ƏSL YAŞAMALI GÜN İNDİ GƏLDİ

ƏSL YAŞAMALI GÜN İNDİ GƏLDİ

Aldanma buludsuz göylərə baxıb,
Leysan qabaqdadı, sel qabaqdadı.
Hər şeyi önünə qatıb aparan
Tufan qabaqdadı, yel qabaqdadı.

Neçə gədiklərdən ötəcək yolun,
Uzanıb Şuşaya gedəcək yolun,
Sanma ki, səhrada bitəcək yolun,
Çəmən qabaqdadı, çöl qabaqdadı.

Yoluna göz dikib nə qədər səhər,
Kim ki, inadcıldır, onundur zəfər!
Çaya qovuşmaqla tükənmir səfər,
Ümman qabaqdadı, göl qabaqdadı.

Sirdaşın sansan da kədəri, qəmi,
Gün altda bərq vurur gözünün nəmi,
Bəmdə oxuyursan hələ nəğməni,
Qayalar titrədən zil qabaqdadı.

Ötür bülbül kimi könlünün sazı,
Çırağban qəlbində gecələr azıb,
Tanrı qismətinə qönçələr yazıb,
Hələ pardaqlayan gül qabaqdadı.

İman indi gəldi, din indi gəldi!
Ölmüş ümidlərim dirildi gəldi!
Əsl yaşamalı gün indi gəldi,
Hələ neçə-neçə il qabaqdadı…

Müəllif: Rafiq YUSİFOĞLU,
şair, Əməkdar mədəniyyət işçisi, filologiya elmləri doktoru, professor.


RAFİQ YUSİFOĞLUNUN YAZILARI

RAFİQ YUSİFOĞLU HAQQINDA

Mustafa Müseyiboğlu adına kitabxana

“ƏDƏBİ OVQAT” JURNALI PDF

“YAZARLAR”  JURNALI PDF

“ULDUZ” JURNALI PDF

“XƏZAN”JURNALI PDF

WWW.KİTABEVİM.AZ

YAZARLAR.AZ

===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir