
HARA GEDİRSƏN
Məndən uzaqlarda batan günəşim,
Şəfəqi zamanım, hara gedirsən?!
Ömrünü ömrümə qatan günəşim,
Ümidim, gümanım, hara gedirsən?!
Həsrəti vədəsiz bitən zəmiyəm,
Qəlbinin oxunan dərdi, qəmiyəm,
Sahil arzusuyla üzən gəmiyəm,
Dənizim, limanım, hara gedirsən?!
Könlümü əlimdən alan qoçağım,
Sevginlə doludu qoynum, qucağım.
Səcdəm, qibləgahım, pirim, ocağım,
A dinim, imanım, hara gedirsən?!…
Müəllif: Qəzənfər MƏSİMOĞLU
QƏZƏNFƏR MƏSİMOĞLUNUN YAZILARI
Mustafa Müseyiboğlu adına kitabxana
===============================================
<<<< WWW.YAZARLAR.AZ və WWW.USTAC.AZ >>>>
Əlaqə: Tel: (+994) 70-390-39-93 E-mail: zauryazar@mail.ru