ŞƏRƏFLİ ÖMÜRDƏN QISA SƏTİRLƏR

ŞƏRƏFLİ ÖMÜRDƏN QISA SƏTİRLƏR

Bu gün həmyerlimiz, hüquq elmləri doktoru, professor İbrahim Quliyevin doğum günü, 72 yaşının tamamıdır.
İbrahim Quliyev Lənkəran şəhərindəki 4 saylı beynəlmiləl orta məktəbində bir il oxuduqdan sonra təhsilini Liman şəhərindəki 1 saylı beynəlmiləl orta məktəbində davam etdirib.
O, Moskvada SSRİ DİN-in Ali Məktəbini bitirdikdən sonra Rusiyanın Kirov vilayətində uzun illər milis rəisi işləmişdir.
Sovet milisinin 60 illik yubiley tədbirindəki rus dilində səlis, məzmlu çıxışı Azərbaycanın DİN naziri Arif Heydərovun da diqqətini cəlb edir. Fasilə zamanı İttifaqlar Evinin sütunlu salonunda İbrahim Quliyevlə görüşür, onu Azərbaycana dəvət etmək istədiyini bildirir.
SSRİ Daxili işlər naziriliyində İbrahim Quliyevin Rusiyada gərəkli kadr olduğunu bildirsələr də, Arif Heydərov həmyerlimizin Azərbaycana qayıtmasına nail olur.
İbrahim Quliyev bir qədər sonra Azərbaycana qayıdıb DİN-də fəaliyyətə başlayır.
Gəncə hadisərinin qızğın dövründə SƏDM-in müavini təyin olunur.
Qısa müddətdən sonra isə milis rəisi təyin olunur. Gəncədəki 11 illik fəaliyyət dövründə necə işləyibsə, bu gün də nə gəncəlilər İbrahim müəllimi unudur, nə də İbrahim müəllim gəncəliləri.
Sonrakı fəaliyyəti Quba, Yevlax, Yardlmlı rayonları ilə bağlıdır. Astara rayon polis şöbəsinin rəisi təyin olunanda Talış-Muğan Respublikası yaratmaq istəyən separatçıların meydan sulayan vaxtları idi. Fövqaləda vəziyyətlə əlaqədar hərbi komendant təyin olunanda hücumlara da məruz qalır. 7 gün həbs olunsa da, əqidəsindən dönmür. Yenə işinə qayıdır Azərbaycan dövlətçiliyinə sədaqətlə xidmət edir. Separatçılar tam zərərləşdiriləndən sonra Heydər Əliyev cənabları İbrahim Quliyevi və bir qrup lənkəranlını qəbul edir. İbrahim Quliyevin fəaliyyətini xüsusi dəyərləndirir və onu Astara rayon İcra Hakimiyyətinin başçısı təyin edir. İbrahim Quliyev Astaradakı 10 ilə fəaliyyətilə necə rəğbət qazanıbsa, bu gün də astaralıların ən doğma, ən sevilən insanlarındandır. Həmin illərdə Azərbaycanın ürəyi sanki Astarada döyünürdü. Yubileylər, digər unudulmaz tədbirlər bu gün də iştirakçıların xatirindədir.
İbrahim Quliyev Astaraya gələnədək böyük məktəb keçmişdi, böyük təcrübəyə malikdi. Moskvada İdarəçilik akademiyasının 1-ci fakültəsini Fərqlənmə diplomuyla bitirmişdi. Məlumdur ki. Azərbaycandan həmin fakültəni bitirən kadrlar barmaqla sayılası qədərdir.
İbrahim Quliyev öz ərizəsilə Astara rayon İcra Hakimiyyəti başçılından azad olunduqdan sonra Moskvada doktorantura təhsilini davam etdirir. Elmi işini müdafiə edib hüquq elmləri doktoru olur. Bir alim olaraq akademik Arif Paşayevin rəhbərlik etdiyi akademiyada fəaliyyətə başlayir. Hüquq kafedrasının müdiri, Elmi Şuranın sədri seçilir. Professor İbrahim Quliyev 56 elmlər namizədinin, 5 elmlər doktorunun rəhbərj olub.
İbrahim Quliyev ötən ildən öz ərizəsilə işdən azad olunub, hazırda təqaüddədir. Lakin elmi yaradıcılığını davam etdirir, respublikanın qaynar həyatında iştirak edir. Respublika Veteranlar Təşkilatı sədrinin müşaviri, Ağsaqqallar Şurasının məclis üzvüdür.


Ömrünün müdrik çağını yaşayan İbrahim Quliyevə sağlam canla uzun ömür, yaradıcılıq uğurları arzulayıram.

Sevda Əlibəyli

“Söz” jurnalının baş
redaktoru.

YAZARLAR.AZ NOYABR – SEÇMƏLƏR
“Yazarlar” jurnalı

“YAZARLAR” – SİFARİŞ ET

Mustafa Müseyiboğlu adına kitabxana

ZAUR  USTACIN  YAZILARI

“ƏDƏBİ OVQAT” JURNALI PDF

“YAZARLAR”  JURNALI PDF

“XƏZAN” JURNALI PDF

YAZARLAR.AZ
===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

One thought on “ŞƏRƏFLİ ÖMÜRDƏN QISA SƏTİRLƏR”

  1. Əla!çox yaxşı məgalədir gabagcıl ziyalılarımızı xalqımıza tanımalıyıq.. onlarla fəxr etmək üçün , başqalarına onları tanıtmaq üçün də çox dəyərliyazıdır!!!.Məqalənin müəllifi SEVDA ƏLİBƏYLİNİ təbrik edir ona can sağlığı arzulayıram və sağlam həyat və yeni uğurlar arzulayıram!!!

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir