Rəfail Tağızadə – ŞƏHİDİM

ŞƏHİDİM

Sənin o üzündə İlahi bir nur,
Sənin o üzündə xoş bir təbəssüm.
Demək, sən Allahın seçilmişisən,
Demək, sən Allahın sevimlisisən.
Bu millətin ən əzizi, Şəhidim!
Bu millətin ən dirisi, Şəhidim!

Səndən başqa o zirvəyə kim qalxar?
Səndən başqa o zirvəni kim alar?
Ucalığa qalxa-qalxa ucalar.
Bu millətin ən əzizi, Şəhidim!
Bu millətin ən dirisi, Şəhidim!

Sevgilərin sevimlisi Vətəndi.
Ona qurban, axan qandı, bədəndi.
Şəhid sonda arzusuna yetəndi.
Bu millətin ən əzizi, Şəhidim!
Bu millətin ən dirisi, Şəhidim!

Sən övladsan, sən igidsən, sən ərsən.
Düşmənlərə qan udduran ərənsən.
Sən özün də bizim üçün Vətənsən.
Bu millətin ən əzizi, Şəhidim!
Bu millətin ən dirisi, Şəhidim!

Sənin yolun zirvələrə gedən yol,
Sənin yolun o müqəddəs, Vətən, yol,
Sənin yolun Bayraqlarla bitən yol.
Bu millətin ən əzizi, Şəhidim!
Bu millətin ən dirisi, Şəhidim!
12.12.2020.

Müəllif: RƏFAİL TAĞIZADƏ 

RƏFAİL TAĞIZADƏNİN YAZILARI

“SÖZÜN AĞ RƏNGİ” LAYİHƏSİ

ŞAHMAR ƏKBƏRZADƏNİN YAZILARI

Mustafa Müseyiboğlu adına kitabxana

“ƏDƏBİ OVQAT” JURNALI PDF

“YAZARLAR”  JURNALI PDF

“ULDUZ” JURNALI PDF

“XƏZAN”JURNALI PDF

WWW.KİTABEVİM.AZ

YAZARLAR.AZ

===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir