Şairlik ən ali məqamdı,vallah

Şairlik ən ali məqamdı,vallah

Özü pay-piyada,sözləri atda,
Xəyalı dövr edir ən qəlbi qatda.
Zəhəri saxlamır dilinin altda,
Gülləyə atılan ilandı,vallah
Şairlik ən ali məqamdı, vallah!

Sirri qələmindən pünhan olmasa,
Vicdanı özünə zindan olmasa,
İçində mənəvi böhran olmasa,
Şair qeyri-adi adamdı, vallah,
Şairlik ən ali məqamdı,vallah!

İgid ,ər təpəri duysa canında,
Kükrəyib çağlasa əgər anında,
Olsa həqiqətin,haqqın yanında,
İlhamı bir ayrı ihamdı,vallah,
Şairlik ən ali məgamdı vallah!

Anla ki, Tanrıdan gəlib bu elçi,
Fəda etməlidir canını elçün.
Haqqı söyləməkdə nə mizan,ölçü?!
Bu ğöylərdən gələn inamdı,vallah,
Şairlik ən ali məqamdı,vallah!

Zamana od vurur,dərdə qalanır
Ağrısı,göynəyi ərşə calanır.
Füzuli dediyi şair yalanı
Sevgid ə bir dindi,imandı,valla.h,
Şairlik ən ali məqamdı,vallah!

Zülmə,zülümkara boyun əyməsin,
Kökünü əskildib,soyun əyməsin,
O məğrur başını qoyun əyməsin,
Böyük amalıyla o, tamdı,vallah,
Şairlik ən ali məqamdı,vallah!

Tanrı peyğəmbərə verdiyi haqqı
Onunla bölürsə haqlıdı,haqdı.
Gəzək o şairi əli çıraqlı
Burda mənim sözüm tamamdı vallah,
Şairlik ən ali məqamdı vallah!!!

Müəllif: Musa ƏLƏKBƏRLİ

MUSA ƏLƏKBƏRLİNİN YAZILARI

ZAUR USTACIN YAZILARI


>>>> ƏN ÇOX OXUNAN HEKAYƏ <<<<

Mustafa Müseyiboğlu adına kitabxana

“ƏDƏBİ OVQAT” JURNALI PDF

“YAZARLAR”  JURNALI PDF

“ULDUZ” JURNALI PDF

“XƏZAN”JURNALI PDF

WWW.KİTABEVİM.AZ

YAZARLAR.AZ

===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir