HARA TƏLƏSİRSƏN, PAYIZ KÜLƏYİ

HARA TƏLƏSİRSƏN, PAYIZ KÜLƏYİ

“Dişini-dişinə” sıxıb gedirsən,
Qarşına çıxanı yıxıb gedirsən.
Məzlumu yandırıb-yaxıb gedirsən,
Hara tələsirsən, payız küləyi?!

Səni qamçılayan, “bizləyənmi” var,
Arxanca yüyürüb izləyənmi var?
Yolunu həsrətlə gözləyənmi var,
Hara tələsirsən, payız küləyi?!

De, bəlkə zülmətdə qanad açırsan,
Bağlı qapıları döyüb qaçırsan.
Odla oynayanda şəfəq saçırsan,
Hara tələsirsən, payız küləyi?!

Zalımın qəzəbi-kinisənmi de,
Paxılın, bədxahın yönüsənmi de?
Sonuncu qiyamət günüsənmi de,
Hara tələsirsən, payız küləyi?!

“Əlinin” sığalı uçuq künc-bucaq,
Arxanca sürünən toz “saçaq-saçaq”…
Yəqin, yorulanda köpün yatacaq,
Hara tələsirsən, payız küləyi?!
22.10.2024


MÜƏLLİF: İSMAYIL MƏRCANLI İMANZADƏ

   Azərbaycan Yazıçılar Birliyi Mingəçevir Bölməsinin sədri, şair-publisist.

İSMAYIL MƏRCANLI İMANZADƏNİN YAZILARI

>>>> ƏN ÇOX OXUNAN HEKAYƏ <<<<

Mustafa Müseyiboğlu adına kitabxana

“ƏDƏBİ OVQAT” JURNALI PDF

“YAZARLAR”  JURNALI PDF

“ULDUZ” JURNALI PDF

“XƏZAN”JURNALI PDF

WWW.KİTABEVİM.AZ

YAZARLAR.AZ

===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir