
Mənə dedilər ki, darıxmamısan
Mənə dedilər ki, darıxmamısan,
Mən yandığım qədər sən yanmamısan.
Əcəl yuxusuydu, qəflət yuxusu?
Dedilər yuxudan oyanmamısan.
Dedilər ayrılıq şirin sayılmır,
Şirin yuxusundan yatan ayılmır.
Sevib sevilənlər vallah ayrılmır,
Sən məndən xəyalən ayrılmamısan.
Xəyalın olmağı bacardım görən?
Yanında olmağı bacarmadım mən.
Əlimi-qolumu yanıma saldın,
Ayrılıb gedəndə ucaldınmı sən?
Niyə hər sualım cavabsız qalır?
Suallar içində itmisənmi sən?
Büsbütün dünyada axtardım, yoxsan,
Yoxsa taleyimdən silinmisən sən?
Müəllif: Şəlalə CAMAL
Oxuyun >> Gözündə tük var