ZAUR USTAC YAZIR

HƏRB MÖVZULU YAZILAR və ya DÜNYANIN BİR RƏNGİ VAR…
(On yeddinci yazı)
Salam olsun, çox dəyərli oxucum. Min şükür Uca Yaradana ki, Sizlərlə yeni bir görüş də qismətdə var imiş hələ… Bu dəfəki söhbətimizin mövzusu hərflər, sözlər, kitablar silsiləsindən olan, müasir dövrümüzdə bəlkə də ən vacibi, ən yaralı yerimiz, xüsusi diqqət və qayğıya ehtiyacı olan sahə hərb mövzulu yazılardır. Günümüzdə – yeniyetmə və gənclərimizin bu qədər informasiya bolluğu içində itib-batdığı bir vaxtda bizim bundan vacib mövzumuz ola bilməz deyə düşünməkdəyəm. Məncə, gəncliyin lazımlı-lazımsız, çox vaxt zərərli məlumatlarla istər-istəməz yükləndiyi vaxtda bu məsələyə xüsusi diqqət göstərilməlidir. Bundan əvvəlki yazılarda bir çox tanınmış və hələ bir o qədər də tanınmamış yazarlardan çoxlu misallar gətirərək, nələrin, hansı istiqamətlərin bizə faydalı ola biləcəyi barədə mülahizələr irəli sürmüşdük. Ancaq, indi vəziyyət tamam fərqlidir. Ümumi yazılardan, standart romançılıqdan fərqli olaraq, hərb mövzulu yazılar yazardan xüsusi dəqiqlik tələb edir ki, yazıçı müəyyən kriteriya və dəyərlərə ciddi əməl etməli, bu işə səthi yanaşmamalıdır. Əgər, ehtiyac yaranarsa mütləq peşəkar hərbçilərdən, mütəxəssislərdən məsləhət və tövsiyələr almalı, bunu özünə eyib saymamalıdır. Əks təqdirdə, yəni öz bildiyi kimi, bir az hissə qapılıb, bir az da eşitdiyi real vəziyyəti əks etdirməyən şişirdilmiş söhbətlərdən bəhrələnərək qələmə alınan yazılar, povest, roman (indi dəb halını almış sənədli romanlar da daxil olmaqla) deyil, olsa-olsa nağılvari publisistika şəklində, çox gülünc formada təzahür edir. Və əlbəttə, bunu çox az sayda oxucu kütləsi, o kütlə ki, onlar işin əsli ilə maraqlanır, bu yeni kitabı oxumaq üçün büdcələrindən pul ayırır, alır, oxuyur və gülür… Acı-acı gülür… Bilirsiz, daha yaxşı anlaşılan olması üçün belə bir misal çəkim, hərb mövzulu yazılar əslində məsələn, tibbə, coğrafiyaya, idarəetməyə və s. konkret obyekti olan, dəqiq məsələ və terminlərdən istifadə olunan yazılardan heç nə ilə fərqlənmir. Nəsə xırda bir qeyri-dəqiqlik olsa, təxminən hamımızın sevə-sevə dəfələrlə izlədiyi “Bəxtiyar” flimindəki o məşhur səhnəni (“10 metr – 5 metr ” məsələsi) xatırladan gülünc vəziyyət ortaya çıxır. Hansı ki, xüsusi ilə son dövrlər Birinci Qarabağ Müharibəsindən bəhs edən yazılmış əsərlər belə səhvlərlə zəngindir. Bu qəbildən olan qeyri-müəyyənliklər əsasən subardinasiya məsələlərində və döyüş səhnələrini təsvir edərkən məlumatsızlıqdan baş verir. Bu proses bir yandan təbiidir, çünki, məşhur yazarların da belə problemləri olub. Məsələn, dünyaca məşhur Remarkın (Erich Maria Remarque) əsərləri bu tip çatışmazlıqlarla doludur və onun fikirləri, təxəyülü bir tərəfli olub, gənc əsgər düşüncələrindən o yana keçə bilmir… Halbuki, ordu, müharibə təkcə əsgərlərdən ibarət olmayıb, daha mürəkkəb quruluşa malik bir təsisat və hadisədir. Hələlik bizim Remarkla heç bir işimiz yoxdur. Misalı sadəcə ruh düşkünlüyünə qapılmağa əsas olmadığını göstərmək məqsədi ilə çəkdim. Bir də axı biz hal-hazırda müharibə vəziyyətində yaşayan ölkənin vətəndaşlarıyıq. Hardasa, az qala hamımızın ətrafında döyüş yolu keçmiş qazilərimiz, haliyədə hərbi xidmətini davam etdirən hərbçi dost-tanışlarımız var. Sadəcə bu məsələdə bir balaca diqqətli və məsuliyyətli olmaq tələb olunur. Bütün şübhəli məqamlarda təxəyülün məhsulunu və ya real hadisəni kağız üzərinə köçürüb, tarixin yaddaşına atmazdan əvvəl mütləq “dosta ganaşmaq” lazımdır. Necə deyərlər, – “məsləhətli don gen olar”. Bir cümləni yazarkən düşünün ki, nə vaxtsa bu sətirləri saatlarla qızmar Günəşin istisində qanlı döyüşün od-alovunu unudan və ya şıdırğı yağışın altında islanıb, çim su mundirdə ayağını qoymağa bir barmaq quru yer axtarışında soyuq güllənin hər an bəxş edə biləcəyi buz kimi ölümü unudaraq, ilan-çayınlı, qarlı-şaxtalı, çovğunlu-boranlı məşəqqətli yollar keçərək sağ qalmış əsgərlə yanaşı, həmin döyüşləri təşkil edən, tək-tək əsgərləri deyil, yüzlərlə, minlərlə nəfərlərdən ibarət bölmələri şahmat taxtasındakı fiqurlar kimi döyüş sahəsinə düzən və hər nəfərinə görə məsuliyyət daşıyan, döyüşlərə rəhbərlik edən, müharibələri udan, bəzən uduzan – bu qaçılmazdır – generallar da oxuya bilər… Düşünürəm ki, hərb mövzulu yazının uğurlu alınmasının birinci şərti yazarın hadisələrə reala yaxın təfəkkürlə baxmasından, və qəti olaraq hissə qapılmamasından ibarət ola bilər. Bu yazıdan əvvəlki on beşinci və on altıncı yazılardakı prinsipə sadiq qalaraq, yenə böyük əksəriyyətimizə məlum olan yazarlar və onların əsərləri üzərindən mühakimə yürüdərək bu məsələyə aydınlıq gətirməyə çalışacağam. Bu söhbətə başlamazdan əvvəl kiçik bir haşiyəyə çıxmaq istəyirəm:
HAŞİYƏ
Bəşər övladı əlinə qələm alan gündən onu əsas iki məsələ; döyüş və eşq düşündürüb. Demək olar ki, lap qədimdən üzübəri yazı nümunələri ya döyüş və ov səhnələri ilə zəngin müharibələrdən, ya da eşqi, sevgini tərənnüm edən məhəbbət dastanlarından ibarət olub. Ən uğurlu nümunələr bu iki mövzunun birlikdə işləndiyi, hadisələrin həmahəng inkişaf etdiyi əsərlərdir. Belə nümunələr lap qədim zamanlardan mövcuddur və günümüzdə də var. Bu hadisə öz-özlüyündə onu göstərir ki, dünya nə qədər rəngarəng, hadisələrlə zəngin görsənsə də əslində onun bircə rəngi var, bizim onu hansı məqamda, hansı rəngdə görməyimizdən asılı olmayaraq, dünya qırmızı rəngdədir. Dünya müharibələrin qırmızı qanı, eşq məclislərinin qırmızı şərabı rəngdədir. İddia edirəm ki, dünyada tək bircə əsl rəng var o da qırmızıdır, al-qırmızı… Yerdə qalan ağdan qarayadək olan rənglər sadəcə qırmızının ağa doğru solğunlaşmasından, nəhayətdə “AĞ”dan – XEYİR (GÜNDÜZ) – və qaraya doğru tündləşməsindən sonda “QARA” dan – ŞƏR (GECƏ) – ibarətdir. Al-qırmızı rəng bu spektrin düz mərkəzində dayanır və həyat mənbəyi rolunda çıxış edir. Yəqin ki, bəşər övladının kəşf edib, adlandırdığı ilk rəng də məhz qırmızı, al-qırmızı olmuşdur. Bu proses çox sadə – insanın özü yaralandıqda və ya ovladığı ovun axan qanı ora-bura bulaşdıqda (yəqin ki, insan əlini ocaq qalamazdan əvvəl yaralayıb) baş verə bilərdi… Çox güman ki, insan oğlu ilk müharibənin başlaması xəbərini də, elə ilk sevgi məktubunu da məhz öz qanı ilə, qırmızı rəngdə yazmışdır…
Yuxarıda, haşiyədə tanış olduğumuz məlumatlar üzərindən belə bir mühakimə yürütmək olar ki, qırmızı elə, mükəmməlliyin rəngidir. Al-qırmızı rəng əslində elə, mükəmməllikdir. Özündə sevgi ilə nifrəti, savaşla barışı, sülh ilə müharibəni birləşdirən vəhdətin, birliyin, tamlığın, bərabərliyin simvoludur, qırmızı… Bəli, məhz tamlığın, mükəmməlliyin rəmzidir, qırmızı… Yerdə qalan rənglər onun çalarları, sadəcə bu rəngin mövcudluğunu göstərmək, mütləq hakimliyini sübut etmək üçündür. 
Mətləbdən uzaqlaşmayaq, əlbəttə,yazılı nümunələrin içərisində misal göstərmək üçün belə bir əsər var. Hansı ki, onu böyük əminliklə qırmızı, mükəmməl adlandırmaq olar. Bu, dahi Lev Tolstoyun “Hərb və sülh” əsəridir. Əslində əsərin adı artıq özü barədə tam məlumat verir. Ancaq, bu sadəcə təsadüfi belə seçilimiş maraqlı, cəlbedici ad da ola bilərdi. Əsərlə tanış olanlar bilir ki, bu belə deyil. “Hərb və sülh” yuxarıda sadalanmış və sadalanmamış bütün vacib kriteriyalara, meyarlara tam cavab verən mükəmməl bir əsərdir. Olduqca geniş spektrli müşahidə qabiliyyətinə, vacib biliklərə, dərin dünyagörüşünə malik olan böyük sənətkar döyüş səhnələrindəki ən xırda detalları, rütbə və statuslardan asılı olmayaraq hərbçilərin hiss və fəaliyyətlərini, mülki həyatda olan münasibətləri, sevgi məsələlərini elə yüksək zərgər dəqiqliyi ilə təqdim etmişdir ki, sadəcə deməyə söz tapmırsan. Bu əsərdən bütün insanlığa tövsiyə ola biləcək bir vacib məsaj da çıxır. Qərarsızlıq, elə yoxluğun özünə bərabərdir. “Etməyib peşman olmaqdansa, et peşman ol…” – deyir mütəfəkkir. Bəli, dahi Lev Tolstoyun, məşhur “Hərb və sülh”- ü mükəmməldir. Ancaq, görək, bu əsər müasir azərbaycan oxucusunun tələblərinə cavab verirmi? Mən deyərdim ki, çox az bir qisim oxucu kütləsi bu cür iri həcmli əsərlərə maraq göstərib oxuyur. Nə qədər dəyərli və mükkəmməl olsa da ilk baxışda müasir gənclərin olduqca böyük əksəriyyəti üçün “KİM OXUYACAQ???” baryeri yaradan belə vacib əsərlər günümüzdə rəflərdə qalmağa məhkumdur. “Hərb və sülh”-ü misal çəkməkdə məqsədim sadəcə böyük əksəriyyətimizə məlum olan, tanıdığımız belə bir əsərin varlığını xatırlatmaqdan ibarətdir. “Hərb və sülh” ümumi bir əsər olsa da, sırf hərb mövzulu yazılar üzərində işləyən yazarlarımız bu, məlum və məşhur əsərdən faydalana bilərlər. Sual ola bilər ki, bu əsər təkdirmi? Yəni heç alternativ variant yoxdurmu? Bu suala böyük əminliklə belə cavab verərəm ki, Miladi ilə 19 fevral 2019 – cu il saat 13:31 – ə qədər mənə ikinci belə bir variant məlum deyil. İndi fikrimi əsalandırmaq üçün yenə böyük əksəriyyətimizə məlum, məşhur nümunələrdən istifadə etməklə qısa açıqlama verəcəyəm. Başqa –başqa nümunələrə keçməzdən əvvəl ümumi olaraq onu qeyd etmək istəyirəm ki, sovet ədəbiyyatı döyüş yolu keçmiş müxtəlif rütbəli zabit memuarlarından tutmuş, olduqca dəyərli sovet yazıçılarının müharibədən, qələbədən bəhs edən əsərləri ilə zəngin idi. Sovet dönəminin kitabxanaları xidmət etdiyi ideologiyadan asılı olmayaraq hərb mövzulu əsərlərlə yetərincə, tam təmin olunmuşdular. Və biz istər-istəməz bu nümunələrlə tanış olurduq. Sovet yazıçılarından əlavə rus dilinə çoxlu tərcümələr də olurdu. Yəni bizim şəxsiyyət kimi formalaşdığımız dövrdə hərb mövzulu yazıların qıtlığı olmayıb. Ayrı-ayrı məşhurlara gəldikdə, gənclər arasında yayğın şəkildə mütaliə olunan Remark tam birtərəfli yazıb. Onun haqqında dördüncü yazıda ətraflı yazmışam. Remarkın yazdıqlarının nəinki, bizim gəncliyə faydası var, hətta düzgün başa düşülmədikdə zərəri ola bilər. Sonra, məsələn vaxtında rus dilində belə bir əsərlə tanış olmuşdum (öz dilimizdə rast gəlməmişəm və adı tərcümə edəndə də çox uyğunsuzluq yarandığına görə belə qeyd edirəm – əvvəlcədən üzr istəyirəm) müəllifi Кирст Ганс olan “Фабрика офицеров”. Məşhurdur ancaq yenə birtərəfli, çatışmazlıqlarla dolu olan əsər. Ümumiyyətlə istər qərb, istər sovet – rus ədəbiyyat nümunələrində ya xidmət etdiyi ieologiyadan dolayı, ya sadəcə məlumatsızlıqdan natamam hərb mövzulu əsərlər çoxdur. 
Ümumi olaraq keçid üçün bundan əvvəl “Yazarlar və yazılar” adlı on beşinci yazıda da adlarını çəkdiyim Vasiliy Yan və Tarle, eyni zamanda onların yazdıqları bir neçə əsər haqqında qısa fikir bildirmək istəyirəm. Vasiliy Yan və onun digər əsərləri ilə yanaşı xüsusi ilə diqqət çəkən, faydalı ola biləcək “Çingiz Xan” , “Kurqanlardan gələn işıq” tarixi –müharibələrlə dolu romanları. Tarle (Евге́ний Ви́кторович Та́рле) və onun da müharibə mövzulu digər əsərləri ilə yanaşı “Napoleon” əsəri. Tarle bu əsərində Napoleonun timsalında çəlimsiz, cılız lakin, olduqca çalışqan bir uşaqdan ölkələr fəth edən, papanı hüzuruna gətirən, tirana qədər inkişaf etmiş, anında mühüm qərarlar verməyi bacaran, müharibə qərarları alanda qətiyyətli sərkərdə, döyüşdə öndə gedən, cəsur, qələbəyə susamış əsgər, sevgidə aciz və eyni zamanda odlu – atəşli aşiq, idarəetmədə incə, adi detalı da unutmayan, dərin düşüncəli, sonunda baş əymədən təslim olmağı bacaran insan obrazı yaratmağı bacarmışdır. Bu iki yazardan və onların yazdıqlarından bəhrələnmək olar. 
Qismən nümunə ola biləcək, yəni müəyyən məqamlarda faydalanmaq mümkün olan Ernest Heminquey, Sent-Ekzüperi barədə onu qeyd edə bilərəm ki, bu yazarların təsvirləri, ifadə vasitələri güclüdür.
Belə ümumi baxışdan sonra dünya ədəbiyyatından üç yazar və üç əsər timsalında fikirlərimi daha dəqiq formada Sizə çatdırmağa çalışacağam. Bu əsərlərin birində hərbçinin mülki həyatda hissləri və istəkləri, ikincisində həm mülki, həm də xidmətdə olan hissləri və fəaliyyəti, üçüncüsündə isə həm mülki, həm xidməti, həm də döyüşdə başına gələnlər, düşdüyü real vəziyyətlər, həyat həqiqətləri oxucunun gözləri önündə canlanır… 
Birinci, dünyaca məşhur, kolumbiyalı yazıçı, ədəbiyyat sahəsində Nobel mükafatı laureatı Qabriel Qarsiya Markesin 1956-1957-ci illərdə yazdığı və ilk dəfə 1961-ci ildə dərc etdirdiyi “Polkovnikə məktub yoxdur” povesti – hamını özünə borclu bilən bir hərbçinin xidmətdən (bütün həyatını nəyinsə və ya kiminsə uğruna xərclədikdən) sonra keçirdiyi hisslər…
İkinci, yenə məşhur, görkəmli İtaliya yazıçısı Dino Bussatinin ilk romanı olan “Tatar çölü”. Bu roman haqqında bir az ətraflı yazmaq istəyirəm. Romandan və qəhrəmandan söhbət açmazdan əvvəl bir məsələni nəzərinizə çatdırmaq istəyirəm. İnanın ki, əgər bu romanın adını dəyişib məsəl üçün “Gözlərimiz üfiqdə”, “Səngərlərdən sonra”, “Qarşı duran dağlar” və s. və i… qoysaq və Covanni Droqonu Məlikşah adlandırıb, bəzi adları, təbir və terminləri müasirləşdirib, özümüzünküləşdirsək, hadisə və hisslər atəşkəsdən sonra, son iyirmi beş ildə bizim orduya və hərbçilərə elə uyum sağlayır ki, sanki, bu yazı iyirmi il Azərbaycan ordusunda, Haramı düzündə və ya digər bir bölgədə – təmas xəttində xidmət etmiş zabitin qələmindən çıxıb… Bu dərəcədə oxşardır vəziyyətlər…
Dino Bussatinin “Tatar çölü” əsərinin qəhrəmanı Bastiani qalasında xidmət edən Covanni Droqonun bütün həyatı, gənc zabit kimi seçim qarşısında qalması, ümidlərlə dolu xidməti, mülki həyatla ordu həyatı arasında çırpıntılar, dünyadan istədikləri, ala bildikləri, nələrin uğrunda nələrdən vaz keçdikləri və son… Hamısı elə ustalıqla təqdim olunub ki, yazarın ustalığına heyran olmamaq mümkün deyil. Və onu qeyd edim ki, heyran olmaq azdır, nümunə götürmək, əxz etmək lazımdır… Və nəhayət üçüncü, Emmanuil Kazakeviç və onun 1948 – ci ildə qələmə aldığı “Двое в степи” povesti

https://youtube.com/watch?v=DjHTWMP_T1U%3Ffeature%3Doembed

( Эммануи́л Ге́нрихович Казаке́вич, “Двое в степи”). Təəssüfki, bu povestin dilimizdə olan tərcüməsinə rast gəlməmişəm. Kazakeviçin bu povestdən başqa da hərb mövzulu bir-birindən maraqlı əsərləri var. Kazakeviç İkinci Dünya Müharibəsinin sovetlər birliyində yaşayanlar üçün Böyük Vətən Müharibəsi adlanan əsas və həlledici hissəsinin başlandığı ilk gündən qələbəyədək döyüşən ordunun tərkibndə, olduqca müxtəlif cəbhələrdə şərəfli döyüş yolu keçmiş, tanınmış sovet yazıçısıdır. Görkəmli yazarın həyat və fəaliyyəti ilə tanış olduqda görürsən ki, həqiqətən də o fərqlidir və bütün xüsusiyyətlərinə görə öz müasirlərindən fərqlənir… Bu fikri onun öz müasirləri səsləndiriblər. Onun haqqında hələ sağlığında belə bir deyim olub: “Kazakeviç başqaları kimi isti kabinetlərdə, orda-burda, küncə-bucağa qısılıb yazmayıb…” Kazakeviçin yaratdığı Oqarkov obrazı dahi Lev Tolstoyun, məşhur Qabriel Qarsiya Markesin, görkəmli Dino Bussatinin qəhrəmanlarından nümunə ola biləcək dərəcədə fərqlənir. Əlinə qələm alıb hərb mövzusunda nəsə yazmaq istəyən şəxsin Emmanuil Kazakeviçin yaradıcılığı ilə, ələxsus bu povesti ilə tanış olması olduqca faydalı ola bilər deyə düşünməkdəyəm. Povestdəki istər döyüş səhnələri, insan taleləri, qəbul olunan qərarlar istərsə də əsərin qəhrəmanı gənc zabit Oqarkovun başına gələnlər, onun ən müxtəlif; həm döyüş, həm şəxsi münasibətlər zəminində aldığı doğru qərarlar ibrətamizdir. Əgər fikir verdinizsə, Lev Tolstoyun “Hərb və sülh” əsərindən başqa misal gətirdiyim və əslində ən faydalı ola biləcək əsərlər sırasında adı hallanan nümunələr ikisi povest, biri isə o qədər də böyük həcmli olmayan roman oldu. Bu nümunələr xarici – dünya ədəbiyyatından seçmələr idi. Bəs görək bu qəbildən özümüzün olan, milli, nəyimiz var? 
Və əlbəttə, yenə keçid üçün tarixilik baxımından İsa Hüseynovun (İsa Muğanna), İsmayıl Şıxlının, Bayram Bayramovun adlarını çəkib, onların ekranlaşdırılmış əsərlərini misal göstərmək olar. Sırf hərb mövzusunda (şəxsi münasibətlərin inkişafı, döyüş tapşırıqlarının yerinə yetirilməsi səhnələrinin təsviri baxımından) mükəmmələ yaxın, yəni, qırmızımtıl olan yeganə nümunəmiz var. Bu, ötən əsr, 50-ci illərin əvvəllərində İmran Qasımovla Həsən Seyidbəylinin birgə qələmə alıb, nəşr etdirdikləri “Uzaq sahillərdə” əsəridir. Kitab az vaxt içərisində geniş oxucu kütləsinin rəğbətini qazanır və əldən-ələ gəzir. Xalqımızın qəhrəman oğlu Mehdi Hüseynzadənin Böyük Vətən müharibəsində (1941-1945) əfsanəvi igidlikləri barədə oxuculara geniş məlumat verən əsərin populyarlığı onun filmə çevrilməsinə səbəb olur. Aradan uzun müddət keçməsinə, cəmiyyətdə və ictimai şüurda müəyyən dəyişikliklər olmasına baxmayaraq, görkəmli rejissor Tofiq Tağızadənin quruluşu, H.Seyidzadə ilə İ.Qasımovun ssenarisi əsasında 1958-ci ildə lentə alınan eyni adlı film Azərbaycan kinosunun nadir incilərindən biri olaraq qalmaqdadır. Əgər diqqətinizdən qaçmayıbsa, yuxarıda sovet və dünya ədəbiyyatından adı çəkilən nümunələrin də əksəriyyəti ekranlaşdırılıb. Elə əsərlər var ki, dövrün tələbinə görə dəfələrlə təkrar-təkrar müraciət olunub. Bu faktın özü həmin əsərlərin vacibliyinin və tərbiyəvi əhəmiyyətinin hansı dərəcədə yüksək olmasının bariz nümunəsidir.
Bütün bunlarla bərabər bizim bir sevimli yazarımız da var ki, tarixiliklə müasirliyi yaradıcılığında böyük ustalıqla birləşdirməyi bacarıb. Onun “Batmanqılıncı” nə qədər tarixidirsə, “Dolu” – su da o qədər müasirdir. Bu şəxs doğru olaraq, “Çadırda Üzeyir Hacıbəyov doğula bilməz” deyən Aqil Abbasdır. Aqil Abbasın “Dolu” romanı da eyni adlı ekran əsəri olaraq tarixin yaddaş səhnəsində öz yerini almışdır. İstər roman kimi, istərsə də film kimi “Dolu” yuxarıda sadaladığımız tələblərin çoxuna cavab verən, faydalana biləcəyimiz nümunələr sırasına daxildir. Ancaq, bütün bunlara rəğmən, nə dünya, nə sovet, nə müasir ədəbiyyatımızda elə bir nümunə yoxdur ki, bundan əvvəlki – on beşinci – “Yazarlar və yazılar” adlı yazıda “Əli və Nino” kimi misal gətirib, nümunə göstərəsən. İndi mükəmməl yazı ortaya qoymaq istəyən yazar, “Hərb və sülh”-dən, “Двое в степи” – dən, “Uzaq sahillərdə”-dən, “Dolu”-dan eyni dərəcədə bəhrələnib, təxminən 70 – 80 səhifə həcmində iri həcmli povestlər və ya yığcam romanlar ortaya qoymaqla dövrümüzün standartlarını yaratmalıdırlar. 
Demək olmaz ki, heç bir iş görülməyib, əksinə çox iş görülüb. Müxtəlif yaş təbəqələrindən olan çoxlu yazarlarımız öz səyləri, vəsaitləri hesabına nələrsə etməyə çalışırlar. Hələ ötən əsrin 90-cı illərindən başlayaraq, müharibə, onun gətirdiyi problemlər, cəmiyyətdə törətdiyi fəsadlar haqqında hekayələr, povestlər, romanlar, publisistik yazılar yazılmağa başlayıb. Son on illikdə (2010-cu ildən), xüsusi ilə Mübarizdən və Aprel hadisələrindən (2016-cı il) sonra silsilə əsərlər ortaya qoyulub ki, əslində bu yazının yaranma səbəblərindən biri, bəlkə də birincisi elə bu yazılar olmuşdur. Son illər nəşr olunmuş bəzi əsərlərlə tanış olduqda yazarın ən elementar məlumat və biliklərdən xəbərsiz olduğu ortaya çıxır. Yuxarıda buna aid “Bəxtiyar” filmindən “qazmaçı”

https://youtube.com/watch?v=o86axBCqVwU%3Ffeature%3Doembed

“yoldaş oynayanlar”-in vəziyyətini misal gətirmişdim. İnanın, elə misallar var ki, rəqqaslar onların yanında toya getməlidir. Rast gəlinən ən çox və yolverilməz səhvlər aşağıdakılardır: 
– Subardinasiya məsələlərinin pozulması (buna maksimum Aqil Abbasın “Dolu”-sundakı “Komandir” xitabı səviyyəsində icazə verilə bilər ki, bu da Birinci Qarabağ Müharibəsi və hal-hazırda bəzi döyüş postlarındakı təcrübədən qaynaqlanır), 
-Rütbələrin və vəzifələrin qarışdırılması (X – XI sinif səviyyəsindəki hərbi bilikdir), 
-Bölmə (bölük, tabor və s.) adlarının səhv salınması, -Döyüş səhnələrinin təsvirində adı keçən silah-sursatın texniki göstəricilərinin bilməməzlik ucbatından nəzərə alınmaması (çox gülünc mənzərlər ortaya çıxır ki, əgər qiyaslasaq, heç nağıllarımızda belə söhbətlər olmayıb) və s. bu qəbildən olan digər məsələlər.
Unutmayaq ki, həkimlik, rəssamlıq, memarlıq, coğrafiyaşünaslıq, mühəndislik, hesabdarlıq kimi, hərb işi də spesfik bir sənətdir. Və sadaladıqlarımın hamısından çətin, məsuliyyətli, dəqiq olduğu qədər də yaradıcılıq tələb edən bir işdir. Yuxarıda nümunə göstərdiyimiz əsərlərin müəlliflərinin həyatına bir də qısa nəzər salaq:
-Həm Lev Tolstoy, həm də Emmanuil Kazakeviç müharibədə iştirak etmiş, real qanlı döyüş səhnələrinin və bütün digər proseslərin canlı şahidi olmuş peşəkar zabit idi.
-Həsən Seyidbəyli və İmran Qasımovun ömürlərinin yeniyetməlik-gənclik çağları, təhsil illəri, demək olar ki, şəxsiyyət kimi formalaşdıqları vaxtlar müharibənin ən amansız, qızğın dövrlərinə təsadüf edir. Məncə, bu nəsil yaradıcı insanlar üçün “onlar müharibənin şinelindən çıxmışdılar” ifadəsi vəziyyəti tam izah edir. Üstəgəl bu şəxslər daim yazdıqlarını ilk öncə bir-birlərinə oxuyur, cavabdeh qurumların qarşısına çıxmazdan əvvəl dost-tanışdan məsləhət alırdılar.
-Müasirimiz Aqil Abbas – Qarabağ həsrəti-dərdi ilə qovrulan həsas, şair ürəkli qələm adamı və eyni zamanda Birinci Qarabağ Müharibəsinin başlandığı ilk gündən istər-istəməz daim baş verən hadisələrin tən ortasında qalmış, bütün baş verənlərdən az-çox xəbəri olan ictimai-siyasi xadim. 
Məncə, müəlliflərin keçdiyi həyat yolu və onların yaratdıları əsərlərlə tanış olduqdan sonra bu məsələdə qaranlıq heç nə qalmır.
Son söz: – müharibə, hərb mövzusunda yazdıqda, xüsusi ilə əgər orda döyüş səhnələri varsa, mütləq bu işdən anlayışı olan bir nəfərlə məsləhətləşin, verin ilk oxucunuz dəyərli qazilərimiz olsun, şübhəli məqamları peşəkarlarla dəqiqləşdirin, yox əgər bunların heç birini etmək istəmirsizsə, “Google” dostumuzun xidmətindən yararlanın (internetdə istənilən məlumatı tapıb dəqiqləşdirmək olar). Əvvəlki yazılarda da mütəmadi olaraq bu barədə qeydlər edirəm. Ümumiyyətlə, onu unutmayaq ki, indi nə yazırıqsa, sabahkı gənclik bizim bu günümüzdən xəbərdar olmaq üçün böyük acgözlüklə o yazıları tapıb oxuyacaqlar. Gəlin elə yazaq ki, onları aldatmayaq… Baxmayaraq ki, biz çox aldanmışıq… Qoy onlar aldanmasınlar…
Sona qədər həmsöhbət olduğunuza görə təşəkkürlərimi bildirir, fəaliyyətinizdə yeni-yeni uğurlar arzu edirəm. Uğurlarınız bol olsun. Bu yazının ilk sözündən sonuna qədər bir məqsədi olub – faydalı olmaq, uğura xidmət etmək…
19.02.2019. Bakı.

“TÜRK” etnonimi və törələri- YUNUS OĞUZ yazır

Tanrı (Yaradan) təkdir.

(səkkizinci yazı)

Əvvəli burada: Türk törəsi nədir?

Hər kəs Tanrıdan kut (can, yaxud xoşbəxtlik) almaq istərsə başqasına yalvarmasın.

Bir El (dövlət), bir Xaqan, bir Tanrı.

Bir qına iki qılınc girməz.

Bir xatun iki ər ala bilməz və bir budunda (xalqda) iki xalqan ola bilməz.

Törə təkdir

Törə qəti və kəskindir

Kim ki, törəyə uya (adət-ənənəyə əməl edən) kutlanır

Kim ki, törəyə qıya (şöhrət tapır) qatlanır

Kimsə törədən üstün deyildir. Dirilik və birlik üçün törə budur.

Bir çoban sürüsünə, bir kişi ailəsinə, bir Xaqan buduna (xalqına) görə sorumludur.

Hər kişi (ər) qadınına, atına, silahına sahib çıxacaq.

Ana-ataya və babaya təzim (sayğı) göstəriləcək.

Hısmına (hər iki tərəfdən anaya, ataya, bacıya, qardaşa) sarılacaq, qonşunu gözləyəcəksən.

10. Ər, kişi yalan söyləməyəcək.

11. Mal çalan (oğurlayan), mülk əvəzini mislilə ödəyəcək. Hesabı ya malı, ya da canı ilə ödəyəcək.

12. Kimsə zorlamağa cəhd edərsə, canından (edam) olunacaq.

13. Hər kim olursa-olsun haqsız, aldadıcı (fırıldaq) iş tutarsa, dərhal hesab istəniləcək.

14. Savaşdan kənar duran, ya da qaçan cəhənnəmə (tamuya) göndəriləcək.

15. Aman diləyənə qılınc qaldırmayacaqsan, sənə sığınana arxa çevirməyəcəksən.

16. Baş qaldıranın başı kəsiləcək (alınacaq), haqq istəyinin haqqı veriləcək.

17. Kimsə kimsəyə üstünlüyünü göstərməyəcək.

18. Kin və lovğalıqdan uzaq olacaqsan.

19. Məzluma mərhəmət, zalıma əzab hiss etdirəcəksən.

20. Zəifə, yaralıya, uşağa və qadına əl qaldırmayacaqsan.

21. Qızı istəyən, xaqan da olsa, bəy də olsa belə qız istədiyinə veriləcək.

22. Lazımsız yerə ağac kəsməyəcəksən, suyu çirkləndirməyəcəksən.

23. Bilməyib yalandan bildim deməyəcəksən, dərdini (müşgülü) bilənə (anlayana) danışacaqsan.

24. Bu günün işini sabaha buraxmayacaqsan.

25. Eyib (səhv) görməyəcək, eyib (səhv) axtarmayacaqsan.

26. Güclü ikən əfv et, zəifkən səbr et.

27. Yazğına (qədərinə) asi olma

28. Etdiyin yaxşılığı unut, sənə edilən yaxşılığı unutma.

29. Hər kəs ədalətlə iş görəcək.

30. Hər nə edirsən et, ancaq mühakimə olunacağını heç zaman unutma.

31. Xalqına yad olma, ipəyin əlasına, sözün tərifinə aldanma, onlarla süslənmə.

32. Xaqan odur ki, ədaləti üstün tutsun, törəni yaratsın. Törə yox olarsa, El (dövlət) yox olar. El (dövlət) olmazsa, budun (xalqın) qul olar.

33. Ey, Türk Oğuz bəyləri, ey millətim, eşidin!  “Üstdə mavi göy çökmədikcə, altda yağız (sarı) yer dəlinmədikcə sənin Elini və törəni kim poza bilər?..”

Titrə və kəndinə dön!

Dədə Qorqud buyruqları

Ey oğul!

– Biləsən ki, danışan, düşünən, anan, atan, həyat yoldaşın, dostun və sənin kimi şəkillənmiş olan hər varlıq insandır.

Lakin adam deyildir, igid deyildir.

Ər (kişi) deyildir.

Adam olan, igid olan, ər olan arxadan vurmaz, oğul!

Ha söz ilə, ha silah ilə… ha qəlbindən, ciyərindən, ha diqqətsizliyinlə, amma arxadan vuran ər olmaz, oğul!

-Sənin yanına yalanla gələni sən ilan say.

-Yalanı dost edəni, sən dost etmə…

-Dilini yalana alışdırma…

-Hədəfinə çatmaq istəyirsənsə ox kimi ol…

Amma yay olma, çünki yay nə qədər gərilirsə gərilsin, sonunda yerində qalacaq. Oxsa hədəfə çatır.

Yayı gərən əl də sən ol…

Sən ol ki, hədəfi qaçırmayasan…

Elə oxlar var ki, hədəfindən sapmış, özünü vurmuşdur.

– Dünya dönər. Dünya döndükcə hesab da dönər.

– Varlığınla öyünmə, darlığına gücənmə…

– Dünya döndükcə sən bilmədiyin olur, görmədiyini görürsən…

– Olduğundan sıyrıldıqda, gördüyünü unudarsan…

– Böyük tufanlar xəfif əsməklə başlar, xəfif əsməklə də bitər…

– Hər kəs görəcəyini görür və sonra əslinə dönür…

-Xanla dünya tamam olsa idi, bu gün sənə yer qalmazdı…

Bəy də bir, kəndli də… Dünya dönür oğul, döndükcə önünə ölüm gəlir…

-Hər şeyin döndüyü bu dünyada “mən dönmürəm” deyə bilməzsən…

-Hər kəs dönür oğül, amma kimi bataqlığa, kimi çır-çırpı arasına… kimi dəryadan, kimi gül bağçasından dönür…

Olacaqsansa dəryadan dönən köpük ol.

Dönəcəksənsə gül bağçasından dönən qoxu ol…

-Toza, torpağa bürünmə, çamurda, bataqlıqda sürünmə…

-Dilinə diqqət et, belinə diqqət et…

-Elinə diqqət et… qul haqqı ilə dönmə…

Yalanla, riya ilə, iftira ilə, qeybətlə dönmə…

-Zalımı sevmə, zalıma meydan vermə…

-Başqa bir işin yoxdursa, doğrusu var… Doğru ol.

-Əyil, amma sürünmə. Alçaq könüllü ol, amma alçalma.

-Yer və göy… Yerdəkilər və göydəkilər.

Və Uca Tanrı şahid olsun ki;

Sən ər olduqca, igid olduqca, adam olduqca…

Və səndən  olanlar, sənin yanındakılar belə olduqca türk millətinin kürəyi yerə dəyməz!

Buyruqları müasir dövrdə, yəni indi nəzərdən keçirəndə adi və bəsit görünə bilər, lakin dövrünə görə bu törələr mükəmməl olub, bütün toplumu idarə edə bilirdi. Törələrin təsnifatına fikir verdikdə, burada toplumu idarə etmək üçün bütün maddələr movcuddur. Birinci iki buyruq (müasir dildə desək, maddə inanca aiddir. Üçüncü  buyruq isə özündə dövlət quruluşunu ehtiva edir. 33 buyruqda bundan başqa hüquq, sosial, ekoloji, etik, mənəvi maddələr də var, bir sözlə dövrün şərtlərinə görə toplumu idarə etmək üçün bütün şərtlər var.

Burada, əsasən diqqəti türk qadınlarına yönəltmək istərdim, yaxud sosial təbəqədə onların tutduğu yeri də göstərmək lazımdır. O zamanlarda deyildiyi bir kəlməni bir daha xatırlatmaq istərdim: “Ər (kişi) ordu qurar, xatun dövlət”. Fikir verdinizmi, qadının yeri toplumda görün nə qədər yüksəkdədir ki, hətta törəyə salınır, buyruq ona sayğı göstəməsini tələb edir. Bu, o zamanlarda idi ki, başqa xalqlarda qadının heç bir hüququ yox idi. Buna səbəb də vardı.

Türk mifologiyasında qadın yaradıcı hesab olunur.

Türk toplumunda qadının yeri

1. Türklərin ən əski dastanlarından biri olan “Yaradılış” dastanında Yaradana ilham verən “Ağ Ana” adlı qadındır.

2. Oğuz xaqanın xoşbəxt həyat yoldaşlarından biri mavi işıqdan, digəri isə müqəddəs ağacdan doğulmuş fövqəladə qadınlardır.       

3. Orxon-Yenisey kitabında Bilgə Xaqan “Sizlər, anam Xatun, nənələrim, xala və bibilərim, qız şahzadələrim…” sözləri ilə xitabına başlayır.

4. Əski türk inancına görə “Xan və Xatun” göy və yerin uşaqlarıdır. Qadının yeri göyün yeddinci qatıdır.

5. Əski türk dastanlarında qadın ərinin (erkəyinin) həmişə yanındadır. Qadın ərinin güc və ilham qaynağı hesab olunurdu.

6. Türk dastanlarının qəhrəmanları yaxşı at çapan, yaxşı savaşan, ox atan, qılınc çalan qadınlarla evlənmək istərdilər: “Dədə Qorqud” dastanında belə nümunələr çoxdur.

7. Əski bir türk sözü: “Birinci zənginlik sağlıqdırsa, ikinci zənginlik yaxşı bir qadındır”.

8. Savaşda qadınların düşmən əlinə keçməsi böyük utanc hesab olunurdu.

9. Oğuz Xaqan dastanında deyildiyi kimi (bu həm də törədə qeyd olunub) zorlamağa cəhdin cəzası edamdır.

Ərəb səyyahı Əhməd ibn Faldan, türklərin təcavüzdə günahlandırılan bir nəfərin ayaqlarının çarpaz bağlanması və ipi kəsdikdə şaqqalandığı edamından yazır.

10. Ərəb səyyabı ibn Batuta yazır: “Burada xəfif bir işin şahidi oldum ki, o da türklərin qadınlarına göstərdiyi hörmətdir”. Buradakı qadınların hörməti, izzəti və dərəcəsi kişilərdəkindən daha üstündür.

11. Xaqanın buyruqları, yaxud hökmləri yalnız “Xaqan buyurur ki…” ifadəsi ilə başlardırsa keçərli qəbul edilməzdi.

12. Xarici dövlətlərin qəbulunda xatun da xaqanla bərabər olurdu. Ziyafət və mərasimlərdə qadın xaqanın solunda oturur, siyasi fikirlərini bildirirdi. Misal üçün, Hun imperatorluğun adından Çin ilə barış anlaşmasını Mete xanın xatunu imzalamışdı.

13. Əbdül Qazi Bahadır xan “Şəcəreyi Tərəkəmə”də Oğuz  elində yeddi qızın uzun illər bəylik etməsindən yazır.

Bunu Qaraxanlı dövlətinin Dehli sultanlığına aid etmək olar.

14. Qadının ucalığını simvolizə edən daha bir misal. Altay dağlarının ən yüksək zirvəsinə “Qadınbaşı” adı verilmişdir.

15. Əski türklərdə qadın miras haqqına sahibdir. Qadının özünə məxsus mal-dövləti olurdu və o, bunu istədiyi kimi idarə edər, yaxud dağıda bilərdi.

16. Əski türklərdə kişi qadınını boşaya bildiyi kimi, qadın da ərini boşaya bilərdi.

Digər toplumlarda qadına münasibət

1. İngiltərədə XI əsrə qədər kişilər arvadlarını sata bilərdilər. Xristianlar isə qadına şeytan gözü ilə baxmışdılar. İngiltərədə qadın murdar varlıq sayıldığı üçün İncilə əl vura bilməzdi. Qadınlar İncili oxuma haqqına henri dövründə (1509-1547) sahib olmuşlar.

2. İngilis yepiskopu Dour 1888-ci ildə Vestminstr kilsəsində vaaz verərkən söyləmişdir: “Bundan yüz il öncə qadının ərinin süfrəsinə oturmaq haqqı olmadığı kimi, soruşmadan da sözə başlaması qadağan idi. Erkək usaqlar isə analarına xidmətçidən artıq dəyər verməzdilər.

3. Çində boşanma haqqı yalnız kişiyə aid idi.

4. Buddizmin banisi Buda isə başlanğıcda qadınları dininə qəbul etməmişdi.

5. Roma hüququnda qadın şəxsi malına hökm verə, vəsiyyət edə bilməzdi. Roma hüququ qadını yetişmiş saymırdı. Dul qadının ərə getməsi günah idi.

6. Cində yeni doğulan uşaq oğlan idisə, bahalı kumaşlara, qız idisə bez parçaya bükülürdü.

7. İranda qanlarını pozmamaq (dəyişdirməmək) üçün yalnız yaxın əqrabalarla evlilik uyğun görülmüşdü.

8. Cəhaliyyət dövründə qız uşaqlarını diri-diri basdırmaq adət idi.

9. XX əsrin əvvəllərində Avropada qadın seçki hüququndan məhrum idi. Bizdə isə 1918-ci ildə Azərbaycan Xalq Cumhuriyyəti yaranar-yaranmaz qadınlara seçmək və seçilmək hüququ verildi.

Türk qadınları heç zaman üzlərini gizlətmir və islam qaydalarına uyğun hərəmxanada günlərini keçirmirdilər.

Onlardan bir neçəsini yadımıza salaq.

1.Tomris xan.

Herodot da özünün “Tarix” kitabında sahədət gətirir ki, e.ə. VI əsrdə bu qadın sakiq (iskit, massaget)-in hökmdarı olmuş Əhəməni hökmdarı Kirə qarşı vuruşmuş və üzərində parlaq qələbə qazanmışdır.

Herodot yazır ki, massagetlər Arazın o tayında yerləşirdilər və tez-tez əhəmənilər səltənətinə yürüşlər və basqınlar edir, ölkəni yağmalayırdılar.

Kir bu yürüşlərə son qoymaq və massagetlər ölkəsini ələ keçirmək üçün elçilərini göndərib onunla evlənmək təklifini bildirir. Lakin Tomris xan Kirin hiyləsini anlayır və təklifi rədd edir, çünki dövrün qaydalarına görə Əhəməni hökmdarı ilə evləndiyi zaman tabeliyində olan ölkələr də Kirin əlinə keçəcəkdi.

Bundan qəzəblənən Kir Tomrisi döyüşə çağırır.

Yeri gəlmişkən, Herodot qeyd edir ki, İskit bayramı olan “Apatur”u yunanlardan ionlar keçirirdilər. Bu söz “apa” və “tur”dan ibarətdir. İskitlərdə, o cümlədən də massagetlərdə geniş qeyd olunurdu. “Apatur” “apa”, “ana” sözündəndir. İskitlərdə Babayın (Zevsin) arvadı belə adlanır. Herodot onu Heya ilə eyniləşdirir. Bu bayrama görə Tomris Kirlə döyüşə oğlunu göndərir. Lakin Kir Tomrisin oğlu Sparqapisə hiylə işlədir. Onun qoşunları Arazı keçərək bir günlük məsafədə ən zəif döyüşçülərini, ərzaq və çoxlu şərab tuluqlarını orada qoyub geri çəkilir.  Massagetlər qələbə qazandıqdan sonra düşmənin qərargahında qalmış yeməkləri görüb kef etməyə başlayırlar. Doyunca yeyib, çaxır içirlər, sonra da yıxılıb yatırlar. (Necə də “Dədə Qorqud”da Qazan xan oğlu ilə içib dərin yuxuya getməsinə bənzəyir). Bu zaman əhəmənilər gəlib düşmənin böyük bir hissəsini qırır, Tomrisin oğlunu da əsir alırlar.  

Ardı burada: “Türk” etnonimi və törələri – YUNUS OĞUZ yazır

MÜƏLLİF: YUNUS OĞUZ

Yunus Oğuzun bloqu

>>>> ƏN ÇOX OXUNAN HEKAYƏ <<<<

Mustafa Müseyiboğlu adına kitabxana

“ƏDƏBİ OVQAT” JURNALI PDF

“YAZARLAR”  JURNALI PDF

“ULDUZ” JURNALI PDF

“XƏZAN”JURNALI PDF

WWW.KİTABEVİM.AZ

YAZARLAR.AZ

===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

ZAUR USTAC – USTACLI

USTACAM
Müzəffər ordunun şanlı əsgəri,
Ərənlər yurdunun ər övladıyam!
Zalımın zülmünə təhəmmülüm yox,
Babəklər yurdunun hürr övladıyam!
* * *
Ustadım Nəsimi, sözümüz sözdü,
Ədalət, həqiqət bağrımda közdü,
Ziyadar dühası bir deyil, yüzdü,
Mövlalar yurdunun nur övladıyam!
* * *
Dərvişəm, müqqəddəs sayılır təkkəm,
Hülqumdan yuxarı dayanır öfkəm,
Od, ocaq diyarı tanınır ölkəm,
Alovlar yurdunun nar övladıyam!
* * *
Unutma, şah babam Xətai başdı,
Nadir şah, mətədə tərpənməz daşdı,
İlham, nə keçilməz sədləri aşdı,
İgidlər yurdunun nər övladıyam!
* * *
Tarixdə Nəbisi, Koroğlusu var,
Gen dünya yağıya daim olub dar,
Düşmən qarşımızda yenə oldu xar,
Aslanlar yurdunun şir övladıyam!
* * *
Göydən Yer üzünə ərmağan, payam,
Gündüzlər Günəşəm, gecələr Ayam,
Ən parlaq ulduzdan törəyən boyam,
Ozanlar yurdunun sirr övladıyam!
* * *
Ustacam, vətənim vətən içində,
Axıb duruluruq zaman köçündə,
Min bir anlamı var, adi “heç”in də,
Aqillər yurdunun pir övladıyam!
13.11.2020. Bakı.

Müəllif: Zaur USTAC

ZAUR USTACIN YAZILARI

“YAZARLAR” – SİFARİŞ ET

Mustafa Müseyiboğlu adına kitabxana

MURAD MƏMMƏDOVUN KİTABI

VAQİF SULTANLININ YAZILARI

MURAD MƏMMƏDOVUN YAZILARI

ZAUR  USTACIN  YAZILARI

> > > > MÜTLƏQ OXUYUN !!!

“YAZARLAR”  JURNALI PDF

YAZARLAR.AZ
===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

“TÜRK” etnonimi və törələri- YUNUS OĞUZ yazır

Türk törəsi nədir?

(yeddinci yazı)

ƏVVƏLİ BURADA: “TÜRK” etnonimi və törələri – YUNUS OĞUZ yazır

Yuxarıda qeyd etdiyimiz kimi törə anlamı səndən yuxarıda duran, ocaq başında oturan, yazılmayan, yəni şifahi olaraq ağızdan-ağıza keçən bəylikləri, eli (dövləti) idarə edən əsas qaydalar toplumudur. Bir sözlə, müasir dildə desək, toplumda siyasi və sosial həyatı müəyyənləşdirən, düzən verən və yazılı olmayan hüquq  qaydalarına törə deyilir.

Törə bütün irqləri və dinləri özündə birləşdirən azadlıq verən, sosial münasibətləri müəyyənləşdirən, insanların nizamını avtoritetə bağlayan, milli barış və bərabərliyi qoruyan mədəni bir qurumdur.

Türk törəsində hər kəsin toplum içindəki yeri, sırası və vəzifələri bu qaydalarla müəyyənləşdirilirdi.

Törə haqqında araşdırmaçı alimimiz Əkbər N.Nəcəf özünün “Səlcuqlu dövlətləri və Atabəyləri tarixi” kitabında yazır: “Ailədən (ocaq) dövlətə (il/el) qədər adlarını çəkdiyimiz türklərdəki bütün bu sosial-ictimai cəmiyyət formasiyaları, təşkilat və qurumları yazısız qanun hesab edilən “törə/türə” ilə idarə edilirdilər. Qədim türk kitabələrində “törü” şəkilində keçən bu sözün mənası “qanun-qayda, nizam idi”. Ayrıca olaraq türk törəsi cəmiyyətin mövcudluğu və nizamını qorumaq üçün dilənçiliyi, əyyaşlığı, avara gəzməyi, vəfasızlığı, cahilliyi, tənbəlliyi və cəmiyyət üçün yad olan ünsürləri,  onun nizamını pozacaq hər bir nəsnəni yaxına buraxmır və özündən kənarlaşdırırdı.

Türk törəsinin özəllikləri

1.Yazılı deyil, şifahidir.

2.Dildən dilə, qulaqdan qulağa, nəsildən nəsilə keçərdi.

3. Xaqan da daxil olmaqla hər kəs əməl etməlidir. (Bu da onu göstərir ki, hüququn üstünlüyü əsasdır).

4. Adət və ənənələrin, milli əxlaqın pozulmasının qarşısının alınması, dinin qorunması və digər məsələlər qurultay və xaqandan soruşulur. Bu da onu deməyə əsas verir ki, Türk dövlətləri heç zaman teokratik olmayıblar.

5. Dövrün şərtlərinə görə törənin bəzi müddəaları qurultayda dəyişə bilər.

6. Törənin aşağıdakı maddələri heç zaman dəyişə bilməz.

– Ədalət

– Yaxşılıq

– Düzlük

– İnsanlıq

7. Törə hökmlərinə görə cəza dövlət tərəfindən verilir. Heç kim heç kimə özü cəza verə bilməz. Bu da toplumda qan davasını əngəlləyir, barış və huzur üçün vəsilə olur.

8. Türk törəsində uzun sürən həbs cəzası yoxdur.

9. Türk törəsində dövlətə qarşı üsyan, əsgərlikdən qaçmaq, adam öldürmək, oğurluq, təcavüz kimi gunahların cəzası edam idi.

10. Törələri saya almayan adamları hakim müəyyənləşdirir və xaqanın başçılıq etdiyi məhkəmədə hökm verilir.

11. Türk törəsi uygurlar tərəfindən yazılı hala gətirilmişdir.

Amma bizim əlimizdə daha bir, Orxon-Yenisey abidələrində yazılmış, bir-birindən çox da fərqlənməyən daha bir törə var. Eyni zamanda, deyilənə görə, Oğuz Xaqanın 33 maddəlik buyruğu da mövcuddur. Həmçinin törəyə bənzər, lakin törə adlanmayan Dədə Qorqudun da buyruqları var. Bunların hamısını aşağıda sizin diqqətinizə çatdıracağıq.

Törə qaydaları

Qayda 1 – Təbiətsevərlik

Cəmiyyətdə yaşayan qocalar və gənclər təbiətlə bütünlük təşkil edirlər. Heç kim bitkilərə, suya, havaya zərər verməməlidir. İqlimlərin dəyişməsinə xüsusi önəm verilərdi. Sağlam baş sağlam bədəndə olar, deyə faydalı və təbii yeməklərlə qidalanar, bədən və hərbi təlimlərə önəm verərdilər.

Qayda 2 – Qadın haqları

Ailə içində qadın və ər eyni hüquqlara sahibdirlər. Ər bir qadınla evlənə bilərdi. Türk törəsində mövsümə və hava durumuna, eyni zamanda köç edəndə, səfərə çıxanda, yaş və toylara uyğun olaraq qiyafət geyinərdilər.

Qayda 3 –  Fəzilət (ərdəmlik)

Türklər və Türk səlahiyyəti altında yaşayan hər kəs güvənlidir. Hər kəs qorunur, eyni zamanda çalışqan və usta olmalıdır. Türk törəsi digər qəbilələrin və millətlərin üzərində əxlaq dəyərlərilə ölçülür. Su qaynaqları hamı üçün bərabərdir. Su satılmaz. Kimisə sevmək adam öldürməkdən ayıb deyil. Cinsi təcavüz əsla ola bilməz və bunu heç kim cəsarət edib ağlından keçirə bilməz, çünki bu, törəyə görə ağır cəzalandırılır. Dövlətə zərər vermək, ideallarına alçaltmaq, əxlaqi dəyərləri gözdən və qiymətdən salmaq, sirr saxlamamaq da eyni şəkildə cəzalandırılır.

Qayda 4 – Ədalət

Türk törəsində cəzalar çox qətidir. Bütün toplum bunu bilir və əməl edir. Hər hansı boy, yaxud tayfa bəyi qurultaylarda xandan və ya xaqandan hesab soruşa bilər. Hər kəs (yönəltiçi və yönəldilən) çiyin-çiyinə çalışır, bir-birlərinin qarşısında cavabdehdirlər. Şərqə, günəşə baxan evlərin qapısı kilidlənməzdi. Çadırlarda isə iqlimə uyğun qapılar qoyulurdu. Oğurluq yoxdur. Xaqan bəlli bir gündə evini  əhaliyə yağmalatdırırdı. Əski türklərdə günah iki yerə bölünürdü.

“Şərəfli” günah.

“Şərəfsiz” günah.

Türk törəsinə qarşı çıxan xanədan mənsublarına ölüm cəzası verildikdə, onun yayının sicimilə (kiriş) boğulurdu. Namussuzluğun, iffətsizliyin cəzası ölüm idi.

Qayda 5 – Ailə

Böyüklərə hörmət, sayğı, kiçiklərə şəfqət və sevgi mütləqdir. Bu toplumun inşa etdiyi təməl nöqtəsidir. Bu pozularsa, törələr pozular, toplum dağılardı. Ana və ata uşaqlara çox kiçik yaşlarından başlayaraq törə qaydalarını və qazanılan bilgiləri öyrədirdilər.

Qayda 6 – Etika anlayışı

Toplumun faydası üçün, əgər bu dürüst və doğru fikirdisə, önü açılar, dəstək verilər. Bu fikir yönətmən tərəfindən idarə olunar. Törədən kənarda özündən razı olan, xudpəsənd və kimsəni bəyənməyən insan, yaşı nə qədər olursa olsun toplumdan kənarlaşdırılır. Heç kimsə onunla danışmaz, süfrəyə dəvət edilməzdi. Obadan çıxarılması əsas şərtdir.

Qayda 7 – Azadlıq, (özgürlük), müstəqillik Türk ulusunun (xalqın)  türkdən başqa yiyəsi olmaz. Türk hürr yaşamağa öyrənib.

Qayda 8 – İnanc

Türk dövlətinin dini yoxdur. Törəyə görə bütün dinləri qəbul edənlər bərabər və xoşbəxt yaşamışlar. Türklər din sümürgələrinə dayanan bütün iqtidarların yıxıldığını görmüşlər. Törə dinin sümürməsini heç vaxt əfv etməz. Din sahibləri siyasətə qarışmamalıdır. Qarışanda xalq dağılar, dövlət çökər.

Qayda 9 – İdarəetmə

O zamanlarına görə türklərdə dövlətin idarə olunması ən demokratikdir. Dövlətin idarə olunmasında törə əsasdır. Dövlət yurddaşlarının pulsuz  əlaqələrini, sağlamlığını, təhsilini və güvənliyini qoruyur. Bu baxımdan İpək yolunda (Asiya və Avropada) minlərlə xidmət karvansarayları ilə dolu olurdu.

Qayda 10 – Mədəniyyət

Türklər digər mədəniyyətləri yaxına buraxmaz, təqlid etməz, onların paltarlarını geyinməz, adət və ənənələrini sevməzdilər. Dəbdəbəyə və özünü göstərməyə (lovğalanmağa) önəm verməzdilər. Qənaətcil olar, israfçılığa yol verməzdilər. Eyni şeyləri geyinər, yeyər və içərdilər. Fəlakət (qıtlıq, zəlzələ, sel, daşqın və s.) olduğunda isə bütün ağlı ilə birlik yarada və çətinliklərin öhdəsindən tez bir zamanda gələrdilər.

Qayda 11 – Təhsil

Uşaqlara  çox kiçik yaşlarından Türk törəsi öyrədilir. Savaşda və barışda nə edəcəkləri haqqında bilgilər verirlər. Xaqanların əmrlərini və hökmlərini onlara bilim adamları çatdırırlar. Xalq və bəylər cəsur, həm də hazırlıqlıdırlar. Əsas olaraq onlara türkü sevməyi öyrədirlər.

Türk törəsini kiçik yaşlarından başlayaraq sevməyin duyğusunu öyrədirlər.

Dövlət xidmətində, insanlara münasibətdə sayğı əsas götürülür.

Əsasən, ağır, ciddi, çox danışmayan, lazım gələndə az və sərrast danışan, soyuqqanlı, qəfil əsəbləşməyən, cəsur, əxlaqlı, əzmli, sözünə və vəzifəsinə sadiq, intizamlı, yalan danışmayan insanlar yetişdirilirdi. Ən önəmlisi isə topluma xəyanətin zərəri və cəzası öyrədilirdi.

Qayda 12 – Anlaşma və söz vermək

Türklər 5000 il öncə də dan yeri ağararkən, (qan qırmızı, şərab kimi) qan qardaşı olub, ömür boyu sözünün üstündə duracağına və bir-birlərinə kömək edəcəklərinə söz verərdilər.

Türklərdə söz vermək üçün özlərinə məxsus bir ritual keçirərdilər. Bunu şərab, yaxud qımız içərək edərdilər. Onlarda xüsusi bir söz demək yasaqdır. Söz vermək ən uca qanundur.

Türklər bütün dövlətlərini bu törə ilə qurmuşlar, onu pozanda yıxılmışlar.

Haşiyə. Dünyanın bir çox yerlərində fərdlər qarışılıqlı münasibətlərdə “Türk sözümü?” deyərlər, yəni sözün həyata keçirilməsi hökməndir. 

Bilge xaqan törəsi (yasası)

1.Tanrı (Yaradan) təkdir

2.Hər kəs Tanrıdan qut (can, yaxud xoşbəxtlik) almaq istərsə, başqasına yalvarmasın

3.Bir el (dövlət), bir xaqan,  bir Tanrı

4.Bir qına iki qılınc girməz. Bir xatun iki ər ala bilməz və bir budunda (xalq) iki törə ola bilməz. Törə təkdir. Törə qəti və kəskindir. Kim ki, törəyə uya ( adət-ənənəyə əməl  etsə) kutlanır, kim ki, törəyə kıya  ( adət-ənənəyə əməl  etsə şöhrət qazanar)katlanır.

5.Kimsə törədən üstün deyildir. Dirilik və birlik üçün törə budur.

6.Bir çoban sürüsünə, bir kişi ailəsinə, bir xaqan xalqına görə sorumludur.

7.Hər kişi (ər) qadınına, atına, silahına sahib çıxacaq.

8.Ana-ataya və babaya təzim (sayğı) göstəriləcək.

9.Hımsına (hər iki tərəfdən anaya, ataya, bacıya, qardaşa) sarılacaq, qonşunu gözləyəcəksən.

10.Ər kişi yalan söyləməyəcək.

11.Mal çalan (oğurlayan), mülk əvəzinə mislilə ödəyəcək. Hesabı ya malı, ya da canı ilə ödəyəcək.

12.Kimsə zorlamağa cəhd edərsə canından (edam) olacaq.

13.Hər kim olursa olsun, haqsız, aldadıcı (fırıldaq) iş tutarsa dərhal hesab istəniləcək.

14.Savaşdan kənar duran, ya da qaçan cəhənnəmə (tamuya) göndəriləcək.

15.Aman istəyənə qılınc qaldırmayacaqsan, sənə sığınana arxa çevirməyəcəksən.

16.Baş qaldıranın başı kəsiləcək (alınacaq), haqq istəyənin haqqı veriləcək.

17.Kimsə kimsəyə üstünlüyünü göstərməyəcək. Nə ağ ətin qaradan, nə qaranın qızıldan, nə qızılın sarıdan fərqi olmayacaq.

18.Kin və lovğalığdan uzaq olacaqsan.

19.Məzluma mərhəmət göstərəcək, zalıma əzab hiss etdirəcəksən.

20.Zəifə, yaralıya, uşağa və qadına əl qaldırmayacaqsan.

21.Qızı istəyən, xaqan da olsa, bəy də olsa belə qız istədiyinə veriləcək.

22.Lazımsız yerə ağac kəsməyəcəksən, suyu çirkləndirməyəcəksən.

23.Bilməyib yalandan bildim deməyəcəksən, dərdini (müşgülü) bilənə danışacaqsan.

24.Bu günün işini sabaha buraxmayacaqsan.

25.Eyib (səhv) görməyəcək, eyib (səhv) axtarmayacaqsan.

26. Güclükən əfv et, zəifkən səbr et.

27. Qədərinə (yazgına) asi olma.

28. Etdiyin yaxşılığı unut, sənə edilən yaxşılığı unutma.

29. Hər kəs ədalətlə iş görəcək.

30. Hər nə edirsən et, ancaq mühakimə olunacağını heç zaman unutma.

31. Xalğına yad olma. İpəyin əlasına, sözün tərifinə aldanma, onlarla süslənmə.

32. Xaqan odur ki, ədaləti üstün tutsun, törəni yaşatsın. Törə yox olarsa, el (dövlət) yox olar. El (dövlət) olmazsa, budun (xalqın) qul olar.

33. Ey, Türk Oğuz bəyləri, ey millətim, eşidin! “Üstdə mavi göy çökmədikcə, altda yağız (sarı) yer dəlinmədikcə, sənin Elini və törəni kim poza bilər?”.

Ardı burada: “TÜRK” etnonimi və törələri- YUNUS OĞUZ yazır

MÜƏLLİF: YUNUS OĞUZ

Yunus Oğuzun bloqu

>>>> ƏN ÇOX OXUNAN HEKAYƏ <<<<

Mustafa Müseyiboğlu adına kitabxana

“ƏDƏBİ OVQAT” JURNALI PDF

“YAZARLAR”  JURNALI PDF

“ULDUZ” JURNALI PDF

“XƏZAN”JURNALI PDF

WWW.KİTABEVİM.AZ

YAZARLAR.AZ

===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

Nəsib Abid – İnsanın Zamanla yaşanan ömrü

İnsanın Zamanla yaşanan ömrü

İnsanın Zamanla yaşanan ömrü, onun həyatının rəngarəngliyini yaradaraq, həyat naxışına öz həyati töhfəsini verməkdədir.
Qəlbin həyat nuru, həmişə insanlığın dərdlərinin ocağını alovlandırır..
Könül duyğularının asosial məntiqi, daima həyatın unudulmayan canlılığını üzə çıxardır.
Seadet Qerib in lirikasının həyati-ruhi duyğusallığı bəşəri varlığın həyati gedişini izlətdirir insana.
Şairənin “Ömür ” şerində daha kövrəldici hisslərlə yaşanan həyat sürəcinin gedişi , zamanı geridə buraxaraq, inssnın həyat sevdasına yön verir.

Zaman axıb gedir, Ömür tükənir,
Təqvimdə vərəqlər ,bir-bir tökülür.
Mənimlə ağlayır, yenə də payız,
Ürəkdən , ümidlər qopur-sökülür!

Duyğuların həyat enerjisi, düşüncənin fikir zənginliyini üzə çıxardır.
Insanın Zamanla yaşanan ömrü, onun həyatının fərdiliyinin açarıdır.
Təbiətin şıltaqlığı kimi, insan hisslərinin də həyat dəyişiminin rəngarəngliyi insan ruhunun həyati istəyini doğrulayır.
Səadət Qəribin lirikasının düşündürücü tərəfi, insani münasibətlərin təbiətə uyğun metafizikliyidir .
….

Nə zaman Qəlbimə bahar gəldisə,
Tələsik, özünü yetirdi payız..
Saralan duyğular xəzəl olduqca,
“Leysan yağışlar”ı töküldü,saysız!


Insanın mənəvi həyatı, onun duyğularının sirli xəzinəsidir .
Hisslərin yaratdığı həyati münasibətlər, fikir mübadiləsinin idraki fəlsəfi anlamı ilə özünün idraki-ruhi düçüncədəki yerini tutur.
Fikir duyğusallığının ictimai-ruhi xarakteri, insanın mənəvi dünyasının ruhi-psixoloji halının duyarlılığını artırır.
Səadət Qəribin lirikasının həyati psixolojisi öz rəngarəng çalarları ilə könüllərə həyat duyarlılığını aşılayır..

..

Vüsalın yolları görünməz oldu,
Fələk, yollarıma çəkib “səd”ləri.
Ürəyim bir köhnə,”məzarlıq” olub,
Nə qədər arzumun var, “cəsədləri”!

Xəyallar, insanın könül mülkünün “həyat atmosferi”dir.
Ümidlərin həyat gerçəkliyinə çevrilməsi, xəyalların sağlam ruhundan asılıdır.
Sevginin həyat alqısı, insanın ümid və xəyallarının “həyat ortağı”dır.
Səadət Qəribin lirikasının düşündürücü həyat ruhu, sağlam həyat ruhu ilə insanın fikir mübadiləsini həyata bağlayır.

“Kəfən”siz dəfn etdim xəyallrımı,
Sevgimin cücərən şirin çağında.
Hansı birisini söyləyim indi?
Hələ də qalmışam,”Hicran Dağı”nda!

Həyatın davamlılığı, insanın könül yolunun keşməkeşli yaşamının sevinci-kədəri ilə çeşidlənir.
İnsan ruhunun həyat dərdlərinin metaforası, onun həyat düşüncəsinin hikmətini anlamaqdan keçir.
Sevginin həyat alqısı, insanın yaşam döngüsünün həyati təhlilidir.
Səadət Qəribin lirikasının həyati dərinliyindəki sevginin gücü, insanın fikir duyğusallığının ictimai xarakterini üzə çıxardır.
..
Bir yol, sevinmədi pərişan könlüm,
Bir Ürək dolusu, Sözüm olsa da..
Daha vüsalına, Gümanım yoxdur ,
Sevdiyim adamda, “Gözüm qalsa” da!

..
Poeziya dünyası insanın könül dünyasının həyat işığının axtarışıdır..
Qəlbin həyat aynası, insanın fikir və düşüncəsinin hikmətini sərgiləyir.
Həyati hikmətin ecazkarlığı, insani hisslərin yaratdığı duyğuların həyat vəhdətini doğrulayır.
Səadət Qəribin lirikasının həyati kreativliyi, fikir mübadiləsinin həyata şüurlu münasibətini əks etdirir.
Şairənin könül duyğularının həyat ahəngində ,insan ruhunun həyati qayğılarının diriliyi var.
Uğurlar arzulayıram Şairə xanıma.



Hörmətlə: Nəsib Abid
Filoloq
30 aprel 2025-ci il

SƏADƏT QƏRİBİN YAZILARI

SƏADƏT QƏRİBİN KİTABLARI:

  1. SƏADƏT QƏRİB. MƏN BİR HƏYAT HEKAYƏSİ
  2. SƏADƏT QƏRİB. ONUN ACI TALEYİ


Mustafa Müseyiboğlu adına kitabxana

“ƏDƏBİ OVQAT” JURNALI PDF

“YAZARLAR”  JURNALI PDF

“ULDUZ” JURNALI PDF

“XƏZAN”JURNALI PDF

WWW.KİTABEVİM.AZ

YAZARLAR.AZ

===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

Pakistanlı rəssamın – Azərbaycan kimliyinə sənətkarlıqla səfəri

Pakistanlı rəssamın – Azərbaycan kimliyinə sənətkarlıqla səfəri
Dünyaca məşhur azərbaycan əsilli Pakistanlı rəssam Səba Qızılbaş, Oksford Universitetində dissertasiyanı Azərbaycan və Pakistan mədəniyyətinə həsr edib.
Əsərinin adı: “Bakıdan Multana” – bu sənət işi Oksford Universitetinin muzey kolleksiyasına daxil olunub.
Səba Qızılbaş 1977-ci ildə Lahorda nəcib Qızılbaş ailəsində anadan olmuşdur. Qeyd etməkdə fayda var ki, Azərbaycan əsilli Pakistan Qızılbaşları 18-ci və 19-cu əsrdən Lahor, Pişəvər, Karaçi və Kəşmir kimi çağdaş Pakistan dövlətinə aid bölgələrdə yaşayırlar. Səba Qızılbaş xanımın əcdadları Nadir Şahın Hindistana yürüşündə iştirak etmiş, zəfərdən sonra orada mühüm hakim vəzifələrə təyin olunmuşdular. 1947-ci ildə Britaniya Hindistanı Hindistan və Pakistan olaraq bölünməsi zamanı, Hindistan ərazisində yaşayan bir çox Qızılbaş ailəsi kimi, Səba xanımın ailəsi də Pakistan vətəndaşlığını seçmiş, Karaçi, Lahor və digər böyük şəhərlərdə məskunlaşaraq yeni bir həyat qurmuşdular.
Soydaşımız Qızılbaş xanım dünyaca məşhur rəssam və incəsənət müəllimidir. Səba Qızılbaş, Lahor Milli İncəsənət Kollecində Rəssamlıq üzrə BFA və ABŞ-ın RISD-dən İncəsənət Təhsili üzrə Magistr dərəcəsinə sahibdir. O, 2022-ci ildə Böyük Britaniyanın Oksford Universitetinin Ruskin İncəsənət Məktəbindən Təsviri İncəsənət Magistri dərəcəsi alıb, Oksford Universitetində fərqlənmədən başqa, “Azərbaycan və Pakistan” mədəniyyətinə həsr etdiyi dissertasiyasına görə həm Mansfield-Ruddock mükafatını, həm də Pembroke Embery mükafatını qazanıb. Onun işi Oksford, Nyu-York, Dubay, Honq-Konq, San-Fransisko, eləcə də Pakistanda, o cümlədən bir neçə solo təqdimatda nümayiş etdirilib.
Berkli Kaliforniya Universitetində Cənubi Asiya İncəsənət Təşəbbüsü hər il münsiflər heyətinin seçdiyi şəxslər incəsənət və memarlıq üzrə dissertasiya mükafatı və rəssamlıq mükafatı ilə təltif edilir. 2022-ci ildə Cənubi Asiya rəssamlıq mükafatının qalibi Pakistandan olan soydaşımız Səba Qızılbaş olmuşdur. Soydaşımız həmçinin 2023-cü ildə Nigaah İncəsənət Mükafatı – Üstün Rəsm Mükafatının qalibi olub.
Qeyd etdiyimiz kimi Səba xanım dissertasiyasının bir fəslini Bakıya, Azərbaycana səfərə, Azərbaycan və Pakistan irsinin mədəniyyətinə həsr edib. Fotolarda Azərbaycan və Pakistana həsr etdiyi dissertasiya işini görürsünüz. Səba xanım Qızılbaş bu əsərinə “Bakıdan Multana” adını vermişdir.
Azərbaycan və Pakistan arasındakı tarixi-mədəni birliyin simvollarından biri də Multan karvansarasıdır — bu karvansara ticarət yollarının qovşağında yerləşməklə yanaşı, həm də tarixi bağların və mədəni mübadilənin canlı şahididir. Multan Pakistan şəhəridir, Bakıda bu adla 14-cü əsrə aid “Multan karvansarası” vardır. Multan şəhərindən gələn tacirlər və karvan yolçuları tərəfindən “Multan karvansarasının” əsası qoyulmuşdur.
Azərbaycan Respublikasının Pakistan İslam Respublikasındakı sabiq səfiri Əli bəy Əlizadə “ATV” kanalında verdiyi müsahibəsində belə qeyd edirdi;
“Həqiqətən də Pakistan və Azərbaycan xalqını böyük oxşarlıqlar, tellər bağlayır, Bakının mərkəzində Multan karvansarayının olması, Pakistanda Qızılbaşlar, Əfşarilər və Ordubadilər sülaləsinin olması bizim xalqımızın yaxınlığını tarix boyu göstərir.”
Pakistan keçmiş prezidenti Pərviz Müşərrəf Bakı səfərində, bu karvansaranı ziyarət etmiş və karvansaraya hədiyyələr bağışlamışdır. Hədiyyələr saxlanılan dolabın üzərində “Pakistanın Multan şəhərindən mətbəx ləvazimatları” yazılıb.
“Bakıdan Multana” əsərində Bakının ecazkar mənzərələri, neft buruqları və İçərişəhərin qədim divarları bir araya gələrək keçmişlə bu günün dialoqunu yaradır, şəhərin ruhunu fırça izlərində canlandırır.
Səba Qızılbaşın “Bakıdan Multana” adlı təsirli əsəri Oksford Universitetinin idarə heyətinin diqqətini çəkmiş, nəticədə bu sənət nümunəsi Universitetin Mansfield Kollecinin Muzeyinin daimi kolleksiyasına daxil edilərək sərgilənməyə başlamışdır.


Səba xanım Qızılbaşla söhbətimizdə qeyd edirdi ki, ailəsi ilə birlikdə 2017-ci ildə Azərbaycanı səyahət etmiş, xüsusilə Bakı və Qobustanın zəngin tarixi-memarlıq abidələrinə heyran qalmış, Qubanın füsunkar təbiətində isə sakitliyin və gözəlliyin dərin izlərini tapmışdı. Səba xanım sözünə davam edərək bildirdi ki, “əcdadlarının vətəni olan Azərbaycanda olmaq onun üçün yalnız bir səfər deyil, köklərinə qayıdış, mənəvi bir görüş idi”. Pakistan və Azərbaycan – iki bayraq, bir ürək, sonsuz dostluq! Mədəniyyətimizlə dünyaya birlik nümunəsi göstəririk!

© Qızılbaş Qlobal İrsi Təşkilatının sosial media moderatoru Vahid İbayev

ZAUR USTAC (1975)

Zaur Mustafa oğlu Mustafayev (8 yanvar 1975Bakı) — Şair, publisist, Birinci Qarabağ müharibəsi iştirakçısı, Azərbaycan Jurnalistlər Birliyinin üzvü, Azərbaycan Yazıçılar Birliyinin üzvü, “Qızıl qələm” mükafatı laureatı,[1] Azərbaycan Respublikası Prezident təqaüdçüsü (2019-cu ildən).[2]

Həyatı

[redaktə | vikimətni redaktə et]

Zaur Ustac 1975-ci il yanvarın 8-də Bakı şəhərində anadan olmuşdur. İlk təhsilini Ağdam rayonunun Yusifcanlı kənd orta məktəbində almış, ardıcıl olaraq Bakı Dövlət UniversitetindəBakı Ali Birləşmiş Komandanlıq Məktəbində, Beynəlxalq İxtiraçılıq və Biznes İnstitutunda və Şamaxı Humanitar Kollecində davam etdirmişdir. Birinci Qarabağ müharibəsi iştirakçısı və hal–hazırda ehtiyatda olan zabitdir.[3]

Zaur Ustac 1988-ci ildən etibarən dövri mətbuatda çıxış edir.[4]

Zaur Ustac “Yazarlar” jurnalının təsisçisi[5] və baş redaktorudur. Azərbaycan Jurnalistlər Birliyinin üzvü, Qızıl qələm mükafatı laureatıdır.[6]

Yaradıcılığı

[redaktə | vikimətni redaktə et]

Zaur Ustac yaradıcılığında nəzm və nəsr nümunələrinin payı bərabər bölünmüşdür. Yazar bədii əsərlərin, əlavə dərs vəsaitlərinin, vacib mövzularda publisistik yazıların müəllifidir.[7] O həmçinin müxtəlif vaxtlarda nəşr olunmuş toplu və almanaxlarda, eyni zamanda ayrı-ayrı qurumların tərtib etdiyi metodik vəsaitlərdə yer almışdır.[8],[9]

Əsərləri

[redaktə | vikimətni redaktə et]

Kitabları

[redaktə | vikimətni redaktə et]

  • ”Günaydın “(“Ağçiçəyim”)
  • “Mum kimi yumşalanda”
  • ”Məhdud həyatın məchul düşüncələri”
  • ”İstəməzdim şair olum hələ mən”
  • ”Gülzar”
  • ”Oriyentir Ulduzu” – I, II, II, IV nəşrlər[10]
  • ”Şehçiçəyim”
  • “Gülünün şeirləri”
  • ”Balçiçəyim”
  • ”Bayatılar”
  • ”Bərzəxdə”
  • ”Sevin ki, seviləsiz”
  • “Qəlbimin açıqcası”
  • “93-ün yayı və ya bir qaşıq qatıq”
  • “2016”
  • “Nişangah”
  • “Ustadnamə”
  • “Usubcan əfsanəsi”
  • “Çəhrayı kitab”
  • “Otuz ildir əldə qələm “
  • “Əliş və Anna”[11][12]
  • “Qələmdar”[13]
  • “Yaradanla baş-başa”
  • “Zimistan”[14]
  • “45” (şeirlər)[15][16]
  • “Ülyahəzrət”[17]
  • “Qədimliyə bürünmüş yenilik” [18][19]
  • “Gülüzənin şeirləri”[20][21]
  • “Sevgi dolu şeirlər” [1],[2],[3]

Tərcümələri

[redaktə | vikimətni redaktə et]

  • Stiven Reblinin “Mavi Ay Vadisi” (Stephen Rabley “Blue Moon Valley”)[22]
  • Stiven Rebli.”Troya Daşı” (Stephen Rabley “The Troy Stone”)[23]

Tədris vəsaitləri

[redaktə | vikimətni redaktə et]

  • “Güllünün şeirləri” Məktəbəhazırlıq qrupları üçün vəsait.[24][25][26]
  • “39 Həftə” (İngilis dili üçün xüsusi proqram) “39 Weeks” (Special program for English)[27]

Məqalələri

[redaktə | vikimətni redaktə et]

  1. Zaur Ustac “Dağlar” haqqında[28]
  2. Su — dünyaya açılan bir pəncərədir[29]
  3. “Hərb mövzulu yazılar” I[30] və II[31]
  4. Nəzmi şah və ya Kəmaləddin Qədim[32]

Layihələri

[redaktə | vikimətni redaktə et]

Mükafatları

[redaktə | vikimətni redaktə et]

  1. Qızıl qələm mükafatı[38]
  2. İlin Vətənpərvər Şairi[39][40]

Ədəbiyyat

[redaktə | vikimətni redaktə et]

  1. Aida Hacıxanım “Məqam”[41]
  2. Aida Hacıxanım “Ömrün anları”[42]
  3. Aida Hacıxanım “Otuz şeir, otuz fikir”[43]
  4. Gülü “Zaur Ustac”[44]
  5. Qələndər Xaçınçaylı “Taclı şair”[45]
  6. Azərbaycan Respublikası Təhsil Nazirliyi “Məktəbə hazırlaşırıq” I hissə[46] və II hissə[9]
  7. Kamal Camalov “Əliş və Anna haqqında”[47]
  8. Ayətxan Ziyad “Zaur Ustacın uşaq dünyası”[48][49][50]
  9. Vaqif İsaqoğlu “Zaur Ustacın poetik dünyası”[4],[5]

Mənbə

[redaktə | vikimətni redaktə et]

  1. Azərbaycan Milli Kitabxanası[51]
  2. Milli Virtual Kitabxana[52]
  3. Azərbaycan Ədəbiyyatının Virtual Kitabxanası[53]
  4. Prezident Kitabxanası[54]

İstinadlar

[redaktə | vikimətni redaktə et]

  1.  “Azərbaycan Jurnalistlər Birliyinin Təbriki”. zefernews.az (az.). Azərbaycan Jurnalistlər Birliyi. 15 aprel 2019. 2025-04-19 tarixində arxivləşdirilibİstifadə tarixi: 15 yanvar 2025.
  2.  “Azərbaycan Respublikası Prezidentinin Fərmanı”. president.az (az.). Azərbaycan Respublikasının Prezidenti. 15 aprel 2019. 2020-12-20 tarixində arxivləşdirilibİstifadə tarixi: 20 dekabr 2020.
  3.  “”Bir vətəndaş kimi düşünməliyik – bu gün vətənə nə vermişik…””. anl.az (az.). Həftə içi.- 2018.-17-19 noyabr.- S.8. 17–19 noyabr 2018. 2020-12-20 tarixində arxivləşdirilibİstifadə tarixi: 20 dekabr 2020.
  4.  “Zaur Ustac Azərbaycan mətbuatında” (az.). Yazyarat.com. 09 yanvar 2021. 2021-01-11 tarixində arxivləşdirilibİstifadə tarixi: 11 yanvar 2021.
  5.  “2007-ci ilin avqust ayının 1-dәn 2008-ci ilin avqust ayının 1-dәk reyestrә daxil edilmiş mәtbu nәşrlәr barәdә məlumat” (PDF). ajb.az (az.). Azərbaycan Jurnalistlər Birliyi. 16 avqust 2007. 2020-12-20 tarixində arxivləşdirilib (PDF)İstifadə tarixi: 20 dekabr 2020.
  6.  “Azərbaycan Jurnalistlər Birliyinin Təbriki”. zefernews.az (az.). Azərbaycan Jurnalistlər Birliyi. 15 aprel 2019. 2025-04-19 tarixində arxivləşdirilibİstifadə tarixi: 15 yanvar 2025.
  7.  “DÜNYANIN BİR RƏNGİ VAR…” adalet.az (az.). ADALET.AZ. 25 iyun 2019. 2020-12-20 tarixində arxivləşdirilibİstifadə tarixi: 20 dekabr 2020.
  8.  “Azərbaycan Respublikası Təhsil Nazirliyi “Məktəbə hazırlaşırıq” I hissə”. trims.edu.az (az.). Azərbaycan Respublikası Təhsil Nazirliyi. 2020-12-20 tarixində arxivləşdirilibİstifadə tarixi: 20 dekabr 2020.
  9. ↑ Yuxarıda get:1 2 “Azərbaycan Respublikası Təhsil Nazirliyi “Məktəbə hazırlaşırıq” II hissə”. trims.edu.az (az.). Azərbaycan Respublikası Təhsil Nazirliyi. 2020-12-20 tarixində arxivləşdirilibİstifadə tarixi: 20 dekabr 2020.
  10.  “Arxivlənmiş surət” (PDF). 2022-03-20 tarixində arxivləşdirilib (PDF)İstifadə tarixi: 2016-02-08.
  11.  “Zaur Ustac “Əliş və Anna””. anl.az (az.). anl.az. 2020-12-24 tarixində arxivləşdirilibİstifadə tarixi: 24 dekabr 2020.
  12.  “Zaur Ustac “Əliş və Anna””. mucru.art (az.). Mucru.art. 2020-12-24 tarixində arxivləşdirilibİstifadə tarixi: 24 dekabr 2020.
  13.  “Zaur Ustac “Qələmdar””. anl.az (az.). anl.az. 2020-12-20 tarixində arxivləşdirilibİstifadə tarixi: 24 dekabr 2020.
  14.  “Zaur Ustac “Zimistan””. anl.az (az.). anl.az. 2020-12-24 tarixində arxivləşdirilibİstifadə tarixi: 24 dekabr 2020.
  15.  “Zaur Ustac “45” (şeirlər)”. anl.az (az.). anl.az. 2020-12-24 tarixində arxivləşdirilibİstifadə tarixi: 24 dekabr 2020.
  16.  “Zaur Ustac “45” (şeirlər)”. mucru.art (az.). Mucru.art. 2020-12-24 tarixində arxivləşdirilibİstifadə tarixi: 24 dekabr 2020.
  17.  “Zaur Ustac “Ülyahəzrət””. anl.az (az.). anl.az. 2020-12-24 tarixində arxivləşdirilibİstifadə tarixi: 24 dekabr 2020.
  18.  “Zaur Ustac “Qədimliyə bürünmüş yenilik””. anl.az (az.). anl.az. 2020-12-24 tarixində arxivləşdirilibİstifadə tarixi: 24 dekabr 2020.
  19.  “Zaur Ustac “Qədimliyə bürünmüş yenilik””. mucru.art (az.). Mucru.art. 2020-12-24 tarixində arxivləşdirilibİstifadə tarixi: 24 dekabr 2020.
  20.  “Zaur Ustac “Gülüzənin şeirləri””. anl.az (az.). anl.az. 2 May 2021 tarixində arxivləşdirilibİstifadə tarixi: 03 may 2021.
  21.  “Zaur Ustac “Gülüzənin şeirləri””. yazarlar.az (az.). yazarlar.az. 2 May 2021 tarixində arxivləşdirilibİstifadə tarixi: 03 may 2021.
  22.  “Stiven Reblinin “Mavi Ay Vadisi” (Stephen Rabley “Blue Moon Valley”). Hekayə. Əsər “İngiliscə uşaq hekayələri” layihəsi çərçivəsində Zaur Ustac tərəfindən tərcümə olunub”. kitabxana.net (az.). Kitabxana.net. 18 dekabr 2019. 2020-12-24 tarixində arxivləşdirilibİstifadə tarixi: 24 dekabr 2020.
  23.  “Stiven Rebli.”Troya Daşı”. Zaur Ustacın tərcüməsində. Bu əsər “İngiliscə uşaq ədəbiyyatı” layihəsi çərçivəsində nəşr olunur”. kitabxana.net (az.). Kitabxana.net. 20 dekabr 2019. 2020-12-24 tarixində arxivləşdirilibİstifadə tarixi: 24 dekabr 2020.
  24.  “”Güllünün şeirləri” Məktəbəhazırlıq qrupları üçün vəsait”. anl.az (az.). Anl.az. 2020-12-24 tarixində arxivləşdirilibİstifadə tarixi: 24 dekabr 2020.
  25.  “”Güllünün şeirləri” Məktəbəhazırlıq qrupları üçün vəsait”. mucru.art (az.). Mucru.art. 8 iyul 2020. 2020-12-24 tarixində arxivləşdirilibİstifadə tarixi: 24 dekabr 2020.
  26.  “”Güllünün şeirləri” Məktəbəhazırlıq qrupları üçün vəsait”. bakubookcenter.az (az.). Bakubookcenter.az. 2020-12-24 tarixində arxivləşdirilibİstifadə tarixi: 24 dekabr 2020.
  27.  “”39 Həftə” (İngilis dili üçün xüsusi proqram) “39 Weeks” (Special program for English)”. anl.az (az.). Anl.az. 2020-12-24 tarixində arxivləşdirilibİstifadə tarixi: 24 dekabr 2020.
  28.  “Zaur Ustac “Dağlar” haqqında”. anl.az (az.). Ədalət.-2019.-7 sentyabr.-S.14. 7 sentyabr 2019. 2020-12-20 tarixində arxivləşdirilibİstifadə tarixi: 20 dekabr 2020.
  29.  “Su – dünyaya açılan bir pəncərədir…” anl.az (az.). Həftə içi.- 2019.- 3 may.- S.8. 3 may 2019. 20 December 2020 tarixində arxivləşdirilibİstifadə tarixi: 20 dekabr 2020.
  30.  “Hərb mövzulu yazılar I” (PDF). anl.az (az.). “Ədalət qəzeti.- 2019.- 26 iyun.- S.4. 26 iyun 2019. 2020-12-20 tarixində arxivləşdirilib (PDF)İstifadə tarixi: 20 dekabr 2020.
  31.  “Hərb mövzulu yazılar II” (PDF). anl.az (az.). “Ədalət qəzeti.- 2019.- 28 iyun.- S.4. 28 iyun 2019. 2020-12-20 tarixində arxivləşdirilib (PDF)İstifadə tarixi: 20 dekabr 2020.
  32.  “Nəzmi şah və ya Kəmaləddin Qədim”. anl.az (az.). Həftə içi.- 2019.- 12 mart.- S.8. 12 mart 2019. 2020-12-24 tarixində arxivləşdirilibİstifadə tarixi: 20 dekabr 2020.
  33.  “”Dağlar” işıq üzü gördü”. anl.az (az.). Həftə içi.- 2019.- 27-28 avqust.- S.4. 27–28 avqust 2019. 2020-12-24 tarixində arxivləşdirilibİstifadə tarixi: 24 dekabr 2020.
  34.  “”Oriyentir ulduzu” – Bizi Qarabağa səsləyən kitab”. tezadlar.az (az.). Tezadlar.az. 19 mart 2019. 2020-12-20 tarixində arxivləşdirilibİstifadə tarixi: 20 dekabr 2020.
  35.  “Memarlıq irsimizə ehtiram hissilə atılan addımlar”. anl.az (az.). 525-ci qəzet.- 2020.- 3 oktyabr.- S.23. 3 oktyabr 2020. 2020-12-24 tarixində arxivləşdirilibİstifadə tarixi: 24 dekabr 2020.
  36.  “Memar Əliş bəy Kərəmli” (PDF). anl.az (az.). Ədalət qəzeti.- 2020.- 6 oktyabr.- S.7. 6 oktyabr 2020. 2020-12-24 tarixində arxivləşdirilib (PDF)İstifadə tarixi: 24 dekabr 2020.
  37.  “Kremlin memarı Əliş bəy Kərəmli”. tezadlar.az (az.). Tezadlar.az. 3 oktyabr 2020. 2020-12-24 tarixində arxivləşdirilibİstifadə tarixi: 20 dekabr 2020.
  38.  “Prezident təqaüdünə layiq görülən yazçılar: Kimdir onlar? – BİZİM ARAŞDIRMA”. cebhe.info (az.). Cebhe.info. 26 iyun 2020. 2020-12-24 tarixində arxivləşdirilibİstifadə tarixi: 24 dekabr 2020.
  39.  “Şairlər mükafatlandırıldı”. arasdirma.info (az.). Arasdirma.info. 20 noyabr 2019. 2020-12-24 tarixində arxivləşdirilibİstifadə tarixi: 24 dekabr 2020.
  40.  “Şairlər mükafatlandırıldı” (az.). Faxrali.com. 20 noyabr 2019. 2021-01-08 tarixində arxivləşdirilibİstifadə tarixi: 11 yanvar 2021.
  41.  “Aida Hacıxanım “Məqam””. anl.az (az.). anl.az. 7 may 2017. 20 December 2020 tarixində arxivləşdirilibİstifadə tarixi: 20 dekabr 2020.
  42.  “Aida Hacıxanım “Ömrün anları””. kitabxana.net (az.). kitabxana.net. 3 iyun 2018. 2020-12-20 tarixində arxivləşdirilibİstifadə tarixi: 20 dekabr 2020.
  43.  “Aida Hacıxanım “Otuz şeir, otuz fikir””. anl.az (az.). anl.az. 2020-12-20 tarixində arxivləşdirilibİstifadə tarixi: 20 dekabr 2020.
  44.  “Gülü “Zaur Ustac””. anl.az (az.). anl.az. 2020-12-20 tarixində arxivləşdirilibİstifadə tarixi: 20 dekabr 2020.
  45.  “Qələndər Xaçınçaylı “Taclı şair””. anl.az (az.). anl.az. 2020-12-20 tarixində arxivləşdirilibİstifadə tarixi: 20 dekabr 2020.
  46.  “Azərbaycan Respublikası Təhsil Nazirliyi “Məktəbə hazırlaşırıq” I hissə”. trims.edu.az (az.). Azərbaycan Respublikası Təhsil Nazirliyi. 2020-12-20 tarixində arxivləşdirilibİstifadə tarixi: 20 dekabr 2020.
  47.  “Kamal Camalov “Əliş və Anna haqqında””. anl.az (az.). anl.az. 2020-12-20 tarixində arxivləşdirilibİstifadə tarixi: 20 dekabr 2020.
  48.  “Ayətxan Ziyad “Zaur Ustacın uşaq dünyası “”. yazarlar.az (az.). yazarlar.az. 2 May 2021 tarixində arxivləşdirilibİstifadə tarixi: 03 may 2021.
  49.  “Ayətxan Ziyad “Zaur Ustacın uşaq dünyası “”. kitabxana.net (az.). kitabxana.net. 2 May 2021 tarixində arxivləşdirilibİstifadə tarixi: 03 may 2021.
  50.  “Ayətxan Ziyad “Zaur Ustacın uşaq dünyası “”. anl.az (az.). anl.az. 2 May 2021 tarixində arxivləşdirilibİstifadə tarixi: 03 may 2021.
  51.  “Azərbaycan Milli Kitabxanası”. ek.anl.az (az.). Anl.az. 2020-12-28 tarixində arxivləşdirilibİstifadə tarixi: 28 dekabr 2020.
  52.  “Milli Virtual Kitabxana”. kitabxana.net (az.). Kitabxana.net. 2020-12-28 tarixində arxivləşdirilibİstifadə tarixi: 28 dekabr 2020.
  53.  “Azərbaycan Ədəbiyyatının Virtual Kitabxanası”. azlibnet.az (az.). Azlibnet.az. 2020-12-24 tarixində arxivləşdirilibİstifadə tarixi: 24 dekabr 2020.
  54.  “Prezident Kitabxanası”. ebooks.az (az.). Ebooks.az. 2020-12-24 tarixində arxivləşdirilibİstifadə tarixi: 24 dekabr 2020.

Xarici keçidlər

[redaktə | vikimətni redaktə et]

  1. Zaur Ustacın youtube kanalı
  2. Zaur Ustacın facebook səhifəsi
  3. Zaur Ustac yazarlar.az saytında

İlkin mənbə (arxiv): archive.is

https://archive.is/3CE7n

Təranə Dəmir – Yeni şeirlər

SIĞAL

Əllərin dərd görməsin,
Bu nə gözəl sığaldı.
Unutdum hər nə varsa,
Ağrılarım sağaldı.

Saçlarım əllərində
Ovundu sığal-sığal.
Ovuc-ovuc darandı,
Sevindi sığal -sığal.

Boğuldum göz yaşında,
Sığal-sığal boğuldum.
Payızın ortasında
Təzə vüsal doğuldu.

****

Tüstüsü başından çıxır buludun,
Hirsini dağlara , daşlara tökür.
Tökür ağaclara , tökür yollara,
Yuvalara tökür, quşlara tökür,
Mənim bu yağışa yazığım gəlir.

Kimin baharından keçir görəsən,
Kimin payızına , qışına yağır?
Kimin ocağına , kimin külünə,
Kimin ürəyinin başına yağır?
Mənim bu yağışa yazığım gəlir.

Bulud da sözünü yağışla deyir,
Harayı yağışdı, hayı yağışdı.
Göyündən Yerinə əliboş gəlmir,
Sovqatı yağışdı, payı yağışdı,
Mənim bu yağışa yazığım gəlir.

Pəncərə -pəncərə yağır səhərə ,
Pəncərə- pəncərə islanır şəhər.
Yuyunur , daranır yağışın altda,
Yağış paltarında nazlanır şəhər,
Mənim bu yağışa yazığım gəlir.


****

Zaman keçdikcə gözünün qabağında köhnəlir hər şey–
duyğular , arzular ,
Şəkillər , xəyallar .
Əvvəlcə köhnə şəhər üzünə durur təp-təzə donda ,
sonra küçələr, adamlar.
İtirsən öz içində addım -addım, ləpir -ləpir.
Tanımır səni təzə pöhrələnən ağaclar ,
İşığı gözünə düşür göydələnlərin ,
Maşınların siqnal səsinə diksinir ayaqların ,
Büdrəyirsən və səndən qabağa düşən təptəzə ayaq izinin üstündən ləngər vura-vura keçirsən ,
Sakit -sakit, qorxa-qorxa ,aram -aram keçirsən.
Külək qovur səni dalan-dalan, küçə -küçə,
Baxırsan ki, nə yolların , nə küləyin , nə şəhərin yadındasan,
Payıza bir sevgi etirafı edirsən gizlicə
bahar donlu, bənövşə ətirli, tərtəmiz,
Heç kim eşitmir səni ,
Səsin içində boğulur.
Və tək -tənha , qap-qaranlıq gecələrin birində, nimdaş paltarında təptəzə ayrılıq şeiri doğulur…
Zaman keçdikcə köhnəlir hər şey–
–duyğular , arzular ,
Şəkillər , xəyallar,
Şəhərlər , yollar,
Sevgilər , yalanlar…

****

Bu bahar özüylə sevgi gətirə,
Döyə qapımızı sevgi bu bahar.
Od qoya sopsoyuq ayrılıqlara,
Bir ümid doğula , gözündə vüsal,
Xəyallanasan.

Yadından çıxara ömrün qışını,
Baxtına gün doğa təzədən, Allah.
Tuta əllərindən bahar sevdası ,
Gözdə qəm sevinə , saçda dən , Allah,
Nağıllanasan.

Hardansa bir işıq düşə yoluna,
Gözünün içinə səadət baxa.
Sənə unutdura xəyanətləri,
Bütün ağrıların yadından çıxa,
Sığallanasan.

Buludlar sevgiylə yağa üstünə,
İslana saçların yaz yağışında.
Kimsə qulağına eşq pıçıldaya,
İtəsən , batasan naz yağışında,
Xumarlanasan.

Bu bahar bizimçün gələ bu dəfə,
Qova başımızdan həsrəti , nolar.
Çıxara sevgini gün işığına,
Üstündən götürə töhməti , nolar,
Vüsallanasan..

****

Dənizkənarı parkda hər gün skamyalar yol, göyərçinlər sevgi gözləyir.
Ağaclar yan -yana düzülüb şəkil çəkdirirlər
uşaqlarla , quşlarla , adamlarla , daşlarla.
Şəkli dənizə düşür bəxtəvərliyin.
Ləpələr küləklə yarışır,
Sahildə sevişir qum dənələri.
Ləpirlər quma batır addım -addım,
Böyük ləpirlər xırda ləpirlərə qarışır.
Qarğalar dən axtarır sahillə dənizin qovuşduğu yerdə,
Yağış yağır hərdən ,
Budaq -budaq yuyunur ağaclar ,
Dənizdə əks -səda verir addım səsləri, yarpaq xışıltısı , araba cırıltısı , körpə qığıltısı ,
Bir ayağı göydən asılan xoşbəxtliyin bir ovuc içi boyda sevincinə əl çalır sular .
Baxışlardakı yorğun sevincdə gizlənir min illik qayğılar .
Gecələr dənizə düşür ayın şəkli,
Külək ayın üzünə çırpır suları dalğa -dalğa ,
Yanaqları islanır Ay gözəlin.
Qaranlıqda uzaqdan adama bənzəyir ağacların qaraltısı ,
Saçlarında yağış, gözündə dəniz, sinəsində sahil , qollarında quş yuvası.
Gecənin qoynunda səhəri gözləyir burda hər nə var —
Dəniz, dalğalar, sahil,
yelləncəklər , hasarlar , ağaclar, quşlar…

****

Döşəməsi gil, divarı şirəli evlər vardı ,
Pəncərəsi səmaya baxardı..
Çəpərləri qamışdan ,
Doqqazları taxtadan quralıydı,
Qapıları qonaqlı , qaralıydı.
Dörd tərəfi çiçəkli, otluydu,
Qızları həyalı,
Oğlanlatı ağ atlıydı.
Çörək ətirliydi,
Sevgi çətirliydi.
Tox idi İti, pişiyi ,
tavanından asılardı uşaq beşiyi .
Xallı , xalçalıydı,
Mütəkkəli, nalçalıydı.
Gecələr hamı lampa başına yığışardı ,
Nənələr nağıl danışardı,
Nəvələr noğullaşardı.
Göz açıb yumunca dəyişdi hər şey,
Sökdülər döşəməsi gil ,
divarı şirəli evləri ,
Qonaqlı evləri, qaralı evləri.
Divar -divar sökdülər ,
Hasar -hasar sökdülər.
Yerində daş imarətlər ucaldı ,
Bacasından tüstü çıxmayan,
Pəncərəsindən günəş baxmayan.
Nənələr babalar köç etdi,
Atalar, analar qocaldı.
Sonra cığırları kol ,
Adamları qaramat basdı .
Sevgilər bölündü , azaldı, kiçildi,
Evlər rəngiylə, adamlar paltarıyla seçildi.
Kişiləri adıyla yox, cibiylə çağırdılar,
Hasarıyla, qapısıyla ,bacasıyla ,”Cip”iylə çağırdılar.
Sonra nifrət başladı ,
Sonra paxıllıq , bəddua, göz yaşı ,
Sonra hamı şeytanı daşladı. ..
Döşəməsi gil, divarı şirəli evlər vardı,
Pəncərəsi səmaya baxardı…

****

Qadın gəncliyini divardan asmışdı,
Özü isə otaq-otaq dolanırdı qocalığın başına.
Hər dolandıqca bir buğda dənəsi boyda ömründən sürüşüb düşürdü ayaqları altına.
Axsayırdı,
Amma yenə addım -addım yeriyirdi ağrılarının üstünə.
Arada başını qaldırıb divardakı qadına gülümsəyirdi ,
Öpüşürdü baharla qış.
Kölgəsi düşürdü otağın küncünə,
Çevrilib çıqqaçıqla vaxt üyüdən saatına gülümsəyirdi.
Sonra ehmallıca barmaqlarını üzünün qırışlarına,
İyirmi ildən qalma günəş ləkələrinə sürtürdü,
Dodağının çatına gülümsəyirdi.
Daha sonra boynunun ardına düyünlədiyi ağappaq saçlarını qapqara, ilməsi qaçmış yaylığı ilə örtürdü.
Nəfəsi kəsilirdi tənhalıqdan,
Boğurdu divarlar bu səssiz, səmirsiz, yarımçıq qadını,
Xəyallar gözünə batırdı.
Qapını açıb havaya çıxırdı və günə verirdi ayaqlarının yelini,
Pillələr arxasınca daş atırdı….

Müəllif: Təranə DƏMİR

AYB – nin və AJB -nin üzvü

Mustafa Müseyiboğlu adına kitabxana

“ƏDƏBİ OVQAT” JURNALI PDF

“YAZARLAR”  JURNALI PDF

“ULDUZ” JURNALI PDF

“XƏZAN”JURNALI PDF

WWW.KİTABEVİM.AZ

YAZARLAR.AZ

===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru