
Hər kəsdən xahiş edirəm, bir müəllim, bir alim və bir insan olaraq. Şəkillləri silin
Vikipediya məsələsində səhifələri silən gənclər hazırda yenidən onları bərpa etməyə başlayıblar. Səhv ediblər, düzgün etməyiblər. Bu bəllidir, amma onlar təsirə düşüblər və bu təsirə düşməkdə günah da ölkəmizdə istedadlı gəncləri görməzdən gəlinməsidir.
Bu gənclərin fotoları paylaşılır və həddən çox ağır söyüşlər və təhdidlər edilir. Bu zorakılıq sayılır və Allah uzaq eləsin o gənclərə bir daş belə dəysə bunun günahlarından biri də sizlər ola bilərsiniz.
Səhvlər olur, amma bu onları linç etmək üçün əsas vermir. Xahiş edirəm kütləvi psixioza səbəb olmadan şəkilləri silin. Tənqid edin, sözünüzü deyin amma təhdid yolverilməzdir və şəkilləri paylanması zorakılıq sayılır. Bu gənclərin etdikləri bağışlanmazdır, amma bu formada onlardan qisas alınması da olmaz.
Xahiş edirəm, gəlin birlikdə odun üstünə su tökək və inanıram ki, bu gənclər bir daha belə iş görməyəcəklər. Ediblər, səhvdir və ağır günah qazanıblar. Elə bu günah onların cəzası olacaq. Biz insanlar isə mütləq şəkildə hansı formada olur olsun Zorakılıqdan uzaq durmalıyıq….
Biz böyük xalqıq, bir birimizi qorumaq lazımdır..