
Görəsən mən sənsiz yaşayım necə?…
Ayrıldıq vidasız, ayrıldıq qəfil,
Deyirdim yaşaya bilmərəm sənsiz.
Dərd verən Allahım səbr də verir,
Amma, bircə günüm keçmir kədərsiz.
Desəm ki alışdım yoxluğuna mən,
Hərkəs inansa da, tək sən inanma.
Geridə qaldı o bəxtəvər günlər,
İndi qara bulud çöküb dünyama .
Yandırdı canımı belə gedişin,
Göynətdi yaramı bu zalım həsrət.
Elə bir yerdəsən, elə uzaqsan
Sənsiz hər yer mənə qürbətdir, qürbət .
Nəfəs alırdım mən sənin yanında ,
İndi boğuluram sənsiz hər gecə
Özüm özümə hey sual verirəm,
Görəsən mən sənsiz yaşayım necə?…
Müəllif: Səadət QƏRİB
Mustafa Müseyiboğlu adına kitabxana
YAZARLAR.AZ
===============================================
<<<< WWW.YAZARLAR.AZ və WWW.USTAC.AZ >>>>
Əlaqə: Tel: (+994) 70-390-39-93 E-mail: zauryazar@mail.ru