
HƏQİQƏT
- Həqiqət yolunda canından keçməyə hazır olan ateist, yalana qulluq edən dindardan Allaha daha yaxındır.
- Həqiqət haqda danışmaq hələ heç də mövcud həqiqət deyildir. Əsl həqiqət həqiqətin mövcudluğunu sübut etməkdir.
- Həqiqətin dili həmişə lal olur. Amma onu hamı anlayır.
- Həqiqət həmişə acı olur. Adamlarsa daha çox şirin şeyləri xoşlayırlar.
- Həqiqət elə bir “bəla” ki, ona tapınanlar bu yolda həyatlarından belə keçməyə hazır olurlar.
- Həqiqəti sənə çох zаmаn düşmənin dеyir.
- Həqiqətlə doğru arasında, belə demək mümkünsə, ürəklə ağıl arasındakı qədər uzun bir məsafə var.
- Həqiqət xiyabanına gedən yol, bəzən yalan cəngəlliklərindən keçir.
- Həqiqətə gedən yol bütün ömürdən keçir. Ona yetişmək üçün uzağa getməyə ehtiyac yoxdur, təkcə dönüb öz daxilinə baxmaq kifayətdir.
- Həqiqətən sаğ оlduğu bаrədə ondan arayış tələb еtdilər.
- Həqiqət yalanın qucağına sığınmışdı.
- Həqiqəti dediyinə görə dönə-dönə üzr istədi.
P.S. “Buz üstə yazılmış sətirlər” kitabından
Mənbə: Firuz Mustafa
Müəllif: Firuz MUSTAFA
Mustafa Müseyiboğlu adına kitabxana
===============================================
<<<< WWW.YAZARLAR.AZ və WWW.USTAC.AZ >>>>
Əlaqə: Tel: (+994) 70-390-39-93 E-mail: zauryazar@mail.ru