German Ağdamlı – Görürəm


Görürəm

Bir vaxt kişilikdən danışanları
İndi ehtiyacdan sınan görürəm.
“Murov”da soyuqdan domuşanları
Aranda istidən yanan görürəm.

Zaman ötüb keçir, dəyişir dövran,
Hamı bir-birində axtarır nöqsan,
Qəlblərin hakimi olubdur şeytan,
Hər sözdə iftira, hədyan görürəm.

Allah boş buraxdı dünyanın ipin,
Daha düzəltməyi olubdur çətin,
İtibdir axırı bəşəriyyətin,
İblisdən dərs alır insan, görürəm.

Allah, qurban olum, gəl sahmana sal,
Ya dağıt biryolluq, canımızı al,
Qurtarsın qovğalar, dəhşət, qeylüqal,
Onsuz da məhv olur cahan, görürəm.

Müəllif: German ADĞAMLI

GERMAN ADĞAMLININ YAZILARI

TƏRƏFDAŞLAR

525.az    hafta.az   kultur.az  butov.az

tezadlar.az    senet.az  kitabxana.net

adalet.az    goyce.az    radio-kardeche

azpress.az      yazar.in     mustaqil.az

Mustafa Müseyiboğlu adına kitabxana

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir