri Federsyonunun Kıbrıs-Azərbaycan Dostluq Cəmiyyəti və Uluslararası Rəssamlar Birliyi ilə birgə təşkil etdiyi uluslararası ortaq sənət mərasimi keçirildi. Mərasimin əsas təşkilatçısı Kuzey Kıbrıs Türk Cumhuriyəti (KKTC) həmişə ortaq sənət peşəkarlığı və bu missiyanın doğurduğu qardaşlıq prinsiplərinə xüsusi diqqət ayırıb, elə bu mərasimdə də diqqətləri çəkən əsas proses məhz bu idi.

Məlumat üçün deyim ki, uluslararası münasibətləri daim birinci hədəf hesab edən Kuzey Kıbrıs Türk Cumhuriyəti ekonomik zəminləri, qaynar dostluğu, idman fəaliyyətini geniş tərkibdə əsaslandıran və bu amilin bütün ortaq məsafələrdə dövlətçiliyə xidmət etdiyini büruzə verən dostluq cəmiyyətidir. İştirakçısı olduğumuz möhtəşəm tədbirdə də bir daha bunu canlı şahidi olduq. Tədbirin belə misilsiz keçməsi üçün ilk olaraq Kuzey Kıbrıs Türk Cumhuriyətinin cumhurbaşkanı sayın Ersin Tatar bəyə, Kuzey Kıbrıs Türk Cumhuriyətinin başbakanı sayın Ünal Üstel bəyə, Kuzey Kıbrıs Türk Cumhuriyətinin Ulaştırma bakanı sayın Erhan Arıklı bəyə, Kuzey Kıbrıs Türk Cumhuriyətinin kültür dairəsi müdiri sayın Şirin Zaimağaoğlu xanıma, Kıbrıs-Azərbaycan Dostluq Cəmiyyətinin başkanı sayın Orhan Hasanoğlu bəyə, Kuzey Kıbrıs Türk Cumhuriyətinin işgüzar personalına, rəssam-dr. Gülsün Karadayı xanıma, ASKEF-in Azərbaycan başkanı Sona xanım İsmayılovaya minnətdarlığımızı bildiririk.

Xüsusi təşəkkürümüzü isə Savaş
Ünal bəyədir, çünki onun təşkilatçı olduğu bütün tədbirlər sözün əsl mənasında möhtəşəm keçir. Elə adıçəkilən tədbirdə də sayın Savaş Ünal bəyin Azərbaycan sevgisi gözümüzdən yayınmadı. Tədbir boyu Azərbaycanın Zəfəri, Bayraq ucalığı, Atatürk şəxsiyyəti böyük alqışlarla qarşılandı və bu, bizdə qürur hissi doğurdu.

Tədbirə Azərbaycandan qatılan ziyalılar da xüsusi rəng qatdılar. Onların möhtəşəm iştirakçı siması Türkiyə-Azərbaycan qardaşlığının təntənəsi kimi yadda qaldı. Məsələn, Azərbaycanın tanınmış ziyalı xanımı, görkəmli sima Mahirə Nağıqızının kitablarının, sözlərinə bəstələnmiş mahnılardan ibarət disklərin və kitabların ASKEF təşkilatçıları Savaş Ünala təqdim olunması xüsusi minnətdarlıq hissi yaratdı, əsas etibarilə tədbirə əlavə ovqar verdi. Mahirə Nağıqızının ünvanına deyilən xoş sözlər həm tədbir iştirakçılarının, həm də Azərbaycandan tədbirə qatılan ziyalıların gurultulu alqışları ilə qarşılandı. Və Bir azərbaycanlı kimi bir daha fəxr etdim ki, mən ümummilli lider Heydər Əliyevin qurduğu Müstəqil Azərbaycanın vətəndaşıyam!

Tədbirdə rəssamların əl işləri, ölkələrin mədəniyyət inciləri nümayiş olundu və sonda iştirakşılara kitablar hədiyyə edildi.
Bir sözlə, Kuzey Kıbrıs Türk Cumhuriyətinin həyata keçirdiyi tədbirlərin hamısında əsasən Türkiyə-Azərbaycan qardaşlığı və dostluğu əsas proritet olub və bu tədbirdə də məhz bu məqam diqqət mərkəzində idi…

Sona Abbasəliqızı
Prezident mükafatçısı
AYB-nin ve AJB-nin
üzvü ,yazıçı.


Mustafa Müseyiboğlu adına kitabxana

VAQİF SULTANLININ YAZILARI

ZAUR  USTACIN  YAZILARI

> > > > MÜTLƏQ OXUYUN !!!

“YAZARLAR”  JURNALI PDF

YAZARLAR.AZ
===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir