NILOY RAFIQ (1983)

NILOY RAFIQ

Born: August 6, 1983
Hometown: Maheshkhali, Cox’s Bazar, Bangladesh

Niloy Rafiq began his literary journey in his school years, contributing to the literary pages of local daily newspapers. His voice soon reached national prominence, with poems appearing in leading newspapers and little magazines across Bangladesh. Over time, his work transcended borders: more than a hundred of his poems have been published in international literary journals, magazines, and newspapers.

His poetry has been translated into over thirty languages—including English, Spanish, Swedish,Finnish, Albanian, Macedonian, Serbian, Russian,Ukrainan, German, Italian, Greek, French, Portuguese, Persian, Hebrew, Polish, Arabic, Urdu, and Chinese—testifying to its universal resonance.
Published Works

English Collections (Amazon, Latin America):

  1. Sun Leaf
  2. An Incomplete Kiss
  3. The Fragrance of Fire

Bengali Collections:

  1. Bishuddho Bishade Bhasi Ami Rajhans (I Float Like a Swan in Pure Melancholy)
  2. Pipasar Paramayu (The Longevity of Thirst)
  3. Nona Manusher Mukh (The Face of the Salt People)
  4. Agnyato Agun (The Unknown Fire)
  5. Ankhi Anka Adinath (The Eyed Adinath)
  6. Momer Prarthonay Nato Matir Sharir (The Earthen Body Bowed in Waxen Prayer)

: Niloy Rafiq. The Poet of a New Horizon: a book of review on the poet’s works, written by Professor Gausur Rahman, a renowned literary critique and author of Bangladesh

Forthcoming Collections:

  1. Nur-er Pathor (Stone of Light)
  2. White Stone (English)

Style and Vision
Rafique’s poetry is a spellbinding weave of thought and emotion, where rhythm and diction create a hypnotic cadence. His words form a delicate yet powerful tapestry, making him appear less a poet than a magician of language—conjuring wonder through syllables and silence alike.

International Recognition

  • SENEGA Literary Award, Italy (2025)
  • NOSSIDE Literary Award, Italy (2025)

I>>>> NILOY RAFIQ

DAHA ÇOX MƏLUMAT BURADA

Oxuyun >> Gözündə tük var

Zaur Ustacın şeirləri haqqında

YAZARLAR.AZ

I>>>>>>BU HEKAYƏNİ MÜTLƏQ OXU<<<<<<I

I>>Mustafa Müseyiboğlu adına kitabxana<<I

Niyə bu gün müəllim intizam yaratmaqdan qorxur?

Biz öyrənirdik: “müəlliminə kəc baxanın gözlərinə qan damar,damar”, Biz öyrənirdik “mənə bir hərf öyrədənin 40 il qulu olaram” Bəs indi uşaqlar nə öyrənir???
MÜƏLLİMƏ QALDIRILAN ƏL – CƏMİYYƏTƏ QALDIRILAN SİLAHDIR
Bu gün təhsil ocağında bir müəllimin şagird tərəfindən güllələnməsi təkcə bir cinayət hadisəsi deyil. Bu, cəmiyyət olaraq gəlib çatdığımız təhlükəli nöqtənin açıq və acı göstəricisidir.
Müəllim bilik verən, yol göstərən, tərbiyə edən insandır. Müəllimin üzərinə silah qaldırılırsa, deməli artıq sözün, tərbiyənin, dəyərin çəkisi cəmiyyətdə itib. Bu hadisə tək bir şagirdin problemi deyil. Bu, ailənin, məktəbin, sistemin və bütövlükdə cəmiyyətin birgə məsuliyyətidir.
Bu gün uşaqların böyük bir hissəsi vaxtının əksər hissəsini zorakılıq dolu oyunlara sərf edir. Qan, ölüm, müharibə onların şüuraltısında adiləşir, reallıqla xəyal arasındakı sərhədlər itir. Silah artıq qorxu yox, oyun alətinə çevrilir. Bu halda həmin silahın müəllimə yox, istənilən sinif yoldaşına tuşlanması da mümkün idi.
Bəli, gülləni atan 10-cu sinif şagirdi hüquqi baxımdan günahkardır və etdiyi əmələ görə cavab verməlidir. Amma bu suallar cavabsız qala bilməz: -O silah onun əlinə necə keçdi?
-Müəllim niyə bu qədər müdafiəsiz qaldı?

Niyə bu gün müəllim intizam yaratmaqdan qorxur?
Müəllimi susduran sistem sabah cəmiyyəti də susduracaq. Müəllimin nüfuzu qorunmursa, məktəb təhlükəsiz deyilsə, təhsildən danışmaq sadəcə formal söz yığınına çevrilir.
Biz açıq deməliyik: Müəllim toxunulmazdır.
Məktəb zorakılıq yeri ola bilməz.
Silahın yeri nə evdədir, nə də məktəbdə.
Bir təhsil mərkəzinin rəhbəri olaraq acı bir reallığı da demək məcburiyyətindəyəm. Bu gün valideynlərin bir qismi deyir: “Övladımdan dərs tələb etməyin, amma nəticə istəyirəm.” Müəllim nə etsin? Tələb etmədən nəticə, intizam yaratmadan uğur mümkündürmü?
Biz hansı yolu seçirik?
Uşaqların ruhunu zəhərləyən, dəyərləri aşındıran qərb modelinimi, yoxsa cəhalət və zorakılıqla böyüdülən cəmiyyətimi?
Xeyr. Biz biz olmalıyıq. Öz milli-mənəvi dəyərlərimizi qorumaq məcburiyyətindəyik.
Məktəblərdə psixoloqlar, pedaqoqlar aktiv işləməlidir. Valideynlər isə bu gün övladlarının əlinə verdikləri internetin necə istifadə olunacağını öyrətməlidir. Onları yalnız qınamaq da doğru deyil. Çünki bu valideynlər özləri internetsiz uşaqlıq yaşamış ilk nəsildir və çoxu bu mühitin təhlükələrini tanımır.
Mənim təhsil mərkəzim avtobus dayanacağının yanındadır. Uşaqlar məktəbdən qaçıb orada ya siqaret çəkir, ya qəlyan çəkir, ya da zorakılıq dolu oyunlar oynayır. Dəfələrlə onlarla söhbət etmişəm, valideynlərini mərkəzə dəvət etmişəm, psixoloqla görüşdürmüşəm. Bəlkə dəyişiklik olar, bəlkə cəmiyyətə sağlam fərdlər qazandıra bilərəm deyə əlimdən gələni etmişəm. Amma təəssüf ki, bir çox valideyn bu səylərə biganə qalır.
Bu hadisəni “fərdi hal” adlandırıb keçmək olmaz. Əks halda, sabah daha ağır faciələrin şahidi olacağıq.
Müəllimi qorumaq – gələcəyi qorumaqdır.
Susmaq çıxış yolu deyil.

07.02.2026


Gülnarə Cəbiyeva İlham qızı,

TELANGROUP MMC-nin təsisçi direktoru

DAHA ÇOX MƏLUMAT BURADA

Oxuyun >> Gözündə tük var

Zaur Ustacın şeirləri haqqında

YAZARLAR.AZ

I>>>>>>BU HEKAYƏNİ MÜTLƏQ OXU<<<<<<I

I>>Mustafa Müseyiboğlu adına kitabxana<<I

Бийбимәрьям – АДАМ КЕЎЛИ СОНДАЙ

АДАМ КЕЎЛИ СОНДАЙ

Адам кеўли сондай ала – сапыран,
Жиниккен қыялды меңгерип болмас.
Қайтпасқара деген менде бар уран,
Ишимде буққышлап дәртлерим қалмас.

Адам кеўли сондай, гейде шыдамай,
Кимсесиз таўларда қалып кетемен.
Тек ентигип арымды деп жыламай,
Ишки дәртлеримди алып кетемен.

Адам кеўли сондай, сырнықса қыйын,
Маған зулымлығын қылып турғандай.
Қара булт самалы ҳәр ескен сайын,
Бөрилер айланып улып турғандай.

Адам кеўли сондай, гейде жағымсыз,
Зеригип кетеди адамларданда.
Қорықпайды есерсоқ мына ,,жаман – қыз “
Булт басқан таўларда думанларда да.

Адам кеўли сондай, зарығар излеп,
Сыртқа төгип қайтар иште барымды.
Саған жан – тәнимди қойғандай гизнеп,
Жолдан урагөрмең сүйген ярымды !…

YAZAR: BİBİMƏRYƏM

BİBİMƏRYƏMİN DİGƏR YAZILARI

DAHA ÇOX MƏLUMAT BURADA

Oxuyun >> Gözündə tük var

Zaur Ustacın şeirləri haqqında

YAZARLAR.AZ

I>>>>>>BU HEKAYƏNİ MÜTLƏQ OXU<<<<<<I

I>>Mustafa Müseyiboğlu adına kitabxana<<I

“AZƏRBAYCAN ƏDƏBİ DÜŞÜNCƏSİNİN ESTETİK-FƏLSƏFİ PANORAMI VƏ NƏSİLLƏRARASI DİALOQ”

“AZƏRBAYCAN ƏDƏBİ DÜŞÜNCƏSİNİN ESTETİK-FƏLSƏFİ PANORAMI VƏ NƏSİLLƏRARASI DİALOQ”

O, bütün ruhuyla, qəlbiylə, yazdıqlarıyla mənsub olduğu tüŕk soyunun övladıdır. Ortaq Türk mədəniyyəti abidələrindən gələn ən yaxşı milli-mənəvi keyfiyyətləri Cahangir Namazovun yaradıcılığında, dünyagörüşündə müşahidə etmək mümkündür. Azərbaycan yazıçıları, elm adamları ilə ədəbi söhbətlərdən ibarət müsahibələr kitabı da onun Türk sevgisi sayəsində ərsəyə gəlib. İki Türk soylu xalqın, özbək-Azərbaycan qardaşlığının möhkəmlənməsində bu kimi layihələrin önəmini yaxşı dərk edən gənc şair müsahibə aldığı ədiblərin düşüncələrini yalnız Azərbaycanda, Özbəkistanda deyil, müxtəlif ölkələrin mətbuatında oxuculara təqdim edib. Bununla da ortaq tarixi keçmişə malik xalqların mədəniyyətinin, ədəbiyyatının heç vaxt bir-birindən qopmadığını, daim qarşılıqlı əlaqədə inkişaf etdiyini, bir-birini zənginləşdirdiyini şüurlara həkk etmək kimi mühüm missiyanı yerinə yetirib.
Kitabda Azərbaycan poeziyasının, nəsrinin ustad şair və yazıçılarından gənc qələm sahiblərinə qədər müxtəlif ədəbi nəsillərin söz sənətinə, ədəbiyyata münasibəti ilə qarşılaşırıq. Toplu, əslində, Azərbaycan ədəbiyyatının son yarım əsrdə keçdiyi yolun canlı xəritəsidir. Burada hər bir yazarın konkret suallara verdiyi cavablar yalnız onun şəxsi yaradıcılıq fəlsəfəsini deyil, həm də ədəbi prosesin gedişatını, elmi-mədəni dəyişimi, ədəbi mühitin spesifikasını, mövcud problemlərini açıb göstərir. Cahangir Namazovun “Azərbaycan yazarları belə deyir…” kitabı müasir Azərbaycan ədəbiyyatının polifonizmini, yeni estetik axtarışlarını və müxtəlif nəsilləri tənsil edən yazıçı və ədəbiyyatşünasların dünya intellektində mövqelərini idraka yönələn unikal bir mənbədir. Kitab yalnız ayrı-ayrı müəlliflərlə aparılmış söhbətlərin, dialoqların toplusu deyiı, eyni zamanda, ədəbiyyatın bugünkü durumunu müəlliflərin öz dili ilə şərh edən milli ədəbi şüurun bədii-elmi panoramıdır.
Müsahibələrdə təqdim olunan fikirlər poetik təcrübə, estetik dünyagörüş, ictimai-mədəni kontekst baxımından müasir Azərbaycan ədəbiyyatının makro mənzərəsini formalaşdırmağa imkan verir. Həmin mənzərəni sistemli şəkildə dərk etmək, müxtəlif nəsillərə mənsub yazarların ədəbiyyat, söz, poetik yaddaş, zaman və cəmiyyət haqqında düşüncələrinin fəlsəfəsini anlamaq üçün kitabdakı hər bir müsahibənin önəmli yeri vardır. Mükalimə mətnlərinin məntiqindən doğan ardıcıllıqla müasir milli ədəbi inkişafın çoxəsrlik ənənə üzərində yüksəlişini mərhələ-mərhələ izləmək mümkündür. Cahangir Namazovun həmsöhbətləri poetik sözün mahiyyətini klassiklərdən müasirlərə keçid kontekstində dəyərləndirən, ədəbi nəsillər arasındakı varislik əlaqəsini yaşadan, ənənəyə bağlı, eyni zamanda düşüncə tərzi daim yeniliklərə açıq olan söz sahibləridir. Ramiz Rövşən, Sabir Rüstəmxanlı, Seyran Səxavət, Firuzə Məmmədli, Rüstəm Behrudi, Rəşad Məcid, Səlim Babullaoğlu, Varis Yolçuyev, Əkbər Qoşalı, Əsəd Cahangir, Almaz Ülvi, Təranə Turan Rəhimli və b. ilə aparılan hər bir müsahibənin ayrıca bir fəlsəfəsi, ədəbi düşüncə kodu var.
“Əsl poetik sözün heç bir səsə, pafosa ehtiyacı yoxdur.” Ramiz Rövşənin bu fikri toplunun poetik başlanğıc nöqtəsi kimi görünür, həm klassik Azərbaycan poeziyasında lakonizmə üstünlük vermə ənənəsini, həm də çağdaş poetik düşüncədə sadəliyin dərinliklə birbaşa əlaqəsini göstərir. Şairin sözə özünəməxsus münasibəti kitabın ümumi ruhunu müəyyənləşdirir, ədəbiyyatın əsas ölçüsü səs-küy yox, iç səsdir, daxili həqiqətdir məntiqini ehtiva edir. Bu fikir həm klassik Azərbaycan şeirinin ənənəsini (sözün iç yükü və gizli enerjisi), həm də müasir minimalist poeziyanın estetikasını xatırladır. Həmin konsepsiya Azərbaycan poeziyasında sadəlik–dərinlik, sakitlik–səda dualizminin əsas ifadələrindən biri kimi digər müsahibələrdə də dolayısı ilə davam edir, sözün gücünün formal pafosda deyil, onun daxili qatında, iç intonasiya, mənəvi situasiyada olduğunu şərtləndirir. Poeziyada etdikləri ilə zamana, sovet siyasi rejiminə, ideologiyanın təsirindən doğan sxematizmə meydan oxuyan Ramiz Rövşənin suallardan birinə Musa Yaqub sayağı “Eləmədikləırim yandırır məni” cavabı isə oxucunu dərin düşüncələrlə baş-başa buraxır.
Sabir Rüstəmxanlı ilə söhbət daha çox ədəbiyyatın milli özünüdərk prosesində rolu haqqında düşüncələrlə diqqəti çəkir. Şairin fikrincə, “Vətənə, millətə məcnun sevgisi” yaradıcılığın əsas şərtidir. Bu baxış Azərbaycan ədəbiyyatında köklü tarixə malik milli-romantik estetik xəttin müasir dövrdə də aktuallığını göstərir, həmçinin sonrakı müsahibələrin bir çoxunda yer alan milli kimlik və mədəni yaddaş məsələsini daha da qüvvətləndirir. Şair vurğulayır ki, “yüzillər boyu Azərbaycan türklərinin milli varlığı, dili, tarix yaddaşı, mübarizə əzmi, bütövləşmə və azadlıq eşqi, gücünə, müstəqil yaşamaq qabiliyyətinə inamı, mənəvi dəyərləri məhz ədəbiyyatın, yazılı və ya şifahi bədii sözün sayəsində qorunmuşdur.” Sabir Rüstəmxanlı müxtəlif əsrlərdə fars, rus, ərəb işğalçı siyasətinin xalqı öz Azərbaycan-türk kökündən qopara, ayıra bilməməsini ədəbiyyatın fövqəladə gücü ilə izah edir. Şairin “Ədəbiyyat hakimdir. Hətta hakimlərin də, dövlətin də hakimidir” qənaəti söz sənətinin hər zaman bütün siyasətlərdən daha üstün və böyük siyasət olduğunu xatırladır.
Kitabda yaradıcı prosesin psixologiyasına baxış kimi Seyran Səxavətin ekzistensial düşüncələri diqqəti cəlb edir. Yazıçı yaradıcılığın mexaniki yox, psixoloji-fəlsəfi proses olduğunu vurğulayır. Onun fikrincə, “Yazmaq özü intizamsızlığın ən yüksək formasıdır.” Bu bir cümlə belə Azərbaycan ədəbiyyatında müəllif–mətn münasibətinin fərdi və qeyri-normativ xarakterini çox dəqiq ifadə edir. Seyran Səxavətə görə, bəşəriyyətin yüzdə bir faizi belə yazmaqla məşğul deyilsə, bu artıq yazıçının fərqli biri olduğu deməkdir. O, yaradıcılığın mexaniki vərdişə çevrildiyi zaman mahiyyətini itirdiyini bildirir, yazı-pozu adamının öz ritmini özünün qurduğuna inanır. Bununla da, istedadı müxtəlif intizam çərçivlərinə sığdırmağa ciddi etirazını bildirir. Seyran Səxavətlə söhbət kitabda yaradıcı psixologiyaya dair dərin məzmunlu müsahibə kimi müasir ədəbiyyatın fərdiyyətçi mahiyyətinə işıq salır.
Estetik emosionallıq və qadın poetikası baxımından kitabda Firuzə Məmmədlinin sənətkar mövqeyi maraq doğurur. Şair bütünlükdə öz yaradıcılıq yolunu “fədakarlıq”la eyniləşdirir və poeziyasının duyğusal mahiyyətinə diqqət çəkir. Onun “ocaqdakı közün də, varaqdakı sözün də dərdinə yanmaq” barədə düşüncəsi poeziyanı daxili yanğın, mənəvi həssaslıq və emosional intellekt kimi izah edir. Bu yanaşma qadın poeziyasında duyğunun yaradıcı enerjinin əsas elementi olduğunu əsaslandırır. Firuzə Məmmədli öz şairlik təcrübəsindən bəhs edərkən həyatla sənəti bir-birindən ayırmır, “həyatımın özü fədakarlıq deyiminə ekvivalentdir” deyir. Bu fikir onun poetik dünyasının mahiyyətini anlamaq üçün açar rolunu oynayır. Firuzə Məmmədli üçün şeir yalnız misraların mükəmməlliyi, tamlığı deyil, mənəvi gücün, səbrin, insana həssaslığın abidəsidir, insanın iç dünyasından qopan, emosional müşahidə ilə intellektual duyumu birləşdirən bir prosesdir. Empatiyanı və şəfqəti şair təbiətinin ayrılmaz cəhəti kimi dəyərləndirən Firuzə Məmmədli qadın hissiyyatının estetikasını, duyğunu fəlsəfi dəyərləndirmənin mərkəzi obyektinə çevirir. Söz dünyasında elegik ovqatı və müdriklik tonu ön plana çıxan şairin poetikası Azərbaycan qadın şeirinin ən zərif xəttini – sözün sükuta bürünmüş emosional yükünü daşıyır.
Kamil Əfsəroğlunun ədəbi düşüncəsinin təməlində keçmişə bugünün gözü ilə baxmaq ideyası dayanır: “Keçmiş hadisələrə bugünün gözü ilə qiymət vermək lazımdır” fikri müəllifin tarixi determinist bir məfhuma çevirmədiyini, əksinə, onu daim yenidən oxunan, dəyişən və hər dövrdə yeni mənalar qazanan hadisələr məcmusu kimi dərk etdiyini göstərir. Kamil Əfsəroğlu üçün tarix sabit deyil; yazıçı isə onun içində həqiqəti axtaran səyyahdır. O, gerçəklə həqiqətə münasibətində yazıçını faktın özündən çox, həmin faktın mənəvi qatının maraqlandırdığını vurğulayır. Yazıçı üçün gerçək rast gəlinən hadisədirsə, həqiqət insanın iç dünyasında formalaşan dəyərdir. Bu baxış ədəbiyyatın və tarixin kəsişdiyi nöqtədə hermenevtik bir mövqe yaradır: yazıçıya yalnız baş verənləri deyil, həmin baş verənlərin insan taleyində buraxdığı izləri göstərmək vəzifəsi verilir. Müxtəlif dövrlər arasında dialoq yaratmağın yazıçının məsuliyyətinə daxil olduğunu vurğulayan Kamil Əfsəroğlu zamanı yalnız axıcı bir mexanizm kimi deyil, ədəbi dərk prosesini qidalandıran bir kontekst kimi qiymətləndirir. Onun bədii idrakın fəlsəfəsinə yönələn fikirləri göstərir ki, müasir Azərbaycan nəsri tədricən tarixlə dialoqa girən, zamana hermenevtik baxışla yanaşan, faktı yox, mənanı öyrənən intellektual xəttə yönəlir.
Rüstəm Behrudi ilə müsahibə kitabın ən ideoloji yüklü, türkçülük, milli özünüdərk və tarixi yaddaş üzərində qurulan söhbətlərindən biridir. O, poeziyanı milli ağrının “nəfəsi” kimi təqdim edir: “Mənim şeirlərimdə xalqın ağrısı təkcə söz deyil, nəfəsdir. Vətənin yarası şairin ürəyində qan kimi döyünür…” Bu düşüncə Behrudinin poetik dünyagörüşünün əsasını – xalq ağrısının ümummilli taledən fərdi ruha süzülməsi prinsipini göstərir. Onun Vətən, kimlik, tarix barədə dedikləri Azərbaycan poeziyasında fəlsəfi-vətənpərvərlik ənənəsinin davamı kimi çıxış edir. Behrudi ədəbiyyatın tarixi missiyasına da diqqəti çəkir: “Ədalətsizlik mənim yol yoldaşım olub… Kim sözünü düz deyirsə, qarşısında divar görəcək.” Burada o, ədəbiyyatın sosial mübarizə funksiyasına toxunur. Səbir “lal fəryad”, “içində üsyan olan səssizlikdir” deyimləri isə poeziyanı həm də ruhani güc kimi görən şairin görüşlərindəki təsəvvüf qatına işarə edir.
Sözün sosial funksiyası Rəşad Məcidin tədqiq xarakterli mülahizələrində xüsusilə diqqəti çəkir. “Sözün şəfası da, qüdrəti də qarşı tərəfin söz sahibinə nə qədər inandığına bağlıdır.” Sözün mənəvi və sosial gücünü vurğulayan bu fikirlər ədəbiyyatın cəmiyyətdəki performativ rolunu açıqlayır, sözü yalnız estetik vasitə deyil, həm də psixososial təsir mexanizm kimi dəyərləndirir. Konseptual məzmun daşıyan, ədəbiyyatın ictimai şüuru formalaşdıran gücünə, sosial-tarixi funksiyasına toxunan bu müsahibədə şeirə, bədii mətnə münasibət ədəbi fəlsəfə ilə publisistik məsuliyyətin sintezindən qaynaqlanır. Rəşad Məcid sözün mahiyyətini təkcə estetik kateqoriya kimi deyil, mənəvi və sosial güc kimi, cəmiyyətin psixoloji və mənəvi durumuna təsir edən dinamika kimi dəyərləndirir.
Kitabda hər bir yazıçının, tədqiqatçının ədəbiyyata, söz sənətinə özünəməxsus münasibəti məzmun rəngarəngliyi yaratmaqla yanaşı, ədəbiyyatın fərqli inkişaf məsələlərinin izahını verir. Səlim Babullaoğlunun Azərbaycan ədəbiyyatının ümumtürk kontekstində yeri ilə bağlı dəyərləndirməsi poeziyamızın sözügedən poetik sistemdə ən zərif və dərin qat olduğunu nəzərə çatdırır, Bu dəyərləndirmə milli poeziyanın tarixi-poetik gücünü və ədəbi liderlik ənənəsini təsdiqləyən elmi baxışa əsaslanır. Varis Yolçuyevin konsepti müharibə yaddaşı və bədii idrak məsələsi üzərində dayanır, müharibə mövzusunu Azərbaycan ədəbiyyatının aparıcı xəttlərindən biri kimi izah edir. O, Aristotelin “ədəbiyyat tarixi tarixin özündən yaxşı yaşadır” fikrini əsas götürərək Qarabağ müharibəsinin bədii yaddaş yaratdığını vurğulayır: “Bu mövzuda çoxlu romanlar, poemalar, hekayələr yazılıb və indi də qələbə ədəbiyyatı yaranır.” Bu yanaşma müharibənin ədəbiyyatda təkcə fakt deyil, həm də ontoloji təcrübə olduğunu göstərir.
Əsəd Cahangirin daha çox ədəbi tənqid, esse və Qarabağ mövzusu üzərində qurulan müsahibəsində “Səs” essesi ilə bağlı düşüncələr diqqəti çəkir. “Esseni tamam başqa mövzuda yazmaq istəyirdim, amma şüuraltı axın məni Qarabağa tərəf çəkdi.” – deyə vurğulayır. Bu fikir Qarabağ mövzusunun ədəbi yaradıcılığa təsirini həm psixoloji, həm də bədii motivlərlə izah edən yazıçı-tənqidçinin estetikasında şüuraltı – tarixi yaddaş əlaqəsi kimi dərin görünür. “Üçüncü minillik din və elmin sintezi olacaq” qənaəti isə Əsəd Cahangirin ədəbi-tənqidi görüşlərinin fəlsəfi çalarına qarşı ciddi maraq doğurur.
Əkbər Qoşalının poetik və publisistik düşüncənin sintezi ilə diqqət çəkən müsahibəsində sənətkar dünyagörüşünün əsas xətti kimi türkçülük, turançılıq, milli kimlik və mənəvi oyanış, söz sənətinin mənəvi-etik yükü, ədəbiyyatda vicdan konsepti önə şıxır. Öz identitetinə dair fikirləri onun bütün ruhu ilə yaradıcılığa təslim olmuş ideoloji şair obrazını təsdiqləyirsə, müasir türklüyün problemlərinə dair dedikləri də aktuallığı ilə seçilir. “Ortaq keçmişdən – ortaq gələcəyə!” devizi onun türkçülüklə bağlı düşüncələrinin əsas istiqamətverici mayakıdır. Lakin türk poeziyasının ən böyük dərdi kimi gördükləri də var: parçalanmışlığın və bir-birindən uzaq düşməyin ruh halımızda yaratdığı təlatümlər, bir ağacın budaqları olub çox vaxt öz kökünü görməmək, dili bir olsa da, bəzən qəlbinin bir-birinə “tərcümə” ehtiyacı duyması…
Almaz Ülvinin müsahibəsi ədəbi yaradıcılığın duyğu – təcrübə sintezi olduğunu göstərərək, sözün həyatı müşahidənin təbii davamı kimi formalaşdığını vurğulayır. Salidə Şərifova müasir Azərbaycan ədəbiyyatının struktur problemlərini, metodoloji parçalanmanı və qadın ədəbiyyatının nəzəri əsaslarını elmi şəkildə izah edərək ədəbi prosesin konseptual xəritəsini çəkir. Vüqar Əhməd klassik ənənə ilə müasir ədəbi təfəkkür arasında körpü yaradaraq həm folklorun, həm də bədii irsin milli kimliyin daşıyıcısı kimi strateji rolunu önə çəkir. Təranə Turan Rəhimli ədəbiyyatı “mədəniyyətin lideri” kimi dəyərləndirməklə onu ictimai düşüncənin istiqamətverici mexanizmi kimi şərh edir, bədii mətnin emosional-intellektual qatları və şairliyin metafizik təbiətinə toxunur. Rəfail Tağızadənin “şairin hər xoş sözündə, xəyalında bir ümid var” tezisi onun poeziyasının mahiyyətini – sözün daşıdığı təskinlik və gələcəyə yönəlik mənəvi enerji ideyasını açır. Təmxil Ziyəddinoğlu “bütün dövrlərdə şəxsi nümunə ən yaxşı, ən müasir formadır” deyə vətənpərvərlik ideyasını davranış və əməl müstəvisinə keçirir, vətəndaşlıq borcunun ədəbiyyatdakı təbliğindən çox, real həyatdakı təcəssümünü önə çəkir. Rəsmiyyə Sabirin müsahibəsində qadın psixologiyasının bədii təcəssümü və insanın daxili sükutunun poetik göstəriciləri diqqətə çatdırılır. Aysel Xanlarqızının “uşaqlıq xatirələrim məni hər zaman kövrək notlarda kökləyir” etirafı onun yaradıcılığında nostalji duyğu və emosional həssaslığın əsas bədii stimullardan biri olduğunu göstərir. Bu müəlliflərin hamısının ədəbiyyat haqqında düşüncələrində sözün mənəvi məsuliyyəti ortaq prinsip kimi meydana çıxır.
Namiq Dəlidağlı müsahibəsində sənətkar şəxsiyyəti və yaradıcılıqda jurnalistika ilə poeziyanın sözə, həqiqətə sədaqət aspektini önə çəkirsə, Faiq Balabəylinin görüşlərində ədəbiyyatı həyat təcrübəsinin, dənizçilik psixologiyasının təlqin etdiyi nizam-intizamla sintez konteksti diqqəti cəlb edir. Nazilə Gültacın düşüncələri sözün və sevginin insan psixologiyasına təsirini dərindən hiss edən həssas yaradıcılıq diapazonunu nümayiş etdirirr. Zaur Ustac öz yaradıcılıq fəlsəfəsinin həyatın gerçəkliklərinə, səmimiyyətə və “qələm saflığı” prinsipinə söykəndiyini vurğulayır. Sevinc Qəribin müsahibəsində isə müharibə, köçkünlük və yurd ağrısı poetik düşüncəni formalaşdıran əsas emosional təməl kimi boy göstərir.
Kitabdakı gənclərin müsahibələri isə yeni nəsil yazıçıların daha fərdiyyətçi, eksperimental və çoxsəsli estetik meyllərə sahib olduqlarını göstərir. Onların cavablarında həm ənənədən uzaqlaşma, həm də onu yenidən oxuyub öyrənmə tendensiyası aydın görünür. Gənclər ədəbi düşüncəsində texnologiya, şəhər təfəkkürü, fərdi tənhalıq və sürətli həyat ritmi əsas bədii motivlər kimi seçilir. Gənc yazıçıların (İntiqam Yaşar, Tural Turan, Nicat Hunalp və b.) müsahibələrində şeirə və nəsrə yanaşmada forma axtarışları, sivilizasiya və şair mövqeyi, tarix və həqiqət məsələlərinin yenidən dərki motivləri önə çıxır. Ümumilikdə, gənc imzalar kitabda həm ənənəvi ideallara sadiqliyi, həm də poetik düşüncədə yenilənmə, fərdiləşmə və estetik həssaslığın artmasını təmsil edən nəsil xəttini tamamlayırlar. Kitaba daxil edilən bütün müsahibələr birlikdə müasir Azərbaycan ədəbi məkanının çoxqatlı, dinamik və nəsillərarası dialoq üzərində qurulan bütöv mənzərəsini formalaşdırır.
“Azərbaycan yazarları belə deyir…” toplusu müasir Azərbaycan ədəbiyyatının ideya-coğrafiyasını, estetik çoxsəsliliyini, nəzəri problemlərini dilə gətirən bir mənbədir. Kitabdakı müsahibələr göstərir ki, Azərbaycan ədəbiyyatı bugün poetik dərinləşmə və daxili sadəlik xətti üzrə inkişaf edir, milli kimlik konseptini mədəni yaddaşla birlikdə daşıyır, fərdi yaradıcılıq psixologiyasını ön plana çəkir, müharibə mövzusunu bədii fəlsəfəyə çevirir, ümumtürk ədəbi məkanında özünəməxsus poetik xətt yaradır və bütün bunlarla yanaşı, metodoloji və institusional problemlərlə üz-üzədir.
Cahangir Namazovun müsahibələr toplusu ədəbi prosesin bu gününü yalnız faktlar səviyyəsində deyil, həm də düşüncə arealında sənədləşdirir. Adətən publisistik çalarlarla müşayiət olunan müsahibə janrı bu topluda öz janr hüdudlarını aşaraq elmi-nəzəri mühakimələr mənbəyinə çevrilir. Burada həm poetik idrakın mahiyyəti, həm də ədəbi prosesin struktural problemləri öz əksini tapır. Kitabın əsas üstünlüklərindən biri odur ki, müəllif sualları sadəcə bioqrafik yönəltmir, əksinə, yazarların ədəbi düşüncə sisteminə, yazı prosesinin fəlsəfəsinə, ictimai funksiyasına dair mülahizələrini üzə çıxarır. Beləliklə, toplu Azərbaycan ədəbiyyatının son onilliklərdə keçdiyi intellektual transformasiyanın ardıcıl və çoxplanlı təsvirini yaratmaq gücünə malik olur.
Cahangir Namazovun dünya şairləri arasında yeni körpülər qurmağa sərf etdiyi əməyin bəhrəsi bir çox yazılarında öz əksini tapıb. Azərbaycan yazıçı və alimləri ilə müsahibələr toplusu da bu qəbildəndir. Gənc özbək şairi üçün ədəbi dostluq bağlarının möhkəmlənməsi ədəbiyyatın dünyada dostluğa, qardaşlığa, ümdə məqsəd olan sülhə xidmətinə önəmli bir qatqıdır. Onun doğulub böyüdüyü torpaqların Əl-Xarəzmi, Əbunəsr-Fərabi, Əl-Biruni, İbn Sina, Sultan Mahmud Qəznəli, Əmir Teymur, Əlişir Nəvai kimi əzəmətli oğullarının əsərlərindən pərvazlanan insan sevgisi bu müsahibələr toplusunda Azərbaycan aydınlarının könlündən, dilindən qopub dünyaya qanad açır.

Müəllif: Təranə Turan Rəhimli,

Filologiya elmləri doktoru

ORAZMURAT MURATOVUN YAZILARI

TƏRANƏ TURAN RƏHİMLİNİN YAZILARI

DAHA ÇOX MƏLUMAT BURADA

Oxuyun >> Gözündə tük var

Zaur Ustacın şeirləri haqqında

YAZARLAR.AZ

I>>>>>>BU HEKAYƏNİ MÜTLƏQ OXU<<<<<<I

I>>Mustafa Müseyiboğlu adına kitabxana<<I

Caroline Laurent Turunc – Təşəkkür

Hörmətli Zaur müəllim,
Sizin rəhbərliyinizlə fəaliyyət göstərən “Yazarlar” jurnalı tərəfindən “Ədəbiyyat Səfiri” Beynəlxalq Ədəbiyyat Mükafatına layiq görülmək mənim üçün sonsuz bir qürur və şərəf mənbəyidir.

Azərbaycan ədəbiyyatının təbliği və beynəlxalq ədəbi əlaqələrin möhkəmləndirilməsi kimi ali bir missiyada mənim də əməyimi yüksək qiymətləndirdiyiniz üçün Sizə və bütün işçi heyətinizə dərin minnətdarlığımı bildirirəm.

Bu diplom sadəcə bir təltif deyil, həm də sözün və mədəniyyətin sərhəd tanımayan gücünə olan inamın rəmzidir. Qardaş ölkə Azərbaycanın mədəniyyətini hər zaman özümün bir parçası kimi hiss edir, özümü bu böyük ailənin üzvü hesab etməkdən hər zaman qürur və xoşbəxtlik duyuram.

Yaradıcılıq yolunda verdiyiniz bu böyük dəstək, gələcək fəaliyyətim üçün ən böyük motivasiya olacaqdır. Azərbaycan mədəniyyətinə və ədəbi mühitinə verdiyiniz əvəzsiz töhfələrə görə Sizə təşəkkür edir, “Yazarlar” jurnalına və şəxsən Sizə yeni-yeni uğurlar arzulayıram.

Dərin hörmət və ehtiramla,

Caroline Laurent Turunc

#carolinelaurentturunc

CAROLİNE LAURENT TURUNÇ

CAROLİNE LAURENT TURUNC

DAHA ÇOX MƏLUMAT BURADA

Oxuyun >> Gözündə tük var

Zaur Ustacın şeirləri haqqında

YAZARLAR.AZ

I>>>>>>BU HEKAYƏNİ MÜTLƏQ OXU<<<<<<I

I>>Mustafa Müseyiboğlu adına kitabxana<<I

Tapdıq ƏLİBƏYLİ – Təbrik

PROFESSOR YAŞAR İBADOV – 66

Dünyanın əsrarəngiz mətləblərini özünəməxsus duyum və fəhmlə araşdıran həkim-alim, “Alternativ Psixologiya” elminin müəllifi, tibbi biologiya elmləri doktoru, professor, Oksford Universitetinin Akademiki, Azərbaycan Təhsil İnstitutunda fəaliyyət göstərən “Psixogigiyena və tibbi-psixoloji diaqnostika” laboratoriyasının müdiri, illərin dostu Yaşar Saday oğlu İbadovu ömür təqviminin 66 illiyi münasibətilə “Xızır timsallı məqam” adlı yazımla təbrik edirəm.
XIZIR TİMSALLI MƏQAM
Dastan dili ilə desək, göz evi örtülü, könül evi açıq olan Murad, Yusifi Züleyxaya yetirən badələrdən olan eşq camını Yaşar həkimin əlindən alıb içəndən sonra həyacandan sinəsi korun-korun közərən dəmirçi körüyünə bənzəyirdi. Elə bil, ürəyi indicə yerindən çıxacaqdı… hər şey kinolent kimi gözünün önündən gəlib keçdi. Murad o yay Türkiyənin istirahət mərkəzlərinin birindəydi. Hadisə bir göz qırpımında baş verdi. Hovuzda huşunu itirmiş tanımadığı qızı boğulmaqdan son anda xilas etmiş və xəstəxanaya da özü çatdırmışdı. Pərvənə gözlərini açıb özünə gələndə başının üstündə ilk olaraq xilaskarını görmüşdü…
O gün baş verən xoşagəlməz hadisə vaxtı tanımışdı Pərvanəni. Qəribə, anlaşılmaz hisslər bürüdü onu. Bir ilə yaxın vaxt ötüb o gündən… Birdən-birə, xilas etdiyi o qızı görmək sevdası baş qaldırmışdı qəlbində.
Murad Pərvanənin başına pərvanə tək dolanmaq, gözlərini zilləyib onun gözlərinə baxmaq istədi…dilindən xəfif pıçıltı, köksündın narın sızıltı keçdi…
Murad bu səhər yuxudan gec ayılmışdı. Əslində ayılmaq belə istəməmişdi. Aramsız telefon zəngləri onu butasından-Pərvanədən ayırdı.
Yazdığım bu epizod real həyat hadisəsidir. Yazını “dastan dili” ilə başlamağımın isə əsaslı səbəbi var. Muradla bağlı hadisənin təfsilatından öncə bir haşiyə çıxmaq istərdim.
Şifahi xalq ədəbiyyatımızın dastan incilərindən olan “Abbas və Gülgəz” də mifik təfəkkür dünyasından qaynaqlanan belə bir epizod var: Bir gün Аbbаs dostu Sаqi ilə bаğа gəzməyə gеtmişdi. Bir qədər gəzəndən sonrа hərəsi uzаnıb bir аğаcın dibində yаtdı. Sаqi bir vахt yаtаqdаn qаlхıb gördü ахşаmdı, аmmа Аbbаs yuхudаn hələ аyılmаyıb. Nə qədər еlədi, Аbbаsı аyıldа bilmədi. Tеz gеdib Аbbаsın аnаsınа, bаcısınа, qonşulаrınа хəbər еlədi. Səs düşdü, hаmı tökülüb gəldi. Nə qədər еlədilər Аbbаsı oyаdа bilmədilər. Onu еlə yuхulu götürüb еvə gətirdilər. Bütün rəmmаllаr, qаrılаr yığıldılаr, bunu hərə bir yеrə yozdu. Kimi dеdi dəli olub, kimi dеdi bаşınа hаvа gəlib. Bir qаrı onun nəbzini tutub dеdi:
– O еşq yuхusundаdı, sаbаh аyılаcаq.
Sаbаh аçılаn kimi Аbbаs yuхusundаn аyılıb dеdi:
– Аnа, bu cаmааt burа niyə yığılıb?
Аnаsı əhvаlаtı onа söyləyib dеdi:
– Oğul, dərdin nədi?
Аbbаs dеdi:
– Bir ucu çömçə, bir ucu nimçə gətirin, dərdimi dеyim.
Gеdib Аbbаsа bir sаz gətirdilər. Аbbаs sаzı sinəsinə bаsıb, görək nə dеdi:
Ruzi-əl-məhşərdə mövlаm еşqinə
Içmişəm kövsərdən bir cаmi-ləziz.
Iskəndər ахtаrdı, tаpıb içmədi,
Хızır içdi oldu cəvаnü əziz…
Anası dеdi:
– Oğul, mən indi bаşа düşdüm. Bir qızа аşiq olmusаn. Dе görüm, kimə аşiq olmusаn? Sеvgilin hаrаlıdır?
Аbbаs dеdi:
– Аnа, qulаq аs, dеyim. Аldı Аbbаs, görək nə dеdi:

Аğаlаr аğаsı, аğаlаr хаsı,
Аnа, mövlаm mənə butа vеribdi.
Düldülün sаhibi, Qənbər аğаsı,
Аnа, mövlаm mənə butа vеribdi.

Mənim аğаm Şаhi-Mərdаn Əlidi.
Hökm еyləsə, düşmən bаğrın əridi,
Аbbаs dеyər: yаrım аdı Pəridi,
Аnа, mövlаm mənə butа vеribdi…

Qeyd edək ki, kökü çağdaş dövrümüzdən çox-çox öncəki zamanlardan qaynaqlanan buta mifoloji səciyyə daşıyan yuxu obrazları şəklində təzahür etməklə, müasir zamanda həyat həqiqəti olaraq reallıq baxımından da öz təsdiqini tapmaqdadır. Muradın butası, Pərvanənin ağ atlısı tək. Buradə sadəcə olaraq “buta verən” və “eşq badəsinin verilmə mexanizmi” fərqlidir. Dastanlarımızda yuxuda eşq badəsini dərviş, ya Xızır, ya Əli, ya da hatifdən – qayibdən gələn sehrli səs sahibi içirirsə, gerçək həyatda isə bu missiyanı həyata keçirməyə qadir olan, həyat kredosu xaliqə məhəbbət, xilqətə mərhəmətdən yoğrulmuş işıqlı insan, alim-həkim, Azərbaycan Respublikası Təhsil Problemləri İnstitutu Psixogigiyena və Tibbi Psixoloji Diaqnostika Laborotoriyasının müdiri, alternativ psixologiya elminin müəllifi, tibbi biologiya elmləri doktoru, professor Yaşar Saday oğlu İbadovdur.

…Son vaxtlar Pərvanə yaman qaradinməz olmuşdu. Qız ata-anasının gözü qarşısında gün-gündən şam tək əriməkdə, gül kimi solmaqdaydı. Bir neçə həkimə aparıb müayinə etdirsələr də əlac yox idi ki, yox idi. Pərvanənin anası Arzu müəllimə qızının bu halından lap üzülmüşdü.
Ananı ən çox narahat edən bir də qızının yuxuda sayaqlamaları idi. Gecələrin birində Pərvanə yenə sayaqlayır-kiminləsə danışırdı. Ana səsə oyandı. Qızının yuxudakı “dialoqu” onu çox təsirləndirdi. Bəli, məsələ aydın idi. Qızı vurulmuşdu, amma kimə bunu özlüyündə aydınlaşdıra bilmədi. Qərara gəldi ki, səhər açılan kimi qızı ilə bu barədə söhbət etsin. Elə də etdi. Pərvanə sıxıla-sıxıla sevdiyi oğlanın Murad olduğunu söyləsə də, əvvəlcə ana bir şey anlamadı. Pərvanə sevdiyinin, ötən il anası ilə birlikdə Türkiyədə istirahətdə olarkən tanış olduğu, daha doğrusu suda onu boğulmaqdan xilas edən oğlanın oldğunu deyəndə, Arzu müəllimə təəccüblə qeyri-ixtiyari dilləndi:-Necə? Necə?.. Siz bəyəm görüşürsünüz?
-Yox, ay ana! Türkiyədə gördüyümdür, Bakıda heç rastlaşmamışıq. Amma…
Artıq hər şey məlum idi. Qızı sevir, oğlanınsa heç xəbəri yox… Arzu müəllimə fikir dəryasına ha baş vurdu, ağlabatan nəticəyə gələ bilmədi. Fikirləşdi ki, məhrəmlərinə, rəfiqələrinə necə desin ki, qızım vurulub…
Günlərin birində ürək qızdırdığı rəfiqələrindən birinə bu barədə danışıb, məsləhət istəyir. Rəfiqəsi isə ona məsləhət görür ki, sənin də tanıdığın bir həkim var, qızı onun yanına apar. Əminəm ki, o öz elmiylə qızının “dərdinə” əlac edər.
Arzu müəllimə əvvəlcə tərəddüd edir ki, bəs burda elmlik bir iş yoxdur axı. Rəfiqəsi professorun nəyə qadir olduğuna dəlillərlə onu inandırandan sonra, qızını da götürüb Yaşar həkimin yanına gətirir. Yaşar həkim ananı və qızı diqqətlə dinlıdikdən sonra qıza kömək edəcəyini bildirir. Beləcə müalicə -seansa başlayır. Bir neçə seansdan sonra məlum olur ki, oğlan da qızla maraqlanır. Bir müddətdən sonra isə bu maraq qarşılıqlı sevgi və ailə həyatı ilə nəticələnir.
Görkəmli ədəbiyyatşünas alim, mifoloq, filologiya elmləri doktoru, professor Mirəli Seyidov buta ilə bağlı fikrində yazır ki, yazı gətirən Xızır gəncliyə buta, istilik verməklə, onları yeni həyata hazırlayır, canlandırır. Dediyimiz kimi, buta həm də “qöncə” deməkdir. Qönçənin şəklinə diqqət yetirsək, görərik ki, onun odla, istiliklə bağlı olduğunu gözə çarpdırmaq üçün xalq sənətkarları – naxışçılar, memarlar, xalçaçılar, dulusçular və başqaları onun başını sağa əymişlər. Guya külək onun şöləsini tərpədir. Bu da təsadüfi deyildir. Bəllidir ki, oğuzlarda sağ həm də günçıxanın (gündoğanın) rəmzi imiş. Günçıxan isə Günəşlə bağlıdır. Butanın başının (şöləsinin) sağa əyilməsi onu Günəşlə əlaqələndirmək əlamətidir. Deməli, buta istiliklə, odla, Günəşlə, Dünya ağacı ilə bağlı mifoloji məna daşıyan sözdür, rəmzdir, nurlu-odlu içkidir…
Təsadüfi deyil ki, gələcəyin aşiqləri gənclərə badə verən Xızır və onun təqdim etdiyi badə də od kimidir, nur saçır. “Novruz diqqətlə dərvişə baxanda gördü ki, həm dərvişdən, həm də badədən bir nur qalxıb asimana bülənd oldu”; həm Xızırın özü, həm də verdiyi badə nurludur – işıqlıdır, odludur. Elə buna görə də gənc belə badəni içəndən sonra sinəsi od tutub yanır. Axı nuru-işığı “asimana bülənd” edən Xızır da, badə də Günəşlə – yağışla bağlıdır. Xızırın və onun badəsinin nurlu olması təsadüfi deyil, onlar yazın istisi, odu ilə sıx bağlıdırlar. Ona görə də Xızırın badəsini içən gəncin sinəsi odlanır. O, dərhal ilhama gəlib aşıq olur. Xızırın gənclərə verdiyi buta nədir? Bunun nə olduğunu aydınlaşdırmaq üçün “buta” sözünün həm lüğəmi, həm mifoloji mənalarına diqqət yetirək. “Buta”nın türk dillərinin çoxunda “şüvül”, “çubuq”, “hörük”, “çiçək hörüyü”, “şaxələnmə”, “qönçə”, “badamvari naxış” və s. mənaları vardır.
Diqqət edilərsə, görərik ki, butanın “qönçə”, “şüvül”, “şaxələnmə” mənaları onu istər-istəməz ağac, bitki mifi ilə bağlayır. Əsasən, yazla bağlı qönçə, şaxələnmə artımıdır. Bu, Dünya ağacı mifinin atributu, əlamətidir. Dünya ağacı kainatın yaradıcısı olduğu üçün , o həm də yaranışın, artımın da mifi sayılmışdır. Deməli, onun əlaməti, atributu – buta gəncliyə verilərkən onlar bir-birini sevməlidirlər ki, yeni ailə yaransın, artım olsun”.
Professor Yaşar İbadov “Valideynlərin yeni və sağlam nəsil üçün hazırlanması” məqaləsində yazır: “Günəş fəzada bütün planetlərlə birlikdə öz hərəkətində 8 rəqəmi formasında trayektoriya cızır. Günəş hərəkət etməklə yanaşı onun ətrafında bütün planetlər də hərəkətdədir. Bu şəkildə Günəşin ətrafında Yerin hərəkəti, eyni zamanda Yerin ətrafında Ayın hərəkəti təsvir edilmişdir. Göründüyü kimi Ayın Yer ətrafında bir spiralvari hərəkəti və Yerlə birlikdə Günəş ətrafında ikinci spiralvari hərəkəti təsvir edilmişdir. Bu hərəkətin spiralvari olmaqla hər bir budağı – elementi ayrı-ayrılıqda bir-birinin təkrarıdır. Həmin bu təkrar olunan simvol Alternativ psixologiya elminin psixoqrafiya metodunda “həyat açarı” adı almışdır.
Alternativ psixologiyanın metodologiyasında əsas yer tutan “psixoqrafiya” metodu vasitəsi ilə tapılmış bu yeni simvol – “həyat açarı” simvolu da psixi enerji dalğasının müəyyən bir təkrarlanan fazasını simvolizə edir. Həmin simvol həyat dalğasının hərəkət formasıdır və özündə dalğaların enerjisini, həm də informasiyasını saxlayır. “Həyat açarı” simvolu kainatdakı bütün ritmləri özündə əks etdirən spiralvari hərəkətin bir fraktal elementidir”.
Yaşar İbadovun eşq badəsini içirdiyi, buta verdiyi Muradla Pərvanənin ailə səadətinə qovuşması onlarla bele örnəklərdən sadəcə biridir. Cəmiyyətin saflığı, insanlığın ülviliyi sevgidən, ailə səadətindən keçir. Əbəs yeri deyilmir ki, ailə kiçik dövlətdir. Hörmətli professorumuzun elmi, dühası, xidməti şəfa ünvanında bütövlükdə insanlığa buta, buta verməsi isə Xızır timsallı məqamdır.

Sənin idrakında dünyanın dərkı,
Məsum körpə kimi insanın ilkı…
Bəşər övladısa özünü çoxdan
Körpəsiz beşiktək dərk edir sanki.

Ağac da, heyvan da, quş da, böcək də,
Böyük Yaradana edirlar səcdə.
Bəşər ovladısa ilkindən uzaq,
İblis əməllərlə gəlibdir vəcdə…

Bir qara qəvvəsə insan bilgisi,
Haqdan uzaq olar məram-segisi.
Hər kəsin əlində əməl dəftəri,
Qutsal Kitabımız Tanrının səsi…

Dünya təzadıyla qaralı-ağlı,
Doğma yurdun Ağdam aranlı-dağlı…
Haqqa, həqiqətə etibarın var,
İşıqlı insanlar Rəbbinə bağlı.

Ömür təqviminin 66 illiyi gözünə-könlünə köçən gözəlliklər, uğurlu özəlliklərlə qutlu olsun, dəyərli alim-aydınımız Yaşar həkim!

Müəllif: Tapdıq ƏLİBƏYLİ

TAPDIQ ƏLİBƏYLİNİN YAZILARI

şair-publisist, Azərbaycan Yazıçılar Birliyinin,

Azərbaycan Jurnalistlər Birliyinin,

TAİB-in İdarə Heyətnin üzvü,

Prezident təqaüdçüsü.


DAHA ÇOX MƏLUMAT BURADA

Oxuyun >> Gözündə tük var

Zaur Ustacın şeirləri haqqında

YAZARLAR.AZ

I>>>>>>BU HEKAYƏNİ MÜTLƏQ OXU<<<<<<I

I>>Mustafa Müseyiboğlu adına kitabxana<<I