Zaur Ustac – Hanı o oğullar?

ZAUR USTACIN YAZILARI

Hanı o oğullar?

1989-un dekabrı
təqvimdən qopub
millətin yaddaşına çevrildi.
Naxçıvanda xalq
öz pasportunu cırdı –
çünki Vətən
kağıza sığmırdı artıq.

Mayakovskinin “Passport”u,
Leninin passport haqqında dedikləri
xatırlandı o gün…
“Yatmış vulkan” oyandı,
xalq sərhədə dayandı;
put dirəklər,
çürük tellər saxlamadı milləti.
Millət aşdı əsarəti, zilləti…

Dədə Qorqudun harayı
eşidildi “Haça dağ”dan:

-Oğul, uca tonqal qala,
qoy, görünsün uzaqlardan!
Qoy, əsarət dirəkləri,
elə yansın çırta-çırtla,
ta Altaylardan görünsün,
səsi çatsın Tanrı dağa.

Söküldü çəpərlər,
yandı dirəklər,
əridi qorxu,
yox oldu qadağa,
söküldü əsrin yalanı.
Sadələşdirilmiş keçidlərdən
ilk keçən
ümid oldu.

Azərbaycan Türkləri
səs saldılar dünyaya…
Arazın sahilində qoca ərlər oyandı,
Xəzərin sahilində şəfəq nura boyandı…

Hanı o oğullar?
Onlar burdadır –
sərhədsiz ürəklərdə,
bölünməz Vətəndə,
və hər 31 dekabrda
ayağa qalxan
xalqın özündə!

31.12.2024. Bakı .

Müəllif: Zaur USTAC,

AYB və AJB-nin üzvü, “Yazarlar” jurnalının baş redaktoru, şair-publisist, tərcüməçi-nasir.

ZAUR USTACIN YAZILARI

Oxuyun >> Gözündə tük var

Zaur Ustacın şeirləri haqqında

YAZARLAR.AZ

I>>>>>>BU HEKAYƏNİ MÜTLƏQ OXU<<<<<<I

I>>Mustafa Müseyiboğlu adına kitabxana<<I

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir