
“Yaradıcılığımda və ədəbi nailiyyətlərimdə sevgi payı olan,Pr.Doc.,sevimli şair,əziz dostum Elçin İsgəndərzadənin yubiley yaşının şərəfinə!” – Əlirza HƏSRƏT
QAZANCIN ELMDİR,SƏRVƏTİN ŞEİR
Qazancın elmdir, sərvətin şeir,
O halal süfrəndən hamı söz yeyir.
Arxanca su atan gözəllər deyir,
Elçin, gözün aydın! Yaş 60-dır!
Qalxıb Xarıbülbül yamaca, döşə,
Boynunu bükməyir daha bənövşə.
Durub xatirələr üzü keçmişə,
Bahar göz eləyir, qış 60-dır.
Qala düzəltmisən zirvə qarından,
Bizə də pay düşər dağ vüqarından.
Mələklər səsləyir köç qatarından,-
Çatmışıq ay şair! Düş, 60-dır!..
Hörmətlə: Əlirza Həsrət
Mustafa Müseyiboğlu adına kitabxana
YAZARLAR.AZ
===============================================
<<<< WWW.YAZARLAR.AZ və WWW.USTAC.AZ >>>>
Əlaqə: Tel: (+994) 70-390-39-93 E-mail: zauryazar@mail.ru