
Baxış bucağı…
(ölümə elegiya)
Düşünürdüm… İradə Musayeva haqqında yazım… çap olunmuş kitabı əlimə gəlmədi.. illər öncə Müşfiqin məzarı ilə bağlı söz söhbət yayıldı… iradə xanım da münasibət bildirmişdi… mən də həmin münasibətə görə məktub yazmaq istədim… həmin yazıda ziyalı qətiyyəti məsələsini qoymaq, İradənin sərt obyektiv, qorxmazlıq nümunəsi olan obrazını əsas götürməklə, şəxsiyyətə qarşı qərəzlərin qaynağını məhz bu yöndə açmaq istəyirdim…
“İradə Musayevaya məktub” belə, yəni bu yöndə yazılmalı idi…
Təəssüf ki, bir dördlük həmin düşüncələrimin əks sədası kimi fb nin yaddaşında yaşamalı oldu…
Dəli könül həsrəti diləyində axtarsın,
Tənha uçan durnanın lələyində axtarsın…
Həsrətin sorağında Müşfiqi axtaranlar
Müşfiqi sevənlərin ürəyində axtarsın…
Altı il əvvəlki mətn birdən birə yaddaşımda oyandı… bəli, bircə bəndlə İradə Musayevaya məktub yazmışam….
Yəqin geniş yazı niyyətim olub… həyatımızın İradələri məhv edən qayğıları sözümüzü də beləcə öldürür… İradənin ölümü açıq sözün faciəsidir…
Köz basdı ölümüylə sözümüzün qəlbinə,
Acı xəbər gətirdi bu səhərin küləyi..
Nə deyəsən bu qəddar ölümlərin dəbinə,
Ruhumuzda yaşayar mələklərin diləyi…
İradəni zaman zaman gözümüz gəzəcək… cəsarətli söz yanğısı onu yaddaşımızda həmişə boya boy göstərəcək…
İradəni sevənlər könül dünyalarına baxsınlar…
07.02.2024
Mənbə:Elirza Xelefli
MÜƏLLİF: ƏLİ RZA XƏLƏFLİ
>>>> ƏN ÇOX OXUNAN HEKAYƏ <<<<
Mustafa Müseyiboğlu adına kitabxana
===============================================
<<<< WWW.YAZARLAR.AZ və WWW.USTAC.AZ >>>>
Əlaqə: Tel: (+994) 70-390-39-93 E-mail: zauryazar@mail.ru