ƏDN CƏNNƏTİ Külək oynadır pərdəni, Kölgələr gəzir üzündə. Kirpiklərin enir, qalxır Arzular axır gözündə… **** Kölgələrlə qaçdı-tutdu Oynayırıq ağ bədəndə… Elə bil ki, kəpənəkdir Cövlan edir göy çəməndə. **** Dodaqlarım yaxalayır, Aman vermir kölgələrə… Kəpənəklər təslim olur, Qonur fərqli bölgələrə… **** Sağ ol, Günəş, sağ ol, pərdə, Bir də yaylı, düz yatağım… Şükür, ey uca Yaradan, Əsl cənnətdir otağım!
Darende Yeniköyde bulunan Hitit dönemine ait Aslantaş heykeli ve başında bir jandarma askeri… Darende, Malatya. 1890’lar (renklendirilmiş görsel) Darende farklı medeniyetlere ev sahipliği yapmış bir ilçemizdir.Kendim de Darendeli olduğum için ara ara gittikçe görme şansım oluyor. Ayrıca 1200 metre kadar yükseklikte deniz yıldızı bulmuşluğum vardır Darende’de.
Şəfəq Nasir “Azərbaycan milli mətbuatının 150 illiyi (1875-2025)” yubiley medalı ilə təltif olunub
Tanınmış jurnalist, yazıçı Şəfəq xanım bu barədə öz sosial şəbəkə hesabında paylaşım edib:
“Bu gün Azərbaycan Mətbuat Şurasında, Prezident İlham Əliyevin Sərəncamı ilə təsis olunmuş “Azərbaycan milli mətbuatının 150 illiyi (1875-2025)” yubiley medalı ilə təltifolunma mərasimi keçirildi. Bəndəniz də mükafat alanların sırasında idi.
İlk olaraq, milli mətbuatımızın atası H.B.Zərdabinin adı ilə bağlı olan yubiley medalı ilə təltif olunmağıma görə cənab Prezident İlham Əliyevə təşəkkürümü bildirirəm…
Tarixdə 1969-cu ildi. Səkkizinci sinif şagirdi Şəfəq Məmmədova imzası ilə rayonumuzun “Yüksəliş” qəzetinin 19 aprel (№ 46 (1.045) tarixli sayında “Anam haqqında nəğmə” adlı ilk şeirim dərc olunmuşdu. Bundan sonra şeirlər, esselər, məktəb həyatından bəhs edən yazılarla rayon qəzetində müntəzəm olaraq çıxışlar etdim. Bir də baxdım ki, hər şeydən uca, dəyərli olan Sözlə sirdaşam. Sözə bunca aşiqlik məni jurnalistikaya gətirdi…
O vaxtdan bu günə, 56 ildir ki, qələmdən ayrılmadım. Yüzlərlə bədii, publisistik əsərlər, İrəvanda iki anadilli mətbuatın tədqiqi, transliterasiyası, 1 monoqrafiya, tarixi, ədəbi şəxsiyyətlərin həyat və yaradıcılıq yolunu əks etdirən tədqiqat xarakterli məqalələr, xeyli sayda kitabın redaktoru, onlarla kitaba yazdığım Ön söz və 13 adda müxtəlif növ və janrlarda ədəbi mətnlərin yer aldığı kitab…
Hazırda masamın üzərində iki irihəcmli əsər üzərində iş, arxivimdə olan iri qovluq arası xam materiallar, qəfl qafamda doğulacaq mövzular ömrün davamını da Sözlə, qələmlə (oxu bilgisayarla) baş-başa olacağımı deyir…”
“P.S. “Azərbaycan milli mətbuatının 150 illiyi (1875-2025) ” yubiley medalına layiq görülmüş dostlarımı – ömrünün böyük bir hissəsini həqiqi mənada mətbuata, jurnalistikaya həsr etmiş həmkarlarımı təbrik edirəm.”
Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyinin “Təhsildə İnkişaf və İnnovasiyalar üzrə IX qrant müsabiqəsi” çərçivəsində həyata keçirilən “Təhsildə incəsənət” layihəsinin ilk tədbirinin açılışı baş tutub.
Layihənin açılışı 150 nömrəli tam orta məktəbin direktoru Pərvanə Qorxmazlının çıxışı ilə başlayıb. Daha sonra çıxış üçün söz Azərbaycan İncəsənət Məktəbinin müəllimi, gənc aktyor və rejissor Məmməd Rəfiyevə, 150 nömrəli tam orta məktəbin təlim-tərbiyə işləri üzrə direktor müavini, pedaqoji elmlər üzrə fəlsəfə doktoru Dürdanə Əsgərovaya, sinifdənxaric və məktəbdənkənar işlər üzrə təşkilatçı Sonaxanım Bayramovaya və məktəbin psixoloqu Türfə Səlimovaya verilib. Çıxış edənlər layihənin əhəmiyyətini vurğulayaraq iştirakçılara uğurlar arzulayıblar.
İcra müddəti 6 ayı əhatə edən layihənin əsas məqsədi şagirdlərin dram dərnəyində iştirakını təmin etməklə onların təhsil üçün mühüm olan həyati bacarıqlarının inkişaf etdirilməsidir.
Layihə çərçivəsində 150 nömrəli tam orta məktəbdə 9–12 yaş arası 15 nəfər, 13–16 yaş arası isə 15 nəfər olmaqla ümumilikdə 30 şagird 4 ay müddətində yaradılacaq “İncəsənət Dərnəyi”nin məşğələlərində iştirak edəcək. Sözügedən dərnək şagirdlərdə aktyorluq və nitq bacarıqlarının inkişafına, eləcə də tamaşaların hazırlanmasına şərait yaradacaq.
Dərnək iştirakçıları tərəfindən Abdulla Şaiqin “Tıq-tıq xanım” və Nəcəf bəy Vəzirovun “Adı var, özü yox” əsərləri əsasında hazırlanan tamaşaların 3 dəfə səhnələşdirilməsi və bununla da 300 təhsilalanın yaradıcı mühitdə iştirakının təmin edilməsi nəzərdə tutulur.
Məlumat üçün bildirək ki, ictimaiyyətin layihənin icrası və nəticələri ilə bağlı məlumatları yaxından izləməsi məqsədilə layihənin “Facebook” və “Instagram” sosial platformalarında rəsmi səhifələri yaradılıb.
Etibar Həsənzadə “Zəfərlərə doğru” kitabını general Polad Həşimovun ev muzeyinə hədiyyə etmişdir. Etibar kitabda Polad Həşimov haqqında geniş məlumat, “General Gəlir” və “Əfsanə General” poemalarına yer vermişdir. Generalımızın anası Səmayə ana Etibara dərin təşəkkür və minnətdarlığını bildirmişdir.
Ziyarət haqqında video çarx Etibar Salmanov YouTube.Com kanalına yüklənmisdir. Etibar “Zəfərlərə Doğru” kitabını Polad Həşimov adına Sumqayıt şəhər 28 saylı tam orta məktəbdəki Polad Həşimov muzeyinə də hədiyyə etmişdir və səmimi qəbula görə məktəbin direktoru Arslan müəllimə təşəkkürünü bildirmişdir. Arslan müəllim də dəyərli hədiyyəyə görə Etibara təşəkkürünü bildirmişdir.
Göytəpə şəhərində Bəxtiyar Vahabzadənin 100 illik yubileyi 24.12.2025-ci il tarixində Cəlilabad rayon Göytəpə şəhərində yerləşən şəhid Vasif Hüseynov adına 2 N-li ümumtəhsil tam orta məktəbinin yeni istifadəyə verilmiş binasında görkəmli Azərbaycan şairi akademik Bəxtiyar Vahabzadənin 100 illik yubileyi ilə əlaqədar məktəb rəhbərliyi, müəllim heyəti və Cəlilabad rayonunun tanınmış ziyalıları və qələm əhlinin iştirakı ilə olduqca gözəl və yadda qalan tədbir keçirilmişdir. Azərbaycan Respublikasının dövlət himni ilə başlayan və məktəbin dil-ədəbiyyat müəllimi, eyni halda Cəlilabad ədəbi mühitinin xanım nümayəndələrindən olan Aydan xanım Ələkbərlinin aparıcılığı ilə keçirilən bu səmimi tədbirdə şəhid Vasif Hüseynov adına 2 N-li ümumtəhsil tam orta məktəbinin direktoru, Cəlilabad ədəbi mühitinin tanınmış və görkəmli nümayəndəsi, “Həməşəra” və “Nizami Gəncəvi” Fəxri Diplomları və “Ziyadar” Mükafatı laureatı, ədəbiyyatçı, filoloq, ədəbi təhlilçi və tənqidçi, şair Şəhla xanım Mürsəlova (Şəhla Rəvan) açılış nitqində tədbir iştirakçılarını salamlayaraq Azərbaycan Respublikasının Müzəffər Prezidenti cənab İlham Əliyevin Bəxtiyar Vahabzadənin adı və ədəbi irsinə göstərdiyi diqqət və qayğıdan söz açdı, Bəxtiyar Vahabzadəni Azərbaycan ədəbi mühitinin görkəmli nümayəndəsi və Azərbaycan xalqının mənəvi irsi adlandırdı. Tədbirdə iştirak edən məktəb müəllimləri və rayonun tanınmış ziyalıları, xüsusilə də Cəlilabad ədəbi mühitinin tanınmış simalarından: Cəlilabad Rayon Ağsaqqallar Şurasının idarə heyətinin üzvü, veteran pedaqoq, ədəbiyyatşünas, “Həməşəra” Fəxri Diplomu laureatı, şair Zülfi Vellidağ, Azərbaycan Yazıçılar Birliyi və Azərbaycan Jurnalistlər Birliyinin üzvü, “Qızıl Qələm” Media Mükafatı və “Həməşəra” Fəxri Diplomu laureatı, yazıçı, şair-publisist Əfrahim Abbas, AYB və AJB-nin üzvü, “Sözün işığı” mətbu orqanının təsisçisi və baş redaktoru, Prezident təqaüdçüsü, Cəlilabad Rayon Veteranlar Təşkilatının sədri, “Həməşəra” və “Nizami Gəncəvi” Fəxri Diplomları laureatı, jurnalist, şair-publisist Ədalət Salman, tanınmış ziyalı pedaqoq, “Həməşəra” Fəxri Diplomu laureatı Dadaş Bayramov, “Həməşəra” Fəxri Diplomu laureatı, bədii qiraətçi, şair Mikayıl İnçəçaylı, “Qızıl Qələm” Media Mükafatı və “Həməşəra” Fəxri Diplomu laureatı, yazıçı-publisist, şair Ehtiram Sevənli, şəhid qardaşı, “Həməşəra” Fəxri Diplomu laureatı, yaçızı-şair Sakit Üçtəpəli, I Qarabağ Savaşının iştirakçısı, qazi, “Həməşəra” Fəxri Diplomu laureatı, yazıçı-şair Qurban Əhməd və fəlsəfə üzrə fəlsəfə doktoru, “Həməşəra” mətbu orqanının təsisçisi və baş redaktoru, Azərbaycan Jurnalistlər Birliyi və Azərbaycan Yazıçılar Birliyinin üzvü, “Ziyadar” Mükafatı, “Qızıl Qələm” və “Zəfər” Media Mükafatları laureatı, araşdırmaçı, tərcüməçi, yazıçı-publisist İlqar İsmayılzadə, Cəlilabad ədəbi mühitinin xanım nümayəndələrindən isə “Həməşəra” və “Nizami Gəncəvi” Fəxri Diplomları, “Ziyadar” Mükafatı laureatı, şair Sevinc xanım Şirvanlı və “Mirvarid Dilbazi Poeziya Məclisi İctimai Birliyi”nin üzvü və Cəlilabad rayonu üzrə rəsmi təmsilçisi, “Həməşəra” Ədəbi Məclisinin yaradıcısı və rəhbəri, “Zərif kölgələr” ədəbi saytının idarə heyətinin üzvü, Azərbaycan Yazıçılar Birliyi və Azərbaycan Jurnalistlər Birliyinin üzvü, “Həməşəra” və “Nizami Gəncəvi” Fəxri Diplomları, “Ziyadar” Mükafatı laureatı, şair-publisist Arzu xanım Əyyarqızı ayrı-ayrılıqda çıxış edərək şəhid Vasif Hüseynov adına orta məktəbin direktoru, elit-ziyalı pedaqoq və ədəbiyyatşünas Şəhla xanıma göstərdiyi qonaqpərvərlik və səmimiyyətə, həmçinin görkəmli Azərbaycan şairi Bəxtiyar Vahabzadə ədəbi irsinə olan diqqətinə görə təşəkkür edib, görkəmli şairin həyat yolu və yaradıcılığından, şəxsi keyfiyyətlərindən söz açaraq maraqlı çıxışlar etdilər. Çay süfrəsi arxasında keçən səmimi və gözəl tədbirdə məktəb şagirdlərinin Bəxtiyar Vahabzadəyə aid söylədikləri şeirlər və icra edilən “Gülüstan” poemasında aid səhnəcik tədbirə xüsusi təsir bəxş etdi. Tədbir xatirə şəkillərinin çəkilməsi ilə yekunlaşdı. Tədbirdən fotolar:
24 dekabr 2025 tarixində Azərbaycan Yazıçılar Birliyinin “Natəvan” klubunda təbrizli gənc şair Əli Çağlanın “Katarina” adlı şeirlər kitabının təqdimatı və imza günü keçirilib.
Təqdimatda Azərbaycan Yazıçılar Birliyinin sədri, Xalq yazıçısı Anar, Xalq şairi Sabir Rüstəmxanlı, AYB-nin Beynəlxalq əlaqələr və tərcümə məsələləri üzrə katibi Səlim Babullaoğlu, şair Həmid Herisçi, filologiya elmləri doktoru Pərvanə Məmmədli, filologiya elmləri doktoru Esmira Fuad, Azərbaycan Ədəbiyyat Fondunun baş direktoru Varis Yolçuyev, Dünya Gənc Türk Yazarlar Birliyinin başqanı İntiqam Yaşar, filologiya üzrə fəlsəfə doktoru Nərgiz İsmayılova, iqtisad elmləri doktoru, şair Rəsmiyyə Sabir, gənc yazar İlahə Səfərzadə, İranlı mühacirlər cəmiyyətinin nümayəndələri cənubşünas, milli fəal Yədulla Kənani, jurnalist Güləddin İsmayılov və başqaları çıxış edib.
Xalq şairi, AYB-nin Güney Azərbaycan ədəbiyyatı komissiyasının sədri Sabir Rüstəmxanlının moderatorluğu ilə baş tutan tədbirdə Əli Çağlanın şeirləri təhlil olunub, onun Güney Azərbaycan və Azərbaycan Respublikası arasında ədəbi əlaqələrdəki önəmli fəaliyyətindən bəhs ediblər.
Tədbirin gedişində Dünya Gənc Türk Yazarlar Birliyinin başqanı İntiqam Yaşar Azərbaycan Yazıçılar Birliyinin Fəxri üzvü təbrizli gənc şair Əli Çağlaya Dünya Gənc Türk Yazarlar Birliyinin üzvülük vəsiqəsini təqdim edib.
Ənənəvi olaraq tədbirin sonunda gənc şairə “Yazarlar” jurnalı tərəfindən yeni kitabların nəşrinə görə verilən “Ziyadar” mükafatı təqdim olunub. Mükafatı yazarlar cameəsi adından “Yazarlar” jurnalının baş redaktoru, MYK-nın icraçı katibi şair Zaur Ustac təqdim edib.
Qeyd edək ki, Əli Çağlanın bu gün təqdim olunan kitabı Azərbaycanda Bakı şəhərində “Yarasa” nəşriyyatı tərəfindən, daha sonra isə Türkiyədə Ankara şəhərində “Efsun” nəşriyyatında çap olunaraq yayımlanıb.
“Yazarlar” olaraq təbrizli gənc şair dostumuzu təbrik edir, qarşıdakı bütün həyat və fəaliyyətində yeni-yeni nailiyyətlər arzulayırıq!
Fotolara görə Arzu Murada sonsuz təşəkkürümüzü bildiririk! Tədbirdən fotolar:
Mahir Cavadlının poeması “Fyuzat” nəşriyyatı tərəfindən ayrıca kitab şəklində çapdan çıxıb.
24 dekabr 2025-ci ildə respublika Veteranlar Təşkilatı inzibati binasının geniş akt salonunda şair Mahir Cavadlının Azərbaycanın ilk pilot Milli Qəhrəmanı Hökumə Əliyevanın şərəfli həyat yolundan bəhs edən “Hökumə” poemasının təqdimatı keçirildi. Tədbiri yazıçı Əli bəy Azəri giriş sözü ilə açıq elan etdi. Ardınca Azərbaycan Respublikasının dövlət himni səsləndirildi. Tədbir iştirakçıları dövlət himnini ayaqüstə dinlədilər. Sonra ömrünün böyük bir hissəsini müstəqil Azərbaycan Respublikasının bərqərar olmasına sərf etmiş ulu öndər Heydər Əliyevin, ölümü ilə bir mərdlik, mətanətlik simvolu yaratmış Hökumə Əliyevanın və Azərbaycanın ərazı bütövlüyü və suverenliyi uğrunda canından keçmiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olundu. Əli bəy Azəri şair Mahir Cavadlının həyat və yaradıcılığından danışdı, “Hökumə” poemasının yaranmasından bəhs etdi, müəllifin “Riad” poeması ilə “Hökumə” poeması arasında paralellər apardı, hər iki poemada folklor nümunələrinə çevriləcək deyimləri xüsusilə vurğuladı. Əli bəy Azəri məruzə-çıxışını yekunlaşdırıb sözü Azərbaycan Respublikası Veteranlar Təşkilatının sədri ehtiyatda olan polkovnik Cəlil Xəlilov yoldaşa ötürdü. Cəlil Xəlilov ötən ilin 25 dekabrında qonşu Rusiya dövləti ərazisində baş vermiş terror aktından, nəticədə həlak olanlardan, hadisənin iki ölkə arasında yaratdığı diplomatik gərginlikdən və mövcud ictimai-siyasi hadisələrdən bəhs etdi. Onun çıxışından sonra Mahir Cavadlının Ali Baş Komandana ithaf etdiyi, Zabitə Zibanın bəstələdiyi, Sərxan Bünyadzadənin ifasında “Alqış” və şairin sözlərinə bəstələnmiş “Son uçuş” mahnılarına çəkilmiş klip səsləndirilməklə ekranda göstərildi. Onun ardınca silsilə çıxışlar oldu. AMEA Folklor İnstitutunun əməkdaşı Əli Şamil, kiçik elmi işçi Cəmilə Niyazqızı, Azərbaycan Dövlət Pedaqoji Universitetinin müəllimi şair Adil Həsənoğlu, Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvü, “Yeni Zəngilan” qəzetinin yaradıcısı və baş redaktoru, şair Salam Cavadlı, AMEA Botanika və Bitkiçilik institutunun əməkdaşı şair Xosrov Natil, yazıçı Nurəddin Ədiloğlu, ilahiyyətçi Hacı Həsən Hüseyni, Azərbaycan Silahlı Qüvvələr veteranı polkovnik Elşad Qoca, Azərbaycan Veteranlar Şurasının məsul vəzifəliləri Ənvər Qarayev, Azad Musayev, İsa İsayev, Zəngilan rayon poçy şöbəsinin müdiri Zakir Məmmədov, Azərbaycan Yazıçılar Birliyinin üzvü, “Yurd” jurnalının baş redaktoru Zəhra Səfəralıqızı, rəssam Nazim Hüseynov və başqaları çıxış edərək Mahir Cavadlının yaradıcılığından, Hökumə xanımın nakam həyatından danışdılar, onun əbədi obrazının yaradılmasından təskinlik tapdıqlarını, əziz xatirəsinin qədirbilən Azərbaycan xalqının qəlbində əbədi yaşayacağını xüsusilə vurğuladılar. Eyni zamanda “Yazarlar” jurnalının baş redaktoru şair Zaur Ustac çıxışında Hökumə xanımın atdığı mətin və cəsarətli addımından bəhs etdi, onun xatirəsinə yazdığı şeiri səsləndirdi və hər şairin, yazıçının yaradıcılığı boyu yalnız bir dəfə təltif oluna biləcəyi “Ziyadar” mükafatını gurultulu alqış sədaları altında Mahir Cavadlıya təqdim etdi. Tədbirdə Azərbaycanın ilk qadın pilotu Milli Qəhrəman Hökumə Əliyevanın anası və Etibar Əliyev iştirak edirdi. Tədbirin sonunda söz alan Etibar Əliyev tədbir iştirakçılarına və poemanın müəllifinə yüksək diqqət və qayğıya görə öz minnətdarlığını bildirdi. Sonda xatirə şəkilləri çəkildi.
Günəş buludlardan da yüksəkdə dayanır, Sənin həsrətin kimi Kədərdən də o tərəfədi. İndi hansı vaxtı, hansı ərəfədi? Bilmirəm…
Unutmalıyam! Səni, özümü… Unutmalıyam sənlə bağlı hər nə varsa! Ovutmalıyam ötənlərlə, Ruhumda, ürəyimdə ölənlərlə haqq-hesabım yox!
Məni sənə bağlayan əzabım deyil, əzbərimmiş, Hər səhər adınla, dadınla başlamaq ehtiyacımmış, Sən demə Səni sevmək ən böyük acımmış! Unutmalıyam!
Unutmalıyam! Məsələn hansı rəngi xoşladığını, Hansı tarixdə doğulduğunu, Mənə aşiq olduğunu… Unutmalıyam, mənim üçün doğulduğunu!
Yollar ayırır bizi, Dərdə bax ki, yadlar ayırır bizi! Su olanmadın, ay ömrüm, Odlar ayırır bizi! Unutmalıyam!
Unutmalıyam, sənlə keçən günləri, İlləri unutmalıyam! Nolar yadırğama bizdən qalan gülləri, Dibçəklərə su ver, Dilənçilərə pul! İnanclara inanma daha, Allah da sevmədi bizi!
Dua et demirəm, arada dava et, Niyə, nə üçün sevdiyini və niyə tərk etdiyini anlamaq üçün!
Unutmalıyam! Səni nə vaxt, nə çağ sevdiyimi! Alçaq təpələrdə qar aradığımı, Qar yerinə, tel-tel ağardığımı, Sənin üçün hər gün, hər saat ağrıdığımı Unutmalıyam, a gülüm!
Unutmalıyam arzumun sən olduğunu, Sevgidə qənimim, Dayazımın, azımın sən olduğunu, Alnımın, alnımdakı yazımın sən olduğunu unutmalıyam! Unutmalıyam, a gülüm!!!
Pul yox idi. Tanışlıq yox idi. Ehtiyat plan yox idi. 300 milyon disk satıldı. Cəmi 35 dollarla taksiyə minib, tarixin ən çox albom satan qadın sənətçisi oldu. Madonna Louise Ciccone 19 yaşında idi. Taksi puluna güclə çatan məbləğlə Nyu-Yorka endi. Əlaqə yox. Tanış yox. Təhlükəsizlik şəbəkəsi yox. Evdə olan hər kəs onun dəli olduğunu dedi. “Sən sadəcə Miçiqandan bir qızsan.” “Yetərincə yaxşı oxuya bilmirsən.” “Altı aya geri qayıdacaqsan.” Geri qayıtmadı. Madonnanın bildiyi, amma hamının gözdən qaçırdığı bir həqiqət var idi: İstedad yayğındır. Amansız şəkildə özünü yenidən yaratmaq isə nadirdir. Ona görə də işlədi. Ofisiantlıq etdi. Rəsm dərsləri üçün model oldu. Xəyalının arxasınca qaçarkən hesabları ödəmək üçün nə lazım idisə, etdi. Qruplar üçün seçimlərə qatıldı. Rədd edildi. Yenə qatıldı. Yenə rədd edildi. Plak şirkətləri onu geri çevirdi. “Yetərincə kommersiya deyil,” dedilər. “Səsi çox incədir,” dedilər. “Qadın sənətçilər risklidir,” dedilər. Amma o yenə gəlməyə davam etdi. Nəhayət, bir klubda DJ onun demosunu çaldı. İnsanlar rəqs etdi. Şirkətlər fərqinə vardı. 1982-ci ildə ilk sinqlını çıxardı. 1984-cü ildə planetin ən böyük ulduzlarından birinə çevrildi. Amma bir çox sənətçi üçün hekayə burada bitərdi. Madonna dayanmadı. Özünü dəfələrlə yenidən kəşf etdi. Yeni səs. Yeni imic. Yeni qalmaqallar. Bir neçə ildən bir tamamilə başqa bir Madonna. Tənqidçilər onu yüzlərlə dəfə “bitmiş” elan etdilər. “O artıq bitib.” “O çox yaşlanıb.” “Artıq heç kim onu vecinə almır.” Hər dəfə onların yanıldığını sübut etdi. 40 il sonra dünya üzrə 300 milyondan çox albom satdı. Tarixin ən uğurlu turnelərinə sahib qadın sənətçisi oldu. 60 yaşlarında hələ də stadionları doldurur. Bütün bunlar ona görə baş verdi ki, 19 yaşında, cibində cəmi 35 dollar olan bir qız rədd edilmənin onu tanımlamasına icazə vermədi. Heç nəyini — hər şeyə çevirmək üçün yanacağa döndərdi. Şəraitin sənin tavanını müəyyən etmədiyini sübut etdi. Təslim olmaqdan imtina etdi. Sən hansı rəddi bir “ikinci şans” yox, “son qərar” kimi qəbul edirsən? Biri sənə “yetərincə yaxşı deyilsən” dedi deyə hansı xəyaldan vaz keçdin? Madonna Nyu-Yorka insanların çoxunun nahara xərclədiyindən daha az pulla gəldi. Çoxlarının cəhd etdiyindən daha çox dəfə “yox” eşitdi. Hamı “mümkünsüzdür” deyəndə özünü yenidən yaratdı. Çünki insanların çoxunun anlamadığı bir şeyi başa düşürdü: Sənə “yox” deyən insanlar sənin hekayəni yaza bilməz. Hekayəni sən yazırsan. İcazə gözləməyi burax. Təsdiqə ehtiyac duymağı burax. O taksi səfərinin öz versiyasını tap. Sahib olduğun hər şeyi öz üzərinə bahis et. Və heç kimin səni haradan başladığına görə harada bitirəcəyinə inandırmasına icazə vermə. Bəzən ən böyük karyeralar ən kiçik başlanğıclardan doğur. Çünki bəzən, heç kim sənə inanmayanda, bəlkə də sənə lazım olan yalnız bir inanan — özünsən. Mənbə: Washington Post