YUNUS  OĞUZ – Kimdən yazım?

KİMDƏN YAZIM?

Felyeton

İl başa çatdığından kimdənsə yazıb qan qaraltmaq istəmirəm. Onsuz da bəzi vəzifədə olanların qanı it qanından qaradır. Vəzifədə olmayanlar isə əllərini göyə qaldırıb dua edirlər ki,  Allah, bu Tarif Şurasına bir az insaf ver qiymətlər qalxmasın. Heç olmazsa bayram günlərində. 
İndi mən durum yanan ocağın üstünə nöyüt töküm fış eləsin, olmaz belə, olmaz. Dinclik istəyirsənsə, odun üstünə su tök ki, qışın bu günündə soyuq ürəyinə sərinlik gəlsin. O gün mətbuatda oxuyuram ki, biri icra başçısına qarğış etdiyi üçün məhkəmə onu yüz manat cərimə edib, yaxşı eləyib. Ə, sən kimsən ki, qarğış dualarını yığmısan sinədaşına, gələnə də, gedənə də qarğış daşı atırsan? Arada bir alqış duası da atsan, dilin quruyacaq? Hər yeri qara daş kimi görürsən. Tanrı bir qara daş yaradıb, o da Kəbədədir.
Bir gün bir kişi avtobusa minir. Mənzil başına çatanda yol pulunu verməyib maşından düşür. 
Sürücü bunun dalınca qışqırır:
-Ay kişi, hara gedirsən, yol pulunu verməmisən.
-Borcum nə qədərdi?
-Otuz qəpik.
Bu çıxardıb bir manat verib deyir:
-Qalığı lazım deyil.
-Niyə, dəli olmusan?
Kişi cavab verir:
-Yox, dəli olmamışam. Sadəcə olaraq, bu kənddə indiyə qədər mənə kişi deyən olmamışdı.
İndi durub sən də qarğış edirsən.

Qara daş dedim yadıma bir əhvalat düşdü.
Molla namazdan sonra məsciddə üzünü camaata tutub deyir:
-Ey cümlə, aramızda bir nəfər var, vaxtilə oğru, qumarbaz, içki içən, türmədə yatanın biri olub və nəhayət tövbə edib, dinə-imana gəlib. İndi qoy gəlib özü danışsın. Həmin adam başını qaldırmadan qabağa çıxır.
-Bəli, mömin qardaşlarım, molla düz deyir. Tövbə etmişəm, amma etdiyim əməllərə görə Allah məni bir dəfə də utandırmayıb. Ancaq, mən tövbə etdikdən sonra bu şərəfsiz məni hər dəfə bura -camaatın qarşısına çıxarıb biabır edir.
Molla baxır ki, bu kişi ona şərəfsiz dedi, atmaca atır:
-Allah elə səni mənim dilimlə utandırır də. 
Bu kişi qanıqara durub gəlir evinə. Baxır ki, külfət “Möhtəşəm yüz il”ə baxır. Serialdan sonra uşaq anasına deyir:
-Ana, mən də padişah olmaq istəyirəm, həm də yeddi cariyəm olsun. Biri məni geyindirsin, biri çimizdirsin, biri yedizdirsin, biri nağıl danışsın…
Anası soruşur:
-Bəs kiminlə yatacaqsan?
Uşaq cavab verir:
-Ana, səni çox istəyirəm, ancaq səninlə yatacam.
-Bəs cariyələr harda yatacaq?
-Qoy onlar atamla yatsınlar.
Məsciddən qanıqara qayıdan atanın gözləri yaşarmış halda deyir:

-Padişahım, çox yaşa.
Deyirəm qəribə millətik. Bizimkilər heç nədən hər şey düzəldirlər. 
Avropada salat düzəltdilər adını “Sezar”, bizimkilər “Çoban” qoydular. 
Soruşuram ki, niyə məhz “Çoban salatı”? Axı çoban çölün düzündə pomidor, xiyar, soğan əkməyib. Bəs niyə belə?
Müdrik görkəm alıb cavab verir:
-Çünki, peyğəmbərlərin əksəriyyəti çoban olub.
Belə çıxır ki, xalq qoyun olub. Yox, əstəfurullah belə deyil. Bizdə xüsusi, heç bir xalqda olmayan özünəməxsusluq var, hətta danışığımızda da.
Məsələn:
Xaricdə:
-Həyatım, zəhmət olmazsa televizorun səsini bir az al, mənə işləməyə mane olur…
Bizdə:
-Azz, söndür bu televizoru! Baş-beynim getdi, xarabada işləmək olmur e…
Xaricdə:
-Canım, sən mənə üzüntülü görünürsən.
Bizdə:
-Nədi az…z…z, yenə sir-sifətindən zəhrimar yağır.
Xaricdə:
-Salam dostum, işlər necə gedir?
Bizdə:
-Salam, alə yetim, nə var, nə yox?
Xaricdə:
-Dostum, məncə bu köynək sənə yaraşmır.
Bizdə:
-Nə gündəsən e…e…e, get dəyiş bu köynəyi, lap bambılıya oxşayırsan.
Xarisdə:
-Oğlum, heç nə olmaz, olan işdir. Kişi döyər də, döyülər də. İdmanla çox məşğul ol.
Bizdə:
-Kül sənin başıva, köpək oğlu. Daşı götürüb nallaya bilmirdin alnının ortasından?
Mən də deyirəm lay divarım var.
İndi bildiniz onlarda salata niyə “Sezar”, bizdə  niyə  çoban salatı deyirlər?
Qocalarımız da az aşın duzu deyillər, az aşın da duzu olmaq istəmirlər.
Qulaqları zəif eşidən səksən yaşlı bir kişi həkimə gəlir. Ona ən yaxşı eşitmə aparatı verirlər. O əvvəlki tək yaxşı eşitməyə başlayır. Bir necə müddətdən sonra qoca müayinəyə gəlir. Həkim soruşur:
-Yəqin eşidə bildiyiniz üçün evdə  hamı sevinir.
Qoca:
-Yox, yaxşı eşitdiyimi hələ evdəkilərə deməmişəm, oturub qulaq asıram. Artıq vəsiyyətnaməmdə üç dəfə dəyişiklik etmişəm.
Adama deyərlər, hec sənə yaraşır?  Bir ayağın burdadır, bir ayağın gorda. Ölməmiş gorunu niyə söydürürsən?
Bu həkimlər də yamandırlar, ha… Sənə lazım idi? Görünür həkimlər bəstələdiyi mahnıları yaxşı eşitmək üçün belə edirlər.
Mənə elə gəlir ki, bəzi mahnıların ərsəyə gəlməsində ayrı-ayrı ixtisas həkimlərinin   rolu vardır. Başqa cürə də ola bilməz!
Baxın:
Kardioloq:
-Ömür deyir qocalmışam, ürək deyir yaşa hələ.
-Can həkimi, terapevt:
-Belin ağrıyır? Belinə qurban.
Göz həkimi, oftalmoloq:
Elə baxma gözlərinə göz dəyər.
Sanitar həkimi:
Küçələrə su səpmişəm
Yar gələndə toz olmasın.
Stomatoloq:
Dişlərin incidəndir
Dürdəndir, incidəndir.
Həkim kosmetoloq:
Saçın ucun hörməzlər.
Həkim dietoloq:
Meyvələrdən üç meyvə var
Üçü də balam yeməli.
Növbətçi həkim:
Gəlmişəm otağına
Oyadım səni, qaragiləm.
Bütün bunları acı bağırsaq kimi uzatmaq da olardı. Tənqid deyil ki, hıqqana-hıqqana yazasan. Tənqid yiyələri iki hərfin arasında məna axtarırlar ki, görüm burda nə demək istəyirdi. Tənqid ağır məsələdir, inciklik, hədə, küsmək, təhdid və sairə, sairə. 
Sən də gedib kiməsə qarğış edirsən, alqış et, savabını qazan.
Ən önəmlisi isə, hansı zibilin içində olmağına baxmayaraq, xoşbəxtsənsə səsini çıxartma. Yoxsa sərçənin gününə düşərsən.
Bayramınız mübarək!

25.12.25

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31

İSKİT TÜRK KRALI ALP ER TUNGA

İSKİT TÜRK KRALI ALP ER TUNGA BÜTÜN ORTADOĞU, RAN, MEZEPOTAMYA BÖLGESİNİN HÜKÜMDARI İDİ.TURAN TÜRK SOYU BİR KRALLIK “MED”-“MEDİA”
Med İmparatorluğu’nun (MÖ 678–550) etnik kökeni, modern Orta Doğu siyaseti ve kimlik inşası süreçlerinde sıkça tartışılan bir konudur.

Herhangi eski bir kaynağa,bilgiye dayandırılamayan Birçok modern Kürt tarih tezi, Medleri Kürtlerin doğrudan atası olarak kabul etse de, ana akım gerçek tarih yazımı, filoloji ve arkeoloji disiplinleri bu konuda daha tam tersi bir yaklaşım sergilemektedir.

​Aşağıda, Medlerin münhasıran “Kürt” olarak tanımlanamayacağına dair bilimsel argümanlar ve akademik kaynakçalar yer almaktadır.

​Medlerin Etnik Kimliği ve Kürtlerle İlişkisi Üzerine Akademik Bir İnceleme

​Medler, antik kaynaklarda (özellikle Herodot) Batı İran coğrafyasında konfederatif bir yapı kurmuş İrani bir halk olarak geçer.İran ve geniş coğrafyası İskit saka Türk hükümdarından Alp Er Tunga’ nın ve onun soyunun uzun yıllar hakimiyetinde kalmıştır.

Ancak “Med eşittir Kürt” denklemi, tarihsel verilerden ziyade dilsel akrabalık ve coğrafi süreklilik üzerinden kurulan bir yorumdur.Dil akrabalığı Mezepotamya zagros mağaralarında birbiri ile karısan ,birleşen toplulukların dil özelliklerini almış olduğu gerceğidir.
Yeni oluşum olan kürtçe dil içinde Arapça, Farsça,Ermenice,Türkçe , değişik dil gruplarının kelimelerinin varlığı ispatlı bir gerçektir.

​1. Filolojik Ayrım: Medce ve Kürtçe
​Dilbilimsel açıdan Medce, bir Eski İrani dildir. Yeni yapılan araştırmalarda Med cenin kültürel etkileşim sonucu İran dilleri ile benzerliği olsada gerçekte İskitlerden beridir bu dilin Turan,Türkçe,sonradan eklemeli dip grubuna girdiği ispatlanmıştır.

Kürtçe ise Kuzeybatı İrani diller grubuna dahildir. Aradaki ilişki, doğrudan bir “evrim”den ziyade aynı dil ailesinin farklı kollarından gelme durumudur.Bubdurum ise halkların birbiri ile kültürel etkileşimi den kaynaklanmaktadır.

​Gernot Windfuhr gibi dilbilimciler, Kürtçenin Medce ile akraba olduğunu ancak Medcenin Kürtçenin “doğrudan atası” olduğunu kanıtlayan veri bulunmadığını belirtir.

​Medceye dair elimizde yazılı bir külliyat (kitabe vb.) bulunmamaktadır; kelimeler genellikle Pers kayıtlarındaki özel isimlerden türetilmiştir. Bu durum, kesin bir soy ağacı kurmayı imkansız kılar.Med’lerin irani Kürt kavimler ile değil Turani halklar ile daha fazla ilişkilidir.Bu durumu İSKİT Türkleri bağlantısı ile açıklanabilmektedir.

​2. Siyasi ve Sosyolojik Kimlik
​Antik dünyada “ulus” kavramı modern anlamda mevcut değildi.

Medler, çeşitli kabilelerin (Busae, Paretaceni, Struchates, Arizanti, Budii ve Magi) birleşmesinden oluşuyordu.

​Vladimir Minorsky, Kürt (bölge dağ insanları ) oluşumunda Med unsurlarının bulunduğunu kabul etmekle birlikte, Kürt etniğinin sadece Medlerden değil; Cyrtii, Karduhoi ve bölgedeki diğer yerli halkların karışımıyla oluştuğunu savunur.Bu toplulukların hiçbirini Kürt ( dağ bölge insanları) ile bağdaştırmaz
Yani MED içindeki topluluklardan sadece küçük bir Kürt kimliğinin bileşenlerinden bahsetmektedir. Tamamı değildir.

​3. Tarihsel Süreç ve İsim Karışıklığı
​İslamiyet sonrası Arap ve Pers tarihçiler, “Kürt” terimini genellikle bir etnik kökenden ziyade, dağlarda yaşayan göçebe/yarı-göçebe İran dilli halkları tanımlamak için sosyolojik bir kategori olarak kullanmışlardır.İskit Türklerinin ise Kurt yani yabani hayvan terimidir.Dil telafuzu,kültürel topluluklar içinde farklı telafuz edilebileceğinden KURT- kürt olarak verilmiştir.

Bu durum, antik Medlerin otomatik olarak Kürt sayılması yanılgısına yol açmıştır.

​Temel Kaynakça ve Akademik Görüşler

​Aşağıdaki eserler, Medlerin tarihini ve Kürt kimliğiyle olan mesafesini analiz etmek için başvurulan temel kaynaklardır:

Yazar / Bilim İnsanı Eser / Görüş Temel Argüman
Prof. Dr. Garnot Windfuhr The Iranian Languages Medcenin sınıflandırılmasındaki belirsizlik ve Kürtçe ile olan dolaylı bağı nedir?

David Mackenzie The Origins of Kurdish Kürtçenin Medceden ziyade Persçeye ,dönem olarak İskitler ile daha yakın özellikler gösterdiğini savunur.

Mehrdad Izady The Kurds: A Concise Handbook (Kürt tezini desteklese de) Medlerin bir “üst kimlik” olduğunu ve birçok farklı halkı kapsadığını kabul eder.

I.M. Diakonoff Istoriya Midii (Medya Tarihi) Medlerin konfederatif yapısını ve etnik heterojenliğini vurgulayan en kapsamlı çalışmadır.

Martin van Bruinessen Agha, Shaikh and State

Sonuç

​Bilimsel perspektiften bakıldığında, Medlerin Kürtlerin atalarından biri olduğu söylenirse ancak “Medler Kürttü” ifadesi, anakronik (tarih dışı) bir yaklaşımdır. Medlerin İSKİT TÜRK oluşumlarının bir kolu olduğudur

Medler, bugünkü Kürtlerin, Azerbaycan Türkleri nin Lurların ve hatta bazı Fars gruplarının İSKİT SAKA yönetimi altındaki ortak tarihsel mirasının bir parçasıdır.

Med Devleti yıkıldığında “Kürt” adıyla anılan homojen bir siyasi veya etnik yapı henüz tarih sahnesine çıkmamıştı.
Kürt dağ yaşantısı yaşayanların bölgesine verilen isimdir.Etnik bir grup yada millet adı değildir.

Məlumatı hazırladı: Tuncay ŞƏHRİLİ

Oxuyun >> Gözündə tük var

YAZARLAR.AZ

I>>>>>HAMI BU HEKAYƏDƏN DANIŞIR<<<<<I

I>>Mustafa Müseyiboğlu adına kitabxana<<I

Azərbaycan Milli Kitabxanası “İLİN BİLİK ÜNVANI” mükafatına layiq görülüb

Azərbaycan Milli Kitabxanası “İLİN BİLİK ÜNVANI” mükafatına layiq görülüb

Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinin 2025-ci ilin yekunlarına həsr olunmuş tədbirində M.F.Axundov adına Azərbaycan Milli Kitabxanası fəal fəaliyyətinə görə “İLİN BİLİK ÜNVANI” mükafatına layiq görülmüşdür.

Məlumatı hazırladı: Tuncay ŞƏHRİLİ

Oxuyun >> Gözündə tük var

YAZARLAR.AZ

I>>>>>HAMI BU HEKAYƏDƏN DANIŞIR<<<<<I

I>>Mustafa Müseyiboğlu adına kitabxana<<I

Göydə qalan insanlıq: Hökumə Əliyevanın seçimi

Göydə qalan insanlıq: Hökumə Əliyevanın seçimi

Bu gün 25 dekabrdır. Təyyarə qəzasından düz bir il keçir. Bir il rəqəm olaraq kiçik görünür, amma bəzi hadisələr var ki, onların çəkisi zamanla ölçülmür. Onlar insanın yaddaşında, vicdanında və cəmiyyətin kollektiv şüurunda yaşayır.
Bu qəzanın adı tarixə yalnız bir faciə kimi yox, Hökumə Əliyevanın adı ilə birlikdə yazıldı.
Hökumə Əliyeva bir qadın, bir insan, bir seçim.
Qəza anı psixoloji baxımdan insan şüurunun ən sərhəd nöqtəsidir. Beyin təhlükəni hiss edəndə ilk refleks “özünü qoru” əmri verir. Bu, biologiyanın diktəsidir. Amma bəzən insan biologiyanı aşır. Bəzən bir saniyəlik qərar yüzlərlə həyatın istiqamətini dəyişir.
Hökumə Əliyeva məhz bu anda özünü yox, başqalarını seçdi.
Qadın cəsarəti çox vaxt yanlış anlaşılır. Onu emosional dözüm, səbir və susmaqla eyniləşdirirlər. Halbuki qadın cəsarəti bəzən ölümü görüb geri çəkilməməkdir. Öz canından keçməyi düşünmək deyil başqasının yaşamasını öz həyatından üstün tutmaqdır.
Psixoloji tədqiqatlar göstərir ki, ekstremal vəziyyətlərdə insanlar iki qrupa bölünür: qorxuya tabe olanlar və dəyərə tabe olanlar. Hökumə Əliyeva ikinci qrupun insanı idi. Onun davranışı panikadan yox, daxili etikadan qaynaqlanırdı.
Bu hadisə bir daha sübut etdi ki, qəhrəmanlıq planlaşdırılmır. Qəhrəmanlıq xarakterdir.
Pilotlar isə bu faciənin görünməyən, amma ən ağır yükünü daşıyan tərəfidir. Onlar göydə yalnız texniki qərarlar vermirlər onlar eyni anda psixoloji təzyiq, məsuliyyət və zamanla yarışırlar. Hər saniyə həm ölümə, həm ümidə eyni məsafədə olmaq pilotun peşə reallığıdır.
Bu qəza zamanı pilotların verdiyi qərarlar, qazandıqları saniyələr və son ana qədər aparılan mübarizə bir daha göstərdi ki, pilotluq sadəcə peşə deyil etik missiyadır. Sükanı buraxmamaq bəzən yaşamaq instinktinə qarşı çıxmaq deməkdir.
Hökumə Əliyeva və pilotlar bu missiyanı yerinə yetirdilər. Onlar son ana qədər mübarizə apardılar. Bəlkə də bu mübarizə kimlərinsə sağ qalmasına, kimlərinsə yenidən həyata tutunmasına səbəb oldu.
Bir il keçdi. Amma bu hadisə unudulmamalıdır. Çünki bu, yalnız faciə deyil. Bu, insanın hansı anda kim olduğunu göstərən güzgüdür.
Hökumə Əliyeva bizə göstərdi ki, qadın olmaq zəiflik deyil. Qadın olmaq bəzən ən ağır anda ən güclü dayanmaqdır. Öz həyatını yox, başqasının ümidini seçməkdir.
Bu gün 25 dekabrdır. Bir il tamam olur. Göy susur. Amma o səsizliyin içində bir ad var Hökumə Əliyeva.
Və bu ad insanlığın yaddaşında qalmalıdır.

Müəllif: Gülər Nizamiqızı

GÜLƏR NİZAMİQIZININ YAZILARI

YAZARLAR.AZ

I>>Mustafa Müseyiboğlu adına kitabxana<<I

Folklordan müasirliyə uzanan poetik yol

Folklordan müasirliyə uzanan poetik yol

(Asif Yusifcanlı yaradıcılığına publisistik baxış)

Salam olsun, çox dəyərli oxucum. Bu dəfə söhbətimizi müasir Azərbaycan poeziyasında mənəvi-əxlaqi dəyərləri xalq təfəkkürü, atalar sözü və dini-etik düşüncə ilə yoğuraraq təqdim edən qələm sahiblərindən biri olan pedaqoq-şair Asif Yusifcanlının yeni çapdan çıxmış “Qəlbimin səsi” kitabı əsasında qurmağa çalışacağam.
HAŞİYƏ
“Qəlbimin səsi” kitabı 2025-ci də Bakı şəhərində yerləşən “Gənclik” nəşriyyatında “Kredo” qəzetinin baş redaktoru, şair-publisist, Beynəlxalq Rəsul Rza mükafatı laureatı Əli Rza Xəlfəlinin ön sözü və redaktorluğu ilə nəfis şəkildə çap olunmuşdur. Kitabın tərtibatı ilə məzmunu uyğunluq təşkil edir. Bu münasibətlə müəllifi və yaradıcı heyəti təbrik edirəm.
Təfsilata keçməzdən əvvəl onu qeyd etmək istəyirəm ki, Asif Yusifcanlı Ağdam rayonu, Yusifcanlı kənd orta məktəbində 1984-91-ci illərdə mənim müəllimim olub. Mən bu barədə 2016-cı ildə işıq üzü görmüş “Ustadnamə” kitabımda xüsusi olaraq qeyd etmişəm. Şübhəsiz ki, bu hal  qələmə aldığım yazıya ancaq informasiya xarakterli məlumat kimi daxildir və məzmuna heç bir təsiri yoxdur. Sinif yoldaşım Arzumanın mənə hədiyyə etdiyi “Qəlbimin səsi” şeirlər kitabını əlimə  alanda ilk olaraq haqqında yazmaq üçün bir şeir seçmək istədim.  Bütün şerlərin bir-birindən dəyərli, ibrətamiz olduğunu gördükdən sonra, sıra ilə şeirlər haqqında yazmaq qərarına gəldim. Əli Rza müəllimin ön sözündən və bayatılardan sonra gələn kitabda ilk şeir nümunəsi – gəraylı (səh. 11 – “Gərəkdir”) üzərində dayandım. Şairin sözləri haqqında söhbətə başlamazdan əvvəl bu qəbildən olan bütün yazılarımda olduğu kimi ənənəyə sadiq qalaraq ümumi məlumat vermək istəyirəm.

Azərbaycan poeziyası daim iki əsas mənbədən qidalanıb: xalqın minillik yaddaşı olan folklordan və zamanın ruhunu ifadə edən müasir poetik düşüncədən. Bu iki xəttin vəhdəti bir çox şairlərin yaradıcılığında öz əksini tapsa da, onları üzvi şəkildə birləşdirə bilən sənətkarların sayı azdır. Tanınmış pedaqoq-şair Asif Yusifcanlı məhz belə qələm sahiblərindəndir. Onun yaradıcılığı folklorun saf qaynaqlarından süzülüb gələn ruhu müasir poetik forma və düşüncə ilə bir araya gətirməsi baxımından diqqətəlayiqdir. Asif Yusifcanlı Azərbaycanın dilbər guşələrindən biri olan Ağdam rayonunun Yusifcanlı kəndinində dünyaya gəlib. Müharibədən sonra böyük bir ölkənin ən çətin dövrlərinə təsadüf edən uşaqlıq dövrünun yeganə mükafatı bəlkə də elə Yusifcanlı kimi unikal bir kənddə ziyalı ailəsində doğulmağı olub:
QISA ARAYIŞ
Tanınmış pedaqoq-şair Asif Yusifcanlı – Asif Abbas oğlu Abbasov 10 sentyabr 1948-ci ildə Ağdam rayonunun Yusifcanlı kəndində ziyalı ailəsində anadan olub. Orta təhsilini əvvəlcə  Yusifcanlı kənd səkkizillik, sonra isə qonşu Novruzlu kənd orta məktəbində alıb.1969-cu ildə M.Ə. Sabir adına Bakı Pedoqoji Texnikumunu bitirib, doğulduğu Ağdam rayonunun Yusifcanlı kəndində müəllim kimi əmək fəaliyyətinə başlayıb. Asif Abbasov 1971-1973-cü illərdə sovet ordusu sıralarında hərbi xidmət keçib və bölük komsomol təşkilatının katibi olub. Paralel olaraq “Krasnıy bayets” ordu qəzeti ilə əməkdaşlıq edib. Hərbi xidmətini başa vurduqdan sonra Asif müəllim M.F. Axundov adına Azərbaycan Dövlət Rus dili və Ədəbiyyatı İnstitutuna (indiki Bakı Slavyan Universiteti) daxil olaraq ali təhsil alıb. Səmərəli müəllimlik fəaliyyətinə görə 1988-ci ildə Azərbaycan SSR Təhsil Nazirliyi tərəfindən Asif Abbasova “metodist müəllim” adı verilib. Qarabağda baş verən ağrılı proseslər nəticəsində Asif müəllim Zərdab şəhərində məskunlaşıb.1993-2003-cü illərdə Zərdab rayonunun Dəkkəoba kənd orta məktəbində ali kateqoriyalı müəllim və dərs hissə müdiri vəzifəsində çalışıb. 2003-cü ildən 2015-ci ilədək Zərdab şəhər 124 saylı texniki peşə-liseyində dərs hissə müdiri işləyib. Zərdabda yaşadığı müddətdə yerli ədəbi mühitdə öz layiqli yerini tutan Asif Yusifcanlının şeirləri “Kür damlaları”  antologiyasında yer alıb. “Ömrümü uzadır vətən həsrəti”  və “Qəlbimin səsi” adlı şeir kitablarının müəllifidir. “Qəlbimin səsi” adlı yeni kitabın işıq üzü görməsi münasibətilə “Yazarlar” jurnalı tərəfindən yeni kitabların nəşrinə görə eyni şəxsə yalnız bir dəfə təqdim olunan “Ziyadar” mükafatı ilə təltif olunub. Şeirləri dövri mətbuatda və elektron kütləvi informasiya vasitələrində müntəzəm olaraq  dərc olunur.

Asif Yusifcanlı öz doğma kəndində uzun qış gecələrinin söhbətlərində və dəyərli müəllimlərimdən yığdığı söz ehtiyatı ilə uzun bir yola çıxdı. Asif müəllim bu gün də bu yolda inamla addımlayır. Bu yolda onun tükənməz azuqəsi xalqımızın min illiklərə söykənən yaddaşı – qədim və zəngin folklorumuzdur.

Asif Yusifcanlı poeziyasında folklor sadəcə mövzu və ya bəzək elementi deyil, daxili poetik strukturun özəyidir. Onun şeirlərində xalq deyimləri, atalar sözləri, mifoloji obrazlar, qədim inanclar və milli təfəkkürün dərin qatları təbii şəkildə yaşayır. Bu folklor motivləri müəllifin şeirlərində süni görünmür; əksinə, sanki şair həmin mühitin içində böyümüş, xalq sözünün ritmini və ahəngini ruhən mənimsəmişdir.

Folklora bu yaxınlıq onun poetik dilini də müəyyənləşdirir. Asif Yusifcanlının şeirlərində sadəliklə dərinlik qoşa addımlayır. Xalq danışıq dili, aşıq poeziyasına xas axıcılıq və obrazlı ifadə müasir poetik fikirlə qovuşaraq oxucuda həm tanışlıq, həm də yenilik hissi yaradır.

Şairin yaradıcılığında xalq aşıq şeirinin əsas formaları olan gəraylı və qoşma xüsusi yer tutur. Bu poetik formalar Azərbaycan ədəbiyyatında yüzillərlə sınanmış, lakin hər dövrdə yenidən yozulmağa ehtiyac duyan janrlardır. Asif Yusifcanlı bu çətin və məsuliyyətli yolu seçərək klassik forma çərçivəsində müasir insanın düşüncəsini, ağrılarını və ümidlərini ifadə etməyə nail olur.

Onun gəraylıları və qoşmaları forma baxımından ənənəyə sadiq qalsa da, məzmun baxımından müasir zamanın poetik salnaməsidir. Bu şeirlərdə Vətən, torpaq, insan taleyi, mənəvi məsuliyyət, zamanla hesablaşma kimi mövzular xalq şeirinin ritmində səslənir. Beləliklə, şair klassik formaları muzey eksponatına çevirmir, əksinə, onları yaşadan və çağdaşlaşdıran sənət nümunələri yaradır.

Asif Yusifcanlı yalnız folklorla kifayətlənmir. Onun yaradıcılığında sərbəst şeir, fəlsəfi düşüncəyə əsaslanan modern poetik nümunələr də mühüm yer tutur. Bu şeirlərdə obrazlılıq daha çox simvolik və metaforik müstəvidə qurulur. Şair zamanın sosial-mənəvi problemlərinə, insanın daxili təlatümlərinə, yaddaş və məsuliyyət anlayışlarına publisistik kəskinliklə yanaşır.

Bu baxımdan onun poeziyası həm lirika, həm də düşüncə poeziyasıdır. Müasir formalarla yazılmış şeirlərində belə folklor təfəkkürünün izləri sezilir; bu da şairin üslub bütövlüyünü təmin edir.

Asif Yusifcanlının pedaqoji fəaliyyəti onun yaradıcılığında xüsusi etik və mənəvi çalarlar yaradır. O, poeziyaya yalnız estetik hadisə kimi deyil, tərbiyəvi və maarifləndirici missiya daşıyan söz sənəti kimi yanaşır. Şair üçün söz məsuliyyətdir, oxucu ilə mənəvi dialoqdur. Bu mövqe onun şeirlərində açıq didaktikadan uzaq, lakin dərin mənəvi çağırışlarla ifadə olunur.

Asif Yusifcanlı yaradıcılığı Azərbaycan poeziyasında ənənə ilə müasirliyin ahəngdar sintezinin bariz nümunəsidir. Folklora söykənən poetik yaddaş, aşıq şeirinin gəraylı və qoşma kimi klassik formalarına yaradıcı yanaşma, müasir poetik düşüncə və pedaqoji məsuliyyət onun sənət dünyasını bütöv və fərqli edir.

Bu yaradıcılıq nə keçmişə kor-koranə bağlılıqdır, nə də ənənəni inkar edən modernizm. Bu, xalq ruhundan doğan və müasir zamanla danışan poeziyadır. Asif Yusifcanlı məhz bu keyfiyyətləri ilə oxucunun yaddaşında qalır və Azərbaycan ədəbiyyatında özünəməxsus yer tutur. Bu hal özlüyündə çox vacib və gərəklidir. Söhbətimizi məhz bu qəbildən olan nümunələrdən biri və kitabda birincisi artıq yuxarıda qeyd etdiyim “Gərəkdir” gəraylısı ilə davam etdirəcəyik.

Sona qədər həmsöhbət olduğunuz üçün təşəkkür edirəm. Hələlik.

25.12.2025. Şəki.

Müəllif: ZAUR USTAC

ZAUR USTACIN YAZILARI

ASİF YUSİFCANLININ YAZILARI

ASİF YUSİFCANLI HAQQINDA

Oxuyun >> Gözündə tük var

PROZA.AZ

“ƏDƏBİ OVQAT” JURNALI PDF

I>>>>>>BU HEKAYƏNİ MÜTLƏQ OXU<<<<<<I

I>>Mustafa Müseyiboğlu adına kitabxana<<|

Səlim Babullaoğlunun Kopenhagendə “Həyatın rəngbərəng paltarları” adlı seçmə şeirlər kitabı nəşr edilib

Səlim Babullaoğlunun Kopenhagendə, “Det Poetiske Bureaus Forlag” nəşriyyatında  “Bureauets Lommebibliotek” (“Büronun cib kitabları”) seriyasından “Həyatın rəngbərəng paltarları” adlı seçmə şeirlər kitabı nəşr edilib. 25 şeirin daxil olduğu kitabı Danimarka dilinə orijinaldan Hüseyin Duyğu çevirib. Kitabın ön söz müəllifi və redaktoru tanınmış Danimarka şairi Nils Havdır.

Nis Hav “Yeni ədviyyatlar” adı verdiyi qısa giriş məqaləsində yazır:

“Səlim Babullaoğlunun Danimarka dilindəki bu şeirlər kitabı mühüm bir hadisədir. Danimarkalı oxucular ilk dəfədir ki, müasir Azərbaycan ədəbiyyatı ilə tanış olmaq imkanı qazanırlar.

Səlim Babullaoğlu ölkə müstəqillik qazananda on doqquz yaşında idi. Yeni azadlıq gənc şairlər üçün geniş meydan açdı və o, böyük enerji ilə fəaliyyətə başladı; Babullaoğlu hekayələr, esselər və publisistik yazılar yazsa da, hər şeydən əvvəl şairdir. Şövqlə və böyük maraqla dünyanın hər yerindən olan yeni poeziya ilə tanış olmuş, T.S. Eliot, X. L. Borxes, O.Vəli, B.Pasternak, Ç. Miloş, T.Tranströmer, İ. Brodski və bir çox başqalarının kitablarını tərcümə etmişdir.

Beləliklə, Danimarka dilində təqdim olunan bu müəllif böyük dünya görüşünə malik təcrübəli bir şairdir. Səlim Babullaoğlu real dünyadakı gündəlik həyat haqqında sadə şeirlər yazır. Onu ümumbəşəri təcrübələr: uşaqlıq, gənclik, yetkinlik düşündürür. Gündəlik həyatın çeşidli çətinlikləri üçün məsuliyyət daşımaq.

Bu şeirlərin hər misrasında bir dərin həsrət və fanilikdən agahlıq var. “Oğlumla söhbətlər” və “Atama” kitabın məhrəm və yaxınlıq atmosferini duyduran səciyyəvi başlıqlardır.

“Səhərlər şəklinə, / Axşamlar güzgüyə baxıram. / Elə belə qocalıram”. Yaxud başqa bir şeirində yenə gerçəkçi əqlinəticəyə gəlinir: “bu dünya hamının barmağına fanilik halqası keçirdir”.

Səlim Babullaoğlu varlığın təməl dəyərlərinə: sevgiyə, ailəyə və nəslə fokuslanır.

Bunlar səmimi hisslərlə aşılanmış, dünyanın hər yerində hər kəs üçün anlaşılan güclü şeirlərdir”.

İlkin mənbə: Edebiyyatqazeti.az

Oxuyun >> Gözündə tük var

Zaur Ustacın şeirləri haqqında

GÜNNUR AĞAYEVANIN DİGƏR YAZILARI

PROZA.AZ

I>>>>>>BU HEKAYƏNİ MÜTLƏQ OXU<<<<<<I

I>>Mustafa Müseyiboğlu adına kitabxana<<I

«Qobustan» dərgisinin Qış sayı işıq üzü gördü

«Qobustan» dərgisinin Qış sayı işıq üzü gördü

«Qobustan» dərgisinin bu il üçün son sayı işıq üzü görüb. Dərgidə sənətin müxtəlif sahələrinə aid bir-birindən maraqlı məqalələr, esselər yer alıb. Azərbaycan mətbuatının 150 illiyi Günel Mehrinin Zərdabilər haqqında – «Onlar belə sevirdilər» essesi, Şövkət Səlimov Budadın «Əyalət qəzetlərimizin birincisi» məqaləsi ilə qeyd olunub. Böyük vətənpərvər alim Cavad Heyətin yüz illiyi münasibətiylə filologiya üzrə elmlər doktoru Pərvanə Məmmədlinin «Millət mürşidi» məqaləsi dərgidə yer alıb. Bəxtiyar Vahabzadənin 100 illik yubileyi isə şair-publisist Aysel Xanlarqızının məqaləsiylə qeyd olunub.
Akademik Teymur Kərimli Hindistan və dünya sənətinin incisi Tac Mahal məqbərəsi haqqında «Mahalın tacı – dünyanın tacı» məqaləsində bu böyük abidənin tarixini incələməklə yanaşı onun fəlsəfəsinin klassik ədəbiyyatımızdakı izlərini də oxucuya təqdim edir. Professor Rahid Uluselin İ.Getedən tərcümə etdiyi «Təbiət» essesi və ona yazdığı təqdimat isə sənətin əbədiliyi və dünyanın öz tarixini dönə-dönə təkrarlaması haqqında düşüncələri ortaya qoyur. Ədəbiyyatşünas-alim Dilarə Adilgilin böyük dramaturq İlyas Əfəndiyev haqqqında məqaləsi isə yazıçının bioqrafiyasının və yaradıcılığının ən maraqlı məqamlarına işıq salır.
Qədirşünaslığı əsas meyar hesab edən dərginin redaksiya heyəti bu dəfə də Millət Atası Hacı Zeynəlabidin Tağıyevin nəcib əməllərini Mahcamal Şərifin məqaləsi ilə oxuculara çatdırmağı mühüm hesab ediblər. Məqalədə sadəcə Tağıyevin millətin maarifi, incəsənəti yolunda gördüyü böyük işlər yox, həm də bütün bunların kinoda, səhnədə əksi önə çəkilib.
Sənətşünas-yazıçı Əlisəftər Hüseynovun «Yarımçıq portretin sirri» hekayəsi rəssamlıq sənətinin incəliklərini bədii mətnlə anladır. Dərginin əməkdaşı Narıngül Nadirin «Yurd ətirli nənələr» məqaləsi isə milli adət-ənənələrimizi əyalətdə qoruyub saxlayan, yaşadan Lənkəranlı nənələr etno-qrupuna həsr olunub.
İstedadlı gənclərə hər zaman yer verən dərgi bu dəfə də gənc sənətşünas Özləm Əliyevanın Vaqif Mustafazadə haqqında essesini, rəssam Mahizar Sadıqlının xüsusi istedadlı balaca fırça ustaları – şagirdləri haqqında məqaləsini, Aydanın gənc sənətşünas-bloqer Təyyibə Sevda ilə müsahibəsini oxucalara təqdim edib. Həmçinin Azərbaycan Dövlət Pedaqoji Universitetinin Filologiya fakültəsinin tələbələri – Hüseynova Minayə, Qafarova Maral, Cəfərova Mələk, Əhmədova Kəmalə, Bəbirli Ləman, Qədirli Fədayə, Teymurova Gülşən, İsmayıllı Gülçin, Murtuzayeva Ulduz – Xalq yazıçısı Yusif Səmədoğlunun 90 illik yubileyinə həsr edilmiş «Söz gənclərdə» layihəsi çərçivəsində məqalələrlə çıxış ediblər!
Dərginin bu dəfəki sayının sənətkar qonağı isə gənc rəssam Ceyran Mirqasımovadır. Böyük Mirqasımovlar ailəsinin ən gənc üzvü dərgi redaktoru, yazıçı-dramaturq Pərvinin təqdimatına oxucularla görüşür. «Hədəf vətənə qayıtmaqdır» başlıqlı müsahibədə həm Mirqasımovlar ailəsinin Azərbaycan mədəniyyətinə çoxyönlü xidmətlərindən söz açılır, həm də gənc rəssamın həyat, sənət, dünya haqqında düşüncələrinə yer verilir. Dərginin qapaq rəsmində isə C.Mirqasımovanın «Mənim irsim» silsiləsindən cəsarətli bir əsəri yer alıb.
Qeyd edək ki, bu il «Qobustan»ın daha öncəki saylarından – Dahi Üzeyir Hacıbəylinin 140 illik yubileyinə, Xalq rəssamı Ömər Eldarova həsr edilmiş özəl sayları oxucular və sənətşünaslar tərəfindən böyük maraqla qarşılanıb!

Oxuyun >> Gözündə tük var

Zaur Ustacın şeirləri haqqında

GÜNNUR AĞAYEVANIN DİGƏR YAZILARI

PROZA.AZ

I>>>>>>BU HEKAYƏNİ MÜTLƏQ OXU<<<<<<I

I>>Mustafa Müseyiboğlu adına kitabxana<<I

Bu kişi nə demək istəyir, İlahi?!

SEVGİ HAQQINDA SƏMİMİ ETİRAF
(Zaur Ustacın dörd bəndəlik sevgi dastanı)
Çağdaş Azərbaycan poeziyasının görkəmli nümayəndəsi Zaur Ustac bizi təəccübün dərəcələrilə tanış etməyə davam edir. İstər poeziya, istə proza olsun, hər gün bir-birinə bənzəməyən əsərlər ortaya qoyan yazar sözlə nə etmək mümkündürsə hamısını edir desək, yanılmarıq. Onun bu gün yayımlanan “Ədn cənnəti” şeiri əsl sevgi dastanıdır. Sübhün al şəfəqləri, səhər mehilə yataqda iki sevgilinin qovuşması səhnəsi  o qədər canlıdır ki, oxucu şeiri erotik film izləyirmiş kimi oxuyur. Və sonda uca Yaradana şükür əsl mahiyyəti açıb göstərir. Hər günümüzə qoy sevgi hakim olsun. Ən gözəl, ən mükəmməl sevgi. Şair dörd bəndəlik bir şeirdə ümumiləşdirilmiş əsl sevgi haqqında dastan yaradır.
Zaur Ustacın ƏDN CƏNNƏTİ şeiri zahirən sadə, lakin məzmun etibarilə çoxqatlı, simvolik və dərin poetik düşüncənin məhsulu kimi diqqəti cəlb edir. Bu şeir müəllifin lirikasına xas olan məişət detallarından fəlsəfi nəticə çıxarmaq, adi anı metafizik məna ilə yükləmək bacarığını aydın şəkildə nümayiş etdirir.
Şeirin əsas mərkəzində otaq dayanır. Lakin bu otaq sıradan fiziki məkan deyil. Şair üçün otaq – hüzur, sakitlik, ilahi ahəng və daxili azadlıq məkanıdır. Elə bu səbəbdən də son misrada səslənən:
“Şükür, ey uca Yaradan,
Əsl cənnətdir otağım!”

fikri təsadüfi deyil. Burada “Ədn cənnəti” anlayışı dini-fəlsəfi kontekstdən çıxarılaraq insanın ruhunda və yaşadığı məkanda tapdığı xoşbəxtliklə eyniləşdirilir. Şair demək istəyir ki, cənnət uzaqda deyil, insanın öz daxili aləmində və yaşadığı sadə məkandadır.
Şeirin ilk bəndindən etibarən oxucu canlı bir tablo ilə üz-üzə qalır:
“Külək oynadır pərdəni,
Kölgələr gəzir üzündə.”

Burada külək, pərdə və kölgə sadəcə təbiət hadisələri deyil, poetik obrazlara çevrilmişdir. Külək hərəkəti, pərdə sərhədi, kölgə isə işıqla qaranlığın harmoniyasını təmsil edir. Şair kölgələri sanki canlı varlıq kimi təqdim edir – onlar “oynayır”, “qaçdı-tutdu” oynayır, “aman vermir”. Bu personifikasiya üsulu şeirə dinamika və həyatilik qatır.
Şeirdə insan bədəni ilə təbiət arasında qurulan paralellər xüsusi diqqət çəkir:
“Elə bil ki, kəpənəkdir
Cövlan edir göy çəməndə.”

Bu misralarda kölgələrin bədəndəki hərəkəti kəpənəyin çəməndə uçuşu ilə müqayisə olunur. Bu, həm estetik zövq, həm də təbiətlə insan arasındakı ayrılmaz bağın poetik ifadəsidir. Şair bədəni erotik çalarlarla deyil, saf, estetik və incə təsvirlərlə təqdim edir. Bu da şeirin mənəvi təmizliyini qoruyur.
Şeirin son bəndində Günəşə, pərdəyə, yatağa təşəkkür edilməsi, ardınca Yaradanın xatırlanması təsadüfi deyil:
“Sağ ol, Günəş, sağ ol, pərdə,
Bir də yaylı, düz yatağım…”

Burada şair varlığın ən xırda detallarına belə şükür etməyi oxucuya təlqin edir. Günəş – işıqdır, pərdə – sərhəddir, yataq – istirahət və sükunət rəmzidir. Bu üçlük insan həyatının əsas dayaq nöqtələrini simvolizə edir. Nəticədə maddi olan mənəvi olanla qovuşur.
“ƏDN CƏNNƏTİ” şeiri Zaur Ustacın poetik dünyasında sakitliyin, ahəngin və şükür fəlsəfəsinin manifesti kimi dəyərləndirilə bilər. Bu əsər oxucunu gurultulu emosiyalarla deyil, daxili rahatlıq, təmkin və düşüncə ilə təsirləndirir. Şair sübut edir ki, böyük poeziya üçün mütləq böyük hadisələrə ehtiyac yoxdur – bəzən bir pərdə, bir kölgə, bir günəş şüası kifayətdir.
Bu mənada “ƏDN CƏNNƏTİ” həm çağdaş Azərbaycan lirik poeziyasının uğurlu nümunəsi, həm də oxucunu şükür, sevgi və daxili harmoniya duyğularına səsləyən poetik çağırışdır: >>>ZAUR USTAC – ƏDN CƏNNƏTİ

Müəllif: Günnur Ağayeva

ədəbiyyatşünas-tənqidçi

ZAUR USTACIN YAZILARI

Oxuyun >> Gözündə tük var

Zaur Ustacın şeirləri haqqında

GÜNNUR AĞAYEVANIN DİGƏR YAZILARI

PROZA.AZ

I>>>>>>BU HEKAYƏNİ MÜTLƏQ OXU<<<<<<I

I>>Mustafa Müseyiboğlu adına kitabxana<<I

Murad Köhnəqala – Yakutlar

Yakutlar: Şimalın türk ruhu,buz altındakı xəzinə

Rusiya Federasiyasının ən böyük inzibati vahidi olan Saxa (Yakutiya) Respublikası Avrasiyanın şimal-şərqində, insan dözümünü sınağa çəkən sərt iqlimin və ucsuz-bucaqsız tayqaların qəlbində yerləşir. Sahəsi 3,1 milyon kvadrat kilometr olan bu ərazi, təkcə Rusiyanın beşdə bir hissəsini deyil, həm də bəşəriyyətin ən qədim türk köklərindən birini bağrında yaşadır. Bu rəqəmi daha anlaşıqlı etmək üçün deyə bilərik ki, Saxa təkbaşına Hindistan boyda bir ərazini əhatə edir. Bu ərazidə 700 mindən çox çay və çaylaq, 800 mindən çox irili-xırdalı göl var.

Yakutiya coğrafi baxımdan nəhəngdir. Şimal buzlu okeanının sahillərindən cənubdakı dağ silsilələrinə qədər uzanan bu torpaqların 40 faizi şimal qütb dairəsinin daxilindədir. Bu regionu unikal edən əsas cəhət onun tamamilə əbədi donmuş zonada yerləşməsidir. Bəzi yerlərdə torpağın donmuş təbəqəsinin dərinliyi 300-400 metrə çatır.

Burada iqlim kəskin kontinentaldır. Qışda termometrlər bəzi rayonlarda mənfi 70 dərəcəni göstərdiyi halda, yayda müsbət 35 dərəcə isti müşahidə olunur. Bu, yer üzündə temperatur fərqinin ən kəskin olduğu bölgələrdən biridir. Lena, Vilyuy və Aldan kimi nəhəng çaylar bu torpaqlara can verir, lakin infrastrukturun çətinliyi səbəbindən ərazinin 85 faizinə çıxış yalnız mövsümi nəqliyyatla mümkündür.

Saxa xalqı türk mənşəlidir. Onların mədəniyyəti köçəri türk sivilizasiyası ilə qütb sivilizasiyasının nadir bir sintezidir. Yazılı tarix 1632-ci ildə Lena çayı sahilində Yakutsk qalasının təməlinin qoyulması ilə yeni bir mərhələyə qədəm qoyub. Bu il eyni zamanda Yakutiyanın Rusiya dövlətinin tərkibinə daxil olması ili kimi qəbul edilir.

Sovet dövrü, xüsusilə 1922-ci ildə muxtar respublikanın yaradılması, regionun sənaye inkişafının əsasını qoydu. 1920-ci illərdə qızıl, 1950-ci illərdə isə almaz yataqlarının kəşfi Yakutiyanı dünyanın ən mühüm mineral-xammal bazalarından birinə çevirdi.

Hazırda Saxa Respublikası Rusiya iqtisadiyyatının sütunlarından biridir. Statistik göstəricilər heyrətamizdir:

Rusiya almazlarının 95 faizi, dünya almaz hasilatının isə 25 faizi məhz buradan əldə edilir.

Region qızıl hasilatına görə Rusiyada 3-cü yerdədir.

Kömür, təbii qaz, neft və gümüş yataqları regionu nəhəng bir enerji mərkəzinə çevirib. “Sibirin Gücü” qaz kəməri və digər magistral xətlər bu zənginliyi dünya bazarlarına daşıyır.

İqtisadi artım əhalinin rifahına da təsir edir. 2023-cü ildə respublikada milyonuncu sakinin doğulması rəsmən qeyd olundu. Bu, sərt şimal şəraitində demoqrafik inkişafın mühüm göstəricisidir.

Yakutların dini inanc sistemi olduqca rəngarəngdir. İqtisadi uğurlara rəğmən, saxa türkləri öz milli kimliklərini itirməyiblər. Onların mənəvi dünyasının əsasını “Alqıs” (xeyir-dua) ayini, “Toyluk” mahnıları və məşhur “Oxuoxay” dairəvi yallı rəqsi təşkil edir. Rəsmi olaraq əhalinin böyük hissəsi Ortodoks xristian hesab olunsa da, xalqın ruhunda qədim şamanizm və “Ayıı” inancı hələ də çox güclüdür. Onlar təbiətin ruhlarla dolu olduğuna, hər dağın, çayın və ağacın bir sahibi olduğuna inanırlar. Xüsusilə yay gündönümündə qeyd olunan “Isıax” (İşıq, İstilik) bayramı saxa türklərinin milli ruhunun, günəşə və təbiətə olan ehtiramının ən bariz nümunəsidi. Bu bayramda şaman ritualları, milli rəqslər və qımız içmə ənənəsi yaşamaqdadı.

Yakutların qəhrəmanlıq eposu olan “Olonxo”, 2005-ci ildə UNESCO tərəfindən bəşəriyyətin şifahi və qeyri-maddi mədəni irsinin şah əsəri elan edilib. Milli musiqi aləti olan xomus (qopuz) isə saxa ruhunun səsidir. Hər il yay gündönümündə keçirilən “Isıax” (İşıx) bayramı xalqın günəşə və təbiətə olan ehtiramını nümayiş etdirən, Rusiyanın ən möhtəşəm milli festivallarından biridir.

Saxa Respublikası bu gün həm də elm mərkəzidir. Dünyada yeganə olan Merzlotovedeniye (Əbədi Donuşluq üzrə Elm) İnstitutu burada yerləşir. Regionun rəhbərliyi, xüsusilə Başçı Aysen Nikolayevin rəhbərliyi ilə Yakutiya fəal beynəlxalq fəaliyyət yürüdür. Çin, Qazaxıstan, Türkiyə, BƏƏ və digər ölkələrlə qurulan iqtisadi-ticari əlaqələr regionun ixrac potensialını artırır.

Turizm sahəsində isə “Lena Sütunları” (UNESCO irsi), “Brilyant turları” və “Qış Yakutiyadan başlayır” festivalı bu soyuq diyarı dünyanın hər yerindən gələn səyyahlar üçün cəlbedici edir.

Yakutların bu günkü həyatı həm də keçmişlə qurulan körpünü xatırladır. Sərt iqlim, uzun qış gecələri və təbiətin çətin şərtləri onların xarakterində səbir, dözüm və birliyə xüsusi önəm vermə kimi keyfiyyətlər formalaşdırıb. Yakutiya, türk dünyasının uzaq bir guşəsində yerləşsə də, tarixi kökləri, dili və mədəniyyəti ilə bu böyük ailənin ayrılmaz bir parçası olaraq varlığını davam etdirir.

Müəllif: Murad KÖHNƏQALA

MURAD KÖHNƏQALANIN YAZILARI

I>>>>>>BU HEKAYƏNİ MÜTLƏQ OXU<<<<<<I

I>>Mustafa Müseyiboğlu adına kitabxana<<|

1998-ci ildə Hakkaridə tapılan 13 ədəd, təxminən 3500 il yaşı olan balbal

Dünya tarixçiləri türklərin bu coğrafiyaya ayaq basmasını Səlcuqlu Toğrul bəyin Rəvvadilər (mərkəzi Təbriz) və Şəddadilər (mərkəzi Gəncə) dövlətlərinə son qoyması ilə tarixləndirirlər.

1054-cü ildən hesabladıqda bu, cəmi 971 il edir. Lakin 1998-ci ildə Hakkaridə tapılan 13 ədəd, təxminən 3500 il yaşı olan balbal tarixi qarışdırdı.

Son Tunc dövrünə aid olan bu stellər başlarında papaq, əllərində kurqan qabları, bellərində kəmər və xəncərlə təsvir edilib.

Dünya tarixçiləri təxminən 25 il ərzində bu stelləri Assuriya və ya Urartu mədəniyyətinə aid hesab etsələr də, sonradan üzərindəki dini ayinlərin, silahların və geyim üslubunun onlardan tamamilə fərqli olduğu ortaya çıxdı və nəticədə onların proto-türklərə aid olduğu qəbul edildi.

Araşdırmalar göstərdi ki, bu balballar Güney Azərbaycanın Meşkinşəhr bölgəsində tapılan balbalların davamıdır. Eyni zamanda üzərlərindəki xüsusiyyətlər və silahlar bu gün Qazax, Gədəbəy, Xocalı və Yardımlıda aşkar edilən kurqan tapıntıları ilə tam uyğunluq təşkil edir.

Bu faktlar proto-türk bəyliklərinin çox erkən dövrlərdə Quzey və Güney Azərbaycan ərazilərindən Anadoluyadək uzanan geniş bir coğrafiyada mövcud olduğunu göstərir.

Beləliklə, dünya tarixinə baxdıqda görürük ki, müəyyən qəliblər formalaşdırılıb. Gücü və təsir imkanları olanlar öz tapıntılarını önə çəkərək istədikləri tarixi yazıblar.

Soruşanda bu coğrafiyada hər kəs “yerli”, hər kəs “aborigen” sayılır. Amma ortada türklərdən daha qədim və bu qədər sistemli arxeoloji iz buraxmış başqa bir mədəniyyət faktiki olaraq yoxdur.

Bu tapıntıları dünya elminə tanıdan və onların Azərbaycanla Orta Asiya mədəniyyəti ilə bağlılığını sübut edən arxeoloqlardan biri Prof. Dr. Veli Sevindir. O, bu stelləri Monqolustan və Sibirdəki “Marallı daşlar” və kurqan heykəlləri ilə müqayisəli şəkildə təhlil edib.

Prof. Dr. Aynur Özfırat isə stellərin Azərbaycan ərazisində: Meşkinşəhr, Qazax və digər bölgələrdə tapılan arxeoloji materiallarla əlaqəsini elmi əsaslarla ortaya qoyub.

Mənbə və müəllif: Orxan Atabəy

Orxan Atabəyin digər yazıları

Yeni ədəbiyyatı tanıyaq

Oxuyun >> Gözündə tük var

YAZARLAR.AZ

I>>>>>HAMI BU HEKAYƏDƏN DANIŞIR<<<<<I

I>>Mustafa Müseyiboğlu adına kitabxana<<I