Rəfail Tağızadə yazır

Pərviz Yəhyalı yaradıcılığına baxış

Kiçik əsərlərdə böyük mənalar axtarışında olanda, son vaxtlar Pərviz Yəhyalı yada düşür. Düşündürücü hekayələr, miniatürlər, etüdlər, povestlər müəllifinin yığcam fikirləri oxucunu özünə cəlb edir. Sözün bütün təsvir imkanlarından yararlanan müəllif adamı çələng boxçasında söz səyahətinə aparır.

Yeniliklərlə, axtardıqlarınla rastlaşırsan, dincəlirsən. Qovuşmaq istədiyinə qovuşmuş kimi olursan. Adamı təbiətin gözəlliyi qədər də, sözün cazibəsi valeh etdiyindən bir anlıq sözün sehrindən susmalı olursan. Çünki söz danışır. Müqəddəs söz.
Budur, Pərviz Yəhyalı yaradıcılığının özəlliyi.
Pərviz Yəhyalı təbiət hadisələrini elə təqdim edir ki, dəfələrlə, bəlkə də, hər gün gördüyün o gülə, çiçəyə, ağaca, yarpağa təzədən baxmalı olursan, ilk dəfə görürmüş kimi. O, elə detallara diqqət yetirir ki, sən hər gün gördüklərinə yenidən baxmalı olursan. Bu onun təkcə etüdlərində deyil, povest, hekayə, miniatürlərinə də aiddir.
Yurd yeri, köhnə cığır, quruyan ağac budağı, yaz çiçəyi… bunlar Pərviz müəllimin ifadələriylə yazıda yaz havasında dil açıb danışır. Oxucu onun yazısında yeni nəsə tapır. Bu onun axtardığı ola bilir.
Hər əsərinə, yazılarına bədiiliklə bərabər, həm də intellektlə yanaşır. Biz bunu onun müəllimləri, alimlər haqqındakı yazılarında da görə bilirik.
Ciddi insanın yazıları da ciddi və düşündürücüdür. Onun yazısında artıq bir şey tapa bilmirsən. Çünki o, hər işinə məsuliyyətlə yanaşır. Ona görə də Pərviz müəllimin əsərləri diqqətli oxucular tərəfindən mütləq izlənilir, oxunur.
Seçilən obraz, əsərin verdiyi nəticə, təsvir, yanaşma, ötürdüyü yük başqalarından seçilir, yaddaşlara hopur.
Pərviz Yəhyalını fərqləndirən onun yaxşı mənada fərqliliyidir. Onu həm müəllim, tədqiqatçı alim, yazar kimi müxtəlif səpkilərdə görmək olur. Bu fərqliliyin gözəlliyidir.
Etüd musiqi əsəri olsa da, Pərviz Yəhyalı onu sözün notlarıı ilə canlandırır, yeni söz nümunəsi yaradır.
Miniatür və etüd yazan söz adamı ana dilimizi elə mükəmməl bilməli, ilahi sözü ana dilimizin şəhdinə, şirəsinə elə batırıb şirinləşdirməlidir ki, oxucunun bədii zövqünün ağzı bala batsın.
P.Yəhyalı insan olaraq məmləkətin hər bucağını, daşını-kəsəyini, dağını, ağacını, çəmənini və insanını özününkü bilir, sevir və dəyərləndirir. Hər şey üçün əsir, sevinir, ona içinin yanğısıyla yanaşır.
O, mehdən titrəyən yarpaq kimi həssas söz adamıdır. Narahat dünyanın narahat sualları onun daxili dünyasını və bütün yaradıcılığını ələk-vələk edir, yollar axtarır ki, kiməsə arxa dusun, humanistliyi, məhəməti ilə bəşəri qorusun. Yazıçının pəncərəsini döyəcləyən şanapipik timsalında: “Pəncərəmi döyəcləyən şanapipik nə istəyir görən? Bəlkə, bunca gözəl yaz səhərində yatıb yuxuya qalmayım deyə… ya da oğru sağsağanlar yetişməmiş albalıları üzüb dimdiklərində apardıqların xəbər verir. …Qorxma! Səni qoruyacam! Dünyanın bütün pisliklərinə sipər olmağa gücüm çatmasa da, səni qorumağı bacararam!”
Yazıçı sözün qüdrətiylə “təbiət hadisəsi yaradır”. “Ruhunun canından qopub” bəyaz vərəqlərə hopan, fikir süzgəcindən keçib anamız yerə həyat bəxş edən nur damlalardan yaranan yağışın nadirliyi, unikallığı nədir?
“Ulduzlar göyün tavanından bərq saçıb aşağıda gördüklərindən sevinirdilər. Ay da öz işığından bir küçə qapısına çıraq tuturdu. Buludların heç izinin, tozunun görünmədiyi göylərdən yüngülcə yağış yağırdı. Aylı-ulduzlu gecə heç təəccüb də etmirdi ki, belə aydınlıqda yağış hardandı. Elə bil bir sehirli əl ovuc-ovuc su ovuclayıb bir gecənin qaranlığına, bir gecənin tozlü küçəsinə su səpirdi”.
Müəllif bir etüdində yasəmən ətrinə bələnmiş sözüylə bizi yasəmən ətrinin ovsununa salır: “Qucağında tutduğu yasəmən dəstəsini sinəsinə elə sıxmışdı, sanki qorxurdu kimsə onu əlindən alacaq. Üz tutduğu ünvana necə çatacağının fərqinə varmadan gecənin qaranlığına qarışıb gedirdi. Bilirdi ki, çatacağı yerdə onu dan şəfəqləri qarşılayacaq”.
Bəzən “Tutub xatirələrin ucundan yovşanlı bir düzə, heç kimin olmadığı, üfüqlərində yerlə göyün birləşdiyi yerəcən boşluq olan, ancaq hoppana-hoppana yerini dəyişən torağayları tutmaq istəyinlə baş-başa qalasan”, – söyləyir öz-özünə.
Pərviz Yəhyalı millətin, xalqın dərdini öz dərdi, ağrısı bilir, Xocalı faciəni unutmur: “Düz otuz bir il susdum. Yaddaşımın üç min illik tarixini lal dinməz edib səssiz qaldım. Yan-yörəmdəki körpə uşaqların, azğın vəhşət qurbanı saysız-hesabsız günahsızların sızlayan ruhlarından utanıb kirimişcə durdum. Əslində öz dərdi¬mi unudub ətrafımdan göylərə ucalan ahlara için-için ağladım. O müdhiş gecədə eşitdiyim fəryadları, qışqırıqları bir-birinə calanan əsrlər boyu nə görmüşdüm, nə də təsəvvürümə gətirmişdim”.
Onun vətənin, təbiətin gözlə görünən, görünməz ən kiçik varlığına böyük baxış var.
“Təzadlar içində inləyən gecənin səmasındakı Ayın da yarısı yoxa çıxıb. Elə bil tən ortasından korş bıçaqla kəsiblər. Göyün üzündə bulud da yoxdu ağlaya yarı bölünmüş Aya.”
“Qan rənginə boyanmış buludların ağlamamış gözləri qıpqırmızı olduğunu ürək ağrısı ilə içindən keçirdi”.
“Tövbəsinin günaha batmaması” üçün insanın ilk kəşfi sözdən və şehli çiçəklərdən çələng hörən, “nağıllara da, göydən düşən almalara da yazığı” gələn, “çəmənlərin xoşbəxtlikdən bayılmağını, qaymaqçiçəklərin necə sevindiyini” ürəyinin gözüylə görən, “yaz mehindən nazlanan yaşılca şəlaləyə bənzəyən salxım söyüdlərin kədər nəğməsini” dinləyən Pərviz Yəhyalı “ümidlərimizin göyərəcəyinə ümid” edərək ilahi dualar oxuyur – bəşər övladının saflaşması, kamilləşməsi üçün.
Yazıçının yazıçı təqdimatına diqqət yetirək: “Susuz Qırğız çöllərindəki yovşanların ətrini qələmlə ağ kağıza köçürüb qoxusunu sınırlar aşırı çatdıra bilən qüdrətli əttar-yazar, obrazlarının iç dünyasının dərinliklərindən boylanan insan portretlərini canlandıra bilən mahir rəssam-yazar, Manasla “Cəmilə” arasında mənəvi körpü quran memar-yazar, İssık-Kulun göz yaşıtək dupduru sularında üzən Günəş şəfəqlərinin hərarətini Dəşti-Qıpçağın Xəzər civarlarına daşıyan rüzgarlara nəğmə qoşan akın-yazar, gırğız qopuzunun ecazkar səsinin Tyanşan əzəmətində əks-sədası nəğməkar-yazar Çingiz Ayıtmatov!”
Bacarsan bağışla! – desə də, yazılarındakı iddia onun təbiətindən gəlir. Pərviz Yəhyalı oxucunun diqqətini özünə məharətlə çəkə bilir.
“Göz gözəlllik bitirir, hətta şoranlıqda belə…” “müharibənin acığına gülləyə bənzəyən şabalıdlar çiçəkləmişdi”, “ilıq payız Günəşinin şəfəqləri maşının bağlı şüşələrindən içəri keçməyə israrlı idi”, “ilk ağlına gələn buraların qaranlıq gecələrinin vahiməli səssizliyindəki mənzərəsi” ifadələri Pərviz Yəhyalının kimiyinin göstəricisidir.
“Burnunun ucunu göynədən xatirələrdən doluxsunduğundan elə hey ağlamağa bəhanə axtardı. Qələbəlikdə yanından ötüb keçən adamları görmürmüş kimi baxışları uzaqlara, məchuluğa tuşlanır, sanki çəkisizliyə düşüb hara getdiyini, hansı ünvana üz tutduğunun fərqinə varmırdı. Tanış səkilər, oturub saatlarla söhbət etdikləri skamyalar gözlərinə sataşdıqca hönkürtü ilə ağlamaqdan özünü güclə saxlayır…”
“Şəhidin cibindən tapılan güllələnmiş qəpiklər”də insanın ağrı və istəyini içinin yanğısına qatıb yazır: “Hava da elə tutulub qaş-qabaq sallayıb ki, elə bil bu saat göylər qopub yerə düşəcək. Üz-gözlərindən fağırlıq yağan, əyinlərindəki nimdaş paltarları, ayaqlarında qaloş olan 20-25 yaşlı kənd cavanlarının danışdıqlarını eşidincə, ayaqlarımın altından yer qaçır. Müvazinətimi güclə saxlayıram. Bu gənclər Gəncədən yola düşmüş şəhid tabutunu bayraqlarla qarşılamaq üçün ciblərindəki bir-iki manatı toplayıb benzin pulu düzəldirlər. İlahi, onların baxışlarını təsvir etməyə söz tapıb yazmağı bacarmıram. Kədərlə, əlacsızlıqla cömərdliyin vəhdətini görüncə ürəyimin döyüntüləri ritmini qeyri-adi formaya salır. Sanki özümü hiss etmirəm. Qəhər boğazımı sıxıb, nəfəs almağımı çətinləşdirir. Çox çətinliklə cibimdən çıxarıb verdiyim 5- 10 manatı götürmələrini razı sala bilirəm. Həyətdən eşidilən qız-gəlinin fəryadı tüklərimi ürpərdir. Səssiz, gözlərindən yaş çıxmadan ağlayan yüzlərlə cavan, yaşlı kişilərin əhatəsində yıxılmayım deyə əlimi çinar ağacına sıxıram. Üff! Düşünəndə ki, Süleyman uşaqlıqdan kölgəsində oturduğu, oynadığı bu çinarı bir də görməyəcək, xəyalım məni onun heç vaxt görmədiyim uşaqlığına çəkib aparır”.
P.Yahyalı ən adi bir şeydə gözəllik görə, gözəllik yarada bilir: “Az qala tapdalayacağı süpürgəgülü çiçəyinə sığal çəkmək üçün dizləri üstə çökdü. Süpürgəgülünün kiçiçik çıçəklərini qoxuladı. Çox ətirli idi. Ağappaq şoranlıqda çiçək açmış bu balaca fidan möcüzə idi. Susuz, torpaqsız, duzu dizə çıxan şoranlıqda kiçicik gözəllik onu məftun etmişdir. Göz gözəllik bitirir, hətta şoranlıqda belə…”
Bunlar əsərlərində konkretliyi sevən, ilk cümləsinindən tanınan yazıçı, publisist, essesist Pərviz Yəhyalının kiçik bir təqdimatıdır.
Ədəbiyyat sərhəd, məsafə tanımır fikri elə bil, həm də Pərviz Yəhyalı üçün deyilib. Yoxsa, əyalətdə yaşayan yazıçı mərkəzdən çox uzaq böyük mərkəzlərdə də bu qədər tanınmazdı. Bəlkə də, Pərviz Yəhyalı çox az sayda yazarlardandır ki, göz istər-istəməz onun yazdıqlarını axtarır. Bu yazar üçün böyük uğurdu, onun istənilən mövzuya sevərək yanaşmasının təzahürüdür. Hər dəfə təzə, hər dəfə özəl.

Müəllif: RƏFAİL TAĞIZADƏ 

RƏFAİL TAĞIZADƏNİN YAZILARI


PƏRVİZ YƏHYALININ YAZILARI

Mustafa Müseyiboğlu adına kitabxana

“ƏDƏBİ OVQAT” JURNALI PDF

“YAZARLAR”  JURNALI PDF

“ULDUZ” JURNALI PDF

“XƏZAN”JURNALI PDF

WWW.KİTABEVİM.AZ

YAZARLAR.AZ

===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

Nəriman Nərimanov məsciddə

Nəriman Nərimanov məsciddə əhali qarşısında çıxış edir. Şəki şəhəri. 1920-ci ilin payızı.

Mənbə: Məcid Rəşadətoğlu


>>>> ƏN ÇOX OXUNAN HEKAYƏ <<<<

Mustafa Müseyiboğlu adına kitabxana

“ƏDƏBİ OVQAT” JURNALI PDF

“YAZARLAR”  JURNALI PDF

“ULDUZ” JURNALI PDF

“XƏZAN”JURNALI PDF

WWW.KİTABEVİM.AZ

YAZARLAR.AZ

===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

“HEYDƏR ƏLİYEV ŞƏXSİYYƏTİ ƏDƏBİ TƏNQİD MÜSTƏVİSİNDƏ”   

“HEYDƏR ƏLİYEV ŞƏXSİYYƏTİ ƏDƏBİ TƏNQİD MÜSTƏVİSİNDƏ”   

(Ayətxan Ziyad – İsgəndərovun eyni adlı kitabı haqqında)

Şoxəsrlik tarixi yolun sıralanmasında Azərbay­can üçün özünə həmişəyaşarlıq qazanmış bir yaddaş var: 1923-cü ilin 10 may tarixi. Qürurvericidir ki, bu tarix ilk xatırlandığında hər haldan öncə ümummilli lider Heydər Əliyevin adı və  doğum günü yada düşür. Həmən zaman çərçivəsindən bu gün bizi bir əsrdən artıq zaman uzaqlığı ayırır. Bu elə bir yaddaşdır ki, zaman ötdükcə daha da möhkəmlənir. Ulu öndər həmişə bizimlə olub və olacaq!

Hər hansı problemin həllində yol­göstərənimiz, ilham­verənimizdir bu gün də. Xalq şairi Zəlimxan Yaqubun yara­dıcılıq gecəsindəki çıxışında (1998-ci il dekab­rın 19-u) söylədiyi kimi, harada olmasından və hansı vəzi­fədə çalışma­sından asılı olma­yaraq, əli həmişə Azərbay­canın, Azərbaycan xalqının üstündə olub. Vətən hər dara düşəndə, tale biçimli problemlə üzləşəndə sinəsini irəli verib, doğma yurdunun qoruyucu mələyinə çev­rilib.

Həyat sənin iradəndən asılı olmayan döyüş meydanıdır. Heydər Əliyev həm də ona görə xoşbəxt taleli insandır ki, həyatın istənilən “eniş-yoxuşunda” özünəgüvənlik, müzəffər olacağına əminlik qoşa qanad kimi həmişə O`nunla çiyin-çiyinə yol yoldaşlığı edib: Doğma Azərbaycanını aqrar res­pub­likadan 15 ittifaq respublikası (keçmiş SSRİ) sıralan­ma­sında aqrar-sənaye, elm, mədəniyyət, təhsil respublikasına çevirəndə də (Azərbaycana I hakimiyyət dövrü nəzərdə tutulur), dünyaya meydan oxuyan “SSRİ” adlandırılan nəhəng bir dövlətin nəqliyyat, iqtisadiyyat, mədəniyyət, təhsil, səhiyyə və s.prob­lem­lərinin həllini çiyinlərinə götürəndə də (SSRİ Baş naziri­nin I müavini işlədiyi illər nəzərdə tutulur), vətəndaş mühari­bəsi və parçalanmaq təhlükəsi ilə göz-gözə duran Azərbayca­nını gözlə­nilən bəlalardan hifz edəndə də, artıq dövlətçilik ənənələrini formalaşdır­mağa başladığı respublikamızı etibarlı əllərə əmanət edib haqq dünyasına qovuşanda da (1993-2003-cü illər nəzərdə tutulur).

Ömrümüzün Heydər Əliyevsiz zaman uzaqlığında hər hansı Azərbaycan övladının Ulu öndəri ruhən xatırlamadığı, düşüncələrini paylaşmadığı gün olubmu? Qəribə səslənsə də, faktdır ki, dövlət səviyyəli hər hansı İŞ`in icrasında düşün­cələri həmişə bizimlə olub. Bu ovqat o fikrə haqq qazandırır ki, “Özünü düşünənlər Tanrının ona bəxş etdiyi ömür qədər ya­­şa­­yırlar, xalqını düşünənlərin ömürü xalqının ömürü qədər­dir” (Qədim yunan fəlsəfəsindən).

Heydər Əliyevin siyasi hakimiyyət dövrü Azərbaycan dünyasında 4 nəslin tale yolundan keçib. I nəsil, Ulu öndərin Azərbaycana I hakimiyyəti dövründə kamillik yaşında olan­lar. Sonra­kı nəsil həmin dövrdə (XX əsrin 70-ci illərində) gənclik yaşında olanlardır. O kəslər ki, Heydər Əliyev iş üslubundan, ideyalarından dərs götürüb “silahlanıblar”. III nəsil 1970-ci illərin məktəbyaşlılarıdır, Heydər Əliyev ideyaları bütünlüklə ruhuna hopan və indi artıq kamil yaş həd­dində olan bir nəsil. Hansı ki, Ümummilli lider ideyalarından əxz et­dik­lərini bu gün dövlətçiliyimizin inkişafı, Azər­bay­canımızın tərəq­qisi üçün həyata keçirir. IV nəsil – XX əsrin 90-cı illərində yetişmiş, azərbaycançılıq ideologiya­sına sahib­­lənmiş gənclər.

Bu məzmunda Heydər Əliyevsiz ötən zaman məsafə­sindən bugünümüzə baxanda həyatımızın bütün mərhələ­lərində Heydər Əliyev ideya-siyasi istiqamətinin, yaradıcı fəaliyyətinin izlərini görürük.

Faktlara müraciət edək: Azərbaycana rəhbərliyinin I hakimiyyəti dövründə sosial-iqtisadi, elmi-texniki və mədəni sahələrin inkişafında sürətli sıçrayışa nail oldu. 13 il 6 aylıq bir zaman və aqrar ölkədən sənaye, kənd təsərrüfatı, mədə­niy­yət (və s.) respublikasına çevrilmiş bir respublika!

Azərbaycan bir sıra sahələrdə keçmiş İttifaq respublikaları arasında öncüllüyü ələ almış, 15 respublikanın ali hakimiyyət orqa­nı­na rəhbərlik edən dövlət başçısı (Sov.İKP MK-nın baş katibi L.İ.Brejnev) iki dəfə Azərbaycana səfərdə olmuşdu. Bunların hamısı Heydər Əliyevin siyasi uzaq­görənliyinin, gər­gin iş qabiliyyətinin nəticəsi idi.

Bu faktı da qeyd etməyə bilmərik ki, Azərbaycanın da zörən ittifaq “təşkil” etdiyi dünyaya meydan oxuyan SSRİ adında döv­lət qurumunda idarəetmə və siyasi səviyyəsinə ehtiyac duyulub ali hakimiyyət postuna dəvət almış iki azərbay­can­lıdan biri Heydər Əliyev olub.

Sonralar bu dövrlərin müqayisəsini edən Ümummulli lider deyirdi: “Bu gün tam əminliklə söyləmək olar ki, Azər­baycanın dövlət suverenliyi və iqtisadi müstəqilliyi, sistemli şəkildə artan xarici iqtisadi əlaqələri, dünya iqtisadiyyatına get-gedə daha dərindən inteqrasiya olunması 1970-1985-ci illərdə təməli qoyul­muş xalq potensialına əsaslanır” [Əliyev Heydər. ­Müs­təqilliyimiz əbədidir. 31-ci kitab., B., Azərnəşr, 2010, 512 səh. s.145]. 

Heydər Əiyev II dəfə Azərbaycana ali hakimiyyət orqa­nına rəhbərliyə dəvət alanda artıq 46 yaşında yox, 70 yaşla­rında ağsaqqal, dövləti idarəetmə işində bitkin təcrübəyə ma­lik müdrik ictimai-siyasi xadim, fenomenal rəhbər idi. O`nun prezident seçkilərində xalqa verdiyi vədi xatırlayaq:    

“Mən öz üzərimə,dediyim kimi, böyük məsulıiyyət götür­müşəm”, – deyirdi Heydər Əliyev, – “Məsuliyyət də ondan ibarətdir ki, Azərbaycan dövlətini möhkəmləndirim, onun müs­­tə­qil dövlət kimi yaşamasını təmin edim və Azərbaycan xalqını birləşdirim. Kim Azərbaycanı sevirsə, kim Azərbay­canın müstəqil dövlət olmasını istəyirsə, kim Azərbaycanın işğal olunmuş torpaqlarının azad olunmasını istəyirsə, kim Azərbay­canın ərazi bütövlüyünü istəyirsə, o, bu bayraq altında, bu şüar altında, bu sözlər altında, bu amal altında birləşməlidir. Azərbay­can heç bir ölkənin təsiri altına düşmə­yəcək. Azər­baycan öz müstəqilliyini qoruyub, qoruya­caq da. Bu mənim bir prezident kimi siyasətimin əsas ana xəttidir. Və bunun üçün də hamı bir yolnan getməlidir. Burda başqa yol yoxdur” [Əliyev Heydər. Müstəqilliyimiz əbədidir. 7-ci kitab, B., Azərnəşr, 1998-ci il, 519 səh. s.141].

Ulu öndər “… müəllifi olduğu milli inkişaf strate­gi­ya­sında ictimai, siyasi, sosial, iqtisadi, mədəni və digər sahə­lərdə qar­şı­da duran vəzifələri düzgün müəyyənləşdirmiş və məharətlə həyata keçirmişdir. Heydər Əliyevin milli neft strategiyasının uğurla reallaşdırılması nəticəsində xalqımız öz təbii sərvət­lərinin tam sahibinə çevrilmiş və qısa müddətdə ölkəmizin inkişafına güclü təkan verən resurslar əldə edil­mişdir. Azər­baycan Respublikasının ilk Konstitusiyasının qəbul olunması və bütün sferaları əhatə edən köklü islahat­ların həyata keçirilməsi, demokratik, hüquqi dövlət qurucu­luğu, nizami ordunun yaradıl­ması Heydər Əliyevin Azərbay­can xalqı qarşısında müstəsna xidmətləridir. Xalqımızı vahid amal ətrafında birləşdirən azərbaycançılıq ideologiyasının forma­­laş­dırılması, ana dilimizin dövlət qayğısı ilə əhatə olun­ması, ictimai-siyasi, elmi və mədəni fikir tariximizin əlamət­dar hadisələrinin müntəzəm qeyd edil­məsinin ənənə halı alması, Azərbaycanın çox­əsrlik mənəvi-mədəni irsə sahib qədim diyar və sivilizasiya­ların qovşağında yerləşən tolerant­lıq məkanı kimi geniş şöhrət qazanması Heydər Əliyevin mükəmməl quruculuq proqramının tərkib hissələri olmuşdur” (Azərbaycan Res­pub­likasında 2023-cü ilin “Heydər Əliyev İli” elan edilməsi haqqında Azərbaycan Respub­likası Prezi­den­ti­­nin 29 sentyabr 2022-ci il sərən­camın­dan).

2023-cü ilin “Heydər Əliyev İli” elan edilməsi haqqında Prezident sərəncamında deyilir: “Müstəqil Azər­baycan Ulu öndərin indiki və gələcək nəsillərə əmanəti, onun zəngin və çoxşaxəli irsi isə xalqımızın milli sərvətidir. Bu müqəddəs mirası qoru­yub saxlamaq hər bir azərbaycanlının şərəfli vəzifə­sidir”.

***

Heydər Əliyevin daha bir tarixi xidməti qurub gələcəyini müəyyənləşdirdiyi Azərbaycan dövlətini əmin əllərə ötür­məsi­dir. Ulu öndərin siyasi varisi İlham Əliyev haqqında söylədik­lərini xatırlayaq: “Mən İlham Əliyevə özüm qədər inanıram”.

Bu özünəgüvən Heydər Əliyevsiz yaşadığımız həyatın bütün sahələrində özünü təsdiq etmişdir: Azərbaycan dünya­nın qəbul edib hesablaşdığı bir ölkəyə çevrilmiş, xal­qımız üçün tale acısı olan Qarabağı erməni işğalından azad etmiş­dir. Bu gün Azərbaycan dünyanın region dövlətləri ilə bir masa arxasında “qərar tiutmaq” səlahiyyətindədir.

***

2023-cü ilin “HEYDƏR ƏLİYEV İLİ” elan edilməsi, yubiley ilinin prezident sərəncamı səviyyəsində qarşılanması Heydər Əliyev irsini öyrənənlər üçün yeni tədqiqat istiqamət­lərinin aşkarlanması işini şaxələndirmiş, yeni mövzulara işıq salmışdır.

Heydər Əliyev ideya­ları tədqiqatçı olaraq Ayətxan Ziyad İsgəndərovun yara­dı­cı­lı­ğın­da ana xətdir. Oxucuya təqdim olunan məqalələr bu qənaətin göstə­ricisidir. 

Topluya ümumilikdə 8 məqalə daxil edilib: “Müstəqil­liyə uzanan ciha­dın sonucu – dayanıqlı suveren Azərbaycan”, “XX əsrin 60-80-ci illər xofu – dissidentlik (problemə Heydər Əliyev baxışı)”, “Azər­bay­canın döv­lət­­çilik konsepsiyasını yazan siyasi lider”, “Tarix yaradan siyasi xadim, dövlət qurucusu”, “Azərbaycan ­ ədliyyəsinin hamisi”, “Tarixi ədalətin təntənəsi və beynəl­xalq hüququn bər­pası”, “Dövlət quruculuğunda prioritet sahə (Azər­bay­canın təhsil siyasətinə Heydər Əliyev baxışı)”, “Heydər Əliyev: Milli kimliyimizin qürur ünvanı” bu sıradandır.

Heydər Əliyev şəxsiyyəti müəllif üçün kimdir?

“Ümummilli lider”, “Ulu öndər”, “Azərbaycanın me­marı və qurucusu”, “Azərbaycanın döv­lət­­­çi­­lik konsepsiyasının yara­dı­cı­sı”, “böyük dövlət xadimi”, “Tarix yaradan siyasətçi”, “Feno­men”, “Fövqəl­dərk”, “Fövqəl­­fitri qa­bi­­liy­­­­yət”, “Föv­qəl­­­­­anlam”, “Föv­qəl­­­ünsiyyət”, “Föv­qəl­zəka sahibi”, “Heydər – xalq, xalq – Heydər”, “böyük siyasi lider”… Bu və bu kimi bir çox anla­yış­­ların, həmçinin bun­ların fövqün­də bü­tün digər fövqəl­insani məziyyət­lərin bir tam halında Heydər Əliyev şəxsiyyətində cəm­ləş­məsinin “sirri” (bu və buna­bən­zər məntiqli sualların cavabı) kitaba daxil edilən məqalələrdə müxtəlif rakurslardan məqam-məqam açıqlanır.

Sual oluna bilər: Ümummillil lider haqqında cild-cild əsər­lər yazılıb, “Heydər Əliyev şəxsiyyəti ədəbi tənqid müstəvi­sində” dərs vəsaiti qeyrilərindən hansı məziyyətlərii ilə fərq­lənir?

Münasibət AMEA-nın müxbir üzvü, tarix elmləri dok­toru, pro­fessor, mərhum Vəli Əliyevin zamanında əsərə yazdığı rəydə: “Ulu öndər haqqında cild-cild kitablar yazılıb, bun­dan sonra da yazılacaqdır. Ancaq A.Ziyad Ulu öndər haq­qında hətta hamıya bəlli faktları, hadisələri tədqiqatçı olaraq özünəməxsus tərzdə və publisistik dillə, poetik axarda çox gözəl nizamlayıb. Qələmə aldığı hər kəlmədə qoyulan prob­lemə A.Ziyadın özünə­məxsus baxış tərzi, Ümum­milli lıiderin ideya­larına ürəkdən və bənzərsiz bağlılığı görünür. Dərs vəsaitini qeyri əsərlərdən fərqləndirən məhz bu məziyyətidir”.

***

“Heydər Əliyev və dissident ədəbiyyatı” mövzusu Heydər Əliyev ideya-siyasi irsinin istiqamətlərindən yalnız biridir və Azərbaycan ədəbiyyatında və jurnalistikasında ilk dəfə 2008-ci ildə Ayətxan Ziyad tərəfindən tədqiqat obyekti olmuş, “Azər­bay­can” jurnalında, “Azərbaycan Universitetinin Xəbərləri”ndə və “Paritet” qəzetində dərc edilmiş, sonrakı illərdə ADPU Tədris Metodika Şurasının 27 oktyabr 2017-ci il tarixli iclasının qərarına əsasən (protokol №1) təsdiq olunan dərs vəsaitinə, 2023-cü ildə isə ADPU Elmi Şurasının 18.07.2023-cü il tarix­li 8 saylı qərarı ilə çap olunan “Heydər Əliyev irsi və müasir Azərbaycanın inkişafının bəzi məsələləri” monoqrafiyasına daxil edilmişdir. 

 “XX əsrin 60-80-ci illər xofu – dissidentlik” adlandırılan bu məqalə­də“Ədəbiyyat və şəxsiyyət münasibətləri” proble­minə toxu­nulur vəÜmummilli liderin simasında bir-birini tamamla­yan üç cəhət diqqətə çatdırılır: 1) şəxsiyyətin ədəbiy­yata diqqət və qayğısı, 2) ədəbiyyatın öz borcunu şəxsiyyətə qay­tar­ması, baş­­qa sözlə, şəxsiyyətin sənətkar qələmi ilə əbə­di­­ləş­diril­məsi, 3) şəxsiyyətin ucalığının zamana görk olması prob­lemi.

“Heydər Əliyev şəxsiyyəti ədəbi tənqid müstəvisində”adlı əsərini ərsəyə gətirməklə müəllif Heydər Əliyev şəx­siy­yətinə öz vətən­­­­daşlıq borcunu qaytarmaq, gücü müqabi­lin­də şəxsiy­yə­ti (Heydər Əliyevi) əbədilik ucalığında qərar­laş­dırmaq niy­yətini ortaya qoymuşdur. Bu məzmunda əsəri Heydər­­­­şünaslığın tədqiqinə və HEYDƏR ƏLİYEV irsinə Ayətxan Ziyadın vətən­­daş borcu qismində dəyərlən­dirmək də olar.

 Zaur Ustac,   “Yazarlar” jurnalının baş redaktoru,

 Azərbaycan Yazıçılar və  Jurnalistlər birliklərinin üzvü

Mədəniyyət Nazirliyi “Vaqifə məktub” esse müsabiqəsini elan edir

Mədəniyyət Nazirliyi “Vaqifə məktub” esse müsabiqəsini elan edir
Müsabiqə Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi tərəfindən təşkil olunur. “Vaqif Poeziya Günləri” çərçivəsində keçirilən müsabiqənin təşkilində əsas məqsəd yaradıcı potensialı olan hər bir kəsi müsabiqəyə cəlb etməklə mövzu baxımından yeni əsərlərin yazılmasına stimul verməkdir.
Müsabiqənin şərtləri:

  • Hər bir müəllif müsabiqəyə yalnız bir əsər təqdim edə bilər.
  • Əsərlər orijinal və daha əvvəl heç yerdə çap olunmamalı və yayımlanmamalıdır.
  • Əsərlər Azərbaycan dillində yazılmalıdır.
  • Əsərin üz qabığında (ilk səhifədə) müəllif özü haqqında məlumatı, əlaqə vasitəsini (Telefon nömrəsi və e-mail) qeyd etməlidir.
  • Əsərlər bir şəxs tərəfindən yazılmalıdır. Müştərək iş qəbul olunmur.
    Müsabiqə şərtlərinə cavab verməyən əsərlər komissiya tərəfindən qəbul edilməyəcəkdir.
    Müsabiqənin mövzusu
    Mövzu: Şuşanın ədəbi irsi və Zəfər tariximizdə Şuşanın əhəmiyyəti
    Essenin həcmi:
    Mətnin həcmi 1000 sözdən çox olmamalıdır.
    Qaliblərin seçilməsi və mükafatlandırılması Komissiya tərəfindən müəyyən edilmiş qiymətləndirmə meyarlarına uyğun olaraq 3 nəfər qalib seçiləcəkdir. “Vaqif Poeziya Günləri” çərçivəsində baş tutacaq mükafatlandırma mərasimi zamanı qaliblər diplom və pul mükafatı ilə təltif olunacaqlar.
    Müsabiqənin mükafat fondu:
    Birinci yer – 2500 manat
    İkinci yer – 1500 manat
    Üçüncü yer – 1000 manat
    Müsabiqənin müddəti:
    Müsabiqəyə esselərin qəbulu 31 may 2025-ci il tarixində sona çatacaq.
    İştirakçılar tərəfindən əsərlər edebi.musabiqe@culture.az elektron poçt ünvanına göndərilməlidir.
    Əlavə məlumat üçün müraciət edə bilərsiniz: 012 147
    ©Nazirlik müsabiqəyə təqdim olunan əsərlərin müəlliflik hüququnu qorumaqla nəşrə hazırlanması və çapını həyata keçirə bilər.

Bu qaranlıq gecələrə bağışla

Olan oldu, keçən keçdi, sən məni,


Olanlara, keçənlərə bağışla,


Öz bətnində sirrimizi gizlədən,

Bu qaranlıq gecələrə bağışla

Xarabanı tərk etməyən bayquşa,
Bu quşdan yan ötən müqəddəs daşa,
Lap elə bu unudulmuş əyyaşa,

Vətən olan küçələrə bağışla

Biz dərdlərdən düşdük, çölün düzünə,
Gəl, tüpürək ayrılığın üzünə,
Bu soyuqda yem gəzərkən özünə


Şaxta vurmuş sərçələrə bağışla.

****

Sənsizliyin çiləsinə düşəndə
Bildim, gəldi yaz ömrümə qış mənim
Gələcəyin yoldan asılı qaldı,
Qurumadı gözlərimdə yaş mənim.

Yastığımda aradım tellərini
Dodağımla daradım tellərini
Gedib gömdüm qoynumda əllərimi,
Əllərindən qoyduğun gün boş mənim

Günəş deyil, başın üstə dayanan,
Gördüyün o əksimdir göydə yanan.
Göz yaşımdır, ahımla buxarlanan ,
Qəfil səni haqlayan yağış mənim.

Əzizə Əliağayeva – Yazmıram daha

Yazmıram daha

Qaçmışam bu şəhərin
Boz küçələrindən,
Silməmişəm ayağımın
Toz izlərini.
Küsmüşəm insanın
Saxta üzündən,
Görməmişəm dindarın
Saf inancını.
Danışsam, çıxaram
Xəlqin düşməni,
Sussam da, olaram
Üz göstərəni.
Yox, dinməyəcəm,
Bəsdir, sən canı,
İnanmıram beləsinə,
Dəhşətdir axı.
Düşmürəm qocaların
İti dilindən:
Heç söz də dinləmir
Bu ağılsız gənc.
Sözlərim onlarçün
Qəpik dəyəri,
Sözləri paslanmış
Dəmir qədəri.
Nəysə, bezdim e,
Yazmıram daha,
Köhnə ədəbiyyatları
Açmıram daha.
Gətirin oradan qələmimi,
Sındırıb, gedirəm,
Baxmıram dala.

Müəllif: Əzizə Əliağayeva

ƏZİZƏ ƏLİAĞAYEVANIN YAZILARI


>>>> ƏN ÇOX OXUNAN HEKAYƏ <<<<

Mustafa Müseyiboğlu adına kitabxana

“ƏDƏBİ OVQAT” JURNALI PDF

“YAZARLAR”  JURNALI PDF

“ULDUZ” JURNALI PDF

“XƏZAN”JURNALI PDF

WWW.KİTABEVİM.AZ

YAZARLAR.AZ

===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

Zaur Ustac – Anam

ANAM
Adına palaz dedi,
Dünyayı ayağımızın altına koydu…
Adına gəbə dedi,
Dünyayı gözümüzün önüne astı…
Dünyamız gəbə olarak kaldı,
Anlayana kadar naxışlarda…
Ata sözünü kendi dilinde bize ulaştırdı Anam…
Kimi anladı, kimi yüz yıl sonra anlayacak…
Her iki durumda da fayda var Anamın sözünde,
Gizli tarihim yatıyor;
Anamın her ilməsində,
Her naxışında,
Her palazında,
Her gəbəsində…
Ata sözünü ilmələrə dokuyup,
Küçüklere doldurdu Anam…
Evlatlara hediye olsun diye…
İlmə-ilmə, fərş-fərş, xalılarda
Gözümüzün önüne serdiği dünyanın
İpliği, yünü olduğunu anlattı Anam…
Kimi anladı, kimi yüz yıl sonra anlayacak…
Her iki durumda da fayda var Anamın sözünde,
Gizli tarihim yatıyor;
Anamın her ilməsində,
Her naxışında,
Her palazında,
Her gəbəsində…
Göğü göğe taşıdı,
Toprağı bohçalara sardı…
İpin ucunu bileğimize bağladı,
Kelefi kaybetmeyelim diye…
Bir nişanı bin defa işledi,
Kulağımızda küpe olsun diye…
Dünyayı çeşni-çeşni tanıttı bizlere Anam…
Sembol-sembol, damga-damga
Anamın arğacından geçti dünya…
Babamın tokasından Anamın çeşnisine geçti dünya…
Dünya her zaman gəbədir, yeni dünyaya!!!

05.07.2023. Baku
Müəllif:  Zaur USTAC

Uyğunlaşdırdı: Amina

OTHER ARTICLES BY ZAUR

Mustafa Müseyiboğlu adına kitabxana

“ƏDƏBİ OVQAT” JURNALI PDF

“YAZARLAR”  JURNALI PDF

“ULDUZ” JURNALI PDF

“XƏZAN”JURNALI PDF

WWW.KİTABEVİM.AZ

YAZARLAR.AZ

===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

Dağlar qızı Reyhan

Dağlar qızı Reyhan
(esse)
Azərbaycan xalqı həmişə torpağına, el-obaya bağlı olmuşdur. Xalqımızın nəinki kişiləri, hətta qadınları da böyük qəhrəmanlıqlar göstərmişlər.
Çox qədimdə anamız Tomris İran şahı Daranı məğlub edib onun başını kəsmişdir. Həm oğlunun, həm də xalqının qisasını almışdır.
Dahi şairimiz Nizami Gəncəvi Nüşabə surətini yaratmaqla Azərbaycan qadınlarının qəhrəmanlığını ön plana çəkmişdir. İskəndər kimi bir işğalçı onun ağlına, fərasətinə heyran olur, Azərbaycan torpaqlarına toxunmayaraq geri qayıdır.
Azərbaycan Xalq Qəhrəmanı Koroğlunun həyat yoldaşı Nigarı da göstərə bilərik. Uzun Həsənin anası Sara Xatun dünya miqyasında bir diplomat idi. O, Azərbaycanı müdafiə edirdi. Dövlətlərlə diplomatik danışıqlar aparırdı. Bununla da müharibələrin qarşısını alırdı.
Qaçaq Nəbinin həyat yoldaşı Həcər onunla çiyin-çiyinə vuruşurdu.
Gəncə xanı Cavad xanın həyat yoldaşı rus ordusu ilə qorxmadan vuruşurdu. Qubalı Fətəli xanın həyat yoldaşı Tuti-Bikə aylarla Dərbənd qalasını düşməndən müdafiə etmişdi.
Böyük Vətən müharibəsində təyyarəçi bombardmançı Züleyxa Seyidməmmədova düşmənə qan uddururdu.
Azərbaycanlı snayperimiz Ziba Qəniyeva yüzlərlə faşisti məhv etmişdi. Düşmən onun hədəfindən qaça bilmirdi.
Qarabağ döyüşlərində qəhrəmanlıqla vuruşan Nigar Həmidli, Kəmalə Məmmədova, Gültəkin Əsgərova, Könül Qəhrəmanova, heç vaxt Azərbaycan xalqının yadından çıxmayacaqdır.
Çoxdandır maraqlandığım bir mövzu məni rahat buraxmırdı. Öz-özümə xəyalımda ölçüb-biçib maraqlı bir yazı yaratmaq arzusuna düşmüşdüm. Lakin bu mövzunu dəqiqləşdirmək, sənədləri ortaya atıb, bu sənədlər əsasında hər cürə fantaziyadan uzaq bir yazını meydana gətirmək çox da asan deyildi.
Bu bütün oxucular üçün də maraqlı olardı. Mövzu haqqında xalq içərisində yayılan əhvalatlar dildən-dilə gəzirdi.
Sovet hökuməti dövründə bu mövzuda danışmaq yasaq sayılırdı. Yaşlı adamlar gizli-gizli bu əhvalatı yeni nəslin nümayəndələrinə çatdırırdılar.
Dağlar qızı Reyhan. Bu qız kimdir? Niyə onun haqqında bu məşhur mahnını yaradıblar? Doğrudan da, maraqlı idi. Qədirbilən xalqımız öz övladını unutmamış, sənətkarlarımız bu qəhrəman qızımız barədə şeir yazıb, mahnı qoşmuşlar. Mahnının sözlərini şair Tələt Eyyubov, musiqisini isə 1959-cu ildə Fikrət Əmirov yazmışdır.
Mahnı çox az bir müddətdə məşhurlaşdı. Xalq mahnını sevdi. Qəhrəman Azərbaycan qızı haqqında əhvalatlar bütün Azərbaycana, bütün türk ölkələrinə, o cümlədən Türkiyəyə yayıldı. Türk müğənniləri bu mahnını oxudular.
Onun haqqında 1968-ci ildə “Reyhan – dağlar qızı” adlı bir film çəkdilər. 1960-cı ildə SSRİ Xalq artisti Rəşid Behbudov ilk dəfə bu mahnını oxudu. Rəşiddən sonra Zeynəb Xanlarova da bu mahnını ifa etdi. Mahnı bütün dünyada məşhurlaşdı.
Yəqin ki, həmin vaxtlarda Reyhan haqqında məlumatları olmayan bəzi dairələr, bu mahnının hər hansı Azərbaycan qızının tərifi olmasını sanırdılar. Ona görə də mahnı heç bir senzura ilə üzləşmədi. Mahnı oxundu, məşhurlaşdı, sevindi.
Yeri gəlmişkən, Tələt Eyyubovun bu şeirini bu yazıda tam olaraq verməyi lazım bildim.
Dağlar qızı Reyhan, Reyhan,
Parlaqdır ulduzun Reyhan, Reyhan
Aləm sənə heyran, heyran, heyran.
Nəqarət
Nə qəşəngsən, ay qız,
Gül-çiçəksən, ay qız,
Birdanəsən, ay qız,
Dürdanəsən, ay qız.
Gözəllər gözəli Reyhan, Reyhan,
Sevdanın əzəli Reyhan, Reyhan,
Aləm sənə heyran, heyran, heyran!
Nəqarət
Zil qaradır gözün Reyhan, Reyhan,
Baldan şirin sözün Reyhan, Reyhan,
Aləm sənə heyran, heyran, heyran!
Nəqarət.
Quba-Xaçmaz yolunun kənarında, Xaçmaz şəhərinə çatmağa üç kilometr qalmış sağ tərəfdə Padar kəndi yerləşir. Əhalisinin sayına, sahəsinə görə Xaçmazda ən böyük kəndlərdən biridir.
Bu kənd ilə tanışlığım çox uzaq illərə təsadüf edir. Qohumlarım, əzizlərim bu kənddə yaşayır. Bu cəhətdən maraqlandığım mövzu haqqında məlumat toplamaq mənim üçün o qədər də çətin olmadı. Kəndin yaşlı adamları ilə söhbət etdim. Tarixin səhifələrini vərəqlədik, sənədləri araşdırdıq. Mən artıq hər şeyə əmin oldum. Hər şey göz qabağında idi.
Bəli, biz tariximizi unutmadıq. Onu qoruyub saxladıq.
Bu əhvalatı gələcək nəsillərə bir əmanət kimi çatdırmaq bizim borcumuzdur. Bu qəhrəman Azərbaycan qızı haqqında bu kiçik yazını yazmağı özümə borc bildim.
Xalqımıza qarşı bütün dövrlərdə məqsədyönlü soyqırımlar təşkil olunmuşdur. Bu hadisələr, soyqırımlar qanla yazılmış bir tarixdir.
Torpaqlarımız işğal olunmuş, ev-eşikləri dağıdılmış, od-ocaq viran qalmışdır. Mədəniyyət abidələri dağıdılmış, talan olmuşdur.
Nənələrimizin, analarımızın ah-naləsi ərşə qalxmışdır. Körpələrin göz yaşları heç vaxt unudulmayacaqdır.
1918-ci il mart-aprel aylarında Bakıda, Şamaxıda, Salyanda, Qubada və digər bölgələrdə azərbaycanlıların kütləvi şəkildə qırılmaları xalqımıza qarşı törədilən əsl dəhşətli soyqırım idi.
Erməni cəlladları aprel-may ayları ərzində təkcə Quba qəzasında 36782 nəfər insanı qətlə yetirmiş, Siyəzən, Şabran dairə və nahiyələri ərazisində 5 mindən çox insanı ağır işgəncələrlə öldürmüşlər. 167 kənd tamamilə dağıdılmış, 380 ailəni gecə yatdığı yerdə od vuraraq yandırıb, kül etmişlər. Quba şəhərində 568 nəfərin baş dərisi soyulmuş, başı kəsilmiş, gözləri çıxarmaqla qətlə yetirmişlər. 127 hamilə qadın, 151 uşaq və gənc xəncərlə doğranmışdı.
Erməni terrorçularının Azərbaycanda törətdikləri qanlı soyqırımları uzun illər Şura hökuməti xalqımızdan gizlətmişdir. Həqiqətlər üzə çıxandan sonra gizlədilmiş yalanlar xalqa çatdırıldı. Xalqa qara böhtanların iç üzü görsənmışdı.
Ölkəmiz müstəqillik əldə etdikdən sonra 1993-cü ildə yenidən xalqın tələbi ilə hakimiyyətə qayıdan ulu öndər Heydər Əliyev ermənilərin azərbaycanlıları öz dədə-baba torpaqlarından müxtəlif dövrlərdəki deportasiyalarına və bu torpaqlarda törətdikləri cinayətlərə dövlət səviyyəsində qiymət verdi.
Xaçmaz və onun kəndləri hələ o zaman da Quba qəzasına daxil idi. Əhalinin əsas hissəsi kəndlərdə yaşayırdı. Həmin zamanlar dinc əhali ətrafda nə baş verdiyindən tamamilə xəbərsiz idilər. Hərə öz təsərrüfatı ilə məşğul olurdu. Mal-qara saxlayır, tarlada əkib-biçir, ailələrinin dolanması üçün zəhmət çəkib işləyirdilər.
Toy və yas məclisləri qaydasında keçirilirdi. Xalq adi günlərini yaşayırdı. Lakin hər şey birdən dəyişildi. Rusiyada Çar hakimiyyəti inqilab nəticəsində dağıdıldı. Bolşeviklər Sovet hakimiyyəti qurmaq adı ilə silahlı erməni quldur dəstələrini xalqın üzərinə yeritdilər. Stepan Şaumyanın quldur dəstələri Amazaspın başçılığı ilə Azərbaycanda terror əməliyyatları aparıb xalqımızı qana buladılar. Topla, pulemyotla silahlanan bu quldur dəstələri amansızlıqla Azərbaycanda soyqırım törətdilər.
Xaçmazın Padar kəndinə hücum edən Amazaspın quldur dəstələri kənddə böyük qırğın törədirlər. Həmin vaxt kənddə toy məclisi keçirilirmiş. Onlar hər şeydən xəbərsiz idilər. Toy adamları gülləbaran edilir, süngülərlə qətlə yetirilirlər. Bəy isə çox dəhşətli qəddarlıqla öldürürllər. Gəlin – Azərbaycanımızın qorxmaz, mərd qızı Reyhan quldurların əlindən qaça bilmişdi. Artıq bu ərazidə qalmaq olmazdı. Reyhan gizli yollarla Qubanın dağlarına tərəf qaçmağa başlayır. O, meşələrlə, uçurum yerlərlə qaçıb dağlarda gizlənir.
Yaşadığım yerdə – Təngə dağını keçəndən sonra yolun sol tərəfində çox uca dağlar hamının diqqətini cəlb edir. Ağ qaya adlandırılan bu dağ tarixlərə şahidlik etmişdir. Ağ qayanın aşağı tərəfində Qırmızı qaya adlanan dağ silsiləsi bu görüntünü daha da axar- baxarlı edir. Qırmızı qayanın üstündə çox qədim zamanlardan insanlar yurd salıb yaşamışlar. Bu dağın hər iki başında yaşayış məntəqələri vardır. Çənlibeli xatırladan bu dağda insanlar maldarlıqla, qoyunçuluqla məşğul olmuşlar. Yaylaqda əkin əkmiş, kartof becərmişlər. Bu yolla onlar öz dolanacaqlarını təmin etmişlər.
Dağın üstündən yaylağa getmək o qədər də asan deyil. Buraya cığır Ağ qayanın sağ tərəfindəndir. Uçurumlardan ibarət olan bu cığırda çox ehtiyatla yerimək lazımdır. Cığırın düz qırağında çox hündür bir daş var. İndinin özündə də bu daş “Gəlin daşı”, “Gəlin qayası” adlanır.
Reyhan günlərlə meşələrdən, uçurumlardan yol gələrək həmin bu dağa gəlib çatdı. Bu daşın yanında oturub dincini alır. Burada bir neçə gün qalır, gecələyir. Yerli əhali bu qızın burada gizləndiyini görüb onu evlərinə aparırlar. Ona yemək, paltar verirlər.
Reyhan əyninə kişi paltarı, ayağına çarıq geyinib, başına qoyun dərisindən tikilmiş papaq qoymuşdu. Reyhan artıq bir neçə müddət idi ki, bu dağın üstündəki yaşayış məntəqəsində yaşayırdı. Bu yerin adamları ona xüsusi hörmət göstərib onu əzizləyirdilər.
Reyhan həmişə öz kəndini xatırlayır, gördüyü dəhşətləri heç vaxt yadından çıxara bilmırdı. O, daşnaqlardan qisas almaq istəyirdi. Alçaq düşmənlərin törətdiklərinin əvəzini layiqincə vermək istəyirdi. Axır ki, Reyhan öz arzusuna çata bilir. Kəndlərinə xəbər göndərir. Əli silah tutan bütün cavanlar onun ətrafına toplaşır. Bunu eşidən başqa kəndlərdən də əli silah tutan cavanlar dəstəyə qoşulur. Birləşib böyük bir silahlı dəstə düzəldirlər. Erməni daşnakları ilə vuruşurlar. Yüzlərlə daşnaq meyidi meydanda qalır.
Reyhan xalqının, qohum-qardaşının intiqamını alır. Onlar vuruşmanı davam etdirib erməni daşnaqlarını qovub çıxardırlar.
Reyhan uzun illər gizlənə bilir. Həmin zamanlarda adamlara “Vətən xaini” adını verib güllələyirdilər, ya da Sibirdə zindanlarda çürüdürdülər.
Axır ki, 1928-ci ildə o, Sovet hakimiyyəti tərəfindən həbs olundu. Uzun zaman həbsdə qalan Reyhana məhkəmənin qərarı ilə güllələnmə cəzası veririrlər. Son anda onu güllələməyə apararkən mərkəzdən əmr gəlir. Güllələnmə təxirə salınır. Tezliklə onun adı və soyadı dəyişdirilib Krıma göndərilir. Krımda bir monastrda yerləşdirilir. Ömrünün sonuna kimi burada yaşayır. Dünyasını dəyişəndən sonra orada da dəfn olunur.
Abid Şamiloğlu,

Afurca kənd sakini

HEYDƏR ƏLİYEV- ELM, TƏHSİL SİYASƏTİ

       HEYDƏR ƏLİYEV- ELM, TƏHSİL SİYASƏTİ

                                                  

Ölkəmizin inkişafının təməlində müstəqillık, hümanizim, güclü dövlətçilik dayanır. Hər kəsin dəyəri onun yaşadığı zaman kəsiyində göstərdiyi xidmətləri ilə ölçülür.

 Azərbaycan müstəqil bir dövlət kimi fəaliyyət göstərdiyi gündən bəri dahi liderimiz Heydər Əliyev hər bir sahəyə, xüsus ilə də elm və təhsil sahəsinə öz diqqət və qayğısını əsirgəməmişdir.  “Cəmiyyət – elm və təhsilsiz inkişaf edə bilməz” sözlərini söyləyən ümummilli liderimiz bu istiqamətdə də bir çox işlər görmüşdür. Onun təhsil sahəsində apardığı islahatlar, verdiyi fərman və sərəncamlar buna misaldır. Ulu öndərimiz təhsil sahəsində nadir istedadı ilə fərqlənən insanlara da xüsusi diqqət və qayğı göstərmişdir. Heydər Əliyevin təhsil sahəsində istedadlı insanlara göstərdiyi qayğı və diqqət həmişə önəmli olmuşdurr. Belə ki, uzaqgörən liderimiz tərəfindən keçən əsrin 70-ci illərindən başlayaraq istedadlı azərbaycanlı gənclər təhsillərini davam etdirmək üçün  müxtəlif regionlarında yerləşən qabaqcıl ali təhsil müəssisələrinə göndərilirdilər və qayğı göstərilən belə istedadların sayı ötən əsrin 80-ci illərində artıq iki dəfə artmağa başlamışdır. 

    Elm və mədəni tərəqqinin ölkəmizin gələcəyi üçün müstəsna əhəmiyyətini nəzərə alaraq istedadlı gənclərə Azərbaycan Respublikası Prezidentinin şəxsi himayəsi, onların yaradıcılıq potensialını inkişaf etdirmək üçün dövlət qayğısı daha da artmışdır. Elmin inkişafı Azərbaycanda dövlət siyasətinin mühüm prioritetlərindən biridir və dövlətin davamlı sosial-iqtisadi, mədəni inkişafını təmin edən mühüm amillərdən biridir. Beynəlxalq münasibətlərdə siyasi, iqtisadi, elmi-texniki, ekoloji və informasiya xarakterli amillər müstəsna rol oynaması Azərbaycan Respublikasının milli maraqlarının ödənilməsində elmin inkişafına təkan vermişdir, çünki dövlətin sosial-iqtisadi qüdrəti, ölkənin müdafiə qabiliyyəti və milli təhlükəsizliyi, cəmiyyətin mədəni-mənəvi tərəqqisi və xalqın rifahı elmin inkişaf səviyyəsi ilə birbaşa əlaqəlidir.  Müasir dövrdə dayanıqlı inkişafın əsasında elmi-texniki tərəqqinin rolunu və əhəmiyyətini ciddi bir faktor kimi qəbul edən Ulu öndərin layiqli davamçısı, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev son illər ölkəmizdə elmin inkişafı, elmi-texniki potensialın qorunub saxlanılması və modernləşdirilməsi, elm və təhsil sahəsində yüksək ixtisaslı kadrların hazırlanması, onlara daimi qayğı göstərilməsi, cəmiyyətdə alimlərin, elm və təhsil işçilərinin nüfuzunun artırılması və əldə edilən elmi nəticələrin xaricdə tanıdılması üçün bir sıra mühüm qərarlar qəbul etmişdir.      Elmin inkişafına dövlət qayğısı, əslində dövlətçiliyin möhkəmləndirilməsi və xalqın milli-mədəni tərəqqisinə və rifah halının yüksəldilməsinə xidmət edən siyasətin tərkib hissəsidir. Qloballaşma prosesinin dünyanı əhatə etdiyi və elmi-texniki tərəqqinin kifayət qədər yüksək sürətlə aparıldığı müasir dövrdə müstəqil Azərbaycan dövlətinin inkişafı elmi durumun səviyyəsindən və qazanılan nailiyyətlərin tətbiqindən əhəmiyyətli dərəcədə asılıdır. Ölkə başçısı son illərdə elmin inkişafına, bu sahədə problemlərin kompleks həllinə xidmət edən bir çox sərəncam və fərmanlar imzalamış, dövlət proqramlarıtəsdiq etmişdir.

           Elə bir sahə yoxdur orada dahi siyasətçinin diqqətini, qayğısını hiss etməyək. Müasir dövrdə ən inkişaf etmiş dövlətlərin təcrübəsi təsdiqləyir ki, yalnız təhsil sistemi yüksək səviyyədə olan ölkələr hərtərəfli tərəqqiyə nail olurlar. Bu dövrün əsas xüsusiyyətlərindən biri ümummilli lider Heydər Əliyevin təhsilin inkişafına göstərdiyi müstəsna diqqət və qayğısının davamı olaraq sahəyə ayrılan xərclərin ildən-ilə artırılmasıdır. Bu isə təhsilin dövlət siyasətinin əsas prioritetlərindən biri olması ilə bağlıdır. Son illər təhsil tarixində ilk dəfə olaraq 16 inkişafyönümlü dövlət proqramı təsdiq olunmuşdur və uğurla həyata keçirilmişdir.

XX əsrdə Azərbaycan xalqının ən böyük nailiyyətlərindən biri ölkəmizdə elmin, təhsilin sürətlə inkişaf etməsidir. Bu fıkir ümummilli lider Heydər Əliyevə məxsusdur. Bu inkişafı şərtləndirən ən mühüm amil də məhz ümummilli liderin özünün xalqın formalaşmasında,. özünütəsdiqində ciddi önəm verdiyi elmə, təhsilə müstəsna qayğı göstərməsi olmuşdur. Böyük öndərin himayəsı elm və təhsil sistemini XX əsrın son otuz ili ərzində layiq olduğu zirvəyə yüksəltmişdir.Elm və təhsil uzaq görən siyasətçı Heydər Əliyevin prioritet münasibət bəslədiyi sahələr idi.

Hər bir xalqın, məmləkətin taleyində təhsilin neçə mühüm əhəmiyyət kəsb etdiyi barədə geniş müzakirələr açmağa lüzum yoxdur. Təhsil cəmiyyətin irəliyə getməsi üçün bir mayakdır, işıqdır. Təhsilsiz cəmiyyət kölədir, təhsilsiz xalq heç vaxt öz sərvətinin, dövlətinin sahibi ola bilməz. Təhsilin cəmiyyətdəkı rolunu daha yaxşı dərk etmək üçün ümummilli lider Heydər Əliyevin həyat yolunu və əməllərini dərindən öyrənmək gərəkdir. Təhsil və elm  ölkənin, xalqın taleyidir. Təsilin və elmin inikişafı ümumxalq problemdir. “Təhsil xalqın gələcəyidir” – dərin hikmət yükü olan bu sözlərin müəllifi olan ümummilli liderimiz Heydər Əliyev mənsub olduğu xalqın övladlarının mükəmməl təhsil ala bilmələri üçün hər zaman çalışmışdır. Təhsilin cəmiyyətin, xalqın, dövlətin inkişafında rolunu yüksək qiymətləndirən Heydər Əliyev rəhbərlik etdiyi bütün dönəmlərdə Azərbaycan təhsil sisteminin hərtərəfli inkişafına müstəsna qayğı göstərmiş, bu sahənin maddi-texniki bazasının möhkəmlənməsi üçün əməli tədbirlər görmüşdür.

Ümummilli lider qeyd edirdi: “Məktəb, maarif, təhsil işi ilə həmişə sıx bağlı olmuşam…Hesab edirəm ki, cəmiyyət haradan olursa olsun, nədən olursa olsun, kəsib təhsilə xərcləməli, gənc nəslin təhsilinə, müəllimə kömək etməlidir. Bu, mənim prinsipial mövqeyimdir”. Bu kəlamlar böyük rəhbərimizin təhsilə nə qədər önəm verdiyinin təzahürüdür.

Umummilli liderimiz Heydər Əliyevin Azərbaycanın elm və təhsil sisteminin inkişaf etdirilməsi ilə bağlı dövlət siyasətini Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev də davam etdirmiş və təhsilimizin inkişafında yeni bir mərhələ açmışdır. Ölkə prezidentinin təhsilə göstərdiyi ardıcıl diqqət və qayğısından, onun təhsil haqqında dediyi müdrik kəlamlarından və xüsusilə “maddi kapitalın insan kapitalına çevirmək” ideyasından qaynaqlanır ki, bu da səriştəli müəllim əməyinin şagird şəxsiyyətinin formalaşdırılmasında mühüm şərtidir. Strategiyada deyilir: “İnsan kapitalının inkişafı iqtisadiyyatın qlobal sistemə uğurlu inteqrasiyası və ölkənin beynəlxalq rəqabətdən daha effektli faydalanması prosesində ən mühüm şərtlərdən olub, ölkənin təhsil sisteminin başlıca vəzifəsini təşkil edir” .

Milli dəyərlərimiz olan adət və ənənələrimiz, davranış və rəftarımızda milli əxlaq normalarımız yetişən gənc nəslə təlim və tərbiyə prosesində, müəllimin yaradıcı, peşəkar fəaliyyəti prosesində aşılanır. Qloballaşma prosesində təhsilin məzmunu və müəllimin peşəkar fəaliyyəti şəxsiyyətin mili mentalitetini yüksəltməyə, milli özünüdərkinə, onun hərtərəfli inkişafına, yüksək insani keyfiyyətlərə yiyələnməsinə xidmət etməlidir.

Azərbaycanın ulu öndər Heydər Əliyev tərəfindən müəyyən edilmiş gələcək inkişaf istiqamətlərini səciyyələndirən Prezident İlham Əliyev demişdir:- Güclü iqtisadiyyat, güclü sosial siyasət, vətəndaş cəmiyyətinin möhkəmləndirilməsi, qanunun aliliyinin bərqərar olunması, demokratiyanın inkişafı, siyasi islahatların aparılması və dərinləşməsi – bütün bunlar Azərbaycanı hərtərəfli inkişaf etdirmək üçün vacib amillərdir.

Təhsilin keyfiyyətinin ən inkişaf etmiş ölkələrin səviyyəsinə yüksəlməsi ilə bağlı uğurlarımızla, təhsil sahəsində beynəlxalq proqram və layihələrdə iştirakımızla haqlı olaraq fəxr edirik. Bütün bunlar, şübhəsiz ki, ulu öndərimizin siyasi kursunun uğurla davam etdirilməsi, ümummilli lider Heydər Əliyevin və onun ən layiqli davamçısı Prezident İlham Əliyevin təhsilə, təhsil işçilərinə diqqət və qayğısı, müstəqillik illərində səmərəli fəaliyyət üçün yaradılmış əlverişli şərait və imkanlar sayəsində mümkün olmuşdur.

Saçlı Ağayeva

ADPU Cəlilabad filalının əməkdaşı

AĞRIDAN ZƏFƏRƏDƏK YAŞANANLAR

AĞRIDAN ZƏFƏRƏDƏK YAŞANANLAR

      Bu günlərdə şair, publisist, esseist, tərcüməçi Rəfail Tağızadənin “QARABAĞ-HƏSRƏTDƏN ZƏFƏRƏ” kitabını oxudum. Kitab iki hissədən ibarətdir. Birinci hissə Qarabağın işğalından 2020-ci ilin 27 sentyabrına qədər olan dövrdə yazılan yurd həsrətli esselər və şeirlərdir. İkinci hissə isə 2020-ci ilin 27 sentyabrından başlayaraq Qələbə günlərini, Zəfəri tərənnüm edən publisistik yazılar, esselər, şeirlər daxildir.

      Rəfail müəllim I Qarabağ müharibəsində zabit kimi Qarabağın ağrılı günlərinin canlı şahididi, qazidi. O, şahid və yaralıların itki və ağrılarını ən əzizinin, doğmasının ağrısı kimi içində daşıyaraq şeirlərə, yazılara köçürüb. Ona görə də  Rəfail Tağızadənin yazdığı şeirləri, esseləri, publisistik yazıları oxucular tərəfindən sevilir. O, bu yazılardakı ağrıları, acıları oxuculara şişirtmədən, səmimiyyətlə çatdırır. Onun istənilən yazısını oxuyanda, oxucu orada özünü görür. Şair “Həsrət yolçusu” şeirində deyir:

             …Qanad çalan quş varmı,

              Torpaqda oyanış varmı?

              Yarı sökük divarda,

              Oxuyan bayquş varmı?…

     Bunu oxuyan oxucunun gözləri önünə düşmənin viran qoyduğu yurdlar, divarı yarısökük evlər gəlir. İstər-istəməz bu ağrını, bu həsrəti yaşayırsan. Düşmənin bu barbarlığı səndə intiqam hissini alovlandırır. Yağıya nifrət etməyə bilmirsən.

                                                     ***

      Yurdundan didərgin düşmüş məcburi köçkünlərin nələr çəkdiyini ölkə vətəndaşları gördü. Amma onların içlərində çəkdikləri ağrıları heç kim görə bilmədi. Evindən heç nə götürə bilməyən köçkünlər yayın istisində yardım çadırlarında, yol kənarlarındakı uçuq binalarda, məktəblərdə, baxçalarda, inzibati binalarda, hətta sınıq-salxaq yük vaqonlarında yaşamaq uğrunda mübarizə aparırdılar. Gözəl, yaraşıqlı evlərdən çıxan köçkünlər yararsız yerlərdə yaşamağa məcbur olmuşdular.

      R.Tağızadənin “Vaqonun altında asılan beşik” şeirindən:

             Vaqonun altında asılan beşik,

             İçində körpələr böyüyür indi.

             Qaçqın həsrətindən, qaçqın qəmindən,

              Bixəbər körpələr uyuyur indi…

      Bu o dövrün köçkün reallığıdı. Yayın istisində yardım çadırlarında böyüyən uşaqlar içməli suya da həsrət qalmışdılar. Buna necə yaşamaq demək olardı?

                                                    ***

      Rəfail müəllim bu ağrıları “Qarabağ ağrısı” adlandırır. Səni öz yurdundan, yuvandan, dağından, dərəndən, meşəndən, kəndindən, şəhərindən didərgin salır. Bu ağrıya necə dözəsən?

      Ona görə də o, esselərinin birində yazır: – Ayılıb o dağa, meşəyə, çaya, torpağa  baxanda utanırsan. Xəcalət çəkirsən edilənlərdən, etdiyindən, edə bilmədiyindən.

       Bu öz-özünü ittihamdı. Bundan ağır dərd olarmı?.. Bu Qarabağ ağrısıdı. Hər birimizin daxildə çəkdiyimiz iztirabdı. Vətən, yurd həsrətidir. Ona görə də kitabın birinci hissəsi Qarabağ həsrətli yazılardı.

      Adi adamlardan fərqli olaraq şairlər, yazıçılar bu vətən, Qarabağ dərdini yaxına, uzağa, əlləri çatan yerlərə çatdırmağa çalışırlar.  Rəfail müəllim də Qarabağ dərdini uzaqlara, dünyanın çox yerlərinə çatdırmağı bacaran uzaqvuran artilleriyamızdan biridi. Qarabağ həsrətli əsərləri müxtəlif dillərə tərcünə olunub. İşğal altında olan Qarabağın düşmən tapdağında qaldığı müddətdə sərvətinin talanmasından tutmuş şəhərlərin, kəndlərin dağıdılması  onun əsərlərində əks olunub. Bununla bərabər şəhid ailələrinin, qazilərin, məcburi köçkünlərin ağrıları, vətən dərdi həmişə onun diqqət mərkəzindədi. Bunu kitabı oxuduqca görürük.

                                                 ***

      Hər birimiz Qarabağa, səngərlərə yaxın olan yerlərə gedəndə, işğalda olan dağlarımıza, yurdlarımıza həsrətlə baxırdıq. 27 il bu həsrətlə yaşadıq. Ağdam, Şuşa, Füzuli, Cəbrayıl, Qubadlı, Zəngilan, Laçın, Kəlbəcər… həsrəti. Hər dəfə biz o kəndlərə gedən zaman xatirələrimiz bizi rahat buraxmırdı. Elə ona görə də  Rəfail müəllim deyir:

    – Qarabağa istiqamət götürəndən yanğının şiddəti artmağa başladı. Dərdin, həsrətin hərarəti poladın ərimə hərarətindən yüksəkdi. Bu ağrılara dözə bilməyən torpaq bizi görüb ağladı!    

     Bu şair hissiyatıdı. Həsrət çəkən insanlar kimi, həsrət çəkən torpağın da göz yaşlarını görür. Yurdundan didərgin insanlar kimi, işğal altında olan torpağın da dərdi var.  Rəfail müəllim də belə duyğulu bir ziyalıdı. Onun qəlbi didərgin anaların da qəlblərini duyur. Öz anasının timsalında, bütün köçkün analarını nəzərdə tutur:

     – Köçkün, sinələri dağlı anaların başlarına hər gün mərmi yağsa da, nə güllədən qorxdular, nə də mərmidən. Ərlərinin, oğullarının arxalarında dayandılar. Onlar da döyüşdülər. Arxa cəbhədə mərd-mərdanə dururdular. Cəbhədəki döyüşçülərə ürək-dirək verirdilər. Bu analar, cəbhədəki bütün əsgər oğullara analıq edirdilər.

                                                    ***

       Müharibənin Qarabağın payızını Rəfail müəllim belə təsvir edir:

  • Daha oraların narı qızarmır. Qoz da qabığından gecələr düşür. Qorxur ki, səsi eşidilər, atəşə tutular.

Arxlarından hələ də qan axır. Burada qızaran ancaq qan rəngidi…

       Onun essesində budur Qarabağın payızı. Bizim üçün Qarabağın payızı, qışı, yazı, yayı da kədərlidi. Bu kədərdən Qarabağın insanına da hopub. Nə qədər danışsalar da, gülsələr də hər birinin gözlərində kədər görünür. Hamısı payız, qış əhval-ruhiyyəsindədilər.   

      Rəfail Tağızadənin hər essesindən həsrət qoxusu, vətən iyi gəlir. Kitabdakı “Qazi toyu” şeirində qəlbləri dağlayan bir qazi toyu təsvir olunub. Toy əslində adından göründüyü kimi şənlikdi, sevincdi. Ancaq bu sevincin içində kədərli bir mənzərə var. Şair ürək ağrısı ilə yazır:

             Bu gün toy qurulub, toy Qarabağda,

             Qol-qçlar qışqırır, oy Qarabağda.

             Bu qazi toyunda, bu ər toyunda

             rəqs meydanına nidalar qoyan,

             tək qıçı üstündə oynayan oğlan,

             bu gecə tək qalan qıçın oynayır… 

      Bu toyda tək qollular, tək qılçalılar oynayırlar. Toya gələnlərin hər biri çəliklədi. Toyda çəliklər çəpik çalır. Dəhşətli mənzərədi. 

      Kitabın birinci hissəsindəki hər esse haqqında geniş yazmaq olar.

                                                   ***

      Kitabın ikinci hissəsindəki esselər, publisistik yazılar və poeziya nümunələri Qarabağın Qələbəsinə, Zəfərinə həsr edilib.

      27 sentyabr 2020-ci il Qarabağ zəfərinin başlanğıc nöqtəsi oldu. Qarabağ kədəri sevinclə əvəz olunmağa başlayır. Ordumuz zəfər dalınca zəfər çalır. Azərbaycan bayrağı işğaldan azad olan zirvələrdə dalğalanır. İndi şəhidlərin ruhları sevinir. Dağlar, dərələr, çöllər… hər yan sevinc içindədi.

      Bunu Rəfail müəllim Şəhidlərin ruhuna həsr olunan “27 SENTYABR 2020-Cİ İL” publisistik yazısında belə verir: “Vətən, dövlət yolunda hamı bir oldu. Birləşdi. Hamı ayaqda idi, əsgər idi. Hamı vətən deyirdi. Bu gücün, BİRLİYİN qarşısında heç kim, heç nə tab gətirə bilməzdi. Bu vəhdət Qələbəyə çağırış idi.”

       Rəfail Tağızadə demişkən, hamı döyüşmək istəyirdi. Yaşından asılı olmayaraq keçmiş könüllü döyüşçülər, gənclər cəbhəyə can atırdı, intiqam hissi ilə yaşayırdı. Şəhidlərin intiqamın almaq lazım idi. Bu intiqamın alınması, torpaqların işğaldan azad edilməsi, Qarabağın tacı Şuşa şəhərinə bayrağımızın sancılması cəmi 44 gün çəkdi. Ordumuz bunu vətən sevgisi nəticəsində əldə etdi.

                                               ***

     “Hamı Azərbaycanda eyni hüquqlu vətəndaşdı. Ləzgisi də, talışı da, avarı da, saxuru da, qrızı da, ingiloyu da, kürdü də, rusu da, yəhudisi də, ukrayını da, türkü də. Kim bu ölkənin vətəndaşıdırsa, o bizdən biridi. Birimizdi. Haqqımız da, hüququmuz da eynidir.

      Azərbaycan fərqli dillərdə danışıb, eyni düşünənlərin mötəşəm birlik buketidi. Elə ona görə də bu gözəldi”.

 Bu  Rəfail müəllimin fikirləridi. Çox düz deyir, bu birliyin qələbəsidi.

      “Mənim ordum” şeirində yazır:

                  Mənim ordum!

                  Güvənc yerim!

                  Ümid yerim!

                  Sən dövlətimin müdafiəçisi,

                  millətin, xalqın dayağısan!

                  Xilaskarsan!

                  Qurucusan!

                  Sən xalqa Qələbə sevinci gətirənsən!

      Müəllif kitabda şəhidlərimizin, ordumuzun keçdiyi yoldan, Xocalı, Qaradağlı, Ağdaban, ümumilikdə, Qarabağ faciələrindən danışır. Düşmənlərin ölkəmizə vurduqları ziyanlıqdan söhbət açır. Qarabağın acı həqiqətlərin ortaya qoymaqla bərabər, həm də Qarabağda gedən quruculuq işlərindən xəbər verir.

      Bu kitabda maraqlı məlumatlar çoxdu. Ən maraqlı məqamlardan biri Ağdam adının yaranma tarixidi.

       Kitab gözəl sonluqla bitir.

       “Şəhidlərimizin ruhları şaddır!

        Qələbə sənə yaraşır, Azərbaycan!

        Zəfər sənin haqqındı!

        Zəfərin mübarək, Azərbaycan!”

      Əziz dostum Rəfail Tağızadə, sizi sevən oxucular sizdən yeni əsərlər gözləyirlər. Uğurlarınız davamlı olsun!

                                                                          Məmməd Mərzili,

                                                                          AJB-nin üzvü, şair-publisist