Sultan Rayev: TÜRKSOY bütün türk dünyasının ortaq mədəniyyət evidir

TÜRKSOY bütün türk dünyasının ortaq mədəniyyət evidir

Beynəlxalq Türk Mədəniyyəti Təşkilatı (TÜRKSOY) türk dövlətləri başda olmaqla, bütün türk dünyasının beynəlxalq səviyyəli ortaq mədəniyyət evidir. Ötən dövrdə böyük inkişaf yolu keçən TÜRKSOY tarixi nailiyyətlərə imza atıb. Qarşıda isə bizi çətin və şərəfli vəzifələr gözləyir. Bursa şəhərinin 2022-ci ildə türk dünyasının mədəniyyət paytaxtı olması və estafeti gələn ilə Şuşa şəhərinə verməsi nəhəng mədəniyyət layihələri üçün böyük imkanlar yaradır. Hesab edirəm ki, TÜRKSOY yeni-yeni layihələrə imza atmaqla bütün türk dünyasının ortaq etimadını bundan sonra da doğruldacaqdır.

Bu fikirləri AZƏRTAC-a açıqlamasında Beynəlxalq Türk Mədəniyyəti Təşkilatının (TÜRKSOY) Baş katibi Sultan Rayev ifadə edib.

İndiyədək Şuşa şəhərinə iki dəfə səfər etdiyini bildirən, Şuşanı insanlar üçün mədəniyyət qaynağı kimi dəyərləndirən Baş katib əminliklə ifadə edib ki, bundan sonra da türk dövlətləri TÜRKSOY ətrafında daha sıx birləşərək, ortaq mədəniyyətlərinin dünyada tanıdılması istiqamətində birgə addımlar atacaqlar.

Qeyd edək ki, Beynəlxalq Türk Mədəniyyəti Təşkilatı 1993-cü il iyulun 12-də Azərbaycan, Türkiyə, Qırğızıstan, Özbəkistan və Qazaxıstan mədəniyyət nazirlərinin Almatı şəhərində keçirilən təsis iclasında imzaladıqları saziş əsasında yaradılıb. Təşkilatın ali idarəetmə orqanı TÜRKSOY-a üzv ölkələrin Mədəniyyət Nazirlərinin Daimi Şurasıdır. TÜRKSOY-un mərkəzi qərargahı Ankara şəhərində yerləşir.

Sultan Rayev haqqında

Mənbə:  Azərbaycan qəzeti

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir