Qəzənfər Məsimoğlu – Dənizə

D Ə N İ Z Ə

Ləpələnən sevdası var,
Həm toyu var, həm yası var.
Şahə qalxan dalğası var,
Ölürəm onnan ötəri.

Adasını sev, gülümdü,
Qadasını sev, gülümdü.
Qağayısı sevgilimdi,
Ölürəm onnan ötəri.

Üzü gövhər, dibi ləldi,
Məndən, səndən o əzəldi.
Mavi gözlü bir gözəldi,
Ölürəm onnan ötəri.

Gah suyuyam, gah liliyəm,
Dəlisiyəm, cahiliyəm.
Can atdığı sahiliyəm,
Ölürəm onnan ötəri.

Nə ulduzum, nə ayım var,
Nə qovuşan bir çayım var.
Həsrətindən bol payım var,
Ölürəm onnan ötəri.

Nə o adam, nə mən suyam,
Bu sirr eşqi biləm, duyam.
Qəzənfərəm, Məcnunuyam,
Ölürəm onnan ötəri.

Müəllif: Qəzənfər MƏSİMOĞLU

QƏZƏNFƏR MƏSİMOĞLUNUN YAZILARI

Mustafa Müseyiboğlu adına kitabxana

“ƏDƏBİ OVQAT” JURNALI PDF

“YAZARLAR”  JURNALI PDF

“ULDUZ” JURNALI PDF

“XƏZAN”JURNALI PDF

WWW.KİTABEVİM.AZ

YAZARLAR.AZ

===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir