
DƏRƏLƏR NƏĞMƏ DEYƏR
Ocaq,yurdum deməkdir,
Ocağımız sönməsin..!
Bayrağım uca olsun,
Heç vaxt yerə enməsin..!
Torpaq Vətən olunca,
Qan ilə suvarılar…
Vətənimdə çiçəkdən ,
Bal hazırlar arılar !
Qar zirvəyə yağanda,
Dağ dərələr oyanar…
Düşmənə sipər kimi,
Sal qayalar dayanar…
Çaylar aşıb-daşanda ,
Dərələr nəğmə deyər..
Nazənin qız görəndə,
İgidlər özün öyər .!
İncə belli xanımlar,
Bulaq üstə yar gəzər!
Gözaltısın görsələr,
Qızlar təkbə-tək süzər!
Sinəsinin düyməsin,
Kəklik kimi, xoş səsin …
Mübarizəm nəfəsin,
Qarış,qarış yol gələr !
Müəllif: Mübariz Ağaxan oğlu Süleymanlı
“YAZARLAR” – SİFARİŞ ET
Mustafa Müseyiboğlu adına kitabxana
YAZARLAR.AZ
===============================================
<<<< WWW.YAZARLAR.AZ və WWW.USTAC.AZ >>>>
Əlaqə: Tel: (+994) 70-390-39-93 E-mail: zauryazar@mail.ru