Nigora NURBOBOYEVA

Düşünmədən Tikan Üstünə Basdım

Taksi ilə harasa tələsirdim.
Arxadakı oturacaqda əyləşən körpəli bir qıza gözüm sataşdı. Gənc idi, sanki hələ on yeddini belə görməmişdi, amma əlində dörd-beş aylıq körpəsi vardı. Maraqlanıb, özümü saxlaya bilməyib soruşdum:
– Bacı, uşaq sənindirmi?
İstəməyərək də olsa, yavaşca cavab verdi:
– Hə, mənimkidir.
Hələ on yeddi yaşına çatmamış belə bir vəziyyətə düşməsinin səbəbini başa düşməyə çalışdım. Üzündə yorğunluq, gözlərində kədər və ümidsizlik vardı. Geyimi də incə və narahat idi, bir az baxımsız görünürdü. Əslində, hələ uşaq deyə biləcəyimiz bu qız, uşaq həsrətini yaşamadan övlad sahibi olmuşdu və bəlkə də özünü belə hələ dərk etmədən, uşağına baxmağa çalışırdı. Onun aciz görünüşü məni təsirləndirdi. O danışmaq istəməsə də, suallarımı davam etdirdim.
– Niyə öz taleyinizdən narazı görünürsünüz, niyə bu qədər yorğun və acizsiniz?
– Hə, bacı, hər şeyin bir yeri və vaxtı olurmuş. Mən həyatda çox düşünmədən tələsdim. Kollecdə də oxumadım. Ailəmin mənim ağ libasda, gəlin kimi çıxmağımı istəyi gerçəkləşmədi. Anam və atam məni oxudub, həyatda kamil bir şəxs olaraq yetişdirmək istəyirdilər. Məni sevdiyim oğlana vermədilər, hələ uşaqsan, deyirdilər. Mən isə onların sözlərini qulaq ardına vurub sevdiyim oğlanla qaçdım. Ailəmi, dostlarımı bir anın içində itirdim.

Qısa müddət onun dost-tanışlarında qaldıq. Ancaq bir az keçəndən sonra dostları da bizi evdən çıxartdı. Hələ heç bir işdə çalışmağını belə görmədiyim insana həyatımı əmanət etməklə səhv etdiyimi başa düşdüm. Ərim nə ailəsinin dəstəyi, nə də mənim arzuladığım rahatlığı təmin etməyə qadir deyildi. Onun valideynləri də bizi qəbul etmədi.

İndi xaraba bir yerdə kirayədə yaşayırıq. Bir ildən sonra uşağımız oldu. Həm özüm üçün yaratdığım çətinliklər, həm də körpəmə lazımınca baxa bilməməyim məni ruhdan salır. Körpəmi xəstəxanaya aparmağa tələsirəm; gecə boyu ağlayıb, bir an olsun yatmadı. Ən acısı odur ki, seçdiyim insanla duyğularım əvvəlki kimi deyil. Bəlkə sevgi, əslində, mövcud olmayan bir şeydir.

Bu yorğunluğumun səbəbini indi anlamağa başlayıram. Ona dəstək vermək üçün dedim ki:

– Ata-ananızdan üzr istəyin, onlar sizin həqiqi dostlarınız, ən yaxın dayağınızdır. Sizi yenidən ayağa qaldıra bilərlər.

Maşının pəncərəsindən küçəyə baxarkən dərin düşüncələrə dalmışdım. İnsan həyatı boyunca uşaq sevinclərini, gənclik şövqünü, sevgi duyğularını, valideyn olmağın xoşbəxtliyini, övlad fərəhini və qocalıq rahatlığını yaşayır. Bir mərhələni digərindən önə keçirmək olmaz. Əks halda, insan öz yolundan azaraq, həyatında addımlarını səhv atar. Uşaq qəlbinin hələ dinc yaşamadığı bir vaxtda böyük həyata atılmaq asan deyil. Həyata tam hazır olmadan analıq sevincini yaşamaq da ağır bir sınaqdır. Övlad tərbiyəsi bir oyuncaq deyil, əksinə Vətən qarşısında ən şərəfli borcdur. Bu vəzifəni böyüklərin köməyi və məsləhəti olmadan yerinə yetirmək mümkün deyil. Axan su necə geriyə qayıtmırsa, uşaqlıq da heç vaxt geri dönməz. Ata-ananın qanadları altında dinc yaşamaq isə müvəqqətidir.

Əziz gənclər, sizə müvəqqəti olaraq verilmiş bu saf, qayğısız dövrü təhsilə həsr edin. Çünki gənclikdə alınan bilik ömrünüz boyunca yolunuzu işıqlandıracaqdır.

Nigora NURBOBOYEVA

Tərcümə: Cihangir NOMOZOV,
“YAZARLAR” jurnalının redaksiya heyətinin üzvü, Özbəkistan üzrə təmsilçisi.

NİGORA NURBOBOYEVANIN YAZILARI

Mastura Abduraim kıznın yazıları

Baqi Mirzanın yazıları


XASİYYƏT RÜSTƏİN YAZILARI

XASİYYƏT RÜSTƏMOVANIN YAZILARI

XOSİYAT RUSTAMOVANIN YAZILARI

TORA SÜLEYMANIN YAZILARI

CİHANGİR NOMOZOVUN YAZILARI

HÜSNÜİDDİN HAYITIN YAZILARI

>>>> ƏN ÇOX OXUNAN HEKAYƏ <<<<

Mustafa Müseyiboğlu adına kitabxana

“ƏDƏBİ OVQAT” JURNALI PDF

“YAZARLAR”  JURNALI PDF

“ULDUZ” JURNALI PDF

“XƏZAN”JURNALI PDF

WWW.KİTABEVİM.AZ

YAZARLAR.AZ

===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

COP29 informasiya müharibəsində  gerçəyi ortaya qoymaq üçün yeni imkanlar açır

BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası,  COP29 tədbirinin Azərbaycanda keçirilməsi əhəmiyyətli hadisədir. COP29 yalnız ekologiya və ətraf aləmlə bağlı deyil.  Bu, həm də  insan sağlamlığı, mövcud problemlərin həllinə dəstək məqsədilə atılacaq addımlardır. Məhz belə mötəbər tədbirin Azərbaycanda keçirilməsi ölkəmizin bir çox qlobal problemlərin həllinə töhfəsi olacaq.

 Dünyada zəruri həyat mənbəyi olan yaşıl meşə örtüyünün zənginləşməsi və ümumilikdə, “yaşıl enerjiyə” keçidin sürətlənməsi birbaşa insan faktoru, sağlamlığı ilə bağlıdır. Çox müsbət haldır ki, ölkəmiz bütün resursları ilə bu prosesə dəstək verir.

 COP29-un Azərbaycanda keçirilməsi həm “yaşıl enerji”yə keçid üçün yeni imkanlar yaradır, həm də ölkəmizin dünya miqyasında olan yüksək nüfuzunu göstərir. Çünki belə toplantı ən mühüm beynəlxalq tədbirlərdən biridir. Bundan əlavə  COP29 Konfransı iştirakçı ölkələr üçün yeni öhdəliklər götürmək və iqlim böhranını həll etmək üçün vacib istiqamətlər müəyyənləşdirəcək.

 Burada çox vacib məqamlardan biri odur ki, Azərbaycan  ətraf mühitin qorunmasına, dünyada zəruri həyat mənbəyi olan yaşıl meşə örtüyünün zənginləşməsinə və ümumilikdə, “yaşıl enerjiyə” keçidin sürətlənməsinə  öz töhfəsini verməklə bərabər ölkəmizin zəngin təbii resursları, Qarabağda  əhəmiyyətli quruculuq işləri ilə bağlı dünyaya məlumatlar çatdıracaq. Hər bir əcnəbi qonaq Azərbaycanın postmüharibə dövründəki inkişaf modeli ilə,  turizm potensialı, zəngin mədəniyyəti,  milli musiqiləri, çeşidli mətbəxi ilə tanış olacaqlar. COP29 toplantısı həm də Azərbaycanın  dünyaya yeni baxışını ortaya qoyacaq.

 Digər tərəfdən 30 illik işğal dövründə ermənilərin Azərbaycanın ekologiyasına, meşə fonduna, saysız-hesabsız tarixi abidələrimizə vurduğu ziyanla bağlı real görüntüləri, təkzibolunmaz faktları əcnəbilərə təqdim etmək imkanı yaranacaq. Biz bu imkanlardan yararlanmalıyıq. Son 30 ildə ətraf aləmə qarşı ermənilərin törətdiyi vəhşiliklərlə xaricdən gələn qonaqlar da tanış olmalıdır. Bütün bu amillər ölkəmizin haqlı, ədalətli mövqeyini bir daha nümayiş etdirəcək. Düşünmək olar ki COP29  informasiya müharibəsində gerçəyi ortaya qoymaq üçün yeni imkanlar açacaq.

Müəllif: Əkrəm Bəydəmirli

Əkrəm Bəydəmirlinin yazıları


>>>> ƏN ÇOX OXUNAN HEKAYƏ <<<<

Mustafa Müseyiboğlu adına kitabxana

“ƏDƏBİ OVQAT” JURNALI PDF

“YAZARLAR”  JURNALI PDF

“ULDUZ” JURNALI PDF

“XƏZAN”JURNALI PDF

WWW.KİTABEVİM.AZ

YAZARLAR.AZ

===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru