Rafiq Yusifoğlu – Xəzan

XƏZAN

Mən yalandan and içməyi sevmirəm,
Yalançıya qənim olar öz andı.
Gecə-gündüz həsrətinlə döyünən
Dəli könlüm bir divanə ozandı.

Bir vaxt eşqim oldu sənin gərəyin,
Sanki dağa arxalandı kürəyin,
İllər boyu buza dönən ürəyin
Sözlərimin istisinə qızındı.

Kül altında öləzidi közlərim,
Daha yatmır ürəyinə sözlərim,
Gözlərinə həsrət qaldı gözlərim,
Bu hicranın ömrü yaman uzandı.

Bir gün məni çağırarsan toyuna,
Həsrət-həsrət göz qoyaram boyuna,
Dözəmmədim ikibaşlı oyuna,
Mən uduzdum, görəsən kim qazandı?

Ayrılığın odu könül dağlayır,
Gözlərindən yaş bulaq tək çağlayır,
Payıza bax, yarpaq-yarpaq ağlayır,
Yusifoğlu, nə yatmısan, xəzandı…

Müəllif: Rafiq YUSİFOĞLU,
şair, Əməkdar mədəniyyət işçisi, filologiya elmləri doktoru, professor.


RAFİQ YUSİFOĞLUNUN YAZILARI

RAFİQ YUSİFOĞLU HAQQINDA

Mustafa Müseyiboğlu adına kitabxana

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir